Məhkəmə qərarları › İş №1(102)-2374/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2374/2024

25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2374/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Yusifov Şahin Yaşar oğlundan ibarət tərkibdə, Əhmədli Əlizadə Aytac Səfa qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun, Məhkum və onun müdafiəçisi, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Mahmudov Elçin Emin oğlunun iştirakları ilə x xxxxx 1990-cı ildə Xanlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər mə hkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 1, hal-hazırda həbsdə olan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.2-ci maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli 1(103)-669/2024 nömrəli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 32 saylı Vəkil Bürosunun vəkili Mahmudov Elçin Emin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 1(006)-19/2024 nömrəli hökmü ilə (hakim E.M.Hüseynov) Məhkum – Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzas ına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəlinin 16 yanvar 2024-cü il tarixdən hesablanması hökm edilmişdir. Məhkəmənin həmin hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi tərəfindən tərəfindən apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli 1(103)-669/2024 nömrəli qərarı ilə (hakimlər: A.F.İbrahimov (sədrlik edən), M.Ə.Abbasov və R.A.Qaraqurbanlı) apellyas iya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli 1(006)-19/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1,190 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixdə saat 22:30-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan paltosunun cibindəki plastik qutunun içərisindən 08 bükümdə ayrı-ayrılıqda t əmiz çəkiləri 0,045 qram, 0,043 qram, 0,041 qram, 0,038 qram, 0,237 qram, 0,270 qram, 0,266 qram, 0,250 qram olmaqla, ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarının ləğv edilməsi və təqsirinin sübuta yetirilməməsinə görə Məhkum barəsində olan cinayət işinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Müdafiəçi qeyd edir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, məhkəmənin gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması ilə, məhkəmənin gəldiy i nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi ilə, məhkəmə tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi ilə çıxarıldığı üçün ləğv edilməlidir. Məhkəmə cinayət təqibi üzrə toplanmış bütün sübutları tam, hərtərəfli və obyektiv yoxlamamışdır. Müdafiəçi hesab edir ki, Məhkum barəsində olan cinayət işinin ibtidai araşdırılması zamanı cinayət qanunvericiliyinin tələbləri, o cümlədən təqsirləndirilən şəxsin müdafiə hüquqları onun şübhəli şəxs kimi tutulduğu andan pozulmuş, məhkəmələr tərəfindən də bu qanun pozuntusuna hüquqi qiymət verilməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum və müdafiəçi E.Mahmudovun, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qanunun bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribver məməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Yəni bu normanın mənasına görə, kassasiya məhkəməsi kassasiya müraciətlərinə baxılması nəticəsində bilavasitə özü sübutları təhlil etməklə işin faktiki hallarını müəyyən etməyə haqlı deyil. Həmin halların müəyyən edilməsi qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Kassasiya kollegiyası isə müvafiq kassasiya müraciəti olduqda həmin hallarla əlaqədar olaraq cinayət və cinayətprosessual normaların tətbiqinin düzgünlüyünü yoxlaya bilər. Məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində məhkəmə qərarlarının mötəbər sübut lara əsaslanmadan qəbul edildiyi qeyd edilir və təqsirinin sübuta yetirilməməsinə görə Məhkum barəsində olan cinayət şinə xitam verilməsi barədə qərar qəbul edilməsi xahiş olunur. Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinə əsasən “Satış məqsədi ilə qanunsuz olaraq narkotik va sitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüqu qi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inka r edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələbl ərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əynində olan paltosunun cibindəki plastik qutunun içərisindən 8 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,043 qram, 0,041 qram, 0,038 qram, 0,237 qram, 0,270 qram, 0,266 qram, 0,250 qram olmaqla, ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ona məxsus olmasına dair təqsiri əldə edilmiş sübutlarla, yəni məhkum edilmiş şəxsin ibtidai istintaqda verdiyi qismən etiraf edici ifadələri, şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, “şəxsi axtarış aparılması və maddi sübu tun götürülməsi haqqında” 19 yanvar 2023-cü il tarixli protokol, məhkəmə-kimyəvi ekspertizasının 19 yanvar 2023-cü il tarixli 6/333 nömrəli rəyi, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 26 aprel 2023-cü il tarixli 2437 nömrəli rəyi, habelə iş üzrə toplanmış digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı və aşağı instansiya məhkəmələri tərəfindən Məhkum törətmiş olduğu cinayət əməlinin hüquqi tövsifi zamanı səhvə yol verilmişdir. Belə ki, Məhkum ittiham olunmuşdur ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq 1,190 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlayaraq daşımış, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 18 yanvar 2023-cü il tarixdə saat 22:30da ünvan 3 ünvanın qarşısında saxlanılaraq 21-ci polis bölməsinə gətirilmiş və orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan paltosunun cibindəki plastik qutunun içərisindən 8 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,043 qram, 0,041 qram, 0,038 qram, 0,237 qram, 0,270 qram, 0,266 qram, 0,250 qram olmaqla, ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarından görünür ki, Məhkum polis əməkdaşları tərəfindən narkotik vasitə heroinin satışını həyata keçirərkən, yaxud bilavasitə realizə edərkən saxlanılmamış, polis əməkdaşları 18 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri keçirmiş və ə məliyyat qrupu tərəfindən Məhkum 18 yanvar 2023-cü il tarixdə saat 22:30-da ünvan 3 ünvanın qarşısında saxlanılıb Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinə aparılmış və orada üzərinə şəxsi axtarış aparılarkən onun üzərindən ittihamda qeyd edilən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il 8 №-li Qərarının 8-ci bəndində qeyd edilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununu n 1.0.11-ci maddəsində şərh verilmişdir. Belə ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Qərarın 9-cu bəndində isə qeyd edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üç ün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası qeyd edir ki, aşağı instansiya məhkəmələri Məhkum “satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələrini əldə etmə, daşıma və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2-ci maddəsi ilə ittiham olunması və məhkum olunması nəticəsinə gələrkən kifayət qədər mötəbər sübutlara əsaslanmamışlar. Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis bölməsinin təhqiqatçısı, polis mayoru Nizami Hüseynov tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması v ə maddi sübutun götürülməsi haqqında” protokoldan görünür ki, Məhkum üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Məhkum əynindəki paltosunun sol yan cibindən 01 ədəd plastik qutunu çıxarıb, qapağını açaraq içərisindəki 04 ədəd sellofan və 04 ədəd kağız bükümləri, həmçinin paltosunun sağ cibindən 02 ədəd “Samsung” markalı mobil telefonları çıxarıb masanın üzərinə qoymuşdur. Sonra Məhkum üzərində başqa hər hansı bir əşyanın olub-olmaması sual edilmiş, həmin şəxs üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Bundan sonra Məhkum üzərində axtarış aparılmağa başlanılmış, ilk öncə onun geyindiyi paltosunun boynuna, qollarına və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Onun geyindiyi u zunqol idman köynəyinin ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Onun geyindiyi idman şalvarının ciblərinə və ətrafına baxılmış, lakin hər hansı bir əşya aşkar edilməmişdir. Məhkum ayaqqabılarını çıxarması təklif olunmuş və o, ayaqqabılarını, corablarını çıxarıb silkələmiş və heç bir əşya aşkar edilməmişdir. Məhkum təqdim etdiyi 04 ədəd sellofan və 04 ədəd kağız bükümlər barədə məlumat verməsi bildirilmişdir. O, 04 ədəd sellofan və 04 ədəd kağız bükümlərin içərisində olan maddənin “şüşə” olduğunu, öz şəxsi tələbatı üçün həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə saat 23 radələrində “Sovetski” adlı yerdə üzdən tanıdığı və adını bilmədiyi şəxsdən 160 manata şəxsi tələbatı üçün aldığını bildirmişdir. 02 ədəd “Samsung” markalı mobil telefonların özünün olduğunu və istifadə etdiyini demişdir. Bundan sonra iştirakçılara həmin şəffaf sellofana bükülmüş, içərisində şəffaf rəngli, kristal halda olan maddələrin ekspertiza tədqiqatına göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılacağı və möhürlənərək götürüləcəyi bildirildmişdir. Əvvəlcə zərfin içərisi iştirakçılara göstərilmiş və həmin zərfin içərisinin boş olduğu müəyyən edilmişdir. Bundan sonra şəffaf sellofanda olan narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq zərf Nəsimi RPİ-nin 21-ci PB-nin zərflər üçün nəzərdə tutulmuş “189” nömrəli möhürü ilə möhürlənmiş və hər bir iştirakçı tərəfindən həmin zərfin üzəri imzalanmışdır. Saxlanılan şəxs Məhkum xx.xx.2023-cü il tarixdə polis əməkdaşları tərəfindən PB-yə gətirilən zaman və PB-də olduğu zaman hər hansı bir zorakılığın olub olmaması soruşulmuş, Məhkum ona qarşı polis əməkdaşıları tərəfindən PB-yə gətirilən zaman və PB-də olan zaman heç bir zorakılığın olmadığını bildirmişdir. Protokol tərtib olunması üçün video çəkiliş müvəqqəti olaraq dayandırılmışdır. Tərtib olunmuş protokol iştirakçılara və şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs qismində saxlanılmış Məhkum ucadan oxunmuş, “tərtib olunmuş protokola dair hər hansı bir şikayət və ya vəsatətiniz varmı” sualına iştirakçılar və saxlanılan şəxs Məhkum heç bir şikayət və vəsatət olmadığını bildirmişlər. Ona görə də protokol tərtib olunmuş, ucadan oxunmuş, protokolun düzgünlüyü imzalarla təsdiq edilmişdir (i/v 52-54) Cinayət işinin materiallarına əlavə olunmuş “mobil telefona baxış keçirilməsi haqqında” 19 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Məhkum istifadəsində olan 1 ə dəd “Samsung” markalı mobil telefonun ***-***-**-** nömrə ilə, digər mobil telefonun isə simkart nömrəsi olmadan istifadə olunduğu aşkar olunmuş, lakın cinayət işi üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. (c.1, v.75) Cinayət işinin materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi Yoxlamanın 26 aprel 2023-cü il tarixli, 2437 saylı rəyindən görünür ki, Məhkum psixostimuluyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (i/v 127-128). Cinayət işinin materiallarına əlavə olunmuş ibtidai istintaq orqanı tərəfindən əməliyyat- axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 17 fevral 2023-cü il tarixli əməliyyat tapşırığının 3 mart 2023-cü il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Məhkum psixotrop maddə aşkar edilməsi faktı ilə əlaqədar bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, psixotrop maddənin mənbəyini müəyyən etmək mümkün olmamışdır. Məhkum psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olsa da, konkret olaraq onun psixotrop maddəni satdığı şəxslərin dairəsini və mənbəyini müəyyən etmək mümkün olmamışdır (iş vərəqə 108). Məhkəmə kollegiyası cinayət işinin materiallarını təhlil edərək qeyd edir ki, məhkəmədə araşdırılmış sübutların məcmusundan göründüyü kimi, Məhkum üzərində aşkar edilmiş 8 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,045 qram, 0,043 qram, 0,041 qram, 0,038 qram, 0,237 qram, 0,270 qram, 0,266 qram, 0,250 qram olmaqla, ümumi təmiz çəkisi 1,190 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin satış məqsədi ilə əldə etməsi ilə əlaqədar ibtidai istintaq orqanı və tərəfindən heç bir sübut əldə olunmamışdır. Cinayət işinin materiallarında Məhkum üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini satmaq məqsədi ilə əldə etməsini, istehlakçı ilə əvvəlcədən hər hansı razılığının olmasını təsdiq edən heç bir mötəbər sübut və dəlil mövcud olmamışdır. Belə ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, polis əməkdaşları onu “Kubinka” adlanan ərazidə axşam s aatlarında saxlamışlar. Onu saxlayan polis əməkdaşlarının içərisində Şahid2 olsa da, digər polis əməkdaşı Şahid1 orada olmamışdır. Polis əməkdaşları onu saxlayan zaman yanında bir nəfər şəxs də olmuş, lakin polis əməkdaşları həmin şəxsi tutmamışlar. O saxlanıldığı zaman bir qram miqdarında psixotrop maddəni yerə atsa da, polis əməkdaşları həmin psixotrop maddəni götürüb özlərində saxlamışlar və onu bölməyə aparmışlar. O, polis bölməsinə getmək istəmədiyinə görə yerə yıxılmış və həmin vaxt onu saxlayan “balaca boylu” şəxs ayağını onun əlinin üstünə qoyduğundan əlində xəsarət yaranmışdır. Qeyd olunan vaxt rayona getdiyindən psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır, yəni, onun psixotrop maddəni satmaq niyyəti olmamışdır. Polis əməkdaşları onu döymüşlər, bu səbəbdən böyrəklərində möhkə m ağrılar olmuşdur. Həmçinin polis əməkdaşları onun paltosunun cibinə bükümləri qoymuşlar, daha sonra çəkiliş zamanı həmin bükümləri gətirib qarşısına yerləşdirmişlər. Polis əməkdaşları ona “vəkilin yanında heç nə demirsən, səni yoxsa “sroka” göndərərik” demişlər. Çəkiliş zamanı o ilk dəfə həmin bükümlərin ona məxsus olmadığını bildirsə də, sonradan çəkilişi polis əməkdaşları dayandırmış və ona qarşı nalayiq ifadələr işlədərək ona məxsus olmayan bükümlərin çəkiliş zamanı ona məxsusluğu barədə ifadə verməsini tələb etmişlər. Bundan sonra ona edilmiş təzyiqlər nəticəsində polis əməkdaşlarının tələb etdiyi formada izahat vermişdir. İfadəsinin sonunda narkotik vasitənin satışı ilə məşğul olmadığını, yalnız istifadəçisi olduğunu, himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olduğunu bil dirərək, məhkəmədən onun əməlinin CM-in 234-cü maddəsinin birinci hissəsinə tövsif edilməsini və həmin maddə ilə barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Məhkum üzərində aşkar edilmiş psixotrop maddənin satış məqsədi ilə əldə edilməsini təsdiq edən və Ali Məhkəmənin Plenumunun qeyd edilən Qərarında sadalanan əlamətlərin olması nə ibtidai araşdırma orqanı tərəfindən aparılan istintaq zamanı, nə də məhkəmə baxışı zamanı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməsinə dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-nin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-nin 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməli və cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir, 145.3-cü maddəyə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 351.2-ci maddəsinin tələblərinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. İnsan Hüquqları üzrə Avropa Mə hkəməsi «Deveyer Belçikaya qarşı» iş üzrə qərarında xatırlatmışdır ki, «ittiham» termininə formal cəhətdən deyil, məzmun cəhətdən anlayış verilməlidir və məhkəmə ittihamın zahiri təzahürlərinin arxasında nəyin durduğunu nəzərdən keçirməli və ittihamın irəli sürülməsi prosedurunun reallıqlarını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum üzərində aşkar edilmiş psixotrop maddəni satış məqsədi ilə əldə etməsi iş materialları ilə təsdiq olunmur. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum “satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni və psixotrop maddələrini şəxsi istehlak məqsədilə əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma” cinayəti törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirilir. Ona görə də Məhkum əməli “satış məqsədi ilə qanunsuz olaraq psixotrop maddəni əldə etmə və saxlama”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.2ci maddəsindən, “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma”ya görə cinayət məsuliyyətini nəzərdə tutan CM-in 234.1-ci maddəsinə tövsif edilməli və o həmin maddə ilə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyası insanın mühüm şəxsi hüquqlarından biri kimi göstərilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətə n törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd edir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmalıdır. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o, mübahisə edilməsin. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarı dəyişdirilməklə, Məhkum törətdiyi əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-in 416.1.15-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiya məhkəməsi həmin hökmü və ya qərarı dəyişdirə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 419.10.4-cü maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara alır: Kassasiya şikayəti qismən təmin edilsin. Məhkum barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 8 aprel 2024-cü il tarixli qərarı məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilsin. Məhkum əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən, Məhkum məhkəməyədək icraat dövründə tutulduğu 2 (iki) gün müddət bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Qərar qalan hissədə dəyişdirilmədən saxlansın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar