Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-236/2019 20.02.2019 ALİ MƏHKƏMƏ Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Yusifova Gülnar Azad qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru X1 iştirakı ilə xx xxxx 1994-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonunun Kətəlparaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, ********************** ünvanda yaşamış, hal hazırda həbsdə olan X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 126.1-cimaddəsi ilə məhkum edilməsinə d air cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri, 05 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə (hakimlər: E.Ə.Mikayılov (sədrlik edən),Ə.M.Abasov və M.M.Ağalarov) X4 – Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 18 oktyabr 2017-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumun müdafiəçisi tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməs inin 04 sentyabr 2018-ci il tarixli qərarı ilə (hakimlər: F.A.Qasımov (sədrlik edən), S.A.Mirzəyev və E.Y.Şamayev) verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Belə ki, X4 12 avqust 2017-ci il tarixdə saat 22 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şosesi 11 ünvanında yerləşən «Banıçiçək» restoranında keçirilən kiçik toy mərasimində iştirak edən əvvəllər tanımadığı Zərərçəkmiş şəxs ona nə səbəbə qadın olan qohumlarıyla oynaması ilə bağlı bildirdiyi iradla əlaqədar restoranın foyesində aralarında sözlə yaranmış mübahisəni aydınlaşdırmaq məqsədilə Zərərçəkmiş şəxs H6 restoranın həyətinə çağırmış və şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı H6 istintaq zamanı müəyyən edilməmiş qatlanan tipli bıçaqla qəflətən Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə vuraraq, ona böyük piyliyin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının qarın boşluğuna nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası kimi həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Kassasiya şikayətlinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin 04 iyun 2018-ci il tarixli qərarının dəyişdirilməsi və X2 barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə ona CM-nin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, məhkəmələr onun barəsində cəza təyin edərkən cinayət işi üzrə məhkumun cəzasını yüngülləşdirən halları tam olaraq nəzərə almamış və ona ağır cəza təyin etmişlər. Belə ki, məhkəmələr cinayətin Zərərçəkmiş şəxs qanunsuz və əxlaqsız hərəkərlərinin təsiri altında törədilməsini yüngülləşdirici hallar kimi nəzərə almalı olduqları halda bunu etməmişlər. Müdafiəçi həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlildir, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilmiş, himayəsində əlil atası olmaqla, ailənin yeganə qazanc gətirənidir. Şikayət müəllifi hesab edir ki, yuxarıda sadalanan yüngülləşdirici hallar Təqsirləndirilən şəxs CM-nin 62-ci maddəsinin tətbiq olunması ilə CM-nin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsasdır. Hü quqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəm ə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Odur ki, məhkum kassasiya şikayətində irəli sürdüyü apellyasiya instansiyası məhkəməsinin qərarının qeyri-obyektiv sayılması və ədalətli qərarın çıxarılması haqqında tələblərinin əsaslılığını yoxlayarkən məhkəmə kollegiyası faktiki halların kassasiya şikayətində əksini tapmış təsvirini deyil, iş üzrə apellyasiya instansiya məhkəməsi tərəfindən m üəyyən olunmuş sayılan faktiki halları rəhbər tutacaqdır. Cinayət işinin faktiki hallarına dair məhkəmələrin gəldikləri nəticələr isə iş materiallarından göründüyü kimi, qanuni prosedurlar daxilində, cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla və sübutetməyə dair Azərbaycan Respublikası CPM-in 138-146-cı maddələrinin tələbləri gözlənilməklə əldə olunmuş, o cümlədən kassasiya şikayətində irəli sürülmüş iddianın əksinə olaraq məhkəmələr yekun qərarlarının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş, iş üzrə məhkumun, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin alınması, hadisə yerinin müayinə edilməsi, maddi sübutların götürülməsi, müxtəlif istintaq hərəkətlərinin aparılması zamanı, habelə digər sübutların toplanması zamanı ibtidai araşdırma orqanı qanunun tələblərinə tam şəkildə əməl etmiş və sübutların qəbuledilməzliyinin əsasını təşkil edən, CPM-in 125.2-ci maddəsində göstərilmiş hər hansı kobud qanun pozuntusuna yol verilməmişdir. Kassasiya şikayətində məhkumun təqsirli olmasına dair müddəalar mübahisələndirilmədiyindən məhkəmə kollegiyası iş üzrə toplanmış sübutların şərh edilməsini zəruri hesab etmir. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində mübahisə edilən məsələ məhkuma təyin edilmiş cəzanın ağır olması, məhkəmə tərəfindən yüngülləşdirici halların nəzərə alınmaması ilə bağlıdır. Məhkum Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi cəza təyini məsələsən i həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, ilk dəfə cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-nin 62-ci maddəsinə əsasən CM-nin 126.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenu munun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarının 8-ci bəndində göstərilmişdir ki, CM-nin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin iştimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirkarın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan bütün müstəsna hallar qanunda birbaşa nəzərdə tutulmadığından məhkəmə müstəsna hal kimi həm ayrıayrı yüngülləşdirici halları, hə m də onların məcmusunu tanımağa haqlıdır. Bu zaman məhkəmə bu məsələ barədə qəbul etdiyi qərarı hökmdə əsaslandırmalıdır. Məhkəmə kollegiyası törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və məhkumun şəxsiyyətini nəzərə alaraq məhkum Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün hesab etmir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Azərbaycan Respublikası Konstitusiyası nın 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədi lməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hə r bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən Azərbaycan Respublikası CPM-in 419.10.1cü maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X4 barəsində Bakı Apellyasiya Məhkəməsinin 04 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlan
Məhkəmə qərarları › İş №1(102)-236/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-236/2019
20.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver