Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2385/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 2 avqust tarixli, 1(105)-358/2024 nömrəli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 2023-cü il 14 aprel tarixli, 1(124)-18/2023 nömrəli hökmü ilə (X4 (sədrlik edən və məruzəçi), Hafiz Əliyev və Aynur Rzayevadan ibarət tərkibdə), 28 fevral 1972-ci il tarixdə Qubadlı rayonu, Yuxarı Mollu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Yuxarı Mollu kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, 26cı məhəllə, yarımçıq Bərpa sanatoriyasında müvəqqəti yaşamış, hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkən Məhkum Azərbaycan Respubl ikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcının 27 may 2021-ci il tarixdən hesablanması barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmin hökmlə Təqsirləndirilən şəxs da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş dir. Hökmdən təqsirləndirilən şəxslər hər biri ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (X5, Elman Rəhimov və Məhəmmədəli Rzayevdən ibarət tərkibdə) 2023-cü il 2 avqust tarixli, 1(105)-358/2024 nömrəli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Məhkum Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 2 avqust tarixli, 1(105)-358/2024 nömrəli qərarından kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (X6 (sədrlik edən və məruzəçi), Ələsgər Novruzov və Nazim Mövsümovdan ibarət tərkibdə) xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, qərar kassasiya şikayətinə münasibətdə, məhkum Təqsirləndirilən şəxs aid hissədə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən, Məhkum satış məqsədilə qanunsuz olaraq ümumilikdə təmiz çəkisi 586,473 qram olmaqla külli miqdar təşkil edən, küstar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, Sumqayıt şəhəri, Xəzər bağları, ”Uçuq binada” yerləşən, yaşadığı evə daşıyaraq orada saxlamış, həmin heroinin yeddi ədəd kiçik bükümlərə böldüyü, ayrı-ayrılıqda təmiz çəkiləri 1,201 və 0,660 qram təşkil edən 2 ədəd bükümdə olmaqla, ümumi təmiz çəkisi 1,861 qram təşkil edən hissəsini 27 may 2021-ci il tarixdə Sumqayıt şəhərində tanışı Təqsirləndirilən şəxs 20 manat məbləğində pula satmış, ayrı-ayrılıqda təmiz çəkiləri 2,801,2,605, 2,510, 2,401, 1,29 5 qram təşkil edən 05 ədəd bükümdə olan, ümumi çəkisi 11,612 qram olan hissəsini üzərində saxlamaqla daşımış, təmiz çəkisi 573 qram təşkil edən bir ədəd bağlamada olan hissəsini isə yaşadığı evin qonaq otağındakı stolun alt hissəsindəki rəfdə gizlədərək saxlamış, həmin kütlələr 27 may 2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhər polis idarəsinin Cinayət axtarış şöbəsinin əməkdaşları tərəfindən Sumqayıt şəhər,S.Vurğun küçəsi, Bərpa xəstəxanasının qarşısında keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onların cinayətkar niyyətlərindən məlumatsız olan X2 idarə etmiş olduğu "Mercedes Benz C200” markalı, **-GN-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlanılıb Sumqayıt ŞPİ-yə gətirildikdən sonra üzərilərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs və Məhkum üzərlərindən, 28 may 2021ci il tarixdə sonuncunun yaşadığı evə özünün iştirakı və razılığı ilə baxış keçirilən zaman həmin evin qonaq otağındakı stolun alt hissəsindəki rəfdə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, onun əməli düzgün tövsif edilməmiş, bu barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Odur ki, məhkum əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini və bu maddənin sanksiyasına uyğun cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə mə hkum edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 2 avqust tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prose ssual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azə rbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin hə m vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhk əmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Məhkum kassasiya şikayətində əməlinin tövsifini mübahisələndirərək əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkum eyni dəlilləri apellyasiya instansiyası məhkəməsində də irəli sürmüş və onun dəlilləri özünün iştirakı ilə cinayət işinin materiallarında olan sübutlar əsasında hərtərəfli, tam və obyektiv yoxlanılaraq həmin dəlillərə əsaslandırılmış cavab verilmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri yenidən təkrar etmədən həmin dəlillərlə və məhkumun əməlinin tövsifi ilə ra zılaşır və hesab edir ki, bununla bağlı kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd edir ki, məhkuma təyin edilmiş cəza onun tərəfindən törədilmiş cinayət əməlinin xarakterinə, ictimai təhlükəlilk dərəcəsinə və məhkumun şəxsiyyətinə uyğun olmaqla onun islah olunmasına kifayət edəcək növ və həddədir və təyin edilmiş cəzanın yüngülləşdirilməsai üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun kassasiya şikayəti təmin edilməməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı məhkumun kassasiya şikayətinə münasibətdə, Məhkuma aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Az ərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 14 aprel 2023-cü il tarixli 1(124)-18/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2023-cü il 2 avqust tarixli, 1(105)-358/2024 nömrəli qərarı Məhkum kassasiya şikayətinə münasibətdə Məhkum aid hissədə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2385/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2385/2024
01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver