Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2362/2025 20.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, məhkumun müdafiəçisi Kazımi Elçin Oqtay oğlunun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-466/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarından məhkum X8 tərəfindən veril miş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum X8 (Məhkum) xx xxxx 1992-ci il tarixdə Pakistan İslam Respublikasının Gujrat vilayətinin Sapra kəndində anadan olmuş, Pakistan İslam Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, x ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhərində yaşamışdır. 2. 17 avqust 2024-cü il tarixli ittiham aktına görə X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 29 avqust 2024-cü il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə X8 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Pakistan İslam Respublikasının vətəndaşı X8 Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan şəxsiyyətləri istintaqa məlum olmayan tanışı “Sərdar” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədilə zərərçəkmiş şəxsin şəxsiyyəti üzərində zor göstərmə hədəsi ilə özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb edib ələ keçirmək niyyətilə adam oğurlamaq qərarına gəlmiş və bu məqsədlə aralarında əvvəldən əldə olunmuş cinayətkar razılaşmaya əsasən Pakistan İslam Respublikasının vətəndaşı X6 (Zərərçəkmiş şəxs Kanada Respublikasına getməsi üçün viza əldə etməsinə köməklik göstərəcək lərinə dair yalan vəd verib aldadaraq iradəsi əleyhinə 21 fevral 2024-cü il tarixdə saat 04 radələrində kirayə götürdükləri X1 məxsus Qəbələ rayonunun Vəndam qəsəbəsində yerləşən fərdi yaşayış evinə gəlməsinə nail olduqdan sonra evin ikinci mərtəbəsində yerləşən yataq otağında sonuncuya zor tətbiq edib yerə yıxaraq əllərini və ayaqlarını iplə bağlamaqla oğurlayaraq həmin gün saat 19 radələrinədək saxlamış, həmçinin qeyd olunan yerdə, tarixdə və müddət ərzində X6-in şəxsiyyəti üzərində zor göstərmək hədəsi ilə, yəni daxili orqanlarını çıxarıb satacaqları ilə, ağır bədən xəsarətləri yetirməklə və öldürməklə hədələyərək həmin dövrün məzənnəsi ilə dəyəri 25.500 manat təşkil edən 15.000 ABŞ dolları məbləğində pul vəsaitini, yəni özgənin xeyli miqdarda əmlakını hədə-qorxu ilə tələb etmiş, qanu nsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 21 fevral 2024-cü il tarixdə saat 19 radələrində Qəbələ rayonunun Vəndam qəsəbəsindəki həmin evdə cinayət başında saxlanılmaqla zərərçəkmiş şəxs X6-in azad edilməsi təmin olunmuşdur.
5. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-239/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli hökmü ilə X8 Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6-cı maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma növündə əlavə cəzanın təyin edilməsi, həmin cəzanın əsas cəza növünü çəkdikdən sonra icra edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 21 fevral 2024-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.
6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs X8 apellyasiya şikayəti verib, ittiham edilərək məhkum edildiyi maddələrin heç biri ilə razı olmadığını və verilən cəzadan narazı olduğunu bildirmişdir.
7. Hökmdən dövlət ittihamçısı da apellyasiya protesti verib, təqsirləndirilən şəxs X8 təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan daha ağır həddə azadlıqdan məhrum etmə cəzasını təyin edib və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları toplayıb, cinayət qanununun müddəalarına uyğun olaraq daha ağır qəti cəza təyin etməklə hökmün dəyişdirilməsini xahiş etmişdir.
8. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-466/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı ilə məhkum X8 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, dövlət ittihamçısının apellyasiya protesti qismən təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-239/2024 nömrəli, 17 sentyabr 2024-cü il tarixli hökmünün əsas cəzaya aid hissədə dəyişdirilməsi, X8 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 144.2.3 və 144.2.6-cı maddələri ilə 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunan cəzaları qismən toplamaqla ona qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum X8 kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
10. Məhkum kassasiya şikayətində heç bir dəlil irəli sürmədən cinayət işi üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmadığını, qanunun normasının düzgün tətbiq edilmədiyini, nəticədə əsassız olaraq azadlıq hüququnun pozulduğunu iddia edib, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti ni qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi n ormaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
15. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
16. Məhkum X8 kassasiya şikayətində heç bir dəlil irəli sürməsə də, lakin kassasiya xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.6 və 416.1.15-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əla qələndirmişdir.
17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-466/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri həmin qərarı qanuni və əsaslı hesab edir.
18. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il t arixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
19. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət hüquqpozmalarını nəzərdə tutan beynəlxalq müqavilələr birbaşa tətbiq oluna bilməsə də, hüquq tətbiqedici orqanlar tərəfindən qəbul edilən qərarların və hüquqi mövqelərin əsaslandırılması zamanı Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsini təşkil edən beynəlxalq müqavilələrə və onun müddəalarına istinad edilməsi yolveriləndir (“Azərba ycan Respublikası Konstitusiyasının 63 və 71-ci maddələri baxımından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 18 mart 2025-ci il).
20. İstinad edilən tövsiyəyə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış məhkəmə təcrübəsinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 maddəsinin 1-ci paraqrafının məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (xüsusilə, məhkəmə baxışının predmetinı hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rəd d etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
21. Baxılan cinayət işinin materiallarından isə müəyyən edilir ki, məhkum X8 birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində ona təyin edilmiş cəzanı mübahisələndirsə də, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddəsinin tələblərinə əsasən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq hökmün qanuni və əsaslı olmasını hərtərəfli yoxlayaraq, hazırda mübahisəsi aparılan qərarında ibtidai istintaq dövründə toplanmış və birinci instansiya məhkəməsində icraat zamanı tədqiq edilmiş sübutları istinad edilən maddi və prosessual cinayət-hüqu qi normalarının tələblərinə və mövcud məhkəmə təcrübəsinə əsaslanmaqla ayrı-ayrılıqda və məcmu halında bir daha təhlil edib, onun Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.6, 182.2.1, 182.2.3 və 182.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli olduğu barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmiş, hökmü apellyasiya protestinə münasibətdə təyin edilmiş əsas cəza hissəsində dəyişdirmişdir.
22. Apellyasiya instansiyası məhkəməsinin qeyd edilən məsələlərə aid qənaəti apellyasiya şikayətində və apellyasiya protestində irəli sürülmüş dəlillərin, onlarla əlaqəli olan işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPMnin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslandığından, kassasiya şikayətind ə isə həmin nəticələri təkzib edə biləcək hər hansı dəlillər gətirilmədiyindən, məhkəmə kollegiyası məhkum X8ın cinayət əməlinin törədilməsində təqsirli olduğu barədə nəticəni şübhə altına almaq üçün əsas görmür.
23. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsipləri ilə uzlaşan, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün q iymətləndirilmişdir.
24. Nəticədə, birinci instansiya məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün yalnız təyin edilmiş əsas cəzaya münasibətdə dəyişdirilməsi barədə qərar qəbul etmişdir.
25. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
26. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-466/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum X8 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-466/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.