Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-238/2020 28.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), X3 və X1 ibarət tərkibdə, katib İsazadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, müdafiəçi-vəkil Müdafiəçi iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqs irli bilinib məhkum olunmuş x1 barəsində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından x1 müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü ilə (hakimlər: R.V.Salmanov (sədrlik edən və məruzəçi), M.A.Bayramov və S.İ.Əliyev) x1-1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Ü1 ünvanında pasport qeydiyyatında olan və yaşayan Azərbaycan Respublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək, CM-nin 126.2.4-cü maddəsi ilə həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 3 (üç) il müddətinə, CM-nin 221.3-cü ma ddəsi ilə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzalarına, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu xx xxxxxx 2018-ci il tarixdən hesablanması və cəzasını «ümumi» rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən x1 ona görə təqsirli bilinib məhkum edilmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 16:00 radələrində tanışı x2 ilə bir qrup şəxs halında ü2 ünvanında yerləşən x3-nin ərazisində fəaliyyət göstərən plastik qabların istehsalı sexinə gələrək, plastik butulkaların satış qiymətləri ilə razılaşmadıqlarını bəhanə edib, heç bir əsaslı s əbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə həmin sexin işçisi x4 nalayiq ifadələrlə təhqir edərək idarə etdiyi avtomobildən götürdüyü silah qismində istifadə etdiyi taxta dəyənəklə sonuncunun üzərinə hücum çəkmiş, x4 qardaşı x5 onu tutub saxlamış, bu zaman x2 x4 xuliqanlıq niyyəti ilə nalayiq ifadələrlə təhqir etməklə yumruq və təpik zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq ona, sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözətrafı nahiyənin hematoması, üst və alt göz qapaqlarının qançırları kimi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül və sağ 5-ci əl darağı əsasının qapalı yerdəyişməyən sınığı ilə n əticələnən, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmiş, həmin vaxt x1 öz xuliqanlıq hərəkətlərini davam etdirərək idarə etdiyi avtomobildən götürdüyü silah qismində istifadə etdiyi kəsici-deşici alətlə x4 üzərinə hücum edərkən x6 onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışarkən o, hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoyaraq, xuliqanlıq niyyəti ilə, silah qismində istifadə etdiyi kəsici-deşici alətlə qəsdən, onun ictimai qaydanı pozmasının qarşısını alan x6 sol qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona, böyük piyliyin və peritonun zədələnməsi ilə müşayiət olunan sol bel nahiyəsindən qarın boşluğuna nüfuz edən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yarası, Xİİ qabırğanın sınığı ilə nəticələnən, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri yetirərək xuliqanlıq etmişdir. Hökmdən x1 müdafiəçisi-vəkil Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyası (hakimlər: M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), E.E.Rəhimov və V.Ə.Mursaqulovdan ibarət tərkibdə) xx xxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətini təmin etmədən, hökmü isə dəyişdirilmədən saxlamışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarından x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti verərək, məhkum x1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməsi, zər ərçəkmiş şəxsə yetirdiyi xəsarətə görə isə onun əməlini Azərbaycan Respublikası CM-nin 126.2.4cü maddəsindən 131.2-ci maddəsinə tövsif edilərək, bu qanun əsasında ona daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cinayət işinin məhkəmə iclasında araşdırılmış hallarından müəyyən edilir ki, ilkin olaraq mübahisəni zərərçəkmiş x4 başlamış, mübahisə salaraq x1 ünvanına nalayiq “var-yox” söyüşləri söymüş, ilk olaraq silah qismində işlədilən nərdivana əl ataraq məhkum olunmuş şəxslərin üzərinə gəlmiş və yalnız bundan sonra x1 özünü və döyülən dostunu qorumaq məqsədi ilə dəyənəyə əl atmış və digər zərərçəkmiş şəxsə bıçaq xəsarətini də qəsdən deyil təsadüfən yetirmişdir. Belə olan t əqdirdə onu xuliqanlıqda və xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməkdə ittiham və məhkum etmək qanunsuz olmuşdur. Çünki əgər mübahisə və münaqişə zərərçəkmiş şəxsin qanunazidd əməlləri nəticəsində baş vermişdirsə, bu zaman şəxsə xuliqanlıq cinayətinə və xuliqanlıq niyyəti ilə cinayət törətməyə görə məhkum etməyə qanun yol vermir. Ona gör də hesab edir ki, x1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət verilməli, zərərçəkmiş şəxsə yetirdiyi xəsarətə görə isə əməli Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən 131.2-ci maddəsinə tövsif edilərək bu qanun əsasında cəza təyin edilməli olduğu halda apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü dəyişdirilmədən saxlamışdır. Ona görə də kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. M əhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə müdafiəçinin, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib aşağıdakı hüquqi nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, aşağıdakı əsaslarla yekun nəticəyə gəlmişdir. Kassasiya şikayətində müdafiəçi kassasiya şikayətində hadisənin təşəbbüskarı zərərçəkmiş x4 olduğundan məhkum x1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə bəraət veri lməsini, zərərçəkmiş şəxsə yetirdiyi xəsarətə görə isə əməlinin Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən 131.2-ci maddəsinə tövsif edilərək bu qanun əsasında ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Cinayət işinin materialları ilə x1 cinayət əməlləri Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq toplanıb tədqiq edilmiş sübutların məcmusu ilə təsdiq edilmişdir. Cinayət işinin materiallarında olan hadisə yerinə baxış zamanı götürülmüş x3-nin ərazisində quraşdırılmış müşahidə kameralarının qeydə aldığı videogörüntülərə baxış protokolunda göstərilmişdir ki, xx xxxx 2018-ci il saat 15:46–da x3-nin ərazisində fəaliyyət göstərən plastik butulka istehsalı sexinin qarşısına “Mersedes 190” markalı *-FO-* qeydiyyat nişanlı avtomobilin gəlməsi, avtomobilin sükan ının arxasında üzü saqqallı şəxsin (bundan sonra sürücü) qabaq sərnişin oturacağından isə əynində açıq rəngli şalvar, boz rəngli uzunqol köynək olan üzü saqqallı şəxsin (bundan sonra sərnişin) düşərək sexə daxil olub x5 söhbət etmələri, saat 15:49-da x4 onlara yaxınlaşması, saat 16:00-da sürücünün x4 üzbəüz dayanaraq mübahisə etməsi, x4 yolgöstərici əl hərəkətləri ilə sürücüdən sexi tərk etməsini tələb etməsi, lakin sürücünün x4 üzərinə gedərək əl-qol atması, x5 sürücünü sakitləşdirib yola salmağa çalışması, bu vaxt sürücünün avtomobilin arxasına keçib arxa yük baqajını açması, x4 bunu görən kimi sexin içərisinə daxil olub əlinə nərdivan götürüb müdafiə olunmaq üçün heç kimin üzərinə hücum etmədən nərdivanı əlində saxlaması, bu vaxt sürücünün avtomobilin yük yerindən dəyənək götürərək x4in üzərinə hücum etməsi, x5 sürücünün qolundan tutmaqla qardaşı x4ə yaxınlaşmağa imkan verməməsi, həmin an x6 hadisə yerinə gəlməsi, dərhal sonra sərnişinin x4 üstünə hücum edib yumruq təpik zərbələri ilə sifətinə və bədəninin müxtəlif nahiyyələrinə zərbə vurması, x4in əlindəki nərdivanın yerə düşməsi, bu vaxt sürücünün yenidən avtomobilinə yaxınlaşaraq sol əli ilə avtomobildən kəsici-deşisi alət götürməsi, sağ əlindəki dəyənək yerə düşdükdən sonra həmin kəsici-deşici aləti sağ əlinə ötürüb x4i üzərinə hücum etməsi, bunu görən x6 onun qarşısın kəsməsi, bu vaxt sürücünün sağ əlində tutduğu bıçaqla bir dəfə x6 sol qarın nahiyyəsinə zərbə vurması, həmin zərbənin təsirindən x6 yerə yıxılması, sonra sürücünün və sərnişinin qaçaraq avtomobilə əyləşib oradan uzaqlaşmaları və onlar getdikdən sonra x 4 idarə etdiyi avtomobillə x6 xəstəxanaya aparması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş x6 ifadəsində göstərmişdir ki, sexdən çıxarkən görmüşdür ki, x1 sexin qarşısında dayanmış «Mercedes 190» markalı, *FO-* dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerindən taxta dəyənək, x4 isə nərdivan götürmüşlər, lakin x5 x2 onların qarşısını kəsib biri-birilərinə yaxınlaşmağa imkan verməmişlər. Həmin vaxt x5 əlinə taxta dəyənək götürən x1u, x2 isə x4 tutub saxlamışdır. O, əlində taxta dəyənək tutan x1u sakitləşdirmək üçün həmin şəxsə yaxınlaşmaq istəyərkən x2 qəflətən x4 sifətinə və qarın nahiyəsinə yumruq-təpiklə zərbələr vurmağa başlamışdır. Bu səbəbdən o və sexin işçilərindən biri x4lə x2ə yaxınlaşaraq onları ayırmağa başlamışlar. O, x4lə x5 ayırdığı zaman x 1un avtomobilin arxa yük yerindən bıçaq götürməsini və x4in üstünə gəlməsini görüb onu sakitləşdirmək məqsədi ilə qarşısına keçmişdir. Bu vaxt x1 qəflətən əlindəki bıçaqla onun qarnının sol tərəfinə zərbə vurmuş və o, həmin zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra x1 və x2 bıçağı və taxta dəyənəyi də özləri ilə götürüb gəldikləri avtomobilə əyləşərək oradan uzaqlaşmışlar. Birinci instansiya məhkəməsi iclasındakı ifadəsində zərərçəkmiş x4 göstərmişdir ki, xx xxxx 2018-ci il tarixdə saat 16:00 radələrində əvvəllər tanımadığı x1 və x2 sexə gələrək kiçik ölçülü plastik butulka almaq istədiklərini, 12 qəpiyə razılaşmasını gördükdən sonra qiyməti biraz da aşağı salmasını xahiş etmiş, o, isə 12 qəpikdən aşağı sata bilməyəcəyini izah etmişdir. Bu vaxt x1 onunla kobud danışaraq qiyməti bi raz da aşağı salmasını tələb etməyə başlamışdır. O, x1un kobudluq etməsini görüb, onunla alver etməyəcəyini bildirmiş və sexdən çıxıb getməsini tələb etmişdir. Bu vaxt x1 onunla üzbəüz dayanaraq aqressiv şəkildə söhbətlər etməyə başlamış, sexi dağıdacağı, başlarına oyun açacağı ilə hədələmiş və əl-qol hərəkətləri etməyə başlamışdır. O, yenə də təmkinlə x1dan sexi tərk edib getməsini tələb etmiş, lakin x1 onun sözlərinə əhəmiyyət verməyərək birlikdə kənara gedib söhbətlərini davam etdirməyi təklif etmişdir. O, x1 sözlərinə əhəmiyyət verməyib onunla heç bir yerə getməyəcəyini bildirmişdir. Bu vaxt x1 sexin qapısının qarşısında saxladığı avtomobilinə tərəf getmiş və arxa yük yerini açaraq oradan taxta dəyənək götürmüşdür. O, x1 dəyənək götürməsini görən kimi özünü qorumaq məqsədi ilə sexin gi riş qapısının yanına söykədilmiş nərdivanı əlinə götürmüşdür. x1 əlinə götürdüyü dəyənəklə onun üstünə hücum etmək istəyərkən qardaşı x5 x1u tutub saxlayaraq ona yaxınlaşmasına imkan verməmiş və dəyənəyi onun əlindən almağa çalışmışdır. Bu vaxt x1un yanındakı oğlan, yəni x2 qəflətən onun üstünə hücum edərək əlindəki nərdivandan tutmuş, təpiklə qarnına zərbə vurmuş, nərdivan əlindən düşəndən sonra yumruqlarıyla sifətinə zərbələr vurmağa başlamışdır. Həmin vaxt o, özünü qorumaq üçün əlləri ilə sifətini tutmuş, x2 isə yumruq zərbələri ilə onun əllərinin üstündən vurmağa davam edirmiş. x5n zərbələrindən biri onun sağ əlinə zərblə dəyərkən kəskin ağrı hiss etmiş və sonradan ona aydın olmuşdur ki, həmin zərbənin təsirindən sağ əli sınmışdır. Səs-küyə x6, digər işçilər x7, x8 və İmran da onların olduğu yerə gəlmişlər və onları ayırmağa başlamışlar. Bu vaxt x1 onun qardaşı x5 əlindən çıxaraq yenidən avtomobilinə yaxınlaşmış, əlini avtomobilin içərisinə salıb bıçaq götürmüş və həmin bıçaqla onların üstünə hücum etmişdir. x6 x1u sakitləşdirmək üçün qarşısına keçmiş və bu vaxt x1 heç bir səbəb olmadan sağ əlində tutduğu bıçaqla bir dəfə x6in sol qarın nahiyəsinə zərbə vurmuşdur. Bundan sonra qardaşı x5 yenidən yaxınlaşaraq arxadan x1u tutub bıçağı əlindən almağa çalışmış, lakin bacarmamış və x1 həm bıçağı, həm də dəyənəyi götürüb avtomobilin sükanı arxasına əyləşmişdir. Həmin vaxt o, sexə daxil olaraq əlinə keçən ilk əşyanı, yəni stulu götürüb geri qayıtmış, lakin x1la x5n artıq avtomobilə əyləşib oradan uzaqlaşmalarını görmüşdür. Sonra o, qardaşı x5 birlikdə x6i xəstəxanaya aparmışdı r. Xəstəxanada onlara tibbi yardım göstərilmiş və müayinə zamanı onun sağ əlinin sınması məlum olmuşdur. Ona dəymiş ziyan təqsriləndirilən şəxslər tərəfindən tam ödənilmiş, onlarla barışmış və onlara qarşı heç bir şikayəti və tələbi yoxdur. Göründüyü kimi zərərçəkmiş şəxslərin ifadələrində göstərdikləri hadisənin videogörüntüdə qeydə alınmış gedişinə daha uyğun olmaqla cinayət işinin obyektiv vəziyyətinə uyğundur. Ona görə də kassasiya şikayətində göstərilən mübahisəni zərərçəkmiş x4in başlaması, silah qismində nərdivana əl ataraq məhkum olunmuş şəxslərin üzərinə gəlməsi və yalnız bundan sonra x1 özünü və döyülən dostunu qorumaq məqsədi ilə dəyənəyə əl atması barədə dəlillər əsassız hesab edilir. Eyni zamanda kassasiya şikayətində göstərilən x1 özünü və döyülən dostunu qorumaq məqsədi il ə digər zərərçəkmiş şəxsə bıçaq xəsarətini də qəsdən deyil təsadüfən yetirməsi, belə olan təqdirdə onu xuliqanlıqda və xuliqanlıq niyyəti ilə ağır xəsarət yetirməkdə ittiham və məhkum etməyin qanunsuz olması barədə dəlillər də əsası deyildir. Məhkumun bıçaq xəsarəti yetirdiyi x6 onunla hər hansı mübahisə etməmiş, x1 x4ə qarşı etdiyi xuliqanlıq hərəkətlərinin qarşısını almağa çalışarkən o, xuliqanlıq niyyəti ilə, silah qismində istifadə etdiyi kəsici-deşici alətlə qəsdən, onun ictimai qaydanı pozmasının qarşısını alan x6in sol qarın nahiyəsinə bir dəfə zərbə vuraraq ona ağır xəsarət yetirmişdir. Onun bu hərəkətləri düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən xuliqanlıq niyyəti ilə, silah qismində istifadə etdiyi kəsici-deşici alətlə qəsdən, dərəcəsinə görə həyat üçün təhlükəli ola n sağlamlığa ağır zərər vurmaya və silah qismində istifadə edilən alətdən istifadə etməklə xuliqanlıq kimi tövsif edilmişdir. Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsində ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma cinayət tərkibi nəzərdə tutulmuşdur. x1 hadisə zamanı zərərçəkmiş şəxslərə qarşı əvvəl dəyənəkdən, sonra isə avtomobildən götürdüyü bıçaqdan silah kimi istifadə etməklə onun ictimai qaydanı pozmasının qarşısını alan x6in sol qarın nahiyəsinə bir dəfə zərbə vurarkən öz əməlinin ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdir. Ona görə də onun bu hərkətləri ehtiyyatsızlıqdan törədilən əməl kimi qiymətləndirilə bilməzdi və düzgün olaraq düzünə qəsdlə törədilən əməllər kimi qiymətləndirilmiş və Azərbaycan R espublikası CM-nin 126.2.4-cü və 221.3-cü maddələrinə düzgün tövsif edilmişdir. Beləliklə kassasiya şikayətinin təmin edilməsi üçün və cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayəti təmin edilməsin. x1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü və 221.3-cü msddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qərarı x1 müdafiəçisi-vəkil Müdafiəçi kassasiya şikayətinə münasibətdə dəyişikliksiz saxlansın.
Məhkəmə qərarları › İş №1(102)-238/2020
Ali Məhkəmə Qərar — İş №1(102)-238/2020
28.01.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver