Məhkəmə qərarları › İş №1(102)-236/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-236/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-236/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib-İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun iştirakları ilə, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 iyun 2020-ci il tarixl i hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin (sədrlik edən hakim: Ş.T.Qocayev) 18 iyun 2020-ci il tarixli hökmü ilə, Məhkum - xx xxxxxxx 1960-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası na məhkum edilmişdir. Məhkum üzərinə yaşayış yerini saat 20:00-dan saat 08:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanılması üçün onlara xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzanın icrasının Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunması və cəzaçəkmə müddətinin əvvəlinin həmin şöbədə qeydiyyata alındığı vaxtdan hesablanması, Məhkum narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməsi hökm edilmişdir. İşin halları: Məhkum satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində daşıyaraq gəzdirmişdir. O, istintaqa məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq, yəni təmiz şəkisi 2900 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı satış maqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 16 fevral 2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Gəncə Beynəlxalq Avtovağzalının yaxınlığında saxlanılıb, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə gətirilərək üzərinə baxış keçirilən zaman əlində olan yük çantasından təmiz çəkisi 2900 qram olan çətənə (kannabis) bitki sindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə əsasən işə baxan Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər: E.İ.Xasməmmədov (sədrlik edən və məruzəçi), T.A.Muxtarov və Ç.B.Məmmədovdan ibarət tərkibdə) apelyasiya protesti təmin edilməmiş, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 18 iyun 2020-ci ill tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarından dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş ka ssasiya protesti verilmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2020-ci iltarixli qərarının əsassız olduğu üçün ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Protest müəllifi qeyd edir ki, məhkəmədə baxılmış işin hallarından görünür ki, Məhkum tərəfindən törədilmiş cinayət az ağır cinayətlər kateqoriyasına aid olmaqla, cinayətin bilavasitə obyekti insan sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər, təqsirin forması birbaşa qəsdlə törədilməsidir. Həmin cinayətin ictimai təhlükəliliyi cinayətin obyekti ilə birbaşa bağlıdır. Məhkum törətdiyi əməlin ictimai təhlükəliliyini artıran hal ondan aşkar edilib götürülmüş narkotik vasitənin çəkisi ilə bağlıdır. İşin hallarınd an göründüyü kimi, istintaqa məlum olmayan vaxt və mənbədən təmiz çəkisi 2900 qram olan narkotik vasitə marixuananın satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlamaqla dayışan Məhkum məhkəmə əsassız olaraq CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etmiş, hökmdə cəza təyin edərkən CM-nin 58-ci maddəsinə uyğun olaraq cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə aldığını göstərsə də, faktiki olaraq cəza təyini zamanı Məhkum tərəfindən törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, bununla da ona CM-nin 234.1 maddəsində nəzərdə tutulmuş aşağı həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını mümkün edən islah olunma yolunda olmamasını, belə olan h alda Məhkum gələcəkdə islah olunması üçün ona aşağı həddə deyil, məhz CM-nin 234.1 -ci maddəsinin sanksiyasında nəzərdə tutulan yuxarı həddə azadlıqdan məhrum etmə cəzasının təyin edilməli olmasını nəzərə almamışdır. Həmçinin qeyd olunmalıdır ki, Məhkum əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 2900 qram olan narkotik vasitə marixuana müvafiq qanunla müəyyən edilmiş həmin növ narkotik vasitənin şəxsi istehlak miqdarından 580 dəfə çoxdur. Həmin hal məhkəmə tərəfindən cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını cəza təyini zamanı nəzərə alımamışdır. Beləliklə, məhkəmələr cinayət qanunvericiliyinin yuxarıda qeyd olunan normalarının tələblərini və Plenum qərarının tövsiyələrini, cəza təyin edərkən Məhkum külli miqdardayəni, təmiz çəkisi 2900 qram olan narkotik vasitə mar ixuananı, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamasını və işin digər faktiki hallarını nəzərə almamış, təqsirli bilindiyi CM-nin 234.1-ci maddəsi ilə ona təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılımasından ibarət olan aşağı həddə cəza onun tərəfindən törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmamaqla ədalətsiz olmuşdur. Məhkəmə əsassız olaraq Məhkum əsassız olaraq yüngül cəza təyin etmiş, təyin edilmiş cəza hökmdə və qərarda əsaslandırılmamış, qeyd edilən çəkidə narkotik vasitəyə münasibətdə təqsirləndirilən şəxs Məhkum azadlıqdan məhrum etməyə alternativ cəza təyin edilməsinin motivlərini göstərməmişdir. Beləliklə, məhkəmə Məhkum törətdiyi cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmişdir. Məh kəmələr təqsirləndirilən şəxsə təyin edilən cəzanı əsaslandırmaq üçün Məhkum törətdiyi cinayət əməlini etiraf edib hərəkətindən səmimi peşiman olmasını vüngülləşdirici hal kimi qəbul etmişlər. Lakin məhkəmələr bu halın ona təyin ediləcək cəzaya hansı formada təsir etdiyini dəqiqləşdirməmiş, həmin halın qəbul edilməsinin motivlərini hökmdə və qərarda əsaslandırmamışlar. Birinci instansiya məhkəməsində işin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum onun üstündən aşkar olunaraq götürülmüş narkotik vasitəni yalandan yolun kənarından yabanı halda bitmiş çətənə kollarından yığdığını bildirməklə, əslində həmin narkotik vasitəni əldə etdiyi mənbəni gizlədərək cinayətin üstünün açılmasına heç bir köməklik göstərməmişdir. Beləliklə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəti cəsində könüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək göstərilməsi hallarının heç biri olmamışdır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Məhkum əmələni etiraf etməklə səmimi peşman olmasını əsassız olaraq CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almaqla cəzanın təyin edilməsinin ümumi əsaslarına zidd olan cəzanın məqsədini təmin etməyən cəza təyin etməklə səhvə yol vermişdir. Ona görə də məhkəmə təqsirləndirilən şəxs barəsində «əməlini səmimi etiraf etməsini» cəzanı yüngülləşdirən hal kimi nəzərə almaqla tam haqsız olmuşdur. Odur ki, qeyd olunanları nəzərə alaraq Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarını ləğv edərək işin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini müzakirə edib, kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya protestinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edi r. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya protestinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Cinayət işi üzrə Məhkum cinayət əməllərinin hüquqi tövsifindən kassasiya şikayəti və kassasiya protesti verilməmişdir. Kassasiya protestində məhkuma təyin edilmiş cəzanın yüngüllüyü mübahi sələndirilmişdir. Cinayət işi üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb, məhkəmə iclasında tədqiq edilmiş və qiymətləndirilmiş sübutların məcmusu ilə müəyyən edilmişdir ki, Məhkum 16 fevral 2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinin əməkdaşları tərəfindən şəxsiyyətinin müəyyən edilməsi məqsədi ilə Gəncə Beynəlxalq Avtovağzalının yaxınlığında saxlanılıb, Gəncə şəhər Kəpəz Rayon Polis Bölməsinə gətirilərək üzərinə baxış keçirilən zaman əlində olan yük çantasından təmiz çəkisi 2900 qram olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkum məhkəmə iclasındakı ifadəs ində göstərmişdir ki, təxminən 2019-cu ilin iyul-avqust aylarında Samux rayonunun Qarayeri qəsəbəsinə gedən yolun kənarında yabanı halda bitmiş çətənə kollarını görmüş, onlardan yığıb qurudaraq çantada Gəncə şəhərindən keçən dəmir yolunun kənarında uçuq binanın daş-beton hissələrinin altında öz istifadəsi üçün gizlətmişdir. Daha sonra həmin narkotik vasitəni oradan götürüb atmaq qərarına gəlmişdir. Bunun üçün 16 fevral 2020-ci il tarixdə qurumuş çətənə budaqların bazar çantasına dolduraraq Gəncə Beynəlxalq Avtovağzalının yanına gəlmişdir. Həmin gün saat təxminən 14-15 radələrində bir gün əvvəl kafedə tanış olduğu Sahib adlı şəxslə birlikdə Gəncə Beynəlxalq Avtovağzalının yaxınlığında dayanıb söhbət etmişlər. Həmin vaxt onun əlində olan yük çantasında qurudulmuş halda olan marixuana olmuşdu r. Onlar dayanıb söhbət edərkən, iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdə yanında olan Sahib kimi tanıdığı şəxs dərhal oradan qaçmağa başlamış, polis əməkdaşlarından biri isə onun arxasınca qaçmış, digəri isə onun yanında qalmışdır. Polis əməkdaşı özünü təqdim edərək onun şəxsiyyətini maraqlanmış və üzərində hər hansı sənədin olub-olmadığını soruşmuş, o, isə özünü təqdim etmiş, lakin üzərində şəxsiyyətini təsdiq edən hər hansı sənəd olmadığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı onu Kəpəz Rayon Polis Bölməsinə dəvət etmişdir. O, avtomobilə əyləşmiş, bundan sonra isə digər polis əməkdaşı qayıdıb gəlmiş və yanında qaçan şəxsi tuta bilmədiyinin bildirmişdir. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Kəpəz Rayon Polis Bölməsinə gəlmişdir. Polis bölməs inin inzibati binasında ondan əlində daşıdığı çantada nə olduğunu soruşduqda, o, çantanın içərisində narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Bundan sonra vəkil X6 ona təqdim olunmuş, vəkilinin iştirakı ilə onun üzərinə və özü ilə daşıdığı çantaya baxış keçirilmişdir. Baxış keçirilən zaman çantadan narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş və həmin narkotik vasitə çanta ilə birlikdə 3555 qram olmuşdur. Narkotik vasitə ondan aşkar olunub götürüldükdən sonra çantada qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında X8 şahid qismində ifadəsində göstərmişdir ki, Məhkum əlində olmuş yaşıl rəngli hər iki tərəfində “PARİS” sözü yazılmış çantaya baxış keçirilmiş, baxış zamanı həmin çantanın içərisində n yaşıl rəngli, spesifik kəskin iyli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmiş, həmin kütlə çantada asma tərəzi ilə çəkilmiş və çəkisinin 3555 qram olduğu müəyyən edilmişdir. Sonra içərisində marixuanaya bənzər kütlə olan çanta qablaşdırılmış və Azərbaycan respublikası Daxili İşlər Nazirliyinin 181 saylı möhürü ilə möhürlənərk üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 şahid X8 ilə eyni məzmunlu ifadə verərək eyni xüsusatları göstərmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 16 fevral 2020-ci il tarixli 139 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Məhkum götürülmüş kütlə....” sözləri və imzalar ol an bazar çantasında təmiz çəkiləri 2900 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisində kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin rəyin tədqiqi hissəsində göstərilmişdir ki tədqiqata təqdim olunmuş üzərində “Məhkum götürülmüş kütlə” sözləri və imzalar olan bazar çantasını açdıqda içərisində, təmiz çəkisi 2900 qram yaşıl rəngli xırdalanmış, qurudulmuş, çətənə (kannabis) bitkisinə məxsus spesifik qoxuya malik bitki mənşəli kütlə aşkar edildi. Rəyin tədqiq hissəsindən ekspertizaya təqdim edilmiş çəkisi 3555 qram olan tədqiqat obyektinin içərisindəki narkotik vasitələrin təmiz çəkisinin 2900 qram qalmasının səbəbi müəyyən deyil. Narkotik vasitənin qablaşdırıldığı bazar çantasının çəkisi müəyyən edilməmişdir. Ekspert iza tədqiqatına təqdim edilmiş tədqiqat obyektinin bötövlükdə çəkisi, qablaşdırıldığı bazar çantasının çəkisi və qablaşdırılmış narkotik vasitələrin çəkisi ekspertlər tərəfindən ayrılıqda müəyyən edilmədiyindən narkotik vasitələrin təmiz çəkisinin 2900 qram müəyyən edilməsinin həqiqiliyi şübhə doğurur. Cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri bu məsələyə diqqət yetirməmiş, şübhələri aradan qaldırmaq üçün heç bir araşdırma aparmamış, rəy vermiş eksperti bununla əlaqədar məhkəmə iclasına dəvət edib dindirməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “04” mart 2011-ci il tarixli qərarının 4-cü bəndində i zah edilmişdir ki, Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun (“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun) 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunu r. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təyin edilmiş cəzanın yüngüllüyü ilə bağlı kassasiya protestində göstərilmişdir ki, Məhkum əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 2900 qram olan narkotik vasitə marixuana müvafiq qanunla müəyyən edilmiş həmin növ narkotik vasitənin şəxsi istehlak miqdarından 580 dəfə çoxdur. Həmin hal məhkəmə tərəfindən cinayətin ictimai təhlükəliliyini artıran hal olmasını cəza təyini zamanı nəzərə alımamışdır. Məhkəmə kollegiyası kassasiya protestinin bu dəlilini əsaslı hesab edir. Ona görə ki, bu xarakterli cinayətlərin ictimai təhlükəliliyi qiymətləndirilərkən narkotik vasitələrin çəkisi nəzərə alınmalıdır. Göründüyü kimi müəyyən edilmiş narkotik vasitələrin çəkisi “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş külli miqdar həddindən də bir neçə dəfə çoxdur. Satış məqsədinin müəyyən edilməməsinə baxmayaraq narkotik vasitənin miqdarının bu qədər çox olması onun başqa şəxslər tərəfindən də istehlak ediləcəyi ehtimalına əsas verir. Məhkum ifadəsində göstərdiyi 16 fevral 2020-ci il tarixdə bir gün əvvəl kafedə ta nış olduğu Sahib adlı şəxslə birlikdə Gəncə Beynəlxalq Avtovağzalının yaxınlığında dayanıb söhbət edərkən, onun əlində olan yük çantasında qurudulmuş halda olan marixuana olmuş, iki nəfər polis əməkdaşı onlara yaxınlaşıb özlərini təqdim etdikdə yanında olan Sahib kimi tanıdığı şəxsin dərhal oradan qaçmağa başlaması da bu ehtimallara aiddir. Bundan başqa kassasiya protestində göstərilmişdir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum onun üstündən aşkar olunaraq götürülmüş narkotik vasitəni yalandan yolun kənarından yabanı halda bitmiş çətənə kollarından yığdığını bildirməklə, əslində həmin narkotik vasitəni əldə etdiyi mənbəni gizlədərək cinayətin üstünün açılmasına heç bir köməklik göstərməmişdir. Beləliklə də təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət nəticəsində kö nüllü gəlib təqsirini boynuna alması, cinayətin üstünün açılmasına fəal kömək göstərilməsi hallarının heç biri olmamışdır. Məhkəmə Məhkum əməlini etiraf etməklə səmimi peşman olmasını əsassız cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya protestinin bu dəlili də əsassız olmamışdır. Məhkum narkotik vasitəni əldə etdiyi yer kimi göstərdiyi yerlərə baxış keçirilərkən onun ifadələrinin həqiqiliy öz təsdiqini tapmamışdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğunsuzluğu səbəbindən yüngüllüyü barədə kassasiya protestinin dəlilləri əsaslı hesab edilərək təmin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 416.1.21-cimaddəsinə əsasən məhkəmə məsuliyyəti ağırla şdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Göstərilənlərə əsasən kassasiya protestinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasa uyğun hallar müəyyən edildiyindən kassasiya protesti təmin edilməli və apelyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10. 2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası, Qərara aldı: Dövlət ittihamçısı Rəşad Alıkişiyev tərəfindən verilmiş kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunması barədə cinayət işi üzrə Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 avqust 2020-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar