Məhkəmə qərarları › İş №1(102)-2382/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2382/2024

17.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2382/2024 17.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Muxtarov Teyyub Asif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balayeva Zəhra İbrahim qızının, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əliyeva Yaqut Bəşir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1371/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarından Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə b axaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum xx xxxxxx 1971-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, məhkumluğu olmayan, “X2 Kömək” İctimai Birliyinin sədri, "xxxx" MMC-nin direktoru vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamışdır. 2. 18 mart 2023-cü il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir ona görə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə Zərərçəkmiş şəxs məxsus cəmi 27000 manat pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi bilə-bilə qanunsuz hərəkətlərə görə birbaşa yolla özü vasitəsilə maddi nemət rüşvət qismində verilməsinə qeyrisini təhrik etmiş, hüquq verən saxta rəsmi sənədləri, habelə saxta möhürü qanunsuz olaraq istifadə etmək məqsədi ilə vahid niyyətlə saxtalaşdırmaqla hazırlamışdır. 3. 27 aprel 2023-cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

4. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-280/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli qərarı ilə dövlət ittihamçısının Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi üzrə ittihamdan imtina e tməsi səbəbindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 43.1.1-ci maddəsinə əsasən cinayət işinə Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə bağlı olan hissədə xitam verilməsi qərara alınmışdır.

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-280/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə 5000 (beş min) manat məbləğində cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi ilə Azərbaycan Respublikası CM-nin 75.1.1 və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “A zərbaycan Respublikası CPM”) 44.2.1-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən cəza təyin edilməməsi, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının yeni hökmlə təyin edilmiş cəza ilə tamamilə toplamaqla qəti olaraq 01 (bir) il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının və 5000 (beş min) manat məbləğində cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən cəzaların müstəqil icra olunması, cinayət işinə Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsinə aid hissədə ayrıca qərarla xitam verilməsinin nəzərə alınması hökm edilmiş, maddi sübut və digər məsələlər həll edilmişdir.

6. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Məmmədova İlahə Şükür qızı apellyasiya şikayəti verib, əməlində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələrinin tərkibi olmadığından Məhkum bəraət verilməsini xahiş etmişdir.

7. Hökmdən Zərərçəkmiş şəxs da apellyasiya şikayəti verib, təqsirləndirilən şəxs Məhkum barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4 və 320.1-ci maddələri ilə daha ciddi cəza təyin edilməsini xahiş e tmişdir.

8. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1371/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-280/2024 nömrəli, 25 aprel 2024-cü il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Zərərçəkmiş şəxs tərəfindən kassasiya şikayəti verilmişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar

10. Kassasiya şikayətində qeyd edilir ki, Məhkum tərəfindən ona vurulmuş maddi ziyanın məbləği 27000 yox, 97000 manat olmuş, həmin məbləğdən 52000 manat geri qaytarılmış, 45000 manat məbləğində ziyanın isə ödənilməsi təmin edilməmişdir. Məhkəmələr Məhkum tərəfindən ümumilikdə 97000 manat pu l vəsaiti almasının şahid ifadələri ilə təsdiq edilməsi faktına, bununla da onun daha ağır cinayət əməli törətməsinə əhəmiyyət verməmişdir. Məhkəmə baxışı zamanı şahid X4 ifadə verməsindən dərhal sonra nümayəndəsi tərəfindən Məhkum hərəkətlərində daha ağır cinayət əlamətlərinin mövcudluğu əsası ilə ona daha ağır ittiham irəli sürülməsi məsələsinə baxılması üçün işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılması üçün məhkəmədə şifahi formada vəsatət qaldırsa da, bu vəsatətə münasibət bildirilməmiş, məhkəmə tərəfindən Azərbaycan Respublikası CPM-nin 318.2-ci maddəsinin pozulmasına yol vermişdir. Həmçinin, məhkuma cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən t əyin olunmuş cəzanın onun islah olunmasına təsiri nəzərə alınmamış və ədalətli olmayan cəza təyin edilmişdir. Göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1371/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarının ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilir.

11. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

12. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsi müəyyən edir.

13. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdı rılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

14. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

15. Belə yoxla manın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

16. Kassasiya şikayətində Məhkum təyin edilən cəzanın yüngül olduğu, eləcə də onun əməlində daha ağır cinayətin əlamətlərinin mövcud olduğu iddia edilməklə kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2, 416.1.15 və 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələ ndirilmişdir.

17. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətinin dəlilləri ilə əlaqəli şəkildə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1371/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticəsi olaraq ilk növbədə kassasiya şikayətinin məhkumun əməlində daha ağır cinayətin əlamətlərinin mövcud olduğuna dair dəlillərinə münasibətin bildirilməsini zəruri hesab edir.

18. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə baxışının hədlərinə dair Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və y a xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır.

19. Qanunverici tərəfindən məhkəmə baxışının hədlərinə qoyulan belə məhdudiyyət onu ehtiva edir ki, kassasiya instansiyası məhkəməsində zərərçəkmiş şəxsin kassasiya şikayətinə əsasən təqsirkarın əməlində ona qarşı irəli sürülmüş və aşağı məhkəmələrdə baxılmış ittihamla müqayisədə daha ağır cinayətin tərkibinin olub-olmaması kimi məsələnin araşdırılmasına yol verilmir.

20. Bununla yanaşı, həmin norma apellyasiya instansiyası məhkəməsinin qərarının qeyd olunan əsasla (təqsirkarın əməlində daha ağır cinayətin əlamətlərinin olması dəlili ilə) ləğv edilməsinin, şəxsin əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olub-olmamasının aşağı instansiya məhkəməsində araşdırılması üçün işin yeni apellyasiya baxışına qaytarılmasının qarşısını alır.

21. Cinayət-Prosessual Məcəlləsinin istər apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışına, istərsə də ilkin baxışa aid normalarında məhkumun əməlində ona qarşı irəli sürülmüş ittihamla müqayisədə daha ağır cinayətin əlamətlərinin olması kimi əsasdan irəli gələn (işin daha ağır ittihamın irəli sürülməsi üçün apellyasiya instansiyası məhkəməsindən birbaşa ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması və yaxud son nəticədə həmin məqsədlə prokurora qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə) qərarların qəbul edilməsi imkanının nəzərdə tutulmaması da məhkəmə kollegiyasının yuxarıda təsvir olunmuş qənaəti ndə haqlı olduğunu göstərir (Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsi daha ağır ittihamın irəli sürülməsi məqsədilə işin prokurora qaytarılması məsələsinin həlli üçün cinayət işinin apellyasiya icraatının ilkin baxış mərhələsindən birinci instansiya məhkəməsinə qaytarılması barədə qərarın qəbul edilməsi imkanını müstəsna olaraq Azərbaycan Respublikası Baş Prokurorunun, Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının prokurorunun apellyasiya protestlərinə münasibətdə nəzərdə tutmuşdur).

22. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki cinayət işi apellyasiya instansiyası məhkəməsində cinayət işinə baxılarkən dövlət ittihamını həyata keçirən orqan tərəfindən Azərbaycan Respublikası CPM-nin 391.8-1-ci maddəsinə müvafiq olaraq protest verilməmişdir.

23. Zərərç əkmiş şəxsin verdiyi kassasiya şikayətinə münasibətdə təfsir edilənlər həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə əsaslanır. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhində qəbul edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318-ci maddəsinin mənasına görə, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin hərəkətlərində daha ağır cinayətin əlamətlərinin mövcudluğu müəyyən edildikdə, məhkəmə öz təşəbbüsü ilə ittihamın ağırlaşdırılmasına dair qərar qəbul edə bilməz (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli ş əkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 31 oktyabr 2022-ci il).

24. Nəticə etibarilə, istinad edilən prosessual cinayət-hüquqi normaların tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq məhkəmə kollegiyası zərərçəkmiş şəxsin irəli sürdüyü, Məhkum əməlinə düzgün hüquqi qiymət verilməməsi, sonuncunun törətdiyi cinayətin Azərbaycan Respublikası CMnin daha ağır maddələri ilə tövsif edilməli olduğunun mübahisələndirilməsi üzrə dəlillərini ona görə əsassız hesab edir ki, cinayət təqibi orqanı tərəfindən Məhkum qarşı yalnız Azərbaycan Respublikası CM-nin 178.2.4, 32.4,312.2 və 320.1-ci maddələri ilə nəzərdə tutulan cinayəti törətməsi barədə ittiham irəli sürülmüşdür. Bu vəziyyətdə məhkəmə lər Məhkum qarşı irəli sürülməyən ittihama baxa bilməzdilər.

25. Kassasiya şikayətinin Məhkum təyin edilən cəzanın yüngül olması ilə bağlı hissəsinə gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkıldə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).

26. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında həmçinin qeyd edilir ki, qüvvədə olan cinayət qanunu cəza anlayışına bir sıra yeni elementlər daxil edərək, cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsini xüsusi vurğulamışdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarları).

27. Azərbaycan Respublikası CM-nin 8, 41 və 58-ci maddələrinin ümumi məzmunundan da belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Cinayət Məcəlləsinin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.

28. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir.

29. Cəzanı yüngülləşdirən hallar dedikdə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində sadalanan, eləcə də 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməyən, lakin məhkəmənin mülahizəsinə görə daha yüngül cəzanın təyin edilməsinə əsas verən başqa hallar nəzərdə tutulur.

30. Cəzanı ağırlaşdıran halların tam siyahısı isə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində təsbit olunmuş, bu Məcəllənin 61.2-ci maddəsinə görə həmin Məcəllənin 61.1.1-61.1.13-cü maddələrində sadalanmış halların xaricində hər hansı başqa bir hal təqsirkarın cəzasını ağırlaşdıran hal kimi nəzərə alına bilməz.

31. Azərbaycan Respublikası CPM-nin 399.1.5-ci maddəsi təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmamasını hökmün apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi əsaslarından biri kimi göstərir.

32. Həmin Məcəllənin 404-cü maddəsinə əsasən təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmaması dedikdə, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza başa düşülür.

33. Məhz bu cür (“açıq-aydın” yüngül və yaxud “açıq-aydın” ağır) cəza Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədləri baxımından qeyri-məqbul hesab edilə bilər.

34. Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsi və yaxud dəyişdirilməsi əsası (“məhkəmənin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almadan cəza təyin etməsi”) məzmunca Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələrində göstərilən əsaslardan fərqlənsə də, kassasiya protesti və yaxud kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qərarı cəzanın yüngül olmasına görə mübahisələndirildikdə (bel ə müraciətlərə kassasiya qaydasında baxıldıqda), apellyasiya instansiyası məhkəməsinin cəzanın dəyişdirilməsi üzrə səlahiyyətlərinin Azərbaycan Respublikası CPM-nin 399.1.5 və 404-cü maddələri ilə müəyyən edilmiş hüdudları nəzərdən qaçırılmamalı, yəni kassasiya instansiyası məhkəməsi də ancaq mübahisələndirilən cəza “açıq-aydın” yüngül olduqda apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etməli, cinayət işini (məhkəməyədək sadələşdirilmiş icraat materialını, xüsusi ittiham qaydasında şikayət üzrə materialı) yeni apellyasiya baxışına təyin etməlidir.

35. Hətta kassasiya instansiyasında bu tələb apellyasiya instansiyası ilə müqayisədə daha sərt meyar kimi nəzərdən keçirilməli və cəzanın “açıq-aydın” yüngül hesab edilməsi üçün cəza ilə cəzanın təyin edilməsi zamanı nəzərə alınmalı (cəz anın növünü, həddini və yaxud həcmini müəyyənləşdirməli) olan hallar arasında uyğunsuzluq - daha böyük, pozuntu - daha kobud olmalıdır. Çünki, kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarına baxır və hüquqi müəyyənlik prinsipi ona müstəsna hallarda, fundamental pozuntuları aradan qaldırmaq üçün məhkəmə qərarlarını ləğv etmək, apellyasiya icraatının təkrarlanmasına dair qərar qəbul etmək səlahiyyəti verir.

36. Kassasiya müraciətində irəli sürülmüş dəlillər istinad edilən maddi və prosessual cinayət-hüquqi tələblərlə müqayisədə nəzərdən keçirildikdə müəyyən olunur ki, onlar Məhkum təyin olunmuş cəzanın yüngül olması haqqında nəticə çıxarmaq üçün əsas vermir.

37. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 17 8.2.4 və 320.1-ci maddələri ilə təqsirli bilinsə də, lakin Azərbaycan Respublikası CM-nin 320.1-ci maddəsi üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyindən ona həmin maddə üzrə cəza təyin edilməmişdir. Onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi üzrə cinayət əməli – Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmiş, bu maddənin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.

38. İş materiallarından göründüyü kimi, məhkəmələr Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciy yələndirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzasını yüngülləşdirən hallar olaraq yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tam ödəməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyası həddində - 5000 (beş min) manat miqdarında cərimə cəzası təyin etmiş, həmin cəza cinayətlərin məcmusu qaydasında Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən barəsində olan birinci iş üzrə hökmlə təyin edilmiş cəza ilə tamamilə toplanılmaqla ona qəti cəza təyin edilmişdir.

39. Məhkəmə kollegiyası cəza təyin edilməsinə aid məhkəmələrin mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayət-hüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə və mövcud məhkəmə təcrübəsinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.

40. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu da nəzərə alır ki, aşağı instansiya məhkəmələrində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə ic laslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.

41. Nəticədə, birinci instansiyası məhkəməsi cinayət işinin hallarına uyğun qanuni, əsaslı və ədalətli hökm çıxarmış və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin hökmün dəyişdirilmədən saxlanılması barədə qərar qəbul etmişdir.

42. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası CPM-nin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntulara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.

43. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısının çıxışını din ləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1371/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1371/2024 nömrəli, 21 iyun 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar