Məhkəmə qərarları › İş №1(102)-2371/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2371/2023

14.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2371/2023 14.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və məhkumun iştirakları ilə, xx xxxxxx il tarixdə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, heç yerdə işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, hal hazırda cəza çəkən Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli, 1(105)-8/2022 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli, 1(101)-280/2019 nömrəli hökmü ilə (hakimlər: F.A.Qəribov (sədrlik edən), R.Ə.Sadıxov və Ə.N.Hacıyev) Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin 29 iyul 2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Həmçinin, həmin hökmlə Təqsirləndirilən şəxs1, Təqsir ləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müxtəlif maddələrlə təqsirli bilinərək cəzalandırılmışdılar. Hökmdən Məhkum və onun müdafiəçisi Müdafiəçi1 Elburus oğlu, məhkum Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi5, məhkum Təqsirləndirilən şəxs2 və onuun müdafiəçisi Müdafiəçi8 tərəfindən verilmiş apellyasiya şikayətlərinə və dövlət ittihamçısı İsmayılov Rahil Əliş oğlu tərəfindən verilmiş kapellyasiya protestinə əsasən işə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: E.M.Əhmədov (sədrlik edən), F.G.Zeynallı və M.Ə.Rzayev) 17 oktyabr 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş və Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü dəyişdirilməklə, məhkum Təqsirləndirilən şəxs1 təqsirli b ilindiyi CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 (səkkiz) ilədək endirilmiş, Məhkum əməli CM-nin 234.4.1, 234.4.3-cü maddələrindən CM-nin 307.1-ci maddəsinə tövsif edilərək və o, həmin maddə ilə təqsirli bilinərək ona bu maddə əsasında 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi CM-nin 206.2-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 4 (dörd) ilədək, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təyin edilmiş həmin növdə cəzanın müddəti isə 10 (on) ilədək endirilmişdir və CM-nin 66.3-cü maddəsinə əsasən qeyd olunan qərarla ona təyin edilmiş cəzalar qismən toplanılmaqla, Təqsirləndirilən şəxs4 qəti olaraq 13 (on üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmuş, Təqsirləndirilən şəxs2 əməli CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrindən CM-nin 234.1-ci maddəsinə tövsif edilməklə ona həmin maddə ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, apellyasiya protesti isə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 oktyabr 2019-cu il tarixli qərarından dövlət ittihamçısı Sadıqov Siyavuş Köçəri oğlu kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: T.L.Kazımov (sədrlik edən), Ə.C.Seyidov və İ.M.Nəsirov) 30 sentyabr 2020-ci il tarixli qərar ilə kassasiya protesti qismən təmin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli qərarı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 aid hissələrdə də yişdirilmədən saxlanılmış və həmin qərar Məhkum, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 aid hissələrdə kassasiya protestinə əsasən ləğv edilərək cinayət işi məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs4 aid hissədə yeni apellyasiya baxışına təyin edilmişdir. İşə apellyasiya qaydasında məhkumlar Təqsirləndirilən şəxs1, Məhkum və Təqsirləndirilən şəxs4 aid hissələrdə yenidən baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər: V.C.Cəfərov (sədrlik edən), R.Ə.Ağayev və R.O.Əsgərova) 04 mart 2022-ci il tarixli 1(105)-8/2022 nömrəli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmü Məhkum aid hissədə dəyişdirilərək ona həmin hökmlə təqsirli bilindiyi CM-nin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş azadlıqda n məhrum etmə cəzasının müddəti 6 (altı) ilədək endirilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Məhkum 29 iyul 2018-ci il tarixdən 29 iyul 2020-ci ilə qədər həbsdə saxlanıldığı müddət ona göstərilən qərarla təyin edilmiş cəzadan çıxılmaqla üzərində 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, adı çəkilən məhkumu bu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının 25 dekabr 2021-ci il tarixdən hesablanması qərara alınmış, hökm qalan hissəsi dəyişdirilmədən saxlanılmış, Məhkum apellyasiya şikayəti qismən təmin edilmiş, məhkum Təqsirləndirilən şəxs1, müdafiəçilər Müdafiəçi1 və X apellyasiya şikayətləri isə təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından məhkum Təqsirlən dirilən şəxs1 tərəfindən verilmiş kassasiya şikayətinə və dövlət ittihamçısı T.Ə.Hətəmov tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Ş.Y.Yusifov (sədrlik edən), N.R.Mövsümov, İ.Ə.Rəcəbov) 25 oktyabr 2022-ci il tarixli qərar ilə kassasiya şikayəti təmin edilməmiş, kassasiya protesti isə qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarı Məhkum aid hissədə dəyişdirilmiş, Məhkum hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti məlum olmayan "X” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə çəkisi 3590,6 qram çəkidə narkotik vasitə olan heroini və 932,2 q ram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək saxlamasına və göndərməsinə, habelə 2485,6 qram çəkidə heroini və 932.2 qram çəkidə tiryəki daşımasına görə təqsirli bilinməsinə dair müddəalar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından və onunla bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin 11 aprel 2019-cu il tarixli hökmündən xaric edilmiş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarından məhkum kassasiya şikayəti vermişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum təqsirli bilinərək məhkum olunmuşdur ona görə ki, o, narkotik vasitələrin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda əldə edilməsi, saxlanması, daşınması, göndərməsi və satışı məqsədi ilə tanışları İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs4 (X9 ) oğlu, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, şəxsiyyəti istintaqa məlum olmayan "X” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs tərəfindən 27 iyul 2018-ci il tarixdə axşam saatlarında X5 rayonu Arus kəndi ərazisində Təqsirləndirilən şəxs4 (X9 ) oğlundan 06 (altı) ədəd bağlamada ümumi təmiz çəkisi 3590,6 (üç min beş yüz doxsan) qram, ayrı-ayrılıqda təmiz çəkiləri-1005 (min beş) qram, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram narkotik vasitə olan heroini və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram narkotik vasitə olan tiryəki satış məqsədi ilə əldə edib, həmin narkotik vasitələrdən 1005 (min beş) qram heroini satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan "X” adlı şəxsə, 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram heroini satış məqsədi ilə Təqsirləndirilən şəxs2, 932,2 (doqquz yüz otuz iki) qram tiryəki satış məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxsə verməyi Təqsirləndirilən şəxs4 tapşırıq aldığına görə 07 (yeddi) ədəd bağlamada olan narkotik vasitələri yaşadığı evə daşıyıb atası Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 2 ünvanda yerləşən evdə satış məqsədi ilə gizlətmiş, səhəri gün, yəni xx.xx.2018-ci il tarixdə bir ədəd bağlamada ol an 1005 (min beş) qram narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs1 ilə birlikdə idarə etdiyi VAZ 21 06 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhərinə daşıyıb gətirərkən Sumqayıt ŞPİ-nin NMBnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 29 iyul 2018-ci il tarixdə gecə saat 04:30-da Sumqayıt şəhəri, 76-cı məhəllə, "Maşın bazarı”nın qarşısında saxlanılıb üzərlərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd bağlamanın içərisində külli miqdarda, 1005 (min beş) qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüş, bu barədə məlumat alan Təqsirləndirilən şəxs3 06 (altı) ədəd bağlamada olan narkotik vasitəni daşıyıb qonşu evin zirzəmisində satış məqsədi ilə gizlətmiş, 16 avqust 2018-ci il tarixd ə Təqsirləndirilən şəxs3 ifadəsi yerində yoxlanılan zaman Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən Cəlilabad şəhəri, Fizuli küçəsi, 96 nömrəli evin zirzəmisində sandığın içərisində gizlədilmiş ümumi təmiz çəkisi 2585,6 (iki min beş yüz səksən beş) qram, ayrı-ayrılıqda təmiz çəkiləri- 447,1 (dörd yüz qırx yeddi) qram, 468,2 (dörd yüz altmış səkkiz) qram, 485,0 (dörd yüz səksən beş) qram, 481,3 (dörd yüz səksən bir) qram, 704,0 (yeddi yüz dörd) qram tiryəkdən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin və bir ədəd bağlamada 932,2 (doqquz yüz otuz iki) qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 25 oktyabr 2022-ci il tarixli qərar ilə Mə hkum hazırki iş üzrə məhkum olunmuş Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1 və şəxsiyyəti məlum olmayan "X” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək satış məqsədi ilə çəkisi 3590,6 qram çəkidə narkotik vasitə olan heroini və 932,2 qram çəkidə narkotik vasitə olan tiryəki əldə edərək saxlamasına və göndərməsinə, habelə 2485,6 qram çəkidə heroini və 932.2 qram çəkidə tiryəki daşımasına görə təqsirli bilinməsinə dair müddəalar birinci instansiya məhkəməsinin hökmündən və apellyasiya instansiyası məhkəməsinin qərarından xaric edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, nəticədə, o əməlində cinayət tərkibi olmadığı halda C inayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinmişdir. Məhkum onun məhkəmələr tərəfindən prosessual pozuntularla əldə edilmiş ziddiyyətli sübutlar əsasında məhkum edildiyini, digər məhkum Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitələrin olmasından xəbərdar olmadığını, həmçinin onun ifadələrinə istinad edərək kassasiya şikayətində sonuncunun narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətin törədilməsində iştirak etmədiyini qeyd etmişdir. Bununla da Məhkum tərəfindən verilmiş şikayətdə onun ziddiyyətli sübutlar əsasında Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə məhkum edildiyi iddia edir. Məhkum kassasiya şikayətində göstərilənləri Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş halları yaradan pozu ntular kimi qiymətləndirərək, həmin əsaslarla Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarının ləğv edilməsini, onun barəsində cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların düzgün tədqiq edilib-qiymətləndirilmədiyini, nəticədə o, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edildiyini iddia edərək, faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi, cinayət işi üzrə icraata bəraətverici əsaslarla xitam verilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişlər. Odur ki, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını Məhkum münasibətdə yoxlayıb, araşdırmanın nətic ələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci ma ddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin (o cümlədən, əməldə cinayət tərkibinin əlamətlərinin olub-olmamasının) müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Məhkumun kassasiya şikayətindən görünür ki, o, onun digər şəxslə birgə külli miqdarda olan narkotik vasitə heroinin satış məqsədi ilə əldə edilməsində, daşınmasında və saxlanılmasında iştirak etmədiyini iddia etməklə, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürü lmüş ittiham üzrə özünün təqsirliliyinin müəyyən edilməməsi haqqında mülahizəsini və həmin mülahizədən irəli gələn apellyasiya məhkəməsinin qərarının ləğv edilməsi haqqında tələbini məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarının inkar edilməsi üzərində qurmuşdur. Bu isə onu göstərir ki, müdafiəçi kassasiya instansiyası məhkəməsini iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirməklə işin faktiki hallarını yenidən müəyyən etməyə dəvət edir. Bununla əlaqədar kollegiya xatırladır ki, Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Bu normaların mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxarkən bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya instansiyası məhkəməsi isə müvafiq kassasiya müraciəti olduqda birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş faktiki hallara cinayət qanunu normalarının tətbiqini və həmin halların müəyyən edilməsi, ümumiyyətlə cinayət prosesinin həyata keçirilməsi zamanı cinayət-prosessual qanunun tələblərinə əməl olunub-olunmadığını yoxlaya bil ər. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə kassasiya tələbinin (o cümlədən, təqsirliliyinin müəyyən edilməməsinə baxmayaraq, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə məhkum olunmasına dair ittiham hökmünün çıxarılması haqqında iddianın) əsaslılığını yoxlayarkən məhkəmələr tərəfindən müəyyən edilmiş işin faktiki hallarını nəzərə almaya və məhkumun məhkəmə qərarlarının mübahisələndirilməsi üçün kassasiya şikayətində irəli sürdüyü, konkret dəlillərlə əsaslandırılmayan iddiasını mübahisələndirilən qərarın ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi qiymətləndirə bilməz. Məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallardan çıxış etmək barədə kollegiyanın qənaəti həm də ondan irəli gəlir ki, kassasiy a şikayətinin məzmunu ilə uzlaşan dəlillər Məhkum tərəfindən apellyasiya məhkəməsi qarşısında da irəli sürülmüş və apellyasiya məhkəməsi həmin dəlillərlə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticələrin düzgün olub-olmamasını yoxlayıb sübutlar və sübutetmə, cinayəti təşkil edən faktiki halların müəyyən edilməsi, faktiki hallara cinayət qanunu normasının tətbiqi, ibtidai istintaqda və birinci instansiya məhkəməsində cinayət-prosessual qanunun tələblərinə, o cümlədən təqsirləndirilən şəxsin prosessual hüquqlarına əməl olunması məsələlərində hər hansı bir pozuntu aşkar etməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin dispozisiyalarından və cinayət qanununun ümumi hissəsinin müddəalarından çıxış edərək, Məhkum hərəkətlərində Cinayət Məcəlləsini n 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin tərkibinin olması, bu maddələr ilə onun təqsirli bilinməsini və cəzalandırılmasını istisna edən halların, o cümlədən CPM-in 42.1-ci maddəsində təsbit edilmiş bəraətin əsaslarının olmaması haqqında nəticəyə gəlmişdir. Həqiqətən də, kassasiya şikayətində göstərilənlərin əksinə olaraq, cinayət işi üzrə məhkəməyədək və məhkəmə icraatları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin prinsiplərinə və digər müddəalarına uyğun olaraq, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüququ gözlənilməklə həyata keçirilmiş, birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən sübutların araşdırılmasında qanun pozuntusuna yol verilməmiş hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş, sübutlar Azərbaycan Respublikası CPM- in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış, hökm və apellyasiya məhkəməsinin yekun qərarı çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM-in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmiş və Məhkum təqsirliliyi barədə yekun nəticələr CPM-in 146-cı maddəsinin tələbləri gözlənilməklə işə aid olan və biri digərinə uyğun gələn bütün sübutların məcmusu, o cümlədən digər məhkum Təqsirləndirilən şəxs1 ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi (ifadəsində bildirmişdir ki, yaşadığı məhəlləyə gələrək qonşuluqda yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Məhkumla görüşüb ona hər şeyi, yəni narkotikin sahibinin həmin heroinin Sumqayıt şəhərinə aparıb lazım olan şəxsə çatdırılması üçün 300 manat pul verəcəyini danışmış, narkotikin aparılmasına görə həmin puldan 100 manatının təqsirləndirilən şəxs Məhkum verəcəyini vəd etmiş və Məhkum da onunla razılaşmış və onlar 29 iyul 2018-ci il tarixdə axşam vaxtı təqsirləndirilən şəxs Məhkum məxsus “X” markalı avtomobillə Sumqayıt şəhərinə gəlmişlər), həmçinin Məhkum özünün ibtidai istintaq zamanı etirafedici ifadəsi (ifadəsində göstərmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs1 onunla görüşüb bildirdi ki, X7 vətəndaşı olan X adlı tanışı ona 1 kiloqram narkotik vasitə olan heroin verib və həmin heroini Sumqayıt şəhərinə çatdırmağa görə 300 manat pul verir, əgər həmin heroini onunla birlikdə maşını ilə Sumqayıta aparsa, 100 manat verər. Onun da pula ehtiyacı olduğu üçün Şahların təklifi ilə razılaşdır.”) həmçinin polis əməkda şlarının ifadələri, "şəxsi axtarış və götürmə aparılması haqqında” 29 iyul 2018-ci il tarixli protokol (Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman əlində olan polietilen paketinin içərisində külli miqdarda, 1005 (min beş) qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür.), aşkar edilmiş narkotik vasitələrin miqdarı və tərkibi barədə məhkəmə-kimyəvi ekspertizasının 29 iyul 2018-ci il tarixli 19644 nömrəli rəy, sənədlər, istintaq hərəkətlərinin protokolları və sair materiallar ilə, onların həqiqi məzmununa uyğun olaraq əsaslandırılmışdır. Adı çəkilən və digər sübutlar hökmdə, eləcə də apellyasiya məhkəməsinin yekun qərarında təsvir edilib müdafiə tərəfinin dəlilləri ilə müqayisə edilməklə ətraflı şərh edildiyindən, məhkəmə kollegiyası isə qeyd olunan (kassasiya şikayətində irəli sürülmüş iddia ilə uzlaşan) dəlillərin araşdırılması və araşdırmanın nəticələrinin yoxlanılması üzrə müvafiq olaraq birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələrlə razılaşdığından, həm də kassasiya şikayətində məhkəmələrin çıxardıqları nəticələri təkzib edə biləcək, araşdırmaların obyektivliyini, tamlığını, hərtərəfliliyini şübhə altına ala biləcək dəlillər gətirilmədiyindən, nə sübutları yenidən təsvir edib onları və kassasiya şikayətində göstərilənləri daha ətraflı şərh etmək, nə də ki, hökmü və apellyasiya məhkəməsinin yekun qərarını şübhə altına almaq üçün əsas görmür. Bu səbəbdən məhkəmə kollegiyası müdafiəçinin kassasiya şikayətinin Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinməsinin m übahisələndirilməsinə dair dəlilləri ilə razılaşmaq üçün əsas tapmır. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri cəzanın təyin edilməsi məsələsi həll olunarkən və həmin məsələ üzrə hökm apellyasiya qaydasında yoxlanılarkən, məhkəmə birinci instansiya məhkəməsindən fərqli olaraq cinayətlərin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən, Məhkum şəxsiyyətindən, o cümlədən cəzanı yüngülləşdirən hallar - ilk dəfə törədilmiş cinayətə görə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onun təqsirinin dərəcəsini (Məhkum verilmiş ittihamda sadalanmış digər narkotik vasitənin əldə edilməsində hər hansı rolunun olmamış, yalnız Təqsirləndirilən şəxs1 təklifi ilə narkotik vasitənin şəxsi avtomobilində Sumqayıt şəhərinə daşınma sında iştirak etmiş), xx.xx. ildən "emosional-davamsız şəxsiyyət pozuntusu” diaqnozu ilə Lənkəran Rayonlararası Psixatriya Xəstəxanasında qeydiyyatda olmasını, məhkumun məhkəmədəki davranışını nəzərə alıb, ağırlaşdıran halın müəyyən olunmamasından, cəzanın təqsirkarın islah olunmasına və ailəsinin həyat şəraitinə təsirindən çıxış edib Məhkum təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təyin edilmiş 11 il müddətə azadlıqdan məhrum etmə cəzasını 6 ilədək endirməklə, cəzanın təyin edilməsinin ümumi əsaslarına və cəzanın məqsədlərinə dair Cinayət Məcəlləsinin müvafiq olaraq 59, 61, 58, 41.2-ci maddələrinin tələblərinə əməl etmiş, Cinayət Qanununun 8-ci maddəsində təsbit olunmuş ədalət prinsipini gözləmişdir. Təsvir edilənlərdən görünür ki, Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslıdır, təyin edilmiş cəza isə ədalətlidir, baxılan işdə apellyasiya instansiyası məhkəməsinin yekun qərarının ləğv edilməsinə və məhkumun cinayət işinə bəraətverici əsaslarla xitam verilməsinə əsas yoxdur, o cümlədən kassasiya şikayəti ilə ehtiva olunan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.1-416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair məhkumun, təmin edilməməsinə dair dövlət ittihamçısı X2 çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, məhkum tərəfindən verilmiş kassasiya şikayəti tə min edilməməli, Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 mart 2022-ci il tarixli, 1(105)-8/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Məhkum barəsində olan 04 mart 2022-ci il tarixli, 1(105)-8/2022 nömrəli qərarı məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar