Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2378/2025 02.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qəra rı ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 73.3-cü maddəsinə əsasən CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməsinə və barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsinə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2025-ci il tarixli hökmü ilə isə CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən Məhkum müdafiəçisi Eyyubova Elnarə Qurbanəli qızı tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərarı ilə ( sədrlik edən hakim Axundov Fuad Aydın oğlu) Məhkum, 31 avqust 2002-ci il tarixdə Bakı şəhərində anadan ol muş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, CM-in 73.3-cü maddəsinə əsasən CM-in 263.1-1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilmiş və onun barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilmişdir. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. İşin halları: İbtidai araş dırma orqanı tərəfindən Məhkum qarşı CM-in 263.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, 3 iyul 2022-ci ildə, saat 04:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Lancer” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü Bakı şəhər mərkəzi istiqamətdə saatda 130-140 km\saat sürətlə sağdan ikinci zolaqla hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km\saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda sol zolaqla hərəkətdə olan minik avtomaşını sağdan ötüb keçməməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sol zolaqla hərəkətdə olan Təqsirləndirilən şəxs saatda 130-140 km sürətlə idarə etdiyi “Mercedes Benz C200” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ötüşmüş, Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, qarşısında hərəkətdə olan naməlum minik avtomaşını sağ dan ötdükdən sonra yolun döngəli olan hissəsində ani olaraq avtomaşının idarəetməsini itirdiyindən idarə etdiyi avtomaşın sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmış, bu zaman səki üzəri ilə piyada hərəkətdə olan X6 avtomaşının qabaq sağ hissəsi ilə vurduqdan sonra daş hasara çırpılmış, nəticədə ehtiyyatsızlıqdan X5in sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol gicgah-təpə sümüklərində xətti sınıq, başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, bədənin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinə Bakı şəh əri Xətai Rayon Məhkəməsi tərəfindən baxılması nəticəsində məhkəmə Məhkum yol hərəkəti qaydalarını pozmasının zərər çəkmiş şəxs X5 sağlamlığına ağır zərər vurulmasına səbəb olması barədə qənaətə gələrək onun yuxarıda təsvir edilmiş əməlinin CM-in 263.2-ci maddəsindən CM-in 263.1-1-ci maddəsinə tövsif edilməsi və təqsirləndirilən şəxsin zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini nəzərə alaraq onun CM-in 73.3-cü maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsi və barəsində aparılan cinayət təqibinə xitam verilməsi haqqında yuxarıda göstərilən qərarı qəbul etmişdir. Məhkum barəsindəki Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərarından və Təqsirləndirilən şəxs barəsindəki həmin məhkəmənin eyni tarixli hökmündən dövlət ittihamçısı Qasımov Rauf Ad il oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Ələkbərov Əfqan Qəzənfər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Zaur Nazim oğlu və Qəniyev Faiq Əsəd oğlundan ibarət tərkibdə) 5 noyabr 2024-cü il tarixli qərarı ilə apellyasiya protesti qismən təmin edilərək Məhkum haqqında olan qərar həmin protestə münasibətdə dəyişdirilmədən saxlanılmış, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair hökm isə dəyişdirilərək ona həmin maddə ilə 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 5 noyabr 2024-cü il tarixli qərarı nın Məhkum aid hissəsindən dövlət ittihamçısı Məmmədova Təranə Yavər qızı tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Mövsümov Nazim Rasim oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Kazımov Tahir Lələkişi oğlundan ibarət tərkibdə) 14 may 2025-ci il tarixli qərarı ilə kassasiya protesti təmin edilərək həmin qərar Məhkum aid hissədə ləğv edilmiş və cinayət işi bu hissədə yeni apellyasiya baxışına təyin olunmuşdur. Cinayət işinin Məhkum aid hissəsinə apellyasiya qaydasında təkrarən baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər İbrahimov Anar Firdovsi oğlu (sədrlik edən və məruzəçi), Babayev Qədim Xalid oğlu və Qaraqurbanlı Ramin Afad oğlundan ibarət tərkibdə) 17 iy ul 2025-ci il tarixli hökmü ilə Məhkum cinayət məsuliyyətindən azad edilməsinə və onun barəsindəki cinayət təqibinə xitam verilməsi haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qərarından dövlət ittihamçısı R.A.Qasımov tərəfindən verilmiş apellyasiya protesti təmin olunmuş, birinci instansiya məhkəməsinin həmin qərarı ləğv edilmiş və Məhkum CM-in 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə və əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2025-ci il tarixli hökmündən Məhkum müdafiəçisi E.Q.Eyyubova kassa siya şikayəti verərək həmin hökmün ləğv edilməsini və Məhkum əməlinin CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilərək CM-in 73.3-cü maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad olunmasına, barəsindəki cinayət təqibinə isə xitam verilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 61 və 63-cü maddələrinə, CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra normalarına, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına, Məhkum qarşı irəli sürülmüş və onun təqsirli bilindiyi ittihama, iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış bir çox sübutlara, xüsusən də məhkəmə -tibbi ekspertizalarının rəylərinə istinad edən müdafiəçi E.Q.Eyyubova kassasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum yol hərəkəti qaydalarını pozması yalnız ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuş, hadisədən sonra sonuncunun aldığı xəsarətlərdən sağ qala bilməsi müəyyən edilmiş, lakin bundan sonra Təqsirləndirilən şəxs də yol hərəkəti qaydalarını pozması, yəni onun da zərər çəkmiş şəxsi idarə etdiyi avtomaşınla vurması nəticəsində X5a onun ölməsinə səbəb olmuş xəsarətlər yetirilmişdir. Kassasiya şikayəti müəllifinin mövqeyinə görə, bu hallar ona dəlalət edir ki, Məhkum törətdiyi əməllə Zərərçəkmiş şəxs ölümü arasında səbəbli əlaqə olmamış və hüquqlarını müdafiə etdiyi şəxs yalnız yol hərəkəti qaydalarını pozmaqla ehtiyat sızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurduğuna görə məsuliyyət daşımalı, onun törətdiyi əməl isə CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməlidir. İşə apellyasiya qaydasında təkrarən baxan apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsindən fərqli olaraq göstərilən hallara və onların arxasında duran sübutları qanunvericilikdə nəzərdə tutulmuş qaydada düzgün qiymətləndirməmiş, Məhkum əməlinin hüquqi tövsifində səhvə yol vermiş, nəticədə də sonuncu əsassız olaraq CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmuşdur. Halbuki, Məhkum törətdiyi əməlin CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsi həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi və barəsindəki cinayət təqibinə xitam verilməsi üçün əsas yaratmışdır ona görə ki, sonuncu zərər çəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Şərh olunan dəlillərə əsaslanaraq müdafiəçi E.Q.Eyyubova onun kassasiya şikayətinin təmin edilməsini xahiş edir. Kassasiya şikayətinə məhkəmə baxışı iclasının keçiriləcəyi yer və vaxt barədə proses iştirakçıları qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmalarına baxmayaraq, Məhkum yeni müdafiəçisi Quliyev Anar Eldəniz oğlu və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası bununla bağlı müdafiəçi E.Q.Eyyubovanın xidmətlərindən imtina etmiş Məhkum və dövlət ittihamçısı H.B.İmranovun rəylərini dinləyərək və CPM-in 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya şikayətinə müdafiəçi A.E.Quliyevin və zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkm iş şəxs iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya şikayətinin məzmunundan göründüyü kimi, Məhkum müdafiəçisi E.Q.Eyyubovanın həmin şikayətinin əsas dəlilləri ondan ibarətdir ki, işə apellyasiya qaydasında təkrarən baxmış apellyasiya instansiyası məhkəməsi Məhkum ona elan olunmuş ittiham üzrə tə qsirli olmasına dair 17 iyul 2025-ci il tarixli hökmün əsasına qoyulmuş sübutları qanuna müvafiq qaydada düzgün qiymətləndirməmiş, onun əməlinin hüquqi tövsifində səhvə yol vermiş, nəticədə hüquqlarını müdafiə etdiyi şəxs əsassız olaraq CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmuşdur. Beləliklə, müdafiəçi E.Q.Eyyubova həmin hökmün ləğv edilərək kassasiya şikayətinin dəlillərinə uyğun olan yeni qərarın qəbul edilməsi haqqında kassasiya tələbini CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2, 416.1.11 və 416.1.15-ci maddələrinə əsasən isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malik dir: 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.11. məhkəmə cinayət təqibini istisna edən halların mövcudluğuna baxmayaraq ittiham hökmü çıxardıqda. 416.1.15. məhkəmə törədilmiş əməlin tövsifində səhvə yol verdikdə; Odur ki, məhkəmə kollegiyası müdafiəçi E.Q.Eyyubovanın şikayətini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və buna görə Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hökmünün qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə m ahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verm əməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yen i apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində m üəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilmə məsi yoxlanılır. Beləliklə, şərh edilənlərdən belə nəticə hasil olur ki, cinayət-prosessual qanunvericiliyinin tələblərinə görə, sübutların araşdırılması və qiymətləndirilməsi, araşdırılmış sübutlara əsasən işin faktiki hallarının müəyyən edilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi və onların şəxsin hər hansı cinayətin törədilməsində tətqsirli bilinməsi üçün kifayət edibetməməsi başa düşülür. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsində təsbit edilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik pr ezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə p rosesində hüquq və azadlıqların bərpasına nail olur. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiyanın tələbləri həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin, ümumilikdə isə dövlətin və cəmiyyətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya aradan qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmi n edilməsini, həmçinin cinayət xarakterli əməl törətmiş şəxslərin qanunda nəzərdə tutulmuş qaydada və əsaslarla cinayət məsuliyyətinə cəlb edilmələrini və barələrində bu və ya digər cinayəthüquqi xarakterli tədbirlərin tətbiq edilmələrini də nəzərdə tutur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək ü çün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Ey ni zamanda bu konstitusiyon tələb məhkəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Mdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik p rezumpsiyası nəzərdə tutulur ki, həmin beynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CM-in 3-cü maddəsində təsbit edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərək ətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7-ci maddəsində isə müəyyən edilmişdir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bili r ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında d a əksini tapmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekunund a konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks halda təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdə n kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edi lməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Həmin Qərarda həmçinin qeyd olunmuşdur ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikasının cinayətprosessual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). CPM-in 8.0-cı mad dəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətməsi ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. Ən əsası isə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, qanunçuluq prinsipi nəzərdə tutulmuş CPM-in 10.1-ci maddəs inə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 10.2 və 10.5-ci maddələrinə görə isə, Azərbaycan Respublikasının qüvvəyə minmiş və dərc edilmiş qanunu ilə müəyyən olunan əsaslardan və qaydalardan kənar heç kəsin cinayət təqibi üzrə şübhəli və ya təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilməsinə, tutulmasına, həbsə alınmasına, axtarılmasına, məcburi gətirilməsinə və digər prosessual məcburiyyət tədbirlərinə məruz qalmasına, habelə məhkum edilməsinə, cəzalandırılmasına, hüquq və azadlıqlarının digər formada məhdudlaşdırılmasına yol verilmir. Qanunun bu maddəsində göstərilən tələblərinin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-in 12.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Konstitusiyanın 63-cü maddəsinin İ-İİİ hissələrinə uyğun olaraq cinayət mühakimə icratında təqsirsizlik prezumpsiyası eyni cür təsbit edilmiş CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsa slı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsi n cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 124.1-ci maddəsinin tələblərindən görünür ki, məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar: 124.1.1. cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan və ya məhkəmənin qərarı əsasında (bu Məcəllə ilə nəzərdə tutulmuş təxirə salına bilməyən hallarda isə müstəntiqin qərarı əsasında) məhdudlaşdırmaqla əldə olunmalı; 124.1.2. hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilibtörədilməməsini, onun təqsirli olub-olmamasını, habelə itti hamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər hallar göstərilməlidir. CPM-in 125.1-ci maddəsində isə təsbit edilmişdir ki, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Sübutları n qiymətləndirilməsi tələbi təsbit edilmiş CPM-in 145-ci maddəsində müəyyən edilir ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 146.1-ci maddəsinin tələblərindən görünür ki, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. CPM-in 349.5-ci maddəsində göstərilmişdir ki, aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: 349.5.1. məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsas landıqda; 349.5.2. bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; 349.5.3. məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1—346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəti cələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), m ənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıda təsvir edilən Qərarlarında ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmaya raq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğu nluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətndə Avr opa Məhkəməsi) müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuş olsun. Avropa Məhkəməsinin yerli məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 9 mart 2006-cı il, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006-cı il, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009-cu il tarixli Qərarlarına əsasən, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğ v etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququnun tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılma ğa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Kassasiya şikayətində də istinad olunan “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında məhkəmə hökmünün və apellyasiya instansiyası məhkəməsinin yekun qərarının qanuniliyi ilə bağlı məhkəmələrə bir çox izah və tövsiyyələr verilmişdir ki, bunlardan da bir hissəsi həmin Qərarın 8-10-cu bəndlərində nəzərdə tutulmuşdur. Belə ki, sözü gedən Plenum Qərarının göstərilən bəndlərində məhkəmələrə Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməmələri, ö z təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmaları tövsiyə olunmuşdur. Həmçinin izah edilmişdir ki, CPM-in 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə, məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı ve rdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkəmə kollegiyası milli qanunvericiliyin və beynəlxalq müqavilələrin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları Avropa Məhkəməsinin Qərarlarında ifadə olunmuş hüquqi mövqelərinə, habelə Ali Məhkəmənin Plenumunun bir sıra Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə əsaslanaraq müdafiəçi E.Q.Eyyubovanın kassasiya şikayətinin dəlillərinə və həmin dəlilər üzərində qurulmuş kassasiya tələbinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün hazırkı cinayət işinin materiallarına, o cümlədən bu iş üzrə ibtidai araşdırma zamanı heç bir qanun pozunt usuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsi tərəfindən tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların bir hissəsinə müraciət etməyi lazım bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə ibtidai araşdırma zamanı Məhkum qarşı CM-in 263.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 3 iyul 2022-ci ildə, saat 04:10 radələrində idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mitsubishi Lancer” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü Bakı şəhər mərkəzi istiqamətdə saatda 130-140 km\saat sürətlə sağdan ikinci zolaqla hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin, 51-ci maddəsinin 2-ci hissəsinin və 64-cü maddəs inin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda sol zolaqla hərəkətdə olan minik avtomaşını sağdan ötüb keçməməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sol zolaqla hərəkətdə olan Təqsirləndirilən şəxs saatda 130-140 km sürə tlə idarə etdiyi “Mercedes Benz C200” minik markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ötüşmüş, Xətai rayonu, K.Kazımov küçəsi ilə kəsişməyə az qalmış, qarşısında hərəkətdə olan naməlum minik avtomaşını sağdan ötdükdən sonra yolun döngəli olan hissəsində ani olaraq avtomaşının idarəetməsini itirdiyindən idarə etdiyi avtomaşın sağa istiqamətlənməklə piyada səki üzərinə çıxmış, bu zaman səki üzəri ilə piyada hərəkətdə olan X6 avtomaşının qabaq sağ hissəsi ilə vurduqdan sonra daş hasara çırpılmış, nəticədə ehtiyyatsızlıqdan X5un sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, sol gicgah-təpə sümüklərində xətti sınıq, başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansı zma, bədənin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Eyni zamanda, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs də CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq sonradan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 avqust 2024-cü il tarixli hökmü ilə təqsirli bilinib məhkum edilmişdir ona görə ki, o, 3 iyul 2022-ci ildə, saat 04:10 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququ na dair şəhadətnaməsi olmadan idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Mercedes Benz C200” minik markalı, **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xətai rayonu, “8 noyabr” prospekti ilə üzü Bakı şəhər mərkəzi istiqamətdə saatda 130-140 km sürətlə sol zolaqla hərəkətdə olarkən, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının tələblərinə əməl etməli, nəqliyyat vasitəsini 60 km/saat sürətdən artıq sürətlə idarə etməməli, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqq ətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə etməsindən yayındırmamalı, avtomobili yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, həmçinin hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara riayət etməyib, eyni istiqamətdə sağdan ikinci zolaqla hərəkətdə olan Məhkum saatda 130-140 km/saat sürətlə idarə etdiyi “Mitsubishi Lancer” minik markalı, **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ötüşmüş, Xətai rayonu, K.Kazimov küçəsi ilə kəsişməyə çatdıqda, əvvəlcə sonuncu avtomaşın yolun döngəli olan hissəsində ani olaraq idarəetməni itirməklə yolun sağında olan piyada səki üzəri ilə piyada hərəkətdə olan X6 avtomaşının qabaq sağ hissəsi ilə vurmuş, daha sonra “Mercedes Benz C20 0” minik markalı avtomaşın idarəetməni itirməklə piyada səki üzərində yaralı vəziyyətdə olan X5in üzərindən keçməklə daş hasara çırpılmış, nəticədə ehtiyyatsızlıqdan X5in başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq, sonuncunun ölümü ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkum və Təqsirləndirilən şəxs, hər birisinə ayrı-ayrılıqda elan olunmuş ittihamlardan göründüyü kimi, ibtidai araşdırma orqanı sonuncuların yol hərəkəti qaydalarını pozmalarının ehtiyatsızlıqdan R.Zərərçəkmiş şəxs ölüm ünə səbəb olması, yəni onların törətdikləri əməllərlə baş vermiş nəticə arasında səbəbli əlaqənin olması barədə nəticəyə gəlmiş və buna görə onların əməlləri CM-in 263.2-ci maddəsi ilə tövsif edilmişdir. İş üzrə toplanmış və araşdırılmış sübutların təhlili göstərir ki, həmin sübutlarla Məhkum 3 iyul 2022-ci il tarixdə saat 4 radələrində “Mitsubishi Lancer” markalı **-CZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhərinin “8 Noyabr” prospekti ilə hərəkətdə olarkən sürücü kimi yol hərəkəti qaydalarını, yəni “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozması təkzib edilməz şəkildə təsdiq olunur və sonuncuya qarşı irəli sürülmüş ittihamın bu hissəsini müdafiəçi E.Q.Eyyubova da öz k assasiya şikayətində mübahisələndirmir. Buna görə məhkəmə kollegiyası Məhkum qarşı irəli sürülmüş və təqsirli bilinmiş ittihamın bu hissəsini təhlil etməyə zərurət görmür və qeyd edir ki, məhkum olunmuş şəxs də işə birinci instansiya məhkəməsində baxılarkən özünü həmin ittiham üzrə qismən təqsirli bilərək bu halı inkar etməmiş, lakin eyni zamanda bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ölümü onun törətdiyi əməl nəticəsində deyil, Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla zərər çəkmişi vurması nəticəsində baş vermiş, onun özünün idarə etdiyi avtomaşınla X5i vurması nəticəsində isə sonuncuya yalnız onun sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarətlər yetirilmişdir. Kassasiya şikayətində də məhz bu hal mübahisələndirilir və həmin şikayətin müəllifi bununla bağlı iş üzrə həm məhkəməyədək icraat zamanı, həm də məhkəmə iclasında təyin olunaraq keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəylərinə istinad edir. İlk növbədə məhkəmə kollegiyası 3 iyul 2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsinin mexanizminə və ardıcıllığına diqqət yetirərək vurğulamağı lazım bilir ki, iş üzrə toplanmış sübutlarla dəqiqliklə müəyyən edilir ki, Məhkum və Təqsirləndirilən şəxs idarə etdikləri avtomaşınlarla “8 Noyabr” prospekti ilə hərəkətdə olub yüksək sürətlə biri-biri ilə ötüşərkən hər ikisi idarəetməni itirib avtomaşınların sürətlərini azaltmadan və nəqliyyat vasitələrinin dayanması üçün tədbirlər görməyərək yolun hərəkət hissəsindən səkiyə doğru hərəkətlərini davam etdirmiş və orada ilk olaraq Məhkum idarə etdiyi avtomaşınla səkinin üzərində olan piyada Zərərçə kmiş şəxs vurmuş, bunun nəticəsində sonuncu aşağıda göstərilən rəylərlə müəyyən edilmiş, onun sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş xəsarətlər alaraq yerə yıxılmış və bu an Təqsirləndirilən şəxs də öz avtomaşını ilə yerdə uzanmış və huşunu itirmiş vəziyyətdə olan və növbəti zərbədən yayınmaq imkanına malik olmayan X5i vurmuş, eyni zamanda həmin avtomaşınla onun başını səkinin qırağına sıxmış və bunun nəticəsində zərər çəkmiş şəxs əlavə olaraq sağlamlığına ağır zərər vurulmasına və onun ölümünə səbəb olan xəsarətlər alıb hadisə yerində ölmüşdür. Göründüyü kimi, bu yol nəqliyyat hadisəsi zəncirvari şəkildə baş vermiş və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ölümcül xəsarətləri Məhkum onu öz avtomaşını ilə vurub yerə yıxdıqdan sonra almış və bu an o, özünü Təqsirləndirilən şəxs də eyni hərəkətlərindən, yəni sonuncu tərəfindən avtomaşınla vurulmasından qaçırmaq imkanında olmamışdır. Məhkəmə kollegiyasının qənaətinə görə, bu zəncirvari hadisə başa çatmadan zərər çəkmiş şəxsin də ölümü məhz Məhkum ilkin hərəkətlər etməsi nəticəsində baş vermiş, yəni Zərərçəkmiş şəxs ölümü ilə həm nəticələnməyən, həm də nəticələnən xəsarətlər eyni şəraitdə davam edən yol nəqliyyat hadisəsi zamanı ardıcıl olaraq əlaqəli şəkildə onun iki avtomaşınla vurması nəticəsində ona yetirilmişdir ki, bu hallar da onun əməlinin CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsi üçün kifayət qədər əsas yaratmışdır. Birinci instansiya məhkəməsi isə təsvir edilən halların arxasında duran sübutlara düzgün qiymət verməyərək özünün 19 avqust 2024-cü il tarixli qərarında və həmin tarixli hökmündə təhlil edilən və dava m edən yol nəqliyyat hadisəsinin hallarını iki hissəyə bölərək Məhkum əməlləri nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş xəsarətlər, Təqsirləndirilən şəxs əməlləri nəticəsində isə sonuncunun ölümünə səbəb olmuş eyni dərəcəli xəsarətlər yetirilməsi barədə düzgün nəticəyə gəlməmiş və belə nəticəyə əsasən Məhkum əməllərinin CM-in 263.1-1-ci maddəsi ilə tövsif etməkdə haqlı olmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs onun hər iki avtomaşınla vurulması nəticəsində sağlamlığına ağır zərərin vurulmasına səbəb olmuş xəsarətlər alması isə, yuxarıda qeyd olunduğu kimi, iş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizalarının rəyləri ilə təsdiq edilir. Belə ki, məhkəməyədək icraat zamanı təyin olunaraq keçirilmiş məhkəmə-tibbi ekspertizasının 3 iyul 2022-ci il tarix li 52 saylı rəyindən görünür ki, mərhum X5 meyiti üzərində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: başın deformasiyası, təpə nahiyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub bərk-küt əşya(əşyalar) təsirindən törənmişlər, eləcə də yol-nəqliyyat hadisəsi zamanı törənə bilərdi, dərəcəsinə görə ümumilikdə canlı şəxslərdə sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malik olmaqla onun ölümü ilə birbaşa səbəbli əlaqəlidir. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beyinin əzilməsi olmuşdur, müddəti meyitin meyi txanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir, onun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində narkotik maddələr və etil spirti aşkar edilməmişdir. Təkrar məhkəmə-tibbi ekspertizasının 10 noyabr 2022-ci il tarixli T 539/2022 saylı rəyi ilə müəyyən edilir ki, mərhum Zərərçəkmiş şəxs meyiti üzərində başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları. Qeyd olunan xəsarətlər həyati olub, bərk-küt əşyanın (əşyaların) təsirindən, yol nəqliyyat hadisəsi zamanı şəxsin şaquli və ya ona yaxın duruş vəziyyətində bədənin sağ tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyy ətdə olduğu zaman birinci “Mitsubishi Lancer” minik markalı avtomobilin ön və ya nisbətən yan çıxıntılı hissələrinin təsirindən ilkin zərbə sağ baldır, bud nahiyyələrinə olmuşdur ki, bunun nəticəsində hər iki sümükdə sınıqlar əmələ gəlmiş, sonrakı etapda, piyadanın yer örtüyünə dəyməsindən sol gicgah-təpə sümüklərində xətti sınıq dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. Başın deformasiyası, təpə nahiyyəsinin əzilmiş - cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma isə başın ikinci, yəni “Mersedes Benz C” markalı avtomobilin təkəri ilə yer örtüyü yaxud, bardür arasında hissəvi sıxılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sa ğlamlığa ağır zərərvurmaya aid olub, ölümlə nəticələnmişdir. Meyit üzərində olan sıyrıqlar isə istər birinci, istərsə də ikinci avtomobilin şəxslə həm kontakt təsirindən, həm də ikinci avtomobilə şəxsin yer örtüyü ilə sürüklənməsi zamanı törənə bilərdilər, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Mərhum X5in meyitində avtomobilin bədənin üzərindən keçməsi üçün xarakterik əlamətlər müəyyən olunmadı. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına mədəciklərə massiv qansızma və baş beynin əzilməsi olmuşdur, ölümün müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. Xəsarətlərin xüsusiyyətlərinə, lokalizasiyasina görə onların zərər çəkənin nəqliyyat vasitəsinə toxunmadan yol ör tüyünə sərbəst yıxılması nəticəsində əmələ gəlməsi mümkün deyildir. Zərər çəkən “Mishubishi Lancer” minik markalı avtomobillə vurulmadan sonra aldığı xəsarətlərlə əlaqədar qısa müddət məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi. İşə birinci instansiya məhkəməsi tərəfindən baxılarkən müdafiə tərəfinin vəsatəti əsasında keçirilmiş təkrar komission məhkəmə-tibbi və situasion ekspertizalarının 14 noyabr 2023-cü il tarixli T 853/2023 saylı rəyinə görə, mərhum Zərərçəkmiş şəxsnın meyitinin müayinəsi zamanı başın deformasiyası, təpə nahiyəsinin əzilmiş yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma, sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları, bədənin çoxsaylı sınıqları müəyyən edilmişdir. Qeyd olunan xəsarətl ər həyati olub, bərk-küt əşya (əşyaların) təsirindən, yol-nəqliyyat hadisəsi zamanı şəxsin şaquli və ya ona yaxın duruş vəziyyətində bədənin sağ tərəfi ilə hərəkətdə olan avtomobilə doğru yönəlmiş vəziyyətdə olduğu zaman birinci “Mitsubishi Lancer” markalı avtomobilin ön və ya nisbətən yan çıxıntılı hissələrinin təsirindən ilkin zərbə sağ baldır, bud nahiyələrinə olmuşdur ki, bunun nəticəsində hər iki sümükdə sınıqlar əmələ gəlmiş, sonrakı etapda piyadanın yer örtüyünə dəyməsindən sol gicgah-təpə sümüklərində xətti sınıq əmələ gəlmişdir ki, bu xəsarətlər də dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid edilir. Başın deformasiyası, təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma isə başın ikinci “Mercedes” markalı avtomobilin təkəri ilə yer örtüyü, yaxud bardür arasında hissəvi sıxılması nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aid olub, ölümlə nəticələnmişdir, sıyrıqlar isə istər birinci, istərsə də ikinci avtomobilin şəxslə həm kontakt təsirindən, həm də ikinci avtomobillə şəxsin yer örtüyü ilə sürüklənməsi zamanı törənə bilərdilər, canlı şəxslərdə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından dərəcələri təyin edilmir. Mərhum X5in meyitində avtomobilin bədəni üzərindən keçməsi üçün xarakterik əlamətlər müəyyən olunmamışdır. Zərər çəkən “Mitsubishi Lancer” markalı avtomobillə vurulmadan sonra aldığı xəsarətlərlə əlaqədar qısa müddət məqsədyönlü hərəkətlər etmək iqt idarında ola bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması nəticəsində baş beyin toxumasına, mədəciklərə massiv qansızma və baş beynin əzilməsi olmuşdur, müddəti meyitin meyitxanada müayinəsindən 4-8 saat əvvələ uyğun gəlir. Bundan başqa birinci instansiya məhkəməsinin məhkəmə iclasında keçirilmiş əlavə komission məhkəmə-tibbi və situasion ekspertizasının 14 mart 2024-cü il tarixli 05/MEŞ rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin müayinəsi zamanı iki ayrı-ayrı avtomobil tərəfindən yetirilməyə uyğun aşağıdakı qrup xəsarətlər aşkar edilmişdir: a) Sağ baldır və sağ bud sümüklərinin qapalı yerdəyişmiş sınıqları; sol gicgah-təpə sümüklərinin xətti sınığı və sol gicgah nahiyəsinin sıyrığı; burun nahiyəsinin sıyrığı; sol çiyin, sağ bud və sol diz nahiyələrinin sıyrıqla rı, b) Başın deformasiyası, başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, təpə sümüklərinin açıq qəlpəli sınıqları, baş beyin maddəsinə, mədəciklərə və qişalarına qansızma. İlkin avtomobil vurması zamanı baş vermiş “a” qrup xəsarətlərini aldıqdan sonra Zərərçəkmiş şəxs sağ qalma ehtimalı olmuşdur. Belə ki, ilkin zərbədən sonra Zərərçəkmiş şəxs zərbə zonasından kənara atılması baş vermiş, ani olaraq, qısa müddətli huşun itməsi hesabına yerdə uzanmış vəziyyətdə olan zaman “Mersedes” markalı avtomobilin təkəri ilə yer örtüyü və yaxud bardür arasında başın sıxılması hesabına təkrar travmatizmlə əlaqədar yaranmış “b” qrup xəsarətlərinin nəticələri ölümə səbəb olmuşdur. Nəzərə almaq lazımdır ki, Zərərçəkmiş şəxs meyitində ilkin avtomobil vurması nəticəsində başının və bədəninin digər hiss ələri üzərindən avtomobilin keçib getmə izləri aşkar edilməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş ekspert X4 göstərmişdir ki, Zərərçəkmiş şəxs meyitinin üzərində aparılmış həm xarici, həm də daxili müayinə nəticəsində rəydə göstərilən ümumi xəsarətlər aşkar edilmişdir. Xəsarətlərin ayrılması bədən səthində olan xəsarətlərin lokalizasiyalarından, xarakterlərindən, orqanizmə yetirdikləri təsirlərdən və onun nəticələrindən asılı olaraq situasion ekspertiza ilə müəyyənləşdirilir. Komissiyon qaydada tərəflərindən xəsarətlər bölünür, belə ki insan orqanizminə ilkin zərbə şaquli və ya ona yaxın duruş vəziyyətində yetirilir. Həmin zərbədən sonra şəxsin müxtəlif vəziyyətlərdə yer səthinə düşmə trayektoriyası var, istər hərəkətdə olsun, istərsə də hərəkətsiz. Yetirilən zərbə hərəkətdə olan və hərəkətsiz olan şəxsə yetirildikdə fərqlənir. Həmin zərbənin təsirindən və istiqamətindən, həm də zərbə sahəsində olan xəsarətlərə və sonradan alınan xəsarətlərə əsaslanmaqla xəsarətlər ayrılır və həmin xəsarətlərin hansının ölümə səbəb olması göstərilir. Rəydə qeyd edildiyi kimi, 1-ci zərbədən sonra Zərərçəkmiş şəxs “a” qrupunda göstərilən xəsarətlər yetirilmiş, yəni xətti sınıq, və “b” qrupunda göstərilən xəsarətlərin 1-ci zərbədən sonra yaranması mümkün deyil. Həmçinin məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş ekspert Nuriyev Elnur Rahim oğlu ifadələrində bildirmişdir ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs 1-ci maşın onu vurduqdan sonra həmin şəxs elə vəziyyətə gəlmişdir ki, artıq 2-ci maşın onu divara sıxaraq ona ölümünə səbəb olan xəsarət yetirmişdir. Bu isə zərər çəkmişin 1-ci maşın vurduqdan sonra yerə yıxıldığına görə baş vermişdir. Təsvir edilən rəylərdən, habelə ekspertlər X4ün və Xin ifadələrindən göründüyü kimi, Zərərçəkmiş şəxs ilkin xəsarətlər aldıqdan sonra qısa müddət ərzində məqsədyönlü hərəkət etmək iqtidarında olması barədə nəticəyə ekspertlər yalnız ehtimallar əsasında gəlmiş, lakin həmin rəylərlə və ekspertlərin ifadələri ilə Məhkum idarə etdiyi avtomaşınla vurulmasından yerə yıxılması, bu zaman hüşunu itirməsi, yəni faktiki olaraq sağ qalmış olsa da ikinci zərbədən yayınmaq imkanında olmaması və məhz bu vəziyyətdə ikinci – Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşınla vurularaq ölümcül xəsarətlər alması, bununla da Məhkum hərəkətləri ilə zərər çəkmişin ölümü arasında səbəbli əlaqənin olması bir da ha müəyyən edilmişdir. Bütün bu hallar, yəni 3 iyul 2022-ci il tarixdə baş vermiş və davam edən yol nəqliyyat hadisəsinin mexanizmi, onun törədilmə və zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurulmasına səbəb olmuş xəsarətləri alması ardıcıllığı məhkəmə kollegiyasına bir daha belə mötəbər nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxslə yanaşı Məhkum da yol hərəkəti qaydalarını pozması zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olmuş, bununla da sonuncu CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPM-in XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Y evgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla təmin edilməlidir. Belə olan halda, məhkəmə kollegiyası müdafiəçi E.Q.Eyyubovanın kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq onları qəbul edilməz sayır, bu dəlilləri Məhkum məsuliyyətinin yüngülləşdirilməsinə yönəlmiş dəlillər kimi dəyərləndirilir və hesab edir ki, sonuncu apellyasiya instansi yası məhkəməsinin 17 iyul 2025-ci il tarixli hökmü ilə tam qanuni və əsaslı olaraq CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmiş və onun əməlinin hüquqi tövsifində istər ibtidai araşdırma orqanı, istərsə də həmin məhkəmə səhvə yol verməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, apellyasiya instansiyası məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən maddi və prosessual hüquq normalarının tələblərinə əməl etməklə yanaşı natamamlığa, qeyri-obyektivliyə, cinayət prosesi iştirakçılarının hüquqlarının məhdudlaşdırılmasına da yol verməmiş və məhkəmə iclasları ağlabatan müddətlərdə cinayət mühakimə icraatının prinsiplərinə uyğun olaraq keçirilmişdir. Məhkəmə baxışları zamanı həmçinin “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində n əzərdə tutulmuş ədalətli və qərəzsiz məhkəmə baxışına malik olmaq, müdafiə, təqsirləndirilən şəxsin lehinə və əleyhinə ifadələr vermiş şahidləri dindirmək və başqa hüquqların pozulmasına da yol verilməmiş, nəticə etibarı ilə isə ibtidai araşdırma orqanı tərəfindən Məhkum əməlinin CM-in 263.2-ci maddəsi ilə tövsif edilməsi ilə razılaşaraq onun bu maddə ilə təqsirli bilinərək cəzalandırmasını qanuni və əsaslı saymışdır. Məhkəmə kollegiyasının həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi Məhkum CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda nəticəyə gələrkən həmçinin hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlərinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədil ə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 15 noyabr 2013-cü il tarixdə qəbul edilmiş “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli qərarında əksini tapmış izah və tövsiyələri də nəzərə almışdır. Belə ki, həmin Qərarın 1-ci bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilmişdir. Qərarın 12-ci bəndində məhkəmələrə izah edilmişdir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyya t vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah olunmuşdur ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsi rləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yolnəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Həmin Qərarda daha sonra qeyd edilir ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keç irilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən «Yol hərəkəti haqqında» Qanunun tələblərinin pozulubpozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olubolmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağı rlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Təhlil olunan Qərarın 19-cu bəndində məhkəmələrə həmçinin izah edilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “Yol hərəkəti haqqında” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yol-nəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir. Bununla əlaqədar məhkəmələrə sübutları qiymətləndirərkən iş üzrə təyin edilmiş ekspertizaların səlahiyyətli eks pertiza idarəsi tərəfindən aparılmasına xüsusi diqqət yetirmələri, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 23-cü maddəsinə və qeyd olunan qanunun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2000-ci il, 30 iyul 2001-ci il və 15 oktyabr 2011-ci il tarixli Fərmanlarına əsasən məhkəmə ekspertizası fəaliyyəti səlahiyyətləri hüdudlarında Azərbaycan Respublikasının Ədliyyə və Səhiyyə Nazirliklərinin məhkəmə ekspertiza idarələri tərəfindən həyata keçirilmələrinin nəzərə alınması tövsiyə edilmişdir. Bundan başqa həmin bənddə məhkəmələrin diqqəti ibtidai araşdırma zamanı keçirilmiş ekspertizaların rəylərinin mötəbər, qərəzsiz, obyektiv və yol-nəqliyyat hadisəsinin bütün hallarını kifayət qədər özündə əks etdirən sübutlar əsasında verilməsinə yönəldi lərək həmçinin tövsiyə edilmişdir ki, verilmiş ekspertiza rəylərində ekspertlər qoyulmuş suallara tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair əlavə suallar yarandıqda aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün məhkəmə istintaqı zamanı tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlar əsasında əlavə, ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda isə - təkrar, habelə zərurət yaranarsa komisyon və ya kompleks ekspertizaların keçirilməsini təmin etsinlər. Bu zaman ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertlər qarşısında nəqliyyat vasitəsini idarə etmiş şəxslə yanaşı, yol hərəkəti nin digər iştirakçılarının da yol hərəkəti qaydalarını pozub-pozmaması və belə pozuntularla baş vermiş nəticələr arasında səbəbli əlaqənin olub-olmaması haqında sualların qoyulması məhkəmələrə tövsiyə olunmuşdur. Ekspertlərin qoyulan suallara yalnız səlahiyyətləri çərçivəsində cavab verə bilmələrini nəzərə alaraq, məhkəmələr tərəfindən ekspertizaların təyin olunması haqqında qərarlarda təqsirləndirilən şəxsin təqsirli və ya təqsirsiz olub-olmaması, onun törətdiyi əmələ hüquqi qiymət verilməsi barədə suallar qoyula bilməz. CPM-in 145-ci maddəsinə əsasən məhkəmələrin iş üzrə qəbul etdikləri yekun məhkəmə aktlarında ibtidai araşdırma zamanı və məhkəmə iclasında keçirilmiş ekspertizaların rəyləri digər sübutlarla birgə mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Beləlik lə, məhkəmə kollegiyası iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, o cümlədən məhkəmə ekspertizalarının yuxarıdakı rəylərinə əsaslanaraq Məhkum cinayəti məhz ona elan olunmuş ittihamda göstərilmiş şəraitdə törətməsi barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir və eyni zamanda qeyd edir ki, işin faktiki hallarının başqa cür müəyyən edilməsi üçün apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə və iş üzrə əlavə araşdırmanın aparılmasına, habelə Məhkum əməlinin başqa cür, yəni kassasiya şikayətində göstərildiyi kimi, CM-in 263.1-1-ci maddəsi ilə tövsif edilməsinə heç bir əsas yoxdur. Bununla yanaşı, məhkəmə kollegiyası onu da qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 10 (qanunçuluq), 11 (hər kəsin qanun və məhkəmə qarşısında hüquq bərabərliyi), 12 (Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunması), 13 (şəxsin şərəf və ləyaqətinə hörmət edilməsi), 14 (azadlıq hüququnun təmin edilməsi), 19 (hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi), 27 (cinayət mühakimə icraatının aşkarlığı), 28 (cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi) və 32-ci (cinayət prosesində tərəflərin çəkişməsi) maddələrində təsbit edilmiş cinayət mühakimə icraatının prinsip və şərtlərinə tam şəkildə əməl olunmuşdur. Bu səbəbdən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, baxılan işdə CPM-in 42-ci maddəsində təsbit edilmiş bəraətin əsasları, eləcə də apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini t ələb edən CPM-in 416.1.2, 416.1.11 və 416.1.15ci maddələrində göstərilən əsaslardan hər hansı biri müəyyən edilmir. Kassasiya şikayətində Məhkum təqsirli bilindiyi CM-in 263.2-ci maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərarın qəbul edilməsi barədə tələb irəli sürülmədiyindən, apellyasiya instansiyası məhkəməsi isə onun barəsində cəza tədbirinin seçilməsi məsələsini müzakirə edərkən müəyyən olunmuş bütün halları nəzərə alaraq bu məsələnin həlli zamanı maddi hüquq normalarının tətbiqində pozuntuya yol vermədiyindən, məhkəmə kollegiyası göstərilən məsələnin təkrarən müzakirə edilməsinə ehtiyac görmür və kassasiya müraciətinin dəlillərindən asılı olmayaraq məhkum olunmuş şəxsə təyin edilmiş cəzanın yüngülləşdirilməsi və ya həmin cəzanın başqa cəza ilə əvəz edilməsi, yaxud da təyin olunmuş cəzanın şərti olaraq tətbiq edilməsi üçün əsaslar tapmır. Buna görə, məhkəmə kollegiyası cinayət işinin materiallarını yuxarıda təsvir olunan qaydada təhlil edib Məhkum müdafiəçisi E.Q.Eyyubovanın kassasiya şikayətinin dəlillərini bir daha nəzərdən keçirərək və bu müraciətin təmin edilməsi barədə məhkum olunmuş şəxsin, həmin şikayətin təmin edilməməsi haqda dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin edilməməli, Məhkum CM-in 263.2-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2025-ci il tarixli hökmü isə kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-P rosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi E.Q.Eyyubovanın kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 17 iyul 2025-ci il tarixli hökmü kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2378/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2378/2025
02.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver