Məhkəmə qərarları › İş №1(102)-237/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-237/2020

11.03.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-237/2020 11.03.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Nəsibov Hafiz Qənbər oğlu və Seyfəliyev Əli Səlim oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkan Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və “X11” MMC-nin nümayəndəsi, Bakı şəhəri 16 saylı Vəkil Bürosunun vəkili Yusifov Ülvü Rövşən oğlunun Məhkum X5 müdafiəçisi, Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Mansurov Çingiz Nizami oğlunun iştirakları ilə xx xxxxxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, hal hazırda həbsdə olan Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 178.3.2-ci maddəsi ilə xx xxxxxx 1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşamış Məhkum2 CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından Məhkum1 müdafiəçisi, Bakı şəhəri “Femida” Vəkil Bürosunun vəkili Rzazadə Cavid Əfsər oğlu, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və “X11” MMC tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: Ə.N.Hacıyev (sədrlik edən), F.A.Qəribov və T.Q.Hüseynov) Məhkum2 CM-nin 178.3.2 və 179.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinərək, CM-nin 178.3.2-ci maddəsi ilə barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə, CM-nin 179.3.2-ci maddəsi ilə barəsində CM-nin 46.2ci maddəsi tətbiq edilməklə 1 (bir) il 6 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx xxxxxx 2018-ci il tarixdən xx xxx 2019-cu il tarixədək hazırki cinayət işi üzrə həbsdə saxlanıldığı 6 (altı) ay 21 (iyirmi bir) gün müddət təyin edilən cəzaya hesablanaraq ondan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 9 (doqquz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, CM-nin 79.1-ci maddəsinə əsasən Məhkum2 uşaqları xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X10 14 yaşına çatana qədər üzərində saxlanılan 2 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 9 (doqquz) gün azadlıqdan məhrum etmə cəzasımn çəkilməsi təxirə salınılmış, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilmiş, başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minib icraya yönəldilənədək dəyişdirilmədən saxlanılmışdır. Məhkum1 CM-nin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinərək, 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək tutulduğu 2 gün müddət ona təyin edilmiş çəzadan çıxılmaqla, üzərində qəti olaraq 7 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxxxx 2018-ci il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkumların müdafiəçiləri və zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayətləri verilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: M.Ə.Abbasov (sədrlik edən), E.E.Rəhimov və V.Ə.Mursaqulov) zərərçəkmiş şəxslər və Məhkum2 müdafiəçisi tərəfindən verilmiş apellya siya şikayətləri təmin edilməmiş, Məhkum1 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü dəyişdirilmişdir. Məhkum1 CM-nin 178.3.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ildən 7 (yeddi) ilə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallanndan görünür ki, Məhkum2 özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, qabaqcadan əlbir olan bir qrup şəxs qismində öz qulluq mövqeyindən istifadə etməklə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək külli miqdarda ziyan vurmaqla, təkrarən dələdu zluq etmiş, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgənin külli miqdarda əmlakını təkrarən mənimsəməklə talamışdır. Belə ki, o, hüquqi ünvanı ünvan 3ru vəzifəsində işlərkən öz qulluq mövqeyindən istifadə edib əri Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Məhkum1 tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs1 x xxxxxx 2016-cı il tarixdə özlərini turizm sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib, aviabiletlərin əvvəlcədən ucuz qiymətə alınıb, sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, həmin biznesin r entabelli olması və davamlı gəlirlər gətirməsi görüntüsünü yaratmaq məqsədi ilə həmin tarixdən xx xxxxxxx 2016-cı il tarixədək Bakı şəhərinin müxtəlif yerlərində Zərərçəkmiş şəxs1 hissə-hissə olmaqla müxtəlif məbləğlərdə pul alıb, əsas məbləği və üzərində, cəmi 61.770 manat məbləğində qazanc adı ilə Zərərçəkmiş şəxs1 qaytarmaqla özlərinə tam inam yaratdıqdan sonra aralarında olan ümumi cinayətkar niyyətə uyğun olaraq. xx xxxxxxx 2016-cı il tarixdə Məhkum1 vasitəsilə Bakı şəhərinin Nəsimi rayonu ərazisində yerləşən "W-T" telefon mağazasında Zərərçəkmiş şəxs1 14.700 ABŞ dollan-həmin dövrün rəsmi məzənnəsi ilə 23.520 (iyirmi üç min beş yüz iyirmi) manat, xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri ərazisində Məhkum1 vasitəsilə 18.900 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 30.411,99 manat (otuz min dörd yüz on bir manat doxsan doqquz qəpik), xx xxxxxxx 2016cı il tarixdə Bakı şəhəri ərazisində Məhkum1 vasitəsilə 16.800 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 27.368,88 manat (iyirmi yeddi min üç yüz altmış səkkiz manat səksən səkkiz qəpik), xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri ərazisində Məhkum1 vasitəsilə 15.000 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 24.571,5 manat (iyirmi dörd min beş yüz yetmiş bir manat əlli qəpik), x xxxxxx 2016-cı il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində, Nizami metro stansiyasının yaxınhğında Məhkum1 vasitəsilə 45.528 ABŞ dollarıhəmin dövrün rəsmi məzənnəsi ilə 75.558,26 manat (yetmiş beş min beş yüz əlli səkkiz manat iyirmi altı qəpik), vahid niyyətlə cəmi 181.430.63 manat (bir yüz səksən bir min dörd yüz otuz manat altmış üç q əpik) məbləğində pulunu alıb ələ keçirməklə qabaqcadan əlbir olduğu Məhkum1lə öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş Zərərçəkmiş şəxs1 külli miqdarda ziyan vurmaqla dələduzluq etmışdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işlərkən öz qulluq mövqeyindən istifadə edib əri Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Məhkum1 tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs3 x xxxxx 2016-cı il tarixdə özlərini turizm sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib. aviabiletiərin ət vəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, həmin biznesin rentabelli olması və davamlı gəlirlər gətirməsi görüntüsünü yaratmaq məqsədi ilə həmin tarixdən xx xxxxxxx 2016-cı il tarixədək Bakı şəhərinin müxtəlif yerlərində Zərərçəkmiş şəxs3 hissə-hissə olmaqla bir neçə dəfəyə müxtəlif məbləğlərdə pullar alıb, əsas məbləği və üzərində 850 manat məbləğində qazanc adı ilə Zərərçəkmiş şəxs3 qaytarmaqla özlərinə tam inam yaratdıqdan sonra, aralarında olan ümumi cinayətkar niyyətə uyğun olaraq, xx xxxxxxx 2016-cı il tarixdə Məhkum1 vasitəsilə Bakı şəhəri, Nəsimi rayonu. ərazisində yerləşən "W-T" telefon mağazasında Zərərçəkmiş şəxs3 19.950 ABŞ dollanhəmin dövrün rəsmi məzənnəsi ilə 32.101,54 manat (otuz iki mi n bir yüz bir manat əlli dörd qəpik), xx xxxxxxx 2016-cı il tarixdə özü işlədiyi həmin şirkətin ofısində Zərərçəkmiş şəxs3 13.400 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 21.722,74 manat rmi bir min yeddi yüz iyirmi iki manat yetmiş dörd qəpik), xx xxxxxxx 2016-cı il tarixdə özü həmin ofısdə Zərərçəkmiş şəxs3 ilkin olaraq 10.800 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 17.594,28 manat (on yeddi min beş yüz doxsan dörd manat iyirmi səkkiz qəpik), həmin gün ərzində daha 17.100 ABŞ dollarıhəmin dövrün rəsmi məzənnəsi ilə 27.857,61 manat (iyirmi yeddi min səkkiz yüz əlli yeddi manat altmış bir qəpik), yenidən özü xx xxxxxxx 2016-cı il tarixdə Bakı şəhəri ərazisində 14.880 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 24.374,92 manat (iyirmi dörd min üç yüz yetmiş dörd manat doxsan iki q əpik), yenidən x xxxxxx 2016-cı il tarixdə Məhkum1 vasitəsilə Bakı şəhəri ərazisində 13.800 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 22.605,78 manat (iyirmi iki min altı yüz beş manat yetmiş səkkiz qəpik), yenidən x xxxxxx 2016-cı il tarixdə Məhkum1 vasitəsilə Bakı şəhəri ərazisində 15.480 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 25 526,52 manat (iyirmi beş min beş yüz iyirmi altı manat əlli iki qəpik). yenidən x xxxxxx 2016-cı il tarixdə Məhkum1 vasitəsilə 10.000 ABŞ dollarıhəmin dövrün rəsmi məzənnəsi ilə 16.596 manat (on altı min beş yüz doxsan altı) məbləğində pulu, vahid niyyətlə, cəmi 188.379,39 manat (bir yüz səksən səkkiz min üç yüz yetmiş doqquz manat otuz doqquz qəpik) məbləğində pulunu alıb qabaqcadan əlbir olduğu Məhkum1lə öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcl əyərək, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş Zərərçəkmiş şəxs3 külli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, həmin vəzifədə işlərkən öz qulluq mövqeyindən istifadə edib əri Məhkum1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək vahid niyyətlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək məqsədilə Məhkum1 tanışı Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 x xxxxxx 2016-cı il tarixdə özlərini turizm sahəsində uzun müddət işləməklə peşəkar şəxs kimi təqdim edib, aviabiletlərin əwəlcədən ucuz qiymətə alınıb sonradan baha qiymətə satılması biznesi ilə birgə məşğul olduqları təqdirdə külli miqdarda qazanc əldə edəcəklərini yalandan vəd verib aldadaraq, həmin biznesin rentabelli olması və davamlı gəlirlər gətirməsi görüntüsünü yaratmaq məqsədi ilə həmin tarixdən xx xxxxxxx 2016-cı il tarixədək Bakı şəhərinin müxtəlif yerlərində Zərərçəkmiş şəxs2 və sonuncunun cinayətdən xəbəri olmayan digər şəxslər vasitəsilə bir neçə dəfəyə hissə-hissə göndərdiyi müxtəlif məbləğlərdə pul alıb. əsas məbləği və üzərində 18.750 manat məbləğində qazanc adı ilə Zərərçəkmiş şəxs2 qaytarmaqla özlərinə tam inam yaratdıqdan sonra. aralannda olan ümumi cinayəıkar niyyətə uyğun olaraq. xx xxxxxxx 2016-cı il tarixdə Məhkum1 vasitəsi Bakı şəhəri. Nəsimi rayonu ərazisində yerləşən "W-T" telefon mağazasmda Zərərçəkmiş şəxs2 38.640 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 62.175,62 manat (altmış iki min bir yüz yetmiş beş manat altmış iki qəpik), y enidən xx xxxxxxx 2016-cı il tarixdə həmin ünvanda 14.700 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 23.741,97 manat (iyirmi üç min yeddi yüz qırx bir manat doxsan yeddi qəpik), yenidən x xxxxxx 2016-cı il tarixdə həmin ünvanda ilkin olaraq 13.500 ABŞ dollarıhəmin gün ərzində daha 15.840 ABŞ dolları olmaqla, cəmi 29.340 ABŞ dolları-həmin dövrün rəsmi məzənnəsi ilə 48.381,66 manat (qırx səkkiz min üç yüz səksən bir manat altmış altı qəpik), vahid niyyətlə, cəmi 134.299,25 manat (bir yüz otuz dörd min iki yüz doxsan doqquz manat iyirmi beş qəpik) məbləğində pulunu alıb ələ keçirməklə qabaqcadan əlbir olduğu Məhkum1lə öz aralarında bölüb şəxsi ehtiyaclarına xərcləyərək, öz qulluq mövqeyindən istifadə edib qabaqcadan əlbir olan bir qrup şəxs qismində zərərçəkmiş Zərərçəkmiş şəxs2 külli miqda rda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, x xxxxxx 2017-ci il tarixdən hüquqi ünvanı ünvan 4l" MMC-nin tur operatoru vəzifəsində işləyərkən onunla bağlanmış eyni tarixli əmək və tam maddi məsuliyyət haqqında müqavilələrə əsasən, əmək münasibətləri prosesində işəgötürənin etibar edərək verdiyi əmlakın, maddi və digər sərvətlərin qorunub saxlanılması, satışı və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən və digər səlahiyyətlərə malik məsul şəxs olmasma baxmayaraq, öz qulluq mövqeyindən istifadə etməklə ona etibar edilmiş özgə əmlakını vahid qəsdlə mənimsəmə yolu ilə talama məqsədilə, həmin tarixdən x xxxx 2017-ci il tarixədək olan müddətdə cəmiyyətin ünvan 5 ünvanında yerləşən ofisində "xxxx" MMC-yə məxsus 117.363.29 manat dəyərində aviabiletləri müxtəlif müştərilərə sataraq, onlardan işlədiyi ofısdə qəbul etdiyi vəsaitin 38.821 manatını kassa mədaxil orderi yazılmadan Cəmiyyətin pul vəsaitlərinin uçotu apanlan kitabına qeyd etməklə cəmiyyətin xəzinəsinə mədaxil edib, qalan pul vəsaitini isə qeyd olunan dövr ərzində hissə-hissə olmaqla Cəmiyyətin ofisində həmin kitabda qeydiyyat aparmayıb cəmiyyətin xəzinəsinə mədaxil etməyərək ona etibar edilmiş cəmi 78.542,29 manat (yetmiş səkkiz min beş yüz qırx iki manat iyirmi doqquz qəpik) məbləğində pulu vahid niyyətlə götürüb şəxsi ehtiyaclarına sərf etməklə "xxxx" MMC-nin ona etibar olunmuş külli miqdarda əmlakını qulluq mövqeyindən istifadə edib təkrarən mənimsəməklə talamışdır. Bundan başqa, o, təkrarən, tanışı olmaqla aviabiletlərin satışı ilə məş ğul olan "xxxx" MMC-də mühasib işləyən X2 ona olan inam və etibarından sui-istifadə etməklə özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə ələ keçirmək məqsədilə x xxxx 2017-ci il tarixində çoxsaylı müştərilərin avia bilet almaq üçün ona müraciət etməsini Xya bildirib, özünün həmin şirkətə məxsus aviabiletləri satıb ödənişləri də 10 gün ərzində ona qaytaracağını yalandan vəd edib aldadaraq, həmin tarixdən x xxxx 2017-ci il tarixədək olan müddətdə cinayətdən xəbərsiz olan X vasitəsilə cəmiyyətin ünvan 6 ünvanında yerləşən "Sapfir palace"in 1-ci mərtəbəsində yerləşən ofısində 27.503,98 manat dəyərində aviabiletlərə ona müraciət etmiş ayrı-ayrı müştərilərin anket məlumatlarını yazdırıb müştərilərə şəxsən satmaqla onlardan ödənişləri həmin ofisdə qəbul edib Xya qəsdən qaytarmayaraq, cəmi 27.503,98 manat (iyirmi yeddi min beş yüz üç manat doxsan səkkiz qəpik) dəyərində "xxxx” MMC-yə məxsus əmlakı ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, Bakı şəhəri, 6 saylı Ərazi Vergilər idarəsində xx xxxx 2016-cı il tarixdə qeydiyyata alınmaqla ********** nömrəli VÖEN əsasında aviabiletlərin satışı ilə məşğul olan tanışı Zərərçəkmiş şəxs4 yanında 2017-ci ilin mart ayının sonlarından etibarən qeyri-rəsmi qaydada aviabiletlərin vasitəçiliklə satışını həyata keçirərkən Zərərçəkmiş şəxs4 ona olan inam və etibarından sui-istifadə etməklə onun əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə sonuncu tərəfındən ayrı-ayrı müştərilərə, o cümlədən xx xxxx 2017-ci il tarixdə X2a aviabilet satılması ilə əlaqədar ondan aldığı 730,52 manat məbləğdə, xx xxxxx 2017-ci il tarixdə X1 avia bilet satılması ilə əlaqədar ondan aldığı 605 manat məbləğdə, x xxx 2017-ci il tarixdə X2 avia biletlərin satılması ilə əlaqədar ondan aldığı 572,45 manat məbləğdə, x xxxx 2017-ci il tarixdə X3 avia bilet satılması ilə əlaqədar ondan aldığı 2477,25 manat məbləğdə, xx xxxx 2017-ci il tarixdə X4ya avia bilet satılması ilə əlaqədar ondan aldığı 1054,06 manat məbləğdə, cəmi 5 nəfərə avia biletlərin satılması ilə əlaqədar 5439,28 manat (beş min dörd yüz otuz doqquz manat iyirmi səkkiz qəpik) pul vəsaitini müştərilərdən qəbul etməsindən sonra Zərərçəkmiş şəxs4 həmin aviabiletlərin satışında vasitəçiliyi özünün edəcəyini bildirib ona olan etibarından sui-istifadə etməklə avia biletlərin dəyəri olan 5.439,28 manat (b eş min dörd yüz otuz doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pulu vahid niyyətlə xx xxxxx 2017-ci il tarixdən xx xxxx 2017-ci il tarixədək olan müddətdə ayrı-ayrı vaxtlarda olmaqla ünvan 7 ünvanında yerləşən aviakassada hissə-hissə Zərərçəkmiş şəxs4 alıb, bundan sonra vasitəçiliklə satışını həyata keçirdiyi həmin biletləri bilavasitə satışının həyata keçirildiyi şirkətlərdə müxtəlif bəhanələrlə ləğv etdirib biletlərin dəyəri olan 5.439,28 manat (beş min dörd yüz otuz doqquz manat iyirmi səkkiz qəpik) məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs4 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tanışı olmaqla avia biletlərin satışı ilə məşğul olan Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən "Azure biznes" mərkəzində yerləşən "Hayat Travel" turizm şirkətinin direktoru Zərərçəkmiş şəxs5 ona olan inam və etibarından sui-istifadə etməklə əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə xx xxx 2017-ci il tarixində çoxsaylı müştərilərin avia bilet almaq üçün ona müraciət etməsini Zərərçəkmiş şəxs5 bildirib, özünün həmin şirkətə məxsus aviabiletləri satıb ödənişləri də 15 gün ərzində ona qaytaracağını yalandan vəd edib aldadaraq, həmin tarixdən xx xxx 2017-ci il tarixədək olan müddət ərzində cəmiyyətin həmin ünvandakı ofısində 21.806,12 manat (iyirmi bir min səkkiz yüz altı manat on iki qəpik) dəyərində 43 aviabiletə ona müraciət etmiş ayrı-ayrı müştərilərin anket məlumatlarını Zərərçəkmiş şəxs5 yazdırıb həmin şirkətin ofisində müştərilərdən ödənişləri qəbul edib şə xsən satmaqla müştərilər tərəfındən avia biletlərdən mahiyyəti üzrə istifadə edilməsinə baxmayaraq, özü həmin biletlərə görə aldığı pul məbləğlərini Zərərçəkmiş şəxs5 qəsdən qaytarmayaraq, cəmi 21.806,12 manat (iyirmi bir min səkkiz yüz altı manat on iki qəpik) dəyərində zərərçəkmiş Zərərçəkmiş şəxs5 məxsus əmlakı ələ keçirərək xeyli miqdarda ziyan vurmaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını ələ keçirmək məqsədilə xx xxx 2017-ci il tarixdə ona 25-xx xxxxxxxx 2017-ci il tarixində Türkiyə Respublikasının İstanbul şəhərinə gedib-qayıtmaq üçün 7 aviabilet almaq məqsədilə müraciət edən tanışı Zərərçəkmiş şəxs6 həmin sayda aviabilet satacağını yalandan vəd verib aldadaraq həmin tarixdə sərbəst qaydada aviabile t saıışını həyata keçirdiyi ünvan 9 ünvanında yerləşən aviakassada Zərərçəkmiş şəxs6 1.295 (bir min iki yüz doxsan beş) manat, bundan sonra xx xxxx 2017-ci il tarixdə Nəsimi rayonu, 28 May küçəsi 60 ünvanında yenidən Türkiyə Respublikasmın İstanbul şəhərinə ancaq gediş üçün 2 aviabilet, gediş-qayıdış üçün 1 aviabilet olmaqla, cəmi 3 aviabilet üçün ondan 1.030 (bir min otuz) manat, vahid niyyətlə cəmi 2.325 manat (iki min üç yüz iyirmi beş) məbləğində pulu alıb ona anket məlumatlarının yazıldığı istintaqla müəyyən edilməyən avia bilet təqdim etməsinə baxmayaraq, bilavasitə satışının həyata keçirildiyi istintaqla müəyyən edilməyən şirkətdə müxtəlif bəhanə ilə biletləri ləğv etdirib Zərərçəkmiş şəxs6 2.325 (iki min üç yüz iyirmi beş) manat məbləğində pul vəsaitini ələ keçirərək zərərçəkmiş şə xsə ziyan vunnaqla, təkrarən dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən, tanışı Zərərçəkmiş şəxs7 ona olan inam və etibarından sui-istifadə etmə və aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədilə xx xxx 2017-ci il tarixdə ona Ukrayna Respublikasının Odessa şəhəri və Türkiyə Respublikasınm Antalya şəhərinə aviabiletlər satacağını yalandan vəd verib aldadaraq, aviabiletlərin satışı ilə məşğul olan "Hayat Travel" turizm şirkətindən 15 gün ərzində dəyərini ödəyəcəyi adı ilə əldə etdiyi aviabiletlərə Zərərçəkmiş şəxs7 və onun tanışları X, X1i, X2un anket məlumatlarını yazıb Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti 15 ünvanında yerləşən "Azure biznes" mərkəzində biletləri satmaq adı ilə Zərərçəkmiş şəxs7 həmin tarixdə 2.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.425,98 manat (dör d min dörd yüz iyirmi beş manat doxsan səkkiz qəpik) məbləğində pulu, xx xxxx 2017-ci il tarixdə Bakı şəhəri, 28 May küçəsində yerləşən aviakassada 2.600 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 4.424,42 manat (dörd min dörd yüz iyirmi dörd manat qırx iki qəpik) məbləğində pulu. xx xxxxxx 2017-ci il tarixdə qeyd edilən biznes mərkəzində 1.850 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 3.146,3 manat (üç min bir yüz qırx altı manat otuz qəpik) məbləğində pulu, vahid niyyətlə, cəmi 11.996,7 manat (on bir min doqquz yüz doxsan altı manat yetmiş qəpik) məbləğində pulu alıb şəxsi ehtiyaclarına sərf edərək biletlərin dəyərini "Hayat Travel" turizm şirkətinə ödəmədiyindən şirkət tərəfındən aviabiletlərin satışı aktivləşdirilmədiyindən zərərçəkmiş Zərərçəkmiş şəxs7 xeyli miqdarda ziyan vurm aqla, təkrarən dələduzluq etmişdir. Kassasiya şikayətlərinin dəlilləri: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və “X11” MMC tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi, işin yeni apellyasiya baxışına təyin edilməsi xahiş olunur. Şikayət müəllifləri qeyd edirlər ki, məhkəmələr əsassız olaraq Məhkum2 barəsində CM-nin 79.1-ci maddəsini tətbiq etməklə, ona təyin olunmuş cəzanın iki azyaşlı uşaqlarının 14 yaşlarına çatana kimi təxirə salmışlar. Zərərçəkmiş şəxslərin fikrincə, Məhkum2 barəsində CM-nin 79.1-ci maddəsinin tətbiqi yolverilməzdir və ona ittiham olunduğu maddələrin sanksiyası çərçivəsində ağır cəza verilməlidir. Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apelly asiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və Məhkum1 təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. İş kassasiya instansiya məhkəməsində baxılanadək Məhkum1 cəza çəkdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı Cəzaçəkmə Müəssisəsindən ərizə ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət edərək müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətini geri götürdüyünü bildirmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası Məhkum1 ərizəsini və zərərçəkmiş şəxslərin kassasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, Məhkum1 tərəfindən verilmiş ərizənin nəzərə alınması və kassasiya şikayətinin təmin edilməsi barədə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərç əkmiş şəxs2 və nümayəndə Ü.Yusifovun, Məhkum1 tərəfindən verilmiş ərizənin nəzərə alınması və kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyev və müdafiəçi Ç.Mansurovun çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri götürüldüyündən həmin şikayət baxılmadan geri qaytarılmalı, zərəçəkmiş şəxslərin kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəlləni n normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinə əsasən kassasiya şikayəti və kassasiya protesti kassasiya instansiya məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Eləcə də, həmin Məcəllənin 414.5-ci maddəsinə əsasən məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin vermiş olduğu kassasiya şikayətini geri götürmək hüququna malikdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası cinayət prosessual qanunvericiliyinin qeyd edilən tələbini və Məhkum1 müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinin məhkumun özü tərəfindən geri götürülməsi barədə ərizəsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarından verilmiş kassasiya şikayəti baxışdan çıxarılmaqla geri qaytarılmal ıdır. Zərərçəkmiş şəxslərin kassasiya şikayətində işin faktiki halları və əməlin tövsifi deyil, Məhkum2 barəsində cəza təyin edilərkən hər hansı qanuni əsas olmadan, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və ağırlığı nəzərə alınmadan yüngül cəzanın təyin edilməsi mübahisə edilir və cəzasının ağırlaşdırılması xahiş olunur. Məhkum еdilmiş şəхs Məhkum2 cəzа təyin еdilməsi ilə əlaqədar kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xar akterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 60 və 79-cu maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini nəzərə almış və ona təqsirli bilindiyi maddələr əsasında ədalətli cəza təyin etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasın da məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" xx xxxxx 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin x arakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə h ökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfind ən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəz ərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. İş materiallarından görünür ki, Məhkum2 himayəsində 2 azyaşlı uşağı vardır, maddi ziyanın bir hissəsini könüllü olaraq qismən, yəni zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs7 vurulmuş ziyanı tam ödəmiş, əvvəllər məhkum olunmamışdır, məhkəmə istintaqı zamanı hamilə olmuşdur və əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhz yuxarıda qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində g östərildiyinin əksinə olaraq hazırkı iş üzrə CPM-in 416-cı maddəsində nəzərdə tutulan qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyildir. Məhkum2 təyin edilmiş cəza tam qanuni və əsaslıdır. Məhkəmə kollegiyası iş üzrə toplanmış və apellyasiya instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilmiş sübutları təhlil edib, həm onlara, həm də yuxarıda qeyd olunan hallara əsaslanaraq Məhkum2 daha ağır cəza təyin edilməklə qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsinə heç bir əsas görmür və buna görə də apellyasiya instansiyası məhkəməsinin qərarından verilmiş kassasiya şikayətində göstərilən dəlilləri əsassız hesab edərək həmin şikayətin təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini qanuni və əsaslı hesab edir. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Azərbaycan Respublikası CPM-in 414 və 419.10.1-ci maddələrinin tələblərini rəhbər tutaraq Qərara alır: Məhkum1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılsın. Zərərçəkmiş şəxslərin kassasiya şikayəti təmin edilməsin. Məhkum2 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli qərarı zərərçəkmiş şəxslərin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar