Məhkəmə qərarları › İş №1(102)-2370/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2370/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2370/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası hakimlər Nəsibov Hafiz Qənbər oğlu (sədrlik edən və məruzəçi), Novruzov X12 və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X3, Məhkum müdafiəçisi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, MÜ ƏYYƏNETDİ: Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli hökmü ilə (sədrlik edən hakim E.Z.Ağayev) Məhkum (xx xxxxx 2003-cü ildə ünvan2ndə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam ali təhsilli, subay, "xxxx" MMC-də satıcı-kassir işləmiş, əvvəllər məhkum olunmayan, ünvan1ndə qeydiyyatda olmaqla, faktiki ünvan3ndə yerləşən fərdi evdə yaşamış) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1 və 324-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 148-1-ci maddəsi ilə 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 283.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 324-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhru m etmə cəzasına, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin 16 iyun 2023-cü il tarixdən hesablanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim F.İ.Əyyubov, hakimlər E.Ə.Mehdiyev və E.Z.Əliyevdən ibarət məhkəmə tərkibi) Məhkum müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi4 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 22 yanvar 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayə t kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarından Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən kassasiya şikayəti verilmişdir. İşin halları: Hökmə əsasən Məhkum istifadəsində olan “Xiaomi” markalı “Redmi Note 9S” modelli “**********xxx, **********xxx” “İMEİ” kodlu mobil telefonun “Android” əməliyyat sistemində olan proqram təminatı vasitəsilə həmin telefon cihazına yükləyib aktivləşdirdiyi “XX16” ani mesajlaşma mobil tətbiqi üzərindən +994-xx-xxx-xx-xx mobil nömrəsi ilə 2020ci ilin sonlarında “XXX15” saxta istifadəçi adı ilə qeydiyyatdan keçib təxminən 100-ə yaxın aktiv, 2000-ə yaxın passiv sayda şəxsiyyətləri məlum olmayan üzvlərdən ibarət “XXX21” istifadəçi adı (username) ilə “XXX20” adlı qrupa üzv kimi qəbul olunaraq 2021-ci ilin əvvəllərində adı çəkilən qrupun idarəçiliyini (adminliy ini) həyata keçirməyə başlamış, 2021ci ilin iyun ayında isə sözügedən kanalın “yaradıcı” statusunu almaqla onu idarə etməyə başladıqdan qısa müddət sonra istifadəçi adını “XXX15” saxta adından digər saxta “XXX16” adına dəyişmiş, 2022-ci ilin əvvəllərində “XXX20” qrupu ilə qarşılıqlı əlaqədə “XXX17” adlı “XX16” kanalının “XX15” statusunu da əldə edib həmin vaxtdan 2023-cü ilin fevral ayınadək olan müddətdə internet informasiya ehtiyatı hesab edilən “XX16” sosial şəbəkəsində qeyd olunan saxta istifadəçi adı, profili və hesabları üzərindən kütləvi nümayiş olunan, yəni məhdudiyyətsiz sayda izləyicilərin baxa biləcəyi qrup və kanallarda alçaq niyyətlə 2022-ci ilin əvvəllərindən “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə xxxx 1992-ci il tarixli Azərbaycan Resp ublikasının Qanununa əsasən respublikanın ən yüksək fərqlənmə dərəcəsinə, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə təltif edilmiş Azərbaycanın Milli X1 şərəf və ləyaqətini alçaldan karikaturasını paylaşmaqla və karikaturanın altında şərəf və ləyaqətini alçaldan şərhlər yazmaqla, bundan başqa xxx xxx 2021-ci il tarixdə Azərbaycan Respublikasının Konstitusiyasının 23-cü maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət rəmzi hesab edilən, rəngləri və elementləri 05 fevral 1991-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə” ilə müəyyən olunmuş, Azərbaycan dövlətinin suverenliyinin və müstəqilliyinin rəmzi olan Azərbaycan Respublikasının Döv lət bayrağının üzərindən ay-ulduz simvolunu montaj edərək əvəzində heyvan təsvirini əks etdirməklə və təhqiramiz şərhlər yazmaqla, həmçinin Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam etdirdiyi hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 44 günlük Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularımızın meyitlərinin şəkillərini təhqiramiz formada nümayiş etdirməklə və həmin şəkillərin altına Azərbaycan xalqına ünvanlanan təhqiramiz şərhlər yazmaqla, həmçinin bütövlükdə türk milləti barədə digər çoxsaylı təhqiramiz şəkillər və paylaşımlar etməklə həmin əməlləri ilə internet informasiya ehtiyatında saxta istifadəçi adlardan və hesablardan istifadə edərək kütləvi nümayiş etdirməklə şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada alçaldar aq təhqir etmiş, mediadan istifadə etməklə aşkar surətdə Azərbaycan və türk millətinin milli ləyaqətinin alçaldılmasına yönələn hərəkətlər etmiş, Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən Məhkum məhkəməyədək icraatda müdafiə hüququ pozulmaqla, o cümlədən aldadılmaqla və zor tətbiq olunmaqla ondan alınmış etirafedici ifadələr, atasının və anasının onun əleyhinə olan ifadələri əsasında, eləcə də əməllərində hər hansı bir cinayətin tərkibi müəyyən edilmədən, yəni əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1 və 324-cü maddələrində nəzərdə tutulmuş cinayətlərinin törədilməsində təqsir li bilinib ağır cəzaya məhkum edilmişdir. Müdafiəçi4 Məhkum əməllərində qeyd olunan cinayətlərin tərkiblərinin olmaması barədə fikrini Azərbaycan Respublikası Konstitusiyasının 47, 50-ci maddələrinə, habelə İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 10-cu maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinad edərək xüsusilə onunla izah etmişdir ki, Məhkum isnad edilən əməllər bu mənbələrdə təsbit edilmiş söz və fikri ifadə etmək azadlığı hüququ ilə ehtiva olunan hərəkətlərdir və onların cinayət xarakterli əməllər kimi qiymətləndirilməsi, əslində Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə zidd yanaşma olmaqla Azərbaycan Respublikası Konstitusiyasının və Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusunu təşkil edir. Müdafiəçi Məhkum Cinayət Məcəlləs inin 148-1-ci maddəsi ilə təqsirli bilinməsinin əsassız və qanunsuz olmasına dair fikrini həm də ayrıca olaraq onunla əsaslandırmışdır ki, CM-in 147, 148-ci maddələrində olduğu kimi CM-in 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyekti və bu cinayətdən zərər çəkən şəxs də yalnız konkret fiziki şəxsdir. Çünki “şərəf” və “ləyaqət” kimi kateqoriyalar yalnız fiziki şəxsə mənsub ola bilər. Hazırkı işdə isə zərərçəkmiş şəxs qismində konkret fiziki şəxs deyil, X15 və X13 Birliyi tanınmışdır. Məhkum CM-in 283.1-ci maddəsi ilə təqsirli bilinməsinin əsassız və qanunsuz olmasına dair mövqeyini müdafiəçi xüsusilə onunla izah etmişdir ki, ittiham hökmündə (eynilə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında) Məhkum hansı hərəkətlərinin milli, irqi, sosial, dini zəmində konflikt yaratm ağa yönəldiyi, düşmənçiliyə təhrik kimi çıxış etdiyi, eləcə də bu hərəkətlər nəticəsində konfliktin yarandığı göstərilməmiş və əsaslandırılmamışdır. Müdafiəçinin kassasiya şikayətində Məhkum CM-in 324-cü maddəsi ilə məhkum edilməsinin əsassız və qanunsuz olmasına dair mövqeyini əsaslandırmaq üçün ayrıca olaraq irəli sürdüyü (şikayətinə əlavə etdiyi müxtəlif bayraq təsvirlərinin kserosurətləri ilə müşayiət etdiyi) dəlil isə odur ki, bayraq üzərində heyvan təsvirlərinin verilməsi – bu təhqir yox, fikrin ifadə edilməsi formasıdır. Müdafiəçiyə görə internet informasiya ehtiyatlarında yüzlərlə belə təsvirlər yerləşdirmiş və bayrağa münasibətdə başqa hərəkətlər etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməməsi Məhkum da CM-in 324-cü maddəsi ilə məsuliyyətini istisna edən hal kimi nəzərdən keçirilməlidir. Həmçinin, müdafiəçi kassasiya şikayətində Məhkum təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının istər Avropa Konvensiyasının 10-cu maddəsi kontekstində, istərsə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəza təyini məsələlərini tənzimləyən normaları kontekstində həddindən artıq ağır və ədalətsiz olduğunu iddia etmişdir. Müdafiəçi hesab edir ki, Məhkum cəza təyin edilərkən onun təqsirini etiraf edib peşman olduğunu bildirməsi, gənc və xəstə olması, təhsil alması, atasının İ Qarabağ Müharibəsi qazisi olması, zərərçəkmiş qismində tanınmış şəxslə barışığın əldə olunması nəzərə alınmamış, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən bu hissəsədə də birinci instansiya məhkəməsinin gəldiyi nəticələr tam, hərtərəfli və obyektiv araşdırılmadığı üçün hökm dəyişdirilmədən saxlanılmışdır. Müdafiəçi kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsini, Məhkum barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini və baxılan işdə Məhkum İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 3, 5, 6, 8 və 10cu maddələrində nəzərdə tutulmuş hüquqlarının pozuntularına yol verilməsinin tanınmasını xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinay ət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlama nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi4 k assasiya şikayətində məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulduğunu, nəticədə Məhkum əməllərində cinayət tərkibi omadığı halda əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinib həddindən artıq ağır cəzaya məhkum olunduğunu iddia etməklə, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, Məhkum barəsində cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi, İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 10-cu və bir sıra digər maddələrinin pozuntularının müəyyən edilməsi barədə kassasiya tələbini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3, 416.1.6, 416.1.11 və 416.1.21-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 23 aprel 2024-cü il tarixli qərarının qanuniliyini, əsaslılığını və ədalətliliyini yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq nor masının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və bu əməlin törədilməsində şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllə nin tələblərinə əsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-in 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (maddə 33.2). Azərbaycan Respublikası CPM-in 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Cinayət-prosessual qanunun 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən “h ər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir” (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının, şəxsin təqsirliliyinin) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkum təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən “İnternet informasiya ehtiyatında saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə edərək kütləvi nüma yiş etdirməklə böhtan atma və ya təhqir etmə” min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkum təqsirli bilindiyi CM-in 283.1-ci maddəsinin dispozisiyası aşağıdakı məzmunda təsbit edilməklə maddənin sanksiyasında təqsirkarın səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ildən dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması nəzərdə tutulmuşdur: “Milli, irqi, sosial və ya dini nifrət və ya düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi, sosial və ya dini mənsubiyyətdən asılı olaraq vətəndaşların hüquqlarının mə hdudlaşdırılmasına və ya üstünlüklərin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla törədildikdə”. Məhkum təqsirli bilindiyi CM-in 324-cü maddəsinin dispozisiyasında kriminal əməllər “Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər” kimi təsbit olunmuş və maddənin sanksiyasında bu əməli törətmiş şəxslərin cəzalandırılması üçün iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Müdafiəçi Məhkum əməlində CM-in 148-1, 283.1 və 324-cü maddələrinin dispozisiyalarında göstərilən tərkibyaradıcı əlamətlərin olmadığına dair iddiasını xüsusilə aşağıdakı dəlillərə istinad etməklə əsaslandırmışdır: 1) Məhkum isnad edilən əməllər Azərbaycan Respublikası Konstitusiyasının 47, 50ci maddələrində, İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 10-cu maddəsində təsbit olunmuş və Avropa İnsan Hüquqları Məhkəməsinin həmin maddə ilə bağlı qərarlarında şərh edilmiş söz və fikri ifadə etmək azadlığı hüququ ilə ehtiva olunan hərəkətlərdir. Bu səbəbdən onların cinayət xarakterli əməllər kimi qiymətləndirilərək Məhkum CM-in 148-1, 283.1, 324-cü maddələri ilə təqsirli bilinməsi Azərbaycan Respublikası Konstitusiyasının və Avropa Konvensiyasının 10-cu maddəsinin pozuntusunu təşkil edir. 2) Azərbaycan Respublikasının Dövlət bayrağı üzərindəki ay-ulduz təsvirinin heyvan başının təsviri ilə əvəz edilməsi də təhqir yox, fikri ifadə etmə formasıdır ki, bu cür əvəz etmə bayraq üzərində canavar (boz qurd) təsvirinin ver ilməsi ilə eyniləşdirilməli və bayraq üzərində boz qurd təsviri bayrağın təhqir olunması sayılmadığı kimi, Məhkum əməli də CM-in 324-cü maddəsi ilə məsuliyyətə səbəb olan davranış kimi qiymətləndirilməməlidir. 3) CM-in 147, 148-ci maddələrində təsbit edilmiş böhtan və təhqir cinayətlərində olduğu kimi CM-in 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin də subyekti və zərər çəkəni yalnız konkret fiziki şəxs olduğu halda Məhkum barəsində cinayət işində konkret fiziki şəxs deyil, X15 və X13 Birliyi zərərçəkmiş şəxs qismində tanınmış, bununla belə (iş üzrə fiziki şəxş zərər çəkən qismində tanınmadan) Məhkum CM-in 148-1-ci maddəsi ilə təqsirli bilinmişdir. 4) Birinci instansiya məhkəməsinin ittiham hökmündə və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarında Məhkum hansı hərəkətlərinin milli, irqi, sosial, dini zəmində konflikt yaratmağa yönəldiyi, düşmənçiliyə təhrik etmə olduğu, eləcə də bu hərəkətlər nəticəsində milli zəmində konfliktin yarandığı göstərilməmiş və əsaslandırılmamışdır, yəni həm də buna görə Məhkum CM-in 283.1-ci maddəsi ilə təqsirli bilinməsi üçün qanuni əsas olmamışdır. Məhkum hər üç maddə ilə təqsirli bilinməsinin düzgün olmadığını göstərən əsas kimi müdafiəçinin Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsində, habelə İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 10-cu maddəsində təsbit edilmiş fikir və söz azadlığı hüququna istinad etməsi ilə bağlı (1) qeyd olunmalıdır ki, şəxsin hərəkətinin hüquqdan istifadə etmə olması barədə dəlil irəli sürülərkən Konstitusiyanın 71ci maddəsinin İİ hissəsinin tələbi və əlaqəli hüquqları təsbit edən digər müddəaları, eləcə də məlumatlar, fikirlər kütləvi, o cümlədən media vasitəsi ilə, internet informasiya ehtiyatlarında yayıldıqda şəxsin fikir və söz azadlığı hüququ ilə digər şəxsin (şəxslərin) hüquqları (toqquşan ictimai maraqlar) arasında tarazlığı təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş tələblər nəzərdən qaçırılmamalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində təsbit olunmuşdur ki, “Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır”. Konstitusiyanın fikir və söz azadlığı hüququnu təsbit edən 47-ci maddəsinin İİİ hissəsində bu hüququn həyata keçirilməsi aşağıdakı qadağa ilə məhdudlaşdırılmışdır: “İrqi, mil li, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir”. Şərəf və ləyaqətin müdafiəsi hüququnu təsbit edən 46-cı maddəsində isə nəzərdə tutulmuşdur ki, “Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur. Heç bir hal, şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz”. Konstitusiyanın 25-ci maddəsinin İV hissəsinə əsasən heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara, yəni irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. Həmin maddənin İİ hissəsində isə bərabərlik hüququnun təmin edilməsi sahəsində dövlətin pozitiv öhdəliklərinin olduğunu ehtiva edən müddəa olaraq nəzərdə tutulmuşdur ki, “Dövlət, irqindən, milliyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir”. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsi Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməyi tələb edir. Bu maddənin İİ hissəsinə görə “dövlət rəmzələrinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur”. Bu konstitusion müddəalar fikir və söz azadlığı hüququnun Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsi ilə ehtiva olunduğu kimi, şərəf və ləyaqətə, milli mənsubiyyətə hörmət hüququndan və hər bir vətəndaşı n dövlət rəmzlərinə hörmət etmək vəzifəsindən irəli gələn sərhədləri aşmadan, yəni başqa şəxsin şərəf və ləyaqətinə xələl gətirmədən, milli mənsubiyyətinə görə onu zərərə məruz qoymadan, dövlət rəmzlərini nüfuzdan salmadan həyata keçirilməsini tələb edir. “Media haqqında” Azərbaycan Respublikasının 30 dekabr 2021-ci il tarixli Qanununun 14-cü maddəsində mediada, o cümlədən onlayn mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələblər sırasında Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmətsizliyə yol verilməməsi, irqi, dini, mənşə, cinsi, etnik və digər ayrıseçkiliyin təbliğ olunmaması, əxlaqdankənar leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməsi, şərəf və ləyaqətin alçaldılmasına, işgüzar nüfuzun ləkələnməsinə, böhtana, təhqirə və n ifrət çıxışlarına yol verilməməsi barədə tələblər təsbit edilmişdir. Mahiyyətcə eyni tələblər “Media haqqında” Qanunun qəbul edilməsinədək qüvvədə olmuş “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsində nəzərdə tutulmuşdu. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyanın 10-cu maddəsində də fikri ifadə etmək azadlığı mütləq hüquq kimi deyil, həmin maddənin 2-ci bəndində göstərilən məqsədlərlə qanunla məhdudlaşdırıla bilən hüquq kimi təsbit edilmişdir. Belə ki, Avropa Konvensiyasının 10-cu maddəsinə əsasən: “1. Hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir. Bu hüquqa öz rəyində qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq aza dlığı daxildir. Bu maddə dövlətlərin radioyayım, televiziya və kinematoqrafiya müəssisələrinə lisenziya tələbi qoymasına mane olmur.

2. Bu azadlıqların həyata keçirilməsi milli təhlükəsizlik, ərazi bütövlüyü və ya ictimai asayiş maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün, digər şəxslərin nüfuzu və ya hüquqlarının müdafiəsi üçün, gizli əldə edilmiş məlumatların açıqlanmasının qarşısını almaq üçün və ya ədalət mühakiməsinin nüfuz və qərəzsizliyini təmin etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan müəyyən rəsmiyyətə, şərtlərə, məhdudiyyətlərə və ya sanksiyalara məruz qala bilər.” Konstitusiyanın 12-ci maddəsinin İİ hissəsinə əsasən “Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıql arı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir”. Odur ki, əməlin fikri ifadə etmək azadlığı ilə ehtiva olunan davranış, yoxsa Konstitusiyanın 25-ci maddəsi, 46-cı maddəsinin İİ hissəsi, 47-ci maddəsinin İİİ hissəsi, 75-ci maddəsi ilə qadağan edilmiş hərəkət (hərəkətsizlik) olmaqla CM-in 148-1, 283.1, 324-cü maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkiblərini yaratması barədə nəticəyə gəlmək üçün mübahisə predmetini təşkil edən hərəkətin (hərəkətsizliyin) Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndində göstərilən məhdudiyyətlərin təsiri altına düşüb- düşməməsi təhlil olunmalı, bunun üçün isə məhkəmələr tərəfindən müəyyən edilmiş (hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş) faktiki hallarla yanaşı qeyd olunan hüquqla və onun məhdu dlaşdırılması əsasları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqelər və həmin müddəanın mənasını açıqlayan digər beynəlxalq sənədlər nəzərə alınmalıdır. Lakin, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə də, tənqid və təhqir aşkar fərqlənən əməllərdir və prinsip etibarilə sonuncuya münasibətdə cəzalandırmanın tətbiqi mümkündür. Təhqiramiz ifadədən istifadə etmənin məqsədi şəxsi təhqir etmək olmuşdursa, bu növdən olan əməllərin törədilməsi fikir ifadə etmək azadlığı hüququnun qorunması təsiri altına düşmür (Qrivna X2rşı, № 41214/08 və 49440/08, § 94, 16 aprel 2019-cu il və Xural və Zeynalov Azərbaycana qarşı (No.2), № 383/12, § 48, 19 yanvar 2023-cü il). Avropa Şurası Nazirlər Komitəsi tərəfindən 16 aprel 2014-cü ildə qəbul edilmiş “Avr opa Şurası Nazirlər Komitəsinin üzv Dövlətlərə İnternet istifadəçiləri üçün İnsan Hüquqları Bələdçisinə dair Tövsiyəsi” adlı sənəddə (CM/Rec (2014) 6-ya Əlavədə) də (41ci bənddəki izahda) qeyd olunmuşdur ki, “İnternet istifadəçilərinin ifadə azadlığı hüququ nüfuzun qorunması hüququ ilə balanslaşdırılmalıdır. Məhkəmə (Avropa İnsan Hüquqları Məhkəməsi nəzərdə tutulur) bir neçə məhkəmə işində belə qənaətə gəlmişdir ki, bu AİHKnın şəxsi həyatın toxunulmazlığı ilə bağlı 8-ci maddə ilə müdafiə olunan hüquqdur. Məhkəmə müəyyən etmişdir ki, prinsip etibarı ilə 8 və 10-cu maddə çərçivəsində zəmanət verilən hüquqlar bərabər şəkildə hörmətə layiqdir. Məhkəmə hesab edir ki, ifadə azadlığı hüququ şəxsi həyatın toxunulmazlığı hüququ ilə balanslaşdırıldığı halda, balanslaşdırma üçün müvafiq meyarlara aşa ğıdakı elementlər daxildir: ortaq maraqlara dair müzakirələrə töhvə, haqqında danışılan şəxsin nə qədər tanınmış olması, məruzənin mövzusu, haqqında danışılan şəxsin əvvəlki davranışı, informasiyanın əldə edilməsi üsulu və dəqiqliyi, nəşrin məzmunu, forması və nəticələri, tətbiq edilmiş sanksiyanın sərtliyi. Buna görə də, Bələdçi İnternet istifadəçisinin başqalarının nüfuzuna, eləcə də onların şəxsi həyatın toxunulmazlığı hüququna lazımı hörmət göstərməli olduğunu müəyyən edir”. “Tövsiyə”nin 42-cı bəndində isə aşağıdakı məzmunda izah verilmişdir: “AİHK-nın 10-cu maddəsi çərçivəsində müdafiə olunmayan nifrətə şağırış kimi anlayış mövcuddur. Məhkəmə müəyyən etmişdir ki, nifrətə çağırışa gətirib çıxaran və ya AİHK-nın əsas dəyərlərini inkar edən müəyyən ifadə formaları Məhkəmənin 10-cu maddə çərçivəsində təmin edilən qoruma sırasından çıxarılmışdır”. Bununla əlaqədar olaraq, Məhkəmə AİHK-nın 17-ci maddəsini (yəni, hüquqlardan sui-istifadənin qadağan olunmasına dair müddəanı) tətbiq edir. Nifrətə çağırışın ümumqəbuledilmiş tərifinin olmamasına baxmayaraq, Avropa Şurasının Nazirlər Komitəsi bəyan etmişdir ki, “nifrətə çağırış” termini irqi nifrət, ksenofobiya, anti-semitizm və ya dözümsüzlüyə əsaslanan digər nifrət formalarını, o cümlədən aqressiv millətçilik və etnosentrizm, azlıqlara, miqrantlara və immiqrant mənşəli insanlara qarşı ayrı-seçkilik və düşmənçilik yayan, qızışdıran, təbliğ edən və ya bu cür mənfi davranışlara haqq qazandıran bütün ifadə formalarını əhatə edən anlayış kimi başa düşülməlidir”. Məhkum hərəkətlərini yuxarıda qeyd olunanlarla müqayisə etməklə qiymət ləndirdikdə, məhkəmələrin həmin hərəkətləri fikri ifadə etmək azadlığının təqdim etdiyi sərbəstlikdən istifadə etmə deyil, CM-in 148-1, 283.1 və 324-cü maddələri ilə nəzərdə tutulmuş təhqirin müvafiq (hər bir maddənin dispozisiyası ilə ehtiva olunan) təzahür formaları kimi qiymətləndirməkdə haqlı olduqları müəyyən edilir. Çünki, Məhkum internet informasiya ehtiyatında yaydığı istər Azərbaycan Respublikasının Milli X1 və şəhid olmuş hərbi qulluqçuların karikatura və təsvirləri, istərsə də Azərbaycan Respublikasının bayrağına, Azərbaycan xalqına, türk millətinə aid etdiyi təsvirlər, eləcə də onları müşayiət edən yazı mətnləri (əslində, söyüşlər) əxlaq və mənəviyyatdan kənar forma və məzmunda olmaqla Konstitusiyanın 47-ci maddəsi və Avropa Konvensiyanın 10-cu maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş fikri ifadə etmək azadlığı hüququnun nəzərdə tutduğu davranışla bir araya sığmır (qeyd olunan karikatura və təsvirlərdə nələrin əks olunduğunun və təsvirləri müşayiət edən yazı mətnlərində nələrin yazıldığının hökmdə, apellyasiya instansiyası məhkəməsinin yekun qərarında və hazırkı qərarın “İşin halları” bölməsində cinayətin təsviri verilərkən dəqiqiliyi ilə, o cümlədən sözbə-söz əks etdirilməməsi əxlaq normaları ilə uzlaşmayan ifadələrin məhkəmə qərarlarında əks etdirilməsinin yolverilməzliyinə dair “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 2-ci bəndinin tələbindən irəli gəlir, lakin birinci və apellyasiya instansiyası məhkəməsində tədqiq edilmiş cinayət işinin materiallarına, o cümlədən ətraflı məhkəməlinqvist ik ekspertizasının 6 iyun 2023-cü il tarixli rəyinə əsasən həmin təsvir və mətnlərin əxlaq və mənəviyyatla bir araya sığmayan forma və məzmunda olub Milli Qəhrəman Mübariz İbrahimovu və şəhid olmuş başqa Azərbaycan əsgərlərini, Azərbaycan Respublikasının dövlət bayrağını təhqir etməkdən, Azərbaycan xalqının, türk millətinin ləyaqətini alçaltmaqdan başqa heç bir digər məqsədə, o cümlədən Konvensiyanın 10-cu maddəsi ilə ehtiva olunan hüququn realizə edilməsinə yönəlməməsi şübhə doğurmur). Nəzərə alınmalıdır ki, Məhkum özü belə ifadəsində internet informasiya ehtiyatında bu cür təsvir və mətnləri yaymasını ümumqəbuledilmiş yanaşma ilə müqayisədə fərqli düşüncəyə malik olması, bu düşüncə ilə paylaşmaq istəməsi ilə izah etməmiş, bunu internetdə tanış olduğu qadının təsiri altında olması (şantaj a uğraması), “uşaqlıq” etməsi kimi həqiqətə uyğun olmadığı cinayət prosesində müəyyən edilmiş dəlillərlə izah etmişdir. Əslində bunun özü də onun qəsdinin alçaq niyyətlə birbaşa və müstəsna olaraq Milli Qəhrəman Mübariz İbrahimovu, şəhidləri, Dövlət bayrağını təhqir etməyə, onların xatirəsini əziz tutan Azərbaycan xalqını, öz dəyərlərinə, tarixi şəxsiyyətlərinə hörmət bəsləyən türk millətini alçatmağa yönəldiyini aşkarlayan xüsusatdır. Məhkum məqsədinin Mili Qəhrəmanı, şəhidləri, Dövlət bayrağını təhqir etməyə, Azərbaycan xalqını, türk millətini alçatmağa yönəldiyi həm də ondan görsənir ki, o, həmin təsvir və mətnlərin internet informasiya ehtiyatında yayılmasını saxta istifadəçi adından, profil və hesablardan istifadə etməklə həyata keçirmişdir. Məhkum yaydığı təsvirlərin və söyüşlərdən ibarət olan mətnlərin əxlaq və mənəviyyatla uzlaşmaması və bu zaman güdülən məqsədin müstəsna olaraq milli qəhrəman Mübariz İbrahimovu, şəhid olmuş Azərbaycan əsgərlərini, Azərbaycan Respublikasının dövlət bayrağını təhqir etmək, onlara, eləcə də onların xatirəsini uca tutan, tarixi şəxslərə dəyər verən Azərbaycan xalqını, ümumilikdə türk millətini alçaltmaq olduğu o qədər aşkardır ki, bu təsvir və yazıları kassasiya şikayətində istinad olunmuş, Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarlarında gətirilən “ifadə azadlığı təkcə təhqiramiz və ya laqeydlik halı kimi qəbul edilən və ya hesab edilən “informasiya” və ya “ideyalara” deyil, həm də təhqir edən, şoka salan və ya narahat edən informasiya və ideyalara şamil edilir” kimi hüquqi mövqe ilə müqayisə etdikdə belə, onların ifadə azad lığının yolverilən təzahür forması olaraq qəbul edilməsi istisna edilir. Yuxarıda təsvir olunanlar onu deməyə əsas verir ki, Məhkum hərəkətləri Azərbaycan Respublikası Konstitusiyasının 47, 50-ci maddələrində nəzərdə tutulmuş azadlıqların, habelə İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın 10-cu maddəsində təsbit edilmiş fikri ifadə etmək azadlığı hüququnun müdafiəsi altında olan hallara aid olmayan və bu səbəbdən, eləcə də digər zəruri tərkibyaradıcı əlamətlərə malik olduqları üçün CM-in 148-1, 283.1, 324-cü maddələrinin dispozisiyaları ilə nəzərdə tutulmuş əməllərdir və Məhkum bu maddələrlə təqsirli bilinib cəzalandırılması Konvensiyanın 10-cu maddəsində təsbit edilmiş hüquqla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin müəyyən etdiyi müdaxilənin qanunla, yəni CM-in qeyd edilən maddələ ri ilə nəzərdə tutulmuş olması, müdaxilənin qanuni, yəni Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndindən irəli gələn məqsəd daşıması və müdaxilənin demokratik cəmiyyətdə zəruri olması, yəni o cümlədən, (Məhkum hərəkətlərinin üç cinayətin məcmusunu təşkil etməsi, Azərbaycan xalqının çox sayda şəhid verdiyi, Ermənistan Respublikasının 30 illik işğalına, bununla əlaqədar Azərbaycan xalqının düçar olduğu ağır məhrumiyyətlərə son qoymaq üçün aparılan 44 günlük Vətən Müharibəsindən bilavasitə sonrakı həssas dövrdə törədilməsi də nəzərə alınmaqla) müdaxilənin qarşıya qoyulan məqsədlərə mütənasib olması kimi meyarları pozmur. Odur ki, məhkəmə kollegiyası müdafiəçinin Məhkum isnad edilən əməllərin Azərbaycan Respublikası Konstitusiyasının 47, 50-ci maddələrində, İnsan Hüquqlarının və X7 Haqqında Konv ensiyanın 10-cu maddəsində təsbit olunmuş, Avropa İnsan Hüquqları Məhkəməsinin həmin maddə ilə bağlı qərarlarında şərh edilmiş söz və fikri ifadə etmək azadlığı hüququ ilə ehtiva olunan və bu səbəbdən cinayət xarakterli əməllər kimi qiymətləndirilməsi istisna edilən hərəkətlər olması barədə dəlilini (1) əsassız hesab edir. Müdafiəçinin Məhkum CM-in 324-cü maddəsi ilə təqsirli bilinməsini mübahisələndirmək üçün ayrıca olaraq irəli sürdüyü dəlilin (2) əsassız olması isə ondan görünür ki, Azərbaycan Respublikası Dövlət bayrağının üzərində ay-ulduzun yerində heyvan başının yerləşdirildiyi təsvirin mənasını şərh edərkən o, bu təsviri Məhkum internet informasiya ehtiyatında yaydığı digər təsvir və yazı mətnlərindən irəli gələn ümumi kontekstdən ayırmaqla qiymətləndirmiş, nəticədə məzmun və mən a baxımından bir-biri ilə müqayisəyə belə gələ bilməyən həmin təsvirlə üzərində boz qurdun olduğu (kassasiya şikayətinə əlavə olunmuş) bayraq təsvirlərini əsassız olaraq eyniləşdirmişdir. Məhkum Azərbaycan Respublikasının Dövlət bayrağının başqa təsvirlərini yayarkən birinin üzərinə yerləşdirdiyi əxlaqsız elementlər, başqasının altında yerləşdirdiyi söyüş məzmunlu yazı mətni, digər halda yaydığı qurban kəsilməsini əks etdirən fotoşəkildəki qurbanlıq heyvanı şəkilin altında yerləşdiyi şərh vasitəsilə şəhid olmuş Azərbaycan əsgərinə bənzətməsi kifayət qədər aydınlığı ilə onu göstərir ki, Məhkum məqsədi kassasiya şikayətində iddia olunduğu kimi Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş hüququ realizə etmək deyil, müstəsna olaraq Azərbaycan Respublikasının Dövlət bayrağını təhqi r etmək olmuş və məhkəmələr bunu müəyyən edərkən işin həqiqi hallarına uyğun nəticəyə gəlmişlər. Müdafiəçinin ayrıca olaraq Məhkum CM-in 148-1-ci maddəsi ilə təqsirli bilinməsinin mübahisləndirilməsinə həsr etdiyi dəlilin (3) əsassız olduğu ondan irəli gəlir bu məsələdə də o, düzgün olmayaraq CM-in 147, 148-ci maddələrində təsbit edilmiş böhtan və təhqir cinayətlərini CM-in 148-1-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi ilə eyniləşdirmiş və hazırki işdə fiziki şəxsin deyil, ictimai birliyin zərərçəkmiş şəxs qismində tanınmasını Məhkum CM-in 148-1-ci maddəsi ilə məsuliyyət daşımasını istisna edən hal kimi şərh etmişdir. Halbuki, xüsusi ittiham qaydasında cinayət təqibinə aid edilmiş CM-in 147, 148-ci maddələrində nəzərdə tutulmuş cinayətlərdən fərqli olaraq, Azərbaycan Respublikası Ci nayət-Prosessual Məcəlləsinin 37.3-cü maddəsinə əsasən CM-in 148-1-ci maddəsində təsbit edilən cinayət əməli üzrə cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirilir və belə işlər üzrə cinayət prosesində yalnız fiziki şəxs olan zərərçəkmiş tərəfindən cinayət işinin başlanmasına təşəbbüs göstərilməsi, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiə olunması tələb olunmur. Belə ki, CPM-in 37.5-ci maddəsinə görə həmin maddədə təsbit edilən hallarda, o cümlədən əməl dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda CM-in 148-1-ci maddəsi ilə cinayət işi prokurorun təşəbbüsü ilə də başlaya bilər. CPM-in 7.0.23, 38.4, 84.6 maddələrinə əsasən ictimai-xüsusi ittiham məhkəmədə dövlət ittihamçı tərəfindən müdafiə olunur (yalnız dövlət ittihamçısı bu cür ittihamdan imtina etdiyi halda xüsu si ittihamçı qismində tanınmış zərərçəkmiş şəxs məhkəmədə ittihamın müdafiəsini davam etdirə bilər). Hazırki işdə də cinayət işinin başlanması barədə göstəriş Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən verməklə, onun tərəfindən cinayət təqibinin başlanmasına təşəbbüs göstərilmiş (Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisinin Baş Prokurorluğun İstintaq idarəsinə ünvanlanmış 11 may 2023-cü il tarixli məktubu), eyni zamanda zərərçəkmiş qismində tanınmış şəxs də Məhkum barəsində cinayət təqibinin həyata keçirilməsi üzərində israr etmişdir. Bu cür ictimai maraq kəsb edən, cinayət işinin başlanmasına prokuror təşəbbüs etdiyi hallarda, xüsusilə də CM-in 148-1-ci maddəsində göstərilən əməllə şəhid olmuş Azərbaycan Respublikasının Milli Qəhrəmanı, digər şəhid əsgərləri təhqir olunduqda zərərçəkmiş şəxsin cinayət prosesində hüquqlarının həyata keçirilməsi üçün konkret fiziki şəxsin (məsələn, prosessual hüquqi varis qismində - həlak olmuş zərərçəkmişin yaxın qohumunun) deyil, təyinatı müvafiq ictimai marağın müdafiəsi olan qurumun (hazırkı işdə “X15 və Şəhid Ailələri” İctimai Birliyinin) tanınması məhkəmə qərarının ləğvinə əsas yaradan qanun pozuntusu kimi şərh edilə bilməz. Yuxarıda təhlil edilən hüquqi məsələlər üzrə kassasiya şikayətində irəli sürülən dəlillər kimi, müdafiəçinin Məhkum CM-in 283.1-ci maddəsəsi ilə təqsirli bilinməsinin mübahisələndirilməsi üçün gətirdiyi dəlillər də (4) əsassızdır. Çünki, müdafiəçi bu məsələ üzrə mövqeyini irəli sürülmüş (məhkəmədə baxılmış) ittihamla rabitəsiz şəkildə - hökmdə və apellyasiya instansiyası məhkəməsinin yekun q ərarında Məhkum hansı hərəkətlərinin milli, irqi, sosial, dini zəmində konflikt yaratmağa yönəldiyinin, düşmənçiliyə təhrik etmə olduğunun, eləcə də bu hərəkətlər nəticəsində konfliktin yarandığının (milli zəmində konfliktin yaranması kimi ictimai təhlükəli nəticənin baş verməsinin) göstərilməməsi və əsaslandırılmaması ilə izah etmişdir. Halbuki, Məhkum qarşı CM-in 283.1-ci maddəsi ilə müdafiəçinin kassasiya şikayətində dəlillər gətirdiyi əməllərə görə deyil, həmin maddənin dispozisiyasında alternativ tərkiblərdən biri kimi nəzərdə tutulmuş Azərbaycan xalqının, bütövlükdə türk millətinin milli ləyaqətinin alçaldılmasına yönələn, mediadan istifadə olunmaqla törədilən hərəkətlərə görə ittiham irəli sürülmüşdür. Həmçinin, dispozisiyanın quruluşuna görə burada təsbit edilən əməllərin hər biri, o cümlədən mediadan istifadə edilməklə milli ləyaqətin alçaldılmasına yönələn hərəkətlər formal tərkibli cinayətlər qismində təsbit edildiyindən, bu hərəkətlər nəticəsində konfliktin, milli zəmində münaqişənin baş verməməsi başa çatmış cinayətə görə məsuliyyəti istisna edən, Məhkum cinayət tərkibinin əlamətləri olmadan CM-in 283.1-ci maddəsi ilə təqsirli bilindiyini göstərən hal kimi şərh edilə bilməz (aşkar surətdə, o cümlədən mediadan istifadə olunmaqla bu və ya digər xalqın nümayəndələrinin milli ləyaqətinin alçaldılmasına yönələn hərəkətlər Avropa Konvensiyasının 10-cu maddəsinin 2-ci bəndində göstərilənlərə - ictimai asayişə, ictimai qaydalara təhlükə yaratmaqla özü-özlüyündə yüksək ictimai təhlükəlilik dərəcəsinə malik olduğundan, bu maddə ilə məsuliyyətin yaranması üçün ictimai təh lükəli nəticənin baş verməsi tələb olunmur). Müdafiə tərəfi yuxarıda qeyd olunan hüquqi məsələlərə, o cümlədən Məhkum CMin 148-1, 283.1 və 324-cü maddələri ilə təqsirli bilinməsinə dair məhkəmələrin gəldikləri nəticələri mübahisələndirərkən həm də Məhkum müdafiə hüququnun, sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydaların pozulmasına, xüsusilə də Məhkum qarşı məhkəməyədək icraatda polis tərəfindən zor tətbiq olunmasına, ittihamın və hökmün bunun təsiri ilə Məhkum alınmış etirafedici ifadələr, eləcə də onun valideynlərinin Məhkum əleyhinə olan ifadələri vasitəsilə əsaslandırılmasına istinad etmişdir. Lakin, cinayət işinin materiallarından görünür ki, kassasiya şikayətində irəli sürülmüş bu dəlillərin əksinə olaraq ittiham hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyas iya instansiyası məhkəməsinin qərarı Məhkum, eləcə də Məhkum atası Şahid1, anası Şahid2, bacısı Şahid3 onların iradəsi əleyhinə alınmış ifadələrlə əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə baxışına dair iclas protokolundan və hökmdən görünür ki, təqsirləndirilən şəxs Məhkum, şahidlər Şahid1, Şahid2 və Şahid3 məhkəmədə sərbəst şəkildə, öz istəklərinə uyğun olaraq (könüllü) ifadə vermiş, Məhkum ittihamda göstərilən (ona isnad edilən) hərəkətləri əsasən etiraf etmiş (özünü qismən təqsirli bilmiş) və məhkəmənin ittiham hökmü də məhkəmə baxışında tədqiq olunmuş digər sübutlarla yanaşı, məhz həmin ifadələrə istinad olunmaqla əsaslandırılmışdır. CPM-in 20-ci maddəsində nəzərdə tutulmuş özünü və qohumlarını ifşa etməkdə sərbəstlik prinsipinin ehtiva etdiyi qadağa isə şahidin yaxın qohumu əleyhinə ifadə verməsini və ittiham hökmünün yaxın qohumun əleyhinə verilmiş şahid ifadəsi ilə əsaslandırılmasını deyil, hər kəsin özünün və ya yaxın qohumunun əleyhinə ifadə verməyə məcbur edilməsini nəzərdə tutur ki, hazırkı iş üzrə məhkəmə baxışında istər Məhkum, istərəsə də onun adları qeyd olunan yaxın qohumlarının ifadə verməyə məcbur edilməsi kimi hallar baş verməmişdir. Müdafiəçinin kassasiya şikayətində irəli sürdüyü Məhkum məhkəməyədək icraatda polis əməkdaşlarının zorakılığına məruz qalaraq özünün əleyhinə ifadə verməyə məcbur edilməsi, habelə müdafiə hüququnun pozulması barədə iddiaları da cinayət işinin materialları ilə uzlaşmadığından əsaslı hesab edilə bilməz. Belə ki, Məhkum istər ibtidai istintaqda, istərsə də birinci instansiya məhkəməsində ona qarşı polis tərəfindən zorakılığın tətbiq edilməsini iddia etməmiş, o cümlədən bununla əlaqədar məhkəmə nəzarəti qaydasında özü və yaxud müdafiəçisi şikayətlə məhkəməyə müraciət etməmişdir. Məhkəməyədək icraatda Məhkum barəsində məhkəmə-tibbi ekspertizası təyin edilmiş və əldə olunmuş 6 iyul 2023-cü il tarixli 307 nömrəli rəyə əsasən onun bədən səthi üzərində heç bir xəsarət aşkar olunmamışdır (ekspertiza zamanı və rəy alındıqdan sonra onunla tanış olarkən, eləcə də bu rəylə bağlı dindirilərkən də Məhkum israrla onda hər hansı bir xəsarətin olmadığını bildirmişdir). İbtidai istintaqın müxtəlif dövrlərində Məhkum müdafiəsi təyinat üzrə vəkil Müdafiəçi2 və müqavilə üzrə vəkil Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. Cinayət prosesinin məhkəmə icraatları dövründə isə o, birinci instansiya məhkə məsində aparılan icraatların müxtəlif mərhələlərində özünün iradəsinə uyğun olaraq vəkillər Müdafiəçi2, Müdafiəçi1, Müdafiəçi3, apellyasiya instansiyası məhkəməsində Müdafiəçi4 və Müdafiəçi2 hüquqi yardımı ilə təmin olunmuşdur. Qeyd olunanlar, ümumiyyətlə cinayət işinin materialları onu deməyə əsas verir ki, məhkəmələrin şərh edilən və digər hüquqi məsələlər üzrə gəldiyi nəticələr işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına, CPM-in 33, 125, 143-146-cı maddələrinin tələblərinə müvafiq qaydada tədqiq edilib-qiymətləndirilmiş sübutlara, maddi və prosessual hüquqi normalarının düzgün təfsir və tətbiqinə əsaslanır, kassasiya şikayətində göstərilənlər isə cinayət prosesində müəyyən olunmuş hallara, onların və əlaqəli normaların düzgün şərhinə əsaslanmadığından, məhkəmələrin gəl diyi nəticələri təkzib etmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya instansiyası məhkəməsinin işin faktiki halları, Məhkum əməllərinin Cinayət Məcəlləsinin 148-1, 283.1, 324-cü maddələri ilə tövsif edilməsi, onun bu maddələr ilə təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların olmaması barədə qənaətlərini şübhə altına almaq üçün əsas görmür. Sübutlar birinci instnasiya məhkəməsinin hökmündə ətraflı təsvir edilib, onların həqiqi məzmunlarına uyğun olaraq şərh edildiyindən, çıxarılan nəticələr həmin sübutların bir-biri ilə, cinayət prosesi tərəflərinin irəli sürdükləri dəlillərlə müqayisəli şəkildə təhlil edilməsinə əsaslandığından (apellyasiya instansiyası məhkəməsi də öz nəticələrini həmin sübutların üzərində qurduğunda n), məhkəmə kollegiyası hazırki qərarda sübutların yuxarıda təsvir edildiyindən daha geniş şəkildə təsvir və şərh edilməsinə zərurət görmür. Məhkəmə kollegiyasının fikrincə birinci instansiya məhkəməsi tərəfindən Məhkum cəza təyin edilərkən və cəzanın təyin edilməsi hissəsində hökm apellyasiya qaydasında yoxlanılarkən də məhkəmələr tərəfindən hər hansı pozuntuya yol verilməmişdir. Belə ki, Məhkum CM-in 148-1-ci maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrum etmə (sanksiyada bu növ cəzanın yuxarı həddi 1 il olduğu halda), CM-in 283.1-ci maddəsi ilə il 3 il müddətə azadlıqdan məhrum etmə (sanksiyada bu növ cəzanın yuxarı həddi 4 il olduğu halda), CM-in 324-cü maddəsi ilə 6 ay müddətə azadlıqdan məhrum etmə (sanksiyada bu növ cəzanın yuxarı həddi 1 il olduğu halda) cəzasını təyin etməklə, cinayət lərin məcmusu üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasının müddətini də 3 il 6 ay həddində müəyyən edərkən CM-in 66.2-ci maddəsində nəzərdə tutulmuş cəzaların toplanması üsullarından (əhatə etmə, tam və ya qismən toplama) tam toplama ilə müqayisədə daha güzəştlisini – qismən toplamanı seçməklə iş üzrə müəyyən edilmiş təqsirkarı səciyyələndirən məlumatları (əvvəllər məhkum olunmamasını, gənc və subay olmasını), cəzanı yüngülləşdirən halların müəyyən edilməməsini, CM-in 61.1.6 və 61.1.8ci maddələrinə müvafiq olaraq cəzanı ağırlaşdıran hallar qismində müəyyən edilmiş Məhkum cinayəti alçaq niyyətlə və öz xidməti borcunu yerinə yetirmiş şəxsə qarsı törətməsini CM-in 58.3-cü maddəsinin tələb etdiyi digər hallarla, o cümlədən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, cəzanın onun ailəsinin həyat şəraitinə və islah olunmasına təsiri, CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın digər məqsədləri ilə birlikdə götürməklə lazımınca nəzərə almış, Məhkumə CM-in 8-ci maddəsinin tələblərinə cavab verən ədalətli cəza təyin etmişdir. Cəza təyini zamanı nəzərə alınmış, CM-in 58.3-cü maddəsində təsbit olunan məsələlər üzrə müəyyən olunmuş hallar, Məhkum təqsirli bilindiyi əməllərin Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş hüququn müdafiəsi altına düşməyən ictimai təhlükəli hərəkətlərdən təşkil olunması kimi hazırkı işin həqiqi halı ilə birlikdə götürülməklə nəzərə alındıqda görünür ki, təqsirkara təyin olunmuş 3 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası Avropa İnsan Hüquqları Məhkəməsinin Avropa Konvensiyasının 10-cu maddəsində nəzərdə tutulmuş hüquqla bağlı işlərdə müəyyən etdiyi (yuxarıda qeyd olunan) meyarlar kontekstində də zəruri müdaxilə həddini aşan, əməllərə adekvat olmayan, təqsirkarın üzərinə qoyulmuş ifrat cəza kimi çıxış etmir. Təsvir olunanlardan görünür ki, birinci instansiya məhkəməsinin ittiham hökmü və onun dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin yekun qərarı qanuni və əsaslıdır, məhkəmələr tərəfindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1-ci maddəsində təsbit edilən, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan 416.1.1-416.1.3, 416.1.6, 416.1.11, 416.1.21-ci maddələrində təsbit olunmuş pozuntulara yol verilməmişdir. Bu səbəbdən kassasiya şikayətində irəli sürülmüş apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsi barədə tələb təmin edilə bilməz. Eyni zamanda təsvir olunanlar İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın da müddəalarının pozulmadığını, kassasiya şikayətinin Avropa Konvensiyasının 10-cu və digər maddələrlərinin pozuntularının müəyyən edilməsinə dair tələb hissəsində də əsassız olduğunu göstərir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair müdafiəçinin və kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum müdafiəçisi Müdafiəçi4 kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda g östərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 23 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar