Məhkəmə qərarları › İş №1(102)-2362/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2362/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2362/2024 11.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum iştirakları ilə xx xxxxxxxx 1970-ci il tarixdə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, hal-hazırda həbsdə olan Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2, 186.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli 1(103)-1355/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)-113/2023 nömrəli hökmü ilə (hakim Ə.Q.Quliyev (sədrlik edən), A.İ.Paşayev və R.Ə.Sadıxov) Məhkum - Azərbaycan Respublikası CM-in 178.3.2, 186.1 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 178.3.2-ci maddəsi ilə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 186.1ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddət ə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3cü maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMin 66.3-cü maddəsinə əsasən, təyin olunmuş cəzalar qismən toplanılmaqla Məhkum qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəli 13 iyul 2021-ci il tarixdən hesablanması hökm edilmişdir. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmişdir. Hökmdən məhkum edilmiş Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli 1(103)-1355/2023 nömrəli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), R.A.Qaraqurbanlı və A.Şahid11) apellyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 may 2023-cü il tarixli 1(101)-113/2023 nömrəli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum Azərbaycan Respublikası CM-in 178.3.2, 186.1 və 221.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, xeyli miqdarda özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü fərdi sa hibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2la səmimi dostluq münasibətləri yaratdıqdan sonra dostu X10 və “X10” adlı Çin Xalq Respublikasının vətəndaşı ilə əvvəllər birgə qurduğu uğursuz iş birliyi ilə əlaqədar yaranan borcuna görə sonuncunun Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində hüquq-mühafizə orqanlarına şikayət etməsi, həmin şikayətlə bağlı onun barəsində cinayət təqibinin başlanılaraq İnterpol xətti ilə beynəlxalq axtarışa elan edilməsi, guya axtarışın ləğvi üçün 50000 (əlli min) manat pul verməyəcəyi halda həbs olunacağı ilə hədələnməsi barədə Zərərçəkmiş şəxs2 yalandan danışıb gileylənməklə zərərçəkmiş şəxsdə özünə qarşı mərhəmət duyğusu yaradaraq tezliklə pulunu geri qaytaracağını yalan vəd edib aldatmaqla problemlərin i həll etmək adı ilə 2018ci ilin aprel ayında ünvan 2 ünvanının qarşısında Zərərçəkmiş şəxs2 33000 (otuz üç min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, külli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib Zərərçəkmiş şəxs1 ilə səmimi dostluq münasibətləri yaratdıqdan sonra Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində olan bank hesabında ******* (bir milyon beş yüz min) ABŞ dolları məbləğində pulunun olmasını, həmin vəsaiti nağdlaşdıraraq bankdan götürə biləcəyi halda Dubay şəhərinin mərkəzində, dəbdəbəli həyat tə rzi sürən sakinlərin məskunlaşdığı ərazidə böyük mağaza icarəyə götürməklə orada qızıl-zinət əşyalarının topdan satışı ilə məşğul olaraq külli miqdarda qazanc əldə etməsinin mümkün olmasını, lakin barəsində hüquq-mühafizə orqanlarına edilmiş şikayətlə əlaqədar həmin ölkəyə sərbəst girişinə məhdudiyyət tətbiq edilməsini əsas gətirməklə onu çətin maddi durumdan çıxaracağı təqdirdə nəzərdə tutduğu biznes planını həyata keçirdikdən sonra Zərərçəkmiş şəxs1 ******* (bir milyon) ABŞ dolları məbləğində pul verəcəyini yalandan deyib aldadaraq sərhədkeçməsinə qoyulmuş məhdudiyyətin götürülməsi, aviabilet alıb Dubay şəhərinə gedərək orada bir neçə ay ərzində müvəqqəti məskunlaşması üçün kirayəyə mənzil tutması, bankda saxlanılan pulunun çıxarılması üçün digər zəruri xərclərin qarşılanması bəhanəsi il ə 2018-ci ilin iyun ayında ayrı-ayrı tarixlərdə Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında yerləşən “Mirage” çay evində 30000 (otuz min) ABŞ dolları, ünvan 4 ünvanın qarşısında 1200 (min iki yüz) ABŞ dolları və Bakı şəhəri, Xəzər rayonu, Heydər Əliyev Beynəlxalq Aeroportu, 1 nömrəli terminalın qarşısında 1800 (min səkkiz yüz) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 56100 (əlli altı min yüz) manat təşkil edən 33000 (otuz üç min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, külli miqdarda özgənin əmlakını etibardan suiisti fadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs5 özünü geniş maliyyə dövriyyəsinə malik fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan “X10” adlı Çin Xalq Respublikası vətəndaşı ilə iri miqyaslı biznes əlaqələrinin olması barədə danışmaqla bu əlaqələr zəminində X10ə yaranmış pul borcu ilə əlaqədar verilən şikayət əsasında onun barəsində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilməsini, bu səbəbdən müvəqqəti olaraq həmin ölkəyə girişinə məhdudiyyət tətbiq edilməsini bəhanə edib qeyd edilən problemin həll ediləcəyi təqdirdə Zərərçəkmiş şəxs5 özü ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə aparacağını, orada fəaliyyət göstərən şirkətində köməkçisi kimi işə düzəldərək hər ay 3000 (üç min) ABŞ dolları məbləğində daimi maaş verəcəyini, habelə iki ay ərzində Bakı şəhəri ərazisində yeni və təmirli mənzillə təmin edəcəyini Zərərçəkmiş şəxs5 yalandan vəd edib aldatmaqla 2019-cu ilin avqust ayında faktiki olaraq sonuncuya məxsus olan ünvan 6 ünvanında yeni inşa edilmiş hündürmərtəbəli yaşayış binasında 69,1 kvadrat metr sahəyə malik 121 nömrəli təmirsiz mənzilin satılmasına nail olduqdan sonra ünvan 7 ünvanında fəaliyyət göstərən “Metropark” ticarət və əyləncə mərkəzinin birinci mərtəbəsində Zərərçəkmiş şəxs5 Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 61200 (altmış bir min iki yüz) manat təşkil edən 36000 (otuz altı min) ABŞ dolları məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurm aqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, külli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 9 iyul 2019-cu il tarixdə birgə nikaha daxil olduğu arvadı Zərərçəkmiş şəxs7 qarşısında özünü fərdi sahibkar, işgüzar və etibarlı həyat yoldaşı kimi qələmə verib Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində qızıl-zinət əşyalarının tədarükü və satışı ilə məşğul olan yeni şirkət yaratmaq niyyətində olduğunu deyərək bu məqsədlə həmin dövlətdən satış çekləri almaq, şirkətin bank hesabına depozit yatırımı etmək üçün pul vəsaitinin lazım olmasını bəhanə etməklə qeyd edilən “biznes layihəsini” realizə edəcəyi halda külli miqdarda qazanc əldə ediləcəyi və bu yolla Zərərçəkmiş şəxs5 və qeyrilərinə olan pul borclarını qaytaracağını, habelə əldə olunacaq qazanc hesabına iki ay ərzində Bakı şəhəri ərazisində daha böyük sahəyə malik yeni təmirli mənzil alacağını Zərərçəkmiş şəxs7 yalandan vəd edib aldadaraq 2019-cu ilin oktyabr ayının əvvəllərində sonuncunun birgə nikahdan əvvəl əldə etməklə faktiki özünə məxsus olan ünvan 8 ünvanında yerləşən 251 nömrəli mənzilin satılmasına nail olub Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsi 2347 ünvanında yerləşən "xxxx" Mənzil-Tikinti Kooperativinin ofisində mənzilin satışından əldə olunmuş pul vəsaitindən 55000 (əlli beş) manat məbləğində pulu Zərərçəkmiş şəxs7 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum Rusiya Federasiyasının vətəndaşı olan tanışı Zərərçəkmi ş şəxs2 özünə məxsus “BMW X5” markalı, 10GR484 dövlət qeydiyyat nişanlı minik avtomobili üçün yeni mühərrik almaq istəməsi barədə məlumat əldə edərək özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində fəaliyyət göstərən “Ştutqart” mağazalar şəbəkəsinə aid ticarət obyektinin yaxınlığında yerləşən Şahid17 işlətdiyi avtomobil ehtiyat hissələrinin satışı mağazasında “BMW X5” markalı avtomobillər üçün nəzərdə tutulan yeni mühərrikin olmasını Zərərçəkmiş şəxs2 bildirib 5000 (beş min) manat ödəyəcəyi halda həmin mühərrikin sonuncuya satılmasını təmin edəcəyi barədə guya “sərfəli təklif” etməklə əsl həqiqətdə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldadaraq bu adla 2020-ci ilin mart ayı ərzində ünvan 2 ünvanının qarşı sında 3000 (üç min) manat pulu şəxsən Zərərçəkmiş şəxs2, 2000 (iki min) manat pul vəsaitini isə özünün həqiqi niyyətindən xəbərsiz olmaqla cinayətə aidiyyəti olmayan Zərərçəkmiş şəxs1 vasitəsi ilə Lənkəran rayonu, Digah kəndində almış və cinayətkar niyyətini pərdələmək üçün həmin ərəfədə mühərriki Zərərçəkmiş şəxs2 təhvil verərək bir neçə gün sonra aldığı pulu Şahid17 vermədiyini Zərərçəkmiş şəxs2 etiraf edib mühərrik sahibinin onun barəsində polisə şikayət etdiyini yalandan bildirməklə avtomobil mühərrikini geri götürmüş və nəticədə Zərərçəkmiş şəxs2 məxsus 5000 (beş min) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan suiistifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, külli m iqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə guya müştərək biznes fəaliyyəti qurmaq adı ilə yaxınlaşdığı tanışı Zərərçəkmiş şəxs1 Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan Respublikasına konteynerlə “BMW” markalı avtomobillərin işlənmiş ehtiyat hissələrini gətirməklə onların satılması nəticəsində bir konteynerə görə ümumilikdə 10000 (on min) ABŞ dolları məbləğində mənfəət əldə olunacağı və qazancın 5000 (beş min) ABŞ dollarından ibarət hissəsini, yəni yarısını sonuncuya verəcəyini yalandan vəd edib aldadaraq 17 iyun 2020-ci il tarixdə ünvan 4 ünvanın qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 51000 (əlli bir min) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 etibardan sui-ist ifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, külli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2 vasitəsi ilə tanış olduğu Zərərçəkmiş şəxs8 özünü işgüzar şəxs kimi təqdim edib Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyatİstintaq Baş İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq şöbəsində sonuncunun və qeyrilərinin barəsində qaçaqmalçılıq faktı ilə bağlı ibtidai istintaqı aparılan cinayət işi üzrə Rusiya Federasiyasından gətirilərək Şimal Ərazi Baş Gömrük İdarəsinin Qusar rayonu ərazisində yerləşən “Samur” gömrük postunda Azərbaycan Respublikasının gö mrük sərhədindən gömrük nəzarətindən gizli qəsdən keçirilən külli miqdarda dəyərə malik “İphone” və “Samsung” markalı mobil telefonların müvafiq saxlanc yerindən, həmin əşyaları gömrük nəzarətindən keçirməyə cəhd edən yük nəqliyyat vasitəsinin isə müvəqqəti duracaqdan çıxarılaraq qaytarılacağı, habelə törətdikləri cinayətə görə barələrində cinayət təqibi aparılan şəxslərin cinayət məsuliyyətindən azad ediləcəyi barədə yalan vəd verib aldatmaqla bu adla 2020-ci ilin avqust ayında ünvan 9 ünvanında yerləşən kafedə 15000 (on beş min) ABŞ dolları və bir neçə gün sonra Lənkəran rayonu, Şiləvar kəndində 15000 (on beş min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 51000 (əlli bir min) manat təşkil edən 30000 (otuz min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs8 vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, xeyli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2 İran İslam Respublikasında istehsal edilən qaz sobalarının münasib qiymətə topdan və pərakəndə satışını həyata keçirən tanışının olmasını bildirib həmin şəxsdən cəmi 13000 (on üç min) ABŞ dolları dəyərində qaz sobalarını almaqla onları Lənkəran şəhəri ərazisində tanıdığı şəxslərə qısa müddət ərzində sataraq nəticədə hər birinə 1000 (min) ABŞ dolları məbləğində qazanc əldə edəcəkləri barədə “sərfəli b iznes” təklifi edib özünə inandıraraq bu məqsədlə 5000 (beş min) ABŞ dolları pul veriləcəyi halda çatışmayan 8000 (səkkiz min) ABŞ dolları pulu guya şəxsi büdcəsindən əlavə edərək alqı-satqını həyata keçirəcəyi barədə Zərərçəkmiş şəxs2 yalan vəd verib aldatmaqla 2020-ci ilin sentyabr ayında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Sədərək” ticarət mərkəzində, “2” nömrəli sırada yerləşən mağazanın qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 8500 (səkkiz min beş yüz) manat təşkil edən 5000 (beş min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, xeyli miqda rda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs1 İran İslam Respublikasında istehsal edilən qaz sobalarının münasib qiymətə topdan və pərakəndə satışını həyata keçirən tanışının olmasını bildirib həmin şəxsdən 10000 (on min) ABŞ dolları dəyərində qaz sobası almaqla qısa müddət ərzində tanıdığı şəxslərə sataraq nəticədə 6000 (altı min) ABŞ dolları məbləğində qazanc əldə edəcəyinə və bu yolla sonuncuya olan borcunu qismən ödəyəcəyinə dair yalan vəd verib aldatmaqla 2020ci ilin oktyabr ayında ünvan 11 ünvanda yerləşən “Zəfəran” aptekinin qarşısında Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 17000 (on yeddi min) manat təşkil edən 10000 (on min) ABŞ dolları məbləğində pul vəsaitini Zərərçəkmiş şəxs1 alıb həmin vəsaitl ər hesabına İran İslam Respublikasının vətəndaşı X17 Doustalının işlətdiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən “Karvan” ticarət mərkəzindəki A4 sırası, 468 nömrəli saxlanc anbarından qaz sobalarını alıb Lənkəran rayonu, Şürük kəndində yerləşən “Sevgil” cehizlik mağazasının sahibinə satıb qazanc əldə etsə də, verdiyi vədinə əməl etməyib Zərərçəkmiş şəxs1 məxsus 17000 (on yeddi min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, külli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə özünü fərdi sahibkar, işgüzar və etibarlı şəxs kimi təqdim edib tanışı Zərərçəkmiş şəxs4 ilə səmimi dostluq münasibətləri yaratmış, 2020-ci ilin aprel ayı ərzində avtomobil ehtiyat hissələrinin satılması və müştərək qazanc əldə edilməsi ilə bağlı qarşılıqlı biznes əlaqəsinə daxil olaraq həmin ərəfədə iş birliyi ilə əlaqəli vəd etdiyi bütün işləri görüb bu yolla “sözündə bütövlüyünü” nümayiş etdirdikdən və nəticədə Zərərçəkmiş şəxs4 inamını qazandıqdan sonra 2020-ci ilin yay ayının sonlarında Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycan Respublikasına pulunun hissə-hissə ödənilməsi şərti ilə böyük həcmdə “BMW” markalı avtomobillər üçün nəzərdə tutulan işlənmiş ehtiyat hissələrinin gətirilməsi üçün əlverişli fürsətin yaranmasını bəhanə edib, qeyd edilən alqı-satqının baş tutacağı halda yüksək gəlir əldə olunacağı barədə yalan vəd verərək aldadıb bu adla 2020-ci ilin avqust ayından noy abr ayına kimi olan müddət ərzində ünvan 12 ünvanında yerləşən “Qədir-Xum” adlı “BMW” avtomobil ehtiyat hissələrinin satışı məntəqəsində Zərərçəkmiş şəxs4 hissə-hissə olmaqla ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 166600 (yüz altmış altı min altı yüz) manat təşkil edən 98000 (doxsan səkkiz min) ABŞ dolları məbləğində pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum 01 fevral 2021-ci il tarixdə saat 19 radələrində tanışı Zərərçəkmiş şəxs1 mobil telefonla zəng edərək görüşməyi və söhbət etməyi təklif edib Bakı-Ələt-Astara magistral avtomobil yolunun Lənkəran rayonunun Göyşaban kəndi ərazisindən keçən hissəsind ə fəaliyyət göstərən “Mandarin” kafesinin 1 nömrəli kabinetində görüşərək sonuncu ilə birlikdə qida və spirtli içki qəbul etmiş, saat 23 radələrində həmin görüş yerinə digər tanışları Zərərçəkmiş şəxs4 və Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2 gəldikdən sonra davam edən söhbət zamanı o, yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində heç bir əsaslı səbəb olmadan masanın üzərindən götürdüyü silah qismində istifadə olunan süfrə bıçağı ilə Zərərçəkmiş şəxs1 zərbə endirib sağlamlığına zərər vurmağa cəhd etsə də, buna nail olmadıqda hüquqazidd hərəkətlərini davam etdirərək ictimai yer hesab edilən kafenin iş fəaliyyətini, habelə orada istirahət edən müştərilərin rahatlığını pozaraq səbəbsiz yerə ucadan qışqırmağa başlayıb səs-küy salmaqla, eyni zamanda öz bədənini gah kabinetin diva rlarına, gah əşyalarına, həyətə çıxdığı zaman isə yer örtüyünə qəsdən çırpmaqla özünə fiziki ağrılar yetirib yerə sərilmiş, bu yolla görüş iştirakçıları tərəfindən guya qəsdən döyülməsini səhnələşdirərək ətrafına çoxlu sayda adamların yığılmasını təşkil etdikdən sonra qəfildən ayağa qalxaraq ictimai təhlükəli əməllərini davam etdirməklə həmin gün görüş yerinə gələrkən özünün idarə etdiyi, dostu Zərərçəkmiş şəxs3 məxsus “BMW 760İ” markalı, 99UF303 dövlət qeydiyyat nişanlı minik avtomobilinin sükanı arxasına əyləşib özünün idarə etmə hüququ olmadan idarə etdiyi həmin mexaniki nəqliyyat vasitəsini silah qismində istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək avtomobil i hərəkətə gətirmiş, hamının gözü qarşısında özünü, həyat və sağlamlıqları üçün təhlükə yaratdığı digər şəxslərdən üstün tutub ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaq məqsədi ilə həmin anda qarşısında dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs4 məxsus “BMW 540” markalı, 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilə, bundan dərhal sonra isə geriyə doğru hərəkət etdirib arxa tərəfində dayanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 məxsus “AUDİ-Q7” markalı, 10CT050 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşdurmaqla hər üç nəqliyyat vasitəsini qəsdən zədələyib “BMW 760İ” markalı, 99UF303 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs3 xeyli miqdarda 15572 (on beş min beş yüz yetmiş iki) manat məbləğində, “AUDİ-Q7” markalı, 10CT050 dövlət qeydiyyat nişanlı avtomobilin sahib i Zərərçəkmiş şəxs1 xeyli miqdarda 9419 (doqquz min dörd yüz on doqquz) manat məbləğində, “BMW 540” markalı, 90RG640 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs4 1630 (min altı yüz otuz) manat məbləğində maddi ziyan vurduqdan sonra idarə etdiyi avtomobili dayandırıb nəqliyyat vasitəsini tərk edərək hadisə yerindən piyada qaçmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə olunan əşyadan istifadə etməklə şəxs üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi, özgənin əmlakının zədələnməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq etmiş və özgənin əmlakını qəsdən zədələməklə zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmuşdur. Bundan başqa, Məhkum, təkrarən, külli miqdarda özgənin əmlakını etibard an suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dostluq və işgüzar münasibətlərdə olduğu Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan “X10” adlı Çin Xalq Respublikası vətəndaşına təxminən 600000 (altı yüz min) ABŞ dolları məbləğində pul borcunun 80000 (səksən min) ABŞ dollarından ibarət hissəsi qismən ödənildikdən və nəticədə bu yolla həmin ölkəyə girişinə tətbiq edilmiş məhdudiyyət götürüldükdən sonra Zərərçəkmiş şəxs6 həmin şəhərdə qızıl-zinət əşyalarının satışı sahəsində fəaliyyət göstərən şirkətinin satışdan əldə olunan gəlirinə pay sahibi edəcəyinə, Dubayda işləyən əslən hindistanlı tanışlarına ilkin olaraq 10%, yəni 120000 (yüz iyirmi min) ABŞ dolları ödəməklə onl ardan ******* (bir milyon iki yüz min) ABŞ dolları dəyərində qızıl-zinət əşyaları alıb satışını həyata keçirərək borclu qalacağı hissəni xüsusi zəmanətmöhlət qəbzlərinin hesabına hissə-hissə dörd ay ərzində ödəyəcəyi, yüksək mənfəətli, habelə səmimi və dürüst münasibətlərə söykənən iş birliyi quracaqlarına dair Zərərçəkmiş şəxs6 yalan vəd verib iş birliyinin həqiqiliyinə inandırmaq məqsədi ilə öncədən cinayətkar sövdələşmədə olduğu Təqsirləndirilən şəxs verdiyi tapşırıq əsasında sonuncu Zərərçəkmiş şəxs6 Dubay şəhərində şəxsən qarşılayaraq zərgərlik məmulatlarının satışı ofisinə, həmçinin, “X10” adlı Çin Xalq Respublikası vətəndaşına olan borcla bağlı görüşlərə apardığı üçün Təqsirləndirilən şəxsla birlikdə zərərçəkmiş şəxsin etibarını qazanmağa nail olmuş, daha sonra Məhkum bu adla 22 apr el 2021-ci il tarixdə ünvan 13 ünvanında yerləşən “Magnit” mağazasının qarşısında 90000 (doxsan min) ABŞ dolları və 23 aprel 2021-ci il tarixdə eyni ünvanda 70000 (yetmiş min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 272000 (iki yüz yetmiş iki min) manat təşkil edən 160000 (yüz altmış min) ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini sonuncunun qardaşı Şahid10 alıb ələ keçirməklə cinayəti pərdələmək və həqiqi niyyətini ört-basdır etmək məqsədi ilə həmin vəsaiti yalandan borcunu qaytarmaq adı ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslərin vasitəsi ilə Dubay şəhərinə göndərərək Təqsirləndirilən şəxs çatdırılmasını təşkil etmiş, bir gün əvvəl “X10” adlı Çin Xalq Respublikasının vətəndaşı pulu qəbul etməkdən və bu məqsədlə birlikdə polis şöbəsinə getməkdən imtina etməsinə baxmayaraq, Məhkum özgənin əmlakını ələ keçirmək niyyətində olduğu üçün bu barədə Zərərçəkmiş şəxs6 xəbərdar etməyib guya həmin gün maddi ziyanın həqiqətən də “X10” adlı şəxsə ödəniləcəyini Təqsirləndirilən şəxsla əlbir olub səhnələşdirərək bu məqsədlə Zərərçəkmiş şəxs6 özünə məxsus olan və həmin ərəfədə Zərərçəkmiş şəxs5 əl çantasında saxlanılan 160000 (yüz altmış min) ABŞ dolları məbləğində pul vəsaiti ilə birlikdə Dubay şəhərində istintaqa dəqiq məlum olmayan ünvanda yerləşən polis şöbəsinə aparılmasını, polis şöbəsindəki xidməti otaqların birində pulun Zərərçəkmiş şəxs5 aid əl çantasından çıxarılaraq başqa çantaya yerləşdirilməsini, şöbədən çıxarkən isə içərisi boş olan çantanı geri qaytarılıb guya pulun tam şəkildə “X10” adlı Çin Xalq Respubl ikası vətəndaşı tərəfindən qəbul edilməsi barədə zərərçəkmiş şəxsə yalan məlumat verilməsini Təqsirləndirilən şəxs vasitəsi ilə təşkil etməklə vahid niyyətlə əhatə olunan qəsdlə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 272000 (iki yüz yetmiş iki min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Bundan başqa, Məhkum, təkrarən, külli miqdarda özgənin əmlakını etibardan suiistifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə dostluq və işgüzar münasibətlərdə olduğu Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında birləşərək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sonuncunun köməkliyi ilə icarəyə götürdüyü yeni buraxılışlı “Mercedes-Benz S class 500 AMG” markalı, “w 95904” dövlət qeydiyyat nişanlı minik avtomobilinin, habelə şəhərin məşhur “Marin” rayonundakı göl mənzərəli mənzilin guya ona məxsus olması barədə Zərərçəkmiş şəxs6 yalan məlumat verib maddi cəhətdən geniş imkanlara malik olması və dəbdəbəli həyat tərzi sürməsi barədə təəssürat yaratdıqdan sonra tanışı olan hindistanlı sahibkara 100000 (yüz min) ABŞ dolları pul ödəmək şərti ilə 400000 (dörd yüz min) ABŞ dolları dəyərində brilyant qaşlar alınacağı və onların satılmasından yüksək gəlir əldə olunacağı barədə Zərərçəkmiş şəxs6 yalan vəd verib aldatmaqla, vahid cinayətkar niyyətdən çıxış edərək bu adla Məhkum 24 may 2021-ci il tarixdə ünvan 14 ünvanında yerləşən “Aura” şadlıq sarayının qarşı sında şəxsən Zərərçəkmiş şəxs6 dayısı Şahid8 80000 (səksən min) ABŞ dolları və eyni vaxtda cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində istintaqa dəqiq məlum olmayan ünvanda şəxsən Zərərçəkmiş şəxs6 özündən 20000 (iyirmi min) ABŞ dolları olmaqla, ümumilikdə Azərbaycan manatının həmin dövrə olan məzənnəsi ilə 170000 (yüz yetmiş min) manat təşkil edən 100000 (yüz min) ABŞ dolları məbləğində Zərərçəkmiş şəxs6 məxsus pul vəsaitini alıb ələ keçirdikdən sonra “işgüzar razılaşma”nın həqiqiliyini Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında səhnələşdirərək şəxsiyyəti istintaqa məlum olmayan bir nəfər şəxsi ofisə dəvət edib həmin şəxsi, haqqında danışdığı hindistanlı sahibkar kimi təqdim etməklə brilyant kimi bildirilən qaşl arın təhvil alınaraq əvəzində 100000 (yüz min) ABŞ dolları məbləğində pulun həmin şəxsə verilməsini Təqsirləndirilən şəxs vasitəsi ilə təşkil etmiş, bunun ardınca guya brilyant qaşları Bakı şəhərinə göndərmək məqsədi ilə onun tapşırığı əsasında ofisə gələn beynəlxalq yükdaşıma şirkətinin şəxsiyyəti istintaqa məlum olmayan “Mahir” adlı əməkdaşı qaşları ofisdə təhvil alıb getdikdən, habelə gözünün qarşısında baş verən bu prosesləri görüb iş birliyinin həqiqiliyinə inanmış Zərərçəkmiş şəxs6 arxayın şəkildə Dubay şəhərini tərk etdikdən sonra “Mahir” adlı həmin şəxs Məhkum tapşırığı ilə yenidən ofisə qayıdaraq qaşları Təqsirləndirilən şəxs geri təhvil vermiş, eyni zamanda həmin hindistanlı sahibkar ofisə gəlib qaşları geri alaraq 100000 (yüz min) ABŞ dolları məbləğində pulu Təqsirləndirilən şəx s geri qaytarmış, beləliklə də, Məhkum Təqsirləndirilən şəxsla qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs6 məxsus ümumilikdə 170000 (yüz yetmiş min) manat məbləğində pul vəsaitini etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla təkrar dələduzluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarının ləğv edilməsi və barəsində Azərbaycan Respublikası CM-in 178.3.2, 186.1 və 221.3-cü maddələri ilə olan cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, onunla zərərçəkmiş şəxslər a rasında olan əmlak münasibətləri mülki xarakterli olmuşdur. Lakin ibtidai istintaq qərəzli və saxtakarlıqla aparılmış, məhkəmələr tərəfindən də işin faktiki halları araşdırılmadan, haqsız, qeyriobyektiv qərar qəbul edilərək barəsində ağır cəza təyin edilmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli və apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayə tinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayə t-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum tərəfindən verilmiş kassasiya şikayətində əsassız olaraq cinayət məsuliyyətinə cəlb edilməsi mübahisə olunur, eyni zamanda cəza təyini zamanı cəzanı yüngülləşdirən halların nəzərə alınmaması bildirilir. Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinə əsasən: “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə”yə görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsinə əsasən: “Bu Məcəllənin 178.1 və ya 178.2-ci maddələrində nəzərdə tutulmuş əməllər külli miqdarda ziyan vurmaqla törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. ” Azərbaycan Respublikası CM-in 186.1-ci maddəsinə əsasən “Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdəcinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsində “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər”ə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində isə “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqdaiki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında qeyd edilir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmal ıdırlar. Həmin qərarda həmçinin göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Ci nayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında g östərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Şikayətdə göstərilən dəlillərlə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməlləri mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni məhkumun özünün, digər təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyi və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi işə baxılması zamanı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının pozulmasına yol verməmiş, məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmiş və məhkəmələr hər hansı bir sübutun tədqiqindən imtina etməyərək qanunsuz yolla əldə olunmuş sübutlardan istifadə etməmişlər. Məhkəmə baxışları zamanı həmçinin İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, onun lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqları da pozulmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan apellyasiya instansiya məhkəməsi məhkumun qeyd edilən cinayətləri törətməsi ilə bağlı yekun nəticəyə gələrkən ibtidai araşdırma orqanları tərəfindən toplanmış və məhkəmə iclasında araşdırılıb qiymətləndirilən sübutlara düzgün istinad etmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası həmin sübutları hazırkı qərarda tam təkrarlamağı zəruri hesab e tməsə də, bəzi xüsusatların qeyd olunması qənaətindədir. Belə ki, iş materiallarından görünür ki, Məhkum qeyd edilmiş cinayət əməllərinin törədilməsində təqsirli olması, digər Təqsirləndirilən şəxs ifadələri, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs4 ifadələri, şahidlər Şahid1, Şahid11, Şahid5, Şahid14, Şahid10, Şahid8, Şahid16, Şahid7, Şahid6, Şahid17, Şahid12, Şahid13, Şahid15, Şahid9, Şahid3, Şahid2 və Şahid4 ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 20 sentyabr 2021-ci il tarixli 8/1916, 9/5762 nömrəli rəyi, məhkəmə-tibbi ekspertizasının 10 mart 2022-ci il tarixli 93 nömrəli rəyi, məhkəmə fizikikimyəvi ekspertizasının 18 fevra l 2022-ci il tarixli 6/953 nömrəli rəyi, hadisə yerinə baxış keçirilməsi haqqında 4 fevral 2021-ci il tarixli protokol, hadisə yerinə baxış keçirilməsi haqqında 8 oktyabr 2021-ci il tarixli protokol, 14 iyul 2021-ci il tarixli dindirmədə üzləşdirmə protokolu, Məhkum ilə Təqsirləndirilən şəxs arasında olan 19 fevral 2022-ci il tarixli üzləşdirmə protokolu, Zərərçəkmiş şəxs1 2 dekabr 2020-ci il tarixdə təqdim etdiyi sənədlərə baxış keçirilməsi barədə protokol, Zərərçəkmiş şəxs7 19 avqust 2021- ci il tarixdə təqdim etdiyi sənədlərə baxış keçirilməsi haqqında protokol, Zərərçəkmiş şəxs6 23 sentyabr 2021-ci il tarixdə istintaq orqanına təqdim etdiyi bir ədəd CD-R diskə baxış keçirilməsi barədə protokol, Zərərçəkmiş şəxs4 təqdim etdiyi bir ədəd CD-R diskə 30 yanvar 2022-ci il tarixli baxış keçir ilməsi barədə protokol, Zərərçəkmiş şəxs6 7 fevral 2022ci il tarixdə təqdim etdiyi bir ədəd bağlamaya baxış keçirilməsi barədə protokol, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara 10 avqust 2021-ci il tarixli baxış keçirilməsi barədə protokol, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən götürülmüş telefonla aparılan danışıqlara və ötürülən məlumatlara 10 avqust 2021-ci il tarixli baxış protokol, “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sisteminin çıxarışı, habelə iş materiallarında olan istintaq hərəkətlərinə dair digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Cinayət qanunu normasının tələblərinə və “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 saylı qərarına əsasən Azərbaycan Respublikası CM-in 178-ci maddəsində nəzərdə tutulan dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o, halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqların əldə edərkən hər hansı bir öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməsinə və yaxud əmlak hüquqları əldə etməsinə yönəlmiş olsun. Həmin qərarın 6-cı bəndinə əsasən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə əmlakı ələ keçirmə (əmlaka olan hüququ əldə etmə) cinayəti hər hansı hüquq verən və vəzifədən azad edən saxta sənədlərdən istifadə edilməklə törədildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu üzrə CM-in 178 və 320.2-ci maddələri ilə tövsif edilir. Bu hüquq müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə əks oluna bilər. (məsələn etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) Subyektiv cəhətdən belə əməllər birbaşa qəsdlə törədilir, yəni həmin əməli törədən şəxs Azərbaycan Respublikası CM-in 25-ci maddəsinin tələblərinə əsasən öz əməlinin (hərəkət və hərəktsizliyinin) ictimai təhlükəli olduğunu dərk etməli, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görməli və bunları arz u etməlidir. Digər tərəfdən, dələduzluq cinayətinin obyektiv cəhətini özündə ehtiva edən Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsinin dispozisiyasına əsasən, şəxsin əməli o halda dələduzluq cinayəti kimi qiymətləndirilə bilər ki, şəxs özgənin əmlakını və ya əmlak hüquqlarını əldə etmə niyyəti izləyərək etibardan sui-istifadə etmiş olsun və ya aldatma üsulundan istifadə etsin. Qanunun mənasından göründüyü kimi, dələduzluq cinayətinin törədilməsi zamanı şəxs əvvəlcədən öz qarşısına digər şəxsin əmlakını və əmlaka olan hüququnu ələ keçirmək məqsədini müəyyən edir, sonradan isə həmin məqsədinə nail olmaq üçün ya zərərçəkmiş şəxsin etibarından sui-istifadə etmiş olur, ya da ki, onu aldadır, nəticədə isə sonuncunun könüllü olaraq öz əmlakını və ya əmlaka olan hüququnun ona verilməsinə nai l olur. Dələduzluğun törədilməsi zamanı aldatma üsulundan istifadə edən şəxs əmlakın sahibinə müəyyən faktlar barədə qəsdən yalan məlumatlar verir, yaxud da belə faktlar haqqında məlumatları qəsdən saxtalaşdırır və ya ümumiyyətlə heç bir məlumat vermir ki, son nəticədə əmlakın sahibi aldadılaraq öz əmlakını könüllü qaydada dələduzluq cinayətini törədən şəxsə verir. Etibardan sui-istifadə zamanı özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz ələ keçirmək və bunları qaytarmamaq məqsədini izləyən şəxs onunla mülkiyyətçi arasında olan etibarlı münasibətlərdən istifadə edir və əmlakın idarə olunması və ya ona sərəncam verilməsi ilə əlaqədar müəyyən vəzifələrin yerinə yetirilməsini üzərinə götürüb əmlakı ələ keçirdikdən sonra əmlakı qaytarmaq niyyətində olmayaraq və tamah niyyətində olaraq öz vəzifəsini qəsdən, heç bir üzrlü səbəb olmadan yerinə yetirmir. Göründüyü kimi, əməlin dələduzluq cinayəti kimi qiymətləndirilməsi üçün belə əməli törətmiş şəxsin əvvəlcədən əmlakı və ya əmlaka olan hüququ ələ keçirmək niyyətində olması müəyyən edilməlidir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarına əsasən, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhd edilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsif edilməsi üçün əsasdır. Xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Qeyd edilən Plenum Qərarına əsasən, əmlakı məhv etmək dedikdə mülkiyyət formasından asılı olmayaraq əmlaka sonradan bərpa edilməsinin mümkün olmayacağı dərəcədə zərər vurulması, əmlakın zədələnməsi dedikdə isə ona sonradan bərpa oluna biləcək dərəcədə zərər vurulması başa düşülməlidir. Bu halda əməlin hüquqi tövsifi xuliqanlıq nəticəsində vurulan maddi ziyanın miqdarından asılıdır. Həmin ziyanın miq darı Cinayət Məcəlləsinin 177-ci maddəsinin 2-ci qeydinə müvafiq olaraq şərti maliyyə vahidinin bir min mislindən az olduqda təqsirləndirilən şəxsin əməli yalnız Cinayət Məcəlləsinin 221-cimaddəsi ilə, ziyanın məbləği xeyli və ya külli miqdar olduqda, habelə xuliqanlıq gedişində özgənin əmlakı yandırılmaqla, partladılmaqla və ya başqa ümumi təhlükəli üsullarla məhv edildikdə, yaxud zədələndikdə əməl cinayətlərin məcmusu qaydasında Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə və müvafiq olaraq 186.1-ci yaxud 186.2.1 və ya 186.2.2-ci maddələri ilə tövsif olunmalıdır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayət əməlləri iş materiallarında olan zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, izahatlar, üzləşdirmə protokolları, istintaq hərəkəti protokolları, sənədlər və iş üzrə i btidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlarla tam sübuta yetirilir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, bu cinayət işində qanunla nəzərdə tutulmuş bəraətin əsasları, yəni Azərbaycan Respublikası CPM-in 42-ci maddəsində göstərilən əsaslar mövcud olmadığından məhkuma bəraət verilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi Məhkum cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların düzgün müəyyən olunmasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb ona təqsirli bilindiyi maddənin sanksiyası həddində cəza təyi n etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, ziyanın qismən ödənilməsini (Zərərçəkmiş şəxs3 dair hissədə) cəzasını yüngülləşdirən hal kimi, cəzasını ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olun muş ittihamla bağlı işə baxan apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmə onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişdir. Qeyd olunanlar, apellyasiya instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiya məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin kassasiya şikayətinin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq mə hkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. X6 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 iyul 2023-cü il tarixli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar