Məhkəmə qərarları › İş №1(102)-2383/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2383/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2383/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 228.2.1,228.4 və 134-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsin in Cinayət kollegiyasının 2024-cü il 20 fevral tarixli, 1(103)-314/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(010)-463/2023 nömrəli hökmü ilə (X5), xx xxxxxxx 1990-ci ildə Rusiya Federasiyasının Tümen Vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki nəfər azyaşlı uşağı olan, orta təhsilli, heç bir yerdə işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşamış, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə təqsirlə ndirilməsinə dair cinayət işi üzrə icraata CM-in 73.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışdığına görə CPM-in 40.3-cü maddəsinə müvafiq olaraq xitam verilmiş, Məhkum CM-in 228.2.1-ci və 228.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində təqsirli bilinərək CMnin 228.2.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə növündə, CM-in 228.4-cü maddəsi ilə 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən Məhkum qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Hökmlə həmçinin digər məhkumlar Təqsirləndirilən şəxs1 5 (beş) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Təqsirləndirilən şəxs2 isə 4 (dörd) il müddətinə azadlıqdan məhrum etm ə cəzasına məhkum edilmişdir. Hökmdən təqsirləndirilən şəxslərin hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X3, Həsən Əhmədov və Qədim Babayev) 2024-cü il 20 fevral tarixli, 1(103)-314/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məmmədov X2 Namiq Əvəz oğlu və Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq silah, döyüş sursatı əldə etmiş, daşımış və başqasına vermiş, eləcə də qanunsuz olaraq soyuq silah əldə etmiş, gəzdirmiş və icra ediləcəyi üçün real əsasların olmasını nümayiş etdirərək şəxsi öldürməklə hədələmi ş, Təqsirləndirilən şəxs1 aralarında şəxsi münasibətlərin pozulması zəminində Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1 qisas almaq üçün onu öldürməklə hədələmək qərarına gəlmiş, bu məqsədlə tanışları Məhkum və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək hədənin real icra ediləcəyinin nümayiş etdirilməsini təmin etmək məqsədi ilə tanışı Şahid2 idarə etdiyi “Toyota Prius” markalı **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə 16 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, Məhkum hədənin real icra ediləcəyinin nümayiş etdirilməsini təmin etmək məqsədi ilə soyuq silah qismində qanunsuz olaraq əldə etdiyi bıçağı özü ilə gəzdirmiş, orada Təqsirləndirilən şəxs1 sonuncun un istintaqa məlum olmayan şəxsdən qanunsuz olaraq əldə etdiyi və üzərində daşıyaraq hadisə yerinə gətirdiyi “Makarov” konstruksiyalı 9 mm kalibrli tapançanı götürüb iki dəfə göyə atəş açdıqdan sonra silah tutulmuş, atəş vəziyyətinə gətirə bilmədiyi üçün Təqsirləndirilən şəxs2 tapançanı Məhkum götürərək həmin evin darvazası və qarşısında dayanmış Zərərçəkmiş şəxs3 idarə etmiş olduğu “Toyota Prius” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil istiqamətində bir neçə dəfə atəş açaraq Yəhya və Zərərçəkmiş şəxs1 qardaşlarını öldürməklə hədələmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, apellyasiya instanisyası məhkəməsi heç bir araşdırma, istintaq hərəkəti keçirmədən birinci instansiya məhkəməsinin hö kmündə göstərilənləri əsas götürmüşdür. Məhkum bildirmişdir ki ona cəza təyin edilərkən yüngülləşdirici hallar nəzərə alınmamış və ağır cəza təyin edilmişdir. Belə ki, o, əməlindən peşmandır, himayəsində iki azyaşlı uşağı var və yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkum kassasiya şikayətində göstərilənlərin nəzərə alınmasını, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 fevral tarixli, 1(103)-314/2024 nömrəli qərarının ləğv edilməsini və cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 228.2.1,228.4 və 134-cü maddələri ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024- cü il 20 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məh kəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayı r. Məhkum ağır cəza təyin edildiyini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.21-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanu na və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qə bulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-pr osessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əməlin tövsifini mübahisələndirməmiş, yalnız cəzanın ağırlığını mübahisələndirmişdir. Məhkəmə kollegiyası cinayət işi üzrə toplanaraq, mənsubiyyəti, mötəbərliyi və mümkünlüyü baxımından qiymətləndirilmiş sübutların məcmuyuna əsasən belə qənaətə gəlir ki, Məhkum cinayət əməli CM-in 228.2.1, 228.4 və 134-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəza ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, CM-in 228.2.1-ci maddəsinin sanksiyasında uç ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, 228.4-cü maddəsinin sanksiyasında isə bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdu r. Birinci instansiya məhkəməsi də Məhkum CM-in 228.2.1-ci maddəsi ilə 4 il müddətinə, CM-in 228.4-cü maddəsi ilə isə 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmiş, CM-in 66.2-ci maddəsinə əsasən isə qəti olaraq 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etmişdir. Cinayət işinin materiallarından görünür ki, cinayətlərin residivi Məhkum cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmış və ona cəza CM-in 65.1 və 65.2-ci maddələrinin tələblərinə uyğun təyin edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Məhkum təyin edilmiş cəzaların yüngülləşdirilməsi, onun məhkum olunduğu maddələrə CM-in 62-ci maddəsinin, eləcə də onun barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hər hansı bir hüquqi və faktiki əsas mövcud deyil və ona təyin edilmiş cəzalar qanuni, əsaslı və ədalətli, onun tərəfindən törədilmiş cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlik dərəcəsinə, eyni zamanda onun şəxsiyyətinə uyğun olmaqla, onun tam islah olunmasına kifayət edəcək növ və həddədir. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.2.1 və 228.4-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 20 fevral tarixli, 1(103)-314/2024 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar