Məhkəmə qərarları › İş №1(102)-237/2019

Ali Məhkəmə Qərar — İş №1(102)-237/2019

19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-237/2019 19.02.2019 ALİ MƏHKƏMƏ İş № 1(102)-237/19 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ 19 fevral 2019-cu il şəhəri Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin, zərərçəkmiş şəxslər Zərərçəkmiş ş əxs30, Zərərçəkmiş şəxs3 və X18 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarından Zərərçəkmiş şəxs30 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Ə.Q.Quliyev (sədrlik edən və məruzəçi), R.Ə.Sadıxov və İ.X.Həsənzadədən ibarət tərkibdə) 05 aprel 2018-ci il tarixli hökmü ilə xx xxxx 1975-ci ildə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşamış; Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun müvəqqəti saxlama yerində saxlanıldığı 3 gün təyin edilmiş cəzadan çıxılmaqla üzərində 5 (beş) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 05 aprel 2018-ci il tarixdən hesablanmışdır. İş üzrə Zərərçəkmiş şəxs30 və qeyrilərinə dəymiş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında iddia vermək hüquqları izah edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 200 manat, təkrarən zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs31 400 manat, X5 1200 manat, Zərərçəkmiş şəxs19 2000 manat, Zərərçəkmiş şəxs22 1500 manat, Zərərçəkmiş şəxs2 0 3200 manat, Zərərçəkmiş şəxs1 200 manat, Zərərçəkmiş şəxs24 4000 manat, Zərərçəkmiş şəxs15 3800 manat, Zərərçəkmiş şəxs17 8000 manat, Zərərçəkmiş şəxs27 5500 manat, X7 700 manat, Zərərçəkmiş şəxs5 500 manat, X14 2000 manat, Zərərçəkmiş şəxs33 1200 manat, Zərərçəkmiş şəxs7 1000 manat, X8 700 manat, X14 1000 manat, Zərərçəkmiş şəxs3 600 manat, X9 800 manat, X20 1700 manat, X5 1200 manat, Zərərçəkmiş şəxs4 4000 manat, Zərərçəkmiş şəxs33 800 manat, X1 5280 manat, Zərərçəkmiş şəxs32 400 manat, Zərərçəkmiş şəxs3 1200 manat, Zərərçəkmiş şəxs4 2000 manat, X17 250 manat, Zərərçəkmiş şəxs7 2000 manat, Zərərçəkmiş şəxs21 750 manat, Zərərçəkmiş şəxs34 800 manat, Zərərçəkmiş şəxs34 1200 manat, X27 1200 manat, Zərərçəkmiş şəxs11 1720 manat, Zərərçəkmiş şəxs2 2000 manat, Zərərçəkmiş şəxs6 1100 manat, X 25ə 800 manat, Zərərçəkmiş şəxs26 4000 manat, X7 300 manat, X24ə 500 manat, Zərərçəkmiş şəxs13 2000 manat, X15 1500 manat, X39 1200 manat, Zərərçəkmiş şəxs30 54,734 manat 3 qəpik təşkil edən 36.000 ABŞ dolları, X21 400 manat, X16 350 manat, Zərərçəkmiş şəxs3 400 manat, X7 300 manat, Zərərçəkmiş şəxs7 1000 manat, zərərçəkmiş şəxs X22 13000 manat, Zərərçəkmiş şəxs29 950 manat, Zərərçəkmiş şəxs10 800 manat, X28 800 manat, X11 2700 manat, Zərərçəkmiş şəxs29 750 manat, Zərərçəkmiş şəxs3 2000 manat, Zərərçəkmiş şəxs14 Şakir qızına 1500 manat, Zərərçəkmiş şəxs8 1200 manat, X3 350 manat, Zərərçəkmiş şəxs12 500 manat, X28 800 manat, Zərərçəkmiş şəxs32 400 manat, X21 200 manat, X28 1400 manat, Zərərçəkmiş şəxs9 1800 manat, Zərərçəkmiş şəxs32 200 manat, X12 2500 manat, Zərərçəkmiş şəxs32 300 manat, X 24 1200 manat, X25 3000 manat, X21 400 manat və Zərərçəkmiş şəxs28 250 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər H.H.Əhmədov (sədrlik edən və məruzəçi), Ə.İ.Qasımov və İ.M.Murquzovdan ibarət tərkibdə) 21 iyun 2018-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 05 aprel 2018-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin edilmiş cəza ağırlaşdırılaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına qaldırılmış, məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiuş apellyasiya şikayəti təmin edilməmiş, Zərərçəkmiş şəxs30 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin bu qərarından narazı qalan Zərərçəkmiş şəxs30 verdiyi kassasiya şikayətində xahiş edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli qərarı ləğv edilsin, məhkum Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 178.3.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş yuxarı həddə cəzanın təyin edilməsi barədə qərar qəbul edilsin. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətinin dəlillərini Zərərçəkmiş şəxs30 onunla əsaslandırır ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş 57.000 manat ziyan ödənilməmiş olaraq qalır. Həmçinin məhkum Təqsirləndirilən şəxs ondan başqa digər insanları (iş üzrə digər zərərçəkmiş şəxsləri) aldadaraq onlara ziyan vurmuş, təqsirləndirilən şəxs həbs olunana qədər cinayət törətməkdə davam etmişdir. Bu da ona dəlalət ed ir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olması barədə verdiyi izahat səmimi deyil və cəzanı yüngülləşdirmək məqsədi daşıyır. Yaranmış şəraitdə təqsirləndirilənə 7 il azadlıqdan məhrum edilmə cəzası təyin olunması törədilən əmələ adekvat cəza sayıla bilməz, xüsusilə ona münasibətdə təyin olunan cəza ədalətsizdir. Bir qadın olaraq ona 57000 manat məbləğində ziyan vurulması onun həyatını məhv edib, onu çıxılmaz duruma salıb. Təqsirləndirilən şəxs cəza təyin edərkən məhkəmə kollegiyası törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini nəzərə almamışdır. Nəzərə almaq lazımdır ki, təqsirləndirilən ona vurduğu zərəri ödəməyəcəkdir. Belə olduğu halda ona maddənin sanksiyasında nəzərdə tutulan daha yüksək həddə cəza təyin edilməlidir. Məhkəmə kollegiyası işin materialların ı öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya şikayətinin başlıca dəlili məhkum Təqsirləndirilə n şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təyin olunmuş cəzanın yüngül olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə tə qsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci m addələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi birinci instansiya məhkəməsi hökmün əsaslandırıcı hissəsində maddi hüquq normalarının tətbiqinə istinad edərək nəticə hissəsində bu normalara riayət etməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, X27, Zərər çəkmiş şəxs6, Zərərçəkmiş şəxs8, X22, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, X3, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs15, Zərərçəkmiş şəxs16, X9, Zərərçəkmiş şəxs19, Zərərçəkmiş şəxs20, Zərərçəkmiş şəxs22, Zərərçəkmiş şəxs23, X5, X14, X17, Zərərçəkmiş şəxs26, Zərərçəkmiş şəxs27, Zərərçəkmiş şəxs28, X24, X11, X16, X1, X10, Zərərçəkmiş şəxs31, X7, Zərərçəkmiş şəxs33, Zərərçəkmiş şəxs34, X13 dəymiş maddi ziyanı tam ödəməsini, onların Təqsirləndirilən şəxs qarşı şikayət və tələblərinin olmamasını, məhkumun ilk dəfə olaraq cinayət hadisəsini törətməsini, ailənin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hallar kimi və əməlində cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə ona 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Apellyasiya instansiya məhkəməsi isə hökmlə məhkum Təqsirləndirilən şəxs oğluna təyin olunmuş cəzanın minimum həddə yaxın olmasını, yəni cəzanın yüngül olmasını nəzərə alıb, məhkum Təqsirləndirilən şəxs cəzasını 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına qədər artırmışdır. Nəzərə alınsa ki, CM-in 178.3.2-ci maddəsinin sanksiyasında 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası müəyyən edilmişdir və məhkəmə də maddənin sanksiyasının orta həddində olan 7 il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir, belə cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Həmçinin nəzərə almaq lazımdır ki, iş üzrə 34 nəfər zərərçəkmiş şəxsə yetirilmiş zərər aradan qaldırılmışdır. Kassasiya koll egiyasının qənaətinə görə məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini düzgün nəzərə almışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.0.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qəra rdan görünür ki, məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları kifayət qədər nəzərə almışdır. İşin materiallarından da məhkum Təqsirləndirilən şəxs oğlunun cəzasının ağırlaşdırılması üçün digər əsaslar müəyyən edilməmişdir. Odur ki, kassasiya şikayətinin dəlili əsassızdır. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarının zərərçəkmiş şəxsin verdiyi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əs asən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 iyun 2018-ci il tarixli Təqsirləndirilən şəxs haqqındakı qərarı Zərərçəkmiş şəxs30 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilməsin. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar