Məhkəmə qərarları › İş №1(102)-2360/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2360/2025

21.10.2025
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2360/2025 21.10.2025 ALİ MƏHKƏMƏ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, məhkumun və müdafiəçi Həsənzadə Rəhim Məmməd oğlunun iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(104)-6/2025 nömrəli qərarından apellyasiya instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şahid9 və məhkumun müdafiəçisi Həsənzadə Rəhim Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 1(100)-32/2023 nömrəli hökmü ilə (hakimlər: E.İ.Rüstəmov (sədrlik edən), F.N.Mahmudov və R.N.Ələkbərli) xx.xx.1986-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Naxçıvan MR, ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla Tovuz rayonunun Abulbəyli kəndində yaşayan, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, barəsində CMin 46-cı madd əsi tətbiq edilməklə 1 il 6 ay müddətinə dövlət və yerli özünü idarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 6000 (altı min) manat miqdarında cərimə cəzasına məhkum edilmiş, həmçinin iş üzrə qaldırılmış mülki iddia baxılmamış saxlanılmış və zərər çəkmiş şəxs "xxxx" MMC-yə mülki mühakimə qaydasında müvafiq məhkəməyə müraciət etmək hüququ izah edilmiş, məhkəmə xərci və maddi sübutla bağlı məsələlər həll edilmişdir. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş hüquqi şəxsin direktoru apellyasiya şikayətləri, dövlət ittihamçısı isə apellyasiya protesti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(104)-6/2025 nömrəli qərarı ilə (hakimlər Ə.G.Abdullayev (sədrlik edən), R.M.Cəfərov və N.T.Əliyev) apellyasiya şikayətləri və apellyasiya protesti təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarından dövlət ittihamçısı kassasiya protesti, məhkumun müdafiəçisi və zərərçəkmiş hüquqi şəxsin direktoru kassasiya şikayətləri vermişlər. İşin halları: İbtida istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittiham əsasən o, öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəyərək talama cinayətini törətmişdir. Belə ki, Məhkum ünvan 3 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X14 01 fevral 2019-cu il tarixli, AK 1902/22 nömrəli əmri ilə həmin MMC -nin Tovuz və Qazax rayonlarında fəaliyyət göstərən mağazalarında müdir vəzifəsinə təyin olunmaqla işlədiyi 01 fevral 2019-cu il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan dövr ərzində MMC-nin direktoru X ilə bağladığı 01 fevral 2019-cu tarixli əmək müqaviləsi və həmçinin həmin tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən işəgötürənin əmlakına qayğı ilə yanaşmağa, işəgötürənin əmlakından, pul vəsaitindən, digər aktivlərindən yalnız üzərinə düşən vəzifə öhdəliklərinin icrası üçün istifadə etməyə, işəgötürənin əmlakını və əmlak maraqlarını oğurluq, ziyan, korlama və istənilən tipli digər itkidən qorumağa, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin qeydinə qalmağa görə tam həcmdə maddi məsuliyyət daşıdığı halda, tamah məqsədilə, əvəzsiz və qanunsuz olaraq öz qu lluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə nağd şəkildə satılmış mallara görə müştərilərdən MMC-yə məxsus qəbzlə topladığı pulları tam şəkildə xəzinəyə mədaxil etməyə cavabdeh olmasına baxmayaraq ona təhkim edilmiş “Magaza Tovuz” və “Magaza Qazax” adlı xüsusi icazəli “istifadəçi adı” və müxtəlif paroldan istifadə etməklə kompüter şəbəkəsi vasitəsilə işlədiyi müəssisənin “1C” mühasibatlıq proqram təminatına daxil olub verdiyi sifarişlərə uyğun olaraq Abşeron rayonu “Abşeron quşçuluq sovxozu” adlanan ərazidə yerləşən "xxxx" MMCnin mərkəzi anbarı və cəmiyyətin tabeliliyində olan digər mağaza və anbarlarından MMC-nin sürücüləri Şahid21 idarə etdiyi “X20” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, Şahid20 idarə etdiyi “X” markalı **-NN- *** dövlət qeydiyyat nişanlı, Şahid22 idarə etdiyi “X” markalı H027554 dövlət qeydiyyat nişanlı, Şahid23 idarə etdiyi “X” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, eləcə də fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olan “Lüti” ləqəbli Şahid24 idarə etdiyi “X” markalı **-BU-*** dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə gətirilərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən ünvan 4 ünvanda yerləşən “Arçelik Tovuz” mağazası üzrə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində 194 adda 1515 ədəd, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən Qazax şəhəri, Heydər Əliyev prospekti, 161 ünvanda yerləşən “Arçelik Qazax” mağazası üzrə 06 yanvar 2020-ci il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində 116 adda 405 ədəd müxtəlif təyinatlı məişət avadanlıqları mallarını rəhbəri olduğu mağazalara satış üçün qəbul etdikdən sonra, öz qulluq mövqeyindən suiistifadə edərək ona etibar edilmiş Cəmiyyətə məxsus əmlakı mənimsəmək məqsədilə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində “Arçelik Tovuz” mağazası üzrə cəmi 33.708 manat dəyərində 26 adda, 72 ədəd müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarını, o cümlədən hər birinin qiyməti 712 manat dəyərində 4 ədəd, cəmi 2848 manat olan “Arçelik 7103YD” markalı paltaryuyan, 521 manat dəyərində 1 ədəd “İndesit DS 3161W” markalı soyuducu, 1,618 manat dəyərində 1 ədəd “Arçelik 2498 CNİY” markalı soyuducu, 1,673 manat dəyərində 1 ədəd “Arçelik 270560 Eİ” soyuducu, hər birinin qiyməti 449 manat dəyər ində 6 ədəd, cəmi 2694 manat olan “Arçelik 5281 TSW” soyuducu, hər birinin qiyməti 799 manat dəyərində 3 ədəd, cəmi 2397 manat olan “Arçelik 6321 KNİ” markalı soyuducu, hər birinin qiyməti 749 manat dəyərində 2 ədəd, cəmi 1498 manat olan “Arçelik 6321 KNW” markalı soyuducu, 712 manat dəyərində 1 ədəd “Arçelik 7103 YD” markalı paltaryuyan, 654 manat dəyərində 1 ədəd “Arcelik A40M 5870 5B” markalı televizor, hər birinin qiyməti 479 manat dəyərində 8 ədəd, cəmi 3832 manat olan “Arçelik AWX 6212 W” markalı paltaryuyan, 641 manat dəyərində 1 ədəd “Arçelik AWX 7512 S” markalı paltaryuyan, hər birinin qiyməti 349 manat dəyərində 2 ədəd, cəmi 698 manat olan “Arçelik AWL 5082 W” markalı paltaryuyan, 144 manat dəyərində 1 ədəd “Arçelik CFA 6432 B” aspirator, 269 manat dəyərində 1 ədəd “Arçelik DİG İTAL İNOX paslanmaz çelik” markalı mini soba, 1,129 manat dəyərində 1 ədəd “Samsung RT43K6000EF/WT” markalı soyuducu, 737 manat dəyərində 1 ədəd “Hotpoint HS 4180 X” markalı soyuducu, 479 manat dəyərində 1 ədəd “İndesit STİNOL STS 167 S” markalı soyuducu, 649 manat dəyərində 1 ədəd “Lenovo İdeapad 330-15İGM (81D100DRRK-N)” markalı noutbuk, 145 manat dəyərində 1 ədəd “Arçelik MXF 3 ECO BLACK ÇETİNTAŞ” markalı mini soba, 79 manat dəyərində 1 ədəd “TEFAL MASTERMİX HT400 RED 425W” markalı mikser, 373 manat dəyərində 1 ədəd “Arcelik S 7564” markalı tozsoran, hər birinin qiyməti 249 manat dəyərində 21 ədəd, cəmi 5229 manat olan “Supra STV-LC32LT0065” markalı televizor, hər birinin qiyməti 339 manat dəyərində 5 ədəd, cəmi 1695 manat olan “Supra STV-LC32ST0065” markalı televizor, hər birinin qiymə ti 449 manat dəyərində 2 ədəd, cəmi 898 manat olan “Supra STVLC40LT0065” markalı televizor, hər birinin qiyməti 549 manat dəyərində 2 ədəd, cəmi 1098 manat olan “Supra STV-LC40ST0065” markalı televizor, 299 manat dəyərində 1 ədəd “SAMSUNG VC18M31A0HU/EV” markalı tozsoran, 699 manat dəyərində 1 ədəd “NEOS 40N6000” markalı televizor, habelə “Arçelik Qazax” mağazası üzrə cəmi 39.769 manat dəyərində 27 adda 72 ədəd müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarını, o cümlədən 2117 manat dəyərində 1 ədəd “Arçelik 2487 CEİY” markalı soyuducu, 1387 manat dəyərində 1 ədəd “Arçelik 2597 CE” markalı soyuducu, 1673 manat dəyərində 1 ədəd “Arçelik 270560 Eİ” markalı soyuducu, hər birinin qiyməti 449 manat dəyərində 2 ədəd, cəmi 898 manat olan “Arçelik 5281 TSW” markalı soyuducu, 1586 manat dəyərində 1 ədəd “Arçelik 570505 Eİ” markalı soyuducu, 749 manat dəyərində 1 ədəd “Arçelik 6321 KNW” markalı soyuducu, 789 manat dəyərində 1 ədəd “Arçelik 6343” markalı qabyuyan, 623 manat dəyərində 1 ədəd “Arçelik 6355 TS” markalı qabyuyan, 945 manat dəyərində 1 ədəd “Arçelik 8103 YPS” markalı paltaryuyan, 487 manat dəyərində 1 ədəd “Arçelik 9626 MDİ” markalı soba, 549 manat dəyərində 1 ədəd “Arcelik A32L 6760 5B” markalı televizor, hər birinin qiyməti 820 manat dəyərində 3 ədəd, cəmi 2460 manat olan “Arcelik A43L 5531 4B2” markalı televizor, 1055 manat dəyərində 1 ədəd “Arcelik A43L 8860 5S” markalı televizor, 231 manat dəyərində 1 ədəd “AA 1382 BORA 4000 PLUS SU FİLTRELİ” markalı elektrik süpürgəsi, 699 manat dəyərində 1 ədəd “Arçelik AMFDA 120” markalı kondisioner, hər birinin qiyməti 1399 manat dəyərində 2 ədəd, cəmi 2798 manat olan “Arçelik AMFDA 240” markalı kondisioner, hər birinin qiyməti 399 manat dəyərində 6 ədəd, cəmi 2394 manat olan “Arçelik AWX 6211 W” markalı paltaryuyan, hər birinin qiyməti 479 manat dəyərində 12 ədəd, cəmi 5748 manat olan “Arçelik AWX 6212 W” paltaryuyan, hər birinin qiyməti 641 manat dəyərində 2 ədəd, cəmi 1282 manat olan “Arçelik AWX 7512 S” markalı paltaryuyan, 859 manat dəyərində 1 ədəd “Hotpoint HF 5181 X” markalı soyuducu, 560 manat dəyərində 1 ədəd “İndesit DS 3181 W” markalı soyuducu, 599 manat dəyərində 1 ədəd “İndesit BWSE 71252 LB1” markalı paltaryuyan, hər birinin qiyməti 249 manat dəyərində 21 ədəd, cəmi 5229 manat olan “Supra STV-LC32LT0065” markalı televizor, 339 manat dəyərində 1 ədəd “Supra STV-LC32ST0065” markalı televizor, hər biri nin qiyməti 449 manat dəyərində 3 ədəd, cəmi 1347 manat olan “Supra STV-LC40LT0065” markalı televizor, hər birinin qiyməti 549 manat dəyərində 3 ədəd, cəmi 1647 manat olan “Supra STV-LC40ST0065” markalı televizor və 719 manat dəyərində 1 ədəd “Supra STV-LC50ST0065” markalı televizor olmaqla cəmi 53 adda 144 sayda müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarını Tovuz rayon sakinləri Şahid25, Şahid27, X8, Şahid28, Şahid32, Şahid30, Şahid33, Şahid29, Şahid34, Şahid31, Şahid35, Şahid36, Şahid37, Şahid38, Şahid39, Şahid41, Şahid40, Şahid43, X9 və istintaqa məlum olmayan qeyrilərinə nağd şəkildə müştərilərdən dəyərini almaqla satışını təşkil etdikdən sonra, satışını təşkil etdiyi malları “1C” mühasibatlıq proqram təminatı sistemində işləmədən və satdığı malların pulunu işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəmədən öz şəxsi ehtiyaclarına xərcləyərək qanunsuz və əvəzsiz olaraq özünün mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin, yəni "xxxx" MMC-in ümumilikdə 73.477,00 manat dəyərində külli miqdarda əmlakını mənimsəyərək talamışdır. Birinci instansiya məhkəməsi ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamla razılaşmayaraq Məhkum əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən həmin Məcəllənin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edərək özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsvirini aşağıdakı qaydada vermişdir. Hökmə əsasən Məhkum ünvan 3 ünvanında qeydiyyatda olan Nümayəndə2 direktoru X14 01 fevral 2019-cu il tarixli, AK 1902/22 nömrəli əmri ilə həmin MMC-nin Tovuz və Qazax rayonlarında fəaliyyət göstərən mağazalarında müdir vəzifəsinə təyin olunmaqla işlədiyi 01 fevral 2019-cu il tarixdən 29 sentyabr 2020-ci il tarixədək olan dövr ərzində MMC-nin direktoru Tamer Pektaş ilə bağladığı 01 fevral 2019-cu tarixli əmək müqaviləsi və həmçinin həmin tarixli “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən işəgötürənin əmlakına qayğı ilə yanaşmağa, işəgötürənin əmlakından, pul vəsaitindən, digər aktivlərindən yalnız üzərinə düşən vəzifə öhdəliklərinin icrası üçün istifadə etməyə, işəgötürənin əmlakını və əmlak maraqlarını oğurluq, ziyan, korlama və istənilən tipli digər itkidən qorumağa, ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin qeydinə qalmağa görə tam həcmdə maddi məsuliyyət daşıdığı halda, tamah məqsədilə, əvəzsiz və qanunsuz olaraq öz qull uq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə mənimsəmə yolu ilə nağd şəkildə satılmış mallara görə müştərilərdən MMC-yə məxsus qəbzlə topladığı pulları tam şəkildə xəzinəyə mədaxil etməyə cavabdeh olmasına baxmayaraq ona təhkim edilmiş “Magaza Tovuz” və “Magaza Qazax” adlı xüsusi icazəli “istifadəçi adı” və müxtəlif paroldan istifadə etməklə kompüter şəbəkəsi vasitəsilə işlədiyi müəssisənin “1C” mühasibatlıq proqram təminatına daxil olub verdiyi sifarişlərə uyğun olaraq Abşeron rayonu “Abşeron quşçuluq sovxozu” adlanan ərazidə yerləşən "xxxx" MMC-nin mərkəzi anbarı və cəmiyyətin tabeliliyində olan digər mağaza və anbarlarından MMC-nin sürücüləri Şahid21 idarə etdiyi “X20” markalı **-JF-*** dövlət qeydiyyat nişanlı, Şahid20 idarə etdiyi “Ford Tranzit” mark alı **-NN-*** dövlət qeydiyyat nişanlı, Şahid22 idarə etdiyi “Hyundai HD-72” markalı H027554 dövlət qeydiyyat nişanlı, Şahid23 idarə etdiyi “Mitsubishi Fuso” markalı **JF-*** dövlət qeydiyyat nişanlı, eləcə də fərdi qaydada yük daşıma fəaliyyəti ilə məşğul olan “Lüti” ləqəbli Şahid24 idarə etdiyi “Mercedes Benz 303” markalı 50BU-539 dövlət qeydiyyat nişanlı yük avtomobilləri ilə gətirilərək xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən ünvan 4 ünvanda yerləşən “Arçelik Tovuz” mağazası üzrə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində, xx.xx.2019-cu il tarixli icarə müqaviləsi əsasında fəaliyyət göstərən Qazax şəhəri, Heydər Əliyev prospekti, 161 ünvanda yerləşən “Arçelik Qazax” mağazası üzrə 06 yanvar 2020-ci il tarixdən 30 avqu st 2020-ci il tarixə kimi olan müddət ərzində müxtəlif təyinatlı məişət avadanlıqları mallarını rəhbəri olduğu mağazalara satış üçün qəbul etdikdən sonra, öz qulluq mövqeyindən sui-istifadə edərək ona etibar edilmiş Cəmiyyətə məxsus əmlakı mənimsəmək məqsədilə 28 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan müddət ərzində “Arçelik Tovuz” mağazası üzrə müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş pulları işlədiyi müəssisənin xəzinəsinə və bank hesabına ödəmədən öz şəxsi ehtiyaclarına xərcləyərək qanunsuz və əvəzsiz olaraq özünün mülkiyyətinə keçirməklə öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin, yəni "xxxx" MMC-in ümumilikdə 6000 (altı min) manat dəyərində xeyli miqdarda əmlakını mənimsəyərək talamışdır. Kassasiya pr otestinin və kassasiya şikayətlərinin dəlilləri: Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protestini onunla əsaslandırmışdır ki, ibtidai istintaq zamanı toplanmış sübutlarla və birinci instansiya məhkəməsində sübutların araşdırılması zamanı Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət törətməsi təsdiq olunduğu halda birinci instansiya məhkəməsi cinayət-prosessual qanunun 143-146-cı maddələrinin ziddinə olaraq işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmiş, əsassız olaraq Məhkum cinayət əməlinin hüquqi tövsifini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən 179.2.3 və 179.2.4-cü maddələrinə dəyişmiş, apellyasiya məhkəməsi isə məhkəmənin bu qənaəti ilə razılaşmışdır. Dövlət ittihamçısı iddia ed ir ki, işə baxan məhkəmələr bir sübutun qəbul, digər sübutların isə rədd edilməsinin motivlərini göstərmədən, mötəbər sübutlara əsaslanmadan, həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxsin özünümüdafiə xarakterli, digər sübutlarla təkzib olunan ifadələrinə əsaslanaraq, Məhkum əməlini daha yüngül maddəyə tövsif etmişlər. Halbuki işin faktiki hallarından görünür ki, Məhkum xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Tovuz rayonunda yerləşən mağazada, xx.xx.2020ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Qazax rayonunda yerləşən mağazada, mağaza müdiri vəzifəsində işlədiyi dövr ərzində ona inanılıb tapşırılmış ümumilikdə 73.477,00 manat dəyərində 53 adda 144 sayda əmlakı vahid qəsdlə mənimsəməklə talamışdır. Məhkum təqsirliyiyi Məhkum özünün "X” MMC-yə və 03 oktyabr 2020-ci il tarixdə Tovuz rayon prokurorluğuna verdiyi izahatları, şahid ifadələri, üzləşdirmə va baxış protokolları, təftiş yoxlamasının aparılmasına dair aktlar, audit yoxlamasının nəticələrinə dair rəyləri, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq, əlavə məhkəmə kompüter-texniki və əlavə məhkəmə-mühasibatlıq ekspertizalarının rəyləri, iş üzrə tərtib edilmiş istintaq hərəkətlərinin protokolları və işin faktiki halları ilə tam sübuta yetirilmişdir. Dövlət ittihamçısı kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarının ləğv edi lməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şahid9 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr qanunun tələblərini pozaraq, cinayət əməli nəticəsində vurulmuş ziyanın məbləğini iş üzrə toplanmış sübutların ziddinə olaraq 6000 manat həddində müəyyən etmişlər, lakin məhz 6000 manat olmasını təsdiq edən hər hansı sübuta istinad etməmişlər, yalnız təqsirləndirilən şəxsin təhrif edilmiş ifadəsinə asaslanmışlar. Təqsirləndirilən şəxs ilkin olaraq "X” MMC-nə və Tovuz Rayon Prokurorluğuna verdiyi izahatlarında şirkətə məxsus külli miqdarda əmlakı mənimsədiyini və şəxsi ehtiyaclarına sərf etdiyini etiraf etsə də, keçirilən məhkəmə iclaslarda həmin ifadələri danmış, z iddiyyətli ifadələr verməklə törətdiyi əməli üzərindən atmışdır. Bu səbəbdən məhkəmənin ümumiyyətlə təqsirləndirilən şəxsin ifadəsinə istinad etməsi, eləcə də iş materialları ilə irəli sürülən ittiham tam sübuta yetirildiyi halda, heç bir sübuta əsaslanmadan zərərin məbləğini real zərərdən dəfələrlə az - 6000 manat müəyyən etməsi hüquq normalarının pozuntusudur. Göründüyü kimi, apellyasiya məhkəməsi CPM-in 399.1.3-cü maddəsinin tələbinə uyğun olaraq, hökmü ləğv etməli olduğu halda, onu dəyişdirilmədən saxlamışdır. Bu səbəbdən də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarı ləğv edilməli, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Məhkumun müdafiəçisi Həsənzadə Rəhim Məmməd oğlu kassasiya şikayəti ni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, Məhkum nəticədə təqsirliliyi sübuta yetirilmədiyi halda əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilinmişdir. Müdafiəçi öz kassasiya şikayətində bildirir ki, apellyasiya məhkəməsi iş materiallarında olan 07 ekspert rəyinin, ekspertlərin ifadələrinin və digər mötəbər sübutların Məhkum bəraət verilməsinə əsas olmasına baxmayaraq, öz qərarında heç bir mötəbər əsasa söykənməyən ittihamedici məlumatlara istinad edərək, tərəfsizliyini pozmuş, Məhkum təqsirsizliyinə dəlalət edən mötəbər sübutlara əhəmiyyət vermədən, birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Belə ki, Məhkum təzyiq altında verdiyi ilkin etirafedici izahatından başqa, bütün ibtidai istintaq və məhkəmə baxışı, eləcə də apellyasiya məhkəməsindəki icraat zamanı dəfələrlə bir manat da olsa şirkətin malını mənimsəmədiyini bildirmişdir. Bundan başqa ibtidai istintaq zamanı cinayət işi üzrə "xxxx" MMC-də xx.xx.2019 – xx.xx.2020-ci il tarixlərini əhatə edən yoxlama dövrü ilə bağlı çatışmazlıq olub-olmamasını müəyyən etmək məqsədilə 2 dəfə ayrı-ayrı tarixlərdə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və alınmış rəylərə əsasən mühasibatlıq sənədləri mötəbər olmadığından, ziyanın müəyyən edilməsi qeyri-mümkün olmuşdur. Ümumiyyətlə sənədlər natamam olmuş və həmin sənədlərə kompyuter vasitəsilə müdaxilə olmuşdur. Göründüyü kimi iş üzrə çox saylı ziddiyyətli sənədlərin, ekspert rəylərinin, şahid ifadə lərin olmasına baxmayaraq, apellyasiya məhkəməsi həmin ziddiyyətləri aradan qaldırmadan, heç bir araşdırma aparmadan birinci instansiya məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək, həmin əsaslarla Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Həmçinin Məhkum zərərçəkmiş hüquqi şəxs tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə etiraz verərək, həmin kassasiya müraciətlərini qanunsuz və əsassız hes ab etməsini və müdafiə tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kolleg iyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu kassasiya protestində, zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şahid9 isə kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə əsaslar olmadığı halda Məhkum əməlinin hüquqi tövsifinin Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən 179.2.3 və 179.2.4-cü maddələrinə dəyişdirildiyi ni iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələblərini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişlər. Məhkumun müdafiəçisi Həsənzadə Rəhim Məmməd oğlu kassasiya şikayətində məhkəmələr tərəfindən cinayət – prosessual qanunun sübutlar və sübutetməyə dair qaydalarına əməl olunmadığını, nəticədə Məhkum təqsirliliyi sübuta yetirilmədiyi halda onun əsassız olaraq Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə təqsirli bilindiyini iddia edərək, apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi haqqında kassasiya tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.3, 416.1.6 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini, zərərçəkmiş hüquqi şəxsin direktorunun və müdafiəçinin kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli qərarın qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bən dinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci madd əsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əmələnin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçiril məsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayət-prosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutl arın mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Təsvir edilən cinayət-prosessual n ormaların tələblərinə əsaslanmaqla və cinayət işinin materialları ilə əlaqəli şəkildə kassasiya protestində və zərərçəkmiş hüquqi şəxsin direktorunun kassasiya şikayətində irəli sürülmüş dəlillərə baxdıqda aşağıdakılar müəyyən olunur. Belə ki, ibtida istintaq tərəfindən Məhkum qarşı Azərbaycan Respublikası CM-in 179.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən, Məhkum X-nin Tovuz və Qazax rayonlarında yerləşən mağazalarının müdiri vəzifəsində işlədiyi dövr ərzində - xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Tovuz rayonunda yerləşən mağazası üzrə cəmi 33.708 manat dəyərində 26 adda 72 ədəd, habelə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" MMC-nin Qazax rayonunda yerləşən mağazası üzrə cəmi 39.769 manat dəyərində 27 adda 72 ədəd, ümumilikdə is ə 73.477,00 manat dəyərində 53 adda 144 sayda ona inanılıb tapşırılmış müxtəlif təyinatlı məişət elektrik avadanlıqlarını vahid qəsdlə mənimsəməklə talamışdır. Birinci instansiya məhkəməsi Məhkum CM-in 179.3.2-ci maddəsi ilə olan əməlini CMin 179.2.3 və 179.2.4-cü maddələrinə tövsif edərkən və apellyasiya instansiya məhkəməsi də həmin hökmü qüvvədə saxlayarkən mövqeylərini Məhkum məhkəmə iclasında vermiş olduğu ifadələri, həmçinin keçirilmiş məhkəmə-mühasibatlıq və məhkəmə kompüter-texniki ekspertizası rəyləri ilə əsaslandırmışlar (zərərçəkmiş şəxsin Məhkum hansı miqdarda əmlakın etibar edilməsini təsdiq edən sübutların mövcud olmaması səbəbindən). Kassasiya kollegiyası aşağı instansiya məhkəmələri tərəfindən Məhkum yol verdiyi hərəkətlərə cinayət qanunu normasının düzgün tətbiq edilib-edi lməməsini, yəni onun törətdiyi əməlin hüquqi tövsifini yoxlamaq məqsədi ilə cinayət işinin materiallarını təhlil etməyi zəruri sayır. Hazırkı işin xüsusiyyətlərindən çıxış edərək kollegiya qeyd edir ki, talama cinayətlərindən sayılan mənimsəmə (və israf etmə) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.1-ci maddəsinin dispozisiyasında təqsirkara etibar edilmiş özgə əmlakını talaması kimi təsbit edilmişdir. Bu müddəaya və talama cinayətlərini xarakterizə edən ümumi əlamətlərə görə mənimsəmə — təqsirkara etibar edilmiş əmlakın mülkiyyətçinin iradəsinə zidd olaraq, tamah məqsədi ilə və əvəzsiz şəkildə həmin şəxs tərəfindən öz xeyrinə və ya üçüncü şəxsin mənafeyinə yönəltməkdən ibarətdir. Subyektiv cəhətdən mənimsəmədə etibar edilən şəxsin qəsdi birbaşa olmaqla əmlakın ələ keçirilməsinə yönəlməlidir. Yəni etibar edilmiş şəxs əmlakın ona etibar edildiyini bilir, həmin əmlakı öz və ya üçüncü şəxsin xeyrinə yönəltmək niyyətində olur, mülkiyyətçiyə maddi zərər vurulacağını əvvəlcədən dərk edir və bunu istəyir (arzu edir). Mənimsəmə cinayəti qanunda maddi tərkibli cinayət olaraq təsbit edildiyindən, cinayətin bitmə anı təqsirkara etibar edilmiş əmlak üzərində qanunsuz sahiblik hüququnun reallaşdırıldığı, əmlakı öz xeyrinə və ya üçüncü şəxsin mənafeyinə yönəltmək məqsədilə real hərəkətlərin edilməyə başlandığı və nəticədə mülkiyyətçinin həmin əmlak üzərində faktiki nəzarət imkanını itirdiyi an hesab olunur. Bu səbəbdən, şəxsə etibar edilmiş əmlakın qanunsuz və əvəzsiz şəkildə onun öz xeyrinə və ya digər şəxslərin xeyrinə yönəlməsi nəticəsində mülkiyyətçiyə və ya həmin əmlakın digər qanuni sahibinə zərər vurulmuşdursa, belə əməllər, əgər talanmış əmlak həmin şəxsin qanuni sahiblik və ya faktiki idarəçiliyi altında olmuşsa və o, özünün xidməti vəzifəsinə, əmək funksiyasına, müqaviləyə və ya xüsusi tapşırığa əsasən bu əmlak üzərində sərəncam vermək, idarə etmək, daşımaq, istifadə etmək və ya saxlamaq səlahiyyətlərinə malik idisə, əməl mənimsəmə və ya israf etmə kimi tövsif edilməlidir. Digər tərəfdən təqsirkarın qəsdinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən, şəxsin əmlakı onun mülkiyyətçisinə geri qaytarmaq üçün real imkanının olub-olmaması, yaxud həmin şəxsin öz hərəkətlərini saxtakarlıq yolu ilə və ya başqa üsullarla gizlətməyə cəhd göstərməsi kimi hallar da nəzərə alınmalıdır. Eyni mövqedən Azərbaycan Respublikası Ali Məhkə məsinin Plenumu “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 21-ci bəndlərində Plenum məhkəmələrə izah etmişdir ki, dələduzluq cinayəti özgə əmlakını mənimsəmə və ya israf etmə cinayətindən (CM-in 179-cu maddəsi) əmlakın təqsirkarın sərəncamına keçməsi üsulu ilə və həmin əmlakın ələ keçirilməsi anı ilə fərqlənir. Dələduzluğun törədilməsi zamanı təqsirkarın bütün hərəkətləri onun həmin əmlakın ələ keçirilməsinə yönəlmiş niyyətinin həyata keçirilməsində ifadə olunursa, mənimsəmə və ya israf etmə zamanı əmlak təqsirkara etibar olunur və yalnız bundan sonra təqsirkarda əmlakın ələ keçirilməsi və ya israf edilməsi niyyəti yaranır, bu niyyətinə nail olmaq üçün də o, müvafiq hərəkətləri edir. Mənimsəmə və ya israf etmə cinayətinin törədilməsi zamanı da aldatma və ya etibardan sui-istifadə etmə bu cinayətin üsulları kimi çıxış edə bilər (məsələn, ərzaq məhsullarının ticarət obyektlərinə paylanması vəzifəsini yerinə yetirən ekspeditorun həmin məhsulların xarab olması (oğurlanması, naməlum şəraitdə itməsi) barədə istehsal müəssisəsinin rəhbərinə bilə-bilə yalan məlumat verərək bundan sonra ona etibar olunmuş əmlaka istədiyi kimi sərəncam verməsi). Hazırkı iş üzrə məhkəmələrin müəyyən etdikləri faktiki halları, həmin faktiki hallardan hasil etdikləri hüquqi nəticələrlə müqayisə etdikdə, məhkəmələrin yuxarıda qeyd olunan cinayət və cinayət-prosessual normalara əməl etdiklərini, o cümlədən onların Məhkum əməlinin öz qulluq mövqeyindən istifadə edərək ona etibar edilmiş özgənin xeyli miqdarda əmlakını mənimsəməsi kimi Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə tövsif edilməsi haqqında qənaətlərinin müəyyən edilmiş saydıqları faktiki hallarla uzlaşdığını söyləmək, beləliklə də bu qənaəti mötəbər, inandırıcı nəticə kimi qəbul etmək mümkün deyil. Belə ki, Məhkum Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olması, apellyasiya müraciətlərinin (protest və zərərçəkmiş şəxsin nümayəndəsinin Məhkum əməlinin düzgün tövsif olunmaması ilə bağlı müraciətləri) əsassız olması haqqında qənaətinə gəl ərkən təqsirləndirilən şəxsin məhkəmə baxışında verdiyi ifadələrinin, habelə əldə edilmiş ekspertiza rəylərinin işdə olan digər sübutlarla tam üst-üstə düşməklə bir-birini tamamladığı və sübutlar arasında hər hansı uyğunsuzluğun və ziddiyyətin yaranmadığını qeyd etmişdir. Dövlət ittihamçısı kassasiya protestində, həmçinin zərərçəkmiş hüquqi şəxsin direktoru isə kassasiya şikayətində ittihamın əsaslandırılması üçün göstərilmiş sübutların məhkəmə tərəfindən rədd edilməsinin motivləri göstərilmədiyini, sübutların bir-biri ilə müqayisəli şəkildə təhlil edilmədiyini iddia edərək, Məhkum Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayəti deyil, bundan daha ağır, o cümlədən Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsində nəzərdə tutulmuş qulluq mövqeyindən istifadə edərə k etibar edilmiş özgənin külli miqdarda əmlakını mənimsəməsi cinayətini törətdiyini israr etmişlər və bu barədə dəlillərini aşağıdakı sübutlarla əlaqələndirmişlər. _ Məhkum tərəfindən kredit yolu ilə satılmış mallar üzrə 14 müştəridən alınmış ümumi məbləği 3.468 manat məbləğində pul MMC-nin kassasına gec mədaxil etdiyindən xx.xx.2020-ci il tarixdə cəmiyyətin Tovuz və Qazax filialındakı mağaza üzrə "xxxx" MMC-nin Pərakəndə satış şöbəsinin müdiri Şahid7, eyni zamanda cəmiyyətin əməliyyat uçotu və nəzarət mütəxəssisi Şahid1, Şahid5, Məhkum özünün, habelə həmin mağazalarda satış məsləhətçiləri olan Şahid12 və Şahid11, Şahid14 və Şahid13 iştirakları ilə qalıq malların inventarizasiyası aparılmışdır. _ 30 avqust tarixində hər iki mağaza üzrə inventarizasiya aparan zaman məlum olmuşdur ki, xx.xx.2019-xx.xx.2020-ci il tarixləri aralığı üzrə mal dövriyyəsi ilə bağlı Tovuz və Qazax bölgələrində olan mağazalar üzrə çatışmazlıqlar vardır. Tovuz şəhərində olan mağazada uçot üzrə qalığın 837 ədəd olmasına baxmayaraq, mağazada faktiki olaraq 641 ədəd malın olması, 196 ədəd malın isə əskik gəlməsi, Qazax şəhərində olan mağazada uçot üzrə qalığın 339 ədəd olmasına baxmayaraq, mağazada faktiki olaraq 238 ədəd malın olması, 101 ədəd malın isə əskik gəlməsi müəyyən edilmiş, inventarizasiyasının nəticələrinin hər bir səhifəsi Məhkum tərəfindən, yekunda isə bütün iştirakçılar tərəfindən imzalanmışdır (inventarizasiyasının nəticələri daha əvvəl xx.xx.2019-cu il tarixdə Qazax şəhərində və xx.xx.2019-cu il tarixdə Tovuz şəhərində olan mağazalarında həyata keçirilmiş inventarizasiyaların nəticələri nəzərə alınmaqla hasil edilmiş). _ Məhkum 31 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə yazdığı izahatında göstərmişdir ki, 2014-cü ildən Tovuz və Qazax mağazalarında direktor vəzifəsində çalışmışdır. İşlədiyi dövr ərzində "xxxx" MMC-nin mağazaları arasında ən çox satış edən direktor olmuşdur. Son bir il ərzində aylıq satışı 100-120.000 manat təşkil etmişdir. İşi hər zaman "xxxx" MMC tərəfindən yüksək qiymətləndirilmişdir. Son bir il ərzində anasında olan xərçəng xəstəliyinin müalicəsi ilə, eləcə də ehtiyatsızlıq ucbatından həbsxanaya düşən qardaşının həbsdən azad etmək üçün çəkilən xərclərlə bağlı mağazalarda etmiş olduğu satışların bir hissəsini satış kimi qeyd etməyib mənimsəmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" MMC-nin əməkdaşları Şahid7 və Şahid1 tərəfindən rəhbərlik etdiyi Tovuz və Qazax mağazalarında sayım keçirilmiş, sayım zamanı ümumillikdə 138.399 məbləğində mal çatışmazlığı aşkar olunmuşdur. Sayımda şəxsən özü iştirak etmiş, aşkar olunmuş çatışmazlığı qəbul edir. Şəxsi problemləri olmasaydı heç vaxt belə hərəkətlərə yol verməz idi, etdiyi hərəkətdən çox peşmandır. Qeyd olunan məbləği hissə-hissə ödəyəcəyinə və gələcəkdə belə bir halın təkrar olunmayacağına söz verir. _ Məhkum Tovuz rayon prokurorluğunda verdiyi izahatında 01 fevral 2019-cu il tarixdən etibarən X MMC-nin Tovuz və Qazax rayonlarında yerləşən mağazalarının müdiri olduğunu, həmin mağazalarda malların rəsmi satışını həyata keçirdiyini, maddi məsul şəxs kimi məhsulların qorunmasına cavabdeh şəxs olduğunu, MMC-nin Pərakəndə satış şöbəsinin müdiri Şahid7, Əməliyyat uçotu və nəzarət mütəxəssisi Şahid1 i ştirakları ilə həm Tovuz, həm də Qazax rayonunda yerləşən mağazalarda invertarizasiyalarda aparılarkən 27 noyabr 2019-cu il tarixdən 30 avqust 2020-ci il tarixə kimi olan dövr ərzində 138.399 məbləğində pulu problemləri ilə əlaqədar şəxsi ehtiyaclarına sərf etdiyini göstərmişdir. _ Azərbaycan Respublikası Auditorlar Palatasının Sərbəst X1 tərəfindən tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli audit rəyinin nəticə hissəsində göstərilmişdir ki, Nümayəndə2 1C proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Məhkum maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70108.00 manat dəyəri ndə malların əskikgəlməsi müəyyən edilmiş, həmin məbləğ qədər "xxxx" MMC-yə ziyan vurulmuşdur. _19 yanvar 2022-ci il tarixli, 9/303 nömrəli ekspertiza rəyində göstərilmişdir ki, yaranmış mal çatışmazlığı ilə bağlı xx.xx.2022-ci il tarixdə Sərbəst X3 tərəfindən auditor hesabatı tərtib edilmişdir. Auditor hesabatında aşağıdakılar göstərilmişdir. "xxxx" MMC-nin 1C proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan müdaxilə edilməyən "xxxx"-lara əsasən MMC-nin “Tovuz” və “Qazax” mağazalarında müdir işləmiş Məhkum maddi məsuliyyətində müxtəlif növ elektrik məişət əşyaları olan ümumi mal qalığından xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək 52 adda 70.108,00 manat dəyərində malların əskik gəlməsi müəyyən edilmiş, həmin məbləğdə "xxxx" MMC-yə ziyan vurulmuşdur. Qeyd olunan 11 yanvar 2022-ci il tarixli sərbəst auditor rəyindən göründüyü kimi, Cəmiyyət tərəfindən tabeliyində olan mağazalara mərkəzi anbardan malların göndərilməsi və mağazalar arası yerdəyişməsi zamanı yaranmış çatışmazlıq qeydiyyat jurnallarına ("xxxx") əsasən müəyyən edilmişdir. İş materiallarına əlavə olan "xxxx" MMC-nin Texnomart mağazalar şəbəkəsində malların satış qaydalarına dair Təlimatdan göründüyü kimi “Mərkəzi” anbardan sifariş verilən mallar, sürücüyə verilən qaimələr və sair əməliyyatlar “1C” sistemindən çıxarılmışdır. “Mühasibat uçotu haqqında” Qanununun tələblərinə uyğun olaraq müvafiq qaydada təsdiq olunmuş sənədlər təqdim edilmədiyindən xx.xx.2022-ci il tarixli auditor hesabatında qeydiyyat jurnalı ("xxxx") və orada qeyd olunan məlumatlara istinad edilmişdir. Belə ki, ma l çatışmazlığını müəyyən etmək məqsədilə yoxlama dövründə malların alınmasına dair qaimə fakturalar, yoxlama dövrünədək anbar qalığı, yoxlama dövrünün sonuna anbar qalığı, anbarda olan mal-materialın mədaxil-məxaric sənədləri, inventarizasiya aktı və ya üzləşdirmə aktı və sair mühasibatlıq sənədlərinin olmamasına baxmayaraq ekspertiza tədqiqatı zamanı Sərbəst X3 tərəfindən tərtib edilmiş auditor hesabatının əsaslılığı tədqiq edilərkən auditorun gəldiyi nəticələr onun istinad etdiyi “1C” sistemindən çıxarılmış sənədlər üzrə yoxlanılmış və belə olan halda həmin rəyin əsaslı olması təsdiq edilir. Beləliklə iş materiallarında sərbəst auditor X tərəfindən 1C proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında olan "xxxx" əsasında tərtib edilmiş 11 yanvar 2022-ci il tarixli Sərb əst Auditor rəyi ilə müəyyən olunmuş mal çatışmazlığı istintaq orqanı tərəfindən nəzərə alındıqda, "xxxx" MMC-nin Tovuz və Qazax rayonlarında yerləşən mağazalarında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək əmələ gəlmiş çatışmazlığının məbləği 70.108,00 manat müəyyən olunur. _07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyindən görünür ki, xx.xx.2020xx.xx.2020-ci il tarixlər aralığında aparılmış araşdırma nəticəsində mağaza Tovuz və Qazax tərəfindən "xxxx" MMC-nin Bakı şəhəri, ünvan 8 ünvanında terminal serverdə yerləşən “1C” proqram təminatında 174 ədəd "xxxx" fayl bərpa edilmişdir. Araşdırma “1C” proqramın "xxxx" fayl bazasında yuxarıda qeyd olunan sənəd nömrələri üzərində aparılmışdır. Araşdırma nəticəsində yuxarıda qeyd olunan sənəd nömrəli fayllara “1C” proqram təminatının bazasında qeyd olunan "xxxx" fayl jurnalında kənar müdaxilənin olması barədə heç bir qeydiyyat daxil olmamışdır. Xüsusi icazəsi olan şəxs qeyd olunan nömrəli sənədlərə müdaxilə edə bilər və bu edilən müdaxilə "xxxx" jurnalında qeydiyyat olunur. "xxxx"-ları dəyişdirmək olmur, yalnız silmək olar və bu əməliyyatıda “1C” proqramında xüsusi icazəsi olan şəxs edə bilər. İzinin itirilməsi üçün həmin “LOG" fayl silinməlidir. Tovuz və Qazax mağazaları tərəfindən xx.xx.2020 - xx.xx.2020-ci il tarixləri aralığında yaradılmış "xxxx" fayıllarda daxili və ya kənar müdaxilə aşkarlanmamışdır. _ məhkəmə-xətşünaslıq ekspertizasının 22 yanvar 2021-ci il tarixli 4/08 nömrəli rəyində göstərilir ki, xx.xx.2019-cu il tarixli “X MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-ci, 2-ci səhif ələrində və 3-cü səhifəsində “Məhkum Tovuz mağazasının müdiri “X MMC” qrafasındakı imza və “X” yazıları; xx.xx.2019-cu il tarixli “X MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-5-ci səhifələrində və 6-cı səhifəsində “Məhkum Tovuz mağazasının müdiri (maddi məsul şəxs) “X MMC” qrafasındakı imza və “X” yazıları; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “X MMC” Tovuz mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 1-12-ci səhifələrində imzalar və 13-cü səhifəsində “Məhkum Tovuz mağazasının müdiri "xxxx" MMC” qrafasındakı “Məhkum” yazıları və həmin qrafadakı imza; xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək “X MMC” Qazax mağazası üzrə olan mal-material vəsaitlərinin hərəkət reyestrinin 1-8-ci səhifələrində və 9-cü səhifəsində “Məh kum Tovuz mağazasının müdiri (maddi məsul şəxs) "xxxx" MMC” qrafasındakı “Məhkum” yazıları və həmin qrafadakı imza; xx.xx.2020-ci il tarixli “X MMC” Tovuz mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-3-cü səhifələrindəki imzalar və 4-cü səhifəsində “Məhkum - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2020-ci il tarixli “X MMC” Qazax mağazası üzrə mal qalıqlarının inventarizasiyası aktının 1-5-ci səhifələrindəki imzalar və 6-ci səhifəsində “Məhkum - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasındakı imza; xx.xx.2019-xx.xx.2020-ci tarixədək “X MMC” Tovuz mağaza üzrə aktın 1-8-ci səhifələrindəki imzalar və 9-cü səhifəsində “Məhkum - Təhvil aldı (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “X” yazıları və yazıları qarşısındakı imza; xx.xx.2019-xx.xx.2 020-ci tarixədək “X MMC” Tovuz mağaza üzrə aktın 1-8-ci səhifələrindəki imzalar və 9-cü səhifəsində “Məhkum - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “X” yazıları və yazıları qarşısındakı imza; xx.xx.2019-xx.xx.2020-ci tarixədək “X MMC” Qazax mağaza üzrə aktın 1-6-cı səhifələrindəki imzalar və 7-ci səhifəsində “Məhkum - Təhvil aldı (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “X” yazıları və həmin yazıların qarşısındakı imza; xx.xx.2019xx.xx.2020-ci tarixədək “X MMC” Qazax mağaza üzrə 1-5-ci səhifələrindəki imzalar və 6-cı səhifəsində “Məhkum - Təhvil verdi (Maddi məsul şəxs) "xxxx" MMC” qrafasında “X” yazıları və həmin yazıların qarşısındakı imza – Məhkum tərəfindən icra olunmuşdur. _ Məhkəmə-xətşünaslıq ekspertizasının 14 aprel 2021-ci il tarixli 4/361 nömrəli rəyində göstə rilmişdir ki, ekspertizaya təqdim olunmuş, 11 aprel 2020-ci il tarixli 1232 nömrəli və 02 iyun 2020-ci il tarixli 1809 nömrəli daxili yerdəyişmə qaimələrinin aşağı sağ hissələrində “Qəbul etdi:” qrafalarında olan imzalar – Məhkum tərəfindən icra olunmuşdur. _16 fevral 2022-ci il tarixdə ünvan 9 ünvanında yerləşən "xxxx" MMC-nin “1C” proqram təminatının ümumi serverində yerləşən qeydiyyat jurnalında Tovuz mağazası tərəfindən yaradılmış "xxxx" fayllara (sifarişlərə) ayrı-ayrılıqda tərəfimdən keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, Tovuz mağazası tərəfindən xx.xx.2019-cu il tarixdə **********9 nömrəli sifariş sənədinə əsasən 10 adda mal, xx.xx.2019-cu il tarixdə **********4 nömrəli sifariş sənədinə əsasən 9 adda mal, xx.xx.2019-cu il tarixdə **********7 nömrəli sifariş sənədinə əsasən 11 adda mal, xx.xx.2019-cu il tarxində **********0 nömrəli sifariş sənədinə əsasən 6 adda mal, cəmi 24 adda 120 ədəd müxtəlif təyinatlı məişət elektrik avadanlıqları ad və sayları tam olmaqla daxili yerdəyişmə sənədləri əsasında X MMC-nin mərkəzi anbarından Tovuz mağazasına göndərilmiş, lakin verilmiş sifarişlər, əldə edilmiş mallar və qalıq qalmış mallar qarşılıqlı təhlil edilərkən hər birinin qiyməti 712 manat dəyərində 4 ədəd, cəmi 2848 manat olan “Arçelik 7103 YD” markalı paltaryuyan və 521 manat dəyərində 1 ədəd “İndesit DS 3161 W” markalı soyuducu olmaqla ümumilikdə 3369 manat dəyərində 2 adda 5 sayda malın xx.xx.2020-ci il tarixinə anbarda olmadığı müəyyən edilmişdir. _ Şahid12 qızının təqdim etdiyi üzlüklərində ağ rəngli dairə içərisində “arçelik 2016”, “arçelik 2017” və “arçelik 2 018” yazısı yazılmış qeyd kitabçalarına baxış keçirilmişdir. Baxış zamanı üzlüklərində Arçelik 2016” qeyd kitabçasının 237-240 səhifələr, “Arçelik 2017” qeyd kitabçasının 347-350-ci səhifələrindən görünür ki, xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında Tovuz mağazası tərəfindən xx.xx.2020-ci il tarixdə 14 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 21 adda, xx.xx.2020-ci il tarixdə 12 adda, xx.xx.2020-ci il tarixdə 5 adda, xx.xx.2020-ci il tarixdə 7 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 05 adda, xx.xx.2020-ci il tarixdə 10 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 01 adda, xx.xx.20 20-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 08 adda, xx.xx.2020-ci il tarixdə 02 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 23 adda, xx.xx.2020-ci il tarixdə 06 adda, xx.xx.2020-ci il tarixdə 04 adda, xx.xx.2020-ci il tarixdə 03 adda, xx.xx.2020-ci il tarixdə 09 adda, xx.xx.2020-ci il tarixdə 02 adda təhvil alınmış mallar məhkəmə-kompüter texniki ekspertizasının 07 yanvar 2022-ci il tarixli, 5/1410 nömrəli rəyində göstərilən müdaxilə edilməsi mümkün olmayan "xxxx" fayllarda sadalanmış mallarla qarşılaşdırıldıqda müəyyən edilmişdir ki, Tovuz mağazası tərəfindən sifariş verilmiş mallar ad, marka, model və saylarına uyğun olaraq tam şəkildə Tovuz mağazasında təhvil alınmışdır. _ keçirilmiş baxış zamanı xx.xx.2020-xx.xx.2020-ci il tarixləri aralığında mağaza müdiri Məhkum tərəfindən cəmiyyətə etmiş olduğu sifarişlərdə göstərilən malların adı, sayı, modeli, mağazanın satıcıları Şahid12 qızı tərəfindən təqdim edilmiş qeydiyyat kitabında məhz həmin sifariş verilmiş malların mağazaya gətirilib çatdırılmaqla Məhkum istifadəsinə verilməsi öz təsdiqini tapır. _ xx.xx.2020-ci il tarixdə “1C” proqram təminatında olan satış cədvəlinə, habelə xx.xx.2022-ci il tarixdə qeyd kitabçasına keçirilmiş baxışın nəticəsində aparılan qarşılıqlı müqayisə ilə müəyyən edilmişdir ki, adları qeyd olunan 3 nəfər şəxsdən (X8, Şahid27 və Şahid25) başqa həmçinin də 47 nəfər müştəriyə ümumillikdə 39.923 manat də yərində mallar nağd şəkildə satılmasına baxmayaraq həmin satış və şəxslərin anket məlumatları “1C” mühasibatlıq proqramında qeyd olunmamışdır. Həmin müştərilərə aid məlumatlar cədvələ salınaraq protokola əlavə edilmişdir. _ şahid qismində dindirilmiş Tovuz və Qazax mağazalarının satıcıları ifadələrində Məhkum onlara proqram təminatına daxil olaraq nağd və ya kredit yolu ilə həyata keçirilmiş satışları mühasibatlıq proqramına daxil etməyə icazə verməmiş, onlar yalnız kredit yolu ilə satılmış malların aylıq ödənişlərini sistemə daxil etmişlər. Satılmış malların hamısını Məhkum proqram təminatına özü işləmiş, gündəlik satışdan olan pulları da bank vasitəsilə baş ofisə göndərmək adı ilə hər iş günün sonunda və ya ertəsi gün özü ilə götürmüşdür. _ şahid qismində dindirilmiş "xxxx" MMC-nin Şəmki r mağazasının müdiri Şahid18, Gəncə və Mingəçevir mağazalarının müdiri Şahid16, Əhmədli mağazasının müdiri Şahid15 və Şəki mağazasının müdiri Şahid17 ifadələrindən görünür ki, Məhkum müxtəlif çeşidli məişət avadanlıqları Tovuz və Qazax mağazalarından müxtəlif bəhanələrlə MMC-nin Şəmkir, Gəncə, Mingəçevir, Əhmədli və Şəki mağazalarına məxaric etmiş, inventarizasiyadan sonra isə həmin malları geri Tovuz və Qazax mağazalarına mədaxil etmişdir. Həqiqətən də birinci və apellyasiya instansiyası məhkəmələrinin yekun məhkəmə aktlarına diqqət etdikdə müəyyən olunur ki, məhkəmələr yuxarıda sadalanmış maddi və yazılı sübutlara, eləcə də daha əvvəl keçirilmiş ekspertiza rəylərinə, şahidlər Şahid2, Şahid1, Şahid7, Şahid3, Şahid5, X6, Şahid6, X19, Şahid11, Şahid12 qızı, Şahid13 qızı, Şahid15, Şahid16, Ş ahid17, Şahid18, Şahid21, Şahid20, Şahid22, Şahid23, Şahid25, X10, Şahid27, Şahid26 və digərlərinin ifadələrinə, həmçinin Məhkum 31 avqust 2020-ci il tarixdə "xxxx" MMC-yə və 03 oktyabr 2020-ci il tarixdə Tovuz rayon prokurorluğuna verdiyi izahatlarına (özünə və ailəsinə məlum olan hadisələri qeyd edərək (anasında olan xərçəng xəstəliyinin müalicəsi ilə, eləcə də ehtiyatsızlıq ucbatından həbsxanaya düşən qardaşının həbsdən azad etmək üçün) əmlakın mənimsənilməsi mexanizmi barədə ətraflı məlumat vermiş, səmimi peşmançılığını ifadə etmiş) heç bir əhəmiyyət vermədən, yekun qənaətlərini yalnız Məhkum ziddiyyətli ifadələri, həmçinin digər sübutlarla qarşılıqlı tədqiq və təhlil edilməyən ekspertiza rəyləri ilə (o cümlədən apellyasiya məhkəməsinin müvafiq qərarı əsasında verilmiş 19 mart 2024-cü il tarixli 5/1791-9/10193 №-li ekspert rəyi ilə) hasil etmişlər. Bundan başqa kollegiya eyni zamanda apellyasiya məhkəməsinin Məhkum Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələri ilə məhkum edilməsinə dair birinci instansiya məhkəməsinin hökmünün qanuni və əsaslı olması ilə bağlı qənaətini möhkəmləndirməsinə əsas olmuş 19 mart 2024-cü il tarixli 5/1791-9/10193 №-li məhkəmə ekspertizasının rəyində yaranmış ziddiyyətlərə də münasibət bildirməsini zəruri hesab edir. Belə ki, məhkəmə ekspertizasının 19 mart 2024-cü il tarixli 5/1791-9/10193 №-li rəyindən görünür ki, qeyd olunan rəy xx.xx.2024-cü il tarixli "xxxx" MMC-in mütəxəssisi tərəfindən baxış aktı əsasında tərtib edilmiş məhkəmə-kompüter-texniki ekspertizasının rəyi nəzərə alınmaqla verilmişdir. xx.xx.2024-cü il tarixli "xxxx" MMC -in mütəxəssisi X tərəfindən tərtib edilmiş kompüter-texniki baxış aktına diqqət etdikdə müəyyən olunur ki, mütəxəssis 1-ci sualı cavablandırarkən “hazırda qeydiyyat jurnalının ("xxxx") 2022-ci ildən başladığını, "1C istehsal X4" 1.3 - versiya proqramı təminatının serverində qeydiyyat jurnalı ("xxxx") xx.xx.2019-xx.xx.2020-ci il tarixləri üzrə tamami ilə silindiyini, həmin faylların serverdə yenidən bərpa edilməsi mümkün olmadığı göstərdiyi halda”, 2-ci sualı cavablandırarkən “əgər fayllar bərpa edilmiş olsaydı da bunun hansı kompüter və ya Məhkum yaxud başqa şəxs tərəfindən edildiyini dəqiq aşkar etmək mümkün olmazdır” kimi cavablandırmışdır. Göründüyü kimi ki, mütəxəssis X bir tərəfdən həmin faylların serverdə yenidən bərpa edilməsinin mümkün olmadığını göstərdiyi halda digər tərəfdən elə özünün qənaəti ilə ziddiyyət təşkil edən fikir bildirərək həmin faylların bərpa edilməsinin mümkünlüyü ilə bağlı təzadlı nəticəyə gəlmiş, apellyasiya məhkəməsi isə ekspertiza rəyində yaranmış bu ziddiyyətlərə münasibət bildirməmişdir. Digər tərəfdən birinci instansiya məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum əməllərini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsindən 179.2.3 və 179.2.4-cü maddələrinə dəyişməklə ibtidai istintaq orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın mahiyyəti ilə müqayisədə fərqli qənaətə gəlmişdir. Belə olan halda məhkəmə qəbul etdiyi yekun məhkəmə hökmünün təsviri əsaslandırıcı hissəsində özünün müəyyən olunmuş saydığı və Məhkum sübuta yetirilmiş hesab etdiyi cinayət əməllərinin təsvirini verməli idi. Azərbaycan Respublika sının Cinayət Məcəlləsinin 353.2-ci maddəsinə əsasən ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində cinayətin törədilməsi yeri, vaxtı, onun törədilmə üsulu, təqsirin xarakteri, törədilmə motivləri və nəticələri göstərilməklə məhkəmə tərəfindən sübuta yetirilmiş hesab edilən cinayət əməlinin təsviri verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsinin ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində irəli sürülmüş ittihamın mahiyyəti və birinci instansiya məhkəməsinin hökmündə, digər yekun qərarında müəyyən edilmiş şəxsin hərəkətlərinin (hərəkətsizliyinin) təsviri, apellyasiya məhkəməsinin özünün müəyyən olunmuş saydığı cinayət əməlinin təsviri, cinayət prosesi tərəflərinin təqdim etdikləri və yaxud birinci instansiya məhkəməsinin hökmündə istinad olunmuş sübutların qəbul və yaxud rədd edilməsinin motivləri, nəticəvi hissəsində birinci instansiya məhkəməsinin hökmünün, digər qərarın ləğv edilməsi haqqında qərarla yanaşı təqsirləndirilən şəxsin təqsirli bilinməsinə dair qərar, habelə bundan irəli gələn digər qərarlar verilməlidir. Lakin birinci instansiya məhkəməsi və onunla razılaşmış apellyasiya məhkəməsinin yekun məhkəmə aktlarına diqqət etdikdə, müəyyən olunur ki, birinci instansiya məhkəməsi ibtidai istintaq tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamla müqayisədə fərqli nəticəyə gəlməsinə baxmayaraq, məhkəmə özünün sübuta yetirmiş hesab etdiyi cinayət əməlinin təsvirini o cümlədən Məhkum hansı sayda, hansı markada, hansı növdə, hansı məb ləğdə (istintaq orqanı tərəfində irəli sürülmüş ittihama diqqət etdikdə göstərilən sadalanmış xüsusiyyətlərin hər biri göstərilmişdir) məişət elektrik avadanlıqlarının satışından əldə edilmiş pulları mənimsəməsi ilə bağlı mövqeyini konkret olaraq əsaslandırmayaraq (ümumi sözlərlə 6000 manat dəyərində müxtəlif təyinatlı məişət elektrik avadanlıqları göstərməklə) cinayət prosessual qanunvericiliyinin tələbləri və Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələri ilə uzlaşmayan nəticəni hasil etmişdir. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsində təsbit edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Bu konstitusiyon tələbin cinayət mühakimə icraatının həyata keçirilməsinə münasibət də mənası ondan ibarətdir ki, cinayət işlərinə, sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə mahiyyəti üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılması zamanı işin bütün hallarının, o cümlədən şəxsin təqsirlilik məsələsinin, onun törətdiyi əməl nəticəsində vurulmuş zərərin həcmi və miqdarının və digər əhəmiyyətli halların müəyyən edilməsi üçün məhkəmələr təqdim olunmuş sübutlardan, habelə apellyasiya müraciətlərinin dəlillərindən asılı olmayaraq digər sübutların da araşdırılmasını, zərurət yaranarsa müvafiq ekspertizaların təyin edilərək keçirilməsini təmin etməli, qəbul etdikləri yekun məhkəmə aktları isə ehtimallara və mülahizələrə deyil, məhkəmə iclaslarında araşdırılmış mötəbər sübutlara əsaslanmalıdır. Bütün hall arda məhkəmələr bu və ya digər məsələ üzrə gəldikləri nəticəni əsaslandırmalıdırlar. Hazırkı halda apellyasiya instansiyası məhkəməsi obyektiv həqiqətin müəyyən edilməsinin təmin edilməsi istiqamətində keyfiyyətsiz və natamam araşdırma həyata keçirmiş, o cümlədən iş materiallarında olan sübutları bir-biri ilə müqayisə etməklə tədqiq və təhlil etməmiş, məhkuma elan olunmuş ittiham üzrə müəyyən edilmiş halların inkar edilməsi üçün toplanmış sübutların fərqli şəkildə qiymətləndirilməsinin şərtlərini kifayət qədər əsaslandırmamış, sübutların müqayisəli təhlilini aparmadan, mövcud olan ziddiyyəti aradan qaldırmamaqla, bununla da kifayət etməyən sübutlara əsasən Məhkum Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittihamı qəbul etməyərək, sonuncunun əməlində Cinayət Məcə lləsinin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması haqqında nəticəyə gəlmişdir. Bu cür, yəni ibtidai istintaq zamanı toplanmış sübutlarla məhkəmədə verilən ifadələrin, ekspertiza rəyinin obyektiv müqayisəsi aparılmadığı üçün yuxarıda təsvir edilən sübutetmə qaydalarının pozulması ilə əldə olunmuş nəticə isə etibarlı sayıla bilməz. Nəticədə, ittihamın həlli üçün mühüm əhəmiyyət kəsb edən hallar barəsində şübhələr meydana gəlmiş, apellyasiya instansiyası məhkəməsində də həmin (aradan qaldırılması mümkün olan) şübhələr aradan qaldırılmamışdir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərindən və işin müəyyən edilmiş faktiki hallarını təsdiq edən sübutlardan çıxış edərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİ İ hissəsinin tələb etdiyi kimi, hazırkı iş üzrə həqiqətin müəyyən edilməsi üçün cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalı, şahid ifadələri, əldə olunmuş ekspertiza rəyləri toplanmış sübutlarla CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq müqayisəli şəkildə qiymətləndirilməli və yalnız bundan sonra Məhkum bu və ya digər cinayət əməlini törətməsi, o cümlədən onun əməlinin hüquqi tövsifi barədə nəticə verilməlidir. Odur ki, kollegiya apellyasiya məhkəməsinin hazırki işə baxarkən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2 və 416.1.15-ci maddələrində göstərilən pozuntulara yol verməsi, kassasiya protestinin əsaslı olması haqqında nəticəyə gəlir. Yuxarıda qeyd olunan, dövlət ittihamçısının kassasiya protesti və zərərçəkmiş hüq uqi şəxsin direktorunun kassasiya şikayəti ilə əlaqədar müəyyən edilmiş hallar (yəni qeyd olunan halların araşdırılması zərurəti olduğundan) müdafiəçi Həsənzadə Rəhim Məmməd oğlunun Məhkum təqsirliliyi sübuta yetirilməməsi əsası ilə sonuncu barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini ehtiva edən kassasiya şikayətinin əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə, kassasiya protestinin və zərərçəkmiş hüquqi şəxsin direktorunun kassasiya şikayətinin təmin edilməməsinə dair müdafiəçinin və məhkumun, kassasiya protestinin və zərərçəkmiş hüquqi şəxsin direktorunun kassasiya şikayətinin təmin edilməsinə, məhkumun müdafiəçisinin kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinlə yib, şərh edilən əsaslara görə hesab edir ki, müdafiəçi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, kassasiya protesti və zərərçəkmiş hüquqi şəxsin direktorunun kassasiya şikayəti isə təmin edilməli, Məhkum barəsində olan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 30 yanvar 2025-ci il tarixli, 1(104)-6/2025 nömrəli qərarı ləğv edilməli, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər Qərara aldı: Müdafiəçi Həsənzadə Rəhim Məmməd oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protesti və zərərçəkmiş hüquqi şəxs "xxxx" MMC-nin direktoru Şahid9 tərəfindən ver ilmiş kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 30 yanvar 2025-ci il tarixli, 1(104)-6/2025 nömrəli qərarı ləğv edilsin, cinayət işi apellyasiya məhkəməsində yeni məhkəmə baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar