Məhkəmə qərarları › İş №1(102)-238/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-238/2023

31.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-238/2023 31.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Novruzov Ələsgər Əli İskəndər oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun, mülki iddiaçı - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilə r Baş İdarəsinin nümayəndəsi X11, bəraət almış şəxs X2 və onun müdafiəçisi Kərimov Tural Baris oğlunun iştirakları ilə, Göygöl Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə və mülki iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov tərəfindən verilmiş kassasiya şikayətinə əs asən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Göygöl Rayon Məhkəməsinin 11 may 2022-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Abbasov Qələmdar Ələmdar oğlu) X4, 17 iyul 1959-cu ildə Xanlar rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilmiş, iş üzrə ona qarşı qaldırılmış mülki iddia isə təmin edilməmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən X2ə qarşı CM-nin 213.1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, onun X2 rəsmiləşdirdiyi ********** nömrəli vergi ödəyicisi eyniləşdirmə nömrəsindən istifadə etməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində 0 1 dekabr 2016-cı il tarixdən 01 iyul 2019-cu il tarixədək olan dövür ərzində vergitutma obyekti olan, vergilərin hesablanaraq dövlət büdcəsinə ödənilməsi vəzifəsini nəzərdə tutan əməliyyatlar apararaq, həmin əməliyyatlar nəticəsində yaranan dövriyyədən müvafiq tədiyyələr üzrə vergiləri hesablayıb, dövlət büdcəsinə ödəməli olduğu halda, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 16.1.3, 16.1.6, 53.1, 72, 77, 78.1, 82, 95, 96, 101.3, 108, 124.1, 150.1.2, 150.1.6, 150.2, 151, 152.1, 154, 155, 157.3.1, 159.1, 159.4, 177.1.2, 177.1.3, 218.1, 219.1 220.1 və 221-ci maddələrinin tələblərini pozmaqla, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlir və xərclər barədə bilə-bilə təhrif olunmuş məlumatlar daxil etdiyi, ünvan 2 ünvanında yerləşən 300 kv.metr sahəsi olan semen t istehsalı sexini 22 dekabr 2016-ci il tarixli icarə müqaviləsi əsasında fiziki şəxs X12 (AZE ********) icarəyə götürdüyü, orada sement istehsalı və pərakəndə satışı fəaliyyəti ilə məşğul olaraq, qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində əldə etdiyi hasilatı: 2016-cı ilin 4-cü rübü üzrə 34580,00 manat, həmin hasilatdan 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 691,60 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyənin (hasilatın) olmadığını göstərərək 691,60 manat məbləğində sadələşdirilmiş vergini az; 2017-ci ilin 1-ci rübü üzrə əldə etdiyi hasilatı 153055,00 manat, həmin hasilatdan 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 3061,10 manat göstərməli olduğ u halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəni 44500,00 manat, həmin hasilatdan 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 890,00 manat göstərərək 2171,10 manat məbləğində sadələşdirilmiş vergini az; 2017-ci ilin 2-ci rübü üzrə əldə etdiyi hasilatı 70065,00 manat, həmin hasilatdan 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 1401,30 manat göstərməli olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannaməsində vergi tutulan dövriyyəni 47330,00 manat, həmin hasilatdan 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 946,60 manat göstərərək 454,70 manat, cəmi 3317,40 manat məbləğində sadələşdirilmiş vergini az; 2017-ci ilin may-2019-cu ilin fevral ayı üzrə 256,58 manat muzdlu işlə əlaqədar ödəmə mənb əyində tutulan vergi (əlavə dəyər vergisi bəyannaməsinin tərkibində) hesablamalı olduğu halda, həmin dövrlər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini (əlavə dəyər vergisi bəyannaməsinin tərkibində) göstəricisiz təqdim etməklə, 256,58 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini az; 2017-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 48419,49 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 8715,51 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 8715,51 manat ƏDV-ni az; 2017-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 44084,75 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 7935,26 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 7935,26 manat ƏDV-ni az; 2017-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 44084,75 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 7935,26 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 7935,26 manat ƏDV-ni az; 2017-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 26504,24 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 4770,76 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 4770,76 manat ƏDV-ni az; 2017-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 37461,86 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 6743,13 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 6743,13 manat ƏDV-ni az; 2017-ci ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 37461,86 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 6743,13 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 6743,13 manat ƏDV-ni az; 2017-ci ilin noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 46122,88 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 8302,12 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 8302,12 manat ƏDV-ni az; 2017-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 15288,14 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 2751,87 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 2751,87 manat ƏDV-ni az; 2018-ci ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 17584,75 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 3165,26 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 3165,26 manat ƏDV-ni az; 2018-ci ili n fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 26504,24 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 4770,76 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 4770,76 manat ƏDV-ni az; 2018-ci ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 30834,75 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 5550,26 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 5550,26 manat ƏDV-ni az; 2018-ci ilin aprel ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 35165,25 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 6329,75 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 6329,75 manat ƏDV-ni az; 2018-ci ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 41792,37 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi m əbləği 7522,63 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 7522,63 manat ƏDV-ni az; 2018-ci ilin iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 33127,12 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 5962,88 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 5962,88 manat ƏDV-ni az; 2018-ci ilin iyul ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 21915,25 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 3944,75 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 3944,75 manat ƏDV-ni az; 2018-ci ilin avqust ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 30501,61 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 5490,29 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 5490,29 manat ƏDV-ni az; 2018-ci ilin sentyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 35963,39 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 6473,41 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 6473,41 manat ƏDV-ni az; 2018-ci ilin oktyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 41740,17 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 7513,23 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 7513,23 manat ƏDV-ni az; 2018-ci ilin noyabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 41740,17 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 7513,23 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 7513,23 manat ƏDV-ni az; 2018-ci ilin dekabr ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 22156,78 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləğ i 3988,22 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 3988,22 manat ƏDV-ni az; 2019-cu ilin yanvar ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 19263,05 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 3467,35 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 3467,35 manat ƏDV-ni az; 2019-cu ilin fevral ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 22156,78 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 3988,22 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 3988,22 manat ƏDV-ni az; 2019-cu ilin mart ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 25045,17 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 4508,13 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 4508,13 manat ƏDV-ni az; 2019-cu ilin aprel ayı üzr ə əlavə dəyər vergisi tutulan dövriyyəsi 25045,17 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 4508,13 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 4508,13 manat ƏDV-ni az; 2019-cu ilin may ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 19263,05 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 3467,35 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 3467,35 manat ƏDV-ni az; 2019-cu ilin iyun ayı üzrə əlavə dəyər vergisi tutulan dövriyyəsi 16695,00 manat, dövlət büdcəsinə ödənilməli əlavə dəyər vergisi məbləği 3005,10 manat olduğu halda, ƏDV bəyannaməsini təqdim etməyərək 3005,10 manat, cəmi 145065,99 manat məbləğində ƏDV-ni az; 2016-cı ilin 4-cü rübü üzrə daşınmaz əmlak üçün ödənilən 87,00 manat icarə haqqından 14 faiz dərəcə ilə dövlət büdc əsinə ödənilməli ödəmə mənbəyində tutulan vergi məbləğini 12,18 manat göstərməli olduğu halda, bəyannamə təqdim etməyərək, 12,18 manat ödəmə mənbəyində tutulan vergini az; 2017-ci il üzrə əldə etdiyi gəlirləri 299427,97 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərcləri 250023,32 manat, vergiyə cəlb olunan gəliri 49404,65 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 9880,93 manat, 2018-ci il üzrə əldə etdiyi gəlirləri 379025,85 manat, həmin gəlirlərin əldə edilməsi üçün çəkilmiş xərcləri 315854,90 manat, vergiyə cəlb olunan gəliri 63170,95 manat, 20% dərəcə ilə büdcəyə ödənilməli gəlir vergisi 12634,19 manat olduğu halda, müvafiq dövrlər üzrə vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim etməyərək, 2017-ci il üzrə 9880,93 manat, 2018-ci il üzrə olduğu halda, həmin il üzrə vergi orqanına gəlir vergisi bəyannaməsi təqdim etməyərək 9880,93 manat, 2018-ci il üzrə 12634,19 manat, cəmi 22515,12 manat məbləğində fiziki şəxsin gəlir vergisini az; 2017-ci ilin 3-cü-2019-cu ilin 2-ci rübləri üzrə əldə etdiyi hasilatı 0,0 manat, həmin hasilatdan ödənilməli sadələşdirilmiş vergisi 0,0 manat olduğu halda, vergi orqanına təqdim etdiyi sadələşdirilmiş vergi bəyannamələrində vergi tutulan dövriyyəni 2017-ci ilin 3-cü rübü üzrə 47750,00 manat, 4-cü rübü üzrə 47800,00 manat, 2018-ci ilin 1-ci rübü üzrə 47700,00 manat, 2-ci rübü üzrə 47750,00 manat, 3-cü rübü üzrə 45592,00 manat, 4cü rübü üzrə 44478,00 manat, 2019-cu ilin 1-ci rübü üzrə 44503,00 manat, 2-ci rübü üzrə 44538,70 manat, həmin hasilatdan 2 faiz dərəcə ilə ödənilməli sadələşdirilmiş vergini 2017-ci ilin 3-cü r übü üzrə 955,00 manat, 4-cü rübü üzrə 956,00 manat, 2018-ci ilin 1-ci rübü üzrə 954,00 manat, 2-ci rübü üzrə 955,00 manat, 3-cü rübü üzrə 911,84 manat, 4-cü rübü üzrə 889,56 manat, 2019-cu ilin 1-ci rübü üzrə 890,06 manat, 2-ci rübü üzrə 890,77 manat göstərərək, cəmi 7402,23 manat məbləğində sadələşdirilmiş vergini artıq; 2017-ci ilin 2-ci rübü üzrə 7,70 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (sadələşdirilmiş vergi bəyannaməsinin tərkibində) hesablayıb ödəməli olduğu halda, həmin dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsində 22,40 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablayaraq 14,70 manat, 2017-ci ilin 3-cü-2019-cu ilin 2-ci rübləri üzrə 0,0 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi (sadələ şdirilmiş vergi bəyannaməsinin tərkibində) hesablamalı olduğu halda, həmin dövrlər üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannamələrində 159,32 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi hesablayaraq, cəmi 174,02 manat məbləğində muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergini (sadələşdirilmiş vergi bəyannaməsinin tərkibində) artıq hesablamaqla, ümumilikdə xeyli miqdar təşkil edən 163591,02 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmışdır. Birinci instansiya məhkəməsi iş üzrə apardığı araşdırmalar nəticəsində bütün yaranmış şübhələri təqsirləndirilən şəxs X2in xeyrinə həll edərək onun elan olunmuş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi barədə nəticəyə gələrək barəsində yuxarıda göstərilən bəraət hökmünü çıxarmışdır. Hök mdən dövlət ittihamçısı Hüseynli Qədimalı Muxtar oğlu tərəfindən verilmiş apeliyasiya protestinə və mülki iddiaçının nümayəndəsi - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Şahin Eyyubov tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Məmmədov Çingiz Böyükxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Salman Bilal oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə) 29 iyul 2022-ci il tarixli qərarı ilə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğ v edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını, mülki iddiaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Ş.Eyyubov isə kassasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsini və mülki iddianın tam həcmdə - 163.591,02 manat məbləğində təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəyə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) və Vergi Məcəlləsinin bir sıra normalarına istinad edərək, iş üzrə toplanmış və məhkəmə iclaslarında aradırılmış sübutları şərh edib işin faktiki hallarını mübahisələndi rən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi hazırki cinayət işinə baxarkən CPM-nin 416-cı maddəsində nəzərdə tutulan pozuntulara yol vermiş, sübutları CPM-nin 143-146-cı maddələrində göstərilən tələblərə uyğun qaydada tədqiq etməmiş və əsassız olaraq X2in barəsndə çıxarılmış bəraət hökmünü qüvvəsində saxlamışdır. Dövllət ittihamçısının fikrincə, məhkəmələr şahidlərin ziddiyyətli ifadələrinə, eyni zamanda biri digərinə zidd olan məhkəmə-mühasibatlıq ekspertizasının rəylərinə əsaslanaraq düzgün nəticəyə gəlməmişlər. CM-nin 213.1-ci maddəsinin dispozisiyasında göstərilən müddəalara əsaslanan dövlət ittihamçısı həmçinin qeyd etmişdir ki, X2 ibtidai istintaq zamanı özünü ona qarşı irəli sürülmüş ittiham üzrə qismən tə qsirli bilmiş, hətta vurduğu ziyandan dövlət büdcəsinə 5000 (beş min) manat ziyandan ödəmiş, cinavət isi üzrə aparılmış ibtidai istintaq zamanı onun tərəfindən 163.591.02 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı məhkəmənin qərarında qeyd olunanların əksinə olaraq təkcə məhkəmə-mühasibatlıq ekspertizasının 9/2688 saylı 24 sentyabr 2020-ci il tarixli mühasibatlıq rəyi ilə deyil, şahidlərin verdikləri ifadələrlə də təsdiq edilmiş, hökmdə və apellyasiya instansiyası məhkəməsinin qərarında isə həm bu rəyin, həm də "xxxx" MMCnin 10 dekabr 2019-cu il tarixli mütəxəssis rəyinin hansı müasir baxışlara zidd olması, bu müasir baxışların nədən ibarət olduğu kifayət qədər əsaslandırmamışdır. İş üzrə qəbul edilmiş yekun məhkəmə aktlarından görünür ki, məhkəmələr "xx xx" MMC-nin rəyinin əsassızlığını hər hansı qanunvericilik norması ilə deyil, digər ekspert rəyində qeyd olunan cümlə ilə əsaslandırmış, hansı səbəbdən ikinci rəydə qeyd olunan fikirin birincidən üstün olmasına önəm verməsini də lazımi qaydada əsaslandırmamışlar. Bundan başqa, səyyar vergi yoxlamasının aparılması zamanı X2 tərəfindən yoxlamaya qaimə-faktura təqdim edilməmiş, həmçinin vergi ödəyicisinin elektron baza-uçot məlumatlarında da yoxlamanın əhatə etdiyi dövrə aid olan belə sənədlər aşkar edilməmişdir. Buna baxmayaraq 14 iyul 2021- ci il tarixli rəydə ekspert mövcud olmayan qaimə-fakturalara istinad edərək, bu sənədlərdə əksini tapmış qiymətlərlə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə istehsal olunan məhsul növü üçün olan bazar qiymətləri arasında fərqin müəyyən olunmadığı nı qeyd etmişdir. Bu hallar onu deməyə əsas verir ki, ekspert iş materiallarına istinad etməmiş, uydurma sənədlərə əsaslanaraq həmin fikri öz rəyində qeyd etmiş, buna görə də həmin rəyi əsaslı, eyni zamanda vergi qanunvericiliyinin tələblərinə zidd olaraq tərtib olunduğu üçün cinayət işi üzrə mötəbər sübut kimi qəbul oluna bilməz. Həmin rəydə ekspert sexin istehsalat fəaliyyətinin dayandığı və təmir isləri aparılmaqla avadanlıqlarda dəyişmələrin baş verməsinə görə sement istehsalı texnoloji xəttinin işə salma bir müddət ərzində istehsal edilmiş məhsulun miqdarının və buna sərf olunmuş elektrik enerji sərfiyyatının müəyyən edilməsinin mümkün olmadığını, sementin istehsalı üçün əsas tərkib hissəsi kimi istifadə olunan materialın miqdarına görə sexdə istehsal edilmiş məhsulun miqdarının hesab lanması üçün ekpsert vəsatəti ilə həmin materialların həcmini göstərən sənədlərin təqdim edilməsinin xahiş edilməsinə baxmayaraq vəsatətə cavab olaraq göndərilmiş məktubda Gəncə səhəri, S.Əliyev küçəsində yerləşən istehsal sexində 2016-cı ilin dekabr ayından 2019-cu ilin iyun ayınadək sement məhsulları istehsal etmək üçün alınmış klinkerin elektron qaimələrinin təqdim edilə bilmədiyinin göstərildiyini, belə olan halda sementin istehsalı üçün əsas tərkib hissəsi kimi istifadə olunan materialın miqdarına görə sexdə istehsal edilmiş məhsulun miqdarının hesablanmasının mümkün olmadığını qeyd edilmişdir. Lakin buna baxmayaraq ekspert ona təqdim edilmiş materiallara əsasən rəy verməyin mümkün olmadığını rəyində qeyd etsə də, rəy verməkdən imtina etməmiş, qoyulmuş suallara cavab vermək vəzifəsi o lduğu halda sonrakı abzasda qoyulmuş sualdan kənara çıxaraq “enerji sərfinə görə istehsal olunan sement məhsulunun miqdarının müəyyən edilməsi təxminidir və real istehsal edilmiş məhsulun miqdarını əks etdirməyə də bilər” qeydini etmiş və bununla kifayətlənməyərək istehsal həcmini müəyyənləşdirə bilmədiyi halda sonrakı suala cavab olaraq fərdi sahibkarın vergi borcunun olmadığı barədə rəy vermişdir. Halbuki, cinayət işi materiallarında mövcud olan "xxxx" MMC-nin rəyi tərtib olunan zaman ölçmə-müşahidə işlərinin aparılması və istehsal həcmini müəyyənləşdirilməsi mümkün olduğu halda məhkəmə əsassız olaraq həmin rəyə “hüquqi qüvvəsi olmayan rəy" statusu vermişdir. Məhkəmənin mötəbər hesab etdiyi ekspert rəylərində kifayət qədər ziddiyyətli və anlaşılmaz məqamlar, eyni zamanda hüquqi məsələlər lə bağlı qeydlər mövcuddur. Bu isə həmin rəylərin məhkəmə hökmünün əsasını təşkil etməməli olduğunu sübut edir. Qeyd olunanları nəzərə alaraq dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestinin təmin edilməsini xahiş edir. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin bir sıra normalarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına istinad edərək işin faktiki hallarını və bu halların arxasında duran sübutları, o cümlədən məhkəmələrin qəbul etdikləri yekun məhkəmə aktlarının əsası kimi qəbul edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 iyul 2021-ci il tarixli və 09 mart 2022-ci il tarixli mübahisələndirən, məhkəmələrin əsaslandıqları sübutların işin faktiki hallarına uyğun olmayan sübutlar hesab edən mülki id diaçı - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi Ş.Eyyubov kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə və mövcud olan ziddiyyətləri aradan qaldırmadan yekun qəbul etmiş, həmin qərarında isə isə yalnız müdafiə tərəfininin dəlillərini təsdiq edən sübutlara əsaslanmış, lakin X2in ona qarşı irəli sürülmüş ittiham üzrə cinayət əməlini törətməsini təsdiq edən digər sübutlara əhmiyyət verməmişdir. Bu isə məhkəmə tərəfindən CPM-nin 125, 127.3, 144 və və 145-ci maddələrinin tələblərinin pozulmasına dəlalət edir. Cinayət işinin materiallarında olan vergi ödəyicisinin fəaliyyəti üzrə aparılmış səyyar vergi yoxlamasının nəticələrnə dair tərtib edilmiş sənədlərdən və ibt idai araşdırma zamanı keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 24 sentya2020-ci il tarixli rəyindən görünür ki, X2 rəhbərlik etdiyi müəssisədə mühasibat uçotunu aparmadığından və onun bu fəaliyyətinə dair sənədləri olmadığından, vergitutma obyektinin müəyyən edilməsi üçün vergi orqanı Vergi Məcəlləsinin 67.1.9-cu maddəsində nəzərdə tutulan mənbəyi bəlli olan məlumata - vergi ödəyicisinin enerji sərfiyyatı ilə bağlı "xxxx" ASC-dən alınmış rəsmi məlumata istinad etmiş, məhkəmənin istinad etdiyi rəylərdə isə "xxxx" MMC-nin hesablamamın səhv olmasını sübut edəcək hər hansı praktiki araşdırılma aparılmamışdır. Yəni məhkəmə "xxxx" MMC-nin mütəxəssis rəyində qeyd olunan hesablamaların qeyri-müəyyən olmasını göstərsə də, bunu təsdiq edən sübutlara əsaslanmadan səhv nəticəyə gəlmiş, hökmdə olduğu kimi, qəbul etdiyi yekun qərarında mötəbər hesab etdiyi məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizasının 14 iyul 2021-ci il tarixli 9/4160-9/4146 nömrəli rəyinə əsaslanmışdır. Həmin rəydə isə ekspert Vergi Məcəlləsinin 13.2.55-ci maddəsinə əsasən ticarət fəaliyyətinin anlayışını verərək, "xxxx" MMC-nin rəyində X2in ticarət fəaliyyəti ilə məşğul olması ilə bağlı heç bir məlumatın və ya sənədin olmadığını, istehsalçının özünün istehsal etdiyi sement məhsullarını bazarda özü tərəfindən topdansatış və ya pərakəndə satış qaydasında təqdim etməsi barədə də məlumatın olmadığını, belə olan halda bazar qiyməti dedikdə istehsalçı qiymətlərinin başa düşüldüyünü qeyd edir. Kassasiya şikayətinin müəllif isə bildirmişdr ki, səyyar vergi yoxlamasının aparılması zamanı X2 tərəfindən yoxlamaya qaimə-faktura təqdim edilməmiş, həmçinin vergi ödəyicisinin elektron baza-uçot məlumatlarında yoxlamanın əhatə etdiyi dövrə aid olan belə sənədlər aşkar edilməmişdir. Buna baxmayaraq 14 iyul 2021-ci il tarixli rəydə ekspert mövcud olmayan qaimə-fakturalara istinad edərək, həmin sənədlərdə əksini tapmış qiymətlərlə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə bu məhsul növü üçün olan bazar qiymətlən arasında hazırkı tədqiqatla fərqin müəyyən olunmadığını qeyd etmişdir. Belə olan halda istehsal olunan sementin miqdarını müəyyən edə bilməyən ekspert vergi ödəyicisi tərəfindən vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılıb-yayındırılmaması məsələsinə dair rəy verə bilməz. Göygöl Rayon Məhkəməsinin hökmündə, eləcə də Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının qərarında istin ad olunan digər rəy Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09 mart 2022-ci il tarixli 9/92xxxx/7365-9/9508 nömrəli rəyidir ki, həmin rəy də 14 iyul 2021-ci il tarixli rəydə olduğu kimi prosessual pozuntulara yol verilməklə aparılmış tədqiqat əsasında verilmişdir. Bu hal isə hər iki rəyin yolverilməz sübutlar kimi qymətləndirilməsinə əsas yaradır. Bu baxımdan X2ə əsassız olaraq bəraət verilməsini iddia edən kassasya şikayətinin müəllifi hesab edir ki, vergilərin ödənilməsində yayınmasına görə Nəsb Fərzəliyevə qarşı verilmiş mülki iddianı təmin etməməkdə də məhkəmələr haqlı olmamışlar. Kassasiya şikayətində irəli sürdüyü dəlillərə əsaslanaraq mülki iddiaçının nümayəndəsi Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli qə rarının ləğv edilməsini və mülki iddianın tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Hüquqi məsələlər: Göründüyü kimi, dövlət ittihamçısı kassasiya protestində və mülki iddiaçının nümayəndəsi kassasiya şikayətində faktiki olaraq eyni şəkildə apellyasiya instansiyası məhkəməsinin sübutlar və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozmaqla X2ə bəraət verilməsi haqqından hökmü əsassız olaraq qüvvədə saxlamasını iiddia edərək həmin məhkəmənin qərarının ləğv edilməli olması barədə kassasiya tələblərini CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrində məhkəmə hökmünün və ya qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi təsbit olunmuş hallarla əlaqələndirmişdir. CPM-nin 416.1.1, 416.1.2 və 416.1.3-cü maddələrinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir: 416.1.1. məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və obyektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə; 416.1.2. məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə; 416.1.3. məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdikdə. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının kassasiya protestini və mülki iddiaçının nümayəndəsinin kassasiya şikayətini CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciətləri kimi görür və bu müraciətlərlə əlaqədar Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası növbəti dəfə xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. CPM-nin 419.11-ci maddəsinin tələblərinə görə isə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Kassasiya instansiya məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və y a qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-nin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsasən, sübutların araşdırılması və qiymətləndirilməsi birinci və apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərinə aiddir, sübutların araşdırılması dedikdə isə təkcə məhkəmə iclasında prosessual statusa malik olan şəxslərin dindirilmələri, ekspertizaların təyin edilib keçirilməsi, sübut əhəmiyyətli sənədlərin tələb olunub alınması və tədqiq edilməsi və digər istintaq hərəkətlərinin aparılması deyil, həm də ibtidai araşdırma zamanı toplanmış sübutların elan olunması, onların qanuna müvafiq qaydada tədqiq edilməsi və qiymətləndirilməsi, bir sübutun digərinə münasibətdə üstünlüyünün müəyyən edilməsi başa düşülür. Apellyasiya intansiyası məhkəməsi tərəfindən cinayət və cinayət-prosessual qanunlarının düzgün tətbiq edilib-edilməməsinin yoxlanılması nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu t əsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəində göstərilmişdir ki, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Konstitusiyanın 63-cü maddəsinə görə, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsi rsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Konstitusiyanın 125-ci maddəsinin VII hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim olunmuş bütün sübutları tam, hərtərfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konst itusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon müddəa məhkəməni həqiqəqtin müəyyən edilməsi üçün öz təşəbbüsü ilə də bu və ya digər sübutları əldə edərək araşdırması, o cümlədən zəruri hallarda iş üzrə müvafiq ekspertizaların təyin edərək keçirməsi, nəticədə isə həm təqdim olunmuş, həm də özünün əldə etdiy sübutlara qanuna müvafiq qaydada qimyət verməsi vəzifəsindən azad etmir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində, “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutlurur ki, həmin beynəlxalq müqavilələrin tələb lərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. CPM-nin 8.0-cı maddəsində göstərilmişdir ki, cinayət mühakimə icraatının vəzifələri aşağıdakılardan ibarətdir: 8.0.1. şəxsiyyəti, cəmiyyəti və dövləti cinayətkar qəsdlərdən qorumaq; 8.0.2. həqiqi və ya ehtimal edilən cinayət törətmə si ilə əlaqədar şəxsiyyəti vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi hallarından qorumaq; 8.0.3. cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq; 8.0.4. cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək; 8.0.5. cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək. CPM-nin 12.1-ci maddəsində tələb olunur ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etsinlər. Ədalət mühakiməsinin təqsirsizlik prezumpsiyası prinsipinə görə (CPM-nin 21-ci maddəsi), ş əxsin təqsiri CPM-də nəzərdə tutulmuş qaydada sübuta yetirilmədiyi halda onun təqsirli bilinməsinə yol vermir. CPM-nin 21.2-ci maddəsinə görə bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tut ulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında əksini tapmış hüquqi mövqedən də irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında üyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. CPM-nin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Apellyasiya instansiyası məhkəməsinin qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestindən və mülki iddiaçının nümayəndəsi tərəfindən verilmiş kassasiya şikayətindən görünür ki, kassatorlar öz müraciətlərində məhkəmə iclaslarında keçirilmiş “məhkəmə mübahisibatlıq və əmtəəşünaslıq” ekspertizalarının rəylərini və bu rəylərlə üst-üstə düşən bəraət almış şəxsin və şahidlərin ifadələrini mübahisələndirərək X2nin 163.591,02 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməsindən yayınmasınının sübuta yetirilməsini iddia edirlər və buna görə də kassasiya protestində X2nin barəsindəki qərarın ləğv olunaraq işin yeni məhkəmə baxışına təyin edilməsi, kassasiya şikayətində isə - göstərilən məbləğin ondan tutularaq dövlət büdcəsinə ödənilməsi, yəni mülki iddianın tam həcmdə təmin olunması haqda qərarın qəbul edilməsini xahiş edilir. Əvvəla məhkəmə kollegiyası kassasiya protestinin və şikayətinin dəlillərinə ayrıayrılıqda münasibət bildirilməsinə zərurət görmədən qeyd edir ki, həmin müraciətlərin hər ikisində X2in ona qarş ı ibtidai araşdırma orqanı tərəfindən irəli sürülmüş ittihamın sübuta yetirilməsi və buna görə də bu ittihama uyğun olaraq verilmiş mülki iddianın ödənilməli olması iddia olunurur. Bu tələblərə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, şəxs haqqında bəraət hökmü çıxarıldığı və həmin hökm apellyasya instansiyası məhkəməsi tərəfindən qüvvədə saxlanıldığına görə qanuni qüvvəsini aldığı halda həmin şəxs barəsində cinayət təqibi də başa çatmış hesab olunur ki, mövcud olmayan icraat zamanı mülki iddiaya qiymət verilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Digər tərəfdən, məhkəmə kollegiyası vurğulamağı lazım bilir ki, CPM-nin 419-cu maddəsinin tələbinə və mənasına görə, apellyasiya instansiyası məhkəməsinin hökmündən və ya qərarından verilmiş kassasiya şikayəti ndə və ya kassasiya protestində məhkum olunmuş şəxsin vəziyyətinin pisləşməsi, o cümlədən ona qarşı qaldırılmış mülki iddianın təmin edilməsi barədə tələb (hazırki iş üzrə verilmiş kassasiya şikayətinə uğun olan) irəli sürüldükdə və kassasiya instansiyası məhkəməsi bu tələbi əsaslı hesab etdikdə heç bir halda məhkum olunmuş şəxsin vəziyyətinin pisləşməsi ilə nəticələnən qərar qəbul etmək səlahiyyətində deyil. Belə halda kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərar qəbul edir. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, dövlət ittihamçısının iddiasına görə X2in təqsirli bilinməli CM-nin 213.1-ci madəsinin dispozisiyasından görünür ki, həmin maddədə nəzərdə tutulmuş cinayətin tərkibi o halda yaranır ki, təqsirkar şəxs xeyli miqdarda vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sığorta haqlarını ödəməkdən yayınmış olsun. Cinayət qanununun maddi tərkibli bu normasının təhlili göstəir ki, qanunverici vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma əməlinin cinayət tərkibli əməl hesab edilib-edilməməsini ödənilməyən vergilərin (sığorta haqlarının) miqdarı ilə şərtləndirmiş və 1 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş CM-nin 213.1-ci maddəsinin “Qeyd” hissəsinin yeni redaksiyasına görə, həmin maddədə nəzərdə tutulmuş “xeyli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Digər tərəfdən, istər vergi və cinayət qanunvericiliklərində, istərsə də digər normativ-hüquqi aktlarda vergilərin ödənilməsində n yayınma ilə bağlı dövlətə, hər hansı fiziki və ya hüquqi şəxsə başqa zərərin vurulması nəzərdə tutulmamış və bu da belə nəticəyə gəlmək üçün əsas verir ki, CM-nin 213-cü maddəsi ilə aparılan cinayət təqibi zamanı vergilərin (sığorta haqlarının) ödənilməsindən yayınma faktı müəyyən edildikdən sonra bunun hansı miqdarda edilməsi (cinayət tərkibinin obyektiv cəhətinə aid olan mütləq halın olub-olmaması) aydınlaşdırılmalı və bundan sonra müvafiq icra hakimiyyəti orqanının, o cümlədən vergi orqanının nümayəndəsinə cinayət mühakimə icraatı qaydasında yalnız cinayətin törədilməsi nəticəsində vurulmuş zərər miqdarında mülki iddia vermək hüququ izah edilməlidir. Belə nəticə eyni zamanda cinayət-prosessual qanunvericiliyinin aşağıdakı normalarından da hasil olur. Belə ki, CPM-nin 179.1-ci maddəsin ə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. CPM-nin 179.2-ci maddəsinə görə mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. CPM-nin 179.3-cü maddəsində təsbit edilmişdir mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. CPM-nin 181.1-ci maddəsinə əsasən, əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. CPM-nin 181.2-ci maddəsinin tələblərinə görə, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə aşağıdakıları edə bilər: 181.2.1. itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini; 181.2.2. itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini; 181.2.3. itirilmiş gəlirin ödənilməsini; 181.2.4. mənəvi ziyanın ödənilməsini. 181.3-ci maddəsində göstrilir ki, maddi zi yan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, o, aşağıdakı xərclər şəklində özünü göstərir: 181.3.1. zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; 181.3.2. zərər çəkmiş şəxsin dəfninə; 181.3.3. sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə; 181.3.4. əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər. Sadalanan prosessual hüquq normalarından görünür ki, cinayət mühakimə icraatı qaydasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulmasına məruz qalmış şəxs mülki iddiaçı kimi tanına bilər və verilmiş mülki iddia isə cinayət mühakimə icraatı çərçivəsində həll edilir. X2nin barəsindəki cinayət işinin materiallarından görünür ki, bu iş üzrə ibtidai araşdırma orqanı tərəfindən y uxarıda göstərinlərərə əməl edilərək, təqsirləndirilən şəxsə qarşı 163.591,02 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmasına görə ittiham elan olunduğuna görə dövləti təmsil edən vergi orqanının nümayəndəsinə həmin məbləğdə mülki iddia vermək hüququ izah edildikdən sonra iş üzrə təqsirləndirilən şəxsə qarşı göstərilən məbləğdə mülki iddia qaldırılaraq törədilmiş cinayət əməli nəticəsində vurulmuş zərərin ondan alınıb dövlət nəfinə ödənilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Mülki iddiaçı tərəfindən verilmiş mülki iddia ərizəsində itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin, itirilmiş gəlirin və ya mənəvi ziyanın ödənilməsi barədə tələblər irəli sürülməmişdir. İş materiallarının təhlili göstərir ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 14 oktyabr 2019-cu il tarixli **********191511 saylı “Mütəxəssisin təyin edilməsi haqqında” və 14 oktyabr 2019-cu il tarixli **********191509 saylı “Ekspertizanın təyin edilməsi haqqında” qərarlarından görünür ki, fərdi sahibkar X2in (VÖEN **********) fəaliyyətini həyata keçirdiyi ünvan 2ndə yerləşən istehsal obyektində istehsal olunmuş sement məhsulunun həcminin müəyyənləşdirilməsi, həmçinin həmin istehsal olunmuş sement məhsulunun bazar qiymətinin müəyyən edilməsi sahəsində xüsusi biliklərə malik olan ekspert-mütəxəssislərin cəlb olunması tələb olunduğundan, "xxxx" MMC-dən ekspert-mütəxəssislər dəvət olunmuş, istehsal sexində istehsal olunan sementin həcminin müəyyənləşdirilməsi üçün enerji sərfiyyatı üzrə ölç mə müşahidə işinin aparılması məqsədi ilə ekspert-mütəxəssis tərəfindən sement istehsalı sexində vergi müfəttişinin, mütəxəssisin və vergi ödəyicisinin iştirakı ilə baxış keçirilmiş, baxışın nəticəsi 14 oktyabr 2019-cu il tarixli “Baxış akt”ları ilə rəsmiləşdirilmiş, ekspert-mütəxəssis tərəfindən vergi ödəyicisinin təqdim etdiyi “Klinker” əsaslı “Portland” sementinin istehsalı üçün tərtib olunmuş kalkulyasiya sənədləri araşdırılmış, bu araşdırmanın nəticəsi olaraq, "xxxx" MMC-dən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 10 dekabr 2019-cu il tarixli ekspert-mütəxəssis rəyləri təqdim edilmişdir. İbtidai araşdırma zamanı qəbul edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi haqqında 20 iyul 2020-ci il tarixli qərarının “qərara al dı” hissəsində qərarın təsviri hissəsində göstərilənlər nəzərə alınmaqla, fiziki şəxs X2in həyata keçirdiy sahibkarlıq fəaliyyəti üzrə dövlət büdcəsinə ödənilməkdən yayındırlmış vergilərin növləri və məbləği dövrlər üzrə müəyyən edilməsi xahiş olunmuş. Bu qərara əsasən keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 24 sentyabr 2020-ci il tarixli 9/2688 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində və "xxxx" MMC-nin ekspert-mütəxəssisi tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli rəydə göstərilənlər nəzərə alınmaqla səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə fiziki şəxs X2 (VÖEN **********) tərəfindən aparılmış əməliyyatlara görə 22515,12 manat mənfəət vergisinin az, 145065,99 manat ƏDV-nin az, 3317,40 manat sadələşdirilmiş v erginin az, 7402,23 manat sadələşdirilmiş verginin artıq, 82,56 manat muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin az, 12,18 manat ödəmə mənbəyində tutulan verginin az hesablanması nəticəsində, ümumilikdə 163591,02 manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması müəyyən edilmişdir. Cinayət işi üzrə ibtidai araşdırma zamanı iş üzrə vurulmuş 163591,02 manat məbləğində ziyanın 5000,00 manat məbləğində olan hissəsi X2tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Cinayət işinə Göygöl Rayon Məhkəməsində baxılarkən X2in müdafiəçisi T.B.Kərimov tərəfindən iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qaldırılmış vəsatət məhkəmənin 25 may 2021-ci il tarixli qərarı ilə təmin edilmiş və həmin qərara əsasən Azərbaycan Respublikası Ədliyyə Nazir liyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 14 iyul 2021-ci il tarixli 9/4160-9/4146 nömrəli ekspert rəyi verilmişdir: Həmin rəydə Azərbaycan Respulikası Vergi Məcəlləsinin 13-cü maddəsinə əsasən istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi maların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətinin ticarət fəaliyyəti hesab olunması, təqdim edilmiş iş materiallarında (o cümlədən 09 yanvar 2020-ci il tarixli **********191705 saylı SVY aktında və "xxxx" MMC tərəfindən verilmiş rəydə) vergi ödəyicisi X2in ticarət fəaliyyəti ilə məşğul olması barədə hər hansı bir məlumatın və ya sənədin mövcüd olmaması, yəni istehsalçının özünün istehsal etdiyi sement məhsullarının bazarda özü tərəfindən topdansatış və ya pərakəndə satış qaydasında təqdim edi lməsi ilə bağlı sənəd və ya məlumatın olmaması, bazar qiyməti dedikdə istehsalçı qiymətləri başa düşüldüyü, iş materiallarında olan istesal olunmuş sement məhsullarının vergi ödəyicisi X2 (VÖEN **********) tərəfindən təqdim edilməsi ilə bağlı qaimə-fakturalarda əksini tapmış satış qiymətləri ilə səyyar vergi yoxlamasının əhatə etdiyi dövrdə bu məhsul növü üçün olan baza qiymətləri arasında hazırkı tədqiqatla fərqin müəyyən olunmadığı, sement istehsalı sexində istehsal olunmuş sementin miqdarının müəyyənləşdirilməsi məhkəmə əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığı göstərilmişdir. Bundan başqa, qeyd olunan rəyə görə, rəyin tədqiqat hissəsində göstərilənərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində fiziki şəxs X2 tərəfindən aparımış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış ümumilikdə 163.578,84 manat məbləğində vergilərin (mənfəət,ƏDV,MÖMV) az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Səyyar vergi yoxlaması aktının ödəmə mənbəyində tutulan vergi üzrə hissəsində göstərilənlərə əsasən isə onun tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində aparılmış əməliyyatlara görə 12,18 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur.Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktında 07 yanvar 2020-ci il tarixə fiziki şəxs X2in 628,33 manat məbəlğində artıq ödənişinin olduğu göstərilmişdir. Bundan sonra birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə edən prokuror da təkrar məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə vəsatət qaldırmış, məhkəmənin 05 noyabr 2021-ci il tarixli qərarı il ə bu vəsatət də təmin olunaraq iş üzrə təkrar və kompleks məhkəmə-mühasibatləq və əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 mart 2022-ci il tarixli 9/92xx-xx/7365-9/9508 nömrəli ekspert rəyi verilmişdir. Həmin rəydən görünür ki, Gəncə şəhəri, Kəpəz rayonu, S.Əliyev küçəsində yerləşən sement istehsalat sexinin fəaliyyəti dayandığı və sexdə təmir işləri aprılmaqla avadanlıqlarda dəyişmələrin baş verdiyinə görə, sement istehsalı texnoloji xəttinin işə salmaqla bir müdldət ərzində istehsal edilmiş məhsulun (semntin)miqdaprını və buna sərf olunmuş elektrik enerji sərfiyyatını müəyyən etmək mümkün deyil, sementin istiehsalı üçün əsas tərkib hissəsi kimi istifaldə olunan materialın (klinkerin) miqldarına görə s exdə istehsal edilmiş məhsulun (sementin) miqdarının hesablanması üçün ekspert vəsatəti ilə həmin materialların həcmini göstərən sənədlərin (qəbzlərin, ödəniş vərəqlərin, aktların və s.) təqdim edilməsi xahiş edilməsinə baxmayaraq, vəsatətə cavab olaraq göndərilmiş məktubda ünvan 2ndə yerləşən istehsal sexində 2016-cı ilin dekabr ayından 2019-cu ilin iyun ayınadək sement məhsulları istehsal etmək üçün alınmış klinkerin elektron qaimələrin təqdim edilə bilinmədiyi göstərilmişdir.Belə olan halda, sementin istehsalı üçün əsas tərkib hissəsi kimi istifadə olunan materialın (klinkerin) miqdarına görə sexdə istehsal edilmiş məhsulun (sementin) miqdarının hesablanması mümkün olmamışdır. Enerji sərfinə görə istehsal olunan sement məhsulunun miqdarının müəyyən edilməsi təxminidir və real istehsal edilmiş məhsulun miqdarını əks etdirmir. Buna səbəb sement istehsalat müəssisəsində elektrik enerjisinin bilavasitə məhsulun istiehsalatına sərf olunan elektrik enerjisindən başqa, məhsulun buraxılması üçün köməkçi avadanlıqlara, istehsalın hazırlıq mərhələsinə, təmirinə, texniki itkilərinə və digər istehsalatla bağlı olmayan (otaqların və ərazinin işıqlandırması, isitməsi və s.) digər elektrik enerji sərflərinin mövcud olmasıdır. Hazırda sement istehsalında enerji sərfi, yanacaq sərfi, işçi sayı, su sərfi, sement hazırlanması üçün istifadə olunmuş materialın həcminə görə, istehsal edilmiş məhsulun miqdarının müəyyən edilməsi üçün hüququ əsaslı (müvafiq qaydada təsdiq edilmiş) metodika yoxdur. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzi ndə fiziki şəxs X2 tərəfindən aparılmış əməliyyatlara görə yoxlama ilə əlavə olaraq hesablanmış ümumilikdə 163.578,84 manat məbləğində vergilərin (mənfəət,ƏDV,MÖMV) az hesablanmasının düzgünlüyü müəyyən olunmur. Səyyar vergi yoxlaması aktının ödəmə mənbəyində tutulan vergi üzrə hissəsində göstərilənlərə əsasən isə fiziki şəxs X2tərəfindən yoxlamanın əhatə etdiyi dövr ərzində aparılmış əməliyyatlara görə 12,18 manat məbləğində ödəmə mənbəyində tutulan verginin az hesablanması müəyyən olunur. Həmçinin qeyd edilir ki, səyyar vergi yoxlaması aktında 07 yanvar 2020-ci il tarixə fiziki şəxs X2in 628,33 manat məbəlğində artıq ödənişinin olduğu göstərilmişdir. "xxxx" MMC-nin 10 dekabr 2019-cu il tarixli rəyin müəllifi olan mütəxəssis X16 rəydə 01 dekabr 2016-cı il tarixdən 01 iyul 2019-cu il tarix ədək X2in ünvan 2ndə yerləşən qeyri yaşayış obyektində istehsal etdiyi sementin həcmini özünün metodologiyasına əsaslanaraq hesabladığını göstərmişdir. Belə ki, o, X2in ünvan 2ndə yerləşən istehsal obyektində 14 oktyabr 2019-cu il tarixdə saat 11:53 dən 14:22-dək ölçmə müşahidə işləri aparmış və 1 saat ərzində sərf olunan enerji nəticəsində 3100 kq sement istehsal olunduğunu müyyən etmişdir. Həmin hesablama metodu ilə mütəxəssis tərəfindən 01 dekabr 2016-cı il tarixdən 01 iyul 2019-cu il tarixədək qeyri-yaşayış obyektində sərf olunmuş enerji ilə istehsal olunmuş sementin həcmini hesablanmış və beləliklə X2in göstərilən dövr ərzində 11,357,439 kq sement istehsal etdiyi müəyyən olunmuş, hesablama aparılarkən həmin dövrdə sözü gedən obyektdə sərf olunmuş enerjinin 23% sementin istehsal həcmin ə daxil edilməmiş, yəni sərf olunmuş enerjinin 5%-nin qeyri istehsal sahələrinə, 15% istehsal prosessində yaranan itkilər və boşdayanmalara sərf olunan elektrik enerjisinə (açıq bazarda analoji obyektlərin göstəricilərinə əsasən tətbiq edilmişdir), 3% istehsalatda təbii itki normasını nəzərə almış, beləliklə cəmi 23% sərf olunmuş enerji sərfiyyatına uyğun sement istehsalının həcmini müəyyənləşdirməmişdir. Təkrar kompleks məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizasının 09 mart 2022-ci il tarixli rəyin nəticə hissəsində isə göstərilmişdir ki, enerji sərfinə görə istehsal olunan sement məhsulunun miqdarını müəyyən edilməsi təxminidir və real istehsal edilmiş məhsulun miqdarını əks etdirmir. Həmcinin rəydə enerji sərfi ilə sement istehsalının həcminin müəyyən edilməsinin hüquqi əsaslı m etodikanın olmadığı da qeyd edilmişdir. Göründüyü kimi, həm məhkəmə iclasında keçirilmiş təkrar ekspertizaların 14 iyul 2021-ci il tarixli və 09 mart 2022-ci il tarixli rəyləri ilə "xxxx" MMC-nin ekspert-mütəxəssisi tərəfindən verilmiş rəyin, habelə onun əsasında ibtidai araşdırma zamanı keçirilmiş ekspertizanın 24 sentyabr 2020-ci il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinin nəticələrini, bununla da X2in 163591,02 manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayınması təkzib olunur və məhkəmə kollegiyasının qənaətinə görə, məhkəmələr haqlı olaraq onların mötəbər sübut kim qiymətləndirilməli olmaması barədə nəticəyə gəlmişlər. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, biri digərinə zidd olan rəylərin araşdırılması üçün dəvət edilmiş ekspert X məhkəmə iclasında göst ərmişdir ki, X2 tərəfindən dövlət büdcəsindən hec bir məbləğdə vergi yayındırılmamış, onun verdiyi 24 sentyabr 2020-ci il tarixli 9/2688 saylı rəydə isə ekspertizanın nəticələri müstəntiqin ekspertizanın təyin olunması haqqında qərarda göstərilənlər əsasında müəyyən edilmişdir. Bununla yanaşı o, həmin rəyində xüsusilə onu qeyd etmişdir ki, “MBA LTD MMC-nin 10 dekabr 2019-cu il tarixli ekspert rəyi əsas götürülərsə 163591,02 manat məbləğində vergilərin X2 tərəfindən dövlət büdcəsinə ödənilməsinin yayındırılması müəyyən oluna bilər. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının 14 iyul 2021-ci il tarixli və 09 mart 2022-ci il tarixli rəylərinin həmin ekspertiza tədqiqatlarının aparılmasında iştirak etmiş və gəldiyi nəticələri təsdiq edən ekspert ifadələri ilə birgə təhlili məhk əmə kollegiyasına belə qənaətə gəlməyə əsas verir ki, birincisi, ekspertizaların keçirilməsi zamanı hər hansı bir pozuntuya yol verilməmiş və həmin ekspertizaların nəticələri elmi əsaslandırılmış, ikincisi, ekspertizalar üzrə rəy vermiş ekspertlərə hər hansı təzyiqin və ya təsirin göstərilməsi müəyyən edilməmiş, üçüncüsü, məhkəmələrdə keçirilmiş ekspertiza rəylərinin nəticələri faktiki olaraq üst-üstə düşür. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən rəylərin şübhə altına alınması üçün heç bir əsas yoxdur və buna dair birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticələri də əsaslı sayır. İşin bu halı isə həm X2in özünün cinayət təqibinin bütün mərhələlərində verdiyi ifadələri ilə yanaşı həmçinin birinci instansiya məhkəməsinin məhkəmə iclasında əlavə şah id qismində dindirilmiş Xun verdiyi ifadələri ilə təsdiq olunur. Məhkəmə kollegiyası bu qənaətə gələrkən ekspertizanın aparılmasına dair CPMnin XXXV fəslində təsbit edilmiş normaların tələbləri ilə yanaşı həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnu da nəzərə alır. Belə ki, “Yevgeniya Lazar Ruminyaya qarşı iş üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və istintaqın suallarına cavab verən təkmil rəy ədalətin gücünə inam yarada və inzibati orqanların fəaliyyətinin icrasına kömək edə bilər. Məhkəmə ekspertizasının keçirilməsinin milli rejimi onun səmərəliliyi və etibarlığını müdafiə edən, xüsusilə də ekspertlərə öz rəyini əsaslandırmaq öhdəliyini qoyan yetərli təminatlarla t əmin edilməlidir. 01 iyun 2020-ci il tarixdə qüvvəyə minmiş «Azərbaycan Respublikası Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında» Azərbaycan Respublikasının 01 may 2020-ci il tarixli Qanunu ilə CM-nin 213-cü maddəsinin “Qeyd” hissəsinə edilmiş dəyişikliyə görə isə CM-nin 213.1-ci maddəsində «xeyli miqdar» dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. Məhkəmə kollegiyası birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldikləri nəticənin şübhə altına alınması üçün əsaslar görməyərək həmçinin qeyd edir ki, bu nəticə qanunvericiliyin aşağıdakı tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinə də uyğundur. Belə ki, CPM-nin 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Göstərilən maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. CPM- nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-nin 146.1-ci maddəsi). CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun t ədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-nin 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-nin 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndi rilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. Yalnız belə olduqd a, CPM-nin 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli olması və ya onun təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe “Azərbaycan Respublikası CPM-nin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli qərarında da əksini tapmışdır. Həmin qərarda qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunm asını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu ami llərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istint aqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-nin 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə ara şdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdırİnsan Belə ki, “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” iş üzrə qəbul etdiyi Qərarda Avropa Məhkəməsi göstərmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnəmələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında vurğulanmışdır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikas ı Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-nin 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-nin 33.4, 338.1.2 və 349.5.1-ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-nin 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işin müəyyən edilmiş faktiki hallarının cinayət-prosessual qanunvericiliyinin yuxarda şərh edilən normalarının tələbləri, Konstitusiya Məhkəməsi Plenumunun və Avropa Məhkəməsinin qərarlarında əksini tapmış hüquqi mövqeləri və Ali Məhkəmənin Plenmunun tövsiyələri ilə müqayisə etməklə apellyasiya instansiyası məhkəməsinin qərarını yoxladıqda həmin yekun məhkəmə aktının yuxarıda qeyd olunan prosessual normaların tələblərinə, xüsusilə də CPM-nin 143-146-cı maddələrində nəzərdə tutulmuş sübutların tədqiqi qaydalarına və CPM-nin 349.5-ci maddəsində təsbit olunmuş məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanması, bu sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət edən olması, məhkəmənin müəyyən etdiyi halların onun tədqiq etdiyi sübutlarla uyğunluq təşkil etməsi barədə tələblərə cavab verdiyi müəyyən olunur. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib sayır ki, istər kassasiya protestində, istərsə də kassasiya şikayətində əsasən birinci instansiya məhkəməsində işə baxılarkən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 14 iyul 2021-ci il tarixli və 09 mart 2022ci il tarixli rəyləri mübahisələndirilərək kassasiya müraciətlərinin dəlilləri də bu mübahisə üzərində qurulsa da, apellyasiya protestinə və apellyasiya şikaytinə məhkəmə baxışı iclasında nə dövlət ittihamçısı, nə də ki mülki iddiaçının nümayəndəsi həmin rəyləri təkzib edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, digər tərəfdən isə istər təkrar, istərsə də əlavə ekspertizaların təyin edilərək keçirilməsi haqqında vəsatətlərlə çıxış etməmiş, məhkəmə də apellyasiya müracətlərinə onların hüdudları həddində baxılmasını mümkün bilərək öz təşəbbüsü ilə yenidən ekspertizaların keçirilməsini məqsədə müvafiq hesab etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən heç bir qanun pozuntusuna yol verməmiş, birinci instansiya məhkəməsi kimi, qəbul etdiyi yekun məhkəmə aktının əsaslandırılması zamanı yolverilməz sübutlardan istifadə etməmiş və buna görə kassasiya protestinin və kassasiya şikayətinin dəlillərinin əksnə olaraq kassasiya qaydasında mübahihəsələndirilən qərarın ləğv edilməsini şərtləndirən CPM-nin 416-cı maddəsində nəzərdə tutullmuş hər hansı halın olmasını müəyyən etmir. Belə olan halda, məhkəmə kollegiyası kassasiya şikayətinin və kassasiya protestinin təmin edilməməsi barədə bəraət almış şəxs X2in və onun müdafiəçisi T.B.Kərimovun, həmin şikayətin və protestin təmin edilməsi haqda isə mülki iddiaçının nümayəndəsi Q.R.Məmmədovun və dövlət ittihamçısı H.B.İmranovun çıxışlarını dinləyərək hesab edir ki, kassasiya protesti və kassasiya şikayəti təmin edilməməli, X2nin barəsindəki Gəncə A pellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA A L D İ: Kassasiya protesti və kassasiya şikayəti təmin edilməsin. X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilməsinə dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar