Məhkəmə qərarları › İş №1(102)-2375/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2375/2025

27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2375/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-150/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Əsədov Teymur Hətəm oğlu tərəfindən verilmiş kassasiya protestinə mahiyy əti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx-ci il tarixdə Ağsu rayonu, Padar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, x vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Padar kəndində qeydiyyatda olmaqla yaşayır. 2. 14 avqust 2024-cü il tarixli ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 127.2.3 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, 31 may 2024-cü il tarixdə, saat 19 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs yaşadığı Ağsu rayon Padar kəndində yerləşən evin yaxınlığında Zərərçəkmiş şəxs evinin qarşısından keçən su arxının kol-kosdan təmizlənməsini tələb etməsini səhhətində olan problemlərə görə yerinə yetirə bilməyəcəyini deməsi səbəbindən Zərərçəkmiş şəxs onu nalayiq ifadələrlə söyüb təhqir etməsi ilə əlaqədar zərərçəkmiş Zərərçəkmiş şəxs təşəbbüsü ilə aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs yaşadığı evdən özü ilə gətirdiyi, mərhum atasından miras qalmış 1946-cı ildə “İjevks” silah zavodunda, zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, “İJB 46” modelli “F 3693” nömrəli, patronluğunun uzunluğu 70 mm olan, daxili çaxmaqlı, yivsiz, qoşalüləli odlu ov tüfəngi olan silah ilə Zərərçəkmiş şəxs qorxutmaq məqsədilə havaya bir dəfə atəş açdıqdan sonra ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuraraq, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və davranış qaydalarına, aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinası zlıq göstərməklə xuliqanlıq niyyəti ilə həmin silahla bir dəfə atəş açıb Zərərçəkmiş şəxs sol qol nahiyəsindən vuraraq zərərçəkmiş Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa səthinin döş boşluğuna nüfuz etməyən yarası kimi sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid, sol bazu kələfinin zədələnməsi ilə sol yuxarı ətrafında hərəkət məhdudluğu fonunda və atrofiya və trofik yara ilə müşayiət olunmayan, bazu kələfinin neyropatiyası sol yuxarı ətrafın parezi ilə müşayiət olunan, sol bazunun əzələ və vətərlərinin, arteria və venaların, sinirlərin zədələnməsi kimi ümumi əmək qabiliyyətinin 1/3dən az olmaqla daimi pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli ola n qəsdən sağlamlığına az ağır zərər vurmuş və ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silahdan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. 3. 03 oktyabr 2024-cü il tarixdə Ağsu Rayon Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və iş açıq məhkəmə baxışına təyin olunmuşdur.

4. Ağsu Rayon Məhkəməsinin 1(016)-10/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, onun Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 07 (yeddi) ay 10 (on) gün müddətin 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla üzərində 01 (bir) il 09 (doqquz) ay 10 (on) gün azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə vəzifələr qoyulması, cəzaçəkmə müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

5. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verib, hökmün ləğv edilməsi, Məhkum Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinməsi, cinayətlərin məcmusu üzrə təklif etdiyi hədlərdə azadlıqdan məhrum etmə cəzasını təyin etməklə və cinayət qanununun tələblərinə uyğun qərar qəbul edilməklə yeni ittiham hökmünün çıxarılmasını xahiş etmişdir.

6. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-150/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Məhkum əməlinin Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi və həmin maddə ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 07 (yeddi) ay 10 (on) gün müddətin 01 (b ir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 09 (doqquz) ay 10 (on) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması qərara alınmış, Ağsu Rayon Məhkəməsinin 1(016)-10/2025 nömrəli, 10 yanvar 2025-ci il tarixli hökmü qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

8. Kassasiya protestinin müəllifi məhkəmələr tərəfindən zərərçəkmiş şəxsin ifadələrinə əhəmiyyət verilmədən, yalnız məhkum edilmiş şəxsin mövqeyinə uyğun gələn müdafiə xarakterli ifadələrə əsaslanmaqla Məhkum Azərbaycan Respublikası CМ-nin 221.3-cü maddəsi ilə əsassız bəraət verildiyini, habelə onun təqsirli bilinib məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə tərəflərin barışmasını nəzərə almadan, məhkəməyə təqdim edilmiş barışıq ərizəsində zərərçəkmiş şəxsin ona dəymiş ziyanı ödənilməsi ilə fikir bildirməməsini əsas gətirərək, Məhkum cinayət məsuliyyətindən azad etməməklə və cinayət təqibinə xitam verməməklə maddi cinayət-hüquqi normaların düzgün tətbiq edilmədiyini iddia edərək, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-150/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarının ləğv edilməsi, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Kassasiya protestinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

10. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir.

11. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə ə məl edilib-edilməməsi yoxlanılır.

12. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

13. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

14. Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən sübutların Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq tədqiq edilmədiyini, nəticədə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə əsassız bəraət verildiyini, habelə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmünün çıxarıldığını iddia edilib, xahişini Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində nəzərdə tutulmuş məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslarla əlaqələndirmişdir.

15. Odur ki, məhkəmə kollegiyası kassasiya protestini Azərbay can Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-150/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

16. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

17. Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, ha belə cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

18. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirinin olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayə tə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair” Qərarı, 29 noyabr 2022-ci il).

20. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

21. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəməd ən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

22. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

23. Cinayət-Prosessual Məcəlləsinin 353.3.3-cü maddəsi isə məhkəmədən tələb edir ki, nəticəyə gəlməsi üçün əsaslandığı sübutları və ittihamın əsaslandırılması üçün gətirilmiş sübutların onun tərəfindən rədd edilməsinin motivlərini bəraət hökmünün təsviriəsaslandırıcı hissəsində göstərsin.

24. Təsvir edilənlərlə yanaşı, məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 21.2 və 21.3-cü maddələrinə əsasən ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir və ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.

25. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Məsələn, İlqar Məmmədov Az ərbaycana qarşı işdə Avropa Məhkəməsi bir daha vurğulamışdır ki, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017-ci il).

26. İstinad edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası, təqsirliliyi sübuta yetirilmədiyi əsası ilə Məhkum Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə bəraət verilməsinin əsassız olmasına dair dövlət ittihamçısının dəlillərini əsassız hesab edi r.

27. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, xuliqanlıq obyektiv cəhətdən Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu daha sonra qeyd etmişdir ki, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu v ə başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan R espublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı, 20 may 2011-ci il).

28. Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsinin təhlili nəticəsində müvafiq vahid məhkəmə praktikasının formalaşdırılması məqsədi ilə qəbul etdiyi qərarında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyəti müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi basa düşülür (“Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, № 1, § 2, 23 mart 2004-cü il).

29. Eyni məqsədlə qəbul etdiyi digər sənəddə Azərbaycan Respublikası Ali Məhkəməsi müəyyən etmişdir ki, xuliqanıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəlidiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəl məklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur) (“Xuliqanlıq və xuliqanlıq niyyəti ilə törədilmiş həyat və sağlamlıq əleyhinə cinayətlərə dair işlərə kassasiya qaydasında baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin İcmalı).

30. Dövlət ittihamçısının iddia etdiklərindən fərqli olaraq, baxılan cinayət işi üzrə toplanmış və tədqiq edilmiş mötəbər sübutlar əsasında birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Məhkum Zərərçəkmiş şəxs ilə qohum olmaqla yanaşı, aralarında olan mübahisə şəxsi münasibətlər zəminində və zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış dır. Məhkum əməlində xuliqanlıq cinayətini xarakterizə edən hər hansı hərəkətlərin edilməsi öz təsdiqini tapmadığından ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi qənaətinə gəlinmişdir. Birinci instansiya məhkəməsinin həmin mövqeyi apellyasiya instansiyası məhkəməsi tərəfindən eyni əsaslarla təsdiq edilmişdir.

31. Kassasiya protestində göstərilənlər qeyd edilən nəticə ilə razılaşmamaq üçün hər hansı bir əsas vermədiyindən məhkəmə kollegiyası məhkəmələrinin mövqeyi ilə razılaşır və hesab edir ki, həmin nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, mübahisəsi edilən qərar əsassız və qanunsuz məhkəmə aktı kimi qiymətləndirilə bilməz.

32. K assasiya protestinin Məhkum edildiyi Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi üzrə tərəflərin barışmasını nəzərə almadan, zərərçəkmiş şəxsin ona dəymiş ziyanı ödənilməsi ilə bağlı həmin ərizədə fikir bildirməməsini əsas gətirərək, Məhkum cinayət məsuliyyətindən azad etməməklə və cinayət təqibinə xitam verməməklə cinayət qanunu normalarını düzgün tətbiq edilmədiyi barədə dəlilləri əsassız olmaqla, mübahisələndirilən qərar həmin hissədə də əsaslıdır.

33. Belə ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 141.2-1, 142.1, 142.2, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edil ir.

34. İstinad edilən cinayət-hüquqi normadan göründüyü kimi, zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmə ancaq müəyyən şərtlər daxilində mümkündür. Belə şərtlərə a) cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması və b) zərərçəkmiş şəxsə dəyən zərərin ödənilməsi və ya vurulmuş zərərin aradan qaldırılması aid edilmişdir. Normanın göstərişinə görə cinayəti törədən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və işin xitam edilməsinə zərərçəkmiş şəxs etiraz etməməli, cinayəti törətmiş şəxs isə zərərçəkmiş şəxslə barışmaqla yanaşı, həm də ona vurduğu ziyanı ödəməli və ya vurulmuş zərəri aradan qaldırmalıdır.

35. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət t örətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur, maddənin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir.

36. Baxılan işin materiallarından isə görünür ki, məhkum edilmiş şəxs zərərçəkmiş şəxslə barışsa və sonuncu məhkuma qarşı hər hansı şikayət və tələbinin olmamasını təsdiqləyən ərizəni məhkəməyə təqdim etsə də, ona dəymiş ziyanın tamamilə ödənilməsi barədə heç bir fikir bildirməmiş, həmçinin birinci instansiya məhkəməsində yalnız məhkumla ba rışdığını və ona yüngül cəza verilməsini xahiş etmişdir.

37. Kassasiya protesti ilə mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qərarından isə aydın olur ki, apellyasiya baxışı zamanı zərərçəkmiş şəxsin iradə ifadəsini dəqiqləşdirmək məqsədi ilə məhkəmə iclası təxirə salınmış və sonuncu məhkəmə iclasına dəvət edilmiş, lakin bunu etməmiş və məhkəmə iclasına gəlməmişdir.

38. Belə olan halda apellyasiya instansiyası məhkəməsi tamamilə düzgün olaraq Məhkum Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsində təsbit edilmiş qaydaya uyğun olaraq cinayət məsuliyyətindən azad edilməsi üçün əsas olmadığını müəyyən edib, zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq ona daha yüngül növdə və həddə cəza təyin edilməklə kifayətlənmişdir.

39. Qeyd edilənlər baxılan işdə Azərbaycan Respublikası C PM-nin 416.1.2, 416.1.3 və 416.1.11-ci maddələrində göstərilən pozuntulara yol verilməməsi və kassasiya protestinin əsassız olması, irəli sürülmüş dəlillərə görə mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinin mümkün olmaması barədə nəticəyə gəlməyə imkan verir.

40. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-150/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-150/2025 nömrəli, 20 may 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar