Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-237/2023 07.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Əziz Cəfər oğlu Seyidov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Hüseyn Natiq oğlu Əbilovun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kolle giyasının 01 sentyabr 2021-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər hakim Azər Paşayev (sədrlik edən), Əhməd Quliyev və İradə Həsənzadədən ibarət tərkibdə) 1(101)-623/2021 saylı, 02 iyul 2021-ci il tarixli hökmü ilə xx xxxx 1980-ci ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış Məhkum Azərbaycan Respublikası CM-in 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, CM-in 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 maddələri ilə 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə, CM-in 221.3-cü maddəsi il ə 2 ( iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə, cəzaçəkmə müddətinin əvvəli 29 yanvar 2020-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum təqsirli bilinib məhkum olunmuşdur ona görə ki, o, tanışları Şahid4, Şahid5, Şahid1, Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslə adam oğurluğu cinayətini törətmək barədə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə cinayətkar razılaşmaya əsasən qrupun üzvü Şahid1 24 mart 2017-ci il ta rixdə Bakı şəhərində fəaliyyət göstərən "xxxx" MMC-dən “Hyundai Elantra” markalı **PS-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə götürmüş, bundan sonra 25 mart 2017-ci il tarixdə Şahid4 icarəyə götürülmüş həmin avtomobildə Şahid1la, Şahid2 isə özünə məxsus “Hyundai Elantra” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək qrupun üzvləri Şahid5, Məhkum və cinayətin naməlum iştirakçısı ilə birlikdə oğurlamaq istədikləri Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi şossesi, döngə 4, dalan 2 ünvanının yaxınlığına gələrək sonuncunun evdən çıxmasını gözləmiş, həmin tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq etibarnamə əsasında idarə etdiyi “KİA RİO” markalı **-ZL-*** dövlət qeydiyyat nişanlı avtomobillə ünvan 3 ünvanda yerləşən “ Rəvan” marketin qarşısına gəlmiş, Şahid4 qrupun üzvləri ilə birlikdə yol boyu arxadan onu müşahidə etmiş, həmin yerə çatdıqda isə Şahid4 idarə etdiyi “Hyundai Elantra” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobillə heç bir üzrlü səbəb olmadan qəsdən Zərərçəkmiş şəxs idarə etdiyi dayanmış vəziyyətdə olan “KİA RİO” markalı 90-ZL- 958 dövlət qeydiyyat nişanlı avtomobilin sol tərəfindən vuraraq sol qanad və sol qabaq qapısını zədələyərək sonuncuya 1.100 manat dəyərində maddi zərər vurmaqla qarşısında saxlamış, Şahid2 isə idarə etdiyi “Hyundai Elantra” markalı **DM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin arxasında dayanaraq onun hərəkət imkanın məhdudlaşdırmış, bu zaman Məhkum, Şahid5, Şahid1, Şahid2, Şahid4 və cinayətin naməlum iştirakçısı ilə birlikdə avtomobillərdən yerə düşərək yumruq və təpik zərbələri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vurmaqla sağ təpə, alın, sağ qaş nahiyyələrinin səthi əzilmiş yaraları, alın, sol gicgah, sağ göz ətrafı nahiyələrinin qançırları, bel və sol diz oynağı nahiyələrinin sıyrıqları, həmçinin Şahid4 istintaqa məlum olmayan mənbədən əldə edərək üzərində gəzdirdiyi dəstəyi gümüşü rəngli qatlanan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs sol bud və sol sağrı nahiyələrinin kəsilmiş-deşilmiş yaraları, sağ əlin İ və V barmaqlarının əsas falanqalarının kəsilmiş yaraları kimi dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizli k ifadə edən, silah qismində istifadə edilən əşyadan istifadə edilməklə şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərə yol verməklə özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, cəmiyyətə aşkar hörmətsizlik və laqeyidlik nümayiş etdirərək ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edən qərəzli hərəkətlərə yol verməklə xuliqanlıq hərəkətləri törətmiş, hadisənin davamı olaraq Məhkum qrupun digər üzvləri Şahid5, Şahid1, Şahid2 Şahid4 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında zərər çəkmiş şəxsin sağlamlığı üçün təhlükəli olan zor tətbiq edib silah qismində istifadə edilən həmin bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə məcburi qaydada Şahid2 idarə etdiyi “Hyundai Elantra” markalı 99- DM-018 dövlət qeydiyyat nişanlı avtomobilin yük yerinə yerləşdirərək onun iradəsinə zidd olaraq naməlum istiqamətdə apararkən, avtomobil qısa məsafə qət etdikdən sonra Zərərçəkmiş şəxs avtomobilin yük yerinin qapısını içəridən açaraq oradan yerə düşüb qaçmaq istədikdə Məhkum, Şahid5, Şahid2 və şəxsiyyəti istintaqa məlum olmayan şəxs yenidən Zərərçəkmiş şəxs tutub yumruq və təpik zərbələrinin müşayiəti altında məcburi qaydada təkrarən avtomobilin yük yerinə yerləşdirmiş, bu vaxt arxadan onları müşayiət edən Şahid1 idarə etdiyi “Hyundai Elantra” markalı Az **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobildən Şahid4 yerə düşərək Şahid2 məxsus “Hyundai Elantra” markalı **-DM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasına əyləşib nəqliyyat vasitəsini h ərəkətə gətirib hadisə yerindən uzaqlaşmaq istədikdə Zərərçəkmiş şəxs yenidən avtomobilin yük yerini içəridən açaraq oradan yerə düşüb ətrafdakı insanları köməyə çağırdığı üçün Məhkum qrupun digər üzvləri ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında silah qismində istifadə edilən əşyadan istifadə etməklə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu cinayətini törətməyə yönəldilmiş qəsdən edilən əməli öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib adam oğurluğu cinayətini törətməyə cəhd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Rəşad Abdulov (sədrlik edən və məruzəçi), Əli Seyfəliyev və Qədim Babayev) 1(103)-1375/2021 nömrəli, 01 sentyabr 2021-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 02 iyul 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, məhkumun müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərarının ləğv edilməsi və onun barəsində Azərbaycan Respublikası CM-in 62-ci maddəsinin tətbiq edilərək təqsirli bilindiyi CM-in 29, 144.2.3, 29,144.2.4 və 29, 144.2.5-ci maddələr üzrə aşağı həddə təyin edilməsi, təqsirli bilindiyi CM-in 221.3-cü maddəsi üzrə bəraət verilməsi, həmçinin CM-in 70-ci maddəsini tətbiq edərək, cəzasının qalan hissəsini şərti cəza ilə əvəz edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, onun əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin tətbiq olunması milli qanunvericilik və beynəlxalq hüquq normalarına ziddir. Eyni əmələ görə təqsirləndirilən şəxsin əməlinin 2 maddə ilə tövsif olunması konstitusiya qanunlarına uyğun deyildir və istintaqın hüquqi məqsədini itirir. Həmçinin onunla birgə cinayət törətmiş Şahid5 da CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməmişdir. Bundan başqa məhkum ona təyin olunan cəzanın ağırlıq baxımından açıq-aşkar ədalətsiz olmasını qeyd etmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbi olmamışdır və barışıq əldə edilmişdir. Belə olan halda məhkumun əməli başa çatmamış cinayət kimi CM-in 29-cu maddəsinin tərkibi ilə nəzərə alınmalı və bu zaman CM-in 62 və ya 70-ci maddələrinin tətbiq olunması zəruri olm uşdur. Belə ki, törətdiyi əməli könüllü etiraf etməsi, himayəsində azyaşlı övladının olması, ailənin yeganə qazanc gətirən üzvü olması və ailəsinin həyat şəraitinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirmədən saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüy ünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Qanunun yuxarıda göstərilən tələblərinə uyğun olaraq kassasiya kollegiyası apellyasiya məhkəməsinin həmin normalara riayət etməsini yoxlayaraq qeyd edir ki, məhkəmələr iş üzrə nəticəyə gələrkən hansı sübutlara əsaslanmalarını, bu sübutlar a hansı səbəblərdən üstünlük vermələrini müvafiq olaraq hökm və qərarda göstərmişlər. Məhkəmə kollegiyası məhkumlar Məhkum əməllərinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumların təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməlləri Azərbaycan Respublikası CM-in 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı onların əməllərinin yuxarıda göstərilən maddələr ilə tövsif edilməsini məhkəmə kollegiyası düzgün sayır. Məhkum tərəfindən verilmiş kassasiya şikayətinin başlıca dəlili cinayət işi üzrə barəsində CM-in 221.3-cü maddəsi ilə ittiham hökmünün çıxarılmasının qanunsuz olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Məhkum məhkəmə istintaqı zamanı özünü ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmiş, onun irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməsi, onun özünün və digər təqsirləndirilən şəxslərin ifadələrindən başqa, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ibtidai istintaq zamanı keçirilmiş istintaq hərəkətlərinin protokolları, məhkəmə ekspertizalarının rəyləri, maddi sübutlar və işin digər materialları ilə tam təsdiq edilir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan məhkəmələr iş üzrə düzgün nəticəyə gəlmişlər. Birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkəmə Məhkum məhkəm ədə verdiyi ifadəsini işin faktiki halları ilə və iş üzrə toplanmış sübutlarla müqayisəli təhlil edib düzgün nəticəyə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi də apellyasiya şikayəti üzrə işə baxaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, birinci və apellyasiya instansiyası məhkəmələri işin hallarını müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İş materiallarından da görünür ki, həmin sübutların mötəbərliyini şübhə altına almağa heç bir əsas yoxdur. Məhkəmə kollegiyası Məhkum Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməlinin törətməsinə dair məhkəmələrin gəldiyi nəticənin iş materiallarına, o cümlədən sübutların məcmusuna və işin faktiki hallarına tam uyğun olmasını, məhkumun təqsiri müəyyən edilərkən sübutların Azərbaycan Respublikası CPMin 144-146-cı maddələrinin tələblərinə tam uyğun olaraq qiymətləndirilməsini nəzərə alaraq həmin nəticəni əsaslı hesab edir. Odur ki, Məhkum əməli Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün onun əməllərin təqsirli bilindiyi digər maddələrlə yanaşı həmin maddə ilə tövsif edilməsini və onu CM-in 221.3-cü maddəsi təqsirli bilinməsini məhkəmə kollegiyası düzgün sayır. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda (42.1.1); əməldə cinayət tərkibi olmadıqda (42. 1.2); cinayət törədilməsində aidiyyəti olmadıqda (42.1.3); təqsirliliyi sübuta yetirilmədikdə (42.1.4). Məhkəmə kollegiyası hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 221.3cü maddəsi ilə verilmiş ittiham üzrə təqsirli olması həm birinci, həm də apellyasiya instansiyası məhkəməsində tam sübuta yetirilmiş və barəsində cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilməsi üçün qanuni əsaslar yoxdur. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə nə ibtidai istintaq, nə birinci instansiya məhkəməsi, nə də apellyasiya instansiyası məhkəməsi sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmişdir. Həmçinin məhkəmə qərarları qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmam ış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Bundan başqa, məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsində məhkumun apellyasiya şikayətinin bütün dəlillərinə ayrı ayrılıqda qiymət verilmiş, tam qanun çərçivəsində hüquq normalarına riayət edilməklə baxılmış və Azərbaycan Respublikası CM-in 4-9-cu maddələrinin prinsiplərinə əsaslanmaqla, ciddi qanun pozuntusuna yol verilməmişdir. Məhkum kassasiya şikayətinin digər dəlili barəsində Azərbaycan Respublikası CM-in 62 və ya 70-ci maddələrinin tətbiq etməklə, təyin edilmiş cəzanın yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası CM-in 62.1-ci m addəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Bundan başqa, Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbir lər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan əlavə, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinin məzmununa görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Daha sonra, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Eyni za manda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndir mə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş üzrə Məhkum törətdiyi cinayətin məqsədi və motivi, onun cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum barəsində CM-in 62-ci maddəsinin tətbiqi üçün əsaslar olmadığından işə baxan məhkəmələr cinayət qanunun bu normasını tətbiq etməməklə düzgün nəticəyə gəlmişlər. Bundan başqa məhkuma Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin tətbiq olunmaması ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CMin 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaş dırma, intizam xarakterli hərbi hissədə saxlama və müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində isə qeyd olunmuşdur ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Bu normaların həm məzmunundan, həm də mənasından belə başa düşülür ki, məhkəmə Azərbaycan Respublikası CM-in 70.2-ci maddəsində göstərilmiş halları nəzərə almaqla məhkumun cəza çəkmədən islah olunmasını mümkün saydıqda şərti məhkum etmə tətbiq edilməsi barədə qərar çıxara bilər. İş materiallarından, o cümlədən hökmdən və qərardan görünür ki, məhkəmələr qeyd olunan normada göstərilən bütün halları təhlil edərək nəzərə alıb məhkumun cəza çəkmədən islah olunmasını mümkün saymamış və nə səbəbdən belə qənaətə gəldiyini qərarlarında şərh etmişlər. Məhkəmələrin gəldiyi bu nəticə iş materiallarına və qanunun tələblərinə tam uyğun olduğundan məhkəmə kollegiyası da həmin nəticə ilə razılaşır. Bundan əlavə, məhkəmə kollegiyasının qənaətinə görə məhkumun törətdiyi cinayətlərin sayı və onların ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, kassasiya şikayətində istinad olunan hallardan heç biri Məhkum barəsində şərti məhkum etmənin tətbiq olunmasının mümkünlüyünü əsaslanan amil kimi qiymətləndirilə bilməz. Həmçinin birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən CM-in 59.1.4-cü maddəsinə əsasən himayəsində üç azyaşlı uşaqlarının olmasını və həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini cəzasını yüngülləşdirən hallar qismində nəzərə alaraq, ona CM-in 29,144.2.3, 29,144.2.4, 29,144.2.5 maddələri ilə 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə 2 ( iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmış və Məhkum qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuşdur. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası CM-in 144.2-ci maddəsinin sanksiyasında səkkiz ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azər baycan Respublikası CM-in 221.3cü maddəsində iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmələr Məhkum cəza təyin edilərkən həm cəzanı yüngülləşdirən halların və həm də cəzanı ağırlaşdıran halların olmamasını nəzərə almış və ona təqsirli bilindiyi maddələrin sanksiyasının aşağı həddində cəza təyin etmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə təyin edilmiş cəza məhkumun törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, şəxsiyyətinə və işin hallarına uyğundur. Ona görə də kollegiya kassasiya şikayətinin bu barədə dəlili ilə razılaşmır. Azərbaycan Respublikası CPM-in 416.1-ci maddəsində göstərilən hallarda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya d əyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barələrində qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Qeyd olunmalıdır ki, apellyasiya məhkəməsi apellyasiya şıkayətlərinə baxaraq, həmin kassasiya şikayətinin dəlillərinin əsasını təşkil edən məsələləri, yəni Məhkum cinayət törətməkdə təqsirinin sübuta yetirilib-yetirilməməsini, habelə əməlinin tövsifinin əsaslılığını obyektiv araşdırmış və buna dair nəticəni öz qərarında ətraflı şərh etmişdir. Apellyasiya məhkəməsinin həmin nəticələri iş materiallarına uyğun olduğu üçün məhkəmə kollegiyası onlarla razılaşır. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillər i ilə razılaşmayaraq həmin şikayətin təmin edilmədən, Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilməsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-237/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-237/2023
07.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver