Məhkəmə qərarları › İş №1(102)-2379/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2379/2024

10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2379/2024 10.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının, məhkumun müdafiəçisi Ukalayev İlkin Ramazan oğlunun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-72/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarından məhkumun müdafiəçisi U kalayev İlkin Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 02 noyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra “Azərbaycan Respublikası CM”) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 17 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan tarixdə şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd bükümdə 0,650 qram təmiz çəkidə ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və külli miqdarda bir ədəd bükümdə 5,737 qram təmiz çəkidə qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində 08 iyul 2022-ci il tarixdə, saat 23:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Seyfəddin Dağlı küçəsi, ev 2 ünvanının yaxınlığında saxlanaraq idarənin inzibati binasına gətirilmiş, orada üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində olan bir ədəd bükümdə 0,650 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir ədəd bükümdə 5,737 qram təmiz çəkidə kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilib götürülmüşdür.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-417/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 6 9.3-cü maddəsinə əsasən ibtidai istintaq dövründə tutulduğu və həbsdə saxlanıldığı 01 gün müddətin təyin edilmiş cəzaya hesablamaqla üzərində 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 28 iyul 2023-cü il tarixdən hesablanması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum, onun müdafiəçiləri Ukalayev İlkin Ramazan oğlu və Rəşidov Rövşən Xudaşirin oğlu ayrı-ayrılıqda apellyasiya şikayəti verib, hökmün ləğv edilməsi və yeni, bəraət hökmünün çıxarılmasını xahiş etmişlər.

7. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-72/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-417/2023 nömrəli, 28 iyul 2023-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

8. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum müdafiəçisi Ukalayev İlkin Ramazan oğlu tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

9. Kassasiya şikayətində qeyd edilmişdir ki, ittiham hökmünün əsasını istintaq orqanının prosessual pozuntulara yol verməklə əldə etdiyi sübutlar, o cümlədən Məhkum işgəncəyə məruz qalması ilə alınan etirafedici ifadələri təşkil etmişdir. Bununla yanaşı, istintaq orqanının təqdim etdiyi siyahıdan seçdiyi müdafiəçi məhkuma səmərəli hüqu qi yardım göstərməmiş, əksinə, istintaq orqanı ilə əməkdaşlıq edib məhkumun qanunsuz və əsassız ittiham edilməsinə şərait yaratmışdır. İşdə olan sübutlar məhkəmələr tərəfindən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və yolverilməz sübutlara əsaslanmaqla nəticədə Məhkum olunmuşdur. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-72/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

10. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

11. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxı lması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

12. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

13. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellya siya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

14. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

15. Kassasiya şikayətində Məhkum barəsində olan ittiham hökmünün əsasını işgəncə və müdafiə hüq uqunun pozulması ilə əldə edilmiş sübutların təşkil etdiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirilmişdir.

16. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-72/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq həmin qərarı qanuni və əsaslı hesab edir.

17. Belə nəticəyə gələrkən məhkəmə kollegiyası qeyd edir ki, baxılan kassasiya şikayətində mahiyyət etibarilə iki əsas məsələ qaldırılır - birincisinə görə, Məhkum edilməsi üçün məhkəmələrin mötəbər sübut kimi qəbul edib istifadə etdikləri özünə qarşı ifadəsinin ibtidai istintaqın ilk günlərində işgəncəyə məruz qalması nəticəsində verildiyi qeyd edilir. İkinci dəlil olaraq onun eyni dövrdə müdafiə hüququnun pozulması iddia edilir.

18. Birinci məsələ üzrə müdafiəçi Məhkum istintaq dövründə işgəncəyə məruz qalaraq, polis əməkdaşları tərəfindən etirafedici ifadə verməyə məcbur edilməsi barədə kassasiya şikayətinin dəlillərini məhkumun üzərində xəsarət izlərinin olmasına və bu izlərin məhz Səbail Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində qeydə alınmasına baxmayaraq, faktla bağlı məhkəmə-tibbi ekspertizasının təyin edilmədiyi və xəsarətl ərin hansı şəraitdə, nə vaxt və necə alınması barədə araşdırmanın aparılmadığı ilə əsaslandırmağa çalışmışdır.

19. Məhkəmə kollegiyası həmin dəlillərə münasibətdə qeyd edir ki, bu dəlillər cinayət işinin materialları ilə təkzib olunur.

20. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması haqqında 09 iyul 2022-ci il tarixli qərardan görünür ki, Məhkum 08 iyul 2022-ci il tarixdə, saat 23:30 dəqiqədə tutulmuşdur. Müdafiəçisinin iştirakı ilə onun üzərinə 09 iyul 2022-ci il tarixdə, saat 00:50 dəqiqədə video çəkilişi edilən şəxsi axtarışın aparılması başlanmış, ona verilən suallara cavab olaraq şəxsi axtarışdan əvvəl polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Tərtib edilmiş müvafiq protokolun düzgünlüyü və tamlığı istintaq hərəkətinin bütün iştirakçıları, o cümlədən məhkumun özü və müdafiəçisi tərəfindən icra edilən imzalarla təsdiq edilmişdir.

21. Məhkum məhkəməyədək aparılmış cinayət təqibinin bütün sonrakı mərhələlərində, şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən verdiyi ifadələri daxil olmaqla, polis əməkdaşları tərəfindən ona zor tətbiq edilməsinə dair hər hansı məlumat verməmiş, əksinə cinayət əməlini törətdiyini etiraf etmişdir.

22. Halbuki, Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət ilk növbədə işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir (“Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı, № 15, § 25, 24 dekabr 2021-ci il).

23. Üstəlik cinayət işinin materiallarından müəyyən edilir ki, 08 iyul 2022-ci il tarixdə tutulduqdan 2 gün sonra Məhkum həbsdən azad edilmiş və ba rəsində həbslə əlaqədar olmayan qətimkan tədbiri seçilmişdir. Daha sonra o, 2 noyabr 2022-ci il tarixədək davam edən və təxminən 4 ay çəkən ibtidai istintaq dövründə azadlıqda olmuş, müvafiq olaraq istintaq orqanının bu dövrdə ona təzyiq və ya təsir göstərməsinin imkanları (əgər bunlar, kassasiya şikayətində qeyd edildiyi kimi, həqiqətən də icra edilmişdir) məhdud olmuşdur. Bu hal onun sərbəst şəkildə müdafiəçisi və yaxud digər əlaqəli dövlət orqanlarının nümayəndələri ilə görüşmək, işgəncəyə məruz qalması ilə bağlı şikayətlə müraciət etmək hüququnun daha əlçatan olmasını mümkün etmişdir. Lakin bütün bunlara baxmayaraq, Məhkum tərəfindən bu istiqamətdə ümumiyyətlə heç bir hərəkət edilməmiş, baxılan kassasiya şikayətində irəli sürülən əlaqəli iddialar yalnız cinayət işinə baxan birinci inst ansiya məhkəməsi qarşısında qaldırılmışlar.

24. Bununla belə, həmin iddiaların həqiqiliyinin araşdırılması ilə bağlı birinci instansiya məhkəməsi tərəfindən lazımi tədbir görülmüş, onların yoxlanılıb müvafiq qərar qəbul edilməsi üçün Bakı şəhəri Səbail rayon prokuroruna məlumat verilməklə müraciət edilmişdir.

25. Bakı Ağır Cinayətlər Məhkəməsindən daxil olmuş məlumat əsasında rayon prokurorluğunda araşdırma aparılmış və 27 fevral 2023-cü il tarixli qərar əsasında toplanmış material üzrə Məhkum izahatında göstərdiyi xüsusatların təsdiqini tapmadığı, toplanmış materialda cinayət hadisəsi müəyyən edilmədiyindən material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsi ilə rədd edilməsi barədə qərar qəbul edilmişdir. Qərarda müəyyən edilənlərdən görünür ki, M əhkum özü hadisədən xeyli vaxt keçdiyindən, üzərində heç bir xəsarət qalmadığı əsası ilə məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etmişdir.

26. İstinad edilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surəti Məhkum göndərilmiş və həmin qərardan narazı qaldığı halda prokurora, yuxarı prokurora və məhkəməyə şikayət etmək hüququnun olması ona izah edilmişdir. Lakin həmin qərardan Məhkum və ya artıq öz seçimi ilə təmsil edildiyi müdafiəçisi tərəfindən prokurora, yuxarı prokurora və ya məhkəmə nəzarəti qaydasında məhkəməyə şikayət verilməmiş, bunun səbəbi isə hər hansı yetərli əsasla məhkəmə kollegiyası qarşısında izah edilməmişdir.

27. Eyni ilə, hazırkı qərarın 22-ci paraqrafında təsviri verilən şəraitdə Məhkum işgəncəyə məruz qalması ilə bağlı hər hansı şikayətlə ib tidai istintaq dövründə cinayətprosessual qanunvericiliklə müəyyən edilən məhkəmə nəzarəti qaydasında müraciət etməməsinin də izahı məhkəmə kollegiyasına təqdim edilməmişdir.

28. Qeyd edilən halları nəzərdən keçirib məcmu halda tədqiq edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti bu hissədə əsassızdır.

29. Kassasiya şikayətinin Məhkum ibtidai istintaq dövründə göstərilmiş hüquqi yardımın keyfiyyətsiz və hətta qanunsuz olduğuna dair iddialarına gəldikdə məhkəmə kollegiyası cinayət işinin materiallarını nəzərdən keçirib qeyd edir ki, Məhkum şübhəli şəxs qismində tutulmalı olduğu müəyyən edildikdən sonra, onunla bağlı istintaq hərəkətlərinin həyata keçirilməsi üçün hüquqlarının müdafiə edilməsi məqsədilə 09 iyul 2022-ci il tarixli qərarla dövlət hesabına müdafiəçi dəvət olunmuş, Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 müdafiəçisi qismində şübhəli şəxsə təqdim olunmuş və sonuncu hüquqlarının müdafiəçi S.Əliyev tərəfindən müdafiə olunmasına etiraz etməmişdir. Bundan sonra və artıq birinci instansiya məhkəməsində icraat zamanı Məhkum müvafiq olaraq 10 və 11 noyabr 2022-ci il tarixlərində vəkillər R.X.Rəşidov və İ.R.Ulukayev ilə yeni müqavilələr imzaladığı anadək, bütün ibtidai istintaq dövründə onun müdafiəsini vəkil S.Əliyev həyata keçirmişdir.

30. Kassasiya şikayətinin bu hissəsinə münasibətini bildirən məhkəmə kollegiyası İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) müəyyən etdiyi başlıca prinsipə müraciət edərək qeyd edir ki, hüquqşünas peşəsinin Dövlətdən müstəqilliyi onunla nəticələnir ki, hüquqi yardım göstərilməsi hesa bına yaxud öz seçimi ilə təyin edilməsindən asılı olmayaraq, müdafiənin təşkili və həyata keçirilməsi müdafiə edilən şəxsin və onun vəkili arasında olan münasibətlərlə tənzimlənən məsələdir və Dövlət müdafiəçinin buraxdığı nöqsanlara görə cavabdehlik daşıya bilməz. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndinin (c) yarımbəndinin tələbləri baxımından səlahiyyətli milli orqanların yalnız o halda müdaxiləsi tələb olunur ki, təyinat üzrə fəaliyyət göstərən müdafiəçinin göstərdiyi hüquqi yardımın keyfiyyətsiz olması halı aşkar surətdə göz qabağındadır və yaxud bu və digər yolla onların nəzərinə çatdırılır (məsələn, Faiq Məmmədov Azərbaycana qarşı, № 60802/09, § 32, 26 yanvar 2017; Qaloviç Xorvatiyaya qarşı, № 45512/11, § 83, 31 avqust 2021).

31. Məhkəmə kollegiyası Avropa Məhkəməsinin istinad edil ən hüquqi mövqeyinə əsaslanmaqla və hazırkı qərarın 22-ci paraqrafında əksini tapan cinayət işinin mübahisəsiz hallarını nəzərə almaqla qeyd edir ki, şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 2 gün müddət istisna olmaqla cinayət təqibinin məhkəməyədək aparılan bütün mərhələlərində azadlıqda qalmasına baxmayaraq, Məhkum istintaq orqanının ona təqdim etdiyi müdafiəçinin xidmətindən istifadə etməsində davam etmiş, heç bir üsulla göstərilən xidmətdən narazılığını bildirməmiş, dövlət tərəfindən təmin edilən vəkildən imtina edib öz seçimi üzrə yeni müdafiəçini cinayət təqibinə cəlb etməmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, bu hallar ilk öncə həmin müdafiəçinin göstərdiyi xidmətin məhkum üçün məqbul olduğunu və sonuncunun müdafiə hüququnun hər hansı formada pozulmadığını təs diqləyir. Digər tərəfdən, hətta həmin xidmətdə hər hansı bir qüsur olsa idi belə, müdafiənin təşkili məhkumun özü və müdafiəçisi arasında olan münasibətlərlə tənzimləndiyindən, məhkum isə davranışı ilə mövcud olması ehtimal edilən belə bir qüsurun onun üçün qəbul edilən olduğunu təsdiq etdiyindən, kassasiya şikayəti bu hissədə də əsassız hesab edilməlidir.

32. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsinin əsaslarına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 33-cü maddəsində müəyyən edilən qaydalara görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları həmin Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən Azərbaycan Respublikası CPM-nin 125, 144, 146- cı maddələrinin müddəalarının pozulması (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4).

33. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir.

34. Həmin Məcəllənin 145.1 və 145.3-cü maddələrinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymət ləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir.

35. Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsində təsbit edilən qaydaya görə isə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin.

36. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verild iyi iddia olunsa da, məhkəmə araşdırmalarının, onların yekununda çıxarılmış məhkəmə aktlarının bu normalarla və məhkəmə kollegiyasının yuxarıda təfsiri verilmiş hüquqi mövqeyi ilə müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq apellyasiya instansiyası məhkəməsi sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayət-mühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; yekun qərarlar çıxarılarkən yolverilməz sübutların istifadəsindən imtina edilmiş, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-nin 145-ci maddəsinin tələblərinə müvafiq ola raq qiymət verilmiş və yekun nəticə Azərbaycan Respublikası CPM-nin 146-cı maddəsinin tələbləri gözlənilməklə biri digərinə uyğun gələn sübutların məcmusu ilə əsaslandırılmışdır.

37. Müvafiq olaraq məhkəmə kollegiyası belə qənaətdədir ki, kassasiya şikayətində qaldırılan məsələlər üzrə apellyasiya instansiyası məhkəməsinin verdiyi qərarları cinayət işinin obyektiv araşdırmasına, əlaqəli maddi və prosessual cinayət-hüquqi normaların və formalaşmış məhkəmə təcrübəsinin düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə bu nəticələri təkzib etmədiyindən və subyektiv mülahizələri əsas götürməklə məhkumun cinayət məsuliyyətindən kənar qalması üçün imkan yaradılmasına istiqamətləndiyindən, bununla yanaşı mübahisəsi edilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçü n Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı digər biri müəyyən edilmədiyindən, həmin qərarı şübhə altına almaq üçün əsas müəyyən edilmir.

38. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-72/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Ukalayev İlkin Ramazan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-72/2024 nömrəli, 07 mart 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar