Məhkəmə qərarları › İş №1(102)-2378/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2378/2024

24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2378/2024 24.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əbülfəz oğlu və Novruzov X4 ibarət tərkibdə, Məhkəmə iclas katibi X1, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X6 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə: Azərbaycan Respublikası CM-in və ya CM-in) 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə t əqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli, 1(103)-1059/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları:

1. Məhkum xx.xx.1963-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, Nəsimi rayonu, 4-cü mikrorayon, M.Cəlal küçəsi, ev 62, mənzil 4- də qeydiyyatında olmaqla yaşamış, hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkir.

2. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi ilə qanunsu z olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni təkrarən əldə edib özündə saxlamaqla daşımış, narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz əldə edib saxlamaqla daşımışdır.

3. Belə ki, Məhkum istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,838 qram çəkidə narkotik vasitə heroini və 1,672 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 12 oktyabr 2022-ci il tarixdə Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 19:30-da ünvan 1 ünvanın qarşısında saxlanılaraq Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarın cibindən 01 bükümdə təmiz çəkisi 0,838 qram təşkil edən kustar üsulla hazırlanmış həmin narkotik vasitə heroin və 01 bükümdə təmiz çəkisi 1,672 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

4. Bundan başqa, o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,225 qram çəkidə psixotrop maddə metamfetamini, tərkibində narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən 02 ədəd konvalyutda ümumilikdə 12 ədəd «Alyse 150 mq (preqabalin)» göstəricili dərman preparatlarını əldə edib özündə saxlamaqla daşımış, 01 dekabr 2022-ci il tarixdə saat 17:30- da Binəqədi rayon polis idarəsinin istintaq şöbəsində barəsində aparılan cinayət işi ilə bağlı həmin polis idarəsinin nəzarət-buraxılış məntəqəsinə yaxınlaşarkən özünü şübhəli apardığından Binəqədi rayon polis idarəsinin post patrul xidməti bölüyünün polis nəfəri tərəfindən saxlanılaraq Binəqədi rayon polis idarəsinin 5-ci polis bölməsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 0,225 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin və əynindəki gödəkcənin cibindən güclü təsir edən preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 1,8 qram təşkil edən « Alyse 150 mq(preqabalin)» göstəricili 12 ədəd həmin dərman kapsulları aşkar edilərək götürülmüşdür.

5. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,325 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib özündə saxlamaqla daşımış, 06 fevral 2023-cü il tarixdə Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün saat 21:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq 19-cu polis şöbəsinə aparılmış və orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 02 bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,152 qram və 0,173 qram olmaqla, ümumi təmiz çəkisi 0,325 qram təşkil edən kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür.

6. Bundan başqa o, təkrarən istintaqa məlum olmayan vaxtda və yerdə, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda 6,275 qram çəkidə narkotik vasitə heroini əldə edib özündə saxlamaqla daşımış, 19 may 2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 12:00-da ünvan 3 ünvanın qarşısında saxlanılaraq Nəsimi rayon polis idarəsinin 19-cu polis şöbəsinə aparılmış, orada üzərində şəxsi axtarış keçirilən zaman əynindəki şalvarının cibindən 01 bükümdə təmiz çəkisi 6,275 qram təşkil edən kustar üsulla hazırlanmış külli miqdarda həmin narkotik vasitə heroin və əynindəki gödəkcəsinin cibindən narkotik vasitələrin satışında istifadə etmək məqsədilə əldə edib saxladığı, üzərində heroin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

7. Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X10 (sədrlik edən), X5 və X2 qızından ibarət məhkəmə tərkibində) 12 mart 2024-cü il tarixli, 1(101)-840/2024 nömrəli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinməklə, Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə 06 (altı) il müddətə, CM-nin 240.1ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum edilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-c ü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, 01.12.02203.12.022-ci il tarixlərdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixdlərdə, həbsdə saxlanıldığı 09 gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətində azıdlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 19 may 2023-cü il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Məhkum yaş həddi ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicə tətbiq edilməməsi, Məhkum ərazi narkoloji dispanserində qeydiyyata alınması hökm edilmiş, hökmlə hə mçinin maddi sübutlar və məhkəmə məsrəfləri məsələləri də öz həllini tapmışdır.

8. Həmin hökmdən məhkum olunmuş şəxs Məhkum apellyasiya şikayəti verərək, məhkumluğunun ödənilməsini və yaşını nəzərə alaraq cəzasının yüngülləşdirilməsini xahiş etmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X11 (sədrlik edən, məruzəçi hakim), X9 və X7 ibarət məhkəmə tərkibində) 14 may 2024-cü il tarixli, 1(103)1059/2024 nömrəli qərarı ilə məhkum edilmiş şəxs Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə məhkum olunmasına dair Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-840/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünün dəyişdirilməsi, Məhkum Azərbaycan Respublikası CM -in 234.4.2 və 234.4.3-cü maddələri ilə təyin edilmiş 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasınını müddətinin 5 (beş) il 06 (ay) müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 240.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasının 01 il müddətə azadlıqdan məhrum etmə cəzasına endirilməsi, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu ilə təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Məhkum qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum məhkəməyədək icraat zamanı xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə, 01.12.022-03.12.022-ci il tarixlərdə, xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə, həbsdə saxlanıldığı 09 gün müddət ona təy in edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 21 (iyirmi bir) gün müddətində azıdlıqdan məhrum etmə cəzasının saxlanılması, hökmün qalan hissələrdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

10. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2024-cü il tarixli, 1(103)-1059/2024 nömrəli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

11. Kassasiya şikayətinin dəlilləri qismində məhkumun barəsində olan müvafiq hallar (61 yaşının olması, övladlarının himayəsində yaşaması, gepatiya xəstəliyindən əziyyət çəkməsi, çəliklə hərəkət etməsi, tez-tez müvazinatını itirərək yıxılması) sadalayaraq, məhkəmədən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 ma y 2024-cü il tarixli, 1(103)-1059/2024 nömrəli qərarının dəyişdirilməsini və barəsində təyin edilmiş cəza müddətinin qismən də olsa azaldılmasını xahiş etmişdir.

12. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

13. Qərardan dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilməmişdir. İİİ. Proses iştirakçılarının çıxışları:

14. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən Məhkum kassasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edib, məhkəmə kollegiyasından şikayətinin təmin edilməsini xahiş etdi.

15. Kassasiya icraatı zamanı məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı kassasiya şikayətinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından təmin edilməməsini xahiş etdi. İV. Hüquqi məsələlər:

16. Kassasiya instansiyası məhkəməsinin k assasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 419-cu maddəsi müəyyən edir.

17. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”.

18. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır.

19. Məhkum kassasiya şikayətində barəsində təyin edilmiş cəzanın həddini mübahisələndirsə də, tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş hər hansı hallarla əlaqələndirməmişdir.

20. Bununla belə, kollegiya məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli, 1(103)-1059/2024 nömrəli qərarının qanuniliyini və əsaslılığın ı yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Azərbaycan Respublikası CM-in 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, “cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır”.

22. Cəzanın məqsədini təsbit edən CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.

23. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublika sı CM-in 58-ci maddəsində də cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, “cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır”.

24. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-in 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.10-cu maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur (CM, maddə 59.2).

25. Cəzanı ağırlaşdıran halların tam siyahısı CM-in 61-ci maddəsində təsbit olunmuşdur. CM-in 61.2-ci maddəsinə görə cinayət qanununu n 61.1.1-61.1.13-cü maddələrində təsbit olunmuş halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

26. Cinayət qanununda göstərilən xüsusi hallarda, məsələn, CM-in 60, 65.2-ci maddələrinin nəzərdə tutduğu vəziyyətlərdə həmin maddələrdə təsbit olunmuş cəzanın təyin edilməsi qaydalarına əməl olunmasına da cəzanın ədalətliliyini təmin edən hüquqi vasitə kimi baxılmalıdır.

27. Təsvir edilən cinayət-hüquqi normaların məzmunundan belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün CM-in 58-ci maddəsində və başqa normalarında təsbit olunmuş baxılan işə aid olub cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında nəzərə alınması tələb olun ur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayəthüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini təmin edə bilsin.

28. Qeyd olunan cinayət-hüquqi normaların işığında və məhkəmə kollegiyasının hüquqi mövqeyinə nəzərən kassasiya şikayətinin dəlillərini baxılan işin müvafiq materialları ilə müqayisə etməklə yoxladıqda Məhkum özünə münasibətdə həddindən artıq ağır və ədalətsiz cəzanın təyin edilməsi haqqında iddiasının əsassız olduğu müəyyən edilir.

29. Belə ki, Məhkum barəsində daha yüngül cəza təyin edilməsi ilə bağlı onun tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri ilə apellyasiya məhkəməsi razılaşaraq, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 12 mart 2024-cü il tarixli, 1(101)-840/2024 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətini yüngülləşdirmişdir.

30. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanın həddini endirərkən ona əsaslanmışdır ki, Məhkum törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxs Məhkum Azərbaycan Respublikası CM-in 234.4.2, 234.4.3 və 240.1-ci maddələri ilə cəza təyin edilərkən, törədilmiş ci nayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, cəzasını ağırlaşdıran halların olmadığı nəzərə alınmamış, bu əsasla da məhkəmənin cəza təyini zamanı gəldiyi nəticə qanuni və əsaslı olmamaqla cinayət qanunvericiliyinin tələblərinə uyğun olmamışdır.

31. Göründüyü kimi, Məhkum birinci instansiya məhkəməsinin hökmü ilə müəyyən edilmiş cəzanın mübahisələndirilməsinə həsr olunmuş apellyasiya şikayəti ilə əlaqədar cinayət işinə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası da məhkum barəsində təyin edilmiş cəzanın həddinə dair apellyasiya şikayətində irəli sürülmüş tələblərlə razılaşaraq, məhkuma təyin edilmiş cəzanın ağır olması nəticəsinə gələrək, bu əsasla hökmün dəyişdirilməsi qə naətinə gəlmiş və bu qənaətə gələrkən məhkumun kassasiya şikayətinin dəlilləri qismində sadaladığı yüngülləşdirici halları əsas götürmüşdür.

32. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qənaətini təkzib etmədiyindən, məhkəmə kollegiyası fərqli nəticəyə gəlmək, o cümlədən məhkəmələr tərəfindən cəzanın təyin edilməsi və yoxlanılması zamanı nəzərə alınan və kassasiya şikayətində gətirilən digər halları Məhkum cəzasının yüngülləşdirilməsini mümkün edən xüsusatlar kimi qiymətləndirmək üçün əsas görmür və hesab edir ki, baxılan işdə apellyasiya instansiyası məhkəməsi Cinayət Məcəlləsinin yuxarıda təsvir olunmuş cəzanın təyin edilməsi məsələlərini tənzimləyən normalarının pozuntularına yol verməmişdir.

33. Məhkəmə kollegiyası kassasiya şikayətində gətirilən yəni, apel lyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilməyən hallarla bağlı yuxarıda qeyd olunan nəticəyə gələrkən onu da nəzərə alır ki, Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsi kassasiya baxışının hüdudlarını cinayət və cinayət-prosessual qanunların tətbiqi məsələlərinin araşdırılması ilə məhdudlaşdırmışdır. CPM-in 419.11-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz.

34. Qeyd olunanlar məhkumun kassasiya şikayətinə baxılması nəticəsində bu şikayətlə ehtiva olunan Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsində təsbit olunmuş halların müəyyən edilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və yaxud ləğv ed ilməsi üçün əsasların olmadığını göstərir.

35. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətinin təmin edilməməsinə dair dövlət ittihamçısının çıxışını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, Məhkum kassasiya şikayəti təmin edilməməli, onun barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 14 may 2024-cü il tarixli, 1(103)-1059/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

36. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.1ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2, 234.4.3 və 240.1ci maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 14 may 2024-cü il tarixli, 1(103)-10 59/2024 nömrəli qərarı Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar