Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-236/2020 21.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İnqilab Maşallah oğlu Nəsirovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Şəmmədov Rizvan Qaraş oğlunun, zərərçəkmiş şəxs x2nın iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə Az ərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş x1 barəsində Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019cu il tarixli qərarından zərərçəkmiş şəxslər x2 və x3 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə (sədrlik edən hakim Fikrət Hüseyn oğlu Əliyev) x1 - xx.xx.1981-ci il tarixdə Ü1 anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay (boşanmış-himayəsində 02 azyaşlı övladları olan), ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ü2-da qeydiyyatda olan, Ü3 yerləşən fərdi evdə kirayədə yaşayan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri il ə təqsirli bilinib, 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən x1na təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi x1nın xx.xx.2010cu il təvəllüdlü uşağı x4 on dörd yaşına çatanadək təxirə salınmışdır. İşin halları: x1, özgə əmlakını ələ keçirmə məqsədi ilə x5 ilə olan etibarlı münasibətlərindən istifadə edərək qızıl-zinət məmulatlarını alan tanışlarının olduğunu və alacağı qızıl-zinət əşyalarını tanışlarına nisyə, baha qiymətə satıb pulunu hissə-hissə vaxtında qaytaracağı barədə yalan məlumat verib, aldığı qızıl-zinət əşyalarının pulunun bir hissəsini qaytarmaqla inam qazandıqdan sonra vahid qəsdlə ü4 xx.xx.2016-cı il tarixdə, 243.60 (iki yüz qırx üç mana t altmış qəpik) manat dəyərində Rusiya istehsalı olan 583 əyarlıq 8,12 qram çəkidə bir ədəd qızıl boyunbağını, xx.xx.2016-cı il tarixdə, 735 (yeddi yüz otuz beş) manat dəyərində Rusiya istehsalı olan 583 əyarlıq 24,5 qram çəkidə bir ədəd qadın qızıl saatını, xx.xx.2016-cı il tarixdə, 225 (iki yüz iyirmi beş) manat dəyərində Türkiyə istehsalı olan 585 əyarlıq 7,5 qram çəkidə bir ədəd qızıl qadın qolbağını, xx.xx.2016-cı il tarixdə, 81 manat dəyərində Rusiya istehsalı olan 583 əyyarlıq, 2,7 qram çəkidə bir ədəd qızıl üzüyünü, xx.xx.2016-cı il tarixdə, qiyməti 368 (üç yüz altmış səkkiz) manat 70 (yetmiş) qəpik dəyərində Türkiyə istehsalı olan 585 əyarlıq 12,29 qram çəkidə bir çüt qızıl üzük sırqa dəstini və 285 (iki yüz səksən beş) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlıq 5,7 qram ç əkidə bir ədəd qızıl zəncir qolbağını, xx.xx.2016-cı il tarixdə Türkiyə istehsalı olan 585 əyarlıq 6,5 qram çəkidə 195 (yüz doxsan beş) manat dəyərində bir ədəd qızıl qolbağını, xx.xx.2016-cı il tarixdə 3275 (üç min iki yüz yetmiş beş) manat dəyərində İtaliya istehsalı olan 750 əyyarlıq 65,5 qram çəkidə bir ədəd qızıl boyunbağını, ümumilikdə aldığı 5408 (beş min dord yüz səkkiz) manat 30 (otuz) qəpik dəyərində qızıl-zinət əşyalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulun 2772 (iki min yeddi yüz yetmiş iki) manatını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş x5 ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə x3 ilə olan etibarlı münasibətlərindən istifadə qızıl-zinət məmulatlarını alan tanışlarının olduğunu və alacağı qızıl-zinət əşyalarını onlara nisyə baha qiymətə satıb pulunu hissə-hissə vaxtında qaytaracağı barədə yalan məlumat verərək aldığı qızıl-zinət əşyalarını pulunun bir hissəsini qısa müddətə ödəməklə sonuncunun etibarını qazandıqdan sonra vahid qəsdlə xx xxx 2016-cı il tarixdə ü5 1002 (bir min iki) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlıq 16,7 qram çəkidə bir çüt qızıl üzük sırqa dəstini, xx xxxx 2016-cı il tarixdə ü6 yaxınlığında 1416 (bir min dörd yüz on altı) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlıq 23,6 qram çəkidə bir ədəd qızıl boyunbağını və 798 (yeddi yüz doxsa səkkiz) manat dəyərində İtaliya istehsalı olan bir ədəd 750 əyarlıq 13,3 qram çəkidə bir ədəd qızıl boyunbağını, ümumilikdə aldığı 3216 (üç min iki yüz on altı) manat dəyərində qızıl-zinət əşyala rını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulun 2816 (iki min səkkiz yüz on altı) manatını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Mətanət Əhmədovaya ziyan vurmaqla dələduzluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə x2 ilə olan etibarlı münasibətlərindən istifadə edərək qızıl-zinət məmulatlarını alan tanışlarının olduğunu və alacağı qızıl-zinət əşyalarını onlara nisyə, baha qiymətə satıb pulunu hissə-hissə, vaxtında qaytaracağı və gəlir əldə edəcəyi barədə yalan vədlər verərək, aldığı qızıl-zinət əşyalarının pulunun bir hissəsini qaytarmaqla inam qazandıqdan sonra sonuncunu aldadaraq vahid qəsdlə sonuncunun yaşadığı Sumqayıt şəhəri, 11-ci mikrorayon, ev 29, mənzil 13-də yerləşən evinin həyətində xx.xx.2016-cı il tarixdə, həmin vaxt qüvvəddə olan məzənnəyə uyğun olaraq 3.122 (üç min yüz iyirmi iki) manat təşkil edən 2000 (iki min) ABŞ dollarını, xx.xx.2016-cı il tarixdə, 1240 (min iki yüz qırx manat) manat dəyərində Rusiya istehsalı olan 583 əyarlıq 31 qram çəkidə bir ədəd qızıl kişi qolbağını, xx.xx.2016cı il tarixdə, 2656 (iki min altı yüz əlli altı) manat dəyərində Rusiya istehsalı olan 583 əyarlıq bir ədəd qızıl kişi qol saatını, xx.xx.2016-cı il tarixdə, Sumqayıt şəhəri, 32-ci məhəllə ərazində yerləşən ü5 yaxınlığında Türkiyədən qızıl gətirən tanışına verəcəyini bildirərək 4000 (dörd min) manat pulunu, Rusiya istehsalı olan 583 əyarlıq 25,7 qram çəkidə 1028 (bir min iyirmi səkkiz) manat dəyərində bir ədəd qızıl boyunbağını, İtaliya istehsalı olan 750 əyarlıq 10,6 qram çəkidə 636 (altı yüz otuz altı) manat d əyərində bir ədəd qızıl qolbağını, İtaliya istehsalı olan 750 əyarlıq 11.7 qram çəkidə 702 (yeddi yüz iki) manat dəyərində bir ədəd qızıl qolbağını, xx.xx.2016-cı il tarixdə 924 (doqquz yüz iyirmi dörd) manat dəyərində İtaliya istehsalı olan 750 əyarlıq 15,4 qram çəkidə bir çüt qızıl üzük sırqa dəstini, Türkiyə istehsalı olan 585 əyarlıq 9,1 qram çəkidə 364 (üç yz altmış dörd) manat dəyərində bir ədəd qızıl kişi qolbağını, xx.xx.2016-cı il tarixdə İtaliya istehsalı olan 750 əyarlıq 15,5 qram çəkidə 930 (doqquz yüz otuz) manat dəyərində bir çüt qızıl üzük sırqa dəstini, Türkiyə istehsalı olan 585 əyarlıq 13,9 qram çəkidə 556 (beş yüz əlli altı) manat dəyərində olan bir ədəd qızıl qolbağını, xx.xx.2016-cı il tarixdə İtaliya istehsalı olan 750 əyarlıq 11,5 qram çəkidə 690 (altı yüz doxsan) manat dəyərində bir ədəd qızıl boyunbağını, İtaliya istehsalı olan 750 əyarlıq 10,3 qram çəkidə 618 (altı yüz on səkkiz) manat dəyərində bir ədəd qızıl qolbağ dəstini, bir ədəd İtaliya istehsalı olan 750 əyarlıq 7,9 qram çəkidə 474 (dörd yüz yetmiş dörd) manat dəyərində qızıl qolbağını, xx.xx.2016-ci il tarixdə ü7 qarşısında İtaliya istehsalı olan 750 əyarlıq 14,6 qram çəkidə 876 (səkkiz yüz yetmiş altı) manat dəyərində bir çüt qızıl üzük sırqa dəstini, xx.xx.2016-cı il tarixdə sonuncunun yaşadığı evin həyətində Türkiyə istehsalı olan 585 əyarlıq 8,5 qram çəkidə 340 (üç yüz qırx) manat dəyərində bir çüt qızıl üzük sırqa dəstini, bir ədəd 585 əyarlıq 5,7 qram çəkidə 228 (iki yüz iyirmi səkkiz) manat dəyərində olan qızıl üzüyünü, İtaliya istehsalı olan 750 əyarlıq 17,2 qram çəkidə 1032 (bir min otuz iki) manat dəyərində bir dəst qızıl sep kulonunu, İtaliya istehsalı olan 750 əyarlıq 5,7 qram çəkidə 342 (üç yüz qırx iki) manat dəyərində bir ədəd qızıl boyunbağını, qaynatasının müalicəsi üçün pul lazım olduğunu və aldığı pulu qısa müddətə qaytaracağını bildirərək 2000 (iki min) manat pulunu, xx.xx.2016ci il tarixdə ü5 Türkiyə istehsalı olan 585 əyarlıq 13,9 qram çəkidə 556 (beş yüz əlli altı) manat dəyərində bir ədəd qızıl qolbağını, İtaliya istehsalı olan 750 əyarlıq 18 qram çəkidə 1080 (bir min səksən) manat dəyərində bir cüt qızıl üzük sırqa dəstini və Türkiyə istehsalı olan 585 əyarlıq 12,5 qram çəkidə 500 (beş yüz) manat dəyərində bir cüt qızıl üzük sırqa dəstini, xx.xx.2016-cı il tarixdə sonuncunun yaşadığı evdə ucuz qiymətə qızıl almaq üçün lazım olduğunu bildirib 500 (b eş yüz) manat pulunu, xx.xx.2016-cı il tarixdə ü5 İtaliya istehsalı olan 750 əyarlıq 18,5 qram çəkidə 1110 (bir min yüz on) manat dəyərində bir ədəd qızıl qolbağını, ümumilikdə aldığı 26504 (iyirmi altı min beş yüz dörd) manat dəyərində qızıl-zinət əşyalarını müxtəlif şəxslərə sataraq ələ etdiyi pulun 24504 (iyirmi dörd min beş yüz dörd) manatını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş x2na xeyli miqarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmə məqsədi ilə x6 ilə olan etibarlı münasibətlərindən istifadə edərək bir neçə günə qaytaracağına söz verib aldadaraq 2016cı ilin iyun ayının əvvəllərində Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən ü8 qarşısında x6 həmin vaxt qüvvədə olan məzənnəyə uyğun olaraq 1050 (bir min əlli) manat təşkil edən 700 (yeddi yüz) ABŞ dolları məbləğində pulunu etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirməklə dələduzluq etmişdir. İstintaq orqanı tərəfindən x1 eyni zamanda ittiham verilmişdir ona görə ki, o, özgə əmlakını ələ keçirmə məqsədilə x7 ilə aralarında olan etibarlı münasibətlərindən istifadə edərək qızıl-zinət məmulatlarını alan tanışlarının olduğunu və alacağı qızıl-zinət məmulatlarını tanışlarına nisyə, baha qiymətə satıb pulunu hissə-hissə vaxtında qaytaracağı barədə yalan məlumat verərək, aldığı qızıl-zinət əşyalarının pulunun bir hissəsini qaytarmaqla inam qazandıqdan sonra vahid qəsdlə əvvəllər yaşadığı ünvan 1 ünvanında yerləşən evində və ü5 2015-cı ilin noyabr ayından 2016-cı ilin aprel ayının əvvəllərinə kimi olan müddət ərzində hissə-hissə 2 7.700 (iyirmi yeddi min yeddi yüz) manat dəyərində olan müxtəlif adda qızıl-zinət əşyalarını və xx.xx.2016-cı il tarixdə, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən ü8 qarşısında 43,3 qramlıq Rusiya istehsallı 583 əyarlıq 1299 (bir min iki yüz doxsan doqquz) manat dəyərində olan bir ədəd qızıl boyunbağını, ümumilikdə aldığı 28999 (iyirmi səkkiz min doqquz yüz doxsan doqquz) manat dəyərində qızıl-zinət əşyalarını müxtəlif şəxslərə sataraq əldə etdiyi pulun 19.399 (on doqquz min üç yüz doxsan doqquz) manatını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirərək, zərərçəkmiş x7 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Hökmdən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: E.M.Əhmədov (sədrlik edən v ə məruzəçi), F.G.Zeynallı və M.Ə.Rzayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətlərini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından zərərçəkmiş şəxslər x2 və x3 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. Kassasiya şikayətinin dəlilləri: Zərərçəkmiş şəxs x3 kassasiya şikayəti verərək bildirmişdir ki, aparılmış məhkəmə mühakimə icraatı təqsirləndirilən şəxsin AR-nın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirləndirilməsinə dair olmuşdur. Çıxarılmış hökmlə hər bir cinayət əməlinə hüquqi qiymət verilməsi məhkəmə tərəfindən şəxsin təqsirliliyi sübuta yetirilmiş olsa da, ancaq təyin edilmiş cəzanın yüngüllüyü və daha da irəli gedərək CM-nin 79.1-ci maddəsini tətbiq etməklə təyin olunmuş cəzanın təxirə salınması çıxarılmış məhkəmə hökmünün dəyişdirilərək təqsirləndirilən şəxsə daha da ağır cəzanın verilməsi və təyin olunmuş cəzanın təxirə salınmadan icra edilməsi barədə nəticəyə gəlməyə əsas verir. İstər ibtidai istintaq zamanı, istərsə də birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs ilk əvvəl öz əməllərini gizlətsə də, daha doğrusu günahı olmamasını qeyd etmiş olsa da, ancaq aparılmış araşdırma nəticəsində onun təqsirli olması ittiham aktı və sonda məhkəmənin hökmü ilə təsdiqlənmişdir. Ancaq işə baxan məhkəmə təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrumetmə barədə cəzanı təqsirləndirilən şəxsin xx.xx.2010-cu il təvəllüdlü uşağı x4nın 14 (on dörd) yaşına çatanadək təxirə salınması bar ədə nəticəyə gəlmişdir. Bunun da hüquqi əsası kimi, AR-nın CM-nin 79.1-ci maddəsinə istinad etmiş və bu barədə adı çəkilən hökmdə hüquqi cəhətdən "əsaslandırmağa" çalışılmışdır. Lakin qeyd edilən maddənin tərkib əlamətlərinə fikir verdikdə ümumiyyətlə bu maddənin hazırki cinayət mühakimə icraatına heç bir aidiyyətinin olmadığını görürük. Belə ki, həmin maddəyə əsasən, təxirə salma şəxsiyyət əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üçün nəzərdə tutulmuş əmələ görə təyin edilən cəzadan danışır. Digər tərəfdən, bu maddənin təsiri altına düşmək üçün təyin edilmiş cəzanın müddəti 5(beş) ildən artıq olmamalıdır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl isə mülkiyyət əleyhinə olan cinayətlərə aiddir. Yəni, 79.1-ci maddəsinin tələbinə heç bir aidiyyatı olm ayan bir cinayət hüquq münasibəti olmasına baxmayaraq, işə baxan məhkəmə düzgün olmadan belə bir nəticəyə gəlmişdir. Digər tərəfdən təqsirləndirilən şəxsə təyin edilmiş cəza yüngül seçilmişdir. Çünki hazırki cinayət əməli mülkiyyət əleyhin olan cinayətdir və cinayətin nəticəsi olaraq zərərçəkmiş şəxs kimi əmlakının azalması, ortada olmaması və s. bu kimi digər hallarla müşahidə olunan arzuolunmaz nəticə yaradır. Beləliklə, mübahisələndirilən Sumqayıt şəhər Məhkəməsinin hökmü, iş üzrə CM- nin 178.2.2 və 178.2.4-cü maddələri üzrə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın müddəti və cəzanın da sonradan CM-nin 79.1-ci maddəsinə əsasən təxirə salınması həm cinayət, həm də cinayət-prosessual qanunvericiliklərinin tələblərinin pozulması, hüququn vacib və əhəmiyyətli prinsiplərinə əhəmiyyət ver ilməməsi və s., bu kimi kobud hüquq pozuntuları ilə qəbul edilmişdir. Zərərçəkmiş şəxs Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarınının ləğv edilməsini, x1nın AR-nın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin yuxarı həddində cəza təyin olunmasını və təyin ediləcək cəzanın dərhal icra edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə digər zərərçəkmiş şəxs x2 da eyni məzmunlu kassasiya şikayəti verərək Sumqayıt Apelyasiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarınının ləğv edilməsini, x1nın AR-nın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin yuxarı həddində cəza təyin olunmasını və təyin ediləcək cəzanın dərhal icra edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə dövlət ittihamçısının və zərərçəkmiş şəxs x2 çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəlləni n 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Zərərçəkmiş şəxslər x1nın AR-nın CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, həmin maddənin yuxarı həddində cəza təyin olunmasını və təyin ediləcək cəzanın dərhal icra edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qeyd olunan maddədən göründüyü kimi sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Qanunun bu tələbindən göründüyü kim i, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunvericiliyinin normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Faktları araşdırmaq və müəyyən etmək funksiyaları üzərilərinə qoyulmuş birinci və apellyasiya instansiyası məhkəmələri isə təqdim olunan sübutları araşdırmaqla belə nəticəyə gəlmişlər ki, məhkum x1 məhkəmə qərarlarında təsvir edilən cinayət hadisəsini törətmişlər. Bu zaman məhkəmələr iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələrinə, habelə toplanmış digər sübutlara istinad etmişlər. Cinayət-prosessual qanunvericiliyinə uyğun surətdə əldə e dilmiş həmin sübutların qanuniliyinin və mötəbərliyinin şübhə altına alınması üçün heç bir qanuni əsas yoxdur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi açıq, ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında faktları araşdırıb maddi və prosessual hüquq normalarının tətbiqini yoxlayarkən Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə uyğun olaraq sübutların hər birini onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyi üzrə düzgün qiymətləndirmiş və haqlı olaraq apellyasiya instansiyası məhkəməsi tam əsaslı olaraq x1 əməlini Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif etmiş, yekun qərar qəbul edərkən isə – qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməm işdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilmə sinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Əlavə olaraq qeyd edilməlidir ki, subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arzu etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nail olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qayd ada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Məhkəmə kоllеgiyаsı məhkum x1 cəzа təyin еdilməsi ilə əlaqədar apellyasiya instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun q əbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumların törətdikləri cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumların şəxsiyyətlərini düzgün nəzərə almış, onlara törətdikləri cinayətin ağırlığına, şəxsiyyətlərinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumların şəxsiyyətlərini nəzərə almış və onlara təqsirli bilindiyi maddə əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhk əməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. ( CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Kassasiya şikayətində göstərilmişdir ki, CM-nin 79.1-ci maddəsinin hazırki cinayət mühakimə icraatına he ç bir aidiyyətinin olmadığını görürük. Belə ki, həmin maddəyə əsasən, təxirə salma şəxsiyyət əleyhinə olan ağır və ya xüsusilə ağır cinayətlər üçün nəzərdə tutulmuş əmələ görə təyin edilən cəzadan danışır. Digər tərəfdən, bu maddənin təsiri altına düşmək üçün təyin edilmiş cəzanın müddəti 5(beş) ildən artıq olmamalıdır. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməl isə mülkiyyət əleyhinə olan cinayətlərə aiddir. Yəni, 79.1-ci maddəsinin tələbinə heç bir aidiyyatı olmayan bir cinayət hüquq münasibəti olmasına baxmayaraq, işə baxan məhkəmə düzgün olmadan belə bir nəticəyə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsinə görə, şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, məhkəmə məhkum edilmiş hamilə qadınlar və ya on dörd yaşına qədər uşağı olan qadınlar, habelə on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər tərəfindən uşaq on dörd yaşına çatanadək cəzanın çəkilməsini təxirə sala bilər Qanunun məzmunundan görünür ki, hökmün icrasının təxirə salınması şəxsiyyət əleyhinə ağır və ya xüsusilə ağır cinayət törətməyə görə beş ildən çox müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər istisna olmaqla, Digər bütün cinayətlərə, o cümlədən Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinə tətbiq edilə bilər. Ona görə də kassasiya şikayətinin bu barədə dəlili əsassız hesab edilir. Bundan başqa Azərbaycan Respublikası CM-nin 79.3-cü maddəsinə görə, uşaq on dörd yaşına çatdıqda, məhkəmə məhkum edilmiş şəxsi cəz anın çəkilməmiş hissəsindən azad edir və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz edir, yaxud məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərir. Məhkəmə Kollegiyası hesab edir ki, x1 barəsində Azərbaycan Respublikasi CM-nin 79.1-ci maddəsi tətbiq edilərkən işin bir sıra xüsusatları, himayəsində iki azyaşlı uşağının olması, ərindən boşanaraq azyaşlı uşaqlarının onun himayəsində yaşaması, o cümlədən təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmışdır. Hökmün icrası müddəti başa çatması cəza müddətinin başa çatması anlamına gəlmir. Ona görə də hökmün icrası müddəti başa çatdıqdan sonra da məhkəmə CM-nin 79.3-cü maddəsində sadalanan qərarlardan birini qəbul etmək üçün digər hallarla ya naşı məhkumun vurulmuş ziyanı ödəməsini nəzərə ala bilər. Məhkəmə məhkumun davranışında vurulmuş ziyanın ödəməsi kimi müsbət hallar müəyyən edərsə məhkum edilmiş şəxsi cəzanın çəkilməmiş hissəsindən azad edə bilər. Eyni zamanda məhkəmə məhkumun islah olunmamasına dəlalət edən hallar müəyyən etdikdə məhkum edilmiş şəxsi cəzanın qalan hissəsini çəkmək üçün müvafiq müəssisəyə göndərə bilər. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası cəzanı yüngülləşdirən halları məcmu halında qiymətləndirib, CM-nin 8-ci və 9-cu maddələrinə uyğun olaraq x1ya təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməsinin uşağının 14 yaşına çatanadək təxirə salınmasını cinayət qanununun tələblərinə müvafiq hesab edir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayət lərində göstərildiyi kimi hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Zərərçəkmiş şəxslər x2 və x3 kassa siya şikayətləri təmin edilməsin. x1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə məhkum olunmasına dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxslərin kassasiya şikayətlərinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-236/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-236/2020
21.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver