Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2382/2025 27.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Cəfərov Vidadi Cəfər oğlu və Qılıcov İlqar Səyyad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Əhmədov Səfər Əhməd oğlunun, Məhkum müdafiəçisi Qasımzadə Cahangir Feyzulla oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1024/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şika yətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları
1. Məhkum xx xxxxxx-cu il tarixdə Türkiyə Respublikası, Konya vilayəti, Seydişehir rayonunda anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, X ünvanında qeydiyyatda olmaqla yaşamışdır. 2. 07 oktyabr 2022-ci il tarixli ittiham aktına görə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbaycan Respublikası CM”) 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 318.2-ci maddələri ilə təqsirləndirilməsinə dair ittiham elan edilmişdir. 3. 01 noyabr 2022-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.
4. Bir inci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum tanışları İran İslam Respublikası vətəndaşı X3, Azərbaycan Respublikası vətəndaşı X5, sonuncunun tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, həmçinin güclü təsir edən maddənin onun və cinayətkar qrupun digər üzvü X tərəfindən İran İslam Respublikasında əldə edilməsi, saxlanılması, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə keçirilməsi, İran İslam Respublikasından Azərba ycan Respublikasına daşınaraq ölkə ərazisində qanunsuz dövriyyəsinin təşkil edilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında telefon vasitəsilə əlaqə saxlayaraq cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq, cinayətkar qrupun üzvü x göstərişi ilə 2021-ci ilin dekabr ayının ortalarında həmin vaxt İran İslam Respublikasında olan Məhkum və cinayətkar qrupun üzvü X7 qrupun şəxsiyyəti istintaqa məlum olmayan digər üzvlərindən 1 ədəd kağız bağlamada və üzərində “Black Diamond” sözləri yazılmış 1 ədəd dəmir qutuda ayrı-ayrılıqda 95 qram və 320,058 qram olmaqla ümumilikdə külli miqdarda 415,058 qram metamfetamin psixotrop maddəsi, 2 ədəd qara rəngli sellofan torbada ayrıayrılıqda 815 qram və 470 qram olmaqla ümumilikdə külli miqdarda - 1.285, 0 qram qurudulmuş marixuana narkotik vasitəsi, 6 ədəd sellofan bağlamada tərkibində MDMA psixotrop maddəsinin təsiredici maddəsinin miqdarı külli miqdarda - 104,969 qram təşkil edən 436 həb və 2 konvalyutda tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin təsiredici maddəsinin miqdarı 4,05 qram təşkil edən 18 ədəd həbi tamah və satış məqsədi ilə qanunsuz olaraq qəsdən əldə etmiş, üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında şəxsi əşyalarının arasında gizlədərək saxlamış, 10 yanvar 2022-ci il tarixdən 11 yanvar 2022-ci il tarixə keçən gecə saat 01 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqəsindən kənarda, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının N nömrəl i hərbi hissəsinin 24-cü sərhəd zastavasının (“Arvana” sərhəd zastavası) xidməti ərazisindən İran İslam Respublikasından Azərbaycan Respublikasının Yardımlı rayonu Arvana kəndi ərazisinə qanunsuz olaraq keçməklə Azərbaycan Respublikasına daşımış, bundan sonra Məhkum və cinayətkar qrupun digər üzvü X-in Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət buraxılış məntəqələrindən kənarda keçmələrinə köməkçi qismində iştirak etmiş, lakin həmin cinayətkar qrupun niyyəti ilə əhatə olunan digər cinayətlərin törədilməsindən xəbəri olmayan Şahid5 Yardımlı rayonu Arvana kəndində yerləşən evinə gedərək gecəni orada qalmış, 11 yanvar 2022-ci il tarixdə günorta saatlarında Şahid5 sözügedən maddələrin qanunsuz dövriyyəsi və qaçaqmalçılq cinayətlərinin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Niva” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Məhkum və X6 rayonuna yola salmış, cinayətkar qrupun üzvü Təqsirləndirilən şəxs2 isə öz növbəsində əldə olunmuş razılığa uyğun olaraq X və Məhkum gətirdikləri külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələrlə birgə Masallı rayonu ərazisində qarşılayaraq cinayətin törədilməsindən xəbəri olmayan tanışının idarə etdiyi “Khazar” markalı, **-PR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Bakı şəhərinə gətirməklə sözügedən maddələrin qanunsuz daşınmasını davam etdirmiş, cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 11 yanvar 2022-ci il tarixdə, saat 20 radələrində ünvan 1 ünvanında yerləşən binanın qarşısında Məhkum, X və Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin yerləşdirildiyi çanta ilə birgə qarşılayaraq yaşadığı həmin ünvandakı 90 nömrəli mənzilə aparmış, orada cinayətkar qrupun üzvü Səbutər Babayev və digər qrup üzvləri ilə apardıqları telefon danışıqları ilə əvvəlcədən əldə edilmiş razılığa əsasən Məhkum və təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə keçirdikləri külli miqdarda qurudulmuş marixuana narkotik vasitəsi, metamfetamin psixotrop maddəsi və MDMA psixotrop maddəsi tərkibli həbləri əvvəlcədən müəyyən olunmuş, lakin istintaqa məlum olmayan alıcılara satışını qanunsuz olaraq həyata keçirmək məqsədilə elektron tərəzidə çəkərək siyahı üzrə birlikdə çeşidləmiş, onlardan tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həbi və 0,058 qram metamfetamin psixotrop maddəsini qrupun üzvü Təqsirləndirilən şəxs1 tamah və satış məqsədilə qanunsuz olaraq əldə etmiş, daha sonra həmin tarixdə saat 23:50 radələrində Təqsirləndirilən şəxs2 həmin ünvanı tərk etmiş, 11 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixə keçən gecə, saat 01 radələrində isə Məhkum X və Təqsirləndirilən şəxs1la birgə sözügedən maddələrin yerləşdirildiyi çantanı da götürərək həmin ünvandan çıxmış, Təqsirləndirilən şəxs1 idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Məhkum və X Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində olan “Royal Sapfir” hotelinə aparmaqla qeyd olunan külli miqdarda narkotik vasitə və psixotrop maddə, həmçinin güclü təsir edən maddələri nəqliyyat vasitəsində qanunsuz daşıyaraq onları orada yerləşdirmiş, bundan sonra Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 13 yanvar 2022-ci il tarixdə, saat 12 radələrində Məhkum X-la birgə Bakı şəhəri, Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində yerləşən “Ruzi” marketin qarşısında saxlanılmış və Baş İdarənin inzibati binasına gətirilmiş, orada keçirilmiş yoxlamalar zamanı üzərində “Cat caterpıllar” sözləri yazılmış qara rəngli bel çantasında saxlayaraq daşıdıqları külli miqdarda- 415 qram metamfetamin psixotrop maddəsi, külli miqdarda- 1.285,0 qram qurudulmuş marixuana narkotik vasitəsi, tərkibində MDMA psixotrop maddəsinin təsiredici miqdarı külli miqdarda, 104,3 qram təşkil edən 433 ədəd həb və tərkibində tramadol hidr oxlorid güclü təsir edən maddəsinin təsiredici miqdarı 4,05 qram təşkil edən 18 ədəd həb aşkar edilərək götürülmüş, istintaq-əməliyyat-axtarış tədbirlərinin davamı nəticəsində 21 yanvar 2022-ci il tarixdə cinayətkar qrupun digər üzvü Təqsirləndirilən şəxs1 saxlanılmış, şəxsi axtarış zamanı üzərindən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi MDMA psixotrop maddəsinin təsiredici miqdarı 0,669 qram təşkil edən 3 ədəd həb, idarə etdiyi “BMW” markalı, **-TP-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı isə satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 0,058 qram metamfetamin psixotrop maddəsi aşkar edilərək götürülmüşdür.
5. Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-101/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 24 0.2.1 və 318.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına və Azərbaycan Respublikası CM-nin 318.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçə kmə müddətinin əvvəlinin 13 yanvar 2022-ci il tarixdən hesablanması, Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsi tətbiq edilməklə cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmiş, maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.
6. Həmin hökmlə həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri, eləcə də İran İslam Respublikasının vətəndaşı X4 Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1, 318.1 və 318.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilmişlər.
7. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxs Məhkum apellyasiya şikayəti verib, barəsində həbslə bağlı olmayan cəza təyin edilm əsini və ya cəza müddətinin aşağı həddə endirilməsini xahiş etmişdir.
8. Hökmdən digər təqsirləndirilən şəxs X4, Təqsirləndirilən şəxs2 müdafiəçisi Əliyev Kəramət Fətəli oğlu, Təqsirləndirilən şəxs1 və müdafiəçisi Yusifov Ceyhun Salman oğlu ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
9. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1024/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-101/2024 nömrəli, 20 fevral 2024-cü il tarixli hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən qüvvəsində saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum kassasiya şikayəti vermişdir. II. Kassasiya müraciətinin dəlilləri, etirazlar
11. Məhkum kassasiya şikayə tində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia edib, cəzasının qismən azaldılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər
13. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.
14. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.
15. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.
16. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyət lərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.
17. Məhkum kassasiya şikayətində ona təyin edilmiş cəzanın ağır olduğunu iddia etməklə, xahişini faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.21-ci maddəsində məhkəmə qərarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi təsbit olunmuş halla əlaqələndirmişdir.
18. Odur ki, məhkəmə kollegiyası kassasiya şikayətini Azərbaycan Respublikası CPMnin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətin dəlilləri ilə əlaqəli şəki ldə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1024/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.
19. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm m əhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları).
20. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsində təsbit olunmuş cinayət məsuliyyətinin ədalət prinsipi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.
21. Cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində də göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsir karın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
22. Cəzanın məqsədini təsbit edən Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.
23. Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsb it olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin.
24. Məhkum daha yüngül cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini yuxarıda istinad edilənlərlə müqay isədə nəzərdən keçirən məhkəmə kollegiyası məhkəmələrin məhkuma cəza təyin edilməsi ilə bağlı müvafiq mövqeyi ilə razılaşır və hesab edir ki, hazırda mübahisəsi edilən məhkəmə aktı bu hissədə maddi cinayət-hüquqi normalara uyğundur.
25. Belə ki, Məhkum Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.4-cü maddəsində ağır cinayətlər kateqoriyasına, Azərbaycan Respublikası CM-nin 240.2.1 və 318.2-ci maddələri ilə təqsirli bilindiyi cinayət əməlləri həmin Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir.
26. Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CMnin 234.4.1 və 234.4.3 -cü maddələri ilə beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-nin 240.2.1-ci maddəsi ilə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM- nin 318.2-ci maddəsi ilə beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur.
27. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3, 240.2.1 və 318.2-ci maddələrinin sanksiyalarının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etmiş, Azərbayca n Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən həmin cəzaları cinayətlərin məcmusu qaydasında qismən toplamaqla qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin etmişdir.
28. Birinci instansiya məhkəməsinin cəza təyini ilə bağlı qənaəti apellyasiya instansiyası məhkəməsi tərəfindən də eyni əsaslarla təsdiqlənmişdir.
29. Məhkum daha yüngül cəzanın təyin edilməsi üçün əsas müəyyən etməyən məhkəmə kollegiyası məhkəmələrin cəza təyininə dair mövqeyi ilə razılaşır və hesab edir ki, onların bu hissədə gəldiyi nəticə yuxarıda istinad edilən maddi və prosessual cinayəthüquqi normalara, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun müvafiq şərhlərinə uyğundur, cəza institutunun qanunla müəyyən edilmiş məqsədinə, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3-cü maddələrinin tələblərinə xidmət edir.
30. Belə qənaətə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, apellyasiya instansiyası məhkəməsində məhkəmə prosesləri ədalət mühakiməsinin prinsiplərinə uyğun, ağlabatan müddətlərdə keçirilmiş, məhkuma müdafiəsinin əlverişli qaydada təşkil etməsi və öz mənafeyini əks edən cinayət işinin hallarının təfsirinin təqdim edilməsi üçün bütün mümkün imkanlar yaradılmış, məhkəmə iclaslarında faktlar araşdırılıb maddi və prosessual cinayət-hüquqi normalarının tətbiqi yoxlanılarkən, mövcud sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirilmişdir.
31. Qeyd olunanlar apellyasiya instansiyası məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsi ilə ehtiva olunan pozuntu lara yol verilmədiyini, yəni mübahisələndirilən qərarın dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsasların olmadığını göstərir.
32. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1024/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-1024/2024 nömrəli, 26 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.