Məhkəmə qərarları › İş №1(102)-2387/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-2387/2023

21.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2387/2023 21.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Hakimlər Abdulov Rəşad Məhərrəm oğlu (sədrlik edən və məruzəçi), Yusifov Şahin Yaşar oğlu və Novruzov Ələsgər Əli İsgəndər oğlundan ibarət tərkibdə, İsazadə Elnur Nizami oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Hüseynli Ayxan Məhəmmədəli oğlunun və bəraət almış şəxsin iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-768/2023 nömrəli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə açıq məhkəmə iclasında baxaraq Müəyyən e tdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli,1(005)9/2023 saylı hökmü ilə (sədrlik edən: V.R.Qurbanov) xx xxxxxx 1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2vanında yaşayan Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmiş, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dərhal ləğv edilmiş və o, məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Məhkəmənin həmin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-768/23 qərarı ilə (hakimlər: A.V.Tanrıverdiyev (sədrlik edən), İ.M.Murquzov və Q.X.Babayev) verilmiş apellyasiya protesti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 09 yanvar 2023-cü il tarixli,1(005)-9/2023 saylı hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti vermişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan olunmuşdur ona görə ki, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 65,037 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kanna bis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşımış, Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 20 aprel 2021-ci il tarixdə saat 09 radələrində ünvan 3 ünvanın qarşısında saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, orada üzərində aparılan şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd bükümdə təmiz çəkisi 65,037 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən ittihamla bağlı Məhkum Azərbaycan Respublika Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham olunaraq məhkəməyə verilmişdir. Birinci instansiya məhkəməsi Məhkum tərəfindən yuxarıda təsvir edilən narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsinin, daşınmasının və saxlanmasının sübuta yetirilməməsi barədə nəticəyə gəlib, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət vermiş, həmin nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət üzrə təqsirliliyi kifayət qədər sübut olunduğu halda, birinci instansiya məhkəməsi sübutları düzgün tədqiq edib qiymətləndirməmiş, nəticədə Məhkum özünümüdafiə xarakterli ifadəsi əsasında onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında qənaətə gəlib ona bəraət vermiş, apellyasiya instansiyası məh kəməsi isə həmin əsassız və qanunsuz bəraət hökmünü dəyişdirilmədən saxlamaqla eyni pozuntulara yol vermişdir. Kassasiya protestinin müəllifi məhkəmələrin DİN-nin çıxarışda əks edilən vaxtın hansı texniki göstəricilər əsasında əks olunmasının, çap anında çap edən kompyuterin saatını əks etdirib-etdirməməsinin, kompyuterin sistemində saatın real vaxta uyğun olubolmamasının, qeyd edilən saatın 24 saatlıq və ya 12 saatlıq saat sisteminə əsasən zamanı əks etdirib-etdirməməsinin (12 saatlıq saat sistemdə 07:31, 24 saatlıq sistem üzrə həm səhər saatlarını, həmçinin axşamüstü 19:31-vaxtını əks etdirir) aydınlıq gətirmədən, həmçinin Məhkum istifadəsində olan nömrənin anten məlumatlarının (şəxsin gecə saatlarında belə hərəkət trayektoriyası olması) dəqiq olmamasına baxmayaraq qeyd edilən anten məlu matlarını tam, hərtərəfli araşdırmadan və hadisədən uzun müddət keçməsinə, şəxsin saxlanılmasında iştirak etmiş polis əməkdaşlarının rutin olaraq hər gün profilaktik və digər əməliyyat tədbirlərində iştirak etmələri səbəbindən hadisəni tam xatırlamamalarına qiymət vermədən Məhkum təqsirsizliyi ilə bağlı yanlış qənaətə gəldiklərini göstərmişdir. Dövlət ittihamçısı3 kassasiya protestində göstərilənləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş halları yaradan pozuntular kimi qiymətləndirərək həmin əsaslarla Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilməsini xahiş edir. Hüquqi məsələlə r: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsi müəyyən edir. Ümumi şəkildə kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsi belə göstərir: “kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respub likası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Dövlət ittihamçısı kassasiya protestində birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona həmin maddə ilə bəraət verdiyini, apellyasiya məhkəməsinin isə əsassız və qanunsuz olaraq bəraət hökmünü dəyişdirilmədən saxladığını iddia edərək, mü bahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbini məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2 və 416.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Odur ki, kollegiya dövlət ittihamçısının kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü mad dəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Birinci instan siya məhkəməsi isə belə nəticəyə gəlmiş və apellyasiya instansiyası məhkəməsi onunla razılaşmışdır ki, Məhkum satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 65,037 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, üzərində saxlamaqla daşıması sübuta yetirilməmişdir. Nərimanov Rayon Məhkəməsi həmin nəticəyə gələrkən, apellyasiya instansiyası məhkəməsi bəraət hökmünü dəyişdirilmədən saxlayarkən aşağıdakılardan çıxış etmişlər. Belə ki, bəraət almış şəxs Məhkum məhkəmə istintaqı zamanı ifadəsində göstərmişdir ki, ittiham aktında onun 20 aprel 2021-ci il tarixdə saat 09 radələrində Nərimanov rayonunda tutulduğu qeyd olunsa da, əslində o, ayın 19-u axşam təxminən saat 11 radələrində Xəzər rayonu, Qala qəsəbəsində marketdən çıxarkən tutmuş və Nərimanov rayon Polis İdarəsinə gətirmiş və orada saxlanılmışıdr. Ümumiyyətlə üzərində narkotik vasitə olmadığı halda, müstəntiq tərəfindən yazılmış ifadəsində guya onun narkotik vasitəni adı keçən ərazidə yerdən tapdığı və üzərinə baxış zamanı təqdim etdiyi göstərilmişdir. Belə şeylər olmamış, o, narkotik vasitənin istifadəçisi deyil, tutulduğu gün də üzərində narkotik vasitə olmamışdır. Onu tutanda da narkotik vasitənin istifadəçisi olubolmadığı soruşulduqda, istifadə etmədiyini polis əməkdaşlarına bildirmişdir. Özü də ailə sürücüsüdür. Halal əziyyəti ilə pulunu qazanır. Əlavə olaraq ona ünvanlanmış suala cavab olaraq bildirmişdir ki, tutularkən üzərində ***-***-**-** nömrənin olduğu mobil t elefonu olmuşdur. Birinci instansiya məhkəməsində icraat zamanı elan olunan etirafedici ifadələrinə münasibət bildirən təqsirləndirilən şəxs Məhkum ifadəsində, həmçinin apellyasiya icraatı zamanı verdiyi izahatında göstərmişdir ki, o, 19 aprel 2021-ci il tarixdə saat axşam 11 radələrində saxlanıldıqdan sonra şəxsən heç bir ifadə verməmiş, həmin gün gecə idarədə saxlanıldıqdan sonra səhəri günü təqdim olunan bütün sənədlərə imza etmiş, ifadələrini də müstəntiq özü yazmışdır. Həmin sənədlərə imza atmasına səbəb başqaları və özü üçün problem yaratmaması ilə bağlı olmuşdur. Həqiqətdə isə ondan ifadə alınmasa da, sənədlərdə guya narkotik vasitənin ondan aşkar olunduğu göstərilmişdir. Amma o, nə şifahi, nə də yazılı olaraq belə bir ifadə verməmişdir. Məhkum ibtida istintaq zamanı “etiraf edici” ifadələrinin işin faktiki halları ilə uzlaşmadığından və işin gerçək hallarını əks etdirmədiyindən birinci və apellyasiya instansiyası məhkəmələri Məhkum məhkəməyədək vermiş olduğu ifadələrinə şübhə ilə yanaşmış və bu ifadələrin ittihamı təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmişlər. Məhkəmələrin Məhkum məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrini daha inandırıcı və mötəbər qəbul etmələri ilə bağlı qənaətləri “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında təqsirləndirilən şəxsin müxtəlif məzmunlu ifadələrin tədqiqinin xüsusiyyətləri ilə verilmiş izahları ilə də üst-üstə düşür. Belə ki, adı çəkilən Qərarda qeyd olunur ki, cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən ş əxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsi Ali Məhkəmənin Plenumunun qeyd olunan Qərarında verilən tövsiyələrdən çıxış edərək sübutların ədalətli qiymətləndirilməsini həyata keçirmiş və Məhkum həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqı zamanı vermiş olduqları ifadələrini qarşılıqlı təhlil etmiş və sonuncunun məhkəmə iclasında vermiş olduqları ifadələri cinayət iş materiallarında olan digər sübutlarla uzlaşmasını əsas tutaraq daha mötəbər hesab etmiş, apellyasiya instansiyası məhkəməsi isə sübutların bu cür təhlil və tədqiqi ilə razılaşmışdır. Digər tərəfdən məhkəmədə müəyyən edilmişdir ki, həqiqətən də, Məhkum 19 aprel 2021-ci il tarixdə axşam saat 11 radələrində Xəzər rayonu ərazisində tutulsa da, onun şübhəli şəxs qismində tutulması 20 aprel 2021-ci il tarixdə, saat 09:45-də rəsmiləşdirilmiş, qeyd olunan təxminən 10 saat çəkən müddət ərzində Məhkum prosessual statusu müəyyən edilmədən (özbaşınalığın istisna edilmədiyi şəraitdə), tamamilə polis əməkdaşlarının nəzarəti altında olmuşdur. Göstərilən hal yalnız bəraət almı ş şəxsin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi ilə deyil həmçinin işin obyektiv hallarını əks etdirən, DİN-nin portalından edilmiş çıxarışla, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinin anten məlumatları ilə təsdiq edilmişdir. Belə ki, məhkəmə iclasında tədqiq edilmiş, cinayət işinin 14-17-ci vərəqələrində olan Məhkum şəxsiyyətinə dair məlumatları əks etdirən DİN-nin portalından edilmiş çıxarışlarda bütün vərəqələrin sol yuxarı küncündə həmin sorğunun tərtib olunma tarixi "xx-xx-2021 07:31” kimi qeyd olunmuşdur. Həmçinin Məhkum Nərimanov rayonu, Heydər Əliyev prospekti 77 ünvanında saxlayaraq idarəyə gətirilməsində iştirak etmiş polis əməkdaşları olan Şahid1, Şahid2, Şahid3 və Şahid4 birinci instansiya məhkəməsində verdikləri ifadələrinə diqqət etdikdə, şahid qismində dindirilmiş polis əməkdaşlarının həm sərbəst ifadələrində, həm də onlara ünvanlanan suallara verdikləri cavablar zamanı kifayət qədər uyğunsuzluq, ziddiyyətlər müəyyən edilmişdir. Xüsusilə, “hadisə nə vaxt baş verib?” sualı üzrə şahidlərin verdikləri cavablar ümumiyyətlə, verilmiş ittihamla uyğunsuzluq təşkil etmiş, belə ki, həmin suala şahidlərdən Şahid1 "hadisə axşama doğru baş vermişdir”; Şahid3 "hadisə axşamüstü baş vermişdir” cavablarını verdiyi halda, digər Şahid4 isə "hadisənin tam yadında olmaması səbəbindən” həmin suala cavab verə bilməmişdir. Bundan başqa, iş materiallarında olan anten məlumatlarından görünür ki, Məhkum istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsi xx.xx.2022-ci il tarixdə saat 00:17:32dən başlayaraq ünvan 7 antenna dairəsinin əhatəsində olmuş, məhkəmə tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə göndərilmiş sorğu və həmin sorğuya alınmış cavab əsasında müəyyən edilmişdir ki, həmin ünvan hazırda Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin inzibati binasının yerləşdiyi ünvandır. "Şübhəli şəxsin üzərində şəxsi axtarış və götürmə aparılması barədə” 20 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Məhkum üzərində şəxsi axtarış aparılmağa saat 10:20-də başlanmış və şəxsi axtarış saat 10:40-da qurtarmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(005)-43/2022 nömrəli qərarına əsasən məhkəməyə təqdim olunmuş və digər sübutlarla birlikdə tədqiq edilərək cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-6010/22 saylı məktubuna əlavə olunmuş 1 ədəd CD diskdən görü nür ki, Məhkum istifadəsində olan ***-***-**-** mobil nömrəsinin anten dairəsi: - 19 aprel 2021-ci il tarixdə saat 22:22:24-dən 23:25:56-dək davamlı olaraq və heç bir dəyişmə olmadan ünvan 7 olmuşdur. - 19 aprel 2021-ci il saat 23:39:57-dən 20 aprel 2021-ci il saat 03:06:27-dək qısa zaman kəsiyində baş verən ağlabatan olmayan ani dəyişikliklərlə Bakı şəhərinin Nərimanov, Yasamal və Sabunçu rayonlarında müxtəlif ünvanlar olmuşdur. - 20 aprel 2021-ci il tarixdə saat 03:26:39-dan 12:54:18-dək davamlı olaraq və heç bir dəyişmə olmadan ünvan 7 olmuşdur. Məhkəmələr tərəfindən "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, BKC/LGL-14103/22 nömrəli məktubu tədqiq edildikdən sonra antendə qeyd olunan yalnız dəqiq ünvanların əldə edilməsi və “ağlabatan şübhədən kənar” sübut standartının tətbiqi məqsədilə MOC, MTC, SMSMT, SMSMO qeyd olunan sətirlər üzrə həmin məlumatlara yenidən baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edən aşağıdakı məlumatlar müəyyən edilmişdir: - MOC - 20 aprel 2021-ci il tarixdə saat 00:17:32-də ünvan 7 ünvanı. - MOC - 20 aprel 2021-ci il tarixdə saat 03:27:37-də ünvan 7 ünvanı. - MOC - 20 aprel 2021-ci il tarixdə saat 10:56:06-da ünvan 7 ünvanı. Sadalanmış hallar Məhkum həqiqətən də, xx.xx.2021-ci il tarixdə saat 22-23 aralığında tutularaq Bakı şəhəri Nərimanov RPİ-nə aparılmasını, faktiki olaraq 20 aprel 2021-ci il saat 00:17:32-dən etibarən həmin İdarədə qanunsuz olaraq saxlanılnıdığını, (nəzərə almaq lazımdır ki, 00:17:32 şəxsin idarədə saxlanılmasının anten əsasında müəyyən edilə bilən başlanğıcını ifadə edir, şübhəsiz o, bundan əvvəl artıq polisin faktiki nəzarətində idi), təxminən 10 saat artıq müddət ərzində prosessual statusu müəyyən edilmədən tamamilə polis əməkdaşlarının nəzarəti altında olduğunu təsdiq etməklə yanaşı, ittiham tərəfinin israrla iddia etdiyi 65,037 qram marixuananın sonuncudan götürülməsi faktının ciddi şübhə altına alınması üçün əsas olmuşdur. Dövlət ittihamçısının kassasiya protestində DİN-nin portalından edilmiş çıxarışlarda əks edilən vaxtın mübahisələndirilməsi, şahid ifadələrinin məhkəmələr tərəfində lazımı qiymətləndirilməməsi, həmçinin Məhkum istifadəsində olan nömrənin anten məlumatlarının gecə saatlarında müxtəlif ünvanların göstərməsi ilə bağlı dəlilərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakı hallara istinad edərək həmin dəlillərin əsassız olması barədə qənaətə gəlir. Belə ki, CPM-nin 147.5-ci maddəsini n tələbləri baxımından tutma haqqında protokolun tərtib olunması ilə bağlı zəruri olan məlumatların protokolda dəqiq göstərilməsi üçün tutulmuş şəxsin kimliyini təsdiq edən rəsmi sənədə istinad olunması tələb olunur. Məhkum tutularkən şəxsiyyət vəsiqəsinin təqdim etməsi və həmin şəxsiyyət vəsiqəsinin cinayət işi materiallarına əlavə edilməsi kimi hallar müəyyən edilmədiyindən, tutma haqqında protokola Məhkum barəsində olan zəruri məlumatlar müvafiq olaraq DİN-nin portalından edilmiş çıxarış əsasında daxil edilmişdir. Tədqiqat orqanı tərəfindən tutma haqqında protokolun 20 aprel 2021-ci il 09:45-də tərtib olunması mübahisə doğurmadığı vəziyyətdə, DİN-nin portalından çıxarışın həmin protokolun tərtib olunmamışdan əvvəl çap olunmasını labüd edir ki, bu da qeyd olunan sənədin axşam saatlarında, və ya hər hansı başqa zaman kəsiyində çıxarılmasını istisna edir. Məhkum istifadəsində olan nömrənin anten məlumatlarının gecə saatlarında müxtəlif ünvanların göstərməsi, özü özlüyündə həmin şəxsə aid olan nömrənin anten məlumatlarının 20 aprel 2021-ci il tarixdə saat 00:17:32 radələrində etibarən, ələxsus saat 03:26:39- dan 12:54:18-dək davamlı olaraq və heç bir dəyişmə olmadan ünvan 7 olması (Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinin inzibati binası) faktını inkar edə bilməz. Dövlət ittihamçısının hadisədən uzun müddət keçməsi, polis əməkdaşlarının rutin olaraq hər gün profilaktik və digər əməliyyat tədbirlərində iştirak edərək hadisəni tam xatırlamamaları ilə bağlı dəlilərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində şahidlərdən hadisənin hansı s aatda baş verməsi deyil, nə vaxt baş verməsi soruşulmuşdur ki, belə olan halda, şahidlərin təxminən 1 il əvvəlki hadisənin hansı saatda baş verməsini xatırlamamaları ağılabatan olsa da, hadisənin gündüz, yaxud gecə baş verməsinin xatırlanmamaları inandırıcı deyil. Göründüyü kimi Məhkum alınmış “etirafedici” izahat və ifadələrə, şahidlər polis əməkdaşları olan Şahid1, Şahid2, Şahid3 və Şahid4 vermiş olduqları “ifşaedici” məlumatlara ciddi şübhələr olduğu vəziyyətdə, məhkəmələrin həmin izahat və ifadələri, 20 aprel 2021-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokolu, bu tədbirin gedişində əldə olunan predmeti sübut kimi qəbul etməmələri cinayət prosesi tərəfinin təqdim etdiyi sübutlardan əsassız olaraq imtina etmə kimi şərh edilə bilməz. Çünki, Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məh kəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1 və 144-cü maddələri ilə müqayisəsindən görünür ki, həmin sübutların yolverilməzliyinə dair nəticəyə gəlməklə məhkəmələr qeyd olunan normaların tələblərini pozmamışlar. Cinayət təqibi orqanının təqdim etdiyi digər sübutlardan məhkəmə-kimyəvi ekspertizasının 20 aprel 2021-ci il tarixli 7/375 nömrəli rəyinə gəldikdə, ekspert rəyi narkotik vasitənin məhkəmə-kimyəvi tədqiqatının nəticələrini əks etdirməklə, bilavasitə cinayət əməli – Məhkum narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edə biləcək (“axtarış-baxış və götürmə” protokolunun əhatəsindən kənarda olan) hərəkətləri barədə məlumat vermir. Belə olan halda, məhkəmələrin təqdim olunmuş sübutların Məhkum ona istinad edilən cinayət əməlini törət məkdə təqsirli bilmək üçün kifayət etməməsi, onun təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlmələri sübutlar və sübutetməyə dair cinayətprosessual qaydaların pozulması ilə əldə edilmiş qənaət kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının təqsirsizlik prezumpsiyası prinsipi cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirildiyi halda onun təqsirli bilinməsinə yol verir. CPM-in 21.2-ci maddəsinə görə cinayət-prosessual qanunun nəzərdə tutduğu prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilməlid ir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə “şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır” (maddə 28.5). Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipini nəzərdə tutan CPM-in 33-cü maddəsində isə göstərilir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən cinayətprosessual qanunun 125, 144, 146-cı maddələrinin müddəalarının pozulma sı (maddə 33.2), eləcə də sübutlara və sair materiallara qərəzli münasibət bəslənilməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir (maddə 33.4). Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinə əsasən “hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (maddə 145.3). Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qətnamələrin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkum verdiyi məlumatların həqiqiliyi təkzib olunmadığı vəziyyətdə birinci instansiya məhkəməsinin x Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bər aət verməsi, apellyasiya məhkəməsinin isə həmin nəticə ilə razılaşması Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqeyinə, cinayət-prosessual qanunun yuxarıda təsvir edilən normalarının tələblərinə cavab verən, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydaya uyğun gələn nəticə kimi özünü göstərir. Qeyd olunanlar dövlət ittihamçısının kassasiya protestinə baxılması nəticəsində məhkəmələr tərəfindən Azərbaycan Respublikası CPM-in 416.1.2-416.1.3-cü maddələrində nəzərdə tutulmuş pozuntulara yol verilməsinin müəyyən olunmadığını, yəni kassasiya protestinin təmin olunması, apellyasiya məhkəməsinin mübahisələndirilən qərarının ləğv edilməsi üçün əsasların olmadığını göstərir. Belə olan ha lda məhkəmə kollegiyası kassasiya protestinin təmin edilməsi haqqında dövlət ittihamçısı X2, həmin protestin təmin edilməməsi barədə isə bəraət almış şəxs Məhkum çıxışlarını dinləyib, şərh edilən əsaslara görə hesab edir ki, kassasiya protesti təmin edilməməli və Məhkum təqsirliliyi sübuta yetirilmədiyinə görə ona CM-nin 234.1-ci maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarixli, 1(103)-768/2023 nömrəli qərarı isə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Qərara aldı: Kassasiya protesti təmin edilməsin. Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 06 iyun 2023-cü il tarix li, 1(103)-768/2023 nömrəli qərarı verilmiş kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar