Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-236/2023 22.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X2, Məhkum2 müdafiəçisi Müdafiəçi2, bəraət almış şəxs X6 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə, Məhkum2 və Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcə lləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmaları, X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmündən Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə və Dövlət ittihamçısı2 tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (Zeynal Qurban oğlu Ağayevin sədrliyi ilə, hakimlər: X17 və X8 ibarət tərkibdə) 28 fevral 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1979-cu Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, təqaüdçü, Füzuli rayon Alxanlı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli - 28 sentyabr 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. 19 avqust 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Nizami rayonu, C.Naxçıvanski küçəsi ev 82 mənzil 36-da qeydiyyatda olan Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəza çəkmə müddətinin əvvəli - 03 oktyabr 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. 10 avqust 1990-cı ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, S.Fərzəliyev küçəsi ev 20 ünvanında qeydiyyatda olan X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nə zərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəza çəkmə müddətinin əvvəli - 28 sentyabr 2018-ci il tarixdən hesablanmış, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, barəsində xüsusi müsadirə tətbiq edilməməsi hökm edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: Vaqif Ənvər oğlu Mursaqulovun sədrliyi və məruzəsi ilə, X9 və X13 ibarət tərkibdə) 19 noyabr 2020-ci il tarixli hökmü ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 28 fevral 2020-ci il tarixli, 1(101)80/2020 saylı hökmü Məhkum1, Məhkum2 və məhkum X6 barələrində ləğv edilmiş, iş üzrə yeni hökm çıxarılmış, Məhkum1 Az ərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Məhkum1 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad olunmuşdur. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. X14 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad olunmuşdur. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilmişdir. Məhkum2 barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilmiş və o, dərhal məhkəmə zalında həbsdən azad olunmuşdur. Tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənil məsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Məhkum1, X14 və Məhkum2 izah edilmişdir. İş üzrə maddi sübut kimi tanınan və Bakı Şəhəri Nizami Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Məhkum1 aşkar edilib götürülmüş təmiz çəkisi tədqiqatlardan sonrakı qalıq hissəsi - 42,198 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təqsirləndirilən şəxs X3 aşkar edilib götürülmüş təmiz çəkisi tədqiqatlardan sonrakı qalıq hissəsi - 38,131 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin həmin yerdə saxlanılması, İxtiyar Məhərrəmov barəsində cinayət işi ayrıldığı üçün ondan götürülmüş maddi sübut olan tədqiqatlardan sonrakı qalıq hissəsi - 170,689 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Bakı Şə həri Nizami Rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsi nəzərə alınması, iş üzrə maddi sübut olan "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 3 ədəd CD disklər, eləcə də X4 mənzilinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınması, iş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 375 (üç yüz yetmiş beş) manat dövlətə aid edilməsi hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər X19 (sədrlik edən və məruzəçi), X7 və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə) 23 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilmiş, Məhkum1, Məhkum2 və X11, onların hər birisinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü ma ddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsi haqqında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 noyabr 2020-ci il tarixli hökmü ləğv edilmiş və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X25 (sədrlik edən, məruzəçi hakim), X12 və X5 ibarət tərkibdə) 5 iyul 2022-ci il tarixli hökmü ilə məhkum edilmiş şəxs X6 müdafiəçisi, Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum edilmiş şəxs Məhkum2 müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Məhkum edilmiş şəxs Məhkum1 tərəfindən verilmi ş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum1, Məhkum2 və X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)80/2020 saylı, 28 fevral 2020-ci il tarixli hökmü məhkum edilmiş şəxs Bünyad Məmmədovun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən ləğv edilmişdir. X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilmişdir. X6 barəsində seçilmiş həbs qətimkan tədbirinin 19 noyabr 2020-ci il tarixdən ləğv edilərək həbsdən azad olunması nəzərə alınmışdır. X11 pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməs i ilə bağlı Azərbaycan Respublikası CPM-nin 56-63-cü maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum1 28 sentyabr 2018-ci il tarixdən 19 noyabr 2020-ci il tarixə kimi həbsdə olduğu 2 (iki) il 1 (bir) ay 21 (iyirmi bir) gün müddət ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 4 (dörd) il 4 (dörd) ay 9 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum1 cəzasını çəkməsi üçün m əhkəmə iclası zalından həbs edilmiş, Məhkum1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablanmışdır. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum2 03 oktyabr 2018ci il tarixdən 19 noyabr 2020-ci il tarixə kimi həbsdə olduğu 2 (iki) il 1 (bir) ay 16 (on altı) gün müddət ona hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 10 (on) ay 14 (on dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum2 cə zasını çəkməsi üçün məhkəmə iclası zalından həbs edilmişdir. Məhkum2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 05 iyul 2022-ci il tarixdən hesablanmışdır. Hökmün icrası Azərbaycan Respublikası Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxasına həvalə edilmiş, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilmiş Məhkum1 aşkar edilib götürülmüş təmiz çəkisi tədqiqatlardan sonrakı qalıq hissəsi - 42,198 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin məhv edilməsi, Şahid13 barəsində cinayət işi ayrıldığı üçün ondan götürülmüş maddi sübut olan tədqiqatlardan sonrakı qalıq hissəsi 170,689 qram olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin Bakı şəhəri Nizami rayon Polis İdarəsinin saxlanc yerinə təhvil verilməsinin nəzərə alınması, iş üzrə maddi sübut olan "xxxx" MMC-dən və "xxxx" MMC-dən daxil olmuş 2 ədəd CD-lər,eləcə də Şahid13 mənzilinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülər olan bir ədəd “DVD” diskin cinayət işinin materiallarında saxlanılmasının nəzərə alınması, iş üzrə aparılmış məhkəmə ekspertizasının xərci 375 (üç yüz yetmiş beş) manat Məhkum1 və Məhkum2 hər birindən 187 (bir yüz səksən yeddi) manat 50 (əlli) qəpik tutularaq dövlət nəfinə ödənilməsi, apellyasiya məhkəməsi tərəfindən keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 110 (bir yüz on) manat dövlət büdcəsinə aid edilməsi, Azərbaycan Respublikası CPM-nin 350.4-cü maddəsinin tələbinə uyğun olaraq 28 sentyabr 2018-ci il tarixdə gecə saat 09 radələrində X6 əynində olan boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüş bir ədəd qırmızı rəngli selofan bükülünün içərisindəki narkotik vasitə 38,181 qram çəkidə heroinin kimə məxsus olması, həmin narkotik vasitənin Bünyad Məmmədovun üzərinə və evinə kim tərəfindən qoyulması və qeyd olunanlarla bağlı təqsirkar şəxsin müəyyən edilməsi məqsədi ilə təqsirkar şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işindən materiallar ayrılaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhər Prokuroruna göndərilməsi hökm edilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihama əsasən: Məhkum1 satış məqsədi ilə qanunsuz olaraq külli miqda rda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, X14, Məhkum2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək qrup üzvü Məhkum2 İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qrup üzvü Məhkum2 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat m əbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə tiryəkdən kustar üsulla hazırlanmış 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini o, həmin gün saat 22 radələrində qrup üzvlərindən Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini cinayətkar qrupun digər üzvləri Bünyad Məmmədov və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan Məhkum2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 Bakı şəhəri, Nizami RPİ- nin 24-cü polis şöbəsinə müraciətindən sonra həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarı ş tədbirləri nəticəsində X14 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq o, ünvan 4 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində iki ədəd bükümdə qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Məhkum2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, X14, Məhkum1, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cina yət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək onun İran İslam Respublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq o, 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə tiryəkdən kustar üsulla hazırlanmış 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü Məhkum1 həmin gün saat 22 radələrində Bi ləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qrupun digər üzvlərindən qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissələrə bölərək bir hissəsini özü götürməklə,qalan hissəsini cinayətkar qrupun digər üzvləri Bünyad Məmmədov və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan zaman anası Şahid5 onun itkin düşməsi barədə Bakı şəhəri, Nizami RPİ- nin 24- cü polis şöbəsinə müraciətindən sonra həmin şöbənin əməkdaşları tərəfindən keçirilən əməliyyat- axtarış tədbirləri nəticəsində X14 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidləri nin iştirakı ilə keçirilmiş baxış zamanı sonuncunun əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü Məhkum1 ünvan 4 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində qrup üzvü Şahid13 yaşadığı Bakı şəhəri, Sabunç u rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində iki ədəd bükümdə qeyd edilən narkotik vasitə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. X1 məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi barədə tanışları Şahid13, Məhkum1, Məhkum2, şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı Milad adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin satışından əldə edilən pulun şəxsiyyəti istintaqla araşdırılan Milad adlı şəxsə çatdırılanadək qrup üzvü Məhkum2 İran İslam R espublikası ərazisində girov qalması barədə əvvəlcədən əldə olunan razılığa əsasən aralarında aparılmış vəzifə bölgüsünə uyğun olaraq qrup üzvü Məhkum2 24 sentyabr 2018-ci il tarixdə Biləsuvar sərhəd keçid məntəqəsindən keçərək İran İslam Respublikası ərazisində qrupun digər üzvü Milad adlı şəxslə görüşüb əldə olunacaq narkotik vasitənin dəyərinin ilkin ödənişi kimi sonuncuya 500 manat məbləğində pul vəsaiti verməklə orada girov qaldıqdan sonra, 25 sentyabr 2018-ci il tarixdə 251,218 qram, külli miqdarda narkotik vasitə olan heroini qrup üzvü Məhkum1 həmin gün saat 22 radələrində qrup üzvlərindən Biləsuvar rayonu ərazisində, sərhəd keçid məntəqəsinin yaxınlığında qəbul edərək, həmin çəkidə narkotik vasitəni əldə edib daşımaqla Bakı şəhərinə gətirib, satışının həyata keçirilməsi üçün hissəl ərə bölərək bir hissəsini özü götürməklə qalan hissəsini cinayətkar qrupun digər üzvləri, yəni onun və Şahid13 arasında bölmüş, İran İslam Respublikasının ərazisində girov qalan Məhkum2 itkin düşməsi barədə sonuncunun anası Şahid5 Bakı şəhəri, Nizami RPİ- nin 24-cü polis şöbəsinə müraciəti ilə əlaqədar həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində X14 28 sentyabr 2018-ci il tarixdə saat 09 radələrində ünvan 2 ünvanında saxlanılaraq Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılmış və orada onun üzərinə hal şahidlərinin iştirakı ilə keçirilmiş baxış zamanı, əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd qırmızı rəngli selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda, 38,181 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, həmin gün saat 10:40-da keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq qrup üzvü Məhkum1 ünvan 4 ünvanında saxlanılaraq Bakı şəhəri, Nizami rayon polis idarəsinin 24-cü polis şöbəsinə gətirilməklə, orada üzərinə keçirilmiş baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükülünün içərisində qeyd edilən narkotik vasitə - heroinin külli miqdarda 42,248 qram çəkidə olan hissəsi aşkar edilərək götürülmüş, elə həmin gün saat 14 radələrində qrup üzvü Şahid13 yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, İ.Aslanov küçəsi, 7 saylı evin, 31 saylı mənzilinə baxış keçirilən zaman evin yataq otağındakı dolabın yanında divara söykənilmiş xalçanın arasından bir ədəd qırmızı rəngli selofanın içərisində qeyd edilən narkotik vasi tə - heroinin qalan 170,789 qram çəkidə külli miqdarda olan hissəsi aşkar edilərək götürülmüşdür. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Kassasiya protestində qeyd edilir ki, işdə olan mötəbər sübutlara duzgun verməyən və ya həmin sübutları təkzib edə bilməyən məhkəmə kollegiyası yalnız, elektron sistemindən çıxarışlarına əsasən hal şahidləri Şahid2 45 cinayət, Şahid1 38 cinayət işi üzrə hal şahidi qismində iştirak etməsini, cümlədən cinayət işində olan bir neçə protokolunda olan imzanın müdafiəçi- Müdafiəçi1 tərəfindən deyil, başqa şəxs imzalanması əsas götürərək cəmiyyət üçün təhlükəli olan ağır cinayət törətmiş cinayətkara qanunsuz və əsassız bəraət vermişdir. Hansı ki, müəyyən prosessual xarakterli pozuntuların mövcud olması (hal şahidləriı cinayət işlərində iştirak etməsi) X11 CM-nin 234.4.1-ci maddələri ilə bəraət verilməsi üçün əsas ola bilməzdi. Cinayət işinin istintaqı zamanı bu cür halın baş verməsi, həmin prosessual hərəkətləri icra etmiş, müstəntiq, təhqiqatçı və əməliyyat-ava əməkdaşlarının barəsində xüsusi qərar çıxarılaraq həmin əməkdaşların intizam məsuliyyətinə cəlb olunması üçün əsas ola bilərdi ki, məhkəmə kollegiyası da bunu etmişdir. Lakin, bütün bu hallara baxmayaraq qeyd olunan ziddiyyətləri aradan qaldırmaq Şahid2 və işin istintaqını aparmış müstəntiqin yenidən dindirilməsi zərurəti yaranmasına baxmayaraq məhkəmə kollegiyası həmin şəxsləri təkrar çağırıb dindirməmiş, hərtərəfli araşdırma aparmadan yalnız müdafiə mövqeyi sərgiləyərək ziddiyyətləri qaldırmayaraq tam və ədalətli araşdırma aparmadan tələskənliyə yol verərək yekun nətic əyə gəlmişdir. İşə baxan məhkəmə kollegiyası isə Cinayət-Prosessual Məcəllənin tələbinə əməl etməmiş, bu cür az əhəmiyyətli pozuntuya görə ağır cinayət əməlləri törətmiş Bünyad Məmmədova bəraət verməsi v əsassız və qanunsuz olmaqla yanaşı, həm də ədalətsiz olmuşdur. Məhkəmə kollegiyası özü də bəraət hökmündə sadaladığı sübutlarla Bünyad Məmrrı tərəfindən CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əmələrini törətməsini qəbul edir. Sadəcə cinayət işinin istintaqı zamanı yol verilmiş az əhəmiyyətli prosessual pozuntulara görə qabaqcadan əlbir olmuş qrupun bir üzvünə bəraət verilməsi cəmiyyətin və dövlətin mənafelərinə də tam ziddi olmuşdur. Məhkəmə kollegiyası istintaq orqanı tərəfindən marağı olan şəxsləri hal şahidi qismində cinayət işinə cəlb edildiyi qənaətinə gələ rək bəraət hökmü çıxararkən, əsas məsələni diqqətdən kənarda saxlamışdır. Belə ki, hazırkı cinayət işində Məhkum1, Bünyad Məmmədov, Məhkum2 və başqaları tərəfindən törədilən cinayətin polis orqanlarının təşəbbüsü ilə deyil, həmin şəxslər arasında yaranmış cinayətkar-ziddiyyətli münasibətlərdən onların yaxın qohumlarının polis orqanına gəlib şikayət etməsi nəticəsində ağır cinayət əməlləri ifşa olunmuşdur. Bu halın mövcudluğu özü-özlüyündə polis orqanlarının hal şahidlərini marağı olan şəxslər kimi isə cəlb etmələri inandırıcı və məntiqli deyil. Hal şahidləri ilə bağlı baş vermiş prosessual pozuntular sıradan olmaqla və əvvəlcədən planlaşdırılmamış törədilmiş cinayətlə müqayisədə az əhəmiyyətli qanun pozuntusudur. Göründüyü kimi məhkəmə kollegiyası bu halları CPM-nin 349.5 və 139-cu maddə lərinə uyğun qimətləndirməyərək düzgün yekun nəticəyə gəlməmişdir. Məhkəmə Məhkum1 və Məhkum2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilərək yeni ittiham hökmü çıxardığı halda məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsvirini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Bununla da, apellyasiya isntansiyası məhkəməsi Məhkum1 və Məhkum2 nədə təqsirli bilinməsini qeyd etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası tərəfindən hökm çıxarılarkən cinayət-prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq cinayət işi üzrə toplanmış sübutlar məcmu qaydada qiymətləndirilməmiş, sübutlar Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş, nəticədə X11 CM-nin 234.4.1 və 234.4. 3-cü maddələri ilə bəraət verilməsinə dair hökmün əsasını yolverilməz sübutlar təşkil etmişdir. Kassasiya protestində Məhkum1, Məhkum2 və X6 Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 05 iyul 2022-ci il tarixli hökmünün ləğv edilməsi və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar çıxarılması xahiş olunur. Müdafiəçinin kassasiya şikayətində göstərilir ki, Məhkum2 ittiham üzrə özünü təqsirli bilməyərək İran İslam Respublikasına alınacaq qab-qacağın dəyərinin əvəzində girov kimi getməsi, sonradan Məhkum1 və Şahid13 narkotik vasitə almalarını bilməsi kimi ifadəsi cinayət işinin materialları və məhkəmə istintaqı zamanı təkzib edilmir. Məhkum2 İran İsl am Respublikasında 2 gündən sonra Qalib və İxtiyar tərəfindən narkotik vasitənin pulunun çatdırılmayacağı təqdirdə polisə verilmə təhdidi ilə bağlı keçirdiyi qorxu hissləri altında Bünyad Məmmədovla danışması bunu bir daha təsdiq edir. Məhkum2 narkotik istifadəçisi otmamışdır. Belə ki, Nizami rayon Polis İdarəsində çayçı kimi işlədiyi dövrdə də narkotiklə bağlı mübarizənin güçlü olmasının şahidi olmuş və narkotikdən uzaq durmuşdur. Məhkəmə istintaqı zamanı sərbəst ifadə verən və sualları cavablandıran Məhkum1 Məhkum2 İran islam Respublikasına alınacaq qab-qacağın dəyərinin əvəzində girov kimi getməsi, narkotikdən xəbəri olmamasını bildirmişdir. Həmin hallar həm birinci instansiya məhkəməsində həm də apellyasiya instansiya məhkəməsində araşdırma zamanı öz təsdiqini tapmışdır. Bununla da qey d olunanlara əsasən Məhkum2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsi təmamilə əsassızdır. Göründüyü kimi istintaq orqanı Məhkum2 qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddətəri ilə nəzərdə tutulmuş ittihamı irəli sürsə də, irəli sürülmüş ittihamı qanunvericiliyin tələblərinə uyğun əsaslandırmamışdır. İstintaq orqanı yalnız ehtimallara əsaslanaraq hazırkı İttihamı irəli sürməsinə baxmayaraq məhkəmələr tərəfindən də buna düzgün hüquqi qiymət verilməmişdir. İstintaq orqanı və məhkəmələr tərəfindən qanunvericilik normalarının tələblərinə əməl etməmiş, Məhkum2 elan edilmiş ittihama onun aidiyyətinin olmasını qanunvericiliyin tələblərinə uyğun əsaslandırmadan, heç bir faktiki əsası olmayan uydurma mülahizələrə istinad etməklə Məhku m2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər üzrə təqsirləndirilən şəxs qismində cəlb edərək ona qarşı əsassız ittiham irəli sürülərək məhkum edilmişdir. Bununla da, məhkəmələr tərəfindən qüvvədə olan Azərbaycan Respublikası Konstitusiyasının, cinayət və cinayət prosessual qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuş və nəticədə elan olunmuş ittihamda təqsiri olmayan şəxs əsassız və qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmişdir. Cinayət işinin apellyasiya instansiya məhkəməsi tərəfindən müəyyən edilən hallarından da göründüyü kimi, Məhkum2 tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini təsdiq edən və cinayət qanununun yuxarıda qeyd olunan normal arında müəyyən edilən obyektiv və subyektiv əlamətləri özündə əks etdirən dəlil-sübutlar mövcud deyildir. Bu isə onu göstərir ki, apellyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı qanuni və əsaslı hesab edilə bilməz. Müdafiəçi kassasiya şikayətində Məhkum2 əməlində Azərbaycan Respublikası CMnin 234.4,1 və 234.4.3-ci maddələrində göstərilən əməllərin tərkibi hissələri olmadığından və həmin maddələr üzrə təqsirliliyi sübuta yetirilmədiyindən Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum2 barəsində xx.xx.2022-ci il tarixli qərarını dəyişdirərək Məhkum2 bəraət verilməsinə barədə qərar çıxarılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması və kassasiya protestinin təmin olunmaması barədə məhkum və müdafiəçilərin, kassasiya şikayətinin təmin olunmaması və kassasiya protestinin təmin olunması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya protesti təmin edilməli, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinay ət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrin in səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya protestində X11 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi mübahisələndirilməklə yanaşı, məhkumlar Məhkum1 və Məhkum2 barəsində çıxarılan ittihamedici hökmün təsviri- əsaslandırıcı hissəsində məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsvirinin göstərilməməsi qeyd edilmişdir. Kassasiya şikayətində Məhkum2 təqsirlilik məsələsi mübahisələndirilir və ona bəraət verilməsi xahiş olunur. Məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və müdafiəçinin kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmünün qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikas ı CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, h ər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin Məhkum1 və Məhkum2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilməsi ilə bağlı mövqeyini əsaslı saysa da, qeyd edir ki, göstərilən məhkəmə tərəfindən məhkumlar barəsində çıxardığı ittiham hökmü nün təsviri –əsaslandırıcı hissəsinə sübuta yetirilmiş əməlin təsviri qeyd edilməmişdir. İlk əvvəl məhkəmə kollegiyası kassasiya protestinin bu barədə irəli sürdüyü dəlilinə münasibət bildirərək qeyd edir ki, CPM-in 353-sü maddəsinin tələblərinə görə məhkəmənin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində aşağıdakılar göstərilməlidir: 353.2.1. cinayətin törədilməsi yeri, vaxtı, üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri; 353.2.2. məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar və onun tərəfindən digər sübutların rədd edilməsinin motivləri; 353.2.3. təqsirli şəxsin məsuliyyətini ağırlaşdıran və ya yüngülləşdirən hallar; 353.2.4. ittihamın bir hissəsi əsassız hesab edildikdə, bunun əsasları; 353.2.5. təqsirli şəxsin hərəkətlərinin tövsifi məhkəmə tərəfindən dəyişdirildikdə bunun motivləri; 353.2.6. qərarların qəbul edilməsində məhkəmənin istina etdiyi qanunların normaları; 353.2.7. bu Məcəllənin 346.1.11—346.1.14-cü maddələrində nəzərdə tutulmuş məsələlərin həlli zamanı məhkəmənin gəldiyi nəticələrin motivləri; 353.2.8. əlavə cəza növünün təyin edilməsi haqqında qərarın motivləri; 353.2.9. mülki iddia və məhkəmə xərclərinin ödənilməsi barədə qərarın motivləri. İttiham hökmünün təsviri-əsaslandırıcı hissəsi məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət hadisəsinin təsviri ilə başlayır. Bu zaman məhkəmə təqsirləndirilən şəxsə qarşı məhkəməyə verilən ittihamda göstərilən cinayət hadisəsini deyil, məhz məhkəmə baxışında sübuta yetirilmiş cinayət hadisə sini təsvir etməlidir. Cinayət hadisəsi elə təsvir edilməlidir ki, istənilən şəxsdə törədilmiş kriminal əməllə bağlı tam aydın təsəvvür yaransın. Cinayət əməlinin təsvir edilməsi təkcə onun törədildiyi yerin, vaxtın, üsulun, onun törədilməsinin motiv və məqsədinin, ictimai təhlükəli nəticələrinin və cinayət tərkibinə daxil olan digər əlamətlərin göstərilməsi ilə bitməməli, həm də onun ictimai təhlükəliliyini xarakterizə edən və cəza təyini zamanı əhəmiyyət daşıyan bütün hallar təhlil edilməlidir. Apellyasiya məhkəməsi tərəfindən Məhkum1 və Məhkum2 barəsində ittiham hökmü çıxarılsa da, göstərilən hökmün təsviri –əsaslandırıcı hissəsində məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri göstərilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası mə hkəməsi ittiham hökmünə dair cinayət prosessual qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əməl etməmişdir. İttiham hökmünün təsviri əsaslandırıcı hissəsinin qanunvericiliyin tələblərinə riayət edilmədən tərtib edilməsi nəticəsində təqsirli bilinərək məhkum olunmuş şəxslərin ümumiyyətlə nədə ittiham olunduğu və onların məhkəmə tərəfindən sübuta yetirilmiş əməlinin nədən ibarət olunması müəyyən olunmur. Belə ki, hökmün təsviri-əsaslandırıcı hissəsi məhkəmənin hökmdə gəldiyi yekun nəticələrin əsaslandırılmasına xidmət edir. Məhkəmə hökmünün qanuni və əsaslı olmasının əsas şərtlərindən biri ondan ibarətdir ki, onun təsviri-əsaslandırıcı hissəsi məhkəmə baxışı zamanı tədqiq edilmiş icraat materiallarına müvafiq olsun. CPM-in şərh edilən maddəsi ittiham və bəraət hökmlərinin təsviri- əsasl andırıcı hissələrini birbirindən fərqləndirmişdir ki, ittiham hökmünün təsviri əsaslandırıcı hissəsi təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda təqsirli olduğunu və cəzalanmalı olduğunu təsdiq etməlidir. Həmçinin “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li Qərarının 29-cu bəndində qeyd olunur ki, CPM-in 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. Bu zaman təqsirləndirilən şəxsə istinad edilən CM-in maddəsinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi g östərilən bu və ya digər halın nəzərdən qaçırılmasına və yaxud qeyri-müəyyən ifadələrlə (“məlum olmayan” “istintaqla müəyyən edilməyən” kimi söz birləşmələrindən istifadə olunmaqla) təsvir edilməsinə yol verilməməlidir. Məhkəmə kollegiyası kassasiya protestinin digər dəlilini də əsaslı sayaraq qeyd edir ki, X11 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi ilə bağlı yekun nəticəyə gələrkən apelyasiya instansiyası məhkəməsi ibtidai araşdırma orqanı tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılan sübutlara düzgün istinad etməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutlara müraciət edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Apellyasiya məhkəməsinin iclasında, məhkum edilmiş şəxs Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 23 4.4.3-cü maddələri ilə məhkum edilməsi barədə ittiham üzrə özünü təqsirli bilməmiş və və ifadəsində göstərmişdir ki, Qabili Neftçilər bazarından 3 ildir ki, tanıyır. İxdiyarı da Qabilin vasitəsiylə tanımışdır. Təxminən 1 ildir. Bünyadı da bu hadisələrdən əvvəl 2 gün idi tanımışdır. 2018ci ilin sentyabr ayında Qabillə kafeyə gedib çay içmişlər. Həmin vaxt Qabilə İxdiyar zəng etmiş, demişdir ki, "səsi aç mikrofona qoy”. İxdiyar salamlaşdıqdan sonra harada və kimlə olduqlarını soruşmuşdur. Qabil isə kafedə onunla çay içdiyini bildirmişdir. İxdiyar Qabilə onu da götürüb Neftçilərə gəlməyi, işi olduğunu bildirmişdir. Qabillə o, Neftçilərə getmişlər. İxdiyarla görüşdükdən sonra ona demişlər ki, onunla işləri var. O, da demişdir ki, "nə işidir?”. İxdiyar ona demişdir ki, "mən İrandan qab-qacaq al mışam. Ora pul borcluyam. 500 manat pul verəcəm onu aparıb verəcəksən. Sənə pul verəcəm buna görə”. O, soruşanda ki, "sən niyə getmirsən?” Ona "İşim gücüm var, gedə bilmirəm, sən get-gəl pul verəcəm”demişdir. O, da onunla razılaşmışdır. Həmçinin İxdiyar dedi ki, "şəxsi qızılım var. Lombarda verib pul götürəcəm”. Daha sonra birlikdə lombarda getmişlər. Lombarda gedibqayıdandan sonra İxdiyar ona 500 manat vermişdir. Daha sonra demişdir ki, "gömrüyə çatıb, Milad adlı oğlanla görüşəcəksən. Pulu verəcəksən. Deyəcəksən ki, məni İxdiyar göndərdi. Qab-qacaq alıb, bu da onun borcudur. Verib qayıdacaqsan”. Hər üçü 20 yanvara getmişlər, körpünün altında İxdiyar qara taksi ilə danışmış, 10 manata razılaşmışlar. İxdiyar həmçinin taksi sürücüsünə demişdir ki, "Anar yolu tanımır, gömrüyü tanımır, onu o rda düşürdərsən”. O, 24 sentyabr 2018-ci il tarixdə taksiyə əyləşəndə də İxdiyar eyni sözü təkrarladı. Azərbaycanın və İran gömrüyünü keçəndən sonra İxdiyarın dediyi adam onu qarşıladı. İxdiyarın sözlərini ona demiş, həmin adam da demişdir ki, "iki gün bizdə qonaq qalacaqsan”. O, da səbəbini soruşanda, həmin adam demişdir ki, "İxdiyarla danışmışam, İxdiyar deyib ki, Anarı orda saxlayarsız. İki günə özüm İrana gələcəm qalan borcumu verib Anarla birlikdə qayıdacağıq”. O, da heç nə deməmişdir. Pejo markalı maşına oturmuşlar, qabaqda 47-48 yaşlı kişi oturmuşdur. Evə getmişlər. 1-2 gün heç nə deməmişdir. Üçüncü gün axşam saat 5-6 arası həmin yaşlı kişinin qardaşı gəlmiş, hər üçü oturub çay içmişlər. Soruşmuşdur ki, "İxdiyarı haradan tanıyırsan?”. O, da Vosmoydan tanıdığını demişdir. Daha sonra həmin "dayı”ya demişdir ki, "sizdən qab-qacaq alıb, onun pulunu gətirmişəm”. Həmin adam demişdir ki, "İxdiyar bizə çox pul borcludu. Mən İxdiyara qab-qacaq alıb verməmişəm. Narkotik vermişəm”. Kişi ona bunu deyəndə inana bilməmişdir. Demişdir ki, "onda gedirəm”. Lakin icazə verməmişdir. İxdiyara zəng etmiş, ona zəng çatmamışdır. Həmin adam ona demişdir ki, İxdiyar onun pulunu gətirsin, ya da narkotikini gətirsin. O, isə demişdir ki, "burax çıxım gedim”. Həmin adam ona demişdir ki, "İxdiyar məni bir dəfə aldadıb, səni buraxa bilmərəm”. O, da demişdir ki, "mən bunları bilsə idim, bura gəlməzdim. Mən aldanıb gəlmişəm”. Onu orada saxladılar və döyməyə başladılar. Qabilin telefonu onda olduğuna görə orada Bünyadın nömrəsini görmüşdür. Bünyada zəng eləmişdir. O, Bünyada başına gələnləri danışmış dır. Bünyad isə əvvəl adboy vermişdir. Həmin "dayı” ləqəbli şəxs onun yanına gəlib ona demişdir ki, "valideyinlərinə zəng et, lakin onlara harada olduğunu demə, əgər yerini desən səni öldürəcəyik”. Orda saxlanılan müddətdə ona cəmi 2 dəfə yemək veriblər. Həmin vaxt "dayı” ləqəbli şəxsin yanında tanımadığı qardaşı da var idi. "Dayı” ləqəbli şəxs atasına "sənin oğlunu aldadıblar göndəriblər. Mən sənin oğlunu buraxa bilmərəm. Məni də malımı alıb aldadıblar, pulumu vermirlər. Ya 2.000 manat verəcəksən, ya da oğlunu öldürəcəm”. Atası isə demişdir ki, "oğluma heç nə eləmə. Bir təhər pulu tapıb göndərəcəyik”. Onu orda çoxlu döyüblər. 2-3 gündən sonra birdə atasına zəng etmişlər ki, "nə oldu”. Atası demişdir ki, "narahat olma tapıb verəcəm. Üstümdə o qədər pul yoxdu. Bir az da vaxt ver”. Belə 2 gü n keçmişdir. Sonra atası deyib ki, "pulu tapmışam, hara gəlim”. Həmin adam əvvəl gömrüyün qabağına demiş, daha sonra Biləsuvarda bankın yanına gəlməsini demişdir. Atası ora çatdıqdan sonra həmin adam demişdir ki, o, özü gələ bilmir. Bakıda adam var. O, gəlib pulu sayıb götürəcək. Yarım saata onu buraxacaq. Daha sonra, öz adamına yığmış, atasına filankəs səni filan yerdə gözlədiyini, pulu almağı və saymağı, sonra ona zəng eləməyi demişdir. 1 saat olar-olmaz adam yığmışdır ki, pulu alıb. Həmin adam qardaşına demişdir ki, pul gəlib, getsin pulu götürsün, onu yarım saatdan sonra gömrüyə aparsın. Oğlan onu aparıb gömrükdən bir az aralı saxlamışdır. O, gömrüyü sürətlə keçmiş, atasına zəng eləmişdir ki, gömrüyü keçib. Sonra isə atası Bakıya çatandan sonra onu polisə aparıb təhvil vermişdir. Müstə ntiq ondan soruşmuşdur ki, bu necə olub?. O, hadisəni müstəntiqə danışmışdır. Müstəntiq isə demişdir ki, "yalan danışırsan”. Sonra rəisinin yanına aparmış, orda da hadisəni danışmışdır. Orda da onu vurmağa başlamışlar.İzahatını alıb onu türməyə basmışlar. O, narkotik vasitələrdən istifadə etməmişdir. Analizlərində də heç nə aşkar olunmayıb. Onun heç bir təqsiri yoxdur. Məhkum edilmiş şəxs Məhkum2 suallara cavab olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsində eyni ifadəni verib. O, Qabil deməyib, İxdiyarın onu qab- qacaq üçün göndərdiyini demişdir. Bünyada zəng edib demişdir ki, "məni qab-qacaq adıyla göndəriblər, İxdiyarın borcuna görə, amma indi burda girov kimi saxlayıblar. Yalvardım ki, mənə kömək et”. Bünyad da razılaşmış və ona demişdir ki, "Qabili tap, vəziyyəti danış”. Cəmi 1 dəfə danışıb. İrana gedəndə ona 500 manatdan əlavə 10 manat vermişlər. Onda da yol pulu. Başqa olmayıb. Geri qaytımaq üçün demişlər ki, "orda sənə pul verəcəklər çıxıb gələrsən”. Bünyadın iştirakıyla İrana getmək barədə danışmayıblar. İranda 8 gün qalıb. Telefonu Qabilə qaytara bilməyib. Telefonu dayı ləqəbli şəxs ondan almış, demişdir ki, "telefonum yoxdu mənim, səndən mənə hədiyyə olsun”. İrana yola salanda ona əlaqə saxlamaq üçün nömrə verməyiblər. Ordakı dayı demişdir ki, "dost-tanış kim varsa yığ”. O, da telefonnan Bünyadın nömrəsini tapıb ona yığmışdır. Qabil ona "getmə, problem yaşayacaqsan” deyib. O, da demişdir qab-qacaq adıyla göndərir, İxdiyar nə qədər andaman eləmişdi, o, da inanmışdır. Ona bunun müqabilində 200 manat pul veriləcəkdi buna görə getmişdir. Birinci instansiya məhkəməsində təqsirləndirilən şəxs qismində ifadə verərkən də Məhkum2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Nizami rayonu 8 km bazarının yaxınlığında Məhkum1la tanış olmuş və sonuncunun sayəsində İxdiyarı da tanımışdır. Bundan başqa Bünyadı da Qabilə görə tanımış və bir neçə dəfə görüşüb çay içmişlər. Tarixini dəqiq xatırlamadığı bir gün o, İxdiyar və Qabil Bakı metropoliteninin "Neftçilər” stansiyası yaxınlığında görüşmüşlər. Söhbət zamanı sonuncular ona bildirmişlər ki, bir nəfər şəxs onlara İran İslam Respublikasından qabqacaq göndərəcək, lakin bunun müqabilində bir nəfər şəxs 500 manat pulla birlikdə İran İslam Respublikasına getməlidir və orada iki üç gün girov kimi qalmalıdır. Həmin vaxt İxtiayar və Qabil ona 500 manat pulla birlikdə İran İslam Respubl ikasına getməsini təklif etmişlər. O, sonuncuların təklifi ilə razılaşmışdır. 24 sentyabr 2018-ci il tarixdə o, Qabillə Bakı Metropolitenin Yasamal rayonu ərazisində olan "20 yanvar” stansiyası yaxınlığında görüşmüşdür. Orada Qabil ona 500 manat pul və özünə məxsus qara rəngli markasını bilmədiyi telefonu, üzərində olan nömrə ilə birlikdə vermişdir. O, pulu və telefonu götürüb taksi avtomobili ilə Biləsuvar rayonuna getmiş və sərhəd keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə keçmişdir. Bir qədər keçdikdən sonra Qabilin ona verdiyi mobil telefona zəng gəlmiş, danışan şəxs özünü Milad kimi təqdim edərək harada olmağını soruşmuşdur. Milada sərhəd keçid məntəqəsindən İran İslam Respublikasının Biləsuvar rayonuna keçdiyini bildirmişdir. Milad bir qədər irəlidə "Nizami” adlanan mehman xana olmasını və onun qarşısında gözləməyini demişdir. O, həmin yerə gedərək Miladı gözləmiş, 10 dəqiqə keçdikdən sonra qara rəngli "Pejo” markalı İran İslam Respublikası dövlət qeydiyyat nişanlı avtomobildə Milad ora gəlmişdir. O, Miladın idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmiş, avtomobilin qabaq sağ oturacağında tanımadığı yaşlı kişi əyləşmişdir. Milad avtomobillə yolla gedərkən ona demişdir ki, qabaqda oturan yaşlı kişi onların dayısı olmaqla böyükləridir. Bir qədər getdikdən sonra Milad tanımadığı yerdə mağazaların qarşısında avtomobili saxlamış, onu avtomobildən düşürmüşlər. Onu evin içəri otaqlarına aparıb orda su və yemək vermişlər, iki gün keçdikdən sonra isə "Dayı” deyə müraciət etdikləri şəxs ona demişdir ki, İxdiyar və Qabil onlara verilmiş narkotik vasitənin pulunu gətirməsələr, ona işgəncə verərək öldürəcəkdir. Təxminən 8 gün keçəndən sonra "dayı” ləqəbli şəxs onun yanına gəlib ona demişdir ki, valideyinlərinə zəng etsin, lakin onlara harada olduğunu deməsin, əyər yerini desə onu öldürəcəkdir. Bundan sonra o, Qabilə məxsus mobil telefonla atası Sahverənin ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və telefonu "dayıya” vermişdir. "Dayı” ləqəbli şəxs atasına telefonda Qabili və yaxud 5.000 manat pul tapıb gətirməyəcəyi halda onu öldürəcəyini bildirmişdir. Atası isə həmin məbləğdə pulu tapa bilməyəcəyini, tapsa da bir qədər gec müddətdə tapacağını demişdir. Bundan sonra həmin şəxs mobil telefonu ona verərək hansı bir şəxsə zəng vurub pul tapmağı demişdir. O, telefonu götürüb nömrə axtarmağa başlamış, Qabilə məxsus mobil telefonda Bünyadın adının yazılmasını görmüşdür. O, da həmin telefonda nömrələri olan şəxslərdən sadəcə Bünyadı tanıdığı üçün həmin nömrə ilə əlaqə saxlayıb ağlaya-ağlaya Bünyada yalvarmışdır ki, Qabil və İxdiyara görə İranda girov qalmışdır. Atasına Qabili tapmaqda köməklik etsin. Bünyad bu barədə ona kömək edəcəyini demişdir. Sonra İranlı "dayı” ləqəbli şəxs telefonu alıb atasına zəng edib demişdir ki, "Şahverən kişi, sənin qara qaşına-gözünə 3.000 manat keçirəm, 2.000 manat pul gətir oğlunu buraxım”. Sonra atası ilə səhəri günə onu buraxmağı üçün 2.000 manata razılaşmışlar. Səhəri gün "dayı” ləqəbli şəxs onun yanına gəlib yenə atasına zəng etmişdir. Atası telefonda Biləsuvar rayon sərhəd keçid məntəqsində olduğunu və özü ilə 2.000 manat gətirdiyini demişdir. "Dayı” ləqəbli şəxs atasına demişdir ki, Biləsuvar ra yonu ərazisində Kapital bankın yanında gözləsin və yarım saat sonra ona zəng edib xəbər verəcək. Dayı ləqəbli şəxs onun yanında bir nəfər şəxsə zəng edib demişdir ki, Anarın atası "Kapital bank”ın yanındadır və gedib ondan pulu almaq lazımdır. Həmin şəxs də razılaşıb gedib götürəcəyini demişdir. Bir qədər keçdikdən sonra həmin şəxs onun yanında "Dayı” ləqəbli şəxsə zəng edib demişdir ki, "narahat olma Anarın atasından 2.000 manat pulu götürdüm Anarı burax”. Bundan sonra "Dayı” ləqəbli şəxs atasına zəng edib "Şahverən sən sözünün üstündə durdun, oğlunu göndərirəm” demişdir. Həmin vaxt "dayı” ləqəbli şəxsin yanında tanımadığı qardaşı da olmuşdur. "Dayı” ləqəbli şəxs qardaşı oğluna demişdir ki, "mən gedirəm pul dalınca, gec gələcəm, sən apar Anarı atasına təhvil ver”. Bundan sonra o, həmin şəxs onu Biləsuvar rayon sərhəd keçid məntəqəsinə gətirib ona iki manat pul verib getməyini demişdir. O, da avtomobildən düşərək sərhəd keçid məntəqəsindən Biləsuvar rayonun Azərbaycan Respublikası ərazisinə keçmişdir. Oradan tanımadığı taksi avtomobilinə əyləşərək onu "Kapital Bank”a aparmasını xahiş etmişdir. Həmin şəxs də onu qeyd etdiyi yerə aparmış, o, da orada atası ilə görüşüb Bakı şəhərinə gəlmişlər. İxtiayar və Qabil onu 20 Yanvardan İrana yola salanda Bünyad orada olmamış, onun İrana getməyindən ümumiyyətlə Bünyadın xəbərdar olmamaşdır. Qabilin ona verdiyi telefonunda Bünyadın adı olduğu üçün ona zəng vurmuşdur. Məhkum2 istintaq zamanı verdiyi ifadələri təzyiq altında verdiyini bildirmişdir. Lakin ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs Məhkum2 özünü Azərbaycan Respublikas ı Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə qismən təqsirli bilərək ifadələrində göstərmişdir ki, Məhkum1 və Şahid13 tanıyır, sonuncularla İrana getmədən təxminən bir ay əvvəl Bakı şəhəri, Nizami rayonu, 8-ci km bazarında tanış olmuşdur. Tarixini dəqiq xatırlamadığı gün o, İxdiyar və Qabil Bakı metropoliteninin "Neftçilər” stansiyası yaxınlığında görüşmüşlər. Söhbət zamanı sonuncular ona bildirmişlər ki, bir nəfər şəxs onlara İran İslam Respublikasından narkotik vasitə göndərəcək, lakin bunun müqabilində bir nəfər şəxs 500 manat pulla birlikdə İran İslam Respublikasına getməlidir. Həmin vaxt sonuncular ona 500 manat pulla birlikdə İran İslam Respublikasına getməsini təklif etmişlər. O, sonuncularla 500 manat pulu götürüb X15 getməyə razılaşmışdır. Razılıq belə olmuşdur ki, İ randa bir nəfər şəxs onu qarşılayacaq, həmin şəxslə görüşdükdən sonra oradan narkotik göndəriləcək, sonuncular satıb narkotikin maya pulunu göndərdikdən sonra isə yerdə qalan pulu öz aralarında böləcəklər. 24 sentyabr 2018-ci il tarixdə Qabil, o, və İxdiyar Bakı Metropolitenin Yasamal rayonu ərazisində olan "20 yanvar” stansiyası yaxınlığında görüşmüşlər. Orada Qabil ona 500 manat pul və özünə məxsus qara rəngli markasını bilmədiyi telefonu, üzərində olan nömrə ilə birlikdə vermişdir. O, pulu və telefonu götürüb oradan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi avtomobilinə əyləşmişdir. Biləsuvar rayonuna çatdıqda sərhəd keçid məntəqəsindən İran İslam Respublikası ərazisinə keçmişdir. Bir qədər keçdikdən sonra Qabilin ona verdiyi mobil telefona zəng gəlmiş. Telefonu açdıqda onu nla danışan şəxs özünü Milad kimi təqdim edərək harada olmasınıı soruşmuş, o, Milada sərhəd keçid məntəqəsindən İran İslam Respublikasının Biləsuvar rayonuna keçməsini bildirmişdir. Milad bir qədər irəlidə "Nizami” adlanan mehmanxana olmasını və onun qarşısında gözləməsini xahiş etmişdir. O, da həmin yerə gedərək onu gözləməyə başlamışdır. Təxminən 10 dəqiqə keçdikdən sonra qara rəngli "Pejo” markalı İran İslam Respublikası dövlət qeydiyyat nişanlı avtomobil gəlmişdir. Həmin avtomobilin içərisindən sükan arxasından bir nəfər şəxs düşmüş, həmin şəxs özünü Milad kimi təqdim etmişdir. O, həmin şəxsin idarə etdiyi avtomobilin arxa oturacağında əyləşmişdir. Belə ki, avtomobilin qabaq sağ oturacağında tanımadığı yaşlı kişi əyləşmişdir. O, həmin kişini avtomobilə əyləşdikdə görmüşdür. Milad avtom obillə yolla gedərkən ona demişdir ki, qabaqda oturan yaşlı kişi onların dayısı olmaqla böyükləridir. Bir qədər getdikdən sonra Milad tanımadığı yerdə mağazaların qarşısında avtomobili saxlamışdır. Sonra onu avtomobildən düşürmüşlər. Avtomobildə olan yaşlı kişi onu orada olan şəxslərin gözü qarşısında döyərək yerə yıxmışdır. Milad əlini və ayağını avtomobildən möhkəm kəndirlə bağlamışdır. Sonra yaşlı kişi ilə birlikdə götürüb avtomobilin arxa yük yerinə qoymuşlar. O, avtomobilin arxa yük yerində təxminən 2 saat qaldıqdan sonra avtomobilin arxa yük yerini açmışlar və onu avtomobildən düşürmüşlər. O, ətrafa baxdıqda onu evə gətirdiklərini görmüşdür. Onu evin içəri otaqlarına aparıb orda su və yemək vermişlər. Sonra isə qaranlıq otağa salıb əlini, ayağını və ağzını bağlamışlar. Sonra isə onu döyməyə başlamışlar. O, gözü bağlı olduğu üçün heç nə görə bilməmişdir. Lakin onu taxta ilə də döymələrini hiss etmişdir. Onu bir neçə dəqiqə döydükdən sonra otağın qapısını bağlayıb çıxıb getmişlər. Milad və "dayı” deyə müraciət edilən şəxs onu yemək və su verib iki gün taxta ilə döymüşlər. O, həmin səxslərə yalvarmışdır ki, onu buraxsınlar, lakin ona qulaq asan olmamışdır. İki gün keçdikdən sonra isə "Dayı” deyə müraciət etdiyi şəxs onun əllərini, ayaqlarını və gözlərini açmışdır. Sonra isə ona demişdir ki, İxdiyar və Qabil pulu gətirməsələr, ona işgəncə verərək öldürəcəkdir. Təxminən 8 gün onu həmin qaranlıq otaqda döyərək saxladıqdan sonra "dayı” ləqəbli şəxs onun yanına gəlib ona demişdir ki, valideyinlərinə zəng etsin, lakin onlara harada olduğunu deməsin, desə onu öldürəcəklər. Bu ndan sonra o, Qabilə məxsus mobil telefonla atası Sahverənin ***-***-**-** nömrəli mobil telefonuna zəng etmiş və telefonu "dayıya” vermişdir. "Dayı” atasına telefonda İxdiyar, Qabili və yaxud 5.000 manat pul tapıb gətirməyəcəyi halda onu öldürəcəyini bildirmişdir. Atası isə demişdir ki, həmin məbləğdə pulu tapa bilməyəcək, tapsa da bir qədər gec müddətdə tapacaq. Bundan sonra həmin şəxs mobil telefonu ona vermişdir ki, hər hansı bir şəxsə zəng vurub pul tapsın. O, telefonu götürüb axtarmağa başlamışdır. Həmin vaxt mobil telefona Bünyad adlı şəxsin nömrəsinin yazılmasını görmüşdür. O, həmin nömrə ilə əlaqə saxlayıb ağlayaağlaya Bünyada yalvarmışdır ki, atasına da demişdir, atası yaşlı kişidir, pul lazımdır, Qabil və İxdiyar adlı şəxslərə görə ilişmişdir. Bünyad da narahat olmamasını, indi atası ilə danışıb hər şeyi yoluna qoyacağını demişdir. Bundan sonra həmin şəxs telefonu ondan alıb atasına zəng edib demişdir ki, "Şahverən kişi, sənin qara qaşına-gözünə 3.000 manat keçirəm, 2.000 manat pul gətir oğlunu buraxım”. Sonra atası ilə səhəri günə onu buraxmağı üçün 2.000 manata razılaşmışlar. Həmin şəxs yenə onun əlini-ayağını və gözlərini bağlayıb mobil telefonu əlindən alıb çıxıb getmişdir. Səhəri gün "dayı” ləqəbli şəxs onun yanına gəlib atasına zəng etmişdir. Atası telefonda ona Biləsuvar rayon sərhəd keçid məntəqsəində olduğunu və özü ilə 2.000 manat gətirdiyini demişdir. "Dayı” ləqəbli şəxs atasına demişdir ki, Biləsuvar rayonu ərazisində Kapital bankın yanında gözləsin və yarım saat ona zəng edib xəbər verəcəkdir. Dayı ləqəbli şəxs onun yanında bir nəfər şəxsə zəng edib demişdir ki, Anarın atası Kapital bankın yanındadır və gedib ondan pulu almaq lazımdır, həmin şəxs də razılaşıb gedib götürəcəyini demişdir. Bir qədər keçdikdən sonra həmin şəxs onun yanında "Dayı” ləqəbli şəxsə zəng edib demişdir ki, "narahat olma Anarın atasından 2.000 manat pulu götürdü Anarı burax”. Bundan sonra "Dayı” ləqəbli şəxs atasına zəng edib "Şahverən sən sözünün üstündə durdun, oğlunu göndərirəm” demişdir. Həmin vaxt "dayı” ləqəbli şəxsin yanında tanımadığı qardaşı da olmuşdur. Dayı ləqəbli şəxs adını bilmədiyi qardaşı oğluna demişdir ki, "mən gedirəm pul dalınca, gec gələcəm, sən apar Anarı atasına təhvil ver”. Bundan sonra o, həmin şəxslə ağ rəngli "Pejo” markalı dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilə əyləşmişdir. Avtomobili Dayının qarşı oğlu idarə edirmiş, ondan ba şqa avtomobildə heç kim olmamışdır. Biləsuvar rayon sərhəd keçid məntəqəsinə çatmağa az qalmış həmin şəxs avtomobili saxlamışdır. Həmin şəxs avtomobildən düşməyərək ona iki manat pul verib çıxıb getməsini demişdir. O, da avtomobildən düşərək sərhəd keçid məntəqəsindən Biləsuvar rayonun Azərbaycan Respublikası ərazisinə keçmişdir. Oradan tanımadığı taksi avtomobilinə əyləşərək onu "Kapital” banka aparmasını xahiş etmişdir. Həmin şəxs də onu qeyd etdiyi yerə aparmış, o, orada atası ilə görüşmüş, atası gəldiyi taksi avtomobilinin pulunu vermişdir. Sonra onlar oradan taksi ilə Bakı şəhərinə qayıtmışlar. İran İslam Respublikasında ona etdikləri barədə ailə üzvlərinə məlumat vermişdir. "Dayı” ləqəbli şəxs Qabilin ona verdiyi mobil telefonu götürmüş və xarici pasportunun şəkil olan hissəsini çəkm işdir. Həmçinin ona və atasına, onu buraxdıqdan sonar İxdiyarı və Habili tapmalarını və qalan 3.500 manat pulu da göndərmələrini şərt qoymuşdur. Apellyasiya məhkəməsinin iclasında X14 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edilməsi barədə ittiham üzrə özünü təqsirli bilməmiş, ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələrinə oxşar məzmunlu ifadə verərək göstərmişdir ki, Bakı şəhəri 8-ci km bazarında meyvə satışı ilə məşğul olmuşdur. Məhkum1 həbs olunmazdan bir müddət əvvəl tanımışdır. Məhkum2 isə Qabilə görə tanımışdır. Onlarla birlikdə Bakı şəhər Nizami rayonu ərazisində yerləşən 8-ci km bazarında çayxanada bir neçə dəfə çay içmişdir. 24 sentyabr 2018-ci il tarixdə 8-ci km bazarında çayxanada Qabili görmüşdür. Qabil orada ona Anarın Sumqayıt şəhərinə bacısıgilə getdiyini, telefonun da xarab olduğunu və telefonunu Anara düzəltdirməsi üçün verdiyini demişdir. Qabil ona Anarın İrana getdiyini deməmiş, gizlətmişdir. 27 sentyabr 2018-ci il tarixdə Qabilə məxsus ***-***-**-** mobil telefon nömrəsindən onun telefonuna zəng gəlmişdir. Zəng edən şəxs Anar idi. Anar ağlayaağlaya ona demişdir ki, onu borca görə İranda girov saxlayıblar. O, da buna inanmamışdır. O, adboy etmişdir. Sonra Anar yenə yığmış, Anara demişdir ki, "mən nə edə bilərəm ki?” Sonra mobil telefonu tanımadığı şəxs götürüb bildirmişdir ki, İxdiyar ona pul borcludur, ona görə də Anarı girov saxlayıb və həmin günü saat 2l radələrində pul çatdırılmadığı halda Anar üçün pis olacaq, yəni onu öldürəcəkdir. O, isə həmin şəxsə onu və Anarı tanım adığını bildirmişdir. Sonra həmin şəxs mobil telefonu Anara vermiş, Anar telefonda ağlaya-ağlaya bildirmişdir ki, onu İran İslam Respublikasında İxdiyarın borcuna görə girovda saxlayırlar, axşam saat 21 radələrinə qədər 5.500 manat pul çatdırılmadığı halda Anar üçün problemlər olacaqdır. X32 Respublikası vətəndaşı 2-3 dəfə ona zəng edərək bildirmişdir ki, axşam saat 21 radələrinə qədər pul çatdırılmadığı halda Anar üçün pis olacaq. Saat 23 radələrində Anar yenidən ona zəng edərək demişdir ki, onu girov saxlayan şəxslər 1.500 manat aşağı düşüblər, 4.500 manat pul müqabilində onu buraxmağa razılaşıblar. Anar demişdir ki, valideyinləri ilə danışıb, onun valideynləri ilə götürüb bu barədə Qabilə və İxdiyara çatdırsın. Sonra Anarın atası ona zəng etmiş, ona Anarın başına gələnləri demişdir. Ona təklif etmişdir ki, görüşsünlər. Telefonda Anarın atasına bu barədə polisə müraciət etməsini demişdir. Sonra Anarın atası polisə getmişdir. O, axşamüstü Qabili tapmış, Qabilə bu barədə məlumat vermişdir. Qabil demişdir ki, Anarın qab-qacaqla bağlı borcu var, onu ödəmək üçün gedib. X28 girov olduğunu demişdir. Anarın atası sonra onu axşam yığmışdır. O, Anarın atasıyla görüşməyə gedəndə polis əməkdaşları onu tutmuşlar. İş materiallarından göründüyü kimi, B.H.Məmmədov və Məhkum2, hər biri ayrıayrılıqda həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin məhkəmə iclaslarında özlərini onlara elan olunmuş ittiham üzrə təqsirli bilməmiş, ibtidai araşdırma zamanı onlara polis əməkdaşları tərəfindən təzyiq və təsirlər göstərildiyini və belə təsir və təzyiqlər altında məcbur olaraq törətməd iyi əməllər barədə həqiqətə uyğun olmayan ifadələr vermişlər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında B.H.Məmmədovun və Məhkum2, hər birinin ayrı-ayrılıqda təqsirləndirilən şəxs qismində dindirilərkən verdikləri həmin ifadələri göstərilən məhkəmə tərəfindən yoxlanılmış və onların barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsində iştirak etmiş Nizami Rayon Polis İdarəsnin 24-cü polis şöbəsinin əməkdaşları Şahid10, Şahid3, Şahid9, Şahid8, hazırki iş üzrə ibtidai araşdırmanı aparmış Nizami RPİ-nin İstintaq şöbəsinin müstəntiqi Şahid14, ilkin araşdırma zamanı əməliyyat-axtarış tədbirlərinin keçirilməsində hal şahidləri olmuş Şahid1, Şahid12, Şahid6, Şahid2, dindirilmiş, eyni statusla ilkin araşdırmanın aparılmasında iştirak etmiş Şahid7, barəsində cinayət işinin material ları başqa icraata ayrılmış Şahid13 Lətif oğlunun, məhkəmədə ifadə verməkdən imtina etdiklərinə görə Məhkum2 anası Şahid5 və atası Şahid4 ifadələri, habelə Məhkum1n və B.H.Məmmədovun üzərlərinə baxışın keçirilməsi və narkotik vasitələrin aşkar edilməsi haqqında protokollar, məhkəmə-kimyəvi, məhkəmənarkoloji, məhkəmə-psixiatrik ekspertizalarını rəyləri, təqsirləndirilən şəxslərin biri-biri ilə və digər şəxslərlə telefon yazışmalarını əks etdirən məlumatlar, sübut əhəmiyyətli digər sənədlər elan olunaraq araşdırılmış və araşdırılmış həmin sübutların təqsirləndirilən şəxslərin ibtidai araşdırma zamanı verdikləri ifadələrlə üst-üstə düşməsi, digər tərəfdən isə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə görə, bu sübutların onlara elan olunmuş ittihamlar üzrə cinayət əməllərini törətmələr inin təsdiq olunması müəyyən edilmişdir. Buna görə, Bakı Ağır Cinayətlər Məhkəməsi araşdırdığı sübutları B.H.Məmmədovun və Məhkum2 onlara elan olunmuş ittiham üzrə təqsirli bilinmələri üçün kifayət etməsini nəzərə alaraq onların haqqında ittiham hökmünün çıxarılmasını mümkün bilmişdir. Eyni zamanda araşdırılmış sübutlarla ibtidai araşdırma zamanı Bünyad Məmmədova və Məhkum2, habelə cinayət prosesinin digər iştirakçılarına, o cümlədən polis əməkdaşları olmayan şahidlərə təsirin və ya təzyiqin edilməsini, onların məhz belə şəraitdə ifadələr verməsini, dindirilmələri zamanı hüquqlarının pozulmasını, iş üzrə tərtib edilmiş prosessual sənədlərin saxtalaşdırılmasını və ya həmin sənədlərdə onların tərtib edilməsindən sonra bu və ya digər düzəlişlərin edilməsini təsdiq edən hər hansı sübut əldə olunmamış və hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin təqsiri təkcə onların ibtidai araşdırma zamanı verdikləri ifadələri ilə deyil, həm də, CPM-nin 125.6-cı maddəsinin tələb etdiyi kimi, araşdırılmış digər sübutların məcmusu ilə də təsdiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin hökmündə də əsasən məhz bu sübutlara, yəni Bünyad Məmmədovun təqsirsizliyinə deyil, onun elan olunmuş ittiham üzrə təqsirliliyinə dair sübutlara istinad olunmuş, lakin məhkəmə heç bir əsas göstərmədən, sadalanan sübutlara isə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymət verməmişdir. Bünyad Məmmədovun təqsirsiz olması barədə nəticəyə gələn məhkəmə birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutların rədd edilməsinin motivlərini və əsasını da çıxartdığı hökmdə hə r hansı şəkildə izah etməmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi çıxardığı hökmdə ibtidai istintaq zamanı əldə edilmiş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış, əsasən Bünyad Məmmədovun ona elan olunmuş ittiham üzrə cinayət əməlini törətməsinə dəlalət edən sübutlara, o cümlədən onun ibtidai araşdırma zamanı verdiyi qismən etirafedici ifadələrinə, şahidlərin onu ifşa edən ifadələrinə, şəxsin üzərində şəxsi axtarışın aparılması və narkotik vasitələrin götürülməsi haqqında protokola, bu ittihamları təsdiq edən digər sənədlərə istinad olunmuşdur. Halbuki, CPM-nin 350.3-cü maddəsinə əsasən, məhkəmənin bəraət hökmünə bəraət almış şəxsin təqsirsizliyini şübhə altına qoyan ifadələrin daxil edilməsi yolverilməzdir. Apellyasiya məhkəməsi istintaq zamanı topl anmış və tədqiq edilmiş sübutlara istinad edərək eyni sübutlar əsasında Məhkum2 və Məhkum1 təqsirli bilmiş, Bünyad Məmmədova isə bəraət vermişdir. Göstərilən məhkəmə tədqiq edilən sübutlar əsasında belə ziddiyyətli nəticəyə gəlməsinin səbəbini, həmçinin sübutların qadaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitələri əldə edilməsi, daşınması ilə bağlı verilən ittihama münasibətdə cinayət hadisəsi iştirakçılarının hər birinə münasibətdə fərqli qiymətləndirilməsini əsaslandırmamışdır. Apellyasiya instansiyası məhkəməsi hal şahidlərinin iştirakları ilə bağlı müəyyən prosessual xarakterli pozuntuların birinci instansiya məhkəməsi tərəfindən qiymət verilməməsini qeyd etmiş və CPM-nin 94.1, 115.2, 236, 244 və 246-maddələrinin tələblərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, Bünyad Məmmədo vun üzərində şəxsi axtarışın və götürmənin aparılmasında hal şahidləri qismində Şahid1 və Şahid2 iştirakları qanunsuz olmuşdur. Belə ki, Apellyasiya məhkəməsi hesab etmişdir ki, hazırki cinayət işi üzrə hal şahidləri Şahid1 və Şahid2, habelə digər şəxslərin iştirakı ilə tərtib edilmiş 28 sentyabr 2018-ci il tarixli "şəxsi axtarış və götürmə haqqında” protokol, polis əməkdaşları tərəfindən Bünyad Məmmədova qarşı qurulmuş süni ittihamı pərdələmək məqsədi daşımış, iş üzrə şahid qismində ifadələri alınmış Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin sahə inspektoru Şahid8 və Bakı şəhəri Nizami RPİ-nin 24-cü Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid3, habelə hal şahidləri Şahid1 və Şahid2 həmin işdə bilavasitə Bünyad Məmmədovdan narkotik vasitənin aşkar olunmasında maraqlı olmuşlar. Belə ki, məhkəmə kollegiyası tərəfindən elektron məhkəmə sistemində aparılmış araşdırma ilə müəyyən edilmişdir ki, hazırki işdə hal şahidi kimi iştirak etmiş Şahid2 bu işdən başqa daha 45 cinayət işi üzrə, hal şahidi kimi iştirak etmiş Şahid1 isə bu işdən başqa daha 38 cinayət işi üzrə, Şahid7 13 cinayət işi üzrə şahid qismində məhkəmələrdə iştirak etmişdir. Apellyasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyasının gəldiyi digər nəticə isə (bəraət hökmünün çıxarılmasının digər əsası kimi qəbul edilmiş) yuxarıda göstərilən hal şahidləri Şahid2 və Şahid1 istifadələrində olmuş mobil telefon nömrələrinin anten dairlərinə dair "xxxx" MMC-dən və Azercell Telekom MMC-dən götürülmüş məlumatlarla əlaqədar olmuşdur. Apellyasiya şikayətlərinə məhkəmə baxışı iclasında əldə edilmiş həmin məlumatlara əsas ən Şahid2 29 sentyabr 2018-ci il tarixdə saat 14:30-dan 14:50-ə qədər olan müddət ərzində Pirallahı qəsəbəsində olsa da iş materiallarında onun həmin gün saat 14:00-dan 15:00-dək Nizami Rayon Polis İdarəsində olması və ifadə verməsi göstərilmişdir. Apellyasiya instansiyası məhkəməsi cinayət məsuliyyətinə cəlb edilmiş Məhkum1 və Bünyad Məmmədovun üzərində şəxsi axtarışın və götürmənin aparılması nəticəsində götürülmüş narkotik vasitələrin çəkisinin müəyyən edilməməsinə, hal şahidi olmuş Şahid6 cinayət təqibinin müxtəlif mərhələlərində ziddiyyətli ifadələr verməsinə və X16 Qabil arasında üzləşdirmənin aparılması zamanı təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının pozulmasına, bu istintaq hərəkəti aparılarkən qanunun tələblərinin pozulmasına da istinad edərək ümumilikdə həmin halları CPM-n in 125.2-ci maddəsində sadalanan pozuntular kimi qiymətləndirmiş, lakin belə pozuntuların baş verməsi barədə təqsirləndirilən şəxsin və onların müdafiəçisinin iddialarına əsaslanaraq özü bununla bağlı, yəni həqiqətin müəyyən ediliməsi istiqamətində heç bir araşdırma aparmamışdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, məhkəmənin hökmü, yəni onun iş üzrə gəldiyi hər hansı nəticə araşdırılmış sübutlara istinad edilməklə əsaslandırılmalı, sübutların hər birisinə ayrı-ayrılıqda və məcmu şəklində qiymət verilməli, araşdırılmış sübutların qəbul edilməməsinin səbəbləri isə müəyyən edlməklə bu səbəblər yekun məhkəmə aktında göstərilməlidir. Yalnız bu tələblərə əməl edilməklə çıxarılmış hökm (qəbul edilmiş digər yekun məhkəmə aktı) qanuni və əsaslı hesab edilə bilər. Hal şahidlərinin əməl iyyat-axtarış tədbirlərində mütəmadi halda iştirak etməsi, CPM-nin 94.1 və 115-ci maddələrinin tələblərinin pozulmasına görə həmin tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin qanunsuz hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, CPM-nin 94.1-ci maddəsinə əsasən, cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər...Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır. C PM-nin 115.1 -ci maddəsinin tələblərinə görə, bu Məcəllənin 109.1.3-109.1.8-ci maddələrində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcud olduqda, habelə şəxs bu Məcəllənin 94.1-ci maddəsində göstərilən tələblərə uyğun olmadıqda, o, hal şahidi qismində cinayət prosesində iştirak edə bilməz. CPM-nin 115.2-ci maddəsində təsbit edilmişdir ki, hal şahidinin iştirakının mütəmadi xarakter daşıması halları istisna olunmaqla, onun istintaq hərəkətinin icraatında əvvəllər iştirakı həmin cinayət təqibi üzrə aparılan digər istintaq hərəkətinin icraatında təkrar iştirakını istisna etmir. CPM-nin 115.4-cü maddəsində göstərilmişdir ki, bu Məcəllənin 115.1 və 115.2-ci maddələrinin tələblərinə zidd hər hansı şəxsin istintaq hərəkətlərinin aparılmasında hal şahidi qismində iştirakı həmin hərəkətin etiba rsız hesab edilməsinə əsas ola bilər. Apellyasiya instansiyası məhkəməsi hal şahidləri Şahid1 və Şahid2 həmin işdə bilavasitə Bünyad Məmmədovdan narkotik vasitənin aşkar olunmasında maraqlı olmasını qeyd etsə də, qeyd edilən şəxslərin marağının nədən ibarət olmasını göstərməmişdir. Belə ki, hal şahidləri axtarışın və götürmənin aparılmasında öz razılıqları ilə iştirak etdiklərini bildirmiş, göstərilən şəxslərin iştirakları ilə baş verənləri onlar tam və düzgün dərk etmək qabiliyyətinə malik olmuş, onlara etirazın edilməsi üçün CPM-nin 109.1.1-109.1.8-ci maddələrində göstərilən hallar isə mövcud olmamışdır. Həmçinin CPM-nin 115.4-cü maddəsinin tələbi imperativ xarakter daşıyır, yəni hal şahidinin iştirakının mütəmadi olmasının onun iştirakı ilə aparılmış əməliyyat-axtarış tədbirlərinin və y a istintaq hərəkətlərinin hər bir halda etibarsız hesab edilməsinə səbəb olmur. Məhkəmə kollegiyası qeyd edir ki, əvvəllər də cinayət prosesində dəfələrlə hal şahidi qismində iştirak etmiş şəxsin növbəti dəfə başqa iş üzrə cinayət təqibinin aparılması zamanı hal şahidi qismində cəlb edildikləri əməliyyat-axtarış tədbirinin və ya istintaq hərəkətinin etibarsız hesab edilib- edilməməsi üçün belə halın digər sübutlarla birgə və onlarla müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilməsi, həmin şəxslərin işin nəticələrində maraqlı olub-olmamalarının aydınlaşdırılması tələb olunur, digər tərəfdən isə onların aparılmasında hal şahidi qismində iştirak etdikləri tədbirin və ya hərəkətin qanuna uyğun olub-olmaması da yoxlanılmalıdır. Qeyd edilənlərə əvvəl işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının xx.xx.2021-ci il tarixli qərarında qiymət verilərək göstərilən halların aydınlaşdırılmasının zəruriliyi müəyyən edilsə də, apellyasiyası instansiyası məhkəməsi yenidən işə baxarkən Bünyad Məmmədovun təqsirlilik məsələsini həll edərkən CPM-in 143-146-cı maddələrini tələblərini pozmuşdur. Belə ki, hal şahidləri Bünyad Məmmədovun üstündən narkotik vasitənin aşkar edilərək götürülməsini tam və düzgün dərk etmək qabiliyyətinə malik olaraq bu haqda tərtib edilmiş protokolu imzalamaqla, sonradan isə şahid qismində dindirilərkən həmin faktı təsdiq etmiş, apellyasiya instansiyası məhkəməsi isə yenə də bu məsələ ilə bağlı heç bir araşdırma aparmamışdır. Digər tərəfdən, məhkəmə həmin hökmdə CPM-nin bəraətin verilməsini tələb edən bir sıra normalarının tələblərinə i stinad etsə də, əsasən özünün deyil, birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında araşdırılmış sübutlara istinad etmiş, lakin bu sübutlara onların mötəbərliyi, mənsubiyyəti və mümkünlüyü üzrə qanunda nəzərdə tutulmuş qaydada lazımi qiymət verməmiş və onların böyük əksəriyyətini yolverilməz sübutlar kimi qiymətləndirməmişdir. Belə ki, Cinayət Prosessual Məcəllənin 33-cü maddəsinə əsasən hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir; Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir; Sözügedən Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; CPM-in 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi n əzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə kollegiyası qeyd edir ki, X11 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verən Apellyasiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşdur. Belə ki, göstərilən məhkəmə tərəfindən cinayət işi üzrə toplanmış ziddiyyətli sübutlardan birinə digərinə nisbətdə daha çox əhəmiyyət verilməsinin zəruriliyi əsaslandırılmadan X11 bəraət vermişdir. Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Bununla da kassasiya məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək və Avropa İnsan hüquqları Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı istənilən cinayət ittihamı irəli sürülərkən işin məhkəmə tərəfindən ədalətli araşdırılması hüququnun təsbit edildiyini nəzərə alıb, kassasiya protestinin dəlilləri razılaşır və hesab edir ki, Bünyad Məmmədova CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə bəraət verilməsi barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi cinayət işi üzrə toplanmış sübutları mənsubiyyəti, mötəbərliyi baxımından düzgün qiymətləndirməmiş, həmçinin cinayət prosessual qanunvericiliyinin ittiham hökmünə dair irəli sürdüyü tələblər pozulmuşdur. Məhkəmə kollegiyası Məhkum2 müdafiəçisinin kassasi ya şikayətini əsassız hesab edirək aşağıdakıları qeyd etməsi zəruri hesab edir: Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qruq şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə məsuliyyət nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş altern ativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Birinci instansiya məhkəməsi Məhkum2 İrana gedərkən narkotik vasitə üçün girovda qalmasından xəbərsiz olduğu kimi ifadələrini həqiqətə uyğun olmayan və cinayətin digər iştirakçılarını cinayət məsuliyyətindən yayındırmaq üçün uydurulmuş ifadələr kimi qiymətlənd irmişdir. Bundan başqa məhkəmə, Məhkum2 məhkəmədə istintaqdan fərqli ifadə verərək İran İslam Respublikasına guya alınacaq qab-qacağın dəyərinin əvəzində girov kimi getməsi, sonradan Məhkum1 və Şahid13 narkotik vasitə almalarını bilməsi, Bünyadın bu cinayətdən xəbərsiz olması, Bünyadın nömrəsi Qabilin telefonunda olduğu üçün Bünyada zəng vurması barədə ifadələrini həqiqi ifadələr kimi qəbul etməmiş və həmin ifadələri özünmüdafiə və cinayət məsuliyyətindən yayındırmaq üçün uydurulmuş ifadələr kimi qiymətləndirmiş, apellyasiya instansiyası məhkəməsi də haqlı olaraq onun bu mövqeyi ilə razılaşmışdır. Məhkəmə kollegiyası cinayət işi üzrə müəyyən edilmiş hallara və iş üzrə toplanmış sübutların müqayisəli təhlilinə əsasən qeyd edir ki, Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qəsdən qanunsuz olaraq narkotik vasitə əldə etməsi əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Apellyasiya məhkəməsinin onun CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilib məhkum etməsi barədə mövqeyi tam əsaslıdır. Bununla da məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, məhkum edilmiş şəxs Məhkum2 barəcində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum2 bəraət verilməsi üçün cinayət pro sessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassız olduğundan təmin edilməməli, hazırki iş üzrə sübutların X6 təqsirliliyinin müəyyən edilməsinə münasibətdə CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilməməsi və X11 əsassız bəraət verilməsi, həmçinin Məhkum1 və Məhkum2 məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsvirinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində qeyd edilməməsi haqda kassasiya protesti əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin CPM-nin 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməsini qeyd edir və hesab edir ki, həmin pozuntu ilə qəbul edilmiş apell yasiya instansiyası məhkəməsinin 5 iyul 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə Məhkum1 və Məhkum2 həbsə alınmasına dair müddəalar istisna olunmaqla, ləğv edilməklə cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Belə qənaətə gələrkən məhkəmə kollegiyası həmçinin CPM-nin 419.12-ci maddəsinin tələblərini də nəzərə alır və həmin maddədə sadalanmış məsələlərin qabaqcadan həll edilməsini mümkün bilmir. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti isə təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə Məhkum1 və Məhkum2 həbsə alınmasına dair müddəalar istisna olunmaqla, ləğv edilməli və c inayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, Qərara aldı: Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Kassasiya protesti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət 5 iyul 2022-ci il tarixli hökmü kassasiya protestinə münasibətdə Məhkum1 və Məhkum2 həbsə alınmasına dair müddəalar istisna olunmaqla, ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-236/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-236/2023
22.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver