Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2369/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə; Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 20 24-cü il tarixli qərarından Məhkum və onun müdafiəçisi Tağıvev Şahlar Tahir oğlu tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Roman Ələkbərli (sədrlik edən və məruzəçi), Dadaş İmanov və Mikayıl Məmmədzadə) 25 yanvar 2024-cü il tarixli, 1(100)51/2024 nömrəli hökmü ilə, xx xxxxxx 1983-cü ildə Xanlar rayonunda anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Göygöl şəhəri, A.Hacıyev küçəsi, ev 26, mənzil 1-də qeydiyyatda olmaqla, Göygöl şəhəri, şəhid Həsən Bayramov küçəsi, ev 67də yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirli bilinərək 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi reji mli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu 05 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmişdir. Belə ki, o, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2018-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs9 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən xidməti iş otağına gəlib sonuncuya 2014-cü ildə idarədə iş qəzası zamanı bir nəfərin ölməsi və həmin ölümlə bağlı onda tutarlı faktların olması, bununla bağlı təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” saytında məlumatlar dərc edəcəyini bildirib, həmin məlumatın dərc edilməməsi üçün Zərərçəkmiş şəxs9 1000 (bir min) manat verməsini tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün o, Zərərçəkmiş şəxs9 vəzifəli şəxslərə pul verməklə ölüm işini ört-basdır etməyi ilə bağlı 02 aprel 2018-ci il tarixdə “Demokratik.az” internet portalında “Əhmədzadə Qaralovdan nə xahiş edib Göygöl SSİ-də ölüm işi” başlığı altında həqiqətə uyğun olmayan məlumatları yerləşdirərərək Zərərçəkmiş şəxs9 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 1000 (bir min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqq ında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2018-ci ilin may ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs9 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən xidməti iş otağına gəlib sonuncuya rəhbəri olduğu idarə ilə bağlı onda xeyli sayda xoşagəlməz məlumatlar olduğunu və həmin məlumatları təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” saytında yerləşdirmək istədiyini, həmin məlumatların yerləşdirilməməsi üçün Zərərçəkmiş şəxs9 ona 1000 (bir min) manat pul verməsini tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün o, 04 iyun 2018-ci il tarixdə “Əhməd hardadır? - Göygöl Melioratorları bu suala cavab tapdı” başlığı altında Göygöl Suvarma Sistemləri İdarəsinin rəhbərinin ünvanına həqiqətə uyğun olmayan məqaləni “Demokratik.az” internet portalında yerləşdirməklə Zərərçəkmiş şəxs9 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 1000 (bir min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2018-ci ilin iyul ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışan Zərərçəkmiş şəxs9 Göygöl rayonu, Üçtəpə kəndində yerləşən xidməti iş otağına gəlib sonuncunun Göygöl rayon prokuroru haqqında xoşagəlməz ifadələr işlətməsi barədə onda materiallar olduğunu, həmin materialları təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” internet xəbər portalında yerləşdirməməsi üçün ona 2000 (iki min) manat pul verməsini tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün o, 08 avqust 2018-ci il tarixdə “Demokratik.az” internet portalında “Əhmədzadənin ərköyünü prokurora küfr edir – “başçının başına kül” deyir – Göygöldə” başlığı altında həqiqətə uyğun olmayan məlumatları yerləşdirməklə Zərərçəkmiş şəxs9 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 2000 (iki min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2022-ci ilin fevral ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl Rayon Mərkəzi Xəstəxanası Publ ik Hüquqi Şəxsdə ümumi şöbənin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs7 xidməti iş otağına gəlib sonuncunun və ailə üzvlərinin barəsində təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında məqalələr dərc edəcəyi barədə xəbərdarlıq edib, həmin məqalələrin dərc edilməməsi üçün Zərərçəkmiş şəxs7 ona 500 manat verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs7 pulu verməkdən imtina etdiyi üçün o, “demokratik.az” internet xəbər portalında 19 fevral 2022-ci il tarixdə “TƏBİB-dən YAP-a xəyanət! Partiyadan qovulan stomotoloqa yüksək vəzifə necə verilib?” başlığı altında həqiqətə uyğun olmayan məlumatları dərc etməklə Zərərçəkmiş şəxs7 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 500 (beş yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2022-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə həkim stomotoloq işləyən Zərərçəkmiş şəxs1 barəsində təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” internet portalında silsiləli şəkildə rüsvayedici məlumatlar dərc edəcəyi barədə sonuncunun qohumu Şahid3 məlumat verərək həmin məlumatların yayılmaması müqabilində Zərərçəkmiş şəxs1 ona 200 (iki yüz) manat, Göygöl rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin mühafizə xidmətinin rəhbəri vəzifəsində işləyən Şahid1 vasitəsi ilə isə 500 (beş yüz) manat verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs1 göstərilən məbləğlərd ə pulu ona vermədiyi üçün Zərərçəkmiş şəxs1 barəsində “demokratik.az” saytında 05 may 2022-ci il tarixdə “Göygöl Xəstəxanasının direktoru qazanc üçün poliklinikanın ayaqyolusunu da "yoxa çıxartdı"” başlığı altında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar dərc edərək nəticədə Zərərçəkmiş şəxs1 barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 700 (yeddi yüz) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Zərərçəkmiş şəxs6 xidməti iş otağına gəlib sonuncuya özünü “Demokratik.a z” saytının baş redaktoru kimi təqdim edərək ona bütün dövlət idarələrinin rəhbərləri tərəfindən aylıq pul verildiyini, pul verməyənlərin isə aqibətinin Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışmış Zərərçəkmiş şəxs9 kimi işdən çıxarıldığını, bunun üçün də hər ay ona 150 manat pul verməsini, verməyəcəyi təqdirdə rəhbərlik etdiyi xəstəxana ilə bağlı bütün xoşagəlməz məlumatları silsiləli şəkildə təsisçisi və baş redaktoru olduğu “Demokrtik.az” saytında yerləşdirəcəyini bildirib, 10 gün sonra 2021-ci ilin sentyabr ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə yenidən xəstəxanaya gəlib ona veriləcək aylıq 150 manatın əvəzinə arvadını xəstəxanada işə qəbul etdirmək istəyini bildirmiş, lakin Zərərçəkmiş şəxs6 onun tələbləri ilə razılaşmadığı üçün 27 noyabr 2021-ci il tarix də “Göygöl Mərkəzi Xəstəxanası yoxsa Balçılı Publik Hüquqi Şəxs?” 30 dekabr 2021-ci il tarixdə “”TƏBİB”-dən Göygöl MRX PHŞyə maraqlı cavab: “Bizi narahat etməyin!””, 31 dekabr 2021-ci il tarixdə “”TƏBİB”-in diqqətinə! Zərərçəkmiş şəxs6 kollektivi sağlamlıqla deyil, “trolluq”la məşğuldur” başlıqları altında məlumatları təsisçisi və baş redaktoru olduğu “Demokratik.az” internet xəbər portalında yerləşdirdikdən sonra vahid niyyətlə əhatə olunan davamlı qəsdlə yenidən 2022-ci ilin mart ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon Mərkəzi Xəstəxanasına gələrək xəstəxananın ətrafından fotoşəkillər çəkdikdən sonra 2022-ci ilin aprel ayında dəqiq günü istintaqa məlum olmayan tarixdə Göygöl rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin mühafizə xidmətinin rəhbəri vəzifəsində işlə yən Şahid1 vasitəsi ilə xəstəxananın baş həkimi Zərərçəkmiş şəxs6 xəstəxana haqqında yazıların bundan sonra davamlı olacağını, sonucunun da taleyinin Göygöl Suvarma Sistemləri İdarəsinin rəisi vəzifəsində çalışmış Zərərçəkmiş şəxs9 taleyi ilə eyni olacağını bildirərək yazıların dayandırılması üçün ilkin olaraq Zərərçəkmiş şəxs6 Şahid1 vasitəsi ilə 500 (beş yüz) manat pul tələb etmiş, Zərərçəkmiş şəxs6 həmin məbləğdə pulu verməklə razılaşsa da, göstərilən məbləğdə pulu vaxtında çatdırıb vermədiyi üçün sonuncudan 500 (beş yüz) manat əvəzinə 700 (yeddi yüz) manat verməsini tələb etmiş, Zərərçəkmiş şəxs6 700 (yeddi yüz) manat pulu bir gün müddətində gecikdirdiyi üçün 3000 (üç min) manat pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs6 3000 (üç min) manat pulu verməkdən imtina etdiyi üçün 15 aprel 2022 -ci il tarixdə “Zərərçəkmiş şəxs6 Göygöl MRXnin qazon örtüyünü niyə dağıtdırıb”, 02 iyun 2022-ci il tarixdə “Göygöl xəstaxanasının direktoru rüşvət aldı və laborotoriya müdirini döydü cinayət işi açıldı” başlığı altında məqalələr yerləşdirib göstərilən dövr ərzində Zərərçəkmiş şəxs6 barəsində həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yaymaq hədəsi ilə 3000 (üç min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə Göygöl şəhəri, İbrahim Əliyev prospekti, ev 38-də yaşayan, Gəncə şəhərində yerləşən “Yeni Gəncə Tibb Mərkəzi”nin həkimi Zərərçəkmiş şəxs3 10 iyun 2022-ci il tarixdə sonuncunun haqqında təsisçisi və b aş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında “X5 klinikasında şok: cinayət ört-basdır edilir” başlığı altında dərc etdiyi həqiqətə uyğun olmayan məlumatların silinməsi qarşılığında 12 iyun 2022-ci il tarixdə saat 11:03-də və 13 iyun 2022-ci il tarixdə saat 13:59-da istifadəsində olan 051 *** ** ** saylı mobil telefon nömrəsi vasitəsi ilə Zərərçəkmiş şəxs3 istifadəsində olan 050 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb sonuncudan və Yeni Gəncə Tibb Mərkəzinin direktoru Zərərçəkmiş şəxs4 hər birindən ayrı ayrılıqda 1500 (min beş yüz) manat olmaqla ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini verməsini tələb etmiş, lakin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 ona istədiyi məbləğdə pulu vermədiyi üçün “X5 klinikasında şok: cinayət ört-basdır edilir” başlığı altında dərc etdiyi həqiqətə uyğun olmayan məlumatları təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında saxlayaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 ümumilikdə 3000 (üç min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə Azərbaycan Dövlət Aqrar Universitetində ingilis dili fənni üzrə müəllimə işləyən Zərərçəkmiş şəxs5 barəsində 16 iyun 2022-ci il tarixdə “Gəncədə dələduz universitet müəllimi görün nə işlər görüb-şikayət” başlığı altında həqiqətə uyğun olmayan rüsvayedici məlumatları yerləşdirdikdən sonra 17 iyun 2022-ci il tarixdə saat 10:12-də, saat 14: 04-də, saat 14:08-də, 20 iyun 2022-ci il tarixdə saat 18:21-də və saat 20:25-də istifadəsində olan 051 *** ** ** saylı mobil telefon nömrəsi vasitəsi ilə Zərərçəkmiş şəxs5 istifadəsində olan 051 *** ** ** saylı mobil telefon nömrəsi ilə əlaqə saxlayıb sonuncu ilə 21 iyun 2022-ci il tarixdə Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Xan bağı” adlanan istirahət parkının yaxınlığında görüşüb təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında yazmış olduğu göstərilən məlumatların silinməsi qarşılığında Zərərçəkmiş şəxs5 5000 (beş min) manat məbləğində pul tələb etmiş, lakin Zərərçəkmiş şəxs5 həmin məbləğdə pulu ona verə bilmədiyi üçün “Gəncədə dələduz universitet müəllimi görün nə işlər görüb-şikayət” başlığı altında yazdığı məqaləni “demokratik.az” internet xəbər po rtalında saxlamaqla Zərərçəkmiş şəxs5 5000 (beş min) manat məbləğində pul vəsaitini hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrar, tamah niyyəti ilə zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etmək məqsədilə ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs8 25 iyun 2022-ci il tarixdə onun Göygöl rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyən qardaşı qızı X1 haqqında təsisçisi və baş redaktoru olduğu “demokratik.az” internet xəbər portalında həqiqətə uyğun olmayan rüsvayedici məlumatlar yayıb işdən çıxartdıracağı adı ilə Zərərçəkmiş şəxs8 Göygöl şəhəri, Hummel küçəsində yerləşən H.Əliyev parkının qarşısında hədə qorxu ilə 500 (beş yüz) manat pul vəsatini tələb edib almışdır. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyas ının (hakimlər Salman Hüseynov (sədrlik edən və məruzəçi), Əlizamin Abdullayev və Nural Əliyev) 16 may 2024cü il tarixli 1(104)-239/2024 nömrəli qərarı ilə məhkumun və zərərçəkmiş şəxslərin apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 25 yanvar 2024-cü il tarixli 1(100)51/2024 nömrəli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum və onun müdafiəçisi Tağıvev Şahlar Tahir oğlu ayrı-ayrılıqda kassasiya şikayətləri verərək Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024cü il tarixli qərarının ləğv edilməsi və məhkum barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişlər. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin hökmü və apellyasiy a instansiya məhkəməsinin qərarı ədalətsizdir, qeyriqanunidir. Çünki həm hökm, eləcə də apellyasiya məhkəməsinin qərarı onun hüquq və azadlıqlarını pozur, qüvvədə olan hökm onun qanunsuz həbsdə saxlanılmasına və məhkum olunmasına səbəb olur. Apellyasiya məhkəməsi barəsində olan hökmdə yer alan prosessual nöqsan və özbaşınalıqları tədqiq etməmiş, apellyasiya qərarında işin məcmusuna düzgün və ədalətli hüquqi qiymət verilməmişdir. Zərərçəkmiş şəxslər barəsində yayımlanmış bütün materiallardan görünür ki, zərərçəkmiş şəxslərin özləri və yaxın qohumları barədə arzuolunmaz hesab edilən rüsvayedici hansısa məlumat mövcud deyil. Hədə-qorxu ilə tələbetmə təqsirkarda birbaşa niyyət və tamah məqsədi olmasını ehtiva edir. Nəzərə alınmalıdır ki, cinayət işi materiallarına əlavə edilmiş və “demokrati k.az” saytında dərc edilmiş bütün tənqidi materiallar dərc edildikdən dərhal sonra ölkənin bütün qurumlarına - Prezident Administrasiyasına, DTX-ya, DİN-ə, Nazirlər Kabinetinə, Səhiyyə Nazirliyinin TƏBİB-ə və digər aidiyyəti qurumlara elektron poçt vasitəsi ilə göndərilmiş, yəni Məhkum jurnalistika fəaliyyətində heç bir hədə-qorxu ilə pul tələbetmə niyyəti olmamışdır. Yəni, məqalələrin dərcində məqsəd adıçəkilən məmurların iş fəaliyyətlərindəki nöqsanlarını ictimailəşdirmək olmuşdur. Yayılmış tənqidi materiallarından hədə-qorxu kimi istifadə olunmamışdır. Məqalələrdə heç bir rüsvayedici xarakter olmamışdır. Müdafiəçi Tağıvev Şahlar Tahir oğlu kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cinayət işi üzrə istintaq hərəkətləri protokollarına və zərərçəkmiş şəxslərin ifadələrinə is tinad edərək Məhkum təqsirli bilinərək cəzalandırılmasına dair hökm çıxarmışdır, halbuki, məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərdən başqa heç kim Məhkum 9 epizod üzrə zərərçəkmiş şəxslərdən hədə-qorxu ilə pul tələb etməsini görməmişdir. Zərərçəkmiş şəxslərin ifadələrinə gəldikdə isə hər epizod üzrə zərərçəkmiş şəxslər göstərir ki, Məhkum onların barəsində rüsvayedici məlumatları yaymış, sonradan isə onlardan pul tələb etmişdir. Həmçinin bütün epizodlar üzrə Məhkum pul tələb etməsi ittiham aktında konkret olaraq hansı tarixdə baş verməsi qeyd olunmur, bütün epizodlar üzrə göstərir ki, dəqiq günü istintaqa məlum olmayan tarixdə guya pul tələb edilmişdir. Məhkum barəsində çıxarılmış ittiham hökmündən görünür ki, heç bir epizod üzrə mötəbər sübut yoxdur, eyni zamanda da törədilmi ş əməlin heç birində cinayət tərkibi yoxdur. Azərbaycan Respublikası CM-in 182-ci maddəsinin məzmunundan görünür ki, hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatları yayacağı və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlərdir. “Hədə-qorxu ilə tələb etmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 dekabr 1998-ci il tarixli, 2 nömrəli qərarında qeyd edilir ki, rüsvayedici məlumatları yaymaq hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin edilməsini tələb etmə dedikdə, zərərçəkmiş şəxsin və ya onun yaxın qohumların ın şərəf və ləyaqətinə xələl gətirə biləcək rüsvayedici məlumatların yayılması hədəsi ilə əmlakı və ya ona olan hüquqları və ya əmlak xarakterli digər hərəkətlərin yerinə yetirilməsini tələb etmə başa düşülür. Nəzərə almaq lazımdır ki, hədə-qorxu ilə tələb etmə zamanı gələcəkdə yayılması ilə hədələnilən rüsvayedici məlumatların həqiqətə uyğun olub-olmaması əhəmiyyət kəsb etmir. Əgər zərərçəkmiş şəxs və ya onun yaxın qohumları haqqında bilə-bilə böhtan və ya təhqiredici xarakterli məlumatlar yayılmış olarsa, onlar xüsusi ittiham qaydasında şikayətlə böhtan və yaxud təhqir xarakterli məlumatları yaymış şəxsin CM-in 147-ci maddəsi və yaxud 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəməyə müraciət edə bilərlər. Ona görə də Məhkum əməlində Azərbaycan Respublikası CM-in 182. 2.2-ci maddəsinin tərkibi yoxdur. Ona görə də Azərbaycan Respublikası CPM-in 42.1.2 və 42.2.2-ci maddələri tətbiq edilməklə barəsində bəraət hökmü çıxarılmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, məhkumun və müdafiəçinin kassasiya şikayətlərinin dəlillərini araşdırıb, cinayət prosesinin iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Məhkum və onun müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərinin əsas dəlili ondan ibarətdir ki, məhkuma elan edilmiş ittiham məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq edilməmiş, lakin birinci instansiya məhkəməsi sübutları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərin ə uyğun tədqiq etmədən qərəzli mövqe tutaraq, mümkün olmayan sübutlara əsaslanıb onun əməli əsassız olaraq CM-in 182.2.2-ci maddəsi tövsif edərək barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı cinayət işinin materialları araşdıraraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin təl əblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi cin ayət işi üzrə sübutları araşdıraraq nəticəyə gəlmişdir ki, Məhkum özünü elan edilmiş ittiham üzrə təqsirli bilməsə də, onun həmin ittiham üzrə təqsirli olması, yəni təkrar zərərçəkmiş şəxslərin haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə özgənin əmlakını hədə-qorxu ilə tələb etməsi zərərçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə təsdiq olunur. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, Məhkum sözü gedən cinayəti törətməməsinə dair məhkəmədə verdiyi ifadə işin faktiki halları ilə ziddiyyət təşkil etdiyindən və iş üzrə toplanmış sübutlarla təkzib edildiyindən həqiqətə uyğun olmayan və özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayətləri üzrə işə baxaraq, b irinci instansiya məhkəməsinin məhkumun əməlinin tövsifinə və onun təqsirinin sübuta yetirilməsinə dair gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası məhkəmələr tərəfindən tədqiq edilmiş sübutları və işin hallarını nəzərdən keçirib hesab edir ki, işə baxan birinci və apellyasiya instansiyası məhkəmələri məhkumun təqsirini müəyyən etməklə və əməlini CM-in 182.2.2-ci maddəsi ilə tövsif etməklə düzgün nəticəyə gəlmişlər. İş materiallarından görünür ki, məhkəmələrin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmış, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etmiş və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq nəticəyə gəlir ki, hə min sübutlar Məhkum elan edilmiş ittihamda təqsirli olması barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Göründüyü kimi məhkəmələr həmin sübutları Azərbaycan Respublikası CPM-in 144145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsi sübuta yetirilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun və onun müdafiəçisinin kassasiya şikayətlərinin məhkumun barəsində bəraətverici əsaslarla cinayət işinə xitam verilməsi barədə dəlillərinin əsassız olduğu qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5-ci maddəsinə görə aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda; bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Məhkəmə kollegiyası bu barədə qeyd etmək istəyir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlara hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası Məhkum əməlinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutları n məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Apellyasiya instansiyasında apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda hüquqi qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Buna əsasən də kassasiya kollegiyası şikayətinin bu dəlilini əsassız sayır. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum əməli CM-in 182.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və işə baxılarkən cinayət və cinayət-prosessual hüquq normaları düzgün tətbiq edilmişdir, işin faktiki halları və əməlin hüquqi tövsifi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Cinayət işinin materiallarından göründüyü kimi, ibtidai araşdırma zamanı sadalanan sübutların əldə olunması və onların birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması zamanı hər hansı bir qanun pozuntusuna yol verilməmiş, məhkəmə baxışı zamanı yolver ilməz sübutlardan istifadə olunmamış, cinayət prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş sübutların tədqiqindən əsassız olaraq imtina edilməmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilmiş hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halla rı nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətlərin təmin edilmədən, Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 182.2.2-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2369/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2369/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver