Məhkəmə qərarları › İş №1(102)-2359/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2359/2023

26.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2359/2023 26.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və müdafiəçisi Mehrəliyev Cabir Mürüş oğlunun iştirakları ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-499/2022 nömrəli hökmündən Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(099)-47/2020 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim N.F.Quliyev, hakimlər O.Y.Cəlili və M.Ə.Abdullayevdən ibarət tərkibdə) xx xxx 1989-cu il tarixdə Cəlilabad rayonunun Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, xxxx qeydiyyatda olmaqla həmin kənddə yaşamış, hazırda cəza çəkən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilməklə 4 (dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-ni n 69.3-cü maddəsinə əsasən Məhkum 01 sentyabr 2018-ci il tarixdən 03 yanvar 2019-cu il tarixədək şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətin bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasının müddətinə hesablanmaqla ona təyin olunmuş cəzadan 8 (səkkiz) ay 4 (dörd) gün çıxılaraq üzərində qəti olaraq 3 (üç) il 3 (üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılmış, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmışdır. Hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim K.S.Bəşirov, hakimlər E.Ə.Camalov və E.İ.Əliyevdən ibarət tərkibdə) 02 iyul 2020-ci il tarixli, 1(106)-212/2020 nömrəli qərarı ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim H.Q.Nəsibov, hakimlər Ş.Y.Yusifov və Ə.C.Seyidovdan ibarət tərkibdə) 26 noyabr 2020-ci il tarixli, 1(102)-1193/2022 nömrəli qərarı ilə dövlət ittihamçısının kassasiya protesti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 iyul 2020-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında yeni məhkəmə baxışına təyin edilmişdir. İşə yenidən baxan Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının (sədrlik edən və məruzəçi hakim R.M.Cəfərov, hakimlər M.Ə.Bağırov və M.K.Həsənovdan ibarət tərkibdə) 27 sentyabr 2021-ci il tarixli, 1(106)-286/2021 nömrəli hökmü ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmündən verilmiş apellyasiya protesti qismən təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(099)-47/2020 nömrəli hökmü apellyasiya protestinə əsasən ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsinin xaric edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin cəzanın Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən 4 (dörd) il sınaq müddəti müəyyən edilməklə, şərti olaraq tətbiq edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (sədrlik edən və məruzəçi hakim İ.Ə.Rəcəbov, hakimlər N.R.Mövsumov və İ.S.Qılıcovdan ibarət tərkibdə) 07 aprel 2022-ci il tarixli 1(102)-495/2022 qərarı ilə dövlət ittihamçısının kassasiya protesti təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 27 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasında yeni məhkəmə baxışına təyin edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-499/2022 nömrəli hökmü ilə (sədrlik edən və məruzəçi hakim İ.H.Ə hmədov, hakimlər İ.Q.Abdullayev və Z.M.Allahyarovdan ibarət məhkəmə tərkibi) dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə ləğv edilmiş, Məhkum Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 01 sentyabr 2018-ci il tarixdən 03 yanvar 2019-cu il tarixədək şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 4 (dörd) ay 2 (iki) gün müddət azadlıqdan məhrum etmə müddətinin bir gününə bir gün hesabı ilə hesablanıb təyin edilmiş cəzadan çıxılmaqla onun üzərində 5 (beş) il 7 (yeddi) ay 28 (iyirmi səkkiz) g ün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəza çəkmə müddətinin əvvəli 19 iyul 2022-ci il tarixdən hesablamışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli hökmündən məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Apellyasiya instansiyası məhkəməsinin hökmünə əsasən Məhkum 27 iyun 2018-ci il tarixdə saat 20 radələrində bacısı X7 həmkəndlisi X10 ilə telefonla danışmasına görə onların yaxın münasibətdə olmasından şübhələnərək sonuncunun Cəlilabad rayonunun Maşlıq kəndindəki evinin həyətinə gedib, orada anası x ilə yuxarıda qeyd edilən münasibətləri araşdırmaq məqsədi ilə X2un anası X13 və bacısı X8 ilə mübahisə edib dalaşdıqlarını görüb, şəxsi mün asibətlər zəminində X4 ilə mübahisə edərək dalaşaraq onun saçından tutub dartaraq orada olan sonuncunun övladı X4 və anası X5 gözləri qarşısında onun bu hərəkətlərindən psixoloji sarsıntı keçirərək əzab çəkəcəklərini qabaqcadan dərk etdiyi halda xüsusi amansızlıqla X4nm sol göz nahiyəsinə yumruğu ilə qəsdən bir zərbə vuraraq yerə yıxmış, saçından tutduğu vəziyyətdə dartmaqla onu həyətdəki təndirin yanma kimi sürümüş, sonra çiyinləri üstündə oturaraq, əlində olan istintaqla müəyyən edilməyən predmetlə yenidən sol göz nahiyəsinə qəsdən ardıcıl zərbələr vuraraq ona sol göz qapaqlarının hematoması, sol göz qapaqlarının və sol göz almasının ağır dərəcəli kontuziyası, sol orbitanın aşağı divarının sınığı, sol gözün sklerasının deşilməsi, daxili qişaların və şüşəvari cismin xaric olunması, sol gö zdə görmənin tam itməsi kimi vahid kompleks təşkil edib dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən çox hissəsinin (35%) daimi itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmuş, daha sonra öz hərəkətlərini davam etdirərək orada olan X1 sol nahiyəsinə qəsdən bir neçə zərbə vuraraq yerə yıxmaqla huşunu itirməsi həddinə çatdıraraq ona alının sol yarısını və sol gözyuvası ətrafını əhatə edən hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vuraraq xususi amansızlıqla qəsdən sağlamlığa ağır zərər vurma və qəsdən sağlamlığa yüngül zərər vurma cinayətlərini törətmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən sübutlar düzgün tədqiq edib-qiymətlənd irilməmiş, nəticədə o, xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə hərəkət etmədiyi halda, əsassız olaraq xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə qəsdən sağlamlığa ağır zərər vurmada - Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinmişdir. Əməlin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə tövsifinin düzgün olmadığını göstərən hal kimi, məhkum xüsusilə ona istinad edir ki, onun zərərçəkmiş şəxsə qarşı törətdiyi cinayət hadisəsinin baş verməsinə səbəb sonuncunun qanunsuz hərəkətləri olmuşdur. Məhkum kassasiya şikayətinin digər dəlili isə odur ki, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadığı üçün o, həddindən artıq ağır cəzaya məruz qalmışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apelly asiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli hökmünün və əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə dəyişdirilməsini, ona birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş 04 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kass asiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində sübutetməyə dair qaydaların pozulduğunu, nəticədə xuliqanlıq niyyəti ilə hərəkət etmədiyi halda, əməlinin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif o lunmadığını, eləcə də ona məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınmadan həddindən artıq ağır cəzanın təyin olunduğunu iddia edərək, faktiki olaraq apellyasiya məhkəməsinin hökmünün dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Lakin, öyrənilmiş iş materiallarından müəyyən olunur ki, Məhkum əməlinin hüquqi tövsifinin “xüsusi amansızlıq” və “xuliqanlıq niyyətini” əlamətləri xaric edilməklə Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3 və 126.2.4-cü maddələrindən 126.1-ci maddəsinə dəyişdirilməsi ilə bağlı Lənk əran Ağır Cinayətlər Məhkəməsinin 28 yanvar 2020-ci il tarixli, 1(099)-47/2020 nömrəli hökmü verilmiş apellyasiya protestinə münasibətdə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2020-ci il tarixli, 1(106)-212/2020 nömrəli qərarı dəyişdirilmədən saxlanıldıqdan sonra, apellyasiya məhkəməsinin qeyd olunan qərarından verilmiş, Məhkum əməlin hüquqi tövsifinin mübahisələndirilməsinə dair dövlət ittihamçısının kassasiya protesti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin Cinayət kollegiyası tərəfindən baxılmış və Ali Məhkəmənin Cinayət kollegiyası Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsindən (məhkəmələrin xuliqanlıq niyyətinin verilmiş ittihamdan xaric edilməsi ilə bağlı nəticə ilə razılaşmaqla) 126.1-ci maddəsinə dəyişdirilməsi ni (hazırkı kassasiya şikayətində məhkumun əməlinin tövsifi ilə bağlı iddiası) sübutlarla uzlaşmayan qanunsuz, əsassız nəticə hesab etmiş, dövlət ittihamçısının kassasiya protesti ilə razılaşmış, cinayət-prosessual qanunun 416.1.15-ci maddəsində nəzərdə tutulmuş əsaslarla Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 iyul 2020-ci il tarixli, 1(106)-212/2020 nömrəli qərarını ləğv edib, cinayət işini yeni apellyasiya baxışına təyin etmişdir (Ali Məhkəmənin Cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli 1(102)1193/2022 nömrəli qərarı). Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası yeni apellyasiya baxışında çıxardığı 27 sentyabr 2021-ci il tarixli, 1(106)-286/2021 nömrəli hökmündə (baxmayaraq ki, qeyd olunan hökm Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiy asının 07 aprel 2022-ci il tarixli 1(102)-495/2022 qərarı ilə cəzanın təyin edilməsi məsələləri ilə bağlı, o cümlədən cəzanın təyin edilməsi məsələsinin həllində əhəmiyyətli olan bütün halların tam və hərtərəfli araşdırılmadan, həmçinin qanuni əsaslar olmadığı halda Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunması hissədə ləğv edilmişdir), eyni zamanda 19 iyul 2022-ci il tarixli, 1(106)-499/2022 nömrəli hökmündə Məhkum əməlinin hüquqi tövsifi ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hüquqi mövqeyini tam olaraq nəzərə almışdır. Maraqlı fakt ondan ibarətdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı 27 sentyabr 2021-ci il tarixli, 1(106) 286/2021 nömrəli hökmünü (müvafiq hökmlə Məhkum barəsində şərti məhkum etmənin tətbiq edilmiş) müdafiə tərəfindən ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası qanuni qüvvədə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 26 noyabr 2020-ci il tarixli 1(102)-1193/2022 nömrəli qərarı ilə həll edilmiş məsələlərin (əməli tövsifi ilə bağlı qənaətini) hazırki kassasiya baxışında başqa cür həll edilməsi, o cümlədən Məhkum əməlinin tövsifi üçün (kassatorun məhkəmələr tərəfindən müəyyən edilmiş nəticələri təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmədiyi halda) qanuni əsaslar tapmır, eyni zamanda həmin qərarda əks olunmuş (apellyasiya məhkəməsinin 19 iyul 2022-ci il tarixli, 1(106)-499/2022 nömrəli hökmündə təkrarlanmış) məhkəmə kollegiyasının dəlillərinin hazırki qərarda təkrar təsvir edilməsinə zərurət görmür. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun hökmünün ləğv edilməsinə, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.15-cı maddəsində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Məhkum ona təyin olunmuş cəzanın törədilmiş cinayətə uyğun olmaması barədə mövqeyini, onun hərəkətlərində Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi deyil, 126.1-ci maddəsində göstərilən cinayətin tərkibinin olması haqqında dəlilə əsaslandığından, bu dəlilin əsassız oldu ğu isə kassasiya baxışı zamanı müəyyən edildiyindən, kassasiya şikayətində irəli sürülən onun cəzasının yüngülləşdirilməsinə dair tələb də əsaslı sayıla bilməz. Belə ki, apellyasiya instansiya məhkəməsi Məhkum təqsirli bilindiyi əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının ən aşağı həddində (6 il müddətə) cəza təyin etməklə, Məhkum zərərçəkmiş şəxslə barışmasını, sonuncunun ona qarşı şikayət və tələblərinin olmamasını, ona dəymiş ziyanın ödənilməsini, boşanmış bacısının və onun üç uşağının, vəfat etmiş qardaşının üç uşağının və özünün iki az yaşlı uşağının onun himayəsində olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunan cəzanın onun islah o lunmasına və ailəsinin həyat şəraitinə təsirini Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, törədilmə halları, eləcə də cəzanın məqsədləri ilə birlikdə götürməklə kifayət qədər nəzərə almış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsinin hökmünün qanuni və əsaslı olduğunu, apellyasiya məhkəməsi tərəfindən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilmədiyini göstərir. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum v ə onun müdafiəçisi X6, kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-499/2022 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyul 2022-ci il tarixli, 1(106)-499/ 2022 nömrəli hökmü məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar