Məhkəmə qərarları › İş №1(102)-2363/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2363/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2363/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X9 və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət məhkəmə tərkibində, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Təqsirləndirilən şəxs2 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmal arına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətlərinə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum Təqsirləndirilən şəxs2 xx xxxxxxxx 1976-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Naxçıvan MR, Babək rayonu, Vayxır kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 13 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Məhkum xx xxxx 1983-cü il tarixdə Naxçıvan Muxtar Respublikasının Şər ur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

3. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X7 (sədrlik edən), X13 və X4 ibarət məhkəmə tərkibində) 10 mart 2023-cü il tarixli, 1(101)-124/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə üçün tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi və onun ərazi narkoloji dispanserdə qeydiyyata alınması, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, ona 09 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 08 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə dək dəyişdirilmədən saxlanılması hökm edilmiş, hökmlə həmçinin digər təqsirləndirilən şəxsin məsuliyyət məsələsi, maddi sübutlar və məhkəmə məsrəfi məsələləri də həll edilmişdir.

4. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, məhkum Təqsirləndirilən şəxs2 müdafiəçisi, məhkum Təqsirləndirilən şəxs1 müdafiəçisi, Məhkum tərəfindən apellyasiya şikayətləri verilmişdir.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X3 (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət məhkəmə tərkibində) 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarı ilə apellyasiya şikayətlərinin təmin edilməməsi, apellyasiya protestinin təmin edilməsi, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum edilmələrinə dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 10 mart 2023- cü il tarixli, 1(101)124/2023 nömrəli hökmünün verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilməsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətinin artırılaraq, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının, Məhkum təyin edilmiş 09 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasın ın müddətinin artırılaraq, ona 10 (on) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müəyyən edilməsi, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

6. Həmin qərardan Məhkum müdafiəçisi Müdafiəçi7 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən kassasiya şikayətləri verilmişdir. II. Hüquqi məsələlər:

7. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. E ləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir.

8. Məhkəmə kollegiyası cinayət-prosessual qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsaslanmaqla Məhkum və Təqsirləndirilən şəxs2 kassasiya şikayətinin geri götürülməsi barədə verdikləri ərizələri ilə bağlı dövlət ittihamçısının çıxışında bildirdiyi mövqeylərini nəzərə alıb və həmin ərizələri iş materialları ilə əlaqəli şəkildə müzakirə edib belə nəticəyə gəlir ki, ərizələr təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri geri qayta rılmalıdır.

9. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 414-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 və Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 30 may 2024-cü il tarixli, 1(103)-28/2024 nömrəli qərarından Məhkum müdafiəçisi Müdafiəçi7 və məhkum Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş kassasiya şikayətləri geri qaytarılsın. Məhkumlar Məhkum və Təqsirləndirilən şəxs2 ərizələri təmin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar