Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-239/2019 19.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: İmran Teymurxan oğlu Hacıqayıbov (sədrlik edən və məruzəçi), Gülzar Lətif qızı Rzayeva və Fərhad Abdulkərim oğlu Kərimovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Ləman Həmzəğa qızı Mehrəliyevanın, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin apellyasiya və kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Cövdət Sərvər oğlu Mehrəliyevin iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2018-ci il tarixli qərarından dövlət ittihamçısı Yusifov İlkin Fərhad oğlu tərəfindən verilmiş kassasiya protesti üz rə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (sədrlik edən hakim R.D.Əhmədov) 05 iyul 2016-cı il tarixli hökmü ilə 11 oktyabr 1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında yaşamış; Məhkum Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli hökmü ilə təyin olunmuş 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası və 2.200 (iki min iki yüz) manat cərimə cəzası hazırkı hökmlə təyin olunmuş cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 11 (on bir) i l müddətə azadlıqdan məhrum etmə cəzası və 2.200 (iki min iki yüz) manat cərimə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəli 24 aprel 2014cü il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Məhkum edilmişdir ona görə ki, o, aldatma yolu ilə özgənin əmlakını tamah niyyəti ilə ələ keçirmək məqsədi ilə özünün Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində geniş dostluq əlaqələrinin olmasını bildirərək tanışı Zərərçəkmiş şəxs etibarını qazanmış və sonuncunun dostunun oğlu X8 dövlət hesabına təhsil almaq üçün Avstriya və ya Belçika dövlətlərindən birinə göndərilməsinə vasitəçilik edəcəyini vəd etməklə aldadaraq 2009-cu ilin avqust ayında ayrı-ayrı vaxtlarda həmin dövrdə işlədiyi Bakı şəh əri, ünvan 1 ünvanında yerləşən “xxxx” otelində hissə-hissə almaqla vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə Zərərçəkmiş şəxs 1.500 (min beş yüz) manat və 2.500 (iki min beş yüz) ABŞ dolları məbləğində pulunu ələ keçirərək, sonuncuya 3.510 (üç min beş yüz on) manat məbləğində xeyli miqdarda əmlak ziyanı vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını aldatma yolu ilə ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X7 etibarından sui-istifadə edərək özünün geniş əlaqələrindən istifadə etməklə X6 tanışı X2 oğlu X5 Azərbaycan Respublikasının Gömrük Komitəsində işə düzəldəcəyini vəd edərək aldatmış və X7nın oğlunun işə düzəlməsi üçün X6ya verdiyi 6.500 (altı min beş yüz) manat pulu 2012-ci ilin noyabr ayında Bakı şəhəri, Səbail rayonu ərazisində “ xxxx” dairəsi adlanan yerdə, sonuncudan almaqla dələduzluq edərək X5 xeyli miqdarda ziyan vurmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər M.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və İ.M.Murquzovdan ibarət tərkibdə) 15 avqust 2016-cı il tarixli qərarı ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Əli Seyfəliyev (sədrlik edən və məruzəçi), Tahir Kazımov və Hafiz Nəsibovdan ibarət tərkibdə) 07 fevral 2018-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 15 avqust 2016-cı il tarixli qərarı ləğv edilmiş və cinayət işi yeni apellyasiya baxışına təyin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Faiq Qasımov (sədrlik edən və məruzəçi), Sahibxan Mirzəyev və Elşad Şamayevdən ibarət tərkibdə) 10 iyul 2018-ci il tarixli qərarı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin Məhkum Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 3300 (üç min üç yüz) manat məbləğində cərimə cəzasına məhkum edilməsinə dair 14 dekabr 2011-ci il tarixli hökmü üzrə onun əməli CM-in 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənildiyindən və onunla barışıq əldə edildiyindən hökm ləğv edilmiş və cinayət işi üzrə icraata xitam verilmişdir. Həmin qərarla Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2015-ci il tarixli hökmü dəyişdirilmiş, hökmdən “xeyli miqdar” söz ləri xaric edilmiş, “külli miqdar” sözləri “xeyli miqdar” sözləri ilə əvəz edilmiş, məhkumun əməli CM-in 178.3.2-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmiş və ona bu maddələrlə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən həmin Məcəllənin 128-ci maddəsi ilə təyin edilmiş 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı cəza ilə qismən toplamaq yolu ilə qəti olaraq ona 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 67-ci maddəsinin tətbiqinə dair müddəalar xaric edilmişdir. Həmçinin həmin qərarla Bakı şəhəri Səbail Rayon Məhkəməsinin Məhkum barəsində olan 05 iyul 2016-cı il tarixli hökmü dəyişdirilmiş, Məhkum zərərçəkmiş şəxs X5 6500 (altı min beş yüz) man at miqdarında ziyan vurmasına dair epizod üzrə sübutlar yetərli olmadığından cinayət təqibinə xitam verilmiş, məhkumun əməli CM-in 178.2.2 və 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.1-ci maddəsinə tövsif edilmiş, həmin maddə ilə ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-in 66.5-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 17 sentyabr 2015-cı il tarixli hökmü üzrə təyin edilmiş 5 (beş) il 2 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə hazırki qərarla təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cinayətlərin residivinin məhkumun cəzasını ağırlaşdıran hal qismində müəyyən edilməsinə dair müddəalar hökmdən xaric edilmişdir. Apellyasiya instansiy ası məhkəməsinin bu qərarından narazı qalan dövlət ittihamçısı İ.F.Yusifov verdiyi kassasiya protestində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2018-cı il tarixli qərarının ləğv olunmasını və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Kassasiya protestinin dəlillərini dövlət ittihamçısı İlkin Yusifov onunla əsaslandırır ki, məhkəmə kollegiyası tərəfindən qərar qəbul edilərkən sübutlar CPM-in 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq tədqiq edilmədiyindən və bunun nəticəsi olaraq Məhkum istinad edilən zərərçəkmiş şəxs X5 6500 manat miqdarında ziyan vurmaqla dələduzluq törətməsinə dair epizodu əsassız olaraq ittihamdan və hökmdən xaric edilmişdir. Həmçinin cinayət qanunun norması düzgün tətbiq edilməmişdir. Həmçinin apellyasiya məhkəməsi tərəfindən çıxarılmış qərarda məhkəmənin gəldiyi qənaət ümumiyyətlə əsaslandırılmamış, məhkəmənin yeni apellyasiya baxışı zamanı hansı xüsusatların araşdırılması qeyri-müəyyən olmuşdur. Apellyasiya məhkəməsi öz qərarında iş üzrə Ali Məhkəmənin 7 fevral 2018-ci il tarixli qərarına istinad etmiş, lakin həmin qərarda göstərilən xüsusatlar üzrə hər hansı araşdırma aparmamışdır. Məhkəmə prosesində zərərçəkmiş şəxsin, şahidlərin, xüsusilə qeyd olunan qərarın qəbul edilməsində məhkəmənin bilavasitə istinad etdiyi X6nın iştirakının təmin edilməməsi, məhkəmə tərəfindən faktiki olaraq heç bir araşdırma aparılmaması və qəbul edilmiş qərarda gəldiyi qənaətin əsaslandırılmaması onu göstərir ki, məhkəmənin qərarında gəlinmiş qənaət tamamilə əsassızdır. Belə ki, məhkəmə kollegiyasının iddia etdiyi kimi, Məhkum istinad edilən zərərçəkmiş şəxs X5 6500 manat miqdarında ziyan vurmaqla dələduzluq törətməsinə dair epizod üzrə ittihamın əsasını yalnız X6nın izahatı təşkil etməmişdir. Məhkum törətdiyi cinayət əməlləri işdə olan şahidlər və zərərçəkmiş şəxsin ifadələri, maddi sübutlar və digər istintaq materialları ilə sübuta yetirilmişdir. Məhkum digər epizodla yanaşı zərərçəkmiş şəxs X5 6500 manat miqdarında ziyan vurmaqla dələduzluq törətməsi məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və özündə işin obyektiv hallarını əks etdirən, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin məhkum edilmiş şəxsin ə məllərinin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən düzgün qiymətləndirilməməsi, onun ifadələrinə, işdə olan digər sübutlara hüquqi qiymət vermədən zərərçəkmiş şəxs X5 6500 manat miqdarında ziyan vurmasına dair epizod üzrə sübutlar yetərli olmaması barədə qənaəti və bununla bağlı irəli sürmüş olduğu dəlillər əsassızdır. Bundan başqa, məhkəmə kollegiyasının əməlin tövsifi ilə bağlı gəldiyi qənaət əsaslı hesab olunacağı təqdirdə belə, bu halda CM-nin 75-ci maddəsinin tələbləri nəzərə alınmadan yekun nəticəyə gəlinmişdir ki, bununla da cinayət qanununun norması düzgün tətbiq olunmamışdır. Həmçinin məhkəmə kollegiyası cinayət prosessual qanunvericiliyin qeyd olunan əsas prinsip və şərtlərinin tələblərinə əməl etməyərək iş üzrə əldə olunmuş mötəbər sübutların məcmuyuna düzgün hüquqi qiymət vermədən əsassız olaraq məhkum edilmiş şəxs Məhkum verilmiş ittihamın bir epizodunu hökmdən xaric etmişdir. Bu da öz növbəsində məhkəmə kollegiyasının iş üzrə gəldiyi nəticənin düzgün olmamasına dəlalət edir. Məhkəmə kollegiyasının gəldiyi nəticədən fərqli olaraq ibtidai araşdırma orqanı və birinci instansiya məhkəməsinin Məhkum zərərçəkmiş şəxs X5 dair epizod üzrə təqsirli olmasına dair gəlmiş olduğu nəticə əsaslı olmuş, CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ona istinad olunan cinayət əməllərini törətməsi özündə işin obyektiv hallarını əks etdirən, biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə tam təsdiq olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, proses iştirakçılarının çıxış larını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya ape llyasiya instansiyası məhkəməsində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni cinayət qanununun və CPM-in normalarının tələblərinə əməl edilib edilməməsi yoxlanılır. Kassasiya protestinin başlıca dəlili apellyasiya instansiya məhkəməsi tərəfindən zərərçəkmiş şəxs X5 6500 manat miqdarında ziyan vurmaqla dələduzluq törətməsi epizodu üzrə cinayət təqibinə xitam verilərkən cinayət və cinayət prosessual qanunvericiliyin normalarının düzgün tətbiq edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işin materialların göründüyü kimi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 iyul 2016-cı il tarixli hökmü ilə Məhkum zərərçəkmiş şəxs X6ya 6500 manat miqdarında ziyan vurmaqla dələduzluq törətməsi əməlinə görə təqsirl i bilinib məhkum edilmişdir. Həmin hökmdən Məhkum tərəfindən apelyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 15 avqust 2016-cı il tarixli qərarı ilə şikayət təmin edilməmiş, hökm dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bu qərardan Məhkum kassasiya şikayəti vermiş və Ali Məhkəmənin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarı ilə məhkumun şikayət qismən təmin edilərək apellyasiya instansiyası məhkəməsinin qərarı ləğv edilərək iş yeni apellyasiya baxışına təyin edilmişdir. Ali Məhkəmənin Cinayət kollegiyasının 07 fevral 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, ibtidai istintaq orqanı zərərçəkmiş şəxs X6ya qarşı cinayətin törədilməsinə dair epizod üzrə ittihamın sübut edilməsi məsələsində qanunun tələblərini kobud surətdə pozmuşdur. İttiham aktından birmənalı olaraq görünür ki, ibtidai istintaq orqanı həmin epizod üzrə ittihamı təsdiq edən sübut kimi zərərçəkmiş şəxs X6nın, şahid X7nin ifadələrinə və X16nın izahatına istinad etmişdir. Həmin ifadələrdə zərərçəkmiş şəxs və şahid, X4 verdiyi pulları X10 adlı şəxsin ələ keçirdiyini elə X6nın sözlərindən bildiklərini göstərmişlər. X6 isə ibtidai istintaq zamanı dindirilməmiş, ittiham aktında yuxarıda göstərildiyi kimi, onun hələ təhqiqat aparılarkan verdiyi izahatına istinad edilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı sübutları qiymətləndirərkən qanunun bir sıra tələblərini, o cümlədən CPM-nin 124.2 və 126.3-cü maddələrinin müddəalaranı kobud şəkildə pozmuşdur. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsində sübut kimi qəbul edilənlərin siyahısı verilmiş və h əmin siyahıda “izahat” nəzərdə tutulmamışdır. Qeyd olunan normanın həm məzmununa, həm də mənasına görə izahat sübut hesab edilmir (sübut növü deyildir). Bu da təsadüfü deyildir. İzahat verən şəxs ifadə verən şahiddən və zərərçəkmiş şəxsdən fərqli olaraq bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət daşımır (onlara belə məsuliyyət barədə xəbərdarlıq edilmir). Azərbaycan Respublikası CPM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuşdur ki, şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və ya şahidlərin cinayət prosesini həyata keçirən orqana özgənin sözlərindən verdikləri məlumatlar sübut kimi istifadə edilə bilməz, yalnız vəfat etmiş şəxsin sözlərindən alınmış məlumatlar məhkəmənin qərarı ilə istisna olaraq sübut kimi qəbul oluna bilər. Bütün bunlarla əlaqədar həm də qeyd olunmalıdır ki, CPM-nin 19.4.5-ci maddəsinin tələblərinə görə təqsirləndirilən şəxs hətta qanunla nəzərdə tutulmuş qaydada ifadə vermiş şəxsi dindirmək hüququna malikdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyasının 6-cı maddəsinin 3d bəndində də göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs ən azı onun əleyhinə ifadə vermiş şahidləri dindirmək və ya bu şahidlərin dindirilməsi və onun əleyhinə ifadə vermiş şahidlər üçün eyni olan şərtlərlə onun lehinə olan şahidlərin çağırılması və dindirilməsi hüququna malikdir. Bu normaların mənasına görə təqsirləndirilən şəxsin əleyhinə hətta ifadə vermiş şəxsin ifadəsinə ittihamı təsdiq edən sübut kimi o vaxt istinad edilə bilər ki, həmin şəxsin təqsirləndirilən şəxs tərəfindən dindirilməsinə imkan verilsin, buna şərait yaradıls ın. İş materiallarından görünür ki, izahat vermiş X16 nəinki təqsirləndirilən şəxs tərəfindən dindirilməsinə şərait yaratmadan, ümumiyyətlə, onun dindirilməsi təmin edilmədən yalnız izahatına ittiham aktında istinad olunmuş, bununla da yuxarıda göstərilən normaların tələbləri də pozulmuşdur. İşə ittiham üzrə baxan birinci instansiya məhkəməsi və apellyasiya şikayətinə baxmış apellyasiya məhkəməsi də yuxarıda göstərilən çatışmazlıqları aradan qaldırmamış, ittiham aktında izahata istinad edilmiş X16nın dindirilməsini (məhz ifadə verməsini) təmin etməmişlər. Apellyasiya məhkəməsi müdafiə tərəfinin apellyasiya şikayətinin bunlarla əlaqədar dəlillərinə münasibət bildirməmiş, onları qanunla nəzərdə tutulmuş qaydada cavablandırmamış, gəldiyi nəticəni faktiki olaraq əsaslandırmamışdır. Göstərilə nlərə əsaslanaraq Ali Məhkəmənin Cinayət kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını ləğv etmişdir. İşdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işə yenidən baxaraq zərərçəkmiş şəxs X6ya qarşı cinayətin törədilməsinə dair epizod üzrə sübutların yetərli olmadığı nəticəsinə gəlməklə həmin epizod üzrə cinayət təqibinə xitam vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin epizod üzrə sübutların araşdırılmasında hər hansı bir kobud qanun pozuntusuna yol verməmiş, həmçinin hər hansı bir sübutun tədqiqindən əsassız imtina etməmiş, yekun məhkəmə qərarı qəbul edilərkən yol verilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə Azərbaycan Respublikası CPM-in 145.1-ci maddəsinin tələblərinə müvafiq olaraq onların mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymət verilmişdir. Odur ki, kassasiya protestinin bu barədəki dəlilləri əsassızdır. Kassasiya protestinin digər dəlili apellyasiya instansiyası məhkəməsinin qərar qəbul edərkən CM-nin 75-ci maddəsinin tələblərini nəzərə almadan yekun nəticəyə gəlməsidir. Məhkəmə kollegiyası protestin bu dəlilini əsaslı hesab etməklə aşağıdakıları qeyd etməyi zəruri sayır. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb oluna bilməz. Apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə Məhkum barəsində zərərçəkmiş şəxs X6ya qarşı cinayətin törədilməsinə dair epizodu üzrə cinayət təqibinə xitam vermiş və bunun nəticəsində digər epizod üzrə, y əni Zərərçəkmiş şəxs 3.510 (üç min beş yüz on) manat məbləğində ziyanı vurmaqla dələduzluq əməlini CM-nin 178.1-ci maddəsinə tövsif etməklə ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etmişdir. Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə törədilmiş cinayət isə böyük ictimai təhlükə törətməyən cinayətlərə aiddir. İşdən görünür ki, Məhkum Zərərçəkmiş şəxs qarşı törətdiyi cinayət əməli 2009-cu ilin avqust ayına təsadüf edir. Apellyasiya instansiyası məhkəməsinin qərarı isə 10 iyun 2018-ci il tarixdə qəbul edilmişdir. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir. Həmin Məcəllənin 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. CPM-in 28.4.2-ci maddəsi cinayət mühakimə icraatı həyata keçirilərkən şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyət yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almağı bir vəzifə olaraq məhkəmələrin üzərinə qoyur. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə görə isə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə kollegiyasının qənaətinə görə apellyasiya instansiyası məhkəməsi Məhkum barəsində qərar qəbul edərkən CM-nin 75-ci maddəsinin tələblərini pozmuşdur. Yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, dövlət ittihamçısının kassasiya protestinin dəlilləri qismən əsaslı olduğundan kassasiya protesti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2018-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 419.10.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 10 iyul 2018-ci il tarixli Məhkum haqqındakı qərarı ləğv edilsin və iş yeni apellyasiya baxışına təyin edilsin. Kassasiya protesti qismən təmin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-239/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-239/2019
19.02.2019 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver