Məhkəmə qərarları › İş №1(102)-2388/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2388/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2388/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Məhkum iştirakları ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli 1(105)-113/2024 nömrəli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Hafiz Əliyev (sədrlik edən və məruzəçi), Aynur Rzayeva və Fəhmin Hümbətov) 29 noyabr 2023-cü il tarixli (124)259/2023 nömrəli hökmü ilə xx xxxx 1994-cü ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Abşeron rayonu, Masazır qəsəbəsində nömrəsiz fərdi yaşayış evində qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci ma ddəsinə əsasən ona Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli, 1(060)-588/2022 nömrəli hökmü ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılıb qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 08 iyul 2022-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə Məhkum olunmuşdur ona görə ki, o, 08 iyul 2022-ci il tarixdə saat 01 radələrində telefon vasitəsi ilə tanış olduğu şəxsiyyəti istintaqa məlum olmayan şəxsin bank hesabına 250 (iki yüz əlli) manat pul göndərdikdən sonra həmin naməlum şəxsin Abşeron rayonu, Hökməli qəsəbəsindəki beton yolu n yaxınlığında yerləşən elektrik dirəyinin yanına qoyduğu 03 ədəd şəffaf rəngli sellofan bükümdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına” (Siyahı İ) daxil olan külli miqdarda təmiz çəkisi 4,584 qram çəkidə narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi - 7,866 qram çəkidə narkotik vasitə olan marixuana və 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına” (Siyahı İİ) daxil olan külli miqdarda təmiz çəkisi - 2,754 qram çəkidə psixotrop maddə olan metamfetamini götürüb satış məqsədilə qanunsuz əldə edərək saxlamış və daşımış, 08 iyul 2022-ci il tarixdə saat 02 radələrində Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən beton yolda olan zaman ƏÇPA-nın 12-ci bölüyünün əməkdaşları tərəfindən özünü şübhəli apardığı üçün saxlanılıb, Abşeron RPl-nin Qobu PB-nin inzibati binasına gətirildikdən sonra onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən həmin 03 ədəd şəffaf rəngli sellofanlara bükülmüş 4,584 qram çəkidə narkotik vasitə heroin, 2,754 qram çəkidə psixotrop maddə metamfetamin və 7,866 qram çəkidə narkotik vasitə marixuana aşkar edilərək götürülmüşdür. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elman Əhmədov (sədrlik edən və məruzəçi), hakimlər Elman Rəhimov və Rzayev Məhəmmədəli) 21 fevral 2024-cü il ta rixli 1(105)-113/2024 nömrəli qərarı ilə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli, 1(124)-259/2023 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Məhkum kassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarının dəyişdirilməsi, işinə ədalətlə baxılmaqla əməlinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsinin qərarından narazıdır. Məhkəmə cinayət işini düzgün qiymətləndirməmişdir. İttiham olunduğu CM-in 234.4.3-cü maddəsi üzrə əsassız olaraq cəzalandırılmasını məqbul hesab etmir. İş materiallarını obyektiv və şəffaf araşdırılmasını xahiş edir və onda aşkar edilmiş 8 qram narkotik vasitənin satış məqsədi ilə olmasını təsdiq edən mötəbər sübut və ya fakt iş materiallarında yoxdur. Kassator həmçinin ilk məhkumluğu və xəstə valideyinlərinin onun himayəsində olması nəzərə alınaraq, ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə kollegiyası iş materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarı dəyişdirilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 419.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassas iya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilibedilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun əməli əsassız olaraq Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Məhkumun fikrincə onun əməli Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi nə tövsif edilməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən görünür ki, həmin maddə ilə cinayət məsuliyyəti qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, daşıma və göndərmə ilə əlaqədar hərəkətlərin külli miqdarda olmaqla satış məqsədi ilə törədildiyi halda yaranır. Göründüyü kimi “külli miqdar” və “satış məqsədi” CM-in 234.4.3-cü maddəsinin cinayət tərkibində zəruri əlamətlər kimi çıxış ed ir. Azərbaycan Respublikası CPM-in 139-cü maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Birinci instansiya məhkəməsi ittiham orqanı tərəfindən təqdim edilmiş sübutları – məhkumun özünün qismən etirafedici ifadəsini, şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 ifadələrini, məhkəmə ekspertizalarının rəylərini, istintaq hərəkətlərinin protokollarını və işin digər materiallarını tədqiq edərək onlara qiymət vermiş və həmin sübutlara əsasən nəticəyə gəlmişlər ki, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi tam təsdiq olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Məhkum 3 növdə hər b iri şəffaf rəngli sellofanlara bükülmüş 4,584 qram çəkidə narkotik vasitə heroini, 2,754 qram çəkidə psixotrop maddə metamfetamini və 7,866 qram çəkidə narkotik vasitə marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Birinci instansiya məhkəməsi məhkumun üzərində aşkar edilmiş narkotik maddələrin və psixotrop maddənin müxtəlif növlərdə olması onun həmin narkotik maddələri və psixotrop maddəni məhz satış məqsədi ilə əldə etməsi və saxlamasını təsdiq edən hal kimi qiymətləndirmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasında tədqiq edilmiş sübutlara nəzər salaraq, hesab edir ki, həmin sübutların məcmusu məhkumun Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi barədə mötəbər və yekun qərarına gəlməyə imkan verir. Odur ki, məhkəmə kolle giyası birinci instansiya və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin ittiham hökmü çıxararkən ittiham tərəfinin təqdim еtdiyi və məhkəmə istintaqında tədqiq olunmuş sübutları, yəni iş üzrə şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, məhkəmə-kimyəvi ekspertizasının rəyini, işdə оlаn istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq etmiş və həmin sübutlara qiymət verərək Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməsi və təqsirliyinin tam sübuta yetirilməsinə dair yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə tədqiq edilmiş sübutlara və işin hallarına Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının tövsiyələri baxımından qiymət verərək əsaslı olaraq belə nəticə gəlmişdir ki, Məhkum üzərində aşkar edilmiş narkotik vasitə olan marixuana və heroini, psixotrop maddə olan metamfetamini məhz satış məqsədi ilə əldə etmiş və saxlamış, Məhkum ona istinad olunan Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində təsbit edilən cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Odur ki, məhkum edilmiş şəxs Məhkum əməli Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibini yaratdığı üçün həmin əməlin yuxarıda göstərilən maddə ilə tövsif edilməsin i məhkəmə kollegiyası düzgün sayır. Kassasiya şikayətinin məhkumun əməlinin tövsifi barədə dəlilləri əsassızdır. Belə ki, Məhkum ondan aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə deyil, özünün şəxsi istehlakı üçün əldə etməsi barədə dəlilləri sübutlarla və işin halları ilə təkzib olunur və bununla da ona verilmiş ittihamda göstərilən xüsusatlar məhkəmə kollegiyasında heç bir şübhə doğurmur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini cinayət işinin materialları və işə baxan məhkəmələr tərəfindən tədqiq edilmiş sübutlarla müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, məhkəmələr işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etmiş, qiymətləndirmiş, sübutlara onların mənsubi yyəti, mümkünlüyü və mötəbərliyi üzrə düzgün qiymət vermiş, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən qanunsuz yolla əldə edilmiş sübutlardan istifadə etməmişlər. Məhkəmə kollegiyası qeyd edir ki, işə baxan məhkəmələr tərəfindən “İnsan Hüquqlarının və Əsas Azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin tələblərinə riayət edilmiş, iş üzrə açıq və çəkişmə prinsipinə riayət edilməklə ədalətli məhkəmə araşdırması aparılmış, istər işin ibtidai istintaqı zamanı, istərsə də məhkəmə araşdırmaları zamanı məhkumun müdafiə hüququ təmin edilmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun əməlinin düzgün tövsif edilməməsi barədə kassasiya şikayətinin dəlillərini əsassız olduğundan qəbul etmir və apellyasiya məhkəməsinin mübahisələndirilən qər arının qanuni və əsaslı olması barədə nəticəyə gəlir. Məhkəmə kollegiyası işə baxan məhkəmələrin Məhkum cinayət əməllərinin sübuta yetirilməsinə və onun tövsifinə dair nəticələri iş materiallarına uyğun olduğu üçün bu nəticə ilə razılaşır və belə hesab edir ki, Məhkum cinayət əməli məhkəmələr tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Kassator Məhkum kassasiya şikayətinin digər dəlili ona təyin edilmiş cəzanın ağır və sərt olmasıdır. Kassasiya şikayətinin dəlili ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Cinayət işinin materiallarından görünür ki, Məhkum Sumqayıt şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, onun 13 may 2022-ci il tarixdən 15 may 2022-ci il tarixədək tutulduğu iki gün müddət cəzaya hesablanmış və onun çəkəcəyi azadlıqdan məhrum etmə müddəti 11 ay 28 gün müəyyən edilmişdir. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən düzgün olaraq nəticəyə gəlmişdir ki, Məhkum qəti cəza cinayətlərin məcmusu üzrə, yəni hazırkı cinayət işi üzrə törədilmiş cinayətə görə və Sumqayıt Şəhər Məhkəməsinin 03 oktyab r 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaları qismən toplamaqla təyin edilməlidir. Birinci instansiya məhkəməsi cinayətlərin məcmusu üzrə qəti cəza təyin edərkən birinci iş üzrə Məhkum şübhəli şəxs qismində tutulduğu müddəti qəti cəzaya hesablamamışdır. Halbuki, Azərbaycan Respublikası CM-in 66-cı maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti cəza hər bir cinayət görə ayrılıqda təyin edilmiş cəzaların tamamilə və ya qismən toplanması yolu ilə müəyyən edilir. CM-in 66.5-ci maddəsində nəzərdə tutulmuş halda isə birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Göründüyü kimi, birinci instansiya məhkəməsi Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza təyin edərkən CM-in 66-cı maddəsinin normalarını düzgün tətbiq etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işə məhku mun apellyasiya şikayətinə əsasən baxıb birinci instansiya məhkəməsinin hökmü dəyişdirmədən saxlayaraq həmin səhvi təkrarlamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, Məhkum cinayətlərin məcmusu üzrə qəti cəza təyin edərkən birinci hökmü üzrə çəkilmiş, yəni həbsdə olduğu müddət qəti cəzaya hesablanılmalıdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2023-cü il tarixli qərarı Məhkum oğluna qəti cəzanın təyin edilməsi hissəsində qanuni hesab etmir və kassasiya şikayətinin cəzanın düzgün təyin edilməməsi dəlili ilə qismən razılaşır. Bununla yanaşı Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələr ində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təyin edə bilmir. Eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il tarixli 04 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə qarşı cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbayca n Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cü il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Birinci instansiya məhkəməsi Məhkum cəza təyin edərkən onun əməlində cəzasını ağırlaşdıran və yüngülləşdirən halların olmaması qənaətinə gəlmiş, işə apellyasiya qaydasında yenidən baxan Sumqayıt Apellyasiya Məhkəməsi iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Kassasiya şikayətinin məzmununu iş materialları ilə əhatəli şəkildə tədqiq edən kassasiya instansiyası məhkəməsi qeyd etməyi zəruri hesab edir ki, məhkum törətmiş olduğu cinayət əməlindən peşman olduğunu qeyd edərək, ilk dəfə məhkum olunmasını və ailə vəziyyətini nəzərə alınması xahiş etmişdir. İş materiallarına əlavə edilmiş tələbnamədən görünür ki, Məhkum əvvəllər məhkum olunmamış, hər hansı növ cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Sumqayıt şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilən arayış və xasiyyətnamədən görünür ki, Məhkum ailəsi ilə birgə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamışdır. Yaşadığı müddət ərzində barəsində nümayəndəliyə hər hansı bir şikayət daxil olmamışdır. Göründüyü kimi məhkumun cəzasını ağırlaşdıran heç bir halı müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Məhkum törətdiyi cinayətin ağırlığını müzakirə edərək qeyd edir ki, onun qanunsuz əldə etdiyi narkotik vasitə və psixotrop maddələrin miqdarı qanunla həmin növ narkotik maddələr üçün müəyyən edilmiş külli miqdarın aşağı həddini az miqdarda aşır. Azərbaycan Respublikası 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlər də ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr Məhkum cəza təyin edərkən işin yuxarıda qeyd edilən halı və məhkumun şəxsiyyətini kifayət qədər nəzərə almamış, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarında məhkəmələrə verilmiş Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinin tələblərindən irəli gələn tövsiyələrə əməl etməmiş, cəza ilə əlaqədar öz mövqeyini əsaslandırmamış, nəticədə ona şəxsiyyətinə və işin hallarına uyğun olmayan ağır cəza təyin etmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin bu nöqsanı üzrə sükutla keçmişdir. Bu bax ımdan da məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin məhkum X2 təyin edilmiş cəzanın dəyişdirilmədən saxlanılması barədə gəldiyi nəticəni qanuni hesab etmir. Məhkəmə kollegiyası hesab edir ki, işin hallarını və məhkumun şəxsiyyətini nəzərə alaraq Məhkum təqsirli bilindiyi maddənin sanksiyası həddində daha qısa müddətdə azadlıqdan məhrumetmə cəzası təyin etməklə onun islah olunmasını və cəzanın digər məqsədlərini təmin etmək mümkündür. Azərbaycan Respublikası CPM-in 416.1.21 maddəsinə əsasən məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Ona görə də məhkəmə kollegiyası Mə hkum daha aşağı həddə cəza təyin edilməklə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 21 fevral 2024-cü il tarixli qərarının dəyişməsini qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.1 və 419.10.4-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALİR: Apellyasiya şikayəti qismən təmin edilsin. Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı dəyişdirilsin. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cə zası 5 (beş) il 6 (altı) ay müddətinə endirilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən hazırkı qərarla və Sumqayıt şəhər Məhkəməsinin 03 oktyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaları qismən toplamaqla Məhkum qəti olaraq 5 (beş) il 9 (doqquz) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Məhkum birinci iş üzrə həbsdə saxlanıldığı 2 (iki) gün qəti cəzaya hesablansın və üzərində çəkilməsi üçün 5 (beş) il 8 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökm və qərar qalan hissədə dəyişdirilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar