Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2368/2025 26.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARİ Hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə; Əhmədbəyli Azad Qaxanduz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 177.2.2 v ə 177.2.3cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-114/2025 nömrəli, 26 fevral 2025-ci il tarixli hökmü ilə (hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi ilə), 07 avqust 1992-ci ildə Naxçıvan Muxtar Respublikası, Babək rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvvəllər məhkum olunmuş, işləməyən, Naxçıvan Muxtar Respublikası, Babək rayonu, Cəhri qəsəbəsində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu, Zaur Kərimov küçəsi, nömrəsiz evdə yaşamış, halhazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 04 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Məhkum Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Məhkum ibtidai istintaq zamanı tutma altında saxlanıldığı 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasından çıxılması və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəlinin 20 avqu st 2024-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Hökmlə həmçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri həll edilmişdir. Hökmdən Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş apellyasiya şikayətinə, Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə və dövlət ittihamçısı Səidə Mirişova tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1077/2024 saylı, 19 iyun 2025-ci il tarixli qərarı ilə (hakimlər: Məmmədov Habil Çingiz oğlunun sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə) apellyasiya şikayəti və apellyasiya şikayətinə əlavə təmin edilməmiş, apellyasiya protesti t əmin edilmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 1(006)-114/2025 saylı, 26 fevral 2025-ci il tarixli hökmü hissəsində dəyişdirilmiş, Məhkum hökmlə ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və hökmün qalan hissədə dəyişdirilmədən saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən kassasiya şikayəti verilmişdir. Həmin qərardan kassasiya protesti və kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum təkrarən mənzilə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 may 2020-ci il tarixdə saat 06 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, T.İsmayılov küçəsi 6 saylı binanın 44 saylı mənzilinin açıq qapısından oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs1 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 250 manat dəyərində “Samsung A3” markalı mobil telefonu, 01 ədəd 1.200 manat dəyərində brilliant qaşlı qızıl qadın üzüyünü, içərisində 70 manat nağd pul olan 180 manat dəyərindəki “X4” markalı pul kisəsini gizli olaraq talayıb hadisə yerindən uzaqlaşaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1.700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 avqust 2024-cü il tarixdə saat 09 radələrində Zərərçəkm iş şəxs2 yaşadığı Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 48 saylı binanın 22 saylı mənzilinin açıq qapısından oraya qanunsuz daxil olub mənzildən Zərərçəkmiş şəxs2 məxsus zərərçəkmiş şəxsin qiymətləndirməsinə görə 01 ədəd 20 manat dəyərində markası olmayan qara rəngli kompüter çantasını, 01 ədəd 500 manat dəyərində “Toshiba” markalı noutbuku, hər biri 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd “Toshiba” markalı noutbuk adapterlərini, 01 ədəd 5 manat dəyərində markası olmayan ağ rəngli elektrik şəbəkə başlığını, 01 ədəd 5 manat dəyərində “A4tech” markalı kompüter daxiletmə “siçan” ləvazimatını, içərisində qara rəngli üzərində “chanel” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 95%” yazısı həkk olunmuş, 01 ədəd bej rəngli üzərində “NAM 90%” yazısı həkk olunmuş, 0 1 ədəd çəhrayı rəngli üzərində “EYESHADOW” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Clavdio” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “Eyeshadow palette 21 color” yazısı həkk olunmuş, 01 ədəd sarı rəngli üzərində “bahama mama” yazısı həkk olunmuş, 01 ədəd qırmızı rəngli üzərində “mette in lipstick” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “etacs house sky high” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “new well” yazısı həkk olunmuş, 02 ədəd qara rəngli üzərində “eyeline” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “cosmetic art” yazısı həkk olunmuş, 01 ədəd mavi rəngli üzərində “aqua smooth” yazısı həkk olunmuş, 01 ədəd tünd göy rəngli üzərində “alice academy” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor” yazısı həkk olunmuş, 01 ədəd bənövşəyi rəngli üzərində “eyeline variete” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “bote” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “crueltyfree” yazısıhəkk olunmuş, 08 ədəd markası olmayan fırça, 01 ədəd qara rəngli üzərində “JEV” yazısı həkk olunmuş, 01 ədəd çəhrayı rəngli üzərində “kiss beauty rose” yazısı həkk olunmuş, 01 ədəd qəhvəyi rəngli üzərində “niss tais” yazısı həkk olunmuş, 01 ədəd qara rəngli üzərində “outdoor giri skin illusion” yazısı həkk olunmuş, 01 ədəd şəffaf qabda olan üzərində “eccsece” yazısı həkk olunmuş makyaj ləvazimatları, 01 ədəd markası olmayan mavi rəngli ayna, 01 ədəd makyaj yayıcı dairəvişəkilli süngər olan 01 ədəd çəhrayı rəngli üzərində “amayra” yazısı həkk olunmuş içərisində olan əşyalarla birlikdə dəyəri 150 manat təşkil ed ən makyaj torbasını, 01 ədəd 10 manat dəyərində markası olmayan pul kisəsini, 01 ədəd 5 manat dəyərində markası olmayan göy rəngli yapışqan aparatı, 01 ədəd 50 manat dəyərində markası olmayan cins şalvarı, hər birinin dəyəri 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd markası olmayan gümüşü rəngli bilərzikləri, 01 ədəd 10 manat dəyərində markası olmayan qızılı rəngli boyunbağını, 01 ədəd 40 manat dəyərində üzərində “ZF-997” yazısı olan saç ütüsünü, 01 ədəd 10 manat dəyərində gümüşü rəngli üzərində “Cartisi” yazısı həkk olunmuş qol saatını, 01 ədəd 10 manat dəyərində "xxxx" Açıq Səhmdar Cəmiyyətinə aid plastik bank kartını və 10 manat dəyərində nağd pulu, 01 ədəd 200 manat dəyərində qızıl bilərziyi və 01 ədəd 300 manat dəyərində qızıl boyunbağını gizli olaraq talayıb hadisə yerin dən uzaqlaşaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 1.405 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində göstərmişdir ki, məhkəmə həm təkrarçılıq, həm də residiv tətbiq etməklə yanlış nəticəyə gəlmişdir. İş materiallarından görünür ki, Məhkum 25 sentyabr 2020-ci il tarixli hökm ilə 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25 iyul 2023-cü ildə vaxtından əvvəl şərti azad edilmiş və 02 noyabr 2023-cü ildə cəza müddəti bitmişdir. Buna baxmayaraq, hazırkı iş üzrə ona həm təkrarçılıq, həm də residiv tətbiq edilmişdir. CM-nin 66.5-ci maddəsinə və Konstitusiya Məhkəməsinin mövqeyinə əsasən, hökm çıxarılmazdan əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu, qanuni qüvvəyə minmiş hökmdən sonra törədilmiş cinayətə görə isə hökmlərin məcmusu tətbiq edilir və yeni işə baxan məhkəmə əvvəlki hökmə müdaxilə edə bilməz. Hazırkı halda ittiham olunan əməllərdən biri 25 sentyabr 2020-ci il tarixli hökmdən əvvəl törədildiyindən şəxsə eyni zamanda həm təkrarçılıq, həm də residiv tətbiq edilə bilməzdi. Birinci instansiya məhkəməsi bununla müdafiə olunan şəxsin hüquqlarını kobud şəkildə pozmuşdur. Zərərin ödənilməsi, barışma, qadın olması, əlilliyi, səmimi etirafı və peşmançılığı yüngülləşdirici hallar kimi nəzərə alına bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq, cinayət-prosessual qanunvericiliyə uyğun olaraq Bakı Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarının dəyişdirilməsini, Məhkum cinayətlərin və hökmlərin məcmusu üzrə qanunvericilikl ə müəyyən edilmiş aşağı həddə cəza təyin edərək onun əvvəlki hökm üzrə çəkdiyi cəzanı və hazırki cinayət işi üzrə həbsdə saxlanıldığı və cəza çəkdiyi müddətləri yekun cəzasından çıxılmasını və Məhkum cəza çəkdiyi cəzaçəkmə müəssisəsindən dərhal azadlığa buraxılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi və məhkumun barəsində amnistiya aktının tətbiq edilməsinə dair dövlət ittihamçısı Səfər Əhmədovun çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi ka ssasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum müdafiəçisi işə baxan məhkəmələr tərəfindən məhkuma cəza təyin edilərkən iş üzrə cəzanı yüngülləşdirən halların kifayət qədər nəzərə alınmamasını, məhkəmələr tərəfindən cəzanın doğru şəkildə verilməməsi və hesablanmaması nəticə sində ağır cəza təyin edilməsini vurğulayaraq, cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun müdafiəçisinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddələrin sanksiyası çərçivəsində təyin olunmuş və kassasiya şikayətində mübahisələndirilən cəzaya dair araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, cinayət işinin materiallarından və məhkəmə a ktlarından görünür ki, işə baxan məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərilmişdir. (məhkəmələr məhkumun təqsirli olub-olmaması məsələsini həll edərkən iş üzrə təqsirkar şəxsin öz ifadələrinə, zərərçəkmiş şəxsin ifadələrinə, bir-birinə uyğun olan şahid ifadələrinə və digər sübutlara əsaslanmışlar). Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və ədalətli məhkəmə araşdırması aparılmış, sübutlara onların mənsubiyyəti, mümkünlüyü və mötəbər liyi üzrə düzgün qiymət verilmiş, məhkumun təqsirinin sübuta yetirilməsində qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə edilməmiş, iş üzrə mötəbər sübutların məcmusu ilə Məhkum təqsirliliyi sübuta yetirilmişdir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum təyin etdiyi cəzanın növü və həddi ilə əsaslı və ədalətli olduğundan razılaşır və aşağıdakıları qeyd etməyi lazım bilir: Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şə xsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və s. kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nət icələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən e dilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin tələbinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tər əfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin 7-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini t əmin etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. İş materiallarından göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə baxışı zamanı iş üzrə əhəmiyyət kəsb edən bütün sübutların mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi yoxlanılmış, həmçinin şahid, zərərçəkmiş və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri tam, hərtərəfli və obyektiv yəni CPM-in 144-146-cı maddələrinə əməl olunmaqla araşdırılmış və qiymət verilmişdir. Odur ki, məhkumun müdafiəçisinin kassasiya şikayətinin dəlillərinin də heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi məhkum edilmiş şəxs Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəza təyin etmənin ümumi prinsiplərinə dair Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin tələblərinə riayət etməklə Məhkum ittiham olunduğu maddələrin sanksiyası həddində qanuni, əsaslı və əda lətli cəza təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi də tamamilə düzgün olaraq, birinci instansiya məhkəməsinin cəza təyin etmə ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Təsvir olunanlar məhkəmələr tərəfindən CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş pozuntuya yol verilmədiyini göstərir. Bununla yanaşı qeyd edilməlidir ki, apellyasiya instansiya məhkəməsinin qərarından sonra “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli 315-VİİQR nömrəli qərarı qəbul edilmişdir. Həmin qərarın Məhkum barəsində tətbiq edilməsi məsələsini müzakirə edərək kollegiya aşağıdakıları qeyd edir: CM-in 81.1-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan R espublikasının Milli Məclisi tərəfindən qəbul edilir. CM-in 81.2-ci maddəsinin tələblərindən görünür ki, cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 3-cü hissəsində göstərilmişdir ki, bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, az ağır cinayət törətməyə görə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 1 ildən artıq olan şəxslərin cəzası 6 ay azaldılsın (3.1-ci bənd). Həmin qərarın 9-cu hissəsinə əsasən bu Qərarın 1–3-cü hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş, həmçinin həmin tarixədək qüvvəyə minmiş məhkəmə qərarları əsasında cəza təyin edilmiş və ya şərti məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti olaraq vaxtından əvvəl azad edilmiş, habelə bu Qərar qüvvəyə mindiyi günədək çıxarılaraq amnistiya aktı qəbul edildikdən sonra qüvvəyə minmiş hökmlər əsasında məhkum edilmiş şəxslər barəsində tətbiq edilir. Qeyd olunan qərarın 27-ci hissəsinə əsasən kassasiya ş ikayəti və ya protesti verilmiş məhkəmə qərarları üzrə məhkumlara bu Qərara uyğun olaraq amnistiya tətbiq edilməmişdirsə, onların şikayətlərinə və ya protestlərə kassasiya instansiyası məhkəməsində baxılarkən amnistiya tətbiq edilir. Məhkəmə kollegiyası təsvir edilən amnistiya aktının tələblərindən çıxış edərək, digər tərəfdən isə cəzanı icra edən orqan tərəfindən amnistiya aktının tətbiq edilməməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş hissəsi 06 ay azaldılmalıdır. Beləliklə, məhkəmə kollegiyası bütü n yuxarıda qeyd olunanlara əsaslanaraq, kassasiya şikayətinin təmin edilməməsi, lakin məhkum barəsində amnistiya aktının tətbiq edilməsi haqda dövlət ittihamçısının çıxışını dinləyərək belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2025-ci il tarixli qərarı dəyişdirilməli, məhkum barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilərək ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 1 il 2 ay 1 gün hissəsi 6 ay azaldılmalı, həmin tarixə onun çəkilməmiş cəzası 8 ay 1 gün müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azər baycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.4-cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumnzn Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 iyun 2025-ci il tarixli, 1(103)-1077/2025 saylı qərarı dəyişdirilsin. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci bəndinə əsasən Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının xx.xx.2025-ci il tarixə çəkilməmiş 1 il 2 ay 1 gün hissəsi 6 ay azaldılsın və həmi n tarixə onun çəkilməmiş cəzası 8 (səkkiz) ay 1 ( bir) gün müəyyən edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2368/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2368/2025
26.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver