Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2389/2025 04.11.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Novruzov Ələsgər Əli İskəndər oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun iştirakı ilə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü ilə Məhkum A zərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2025-ci il tarixli qərarından dövlət ittihamçısı Hüseynov Elnar Əli oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər Cəlilov Oruc Yusif oğlu (sədrlik edən və məruzəçi), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə) Məhkum, 2 dekabr 1986-cı il tarixdə Lənkəran rayonunun Viravul kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç yerdə işləməmiş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonunun Viravul kə ndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış, CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-in 93.1.2-ci maddəsinə əsasən onun barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata götürülməsi qərara alınmışdır. İşin halları: Məhkəmənin hökmünə əsasən, Məhkum 4 fevral 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istifadəsi, habelə həmkəndlisi Şahid4 xahişi ilə narkotik maddə alması üçün ona verdiyi 30 manatın üzərinə təxminən 20 manat pul əlavə edib 9 ədəd bükümdə olmaqla cəmi, külli miqdarda-2,775 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb daşımış və həmin narkotik vasitənin 4 ədəd bükümdə - 0,254 qram, 0,239 qram, 0,411 qram və 0,326 qram olmaqla cəmi 1,230 qram heroini 4 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri ərazisində Şahid4 vermiş, qalan 5 ədəd bükümdə olan heroini üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 4 fevral 2023-cü il tarixdə saat 14 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 05 ədəd bükümdə-0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram və 0,340 qram olmaqla cəmi 1,545 qram narkotik vasitə olan h eroin aşkar edilib götürülmüşdür. İbtidai araşdırma orqanının gəldiyi nəticəyə görə isə, Məhkum 9 ədəd bükümdə cəmi 2,775 qram, yəni külli miqdarda narkotik vasitə olan heroini satış məqsədilə əldə etdikdən sonra həmin narkotik vasitənin 4 bükümdə olan hissəsini – 1,230 qramını 30 manata Şahid4 satmış, qalan 5 bükümdə olan 1,545 qram çəkidə hissəsini isə satış məqsədilə üzərində saxlayaraq daşımışdır. Bu əməlləri törətməsinin sübuta yetirilməsini hesab edən istintaq orqanı tərəfindən Məhkum qarşı CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə məhkəməyə verilmişdir. İşə birinci instansiya məhkəməsində baxılması nəticəsində Məhkum Şahid4 narkotik vasitə satması və üzərindən aşkar edilərək götürülmüş heroini satış məqsədilə əldə edərək saxlaması və daşıması sübuta y etirilmədiyindən onun əməlləri CM-in 234.4.3cü maddəsindən CM-in 234.1-1-ci maddəsinə tövsif edilərək iş üzrə yuxarıda göstərilən hökm çıxarılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmündən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə və dövlət ittihamçısı Şabanov Valeh İxtiyar oğlu tərəfindən verilmiş apellyasiya protestinə əsasən işə baxan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə) 12 may 2025-ci il tarixli qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməmiş, hökm isə dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2025-ci il tar ixli qərarından dövlət ittihamçısı E.Ə.Hüseynov kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi haqqında qərarın qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestində CM-in və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) bir sıra maddələrinə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında" Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununa, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihama, iş üzrə toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübutlara, habelə qəbul edilmiş yekun məhkəmə aktlarına və bu aktlar üzrə məhkəmələrin gəldikləri nə ticələrə istinad edərək işin məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki hallarını mübahisələndirən dövlət ittihamçısı E.Ə.Hüseynov həmin protestini belə əsaslandırmışdır ki, iş üzrə ibtidai araşdırma zamanı toplanmış sübutlar məhkəmələr tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilməmiş və bunun nəticəsi olaraq Məhkum əməlinin tövsifində səhvə yol verilmişdir. Məhkum əməllərinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.1-1ci maddəsinə tövsif edilməsini mümkün bilərkən isə məhkəmələr onun və Şahid4 məhkəmə iclaslarında verdikləri qeyri-səmimi və ziddiyyətli ifadələrinə əsaslanmış, lakin onların ibtidai araşdırma zamanı, habelə Şahid4 özünün barəsində cinayət işinə məhkəmədə baxılarkən verdikləri ifadələrini və iş üzrə toplanmış və məhkəmə iclasında araş dırılmış digər sübutları nəzərə almamış, bununla da həm birinci instansiya məhkəməsinin hökmü, həm də həmin hökmün dəyişdirilmədən saxlanılması haqqında qərar yalnız ehtimallara və mülahizələrə əsaslanmışdır. Halbuki, ibtidai araşdırma zamanı heç bir qanun pozuntusuna yol verilmədən əldə edilmiş və məhkəmə iclaslarında araşdırılmış sübutlarla Məhkum doqquz ədəd bükümdə 2,775 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi və həmin narkotik vasitənin bir hissəsini Şahid4 30 manata satması tam təsdiq edilmişdir. Həmçinin məhkəmələr Məhkum törətdiyi əməllərin düzgün tövsif edilməməsi barədə yekun məhkəmə aktları qəbul edərkən Şahid4 barəsindəki Lənkəran Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmlə müəyyən edilmiş halları və həmin hökmün hazırkı iş üzrə Məhkum təqsirliliyinin müəyyən edilməsində preyudisial xarakter daşımasını da nəzərə almamışlar. Qeyd olunan hökmlə isə Şahid4 üzərindən aşkar edilərək götürülmüş 4 bükümdə cəmisi 1,230 qram qram çəkidə narkotik vasitə olan heroini 30 manata Məhkum alması müəyyən edilmişdir. Şərh olunan dəlillərə əsaslanaraq dövlət ittihamçısı E.Ə.Hüseynov onun kassasiya protestinin təmin edilməsini xahiş edir. Cinayət prosesinin iştirakçıları kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında qanuna müvafiq qaydada və müddətdə məlumatlandırılmış, lakin Məhkum məhkəmə iclasında iştirak etmək arzusunu bildirməyərək bu haqda ərizə ilə Ali Məhkəməyə müraciət etməmişdir. Məhkəmə kollegiyası bununla bağlı dövlət ittihamçısı H.B.İmranovun rəyini dinləyərək və CPM-in 419.4-cü maddəsini n tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum iştirakı olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-in 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etməsi barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestinin məzmunundan göründüyü kimi, sonuncu tərəfindən verilmiş həmin protestin əsas dəlilləri ondan ibarətdir ki, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiya sı birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni təkrarlayarkən ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlara CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq düzgün hüquqi qiymət verməmiş və Məhkum əməlləri CM-in 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilməmişdir. Bunlarla bağlı dəlillərə əsaslanan dövlət ittihamçısı apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərarın ləğv edilməli olması haqqında tələbini CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. CPM-in 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə kassasiya instansiyası məhkə məsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protestini kassasiya qaydasında baxılmalı müraciət kimi görür və Məhkum olunmasına dair cinayət işinin materiallarını və həmin iş üzrə çıxarılmış yekun məhkəmə aktlarının qanuniliyini və əsaslığını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də xatırladır ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərini müəyyən edən CPM-in 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. CPM-in 419.11-ci maddəsinin tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Məhkəmə kolleg iyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxaraq və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-in 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydasında icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-in 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-in 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Bundan başqa, kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiya məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual hüquq normalarının, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. Daha sonra məhkəmə kollegiyası vurğulayır ki, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra mətndə Konstitusiyanın) 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Bununla yanaşı, bu tələb ictimai təhlükəlilik dərəcəsi yüngül olan cinayət törətmiş şəxslərin onların törətmədiyi daha ağır əməllərə görə cinayət məsuliyyətinə cəlb edilmələrinin, təqsirli bilinmələrinin və cəzalandırılmalarının yolverilməzliyini də nəzərdə tutur. Təqsirsizlik prezumpsiyası təsbit edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ-İİİ hissələrinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Konstitusiyanın 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu dur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi məqsədi ilə dövlət səmərəli hüquqi mexanizmlər yaratmaqla, ədalət mühakiməsinin həyata keçirilmə prosesində hüquq və azadlıqların bərpasına nail olur. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsində deyilir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın bu norması çəkişmə prinsipinə əsasən işə baxan məhkəmənin üzərinə özü tərəfindən cinayət məsuliyyətinə cəlb edilmiş şəxsin təqsirliliyinə və ya təqsirsiz olmasına dair sübutları axtarılmasını və belə sübutların araşdırılmasını deyil, cinayət prosesinin iştirakçılarına işin düzgün həlli, yəni həqiqətin müəyyən edilməsi məqsədilə cinayət prosesinin iştirakçılarına öz sübutlarını məhkəməyə təqdim etmək üçün bərabər şərait yaratmaq, təqdim o lunmuş bütün sübutları tam, hərtərəfli və obyektiv araşdırmaq, bu zaman qaldırılmış vəsatətlər üzrə əsaslandırılmış qərarlar qəbul etmək, araşdırılmış sübutlara qanuna müvafiq qaydada qiymət vermək və həmin sübutlara əsasən müəyyən etdiyi faktlara əsasən bu və ya digər nəticəyə gəlmək vəzifəsini qoyur. Məhkəmə icraatı zamanı qeyd olunan vəzifənin yerinə yetirilməsi zamanı sübutların təqdim olunması üçün istər ittiham, istərsə də müdafiə tərəfinə əlverişsiz şəraitin yaradılması, qaldırılmış vəsatətlərin əsassız olaraq təmin edilməməsi, faktiki isə təqdim olunmuş sübutların tədqiqindən imtina edilməsi hallarında məhkəmənin təhlil edilən konstitusiyon tələbə əməl etməsindən, ədalətli məhkəmə araşdırılması hüququnun təmin olunmasından söhbət gedə bilməz. Eyni zamanda bu konstitusiyon tələb məh kəməni də zəruri hallarda, həqiqətin müəyyən edilməsi məqsədilə öz təşəbbüsü ilə iş üçün mühüm əhəmiyyət kəsb edən bu və ya digər sübutu əldə edərək araşdırması vəzifəsindən azad etmir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsi nəzərdə tutur ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. “İnsan hüquqları haqqında Ümumi Bəyannamə”nin 11-ci maddəsində, və “Mülki və siyasi hüquqlar haqqında" Beynəlxalq Paktın 14-cü maddəsində də təqsirsizlik prezumpsiyası nəzərdə tutulur ki, həmin b eynəlxalq müqavilələrin tələblərinə görə də, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız, o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Konstitusiyanın 63-cü maddəsinə uyğun olaraq cinayət mühakimə icratının təqsirsizlik prezumpsiyası prinsipini nəzərdə tutan CPM-in 21.1-21.3-cü maddələrində göstərilmişdir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün ir əli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, həm Azərbaycan Respublikasının Əsas Qanununda, həm beynəlxalq müqavilələrdə, həm də prosessual qanunvericilikdə nəzərdə tutulmuş təqsirsizlik prezumpsiyası prinsipinə təkcə şəxsin ümumiyyətlə oan qarşı irəli sürülmüş ittiham üzrə təqsirlilik məsələsi həll olunarkən deyil, həm də onun cinayət əməlinin düzgün tövsif edilib-edilməməsinin, bu zaman törədilmiş əməlin bütün cəhətlərinin və ittihama uğun olaraq müvafiq tövsifedici əlamələtlərinin olub olmamasının yoxlanılması zamanı da əməl olunmalı və bu yoxlamanın nəticəsində CPM-in 318.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. CPM-in 318.1-ci maddəsinə görə isə, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadəl əşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir o şərtlə ki, bu haqda məhkəmənin müvafiq nəticəyə gəlməsi təqsirkarın müdafiə hüququnun pozulmasına səbəb olmasın.. Cinayət məsuliyyətinin əsaslarına dair CM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qanunun bu normasının mənasına görə, şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. CM-in 7.1-ci maddəsinə əsasən, yalnız törətdiyi ictimai təhlükəli əmələ hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Qanunvericiliyin bu tələblərinə əsaslanaraq məhkəmə kollegiyası qeyd etməyi zəruri bilir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqs irləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınması, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalması, cəzanın düzgün olmayan tətbiqi, bunlar isə öz növbəsində CM-də müəyyən edilmiş qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulması ilə nəticələnə bilər. Belə hüquqi mövqe həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da əksini tapmışdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tar ixli Qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilm əsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət v ə humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələrinə görə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.1-33. 4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsində göstərilmişdir ki, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqs ədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. CPM-in 139-cu maddəsi bu normada göstərilən digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Belə ki, həmin maddədə qeyd olunur ki, cinayət təqibi üzrə icraat zamanı aşağıdakılar yalnız sübutlara əsasən müəyyən edilir: 139.0.1. cinayət hadisəsinin baş vermə faktı və halları; 139.0.2. şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi; 139.0.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri; 139.0.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi; 139.0.5. cinayət qanunu i lə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; 139.0.6. bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar. CPM-in 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-in 145.3-cü maddəsi isə cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna ittihamı n həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməsini tələb edir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM-in 146.1-ci maddəsi). CPMnin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. CPM-in 351.2-ci maddəsinin tələbinə görə, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. CPM-in 351.3-cü maddəsində isə müəyyən edilmişdir ki, məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: 351.3.1. təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; 351.3.2. bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq; 351.3.3. məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; 351.3.4. təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Göründüyü kimi, cinayət mühakimə icraatının obyektivliyi, qərəz sizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-in 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddəalar (CPM-in 349.5 və 351-ci maddələri) tələb edirlər ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hallarına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın, iş üzrə yekun məhkəmə aktı qəbul edərkən isə - təqsirsizlik prezumpsiyası prinsipini rəhbər tutsun. Yalnız belə olduqda, CPM-in 21 və 349.5-ci maddələri tələb etdiyi kimi, məhkəmənin yekun qərarı, o cümlədən şəxsin ona istinad edilən cinayətin törədilməsində təqsirli və ya təqsirsiz olması (təqsirinin sübuta yetirilməməsi) barədə nəticə əsaslı sayıla bilər. Qanunvericiliyin tələblərinə uyğun olan eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun aşağıdakı Qərarlarında da ifadə olunmuşdur. Belə ki, “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddələrinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 may 2009-cu il tarixli Qərarında qeyd edilir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda vurğulamışdır ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz a ktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti ol an məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığını şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi müxtəlif ölkələrə qarşı qəbul etdiyi Qərarlarında dəfələrlə vurğulamışdır ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutla r təşkil etməlidir ki, qanuna müvafiq, yəni qanuni yolla əldə olunmuş olsun. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 8-10-cu bəndlərində məhkəmələrə izah edilmişdir ki, Konstitusiyanın 63-cü maddəsinə, habelə CPM-in 33, 125-ci maddələrinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunsuz yolla əldə edilən sübutlardan istifadə edilə bilməz. Məhkəmə öz təşəbbüsü ilə və yaxud cinayət prosesi tərəflərinin vəsatətləri əsasında sübutun CPM-in 125.2-ci maddəsində nəzərdə tutulmuş pozuntularla əldə edilməsi səbəbindən istifadə edilməsinin qeyri-mümkün olması barədə nəticəyə gəlib, onu sübutların sırasından xaric edərkən qanun pozuntusunun nədən ibarət olmasını əsaslandırmalıdır. CPM-in 33.4, 338.1.2 və 349.5.1- ci maddələrinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Bu maddələrin tələbinə görə məhkəmə gəldiyi nəticələri şərh edərkən məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda əksini tapmayan sübutlara istinad edə bilməz. Təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Məhkum barəsindəki cinayət işinin materiallarından göründüyü kimi, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 27 mart 2024-cü il tarixli hökmündən verilmiş apellyasiya şikayətinə və apellyasiya protestinə əsasən cinayət işinə məhkəmə istintaqı aparılmaqla və əlavə sübutlar tələb edilməklə baxmış apellyasiya instansiyası məhkəməsi, kassasiya protestinin dəlillərinin əksinə olaraq, iş üzrə qəbul etdiyi qərarında ibtidai araşdırma orqanı tərəfindən məhkəməyə təqdim olunmuş, birinci instansiya məhkəməsinin məhkəmə iclasında isə tam, hərtərəfli və obyektiv araşdırılmış sübutları CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq qaydada mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə ibtidai araşdırma orqanının gəldiyi nəticədən fərqli olaraq kassasiya qaydasında mübahisələndirilən həmin qərarında Məhkum ona elan olunmuş ittiham üzrə törətdiyi cinayətin obyektiv cəhətinə aid olan hərəkətləri etməsi barədə qənaətə gəlmiş, lakin araşdırılmış sübutlara əsasən məhkumun külli miqdarda narkotik vasitə olan 2,77 5 qram çəkidə heroinin qanunsuz dövriyyəsi ilə bağlı ittiham olunduğu əməli satış məqsədilə törətməsini, həmin vasitənin bir hissəsini satmasını müəyyən etməyərək onun törətdiyi əməllərinin CM-in 234.1-1-ci maddəsinə tövsif edilməsi haqqında birinci instansiya məhkəməsinin nəticəsi ilə razılaşmışdır. Eyni zamanda məhkəmə araşdırılmış sübutların Məhkum həmin maddə ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli olmasına dəlalət etməsini və belə qənaətə gəlmək üçün onların kifayət etməsini hesab etmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin gəldikləri bu nəticə düzgündür, qanunidir və bu baxımdan həmin nəticənin şübhə altına alınması üçün heç bir əsas yoxdur. Əvvəla, yalnız ehimal xarakteri daşıyan kassasiya protestinin dəlillə rinə cavab olaraq məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin gəldikləri nəticəyə görə, Məhkum istintaqa məlum olmayan mənbədən naməlum şəraitdə və vaxtda satış məqsədi olmadan külli miqdarda – 2,775 qram çəkidə və 9 bükümdə qablaşdırılmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşımasına və saxlamasına dair təqsirliliyinin mötəbərliyi heç bir şübhə doğurmayan, CPM-in 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş, araşdırılmış və qiymətləndirilmiş sübutlarla tam təsdiq edilir və işin bu faktiki halları dövlət ittihamçısı E.Ə.Hüseynov tərəfindən də mübahisələndirilmir. Məhkum bu əməlləri satış məqsədi olmadan törətməlsi haqda məhkəmələrin iş üzrə gəldikləri nəticəsi ilə razılaşmayan kassasiya protestinin müəllifi isə hesab edir ki, məhkumun 9 bükümdə külli miqdarda – 2,775 qram çəkidə narkotik vasitəni məhz satış məqsədilə əldə etməsi, həmin narkotik vasitənin 4 bükümdə olan və 1,230 qram təşkil edən hissəsini Şahid4 30 manata satması məhkum olunmuş şəxsin ibtidai araşdırma orqanı tərəfindən onu elan olunmuş ittiham üzrə CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsinə dəlalət edir və bu ittiham ilkin və ibtidai araşdırmalar zamanı toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutlarla tam təsdiq edilir. Kassasiya protestinin dəlillərinə əsaslandırılmış və inandırıcı cavab verilməsi üçün isə məhkəmə kollegiyası araşdırılmış sübutların bir qisminə hazırkı qərarda da müraciət etməyi zərur bilir. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, bu dəlillərin əksinə olaraq iş üzrə ibtidai araşdırma zamanı toplanmış, biri nci və apellyasiya instansiya məhkəmələrinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutların təhlili Məhkum 2,775 qram çəkidə narkotik vasitə olan heroini əldə edərkən onu satmaq niyyətində olması, eyni zamanda həmin narkotik vasitənin bir hissəsini - 1,230 qramını 30 manat pul müqabilində Şahid4 satması məhz məhkəmə iclaslarında araşdırılmış sübutlarla təsdiq edilməmiş, Emil Baxşıyevə qarşı irəli sürülmüş ittiham üzrə törətdiyi cinayətin bütün hallarını, o cümlədən həmin cinayətin subyektiv cəhətini, yəni satış məqsədini təsdiq edən mötəbər və təkzib edilməz sübutlar isə ibtidai araşdırma orqanı və dövlət ittihamçıları, o cümlədən kassasiya protestinin müəllifi tərəfindən məhkəmələrə təqdim etməmiş və məhkəmələr də belə sübutları tədqiq etməmişlər. Belə ki, iş mat eriallarından görünür ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum qarşı irəli sürülmüş ittihamın əsasını onun və Şahid4 ibtidai araşdırma zamanı verdikləri ifadələri, sonuncuların barələrində cinayət işi üzrə ilkin araşdırmaların aparılması zamanı üzərlərində şəxsi axtarışın və götürmənin keçirilməsi haqqında 4 fevral 2023-cü il tarixli protokollar (videogörüntülərlə birlikdə), bu istintaq hərəkəti aparılarkən onların verdikləri izahatlar, məhkəmə-kimyəvi ekspertizalarının rəyləri, bu rəylərlə aşkar edilərək götürülmüş narkotik vasitənin ümumi çəkisinin miqdarı, habelə hər iki şəxsin saxlanılmasında və üzərlərində şəxsi axtarışın aparılmasında iştirak etmiş polis əməkdaşlarının ifadələri təşkil etmişdir. İbtidai araşdırma zamanı verdiyi ifadələrində Məhkum üzərində 4 fevral 2023-cü il t arixdə öz istifadəsi üçün cəmisi 9 bükümdə narkotik vasitə olan heroini 50 manata Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində anket məlumatlarını bilmədiyi “Rəşad” adlı şəxsdən almasını, həmin bükümlərdən 4 ədədini həmkəndlisi və narkotik vasitələrin istifadəçisi olan Şahid4 30 manat məbləğində pulun müqabilində verməsini, qalan narkotik vasitəni istifadə etmək üçün yer axtararkən həmin tarixdə saat 14 radələrində 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran Şəhər-Rayon Polis şöbəsinə aparılmasını və orada üzərində şəxsi axtarış aparılarkən 5 bükümdə olan narkotik vasitənin aşkar edilərək götürülməsini göstərsə də, məhkəmə iclaslarında bu ifadələrindən imtina edərək narkotik vasitələrin istifadəçisi olmasını, lakin 4 fevral 2023-cü il tarixdə ümumiyyətlə narkotik vasitə əldə etmədi yini və saxlanılarkən üzərində belə vasitənin olmamasını, eyni zamanda Şahid4 4 bükümdə heroin satmamasını bildirmişdir. Hazırkı iş üzrə şahid qismində dindirilmiş Şahid4 Kərim oğlu həm hazırkı, həm də özünün CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi ibtidai araşdırma zamanı və məhkəmə iclasında onun üzərindən aşkar edilərək götürülmüş 4 bükümdə narkotik vasitə olan heroini 4 fevral 2023-cü il tarixdə saat 12 radələrində həmkəndlisi Məhkum 30 manat məbləğində pul verərək ondan almasını göstərməsinə baxmayaraq, hazırkı iş üzrə məhkəmə iclaslarında dindirilərkən ardıcıl olaraq göstərmişdir ki, o, 4 fevral 2023-cü il tarixdə narkotik vasitə əldə etmək məqsədilə yaşadığı Lənkəran rayonunun Vilavur kəndindən Lənkəran şəhərinə gəlmiş, lakin müəyyən vaxt və yerlərdə belə va sitə axtarsa da tapa bilməmiş, bu zaman həmkəndilisi Məhkumlə rastlaşmış və onun da narkotik vasitə əldə etmək istəməsini bilib ona da heroin almasını xahiş edib sonuncuya 30 manat məbləğində pul vermişdir. Məhkum həmin pulu götürərək onun bilmədiyi yerə getmiş və bir qədər vaxtdan sonra qayıdaraq ona 4 bükümdə heroin vermiş, lakin o, həmin bükümlərdə olan heroini istifadə edə bilməmiş, çünkü tez bir vaxtda polis əməkdaşları tərəfindən saxlanılaraq Lənkəran RŞPŞ-nə aparılmış və orada üzərində şəxsi axtarış aparılarkən göstərilən narkotik vasitə üzərindən aşkar edilərək götürülmüşdür. Təhlil göstərir ki, Məhkum Şahid4 30 manat pul müqabilində 4 bükümdə cəmisi 1,230 qram narkotik vasitə olan heroini satması faktı barədə ibtidai araşdırma orqanının, eləcə də hazırkı iş üzrə məhkəmə iclaslar ında dövlət ittihamını müdafiə etmiş, apellyasiya və kassasiya protestlərinin müəllifləri olan prokurorların qənaətləri yalnız Şahid4 və Məhkum ibtidai araşdırma zamanı verdikləri ifadələrinə əsaslanmış (iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 da, hər birisi ayrı-ayrılıqda verdikləri ifadələrində həmin halı məhz bu ifadələrə istinad edərək təsdiq etmişlər), lakin Məhkum məhkəmə iclaslarında dindirilərkən bu faktın olmasını ümumiyyətlə inkar etmiş, Şahid4 isə bu faktı başqa – yuxarıda göstərilən şəkildə təsvir etmişdir. Eyni zamanda, iş materiallarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, 4 fevral 2023-cü il tarixdə Məhkum üzərindən aşkar edilərək götürülmüş 5 bükümdə cəmisi 1,545 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə əldə e tməsini təsdiq edən hər hansı sübut ibtidai araşdırma orqanı tərəfindən əldə edilməmiş və belə sübutlar məhkəmələrə təqdim olunmamışdır. Belə olan halda, məhkəmələr tam qanuni və əsaslı olaraq iş üzrə toplanmış və məhkəmə iclaslarında araşdırılmış sübutları qanuna müvafiq qaydada qiymətləndirərək, yəni CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verməyərək belə nəticəyə gəlmişlər ki, Məhkum 4 fevral 2023-cü il tarixdə satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istifadəsi, habelə həmkəndlisi Şahid4 xahişi ilə narkotik maddə alması üçün ona verdiyi 30 manatın üzərinə təxminən 20 manat pul əlavə edib 9 ədəd bükümdə olmaqla cəmi, külli miqdarda-2,775 qram narkotik vasitə olan heroin əldə edib, saxlayıb daşımış və həmin narkotik vasitənin 4 ədəd bükümdə - 0,254 qram, 0,239 qra m, 0,411 qram və 0,326 qram olmaqla cəmi 1,230 qram heroini 4 fevral 2023-cü il tarixdə, saat 12 radələrində Lənkəran şəhəri ərazisində Şahid4 vermiş, qalan 5 ədəd bükümdə olan heroini üzərində saxlayıb daşıyarkən, daxil olmuş əməliyyat məlumatı əsasında 4 fevral 2023-cü il tarixdə saat 14 radələrində Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Məhkum Lənkəran şəhəri, Ş.Xiyabani küçəsində saxlanılıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 5 ədəd bükümdə-0,314 qram, 0,296 qram, 0,315 qram, 0,280 qram və 0,340 qram olmaqla cəmi 1,545 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Göstərilən narkotik vasitənin xarici görüntülərinin və kimyəvi komponentlərinin eyni olması barədə məhkəmə-kimyəvi ekspertizasının 5 fevral 2023-cü il tarixli 19/158 nömrəli rəyi üzrə ekspertlərin gəldikləri qənaət isə Məhkum həmin narkotik vasitənin bir hissəsini hər hansı mənfəət əldə etmək məqsədilə (bu hal da iş üzrə toplanmış və araşdırılmış sübutlarla müəyyən edilmədiyindən buna görə Məhkum qarşı ittiham irəli sürülməmişdir) Şahid4 satmasını deyil, göstərilən narkotik vasitənin bütövlükdə bir mənbədən əldə edilməsini təsdiq edir. Bütün sübutların məcmusu işin faktiki hallarının belə müəyyən edilməsinə əsas verir ki, Məhkum 4 fevral 2023-cü il tarixdə həm özünün, həm də Şahid4 istifadə etmələri üçün məhz sonuncunun maraqlarından çıxış edərək ondan 30 manat məbləğində pulu alıb özünün də 20 manat məbləğində pulunu əlavə edərək bu pula cəmisi 2,775 qram çəkidə, yəni külli miqdarda narkotik vasitə ol an heroin əldə edib üzərində saxlayaraq daşımış, həmin heroinin 1,230 qramını (4 bükümdə) Şahid4 verdiyi pulun müqabilində ona vermiş, qalan 1,545 qramını isə narkomaniya xəstəliyindən əzab çəkən şəxs kimi (bu hal da məhkəmə-narkoloji ekspertizasının 6 fevral 2023-cü il tarixli 141 nömrəli rəyi ilə təsdiq olunur) öz istifadəsi üçün, yəni satış məqsədi olmadan üzərində saxlamışdır. Məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, istər məhkəməyədək icraat zamanı, istərsə də məhkəmə iclaslarında Məhkum hər hansı başqa vaxtda və şəraitdə narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması, onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitənin əldə edilməsi ilə bağlı sifarişlər almaları və həmin sifarişləri icra etməsi, məhkumun əməllərinin bu qaydada qiymətləndirilməsinə və CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsinə əsas yaradan başqa hallar da toplanmış və araşdırılmış sübutlarla müəyyən edilməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış və məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, maddi və prosessual hüquq normalarının tələblərinə, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrə əsaslanaraq bu haqda işə mahiyyəti üzrə baxmış məhkəmələrin gəldikləri qənaəti, nəticə etibarı ilə isə Məhkum əməllərinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsini düzgün sayır və istər sübutların araşdırılması, istərsə də sübutetməyə dair qanunvericiliyin tələblərinin məhkəmələr tərəfindən pozulmamasını və məhkum olunmuş şəxsin əməlinin hüquqi tövsifində səhvə yol verilməməsini qeyd edərək bütün bunlar barədə kassasiya protestinin dəlillərinin qəbul edilən hesab edilməsini və həmin dəlillər üzərində qurulmuş tələbin təmin olunmasını mümkün bilmir. İlk öncə məhkəmə kollegiyası qeyd edir ki, ibtidai araşdırma orqanı tərəfindən Məhkum təqsirləndirildiyi CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin dispozitiv əlamətlərinin həmin cinayətin obyektiv cəhətinə aid olan hissəsi mübahisəsiz sübut olunsa da, bunlar məhkumun əməllərində qeyd olunan maddələrdə nəzərdə tutulmuş cinayət tərkibinin mövcud olmasına kifayət etmir. Belə ki, CM-in 234.4.3-cü maddəsinin dispozisiyasında CM-in 234.2-ci maddəsinə istinadən motiv və məqsədin konkret göstərilməsi o deməkdir ki, əvvəla bu əlamətlər əməlin subyektiv cəhətini xarakterizə edən tərkib əlamətləridir və həmin əlamətlərin yoxluğunda, yaxud onların müəyyən edilməsi sübuta yetirilmədiyi halda təqsirkarın əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin olmasından söhbət gedə bilməz. Bunun üçün isə aşağıda qeyd olunan üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: şəxs CM-in 234.2-ci maddəsinin dispozisiyasında göstərilən əməlləri satış məqsədilə törətməli, yaxud da narkotik vasitələrin və ya psixotrop maddələrin satışını həyata keçirməlidir; şəxs belə əməlləri qanunsuz etməlidir; narkotik vasitələr və ya psixotrop maddələr külli miqdarda olmalıdır. Belə tələb həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun müddəalarından və “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024cü il tarixli Qərarında əksini tapmış izah və tövsiyələrdən də irəli gəlir. Belə ki, göstərilən Qanunun 1.0.11-ci maddəsinin əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Formalaşmış məhkəmə təcrübəsinə görə, şəxs narkotik vasitəni və ya psixotrop maddəni əldə etmək məqsədi izləyən digər şəxsin maraqları naminə, həm də sonuncunun verdiyi pulun müqabilində belə vasitə və maddələri əldə edərək onları həmin şəxsə verdikdə, bu zaman hər hansı mənfəət əldə etmədikdə və ya digər şəxsi maraq izləmədikdə onun göstərilən vasitə və maddələrini satışını həyata keçirməsi və ya yayması kimi qiymətləndirilmir və nark otik vasitələrin və psixotrop maddələrin miqdarından asılı olaraq törədilmiş əməllər CM-in 234.1 və ya 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət kimi dəyərləndirilir. Bu zaman toplanmış və araşdırılmış sübutlarla mötəbər şəkildə narkotik vasitəni və ya psixotrop maddəni əldə etmiş şəxsin satıcının deyil, alıcının maraqlarından çıxış etməsi, onun hər hansı gəlir əldə etmək niyyətində olmaması, digər şəxsi maraq izləməmsi və belə gəlir əldə etməməsi, dövriyyəsi qadağan edilmiş əşyaları isə öz təşəbbüsü ilə başqa şəxslər arasında yaymaması müəyyən edilməli və təsdiq olunmalıdır. CM-in 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin maddə ilə, bu əməllər külli miqdarda törədildikdə CM-in 234.1-1-ci maddəsi ilə cinayət məsuliyyəti yaradır. Hazırkı işin hallarından göründüyü kimi, Məhkum öz təşəbbüsü ilə deyil, Şahid4 müraciəti əsasında həm özünün, həm də sonuncunun istifadəsi üçün ümumilikdə külli miqdar təşkil edən narkotik vasitəni əldə etmiş, onun bir hissəsini Şahid4 verdiyi pulun müqabilində ona çatdırmış, bu zaman hər hansı qazanc əldə etmək niyyəti və ya digər şəxsi maraq izləməmiş və belə qazanc onun tərəfindən əldə olunmamışdır. Qeyd olunmalıdır ki, yuxarıda göstərilən təfsirə uyğun olan hüquqi mövqedən həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli Qərarında da çıxış etmişdir. Həmin Qərarın 8 və 9-cu bəndlərində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. CM-in 234.2-ci maddəsinin dispozisiyasına g örə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və bu vasitə və maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alın malıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Məhkum törətdiyi əməllərinin hüquqi tövsifi barədə qanuni və əsaslı nəticəyə gələn məhkəmələr, kassasiya protestinin dəlillərinin əksinə olaraq, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı işlərə baxılarkən Ali Məhkəmənin Plenumunun məhkəmələrə ünvanladığı izah və tövsiyələrə də tam əməl etmiş və bunlardan çıxış edərək məhkum olunmuş şəxsin əməllərinin başqa cür, yəni CM-in 234.4.3-cü maddəsi ilə ixtisaslaşdırılması üçün əsaslar görməmişlər. Məhkəmə kollegiyasının qənaətinə görə, məhz əldə olunmuş və araşdırılmış bütün sübutların fonunda məhkəmələr tamamilə qanuni və əsaslı olaraq Məhkum istinad olunan cinayətin həm subyektiv cəhətinə aid olan əlamətlərin olmasının, həm də onun narkotik vasitənin s atışını həyata keçirməsinin təsdiq edilməsi ilə bağlı ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmamış, məhkum olunmuş şəxs tərəfindən yalnız külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlamasına və daşımasına dair cinayətin obyektiv cəhətinə aid olan hərəkətlərin edilməsini müəyyən etmiş və buna görə əldə olunmuş bütün sübutları tədqiq edib onları CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq qiymətləndirməklə Məhkum həmin əməllərinin CM-in 234.1-1-ci maddəsi ilə tövsif edilməsində səhvə, yəni nəticə etibarı ilə CPM-in 416.1.2 və 416.1.15-ci maddələrində nəzərdə tutulmuş pozuntulara yol verməmişlər. Şahid4 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Lənkəran Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmünün hazırkı iş üzrə Mə hkum törətdiyi əməllər üzrə təqsirliliyinin düzgün müəyyən edilməsi üçün preyudisiyal əhəmiyyətə malik olmasına dair kassasiya protestinin dəlilinə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Şahid4 həmin hökmlə təqsirli bilindiyi ittihamda sonuncunun 30 manata 4 bükümdə cəmisi 1,230 qram çəkidə narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması göstərilmiş, lakin həmin narkotik vasitəni Məhkum ona gəlir əldə etmək məqsədilə və ya başqa şəxsi niyyət izləməklə satması müəyyən edilməmiş, Şahid4 isə hazırkı iş üzrə şahid qismində dindirilərkən belə halların olmasını inkar edərək üzərindən 4 fevral 2023-cü il tarixdə şəxsi axtarış aparılarkən aşkar edilib götürülmüş narkotik vasitəni Məhkum ona verdiyi pulun müqabilində bilmədiyi şəxsdən əldə edərək ona verməsini gö stərmişdir. Qeyd olunan hökmün təhlili göstərir ki, bu hökmlə də müəyyən edilmiş hallar Məhkum qarşı irəli sürülmüş ittihamı deyil, Şahid4 elan olunmuş ittihamı təsdiq edir, yəni həmin hökm yalnız sonuncunun törətdiyi əməllərə münasibətdə sübutedici qüvvəyə malikdir və bu yekun məhkəmə aktı ilə Məhkum cəmisi 2,775 qram çəkidə, yəni külli miqdarda heroini satış məqsədilə əldə edərək üzərində saxlaması və daşıması ümumiyyətlə müəyyən edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə olan halda Lənkəran Rayon Məhkəməsinin 22 may 2023-cü il tarixli hökmünün Məhkum törətdiyi əməllər üzrə təqsirliliyinin müəyyən edilməsi üçün preyudisiyal əhəmiyyətə malik olan məhkəmə aktı kimi qiymətləndirilməsi üçün əsaslar yoxdur və kollegiya bu qənaətə gələrkən prosessual qanunvericiliyin tələbinə və Azər baycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsaslanır. Belə ki, CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 8 yanvar 2020-ci il tarixli Qərarına görə, ədalət mühakiməsi mahiyyət etibarilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.Abbasovanın şikayəti üzrə 2016-cı il 14 oktyabr tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr ta rixli və s. qərarları). Bu hüququn məzmunu Konstitusiyanın norma və prinsipləri, o cümlədən hüquqi müəyyənlik prinsipinin tələbləri nəzərə alınmaqla başa düşülməlidir. Həmin prinsipi təmin edən vasitələrdən biri qanuni qüvvəyə minmiş məhkəmə aktlarının preyudisiallığıdır. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işl ərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisial əhəmiyyətinin tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu mülki mübahisələr üzrə qüvvəyə minmiş məhkəmə qərarlarının preyudisiallığının hədləri ilə bağlı hesab etmişdir ki, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili (Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsi) və sahələrarası preyudisiyanı (Cinayət-Prosessual Məcəlləsinin 142.2-ci maddəsi) müxtəlif cür müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburi olduğu halda, sahələrarası preyudisiyaya görə mülki, inzibati və ya iqtisadi işlər üzrə qanuni qüvvəyə minmiş qərarlar yalnız hadisənin, yaxud hərəkətin olub-olmaması hissəsində məcburidir. Həmçinin nəzərə almaq lazımdır ki, cinayət-prosessual qanunvericiliklə sübutların toplanılmasına, yoxlanılmasına və qiymə tləndirilməsinə dair təsbit edilmiş müddəalar işin həqiqətə uyğun olan faktiki hallarının müəyyənləşdirilməsinə xidmət etməklə yanaşı, həm də şəxsiyyətin hüquqlarına aid vacib prosessual təminatlar kimi çıxış edir. Göstərilən təminatlar sisteminə isə Konstitusiyadan irəli gələn cinayət mühakimə icraatının vacib prinsiplərindən hesab edilən təqsirsizlik prezumpsiyası, cinayət işi üzrə sübutetmənin ittiham tərəfinin üzərinə qoyulması, müdafiə hüququ və s. aiddir. Onlara riayət olunması cinayət işi üzrə icraatın aparılması zamanı qanunçuluğun təmin edilməsinin ayrılmaz şərtini təşkil edir. Şərh edilənlərə əsaslanaraq Konstitusiya Məhkəməsinin Plenumu təhlil edilən Qərarında aşağıdakı nəticələrə gəlmişdir:
1. Preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvə yə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır.
2. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Beləliklə, məhkəmə kollegiyası kassasiy a protestinin dəlillərini cinayət işinin materialları ilə müqayisəli şəkildə bir daha təhlil edib həmin protestin bütün dəlillərini qəbul edilməz sayır və kassasiya protestinin təmin edilməsi barədə dövlət ittihamçısı H.B.İmranovun çıxışını dinləyərək belə nəticəyə gəlir ki, yuxarıda şərh edilən əsaslara görə kassasiya protesti təmin edilməməklə Məhkum CM-in 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası QƏRARA A L D İ: Dövlət ittihamçısı E.Ə.Hüseynovun kassasiya protesti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 12 may 2025-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın.