Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2366/2023 21.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, X1 müdafiəçisi Müdafiəçi iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-421/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarından X1 müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. X2 02 aprel 1974-cü il tarixdə Cəlilabad şəhərində anadan olmuşdur, Azərbay can Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayır.
2. X8 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM) 147.2 və 148-ci maddələri ilə təqsirli bilinərək cəzalandırılmasını xahiş etmişdir.
3. Cəlilabad Rayon Məhkəməsinin 1(073)-56/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli hökmü ilə X3 Azərbaycan Respublikası CM-nin 147.2 və 148-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə 6 (altı) ay müddətə a zadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaqla qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 10 aprel 2023-cü il tarixdən hesablanması hökm edilmişdir.
4. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs X3 müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti verib hökmün ləğv edilməsi, Rahil Cabbarova Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə isə təqsirli bilinib həmin maddə üzrə ən aşağı həddə cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət belə əsaslan dırılmışdır ki, X4 17 fevral 2023-cü il tarixli xüsusi ittiham qaydasında verdiyi şikayət barədə təqsirləndirilən şəxsə məlumatın verilməməsi və şikayətin surətinin ona göndərilməməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 298-ci maddəsinin tələblərini pozmuşdur. X3 X5 işə rüşvətlə adam götürməkdə, pandemiya dövründə küllü miqdarda pul yeyintisi etməsində, mənimsəmədə, imtiyazlı dərmanları xəstələrə pulla satmasında, insanları dövlətin üstünə qaldırmaqda, ölmüş atasının pensiyasını israf etməkdə və digər ağır cinayətlərdə ittiham etməsi, həmçinin Elnur Axundovun barəsində “şərəfsiz, şərəfsiz oğlu, qanı erməni” ifadələri onun ölkə rəhbərliyinə ünvanlandığı müraciətlərində yer almış, həmin müraciətlər isə “Vətəndaşların müraciət ləri haqqında” Qanununa müvafiq olmuşdur.
5. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-421/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Cəlilabad Rayon Məhkəməsinin 1(073)-56/2023 nömrəli, 10 aprel 2023-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
6. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından X1 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
7. Kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəlilləri eynidir, müdafiəçi onları təkrarlamaqla X3 əməlində Azərbaycan Respublikası CM-nin 147.2ci maddəsinin tərkibinin olmadığından ona həmin maddə üzrə bəraət verilməsini, məhkum edildiyi Azərbaycan Respubl ikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə ilə ən aşağı həddə cəza təyin edilməsini xahiş edir.
8. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.
10. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiy a instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və CinayətProsessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
11. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir.
12. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbayc an Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
13. Müdafiəçi hüquqlarını müdafiə etdiyi şəxsin əməlində Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsinin tərkibinin olmadığını iddia edərək, ona həmin maddə üzrə maddəsi ilə bəraət verilməsi, Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə sonuncuya daha yüngül cəzanın təyin edilməsi barədə xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.6 və 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir.
14. Odur ki, məhkəmə kollegiyası hazırkı kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-421/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.
15. Belə qənaətə gələrkən məhkəmə kollegiyası nəzərə alır ki, “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 352 saylı, 19 yanvar 2006-cı il tarixli Fərmanının 6-cı bəndi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, Azərbaycan Respublikasının apellyasiya məhkəmələrinə və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) presedent hüququnun məhkəmə təcrübəsində nəzərə alınması tövsiyə edilmişdir.
16. Həmin tövsiyəyə əsaslanaraq məhkəmə kollegiyası qeyd edir ki, Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 § 1 maddəsinin məqsədlərinin təmin edilməsi baxımından, yuxarı instansiya məhkəmələrinin (adətən, məhkəmə baxışının predmetinı yalnız hüquqi məsələlər təşkil etdiyi kassasiya instansiyası məhkəmələri) şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri qəbul edilən hesab oluna bilər o halda ki, şikayətdə fundamental vacib hüquqi məsələ qaldırılmır (Məzahir Cəfərov Azərbaycana qarşı, № 39331/09, § 45, 2 aprel 2020-ci il).
17. Məhkəmə kollegiyası kassasiya şikayətində təsvir edilən, X1 müdafiəçisi Müdafiəçi birinci instansiya məhkəməsinin hökmündən verdiyi apellyasiya şikayətində istinad edilənlərlə eynilik təşkil edən dəlillərini nəzərdən keçirib qeyd edir ki, həmin şikayətin araşdırması nəticəsində apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərarında bu dəlillərə bütövlükdə müvafiq əsaslandırma təmin edilməklə cavab verilmişdir.
18. Kassasiya şikayətlərinin müəllifi hazırda mübahisələndirdiyi qərarın nəticələrini təkzib edə biləcək hər hansı yeni və diqqətəlayiq amilə istinad etmir və həlli vacib hüquqi əhəmiyyət daşıyan məsələ qaldırmır.
19. Hazırkı kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin yekun qənaəti iş materiallarının obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətlərində göstərilənlər isə həmin nəticələri təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan heç biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin müvafiq qənaətini şübhə altına almaq üçün əsas görmür.
20. Bu səbəbdən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətində qeyd edilən dəlillər üzrə ətraflı araşdırma aparılmadan apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərar ın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
21. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, aşağı instansiyası məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, proses iştirakçılarına müdafiəsinin əlverişli qaydada təşkil etmələri və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim etmələri üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.
22. Qeyd olunanlar həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi ilə ehtiva olunan hər hansı pozuntuya yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün digər əsasların olmadığını təsdiqləyir.
23. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, X1 müdafiəçisi Müdafiəçi kassasiya şikayəti təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-421/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 41 9.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: X1 müdafiəçisi Müdafiəçi tərəfindən verilən kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(106)-421/2023 nömrəli, 11 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.