Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-238/2025 12.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2024-cü il tarixli 1(107)-306/2024 nömrəli hökmündən Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Xaliq Musayev (sədrlik edən və məruzəçi), Bilal Məmmədov və Tural Əfəndizadə) 18 aprel 2024-cü il tarixli 1(091)-15/2024 nömrəli hökmü ilə, 09 avqust 1983-cü ildə Zaqatala rayonu, Yuxarı Tala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu, Yuxarı Tala kəndində qeydiyyatda olan və yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.2 və 234.4.3cü maddələri ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərə findən Məhkum CM-in 234.4.2 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 405 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib idarə etdiyi “VAZ 2101” markalı, **-BH*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlayaraq daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 19:00 radələ rində Qax rayonunun İlisu kəndinin ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 1 ünvanında yerləşən Qax Rayon Polis Şöbəsinə aparılıb özünün razılığı və iştirakı ilə idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən onun satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 405 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana avtomobilin sürücü oturacağının alt hissəsindən bir ədəd sellofan torbada aşkar olunaraq götürülmüşdür. Bundan başqa, Məhkum təkrarən istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına daxil edilən 689,08 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib 29,08 qramını bir ədəd sellofan bükümdə qablaşdırıb üzərində, qalan 660 qramını bir ədəd sintetik kisədə qablaşdırıb idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə əldə edilmiş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Məhkum həmin tarixdə saat 18:50-də Zaqatala rayonunun Yuxarı Tala kəndinin ərazisindəki “Selin” marketin yaxınlığında saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə ünvan 3 ünvanında yerləşən Zaqatala Rayon Polis Şöbəsinə aparılıb üzərində şəxsi axtarış aparılarkən onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 29,08 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana əynindəki göy rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə aşkar olunaraq götürülmüşdür. Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 04 avqust 2022-ci il tarixdə saat 20:55-dən etibarən Məhkum razılığı və iştirakı ilə idarə etdiyi “VAZ 2101” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilə Zaqatala Rayon Polis Şöbəsinin həyətində baxış keçirilən zaman onun təkrarən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı külli miqdarda 660 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana avtomobilin sürücü oturacağının alt hissəsindən bir ədəd sintetik kisənin içərisindəki sellofa n torbada aşkar olunaraq götürülmüşdür. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman İsayev (sədrlik edən və məruzəçi), İmanverdi Şükürov və Xəqani Səmədov) 08 iyul 2024-cü il tarixli 1(107)-306/2024 nömrəli hökmü ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2024-cü il tarixli 1(091)-15/2024 nömrəli hökmü qismən ləğv edilmiş, Məhkum əməli CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilmiş və o, CM-in 234.1-ci maddəsi təqsirli bilinərək 1 (bir) il 8 (səkkiz) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun həbsdə qaldığı 2 (iki) gün müddət ona təyin olunmuş azadlıqdan məhrum etmə müddətindən çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 14 (on dörd) gün azadlıqdan məhrum e tmə cəzası saxlanılmış, onun 04 avqust 2022-ci il tarixdən 18 aprel 2024-cü il tarixədək həbsdə olduğu müddət nəzərə alınmış və təyin edilmiş cəza çəkilmiş hesab edilmişdir. Dövlət ittihamçısı3 kassasiya protesti verərək Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsi və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası tərəfindən əməlin tövsifinə münasibətdə yekun qərara gələrkən sübutlar CPMin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən mübahisələndirilən qərar həmin hissədə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılma lıdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum özünü ona elan edilmiş ittihamla təqsirli bilməyərək ifadəsində üzərindən və avtomobilindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən yaşadığı evin həyətinə narkotik vasitə yerləşdirəcəkləri ilə hədələndiklərinə görə narkotik vasitənin ona məxsus olması barədə yalan ifadə vermək məcburiyyətində qaldığını bildirmişdir. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraa tda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. İş üzrə şahid qismində dindirilmiş və Məhkum xeyrinə ifadə verən Elnur və Eldar Əhmədovlar onunla həmkəndli olmaqla yaxın münasibətdə olduqlarından işin nəticəsində maraqlı olan şəxslərdir. Bu səbəbdən onların Məhkum əsassız olaraq cinayət məsuliyyətdən və cəzadan kənar qalmasına çalışmaqla işin faktiki hallarını təhrif edən məzmunda ifadə vermələri anlaşılandır. "xxxx" MMC-dən daxil olmuş məlumatlardan da göründüyü kimi, Məhkum heç də iddia etdiyi kimi, saat 15-16 radələrində Zaqatala rayonunda tutulmamış, onun, habelə Eldar və Elnur Əhmədovların buna dair ifadələrində göstərdikləri təkzib olunmuşdur. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Məhkum məxsus olan 050 ***-**-** mobil telefon nömrəsinə dair "xxxx" MMC- dən daxil olmuş məlumatlar araşdırılarkən müəyyən edilmişdir ki, həmin mobil telefon nömrəsi vasitəsilə 23 iyul 2022-ci il tarixdə danışıqlar aparılmış, son danışıq həmin tarixdə saat 17:15-də aparılmış və göstərilən tarixdə qeyd olunan mobil telefon nömrəsi “Qax sheheri” anten da irəsində olmuşdur. 23 iyul 2022-ci il tarixdə Məhkum aktiv şəkildə öz mobil telefonundan istifadə edərək ayrı-ayrı şəxslərə zənglər etmiş, həmin zənglər zamanı anten məlumatlarına əsasən Qax rayonunun ərazisində olmuşdur. Bundan başqa, məhkəmə hökmdə göstərmişdir ki, cinayət işində olan rəsmi sənədlərə əsasən Məhkum 23 iyul 2022-ci il tarixdə saat 19:15 radələrində Qax rayonunun İlisu kəndində saxlanılaraq Qax RPŞ-yə gətirilməsinə baxmayaraq, 45 dəqiqə sonra olmaqla saat 20:00-da şübhəli şəxs qismində tutulması, bundan 45 dəqiqə sonra olmaqla saat 20:45-də şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlaması və saat 21:01-də başa çatması, bundan 44 dəqiqə sonra olmaqla saat 21:45-də baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlamas ı və saat 21:57-də başa çatması, nəticədə şəxsin saat 19:15-də polis əməkdaşları tərəfindən saxlanılmasından maddi sübut hesab olunan qurudulmuş marixuananın aşkar olunduğu avtomobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlandığı saat 21:45-dək təxminən 2-3 saat vaxt boşluğunun mövcudluğu məhkəmə kollegiyasında Məhkum qarşı irəli sürülən ittihamın qeyd olunan bəndinin əsası qismində çıxış edən və onun barəsində hazırkı cinayət təqibinin başlanmasına səbəb olmaqla mövcud sübutlar zəncirinin əsas halqasını təşkil edən narkotik vasitənin aşkar olunması prosesinin etibarlılığına dair ciddi şübhələr yaratmışdır. Hesab edir ki, şəxsin saat 19:15-də polis əməkdaşları tərəfindən saxlanılmasından maddi sübut hesab olunan qurudulmuş marixuananın aşkar olunduğu avto mobilə baxış keçirilməsi və maddi sübutun götürülməsi istintaq hərəkətinin başlandığı saat 21:45-dək keçən 2 saat 30 dəqiqə vaxta “2-3 saat vaxt boşluğu” kimi yanaşmaq tamamilə əsassızdır ona görə ki, şəxsin saxlanıldığı yerdən polis şöbəsinə gətirilməsi, şübhəli şəxs qismində tutulmazdan əvvəl hüquq və vəzifələrinin izah edilməsi, müvafiq sənədlərin tərtib olunması (şübhəli şəxs qismində tutma haqqında qərar, protokol, hüquq və vəzifələrinə dair bildiriş, etiraz edilə bilən şəxslər barədə məlumatın verilməsinə dair protokol və s.) üçün müəyyən vaxt tələb olunur. Daha geniş şəkildə təhlil etsək göstərməliyik ki, işdə olan raportdan görünür ki, Məhkum 23 iyul 2022-ci il tarixdə saat 19.15 radələrində Qax rayonu, İlisu kəndi ərazisində saxlanılaraq Qax RPŞ-yə gətirilmiş və RPŞ-yə gətirilmiş şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış, daha sonra şübhəli şəxsin tutulması haqqında qərar qəbul olunmuş və həmin qərarda qərarın təqsirləndirilən şəxsə 23 iyul 2022-ci il tarixdə saat 20:00 dəqiqədə elan edilməsi, sonuncunun müdafiəçinin iştirakı ilə qərarla tanış olması, qərarın surətini alması və vəsatətinin olmaması göstərilmişdir, (cild 1, iş vər. 148) Müdafiə hüququnun təmin edilməsi haqqında protokoldan görünür ki, Qax və Şəki rayonu ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı Məhkum təqdim edilmiş, həmin siyahıda vəkil İslam Bazayevi seçdiyini bildirməklə hüquqlarının onun tərəfindən müdafiə edilməsini xahiş etmiş, bundan sonra istintaq orqanı tərəfindən müdafiəçinin dövlət hesabına təyin edilməklə dəvət etmək haqqında qərar qəbul edilmiş, müdafiəçinin şübhəli şəx sə təqdim edilməsi barədə protokol tərtib edilməklə müdafiəçi İ.Bazayev Məhkum təqdim edilmiş, heç bir etiraz olmamış, şübhəli şəxsin hüquq və vəzifələrinin izah edilməsi barədə bildiriş, şübhəli şəxsə hüquq və vəzifələrinin izah edilməsinə dair yazılı bildirişin ona verilməsi haqqında protokol tərtib olunmuş, cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların cinayət prosesi iştirakçısına bildirilməsi haqqında protokol tərtib edilmiş, tutma haqqında protokol tərtib edilmiş, protokolun 20:00-dan 20:10-dək tərtib edilməsi göstərilmiş, şəxsi axtarış aparılması və maddi sübutun götürülməsi barədə protokol tərtib olunmuş, istintaq hərəkətinin 20:45-dən 21:01-dək aparılması göstərilmiş, avtomaşına baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında protokol tərtib edilmiş, həmin istintaq hərəkətinin 21:45-də başlanıb, 21:57-də başa çatması göstərilmişdir. Hökmdə “2-3 saat vaxt boşluğundan” bəhs edən məhkəmə həmin müddət ərzində yuxarıda sadalanan prosessual məcburiyyət tədbiri və istintaq hərəkətlərinin aparılmasını, hər bir halda şübhəli şəxs Məhkum hüquq və vəzifələrinin izah edilməsinə, müvafiq qərar və protokolların tərtib olunmasına, müdafiəçinin məlumat aldıqdan sonra polis şöbəsinə gəlməsinə vaxtın sərf olunmasını nəzərə almamışdır. Həmçinin, nəzərə almaq lazımdır ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qax RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı X2 ifadəsində göstərmişdir ki, hər hansı şəxs polis şöbəsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunur, müdafiəçilərin siyahısı təqdim olunmaqla şübhəli şəxsin siyahıdan seçmiş olduğu müd afiəçiyə məlumat verilir, müdafiəçi gəldikdən sonra şübhəli şəxsə təqdim olunur və bundan sonra isə şübhəli şəxs qismində tutulma, daha sonra istintaq hərəkətləri həyata keçirilməklə bunlara dair müvafiq sənədlər tərtib olunur ki, göstərilənlərin həyata keçirilməsi üçün müəyyən vaxt tələb olunur, (məhkəmə iclas protokolu) Həmçinin qeyd edilməsi zəruridir ki, Məhkumla bağlı keçirilmiş əməliyyat-axtarış tədbirlərinin qanuni olub-olmamasından bəhs edərkən qeyd olunmalıdır ki, Qax Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli qərarına əsasən əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Qax RPŞ-nin cinayət axtarış bölməsinin rəisi Azər Nəsirov tərəfindən qəbul edilmiş 23 iyul 2022-ci il tarixli qərar qanuni hesab edilmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kass asiya protestinin dəlillərini araşdırıb, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkəmələr tərəfindən Məhkum əməlinin Azərbaycan Respubl ikası CM-in 234.4.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilməsinin, o cümlədən ona CM-in 234.4.3-cü maddəsi ilə bəraət verilməsinin əsassız və qanunsuz olmasıdır. Məhkəmə kollegiyası kassasiya protestinin dəlillərini müzakirə edərək ilk növbədə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsinin hökmündən görünür ki, məhkum X.M. Rəcəbova qarşı irəli sürülmüş ittihamın onun tərəfindən qanunsuz olaraq 405 qram miqdarında qurudulmuş marixuananın əldə edilməsi və saxlanması hissəsini əsaslı, həmin epizodu təsdiq edən sübutları isə mötəbər və mümkün hesab etmişdir. Məhz həmin sübutlara əsasən apellyasiya instansiyası məhkəməsi X.M. Rəcəbovu Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş və onun barəsində bu hissədə ittiham hökmü çıxarmışdır. Ona görə də məhkəmə k ollegiyası kassasiya protestində 23 iyul 2022-ci il tarixdə Məhkum məxsus avtomobildə 405 qram miqdarında qurudulmuş marixuananın aşkar edilməsi faktını təsdiq edən sübutlara apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilməməsi barədə dəlilləri, apellyasiya məhkəməsinin hökmü ilə uzlaşmadığı səbəbindən, əsassız hesab edir və həmin dəlilləri müzakirə etməyi lüzum görmür. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın ikinci, yəni onun tərəfindən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda – 689,08 qram qurudulmuş marixuananın əldə edilməsi və saxlanması epizodu üzrə bəraət verilməsini qanuni və əsaslı hesab etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi 04 avqust 2022-ci il tarixdə məhkumun üzərində 29,08 qr am və onun avtomobilində 660 qram miqdarında qurudulmuş marixuananın aşkar edilməsini təsdiq edən ittiham sübutlarını mötəbər və mümkün hesab etməmişdir. Kassasiya protestində isə qeyd edilmişdir ki, həm birinci instansiya, həm də apellyasiya instansiyası məhkəməsi həmin sübutlara düzgün qiymət verməmiş, yanlış nəticələrə gəlmiş, 04 avqust 2022-ci il tarixdə məhkumun üzərində 29,08 qram və onun avtomobilində 660 qram miqdarında qurudulmuş marixuananın aşkar edilməsini təsdiq edən ittiham sübutları qanuni yolla əldə edilmiş və onların mötəbərliyinə heç bir şübhə yoxdur. Buna görə də məhkəmələr tərəfindən ittihamın ikinci epizodu üzrə məhkuma bəraət verilməsi və onun barəsində CM-in 234.1-ci maddəsi ilə ittiham hökmünün çıxarılması əsassız və qanuna uyğun olmamışdır. Məhkəmə kollegiyası kass asiya protestinin dəlilləri cinayət işinin materialları ilə əlaqəli şəkildə araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum narkotik vasitəni hər hansı bir konkret şəxsdən alması və ya həmin narkotik vasitəni hər hansı bir konkret şəxsə satması halları müəyyən edilməmişdir. Məhkum qarşı irəli sürülmüş ittiham yalnız maddi sübuta, yəni onun üzərində narkotik vasitənin aşkar edilməsi faktına əsaslanır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Layıcov Azərbaycana qarşı işi üzrə” qəbul edilmiş qərarda qeyd etmişdir ki, belə olan halda məhkəmə ilk növbədə psixotrop maddənin aşkar edilməsini təsdiq edən sübutun keyfiyyətini, o cümlədən sübutun əldə edilmə şəraitinin onun mötəbərliyi və düzgünlüyünü şübhə altına alıb-almadığını, ikinci növ bəyə, sübutun mötəbərliyini təkzib etmək üçün müdafiə tərəfinə imkan verilibverilmədiyini araşdırılmalıdır. İstintaq orqanı Məhkum ona qarşı irəli sürülmüş ittihamın ikinci, yəni satış məqsədi ilə külli miqdarda 689,08 qrtam qurudulmuş marixuananın əldə edilməsi və saxlanması epizodu üzrə təqsirini təsdiq etmək üçün məhkəməyə onun ifadəsini, onun üzərində şəxsi axtarış keçirilməsi haqqında və onun avtomobilinə baxış keçirilməsi haqqında 04 avqust 2022-ci il tarixli protokolları, Məhkum tutulmasında, onun şəxsi axtarışında və abtomobilin baxışında iştirak etmiş polis əməkdaşları Şahid1 və Şahid2 şahid ifadələrini, məhkəməbioloji ekspertizasının rəyini təqdim etmişdir. Kassasiya kollegiyası qeyd edir ki, birinci və apellyasiya instansiyası məhkəmələri sübutları araşdırıb belə nəticəyə gəlmiş lər ki, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Kassasiya protestində qeyd edilmişdir ki, məhkəmələrin mövqeyi əsassızdır, sübutlar cinayət-prosessual normalarına riayət edilməklə əldə edilmiş, cinayət işi üzrə toplanmış sübutların mötəbərliyinə heç bir şübhə yoxdur, sübutlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası cinayət prosesini tənzimləyən və proses iştirakçılarının hüquq və vəzifələri müəyyən edən cinayət-prosessual qanunun aşağıda göstərilən normalarına nəzər salmağı zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar cinayət-prosessual qanunvericiliyinin tələblərinə əməl edilməklə insan və vətəndaşın konstitusiya hüquq və azadlıqları məhdudlaşdırılmadan əldə olunmalıdır. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə m üqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-in 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi ittihamın sübutları Azərbaycan Respublikası CPM-in 144-145-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmə iclasında araşdırıb nəticəyə gəlmişdir ki, Məhkum satış məqsədi ilə külli miqdarda 689,08 qram qurudulmuş marixuananın əldə edilməsi və saxlanması mötəbər sübutlarla təsdiq olunmur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhk əmə kollegiyası sübutlara nəzər salıb məhkəmələrin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, birinci instansiya məhkəməsində məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Məhkum ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Azərbaycan Respublikası DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılarkən nə onun üzərində, nə onun avtomobilində qurudulmuş marixuana olmamışdır. Həmin narkotik vasitə onun üzərinə və onun avtomaşınına polis əməkdaşları tərəfindən yerləşdirilmiş və onu məcbur etmişlər ki, narkotik vasitənin ona məxsus olması barədə göstərsin. İstintaq orqanı Məhkum üzərində 29,08 qram, onun avtomobilində isə 660 qram miqdarında qurudulmuş marixuananın aşkar edilməsi faktlarını təsdi q etmək üçün şəxsi axtarış haqqında və baxış keçirilməsi haqqında 04 avqust 2022-ci il tarixli protokolları məhkəməyə təqdim etmişdir. İşdə olan şəxsi axtarış və götürmə aparılması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 20:05-dən saat 20:35-dək olan müddət ərzində Məhkum üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmış və bu zaman əynində olan şalvarın sol yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan bir ədəd büküm aşkar olunmuşdur. Şəxsi axtarış və götürmə aparılmasının əks olunduğu videogörüntü diskə köçürülərək protokola əlavə olunmuşdur. İşdə olan baxış keçirilməsi və götürmə aparılması haqqında 04 avqust 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 21:10-dan saat 21:35-dək olan müddət ərzində polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə Məhkum Zaqatala Rayon Polis Şöbəsinin inzibati binasının həyətində saxlanılan “VAZ 2101” markalı, 62-BH796 dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və bu zaman avtomobilin sürücü oturacağının alt hissəsindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə olan sellofan torba aşkar edilib götürülmüşdür. Protokolda qeyd edilmişdir ki, Azərbaycan Respublikası CPM-in 236.4 və 236.8-ci maddələrinin tələblərinə əsasən baxış videçəkiliş aparılmaqla keçirildiyinə görə hal şahidi dəvət olunmadı. Cinayət işinin materiallarından görünür ki, həm şəxsi axtarışın, həm baxışın keçirilməsini əks etdirən videoyazısı işə əlavə edilmiş CD diskdə yoxdur. Məhkəmənin sorğularına verilmiş cavablardan görünür ki, təhqiqat və istintaq orqanlarında da belə videoyazılar yoxdur. Məhkəmə kollegiyası Məhkum qarşı irəli sürülmüş ittihamının əsasını təşkil edən “Şəxsi axtarış və götürmə haqqında” və “Baxış keçirilməsi və götürmə haqqında” 04 avqust 2022-ci il tarixli protokolların mötəbərliyini müzakirə edərək aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CPM-in 236.4-cü maddəsinə əsasən müstəntiq vətəndaşların hüquqlarını pozmamaq şərti ilə görünən obyektlərin baxışını aparır. Zəruri hallarda müstəntiq baxışın aparıldığı yeri və ayrı-ayrı əşyaları ölçür, yerin və ayrı-ayrı əşyaların plan, sxem və cizgilərini tərtib edir, imkan olduqda isə onların foto, video və kino çəkilişlərini aparır. Hadisə yerinin baxışı zamanı azı iki hal şahidi iştirak etmədikdə videoçəkilişdən istifadə məcburidir. Azərbayca n Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246.3-cü maddəsində göstərilib ki, şəxsi axtarış və götürmə zamanı video çəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı iki hal şahidinin iştirakı məcburidir. Azərbaycan Respublikası CPM-in 94.1-ci maddəsindən görünür ki, hal şahidi aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün istintaq hərəkətlərində iştirak edir. Qanunun yuxarıda qeyd edilən normalarından aydın olur ki, baxış və şəxsi axtarış zamanı hal şahidləri iştirak etmədikdə həmin istintaq hərəkətləri ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin videoçəkilişlə təsdiq olunması tələb olunur. Qanun bu tələbi istintaq hərəkətinin çəkilişinin fasiləsiz və tam həcmdə aparılmasını, istintaq hərəkətinin gedişi və nəticəsi videoçəkilişdə tam olaraq əks etdirilməsini tələb edir. Əks halda istintaq hərəkətinin gedişi, məzmunu və həmin hərəkət nəticəsində aşkar edilən faktlar cinayət prosesi tərəfinin nümayəndəsi tərəfindən mübahisələndirildikdə həmin istintaq hərəkətinin protokolu mötəbər və mümkün sübut kimi çıxış edilə bilməz. Narkotik vasitələrin aşkar edilməsi faktları isə yuxarıda qeyd edildiyi kimi ikinci epizod üzrə Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını təşkil edir. İttihamın ikinci epizoduna aid olan digər sübutlar – polis əməkdaşlarının şahid ifadələri və məhkəmə-bioloji ekspertizasının rəyi müstəqil şəkildə Məhkum üzərində və onun avtomobilində narkotik vasitənin aşkar edilməsi faktlarını təsdiq etmir. Belə ki, şahid ifadələri şəxs i axtarışın və baxışın keçirilməsi ilə bağlı verilmiş və həmin istintaq hərəkətlərindən törəmə sübutlar hesab olunur. Ekspert rəyi isə narkotik vasitələrin aşkar edilməsini deyil, onların növünü və miqdarını müəyyən edir. İstintaq orqanı Məhkum tərəfindən külli miqdarda - 689,08 qram qurudulmuş marixuananın əldə edilməsi və saxlanmasını təsdiq edən digər sübutlar məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr əsaslı olaraq nəticəyə gəlmişlər ki, Məhkum tərəfindən ondan və onun avtomobilindən aşkar edilmiş külli miqdarda - 989,08 qram qurudulmuş marixuananın satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmamışdır. Məhkəmələrin sübutları cinayət-prosessual qanunvericiliyinə və Avropa İnsan Hüquqları M əhkəməsinin formalaşmış president hüququna, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli, 2 saylı qərarına uyğun yoxlamasını və qiymətləndirməsini nəzərə alıb məhkəmə kollegiyası hesab edir ki, birinci və apellyasiya instansiya məhkəmələri əsaslı olaraq nəticəyə gəlmişdir ki, məhkumun 989,08 qram qurudulmuş marixuananın satmaq məqsədi ilə əldə edilməsi və saxlanması cinayət işi üzrə toplanmış sübutlarla təsdiq olunmur. Cinayət işinin materiallarına Məhkum 405 qram miqdarında qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut əlavə edilməmiş, ittihamın bu fərziyyəni təsdiq edən heç bir hal da müəyyən olunmamışdır. Ona görə də məhkəmə kollegiyası məhkumun əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməsi və onun həmin maddə ilə təqsirli bilinməsi əsaslı və qanuna uyğun hesab edir və bu barədə kassasiya protestinin dəlilləri ilə razılaşmır. Məhkəmə kollegiyasının qənaətinə görə istintaq orqanı təqsirləndirilən şəxs Məhkum narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlaması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, şübhə və ehtimallara əsaslanmış, işə baxan məhkəmələr isə cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, Məhkum əməlində Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkib əlamətlərinin olması barədə əsaslı nəticəyə gəlmişdir. Hökmdən və apellyasiya məhkəməsinin qərarından da görünür ki, məhkəmələr yuxarıda göstərilən halları müəyyən edərkən konkret sübutlara əsaslanmışlar. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsinin Məhkum haqqındakı qərarının kassasiya protestində göstərilən dəlillərə görə ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq, həmin protest təmin edilmədən, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2024-cü il tarixli, 1(107)-306/2024 nömrəli Məhkum barəsində hökmünün kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 08 iyul 2024-cü il tarixli, 1(107)-306/2024 nömrəli tarixli hökmü kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-238/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-238/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver