Məhkəmə qərarları › İş №1(102)-2371/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2371/2024

05.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2371/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Cəfərov Vidadi Cəfər oğlundan ibarət tərkibdə, Məmmədli Əleyman Məmməd oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri X7 iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhk um olunmuş Məhkum barəsində olan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarından məhkum İ.F.Stigerin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin inzibati binasında mahiyyəti üzrə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1610/2024 nömrəli, 24 may 2024-cü il tarixli hökmü ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), hakimlər X8 və X5 ibarət tərkibdə) xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində 1 (bir) azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və hazırda həmin ünvanda yaşamış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum 30 yanvar 2024-cü il tarixdən 24 may 2024-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 3 (üç) ay 24 (iyirmi dörd) gün müddət ona təyin edilmiş cəza müddətinə daxil edilərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ev dustaqlığında saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablamaq yolu ilə həmin müddət ona təyin edilmiş cəzadan çıxılmış və onun üzərində 2 (iki) il 8 (səkkiz) ay 6 (altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Məhkum cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Məhkum barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsi nin 79.1-ci maddəsi tətbiq olunaraq hazırki hökmlə onun üzərində saxlanılmış 2 (iki) il 8 (səkkiz) ay 6 (altı) gün azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin onun himayəsində olan 04 aprel 2013-cü il təvəllüdlü Stieger X2 14 (on dörd) yaşına çatanadək təxirə salınması, Məhkum barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinın ləğv edilməsi, onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökmün icrasına nəzarətin həyata keçirilməsinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməsi, Məhkum hökm qanuni qüvvəyə mindiyi gündən narkomaniyadan məcburi müalicə təyin edilməsi hökm edilmişdir. Hökmdən dövlət ittihamçısı tər əfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(103)-1525/2024 saylı, 11 iyul 2021-ci il tarixli qərarı ilə (hakimlər: X6 (sədrlik edən və məruzəçi),, X4 və X1 ibarət tərkibdə) apellyasiya protesti qismən təmin olunmuş, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 1(101)-1610/2024 nömrəli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmiş, Məhkum barəsində Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinin tətbiq edilməsinə dair müddəalar hökmdən xaric edilmiş, Məhkum Bakı Ağır Cinayətlər Məhkəməsinin 24 may 2024-cü il tarixli, 1(101)1610/2024 nömrəli hökmü ilə ona təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 6 (al tı) gün müddətə azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 11 iyul 2024-cü il tarixdən hesablanması, Məhkum məhkəmə iclas zalından dərhal həbs edilməsi qərara alınmışdır. İşin halları: Verilmiş ittihama əsasən Məhkum təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddəni və narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. İbtidai istintaq orqanının gəldiyi nəticəyə görə, o, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 3,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 2,28 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbə dən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşımış, Məhkum qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı o, xx.xx.2024-cü il tarixdə, saat 21:22-də ünvan 3 ünvanının yaxınlığında olduğu zaman saxlanılaraq DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin inzibati binasına dəvət edilib gətirildikdən sonra orada həmin gün saat 23:22-dən etibarən onun üzərində şəxsi axtarış aparılarkən qeyd edilən külli miqdarda 3,201 qram çəkidə psixotrop maddə metamfetamin 1 (bir) ədəd şəffaf sellofan bükümdə, ümumilikdə 2,28 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuana isə ayrıayrı lıqda təmiz çəkiləri 0,54 qram, 0,57 qram, 0,65 qram və 0,52 qram olmaqla, 4 (dörd) ədəd kağız büküm halında Məhkum əynindəki boz rəngli paltosunun sol yan cibindən çıxarıb təqdim etdiyi “Winston” markalı siqaret qutusunun içərisindən aşkar edilərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-1610/2024 saylı, 24 may 2024-cü il tarixli hökmü ilə Məhkumnun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə - satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi külli miqdarda əldə əldə etmə, saxlama və daşımaya tövsif edilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları çıxarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarından Məh kum müdafiəçisi Müdafiəçi2 tərəfindən kassasiya şikayəti verilmişdir. Qərardan kassasiya protesti, o cümlədən kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, CPM-in 416.1.21-ci maddəsinin tələbinə əsasən işə məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan caza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticələrin isin faktiki hallanna uygun olmadığından həmin qarar dəyişdirilməli, təqsirləndirilən səxsin cəzasını yüngülləşdirən halları - Məhkum himayəsinda 1 (bir) azyaşlı uşağının olmasını, azyaşlı uşağın hə mçinin İsveçrə Konfederasiyasının vətəndaşı olması, ailədə yeganə qazanc gətirən şəxs olmasını, ağır həyat şəraitini, ciddi xəstəlikdən əziyyət çəkməsini, himayəsində olan azyaşlı uşağın tərbiyəsi ilə məşğul olan yeganə şəxs olmaqla, uşağa təkbaşına baxmasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, himayəsindəki uşağın nəzərə alınmaqla xüsusi qayğıya ehtiyacının olmasını, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkəcəyi halda uşağın ana qayğısından və ana himayəsindən məhrum olacağını, bunun uşağın tərbiyəsinə və psixoloji vəziyyətinə ciddi şəkildə mənfi təsir edəcəyini nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 79-cu maddəsi tətbiq edib və onun himayəsində olan 04 aprel 2013-cü il təvəllüdlü Stieger X3 14 (on dörd) yaşına çatanadək təxir ə salinmalıdır. Göstərilənləri nəzərə alaraq maddi və prosessual hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8.1, 41.2, 58.3 maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyi üçün Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli 1(103)-1525/2024 saylı qərarının dəyişdirilməsini və Məhkum barəsində CM-in 79cu maddəsinin tətbiq edilməsinə dair qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsi nin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkum müdafiəçisi Müdafiəçi2 Məhərrəm oğlu kassasiya şikayətində məhkumun barəsində CM-in 79 -cu maddəsinin tətbiq edilməsi barədə kassasiya tələblərini Azərbaycan Respublikası CPM-in 419.10.4-cü maddəsində məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir. Odur ki, kollegiya müdafiəçinin kassasiya şikayətini Azərbaycan Respublikası CPM- in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edil ən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlkəlilik dərəcəsinə, onun tərədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəza nı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır” (maddə 58.3). Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2). Cinayət törətmiş şəxsin ağır şəkər xəstəsi, daimi həkim nəzarətində müayinə və müalicədə olması, himayəsində heç bir yerdə işləməyən xəstə və köməksiz şəxslərin olması, islah yoluna qədəm qoyması isə Cinayət Məcəlləsinin müvafiq olaraq 59.1.4 və 59.1.12-ci maddələrinə görə cəzanı yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən CM-in 59.1.8, 59.1.10-59.13-cü maddələrinin hər hansı birində göstərilən bütün hallar mövcud olduqda, cəzanı ağırlaşdıran hallar isə olmadıqda, təyin olunan cəzanın müddəti və ya həcmi Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Cinayət Məcəlləsinin 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununun 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəza sını ağırlaşdıran hal kimi nəzərə alına bilməz. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş, baxılan işə aidiyyatı olub, cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub, onun islah edilməsini və cəzanın d igər məqsədlərini təmin edə bilsin. Qeyd olunan cinayət – hüquqi normaların işığında kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda, aşağıdakılar müəyyən olunur. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair birinci instansiya məhkəməsinin hökmündən və həmin hökmü cəza hissəsində dəyişdirmiş apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, Məhkum satış satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 3,201 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumilikdə 2,28 qram təmiz çəkidə narkotik vasitə qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbəd ən naməlum tarixdə, vaxtda və şəraitdə əldə edərək üzərində saxlamaqla daşıma cinayətini törətmişdir. Məhkum törətdiyi həmin əmələ görə cinayət qanununun 234.1-1-ci maddəsinin müəyyən etdiyi məhrumiyyət Azərbaycan Respublikasının Cinayət Məcəlləsində 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmədən ibarətdir və həmin əməl cinayət Məcəlləsinin 15.4-cü maddəsində ağır cinayət kimi təsnif edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Məhkum əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmiş, qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunması – şəxsiyyətini səciyyələndirən hallar, himayəsində az yaşlı uşağının olması, törətdiyi əməldən səmimi peşman olması isə cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsinin təqsirkarın şəxsiyyətini səciy yələndirən, cəzanı yüngülləşdirən hallara və cəzanı ağırlaşdıran halın olmamasına dair nəticələri ilə apellyasiya məhkəməsi də razılaşmışdır. Məhkum əməlindən səmimi peşman olması onun gercəkdən də törətdiyi cinayətə tənqidi münasibət bəslədiyini, cinayətin ictimai-təhlükəliliyini düzgün dəyərləndirdiyini əks etdirir və birinci, apellyasiya instansiyaları məhkəmələrinin yekun qərarlarında qeyd olunmuş digər cəzanı yüngülləşdirən və məhkumun şəxsiyyətini səciyyələndirən hallarla birlikdə götürülməklə onun azadlıqdan məhrum etmə cəzasını çəkmədən də islah oluna biləcəyinə inam yaradırlar. Məhkəmə kollegiyası Məhkum iyevin məhkəməyədək icraatın əvvəlindən hökm çıxarıldığı günədək həbslə bağlı olmayan qətimkan tədbiri (başqa yerə getməmək haqqında iltizam) altında olmasını, bu tədbirin şərtlər inə əməl etməklə, icraatı aparan orqanların, o cümlədən məhkəmənin çağırışlarına vaxtlı-vaxtında gəlməsini bu cür inamı möhkəmləndirən xüsusat kimi qeyd edir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəza növünün təyin edilməsini əsaslı saysa da, hesab edir ki, məhkumun cəza çəkmədən də islah olunması mümkündür və buna görə də həmin cəzanın şərti olaraq tətbiq edilməsi məqsədəmüvafiqdir. Odur ki, məhkəmə kollegiyası Məhkum barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsinin nəzərdə tutduğu şərti məhkum etmənin tətbiq edilməsi üçün əsasların olması haqqında nəticəyə gəlir. Belə ki, şərti məhkum etmənin tətbiqi üzrə məsələləri tənzimləyən Cinayət qanununu n 70.1-ci maddəsi həmin cinayət-hüquq normasında nəzərdə tutulmuş cəzalara məhkum edilmiş şəxslərin bu cəzaları (o cümlədən, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını) çəkmədən islah edilmələri mümkün olduqda, şərti məhkum etmənin tətbiqinə yol verir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Göstərilən qərarın 25-ci bəndinə əsasən ş ərti məhkum etmə haqlarında yalnız CMnin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Cinayət Məcəlləsinin 70.1 və 70.2-ci maddələrinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə al ır. Qeyd olunan maddi hüquq norması və qərarın məna və mahiyyətinə görə, şəxs barədə şərti məhkum etmənin tətbiqi üçün məhkumun cəza çəkmədən islah olunmasının mümkünlüyü, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar araşdırılmalıdır. Həmçinin şərti məhkum etmə bir qayda olaraq cinayət törətmiş şəxslərə müstəsna hallarda, şəxsin təyin olunmuş cəzanı real çəkməsi məqsədəmüvafiq olmadıqda tətbiq edilə bilər. Beləliklə, kassasiya məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə Məhkum barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiqi üçün əsaslar mövcuddur və təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsi onun islah olunması məqsədinə cavab verir. Azərbay can Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci maddəsinin həmin Məcəllənin 70 və 79-cu maddələri baxımından şərh edilməsinə dair” 8 dekabr 2021-ci il il tarixli qərarında göstərilir ki, şərti məhkum etmə institutunun xarakterik cəhəti ondan ibarətdir ki, şəxs bu zaman cinayət məsuliyyətindən azad olunmur, məhkəmə hökmü ilə təyin olunmuş cəza (islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə) müəyyən olunmuş xüsusi formada, şərti həyata keçirilir. Yəni bu institut cinayət məsuliyyətinin realizə edilməsinin güzəştli forması kimi çıxış edir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvaf iq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Qeyd olunan səbəblər üzündən kollegiya baxılan işdə məhkəmə qərarının kassasiya qaydasında dəyişdirilməsini tələb edən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş əsasın mövcud olması haqqında nəticəyə gəlir. Beləliklə, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməsinə dair Məhkum müdafiəçisi Müdafiəçi2 Məhərrəm oğlunun, habelə kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.4 -cü maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarı dəyişdirilsin. Məhkum Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 11 iyul 2024-cü il tarixli qərarı ilə təyin edilmiş 2 (iki) il 8 (səkkiz) ay 6 (a ltı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-in 70-ci maddəsinə əsasən 1 (bir) il 6 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti olaraq tətbiq edilsin. Məhkum dərhal həbsdən azad edilsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar