Məhkəmə qərarları › İş №1(102)-2377/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2377/2024

06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2377/2024 06.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Tahir Lələkişi oğlu Kazımov və Teyyub Asif oğlu Muxtarovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, Xüsusi ittihamçı X7 nümayəndəsi Nümayəndə və Məhkum müdafiəçisi Müdafiəçi iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2024-cü il tarixli qərarından xüsusi ittihamçı X8 nümayəndəsi Nümayəndə və Məhkum və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı ş əhəri Xətai Rayon Məhkəməsinin (sədrlik edən hakim Sülhanə Hacıyeva) 1(011)-60/2024 nömrəli 17 may 2024-cü il tarixli hökmü ilə xx xxxxxxxx 1978-ci ildə Bakı şəhərində anadan olmuş, subay, ali təhsilli, "xxxx" ASC-də ixrac meneceri işləyən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(103)1158/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə cəzasına məhkum edilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 148-ci maddəsi ilə bəraət verilmiş, CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1500 (min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum olunmuşdur. İşin halları: X14 xüsusi itti ham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci və 148-ci maddəsinin sanksiyalarında nəzərdə tutulan həddə cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, keçmiş kürəkəni Məhkum 25 iyul 2023-ci ildə “AzVision.az” internet qəzetində dərc edilmiş müraciətində "ancaq sonradan məlum oldu ki, A.Culfayev evimi əxlaqsızlıq yuvasına çevirib.... Növbəti dəfə də eyni hal yaşandı. Qonşular qaynatamın evi kirayə verdiyi adamlardan şikayət etdilər. Gedib biabırçı vəziyyətin şahidi oldum.." bildirməklə məni onun Bakı şəhər i, Xətai rayonu, Həzi Aslanov metrosunun yaxınlığında olan mənzilində "əxlaqsızlıq yuvası saxlamaqda, eyni əməli təkrar törətməkdə ittiham etmişdir. AR CM-in 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 244.2-ci maddəsinə əsasən eyni əməllər: 244.2.1. təkrar törədildikdə; 244.2.2. qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa Məhkum 25 iyul 2023-cü ildə "AzVision az internet qəzetində "Taleh Şamilov (Xətai rayon Polis İdarəsinin müstəntiqi) üzümə dedi ki, "mənə şəxsən tapşırıq verilib ki, cinayət işi açım. Sənin qayınatan gözdən əlildir, prezidentlə şəkli var və nə istəsə edə bilər. Keçmiş qayınatam özü də bunu hər yanda deyir. Beləliklə xüsusi tapşırıq əsasında cinayət işi açılandan sonra Xətai rayon məhkəməsinin hakimi Sülhanə Hacıyeva mənə bəraət verdi. Çünki heç bir əsas yox idi. Həmin bəraəti Bakı Apellyasiya məhkəməsinin hakimi Emin Mehdiyev sübut, əsas, fakt olmadan ləğv edib mənə 128-ci maddə ilə 1000 manat cərimə və məhkumluq elan etdi. O zaman mənə aydın oldu ki, Pərviz Zamanlı, Emin Mehdiyev, Şəhriyar Əliyev kimi hakimlər məhkəmə sisteminin ləkəli hakimləridirlər və tapşırıqla işləyirlər. Burada heç bir haqq-ədalətdən söh bət gedə bilməz. Qayınatam şəxsi əlaqə və səlahiyyətlərindən sui-istifadə edərək məhkəmə qərarlarına təsir edir." sözlərini yaymaqla məni ədalət mühakiməsinin həyata keçirilməsinə mane olmaqda ittiham etmişdir. AR CM-in 286.1-ci maddəsinə əsasən ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır, 286.2-ci maddəsinə əsasən işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqda n məhrum etmə ilə cəzalandırılır, 286.3-cü maddəsinə əsasən bu Məcəllənin 286.1 və 286.2-ci maddələrində nəzərdə tutulmuş əməllər şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə iki min manatdan üç min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan başqa Məhkum 25 iyul 2023-cü ildə "AzVision az" internet qəzetində yayımlanmış müraciətində göstərmişdir ki, "A.Culfayevun Rusiya səfirinin keçmiş müavini İqor Petroviçle xüsusi əlaqəsi var idi. Bilirsiniz ki, bu müavinlər xüsusi bölmənin işçiləri olurlar. Təsəvvür edin ki, azərbaycanlı baş məşqçi Rusiya səfirinin müav ini ilə birgə oturub erməniləri tərifləyirdi. Göründüyü kimi Məhkum onu ağır cinayətlərdə, əxlaqsızlıq yuvası saxlamaqda, həmin əməli təkrar törətməkdə, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmədə, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmədə, habelə xarici dövlətlərin xüsusi orqanları ilə əlaqədə olmada ittiham edərək ona böhtan atmışdır. Eyni zamanda Məhkum 25 iyul 2023-cü ildə "AzVision az internet qəzetində "Alaverdi Culfayevin ailəsində azərbaycanlılara qarşı bir nifrət vardır. Onun bacısı X3 Rafael adlı Qarabağ ermənisi ilə qeyri-rəsmi nikahda yaşayır. Həmişə də Mənim əziz ermənilərim deyir. Alaverd i Culfayevin də həmin erməni ilə sıx əlaqəsi var. Keçmiş qayınanası X9 Bakı rusudur. Amma Azərbaycan dilinə nifrət edir göstərməklə onu ermənilərlə qohum olmaqda ittiham etməklə onun şərəf və ləyaqətini alçaltmışdır, onu təhqir etmişdir, cəmiyyət arasında onu nüfuzdan salmağa cəhd göstərmişdir. Beləliklə, Məhkum yuxarıda göstərilənləri internet portalı olan "AzVizion az (https://azvision az) 25 iyul 2023-cü ildə dərc etməklə ona böhtan atmış, onu təhqir etmiş, onun şərəf və ləyaqətini alçaltmış, onu cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərmişdir. Məhkum yuxarıda göstərdikləri internet portalı olan "AzVizion az (https: //azvision.az) dərc edilmiş və 25 iyul 2023-cü ildə facebook sosial şəbəkədə yayılmışdır, bununla da Məhkum onu təhqir etmiş, həm də ona böhtan atmışdır. "AzVizion.az" (https: //azvision.az) kifayət qədər insanın izlədiyini, eləcə də daha sonra həmin yazının facebook səhifəsində yayılmasını və daha sonra da bir çox insanların facebook şəbəkəsində həmin yazını oxumasını nəzərə alsaq Məhkum şərəf və ləyaqətimi alçaldaraq onu təhqir etməsi, eləcə, də barəsində böhtan atması tam subuta yetir. Məhkum onun barəsində bu cür yalan məlumatları bilərəkdən yayır ki, onun şərəf və ləyaqətini alçaltsın, cəmiyyət içərisində onu hörmətdən salsın. Məhkum hərəkəti nəticəsində ona maddi zərər vurulmamış, mənəvi zərər vurulmuşdur. Məhkum əməli "Azvision.az” qəzetinin 25 iyul 2023-cü il tarixli nüsxəsi ilə təsdiqlənir. Onu da bildirir ki, Məhkum ona böhtan atmağının, şərəf və ləyaqətini alçaltmağının, cəmiyyət arasında nüfuzdan salmağa cəhd göstərməsinin səbəbi qızı X4 ilə nikahının pozulması, qızını döydüyünə görə qızının ondan hüquq-mühafizə orqanlarına şikayət etməsi və nəticədə onun barəsində Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə ittiham hökmünün çıxarılması, qızı ilə onun arasında əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisəsinin mövcud olmasıdır. Məhkum əməllərində Azərbaycan Respublikası CM-in 147.1 və 148-ci maddələrinin tərkibi mövcud olduğuna görə, onun həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməsi və cəzalandırılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2024-cü il tarixli 1(103)-1515/2024 nömrəli qərarı ilə məhkum olunmuş Məhkum və xüsusi ittihamçı X14 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum CM-in 147.1-ci maddəsi ilə məhkum olunmasına, CM-in 148-ci maddəsi ilə ona bəraət verilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Xüsusi ittihamçı X8 nümayəndəsi Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2024-cü il tarixli 1(103)1515/2024 nömrəli qərarının ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmasını təyin etmək barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2024-cü il tarixli 1(103)-1515/2024 nömrəli qərarının ləğv edilərək işin icraatına bəraətverici əsaslarla xitam verilməsini xahiş etmişlər. Kassasiya ş ikayətlərinin dəlilləri: Xüsusi ittihamçı X8 nümayəndəsi Nümayəndə kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, göründüyü kimi Əlişov X6 Alavərdi Abasoviçi cinayətlərdə - əxlaqsızlıq yuvası saxlamaqda, həmin əməli təkrar törətməkdə, ədalət mühakiməsinin həyata keçirilməsinə mane olma məqsədilə məhkəmə fəaliyyətinə hər hansı formada müdaxilə etmədə, işin obyektiv, tam və hərtərəfli aparılmasına mane olmaq məqsədilə prokurorun, müstəntiqin və ya təhqiqatçının fəaliyyətinə hər hansı formada müdaxilə etmədə, habelə xarici dövlətlərin xüsusi orqanları ilə əlaqədə olmada ittiham edərək X13 böhtan atmışdır. Bununla da CM-in 147.1-ci maddəsində göstərilən əməli törətmişdir. Xətai rayon məhkəməsi Məhkum CM-in 147.1-ci maddəsində təqsirli bilsə də ona törətdiyi əmələ münasibətdə həddindən artıq yüngül cəza təyin etmiş, onun əməlindən peşmançılıq hissi keçirməməyini, özünü təqsirli hesab etməməsini (iş v.61), xüsusi ittihamçı Culfayev Alavərdi X1 qarşı CM-in 128-ci maddəsində göstərilmiş cinayəti törətməsinə görə məhkum olunmasını (i.v.27-41), habelə işə baxılan zaman inzibati xarakterli əməllərinə görə inzibati həbsdə olmasını (i.v.101-103), Xətai rayon məhkəməsində xüsusi ittihamla bağlı işə baxılan zaman Məhkum məhkəməyə təqdim etdiyi şahid X11 adına qeydiyyata alınmış mobil nömrəsindən xüsusi ittihamçı X13 və vəkilinə xüsusi ittihamçı X8 iyrənc şəkildə montaj olunmuş şəkillər göndərilməsini (i.v.97-98), habelə həmin nömrədən xüsusi ittihamçı X8 vəkilinə hədə məzmunlu səsli mesajın göndərilməsini (i.v.97-98) - yəni təqsirləndirilən şəxsi səciyyələndirən xüsusatları nəzərə almamışdır. Bundan əlavə Xətai rayon məhkəməsi tərəfindən Məhkum Azərbaycan Respublikası CM-in 148-ci maddəsi ilə bəraət vermişdir. Halbuki təqsirləndirilən Məhkum 25 iyul 2023-cü ildə “AzVision.az“ internet qəzetində “Alaverdi Culfayevin ailəsində azərbaycanlılara qarşı bir nifrət vardır. Onun bacısı X10 Rafael adlı Qarabağ ermənisi ilə qeyri-rəsmi nikahda yaşayır. Həmişə də “Mənim əziz ermənilərim” deyir. Alaverdi Culfayevin də həmin erməni ilə sıx əlaqəsi var. Keçmiş qaynanam X9 Bakı rusudur. Amma Azərbaycan dilinə nifrət edir” göstərməklə xüsusi ittihamçı X12 ermənilərlə qohum olmaqda ittiham etməklə xüsusi ittihamçı X8 şərəf və ləyaqətini alçaltmışdır, onu təhqir etmişdir, cəmiyyət arasında onu nüfuzdan salmağa cəhd göstərmişdir. Ermənilərlə bizim xalqımızın münasibəti hamımıza məlumdur, mənfur ermənilər uzun illər bizim torpaqlarımızı işğalda saxlamış, qadınlarımızı, qocalarımızı, uşaqlarımızı vəhşicəsinə qətlə yetirmiş, öz mənfur xislətlərini göstərmişlər. Dövlət başçımız, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının yüksək etimad göstərdiyi, Azərbaycan Respublikasının yüksək dövlət mükafatlarına layiq gördüyü halda, ermənilərlə qohumluqda, ailəsini isə Azərbaycanlılara nifrət etməkdə ittiham edilməsi xüsusi ittihamçı X14 tərəfindən təhqir edilməsi kimi qarşılanır. Onun - Azərbaycan Respublikasının vətəndaşı barədə ermənilərlə qohum olmağı, onları “əziz ermənilərim adlandırmağı”da, özü və əcdadları təmiz azərbaycanlı olduqları halda Azərbaycanlılara nifrət etməyi barədə göst ərilənləri xüsusi ittihamçı X15 ancaq və ancaq şərəf və ləyaqətinin son dərəcə alçaldılması, təhqir edilməsi kimi qiymətləndirir. Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, xüsusi ittihamlı şikayətdə hansı ifadələrin böhtan, hansı ifadələrin təhqir olması göstərilmir. Məhkəmə faktiki olaraq ittihamçı rolunda çıxış etmiş və bu halları özü ayırd etmişdir. Halbuki, məhkəmə ittiham daxilində işə baxır və ondan kənara çıxa bilməz. Bu durumda məhkəmə xüsusi ittiham qaydasında şikayətin baxılmasından imtina etməli idi. Məhkəmənin hökmü digər hissələrdə də əsassızdır. Belə ki, ərizəçinin söylədiyi fikirlər onun qiymətləndirici mülahizəsidir. Qanunun mənasına görə hətta bu fikirlər yanlış olsa belə, lakin o buna inandığı halda belə cinayət tərkibi istisna olunur, çünki cinayətin subyektiv cəhəti olan birbaşa qəsd istisna olunur. Məhkəmə iclasında dindirilmiş Q.Əliyev ittihamın bir epizodu üzrə Məhkum iddialarını təsdiq etmişdir. Eyni zamanda məhkəmə yalnız Məhkum dediyi fikirləri tam sübuta yetirməməsi əsası ilə hazırkı ittiham hökmünü çıxartmışdır. Halbuki, CPM-in 21.3. maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası xüsusi ittiham qaydasında şikayət üzrə materialları öyrənib, kassasiya şikayətlərinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda g östərilənlərə əsasən kassasiya şikayətləri təmin olunmadan saxlanılmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya Apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Xüsusi ittihamçı X8 nümayəndəsi Nümayəndə kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Məhkum əsassız olaraq CM-in 148-ci maddəsi ilə bəraət verilmiş, CM-in 147.1-ci maddəsi ilə isə ona törədilmiş əməlinə və şəxsiyyətinə uyğun olmayan yüngül cəza təyin edilmişdir. Məhkum və onun müdafiəçisi Müdafiəçi kassasiya şikayətinin başlıca dəlili isə Məhkum barəsində CM-in 147.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılmasının qanunsuz və əsassız olmasıdır. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb nəticəyə gəlmişdir ki, kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası CM-in 147-ci maddəsinə əsasən böhtan yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Azərbaycan Res publikası CM-in 148-ci maddəsinə əsasən təhqir kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinin tələblərinə müvafiq olaraq yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutul muş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddənin tələblərinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxsin cinayət törədilməsində təqsiri yalnız məhkəmə istintaqında tədqiqi edilmiş sübutlara əsaslandıqda sübuta yetirilmiş hesab edilə bilər. Yuxarıda qeyd edilən qanun normalarının tələblərinə əsasən cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir. Bu isə o deməkdir ki, şəxs CM-in 147 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə yalnız onun əməlində həmin maddələrlə nəzərdə tutulmuş bütün əlamətlərin mövcudluğu mötəbər sübutlarla təsdiq edildiyi halda cəlb edilə bilər. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilir ki, xüsusi ittiham qaydasında şikayətlər üzrə işlərə baxarkən məhkəmələr hər kəsin toxunulmazlığının, şərəf və ləyaqətinin, habelə Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş digər hüquqlarının məhkəmə müdafiəsinin təmin edilməsi üçün qanunvericiliyin tələblərinə əməl etməlidirlər. Həmin Qərarın 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cinayət q anunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfiyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Qərarın 6-cı bəndində göstərilir ki, Avropa Məhkəməsinin president hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qay dasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Böhtan maddəs i üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın onu yayan şəxs üçün bilə-bilə yalan olması; belə məlumatların yayılması. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Böhtan atan şəxsin təqsirinin müəyyən edilməsi üçün onun yaydığı məlumatın yalan olmasını bildiyi müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdiri lən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Birinci instansiya məhkəməsi ittihamın Azərbaycan Respublikası CM-in 148-ci maddəsi üzrə qeyd etmişdir ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin şikayət ində təhqir olunma ilə bağlı əsas olaraq göstərilmişdir ki, təqsirləndirilən şəxs Məhkum "AzVision az" internet qəzetində yayımlanmış məqalədə bildirmişdir ki, Alaverdi Culfayevin ailəsində azərbaycanlılara qarşı bir nifrət var. Onun bacısı X10 Rafael adlı Qarabağ ermənisi ilə qeyri-rəsmi nikahda yaşayır. Həmişə də "Mənim əziz ermənilərim" deyir. Alaverdi Culfayevin də həmin erməni ilə sıx əlaqəsi var. Keçmiş qaynanam X9 Bakı rusudur. Amma Azərbaycan dilinə nifrət edir. Qeyd edilənlərə əsasən xüsusi ittihamçı hesab etmişdir ki, o, ermənilərlə qohum olmağını göstərməklə onun şərəf və ləyaqətini alçaltmış, onu təhqir etmişdir. Cəmiyyət arasında onu nüfuzdan salmağa cəhd göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, təqsirlə ndirilən şəxs Məhkum kütləvi çıxışlarda Alaverdi Culfayevin bacısının erməni əsilli şəxs ilə qeyri-rəsmi nikahda olması barədə bildirməsi, habelə xüsusi ittiham qaydasında verilmiş şikayətdə göstərilən onun digər ifadələri Alaverdi Culfayevin şərəf və ləyaqətini nalayıq formada alçaldan ifadə kimi qiymətləndirilə bilməz. Bununla belə, birinci instansiya məhkəməsi hesab etmişdir ki, təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsiri iş üzrə təqdim edilmiş sübutlarla tam təsdiq edilmişdir. Belə ki, təqsirləndirilən şəxs Məhkum "AzVision az" internet qəzetində yayımlanmış məqalədə Alaverdi Culfayevin barəsində “Qaynatam şəxsi əlaqə və səlahiyyətlərindən suiistifadə edərək məhkəmə qərarlarına təsir edir”, “A.Culfayev evimi əxlaqsızlıq yuvas ına çevirib”, “A.Culfayevin Rusiya səfirinin keçmiş müavini İqor Petroviçlə xüsusi əlaqəsi var idi” ifadələrini işlətmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş şahidlərin ifadələrinə hüquqi qiymət verərkən qeyd etmişdir ki, şahid X5 məhkəməyə vermiş ifadəsi qeyri-konkret olduğundan təqsirləndirilən şəxs Məhkum xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X16 Petroviçlə əlaqələrinin olub-olmaması, onunla azərbaycanlı-erməni söhbət etməsini təsdiq etməsi üçün kifayət qədər mötəbər sübut sayıla bilməz. Bundan başqa, təqsirləndirilən şəxsin təqdim etdiyi şahid L.İ.Əhmədovanın ifadəsində sonuncu tərəfindən həqiqətə uyğun olmayan hallara istinad olunması səbəbindən həmin ifadə də məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul edilməmişdir. Təqsir ləndirilən şəxs Məhkum keçmiş qaynatası Alaverdi Culfayevin əxlaqsız yuvası saxlaması, eləcə də nüfuzundan istifadə edərək məhkəməyə təsir etməsi epizodu ilə bağlı da əsaslı sübut təqdim edə bilməmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, Məhkum onun tərəfindən "AzVision az" internet qəzetində yayımlanmış məqalədə Alaverdi Culfayevin barəsində “Qaynatam şəxsi əlaqə və səlahiyyətlərindən sui-istifadə edərək məhkəmə qərarlarına təsir edir”, “A.Culfayev evimi əxlaqsızlıq yuvasına çevirib”, “A.Culfayevin Rusiya səfirinin keçmiş müavini İqor Petroviçlə xüsusi əlaqəsi var idi” ifadələrin doğru olmasını və həqiqəti əks etdirdiyini sübut edə bilməmiş, bununla də Alaverdi Culfayevin barəsində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymaqla ona böhtan atmışdır. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətlərinə əsasən işə baxıb apellyasiya şikayətlərinin eyni məzmunlu dəlillərini əsassız hesab edərək birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlamışdır. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin yuxarıda qeyd edilən mövqeyi ilə razılaşmaqla hesab edir ki, Məhkum Azərbaycan Respublikası CM-in 147.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, CM-in 148-ci maddəsi ilə isə ona bəraət verilməli olması düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmişdir. İş üzrə hökmün ləğv edilib xüsusi it tiham qaydasında verilmiş şikayətdə göstərilən CM-in hər iki maddəsi ilə yeni ittiham hökmünün çıxarılması və yaxud hökmün ləğv edilib bəraət hökmünün çıxarılması üçün qanuni əsaslar müəyyən edilməmişdir. Belə ki, qanunun tələblərinə görə ittiham hökmü fərziyyələrə əsaslana bilməz və yalnız o şərtlə çıxarılır ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin cinayət törətməkdə təqsiri məhkəmə tərəfindən tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilsin. Həmçinin, Məhkum təyin edilmiş cəza məsələsinə gəldikdə, məhkəmə kollegiyasının qənaətinə görə məhkəmələr bu məsələnin həlli zamanı Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinin tələblərinə riayət etməklə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, işin hallarını, habelə təyin olunan cəzanın on un islah olunmasına yetərli olduğunu kifayət qədər nəzərə almış və ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş növ və həddə ədalətli cəza təyin etmişdir. Azərbaycan Respublikası CPM-in 42.1-ci maddəsinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayət törədilməsində aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Hazırkı xüsusi ittiham qaydasında şikayət üzrə icraat zamanı Məhkum əməlində CMin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin əlamətlərinin olmaması, CM-in 147.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olması müəyyən edilmişdir. İşə baxan məhkəmələr də haqlı olaraq Məhkum barələrində CM-in 148-ci maddəsi üzrə bəraət hökmü, CM-in 147.1-ci maddəsi ilə ittiham hökmü çıxarmışlar. Odur ki, həm müdafiə tərəfinin, həm də xüsusi ittiham tərəfinin kassasiya şikayətlərinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası CPM-in 416.1.1416.1.22-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum barəsindəki qərarının ləğv olunması və yaxud dəyişdirilməsinə əsas ola biləcək qanunda göstərilmiş hallardan heç biri iş üzrə müəyyən edilməmişdir. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kol legiyası kassasiya şikayətlərinin dəlilləri ilə razılaşmayaraq, həmin şikayətlər təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2024-cü il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 28 iyun 2024-cü il tarixli Məhkum barəsindəki qərar dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar