Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2365/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsa-zadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun, Zərər çəkmiş şəxsin və məhkumun iştirakları ilə, xx.xx. il tarixdə Yevlax Şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işsiz, xxx qeydiyyatda olmaqla yaşan, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(103)-371/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 1(005)438/2022 nömrəli hökmü (hakim X.Əlisoy) ilə Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 267.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) ay müddətinə azadlığın mədudlaşdırılması növündə cəzasına məhkum edilmişdir. Bundan başqa mülki iddiaçı Zərərçəkmiş şəxs mülki cavabdeh Məhkum qarşı mülki iddiası qismən təmin edilərək mülki cavabdeh Məhkum 7.586,5 (yeddi min beş yüz səksən altı manat be ş qəpik) manat məbləğində vurulmuş maddi zərər, dövlət rüsumunun ödənilməsinə xərclənmiş 135 manat pul vəsaiti, ümumilikdə 7.721,5 (yeddi min yeddi yüz iyirmi bir manat, beş qəpik) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsinin həmin hökmündən məhkumun müdafiəçisi və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarı ilə, (hakimlər: R.A.Qaraqurbanlı (sədrlik edən), M.Ə.Abbasov və A.F.İbrahimov) məhkumun apellyasiya şikayəti təmin edilməmiş, zərər çəkmiş şəxsin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli hökmü mülki iddianın qismən təmin edilməsi hissəsində zərə rçəkmiş şəxsin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmiş, mülki cavabdeh Məhkum 7.634,34 (yeddi min altı yüz otuz dörd manat, otuz dörd qəpik) manat məbləğində vurulmuş maddi zərər, dövlət rüsumunun ödənilməsinə xərclənmiş 135 manat pul vəsaiti, ümumilikdə 7.769,34 (yeddi min yeddi yüz altmış doqquz manat, otuz dörd qəpik) manat tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməsi qərara alınmış, hökm qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual normaların tələbləri pozulmuş, cinayətin mahiyyəti tam araşdırılmamış, iş üzrə barəsində o lan yüngülləşdirici hallar nəzər alınmamış və nəticədə ona qarşı irəli sürülmüş ittiham sübuta yetirilmədiyi halda o, əsasız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 267.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunmuşdur. İş kassasiya instansiya məhkəməsində baxılanarkən Məhkum ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək özü tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası verilmiş ərizəni iş materialları ilə əlaqəli şəkildə müzakirə edib, məhkumun ərizəsinin təmin edilməsi ilə bağlı zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və dövlət ittihamçısı A.Hüseynlinin çıxışlarını dinləyərək hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini və Məhkum kassasiya şikayətini geri götürməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir k i, məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli qərarından verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414-cü maddəsini rəhbər tutaraq Qərara aldı: Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 28 fevral 2023-cü il tarixli, 1(103)-371/2023 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın.
Məhkəmə qərarları › İş №1(102)-2365/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2365/2023
14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver