Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2360/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X7, Məhkum müdafiəçisi Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 309.*-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ** iyun 2024-cü il tarixli, *(*07)272/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxx *959-cu il tarixdə Zərdab rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Zərdab rayonu, Dəkkəoba kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır.
2. İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən, Məhkum Zərərçəkmiş şəxs2 sədri olaraq Ədliyyə Nazirliyi tə rəfindən xx.xx.2000-ci ildə qeydiyyata alınmış həmin bələdiyyə üzvlərinin xx.xx.2000-ci il tarixli 07 saylı iclas qərarı ilə təsdiq edilmiş «X*»nin 3-cü bəndinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək və baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmişbaşqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə Zərdab şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşay an X5 etibarından suiistifadə edərək ona məxsus rəsmi sənədlərin(şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi və s.) surətlərini əldə edib boş ağ vərəqələrə imza etdirərək Zərərçəkmiş şəxs2 ilə aralarında 0* yanvar 20*7-ci il tarixdə Zərərçəkmiş şəxs2 inzibati binasında qəsdən saxta sənədlər, yəni *400 AZN müqabilində hər biri **0 manat olmaqla *3 maşın Dəkkəoba kəndində kəndarası yollara qrabil daşınması ilə bağlı 0* saylı, 0* yanvar 20*7-ci il tarixli müqavilə və ona əlavə olunan *3.06.20*7-ci il tarixli, 02 nömrəli “məxaric xəzinə order”i tərtib etməklə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nin Zərdab filialında AZ09AİİB330800*9444600223*46 saylı hesablaşma hesabından *400 manat pul vəsaitini həmin filialdan nağdlaşdıraraq, təkrarən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə X*5 ilə Z ərərçəkmiş şəxs2 arasında 0* yanvar 20*8-ci il tarixdə Zərərçəkmiş şəxs2 inzibati binasında qəsdən saxta sənədlər, yəni 2400 AZN müqabilində hər maşının dəyəri *20 manat olmaqla 20 maşın Dəkkəoba kəndində kəndarası yollara qrabil daşınması ilə bağlı 0* saylı, 0* yanvar 20*8-ci il tarixli müqavilə və ona əlavə olunan 24.0*.20*8-ci il tarixli, 0* nömrəli “məxaric xəzinə order”i tərtib etməklə 23.0*.20*8-ci il tarixdə 400 manat, 03.05.20*8-ci il tarixli, 02 nömrəli “məxaric xəzinə order”i tərtib etməklə 02.05.20*8-ci il tarixdə 900 manat, *6.05.20*8-ci il tarixli, 03 nömrəli “məxaric xəzinə order”i tərtib etməklə *5.05.20*8-ci il tarixdə 430 manat, *7.09.20*8-ci il tarixli, 04 nömrəli “məxaric xəzinə order”i tərtib etməklə *7.09.20*8-ci il tarixdə *50 manat və 24.09.20*8-ci il tarixli, 05 nöm rəli “məxaric xəzinə order”i tərtib etməklə 24.09.20*8-ci il tarixdə 750 manat, cəmi 2630 manat pul vəsaitini vahid niyyətlə Zərərçəkmiş şəxs2 "xxxx" ASC-nin Zərdab filialında olan AZ09AİİB330800*9444600223*46 saylı hesablaşma hesabından həmin filialda nağdlaşdıraraq, eləcə də istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Auditorlar Palatasından daxil olmuş 22 avqust 2022-ci il tarixli sərbəst auditorun(mütəxəssisin) rəyinə və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 9/9*58 nömrəli, 2* dekabr 2022-ci il tarixli rəyinə əsasən təkrarən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin tələbini pozaraq, yəni bələdiyyə büdcəs indən pul vəsaitinin yalnız bələdiyyə iclasının qərarı ilə ayrılması və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməsinə əməl etmədən 20*9-cu il ərzində bələdiyyənin “"xxxx" MMC-nin Zərdab rayon filialında olan AZ45AZP09063546*200420*000*5 saylı cari hesabından ümumilikdə bələdiyyəyə məxsus *205,50 manat pul vəsaitini təsdiqedici sənəd olmadan nağdlaşdırmaqla, həmçinin təkrarən vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 8- ci maddəsinin tələbini pozaraq, yəni bələdiyyə büdcəsindən pul vəsaitinin yalnız bələdiyyə iclasının qərarı ilə ayrılması və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməsinə əməl etmədən 2020-ci il ərzində bələdiyyənin "xx xx" MMC-nin Zərdab rayon filialında olan AZ45AZP09063546*200420*000*5 saylı cari hesabından təsdiqedici sənəd olmadan özünə məxsus "xxxx" MMC-nin Zərdab rayon filialında olan AZ78AZPO9063222*0004200000*6 saylı cari hesabına köçürmələr etməklə ümumilikdə bələdiyyəyə məxsus *380 manat pul vəsaitini, cəmi 20*7-2022-ci illərdə ona etibar edilmiş bələdiyyəyə məxsus xeyli miqdarda, yəni 66*5,50 manat pul vəsaitini təkrarən öz qulluq mövqeyindən istifadə etməklə talamaqla mənimsəmişdir.
3. Bundan başqa, Məhkum Zərərçəkmiş şəxs2 sədri olaraq Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci ildə qeydiyyata alınmış həmin bələdiyyə üzvlərinin xx.xx.2000-ci il tarixli 07 saylı iclas qərarı ilə təsdiq edilmiş «X*»nin 2 və 3-cü bəndlərinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanmas ı, təsdiq edilmək və baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifadəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik vəzifəli şəxs kimi öz qulluq mövqeyindən istifadə etməklə bələdiyyəyə məxsus *0 ha torpaq sahəsinin ayrılması imkanının olduğunu bildirərək Zərdab rayonu, Dəkkəoba kənd sakini Zərərçəkmiş şəxs* inandırmaqla onun inam və etimadını qazanaraq qeyd olunan torpaq sahəsinin ayrılmasını yalandan vəd edib vahid niyyətlə 202*-ci ilin avqust ayında ƏMDK y anında DƏDRX-nin *6 saylı Ucar Ərazi İdarəsinin Ucar şəhərində yerləşən inzibatı binasının həyətində həmin İdarənin işçisi “Yaqub” adlı şəxsə verəcəyi adı ilə *000(bir min) manat, təxminən *5-20 gün sonra isə həmin torpaq sahəsinin təyinatının dəyişdirilməsi müqabilində yaşadığı Zərdab rayonu, Dəkkəoba kəndində yerləşən fərdi yaşayış evinin qarşısında ƏMDK yanında DƏDRX-nin *6 saylı Ucar Ərazi İdarəsinin istintaqla müəyyən edilə bilməyən işçisinə verəcəyi adı ilə yalan vəd verərək sonuncunun *00(bir yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs* **00 manat pulunu aldatmaqla öz qulluq mövqeyindən istifadə edib ələ keçirərək təkrarən talama cinayəti törətməklə təkrarən dələduzluq etmiş, eyni zamanda Məhkum Zərərçəkmiş şəxs2 sədri kimi Zərdab rayonu, Dəkkəoba kənd sakini Zərərçəkmiş şəxs* bələdiy yəyə məxsus *0 ha torpaq sahəsinin ayrılmasına inandıraraq “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının qanunda mülkiyyətinə nəzərdə tutulmuş hallar istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bildiyinə görə təkbaşına müvafiq səlahiyyətləri olmadığı halda 202*-ci ilin avqust ayında ƏMDK yanında DƏDRX-nin *6 saylı Ucar Ərazi İdarəsinin Ucar şəhərində yerləşən inzibatı binasının həyətində həmin İdarənin işçisi “Yaqub” adlı şəxsə verəcəyi adı ilə *000(b ir min) manat, təxminən *5-20 gün sonra isə “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 yanvar 20*7-ci il tarixli, *0 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalarının *-ci bəndində əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilə bilindiyinə görə təkbaşına müvafiq səlahiyyətləri olmadığı halda yaşadığı Zərdab rayonu, Dəkkəoba kəndində yerləşən fərdi yaşayış evinin qarşısında ƏMDK yanında DƏDRX-nin *6 saylı Ucar Ərazi İdarəsinin istintaqla müəyyən edilə bilməyən işçisinə verəcəyi adı ilə *00(bir yüz) manat, ümumilikdə Zərərçəkmiş şəxs* bələdiyyəyə məxsus *0 ha torpaq sahə sinin ayrılması barədə yalan vəd verərək sonuncunu özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə onun vasitəsilə vahid niyyətlə **00 manat pul vəsaitinin rüşvət qismində vəzifəli şəxsə verməsinə təhrik etmişdir.
4. Bundan başqa, Məhkum Zərərçəkmiş şəxs2 sədri olaraq Ədliyyə Nazirliyi tərəfindən xx.xx.2000-ci ildə qeydiyyata alınmış həmin bələdiyyə üzvlərinin xx.xx.2000-ci il tarixli 07 saylı iclas qərarı ilə təsdiq edilmiş «X*»nin 2 və 3-cü bəndlərinə əsasən, əmr və sərəncamlar verilməsi, bələdiyyə qərarlarının imzalanması, təsdiq edilmək və baxılmaq üçün təqdim edilən büdcə, plan, proqram və qərar layihələrinin hazırlanması, bələdiyyənin qəbul etdiyi qərarların yerinə yetirilməsi, bələdiyyənin qanunla müəyyən edilmiş səlahiyyətlərinin təşkili, bələdiyyə mülkiyyəti və bələdiyyənin istifa dəsinə verilmiş başqa mülkiyyətin idarə edilməsi, bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması və qanunvericiliyə əsasən ona həvalə edilmiş digər səlahiyyətlərə malik olmaqla xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək, yəni Azərbaycan Respublikası Konstitusiyasının *45-ci maddəsinin İİ bəndinin və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin tələblərinə əsasən bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarların bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilməli olmasına baxmayaraq Zərərçəkmiş şəxs2 inzibati binasında qəsdən saxta sənəd, yəni faktiki bələdiyyə üzvlərinin iştirak etmədiyi Dəkkəoba bələdiyyəsinin ** nömrəli, 28 noyabr 202*-ci il tarixli iclas protokolu tərtib e dərək iclasın sədri qismində özünün və iclasın katibi qismində bələdiyyə üzvü Şahid3 adının qarşısında imza etməklə “Dəkkəoba bələdiyyəsi”nin möhürü ilə təsdiq edərək 29-30 noyabr 202*-ci il tarixlərdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6 və 9-cu maddələrində nəzərdə tutulmuş qaydada hərrac və ya müsabiqə keçirilmədən Zərdab rayonu, Dəkkəoba kənd sakinləri X8 5 ha, Şahid26 4 ha, X** 3 ha, X*2 3 ha, X*6 3 ha, Şahid5 Göyçə oğluna 3 ha, X*3 3 ha, X9 2 ha və Şahid2* Hüseyin oğluna 2 ha olmaqla, ümumilikdə bələdiyyəyə məxsus *8 ha örüş təyinatlı və *0 ha əkin təyinatlı torpaq sahələrini mövsümi, yəni ** ay müddətinə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə adları qeyd olunan kənd sakinlərinin istifadəsinə verilməsi barədə yalnız icarə müqavilələri tərtib etməklə yerli əhalinin mənafeyi naminə Azərbaycan Respublikası Konstitusiyasının *44-cü maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətinə sahiblik, ondan istifadə və onun barəsində sərəncam vermək kimi bələdiyyə iclaslarında həll edilməli olan məsələlər barədə təkbaşına qanunsuz hərəkətlər etməklə cəmiyyətin tərkib hissəsi olan bələdiyyənin qanunla qorunan mənafelərinə, yəni bələdiyyəyə məxsus torpaq sahələrin qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqavilələri əsasında fiziki və ya hüquqi şəxslərin istifadəsinə veriləcəyi müqabilində bələdiyyə hesabına icarə haqlarının ödənilməsi, bunun nəticəsində yerli büdcənin formalaşması, formalaşmış büdcənin yerli sosial müdafiə və sosial inkişaf, yerli iqtisadi inkişaf və yerli ekoloji proqramların qəbul və icra edilməsi, bələdiyyə ərazisində yaşayan fiziki və ya hüquqi şəxslərin konstitusiya hüquq və azadlıqlarının pozulması və digər bu kimi əhəmiyyətli amillərə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərini aşmış, eyni zamanda Məhkum Zərərçəkmiş şəxs2 sədri olaraq ona həvalə edilmiş səlahiyyətlərə malik vəzifəli şəxs kimi sair şəxsi niyyətlə yuxarıda qeyd olunan məzmunlu rəsmi sənədə qəsdən biləbilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı etmişdir.
5. Zərdab Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 29 yanvar 2024-cü il tarixli, *(035)-2/2024 nömrəli hökmü ilə Məhkum CM-in 309.*-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3000 (üç min) manat cərimə cəzasına məhkum edilməsi, Məhkum barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüv vəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir.
6. Həmçinin, Zərdab Rayon Məhkəməsinin (sədrlik edən hakim: X4) 29 yanvar 2024-cü il tarixli, *(035)-2/2024 nömrəli qərarı ilə Məhkum CM-in *78.2.2, *78.2.3, *79.2.2, *79.2.3, *79.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Məhkum zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəməsi, zərərçəkmiş şəxslərlə barışması və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsi ilə əlaqədar Məhkum barəsində CM-in 73-*.2-ci maddəsinin tətbiq edilməsi, onun barəsində CM-in *78.2.2, *78.2.3, *79.2.2, *79.2.3, *79.2.4-cü maddələri ilə cinayət təqibinə xitam verilməsi və onun cinayət məsuliyyətindən azad edilməsi, ona irəli sürülmüş CM-in 32.4, 3*2.*-ci maddəsi (bu maddə əsasında irəli sürülmüş ittiham) ittihamdan xaric edilməsi, Məhkum törətdiyi CM-in 3*3-cü maddəsi ilə cinayət əməli üzrə CPM-in 39.*.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməsi, Azərbaycan Respublikası Baş Prokurorluğunun “Azərbaycan Beynəlxalq Bank”ında olan AZ3*CTRE**********0003**850* depozit hesabında saxlanılan *700 (bir min yeddi yüz) manat məbləğində maddi ziyanın zərərçəkmiş hüquqi şəxs olan Zərərçəkmiş şəxs2 – AZ45AZP09063546*200420*000*5 bank hesabına ödənilməsi qərara alınmışdır.
7. Zərdab Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli, *(035)-2/2024 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir.
8. Şəki Apel lyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: X*9 (sədrlik edən və məruzəçi), X3 və X6 ibarət məhkəmə tərkibində) ** iyun 2024-cü il tarixli, *(*07)-272/2024 nömrəli qərarı ilə Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin qismən təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli hökmünün cəzaya aid hissədə dəyişdirilməsi, Məhkum CM-in 46.2-ci maddəsinə əsasən təqsirli bilindiyi CM-in 309.*-ci maddəsi ilə 0* (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 yanvar 2024-cü il tarixli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxla nılması qərara alınmışdır.
9. X*8 Məhkəməsinin Cinayət Kollegiyasının ** iyun 2024-cü il tarixli, *(*07)-272/2024 nömrəli qərarından Məhkum müdafiəçisi tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri, etirazlar:
10. Kassasiya şikayətinin dəlilləri qismində bir sıra qanunvericilik normalarına istinadlar edilərək, məhkum barəində verilmiş apellyasiya protestinin apellyasiya instansiya məhkəməsi tərəfindən təmin edilməsinin qanunsuz və əsassız olması, onun barəsində CM-in 46.2-ci maddəsinin tətbiq edilməsi üçün heç bir qanuni əsasların olmaması qeyd edilərək, məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ** iyun 2024-cü il tarixli, *(*07)-272/2024 nömrəli qərarını dəyişdirərək, dövlət ittihamçısının apellyasiya protestinin qismən təmin edilməsi hissəsində ləğv edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
12. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti və zərərçəkmiş şəxslər tərəfindən kassasiya şikayəti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:
13. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum müdafiəçisi kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etmişdir.
14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:
15. Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması ü zrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 4*9-cu maddəsi müəyyən edir.
16. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4*9.*-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”
17. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4*6-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit e dilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.
18. Məhkum müdafiəçisi kassasiya şikayətində məhkum barəsində təyin edilmiş cəzanı mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 4*6-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.
19. Bununla belə, kollegiya müdafiəçinin kassasiya şikayətini CPM-in 4*9-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ** iyun 2024cü il tarixli, *(*07)-272/2024 nömrəli qərarının qanuniliyini və əsaslılı ğını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
20. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.
21. Cəzanın məqsədini təsbit edən CM-in 4*.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
22. CM-in 46.2-ci maddəsinə əsasən, törədilmiş cinayətin xarak terini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər.
23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyi n olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.
24. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.*.*-59.*.*0-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).
25. Cəzanı ağırlaşdıran halların tam siyahısı Cinayət Məcəlləsinin 6*-ci maddəsində təsbit olunmuşdur. CM-in 6*.2-ci maddəsinə görə cinayət qanununun 6*.*.*-6*.*.*3-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.
26. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu v əziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.
27. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yax ud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.
28. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.
29. Belə ki, Məhkum barəsində daha ağır cəza təyin edilməsi ilə bağlı apellyasiya protestinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum barəsində CM-in 46.2ci maddəsini tətbiq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.*-ci maddəsi ilə 0* (bir) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3000 (üç min) manat miqdarında cərimə cəzası təyin etmişdir.
30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həcmini artırarkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti birinci instansiya məhkəməsi tərəfindən cəza təyin edilərkən kifayət qədər nəzərə almamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.
31. Göründüyü kimi, Məhkum barəsində birinci instansiya məhkəməsinin hökmü ilə təyin olunmuş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya protesti ilə əlaqədar cinayət işinə baxan Şəki Apellyasiya Məh kəməsinin Cinayət kollegiyası da sonuncunun cəzasının ağırlaşdırılmasına dair apellyasiya protestində irəli sürülmüş daha ağır cəza növünün təyin edilməsi barədə tələblərlə razılaşaraq, hökmün dəyişdirilməsi qənaətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı hallara qiymət verərək, həmin halların məhkum barəsində həddindən artıq yüngül cəza təyin edilməsinə əsas olmaması qənaətinə gəlmişdir.
32. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kim i qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.
33. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4*9.*-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 4*9.**-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan fakt ları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.
34. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 4*6.*.2*-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
35. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun müdafiəçisinin və təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ** iyun 2024-cü il tarixli, *(*07)-272/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 4*9.*0.*-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 309.*-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının ** iyun 2024-cü il tarixli, *(*07)-272/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.