Məhkəmə qərarları › İş №1(102)-239/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-239/2020

24.06.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-239/2020 24.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Kazımov Tahir Lələkişi oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Nəsirov İnqilab Maşallah oğlundan ibarət tərkibdə, Rüstəmova-Qasımova Türkən Bəndər qızının katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin prokuroru Alverdiyev Ramiz Xalıqverdi oğlunun iştirakı ilə xx xxxxxx 1984-cü il tarixdə Quba şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan qeydiyyatda olan və ünvan 1 yaşamış, hal hazırda həbsdə olan Məhkum Sahib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəl ləsinin (bundan sonra CM-in) 263.3-cü maddəsi ilə məhkum edilməsinə dair cinayət işi üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarından məhkumun müdafiəçisi, Bakı şəhəri 03 saylı Vəkil Bürosunun vəkili İsrafilov Vasif İmaməddin oğlu tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü ilə (hakimlər: M.M.Ağalarov (sədrlik edən ), Ə.M.Abasov və E.Ə.Mikayılov) Məhkum Sahib oğlu Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 8 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə m üəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin əvvəlinin xx xxxx 2017-ci ildən hesablanması hökm edilmişdir. Həmin iş üzrə həmçinin X5 da Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsi ilə məhkum edilmişdir. Birinci instansiya məhkəməsinin yuxarıda qeyd edilən hökmündən məhkumların müdafiəçiləri tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər: E.M.Əhmədov (sədrlik edən), H.Ə.Nəbiyev və N.R.Mövsümov) Məhkum Sahib oğlunun müdafiəçisinin apellyasiya şikayəti təmin edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmü dəyişdirilməklə, Məhkum Sahib oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 8 ildən 6 ilə endirilmişdir. İşin halları: Birinci instansiya məhkəmə sinin hökmünə görə, Məhkum xx xxxx 2017-ci il tarixdə saat 14 radələrində «BC» kateqoriyalı sürücülük hüququ və etibarnamə əsasında idarə etdiyi «VAZ 2107» markalı, **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quba-Qusar avtomobil yolunun 9-cu kilometrliyində Qusar rayonu istiqamətində hərəkətdə olarkən, «Şahdağ» elektrik stansiyasının yaxınlığında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsi və 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndi ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, qadağan nişanı ilə yol hərəkəti iştirakçılarının hərəkətlərinə 70 km/saata qədər məhdudiyyətlər qoyulmuş yolda avtomobili 100 km/saat sürətlə hərəkət etdirib, qarşısında hərəkət edən avtomobili ötmə əməliyyatı aparmaq məqsədilə əks istiqamətli nəqliyyat ax ınlarını ayıran və yolların təhlükəli yerlərində hərəkət zolaqlarının sərhədini keçmək qadağan olduğunu göstərən üfüqi nişanlanma xəttini kəsib keçərək əks istiqamətli hərəkət zolağına çıxmaqla, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman edərək, bu zaman əks istiqamətli hərəkət zolağı ilə onun istiqamətində X1 idarə etdiyi «BMW 525» markalı, **-DU-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət etdiyini və toqquşma olacağını görüb, özünə güvənərək toqquşmadan yayınmaq məqsədilə idarə etdiyi avtomobili sol tərəfə, yolun ehtiyat zolağına çıxarmış, lakin buna baxmayaraq avtomobilinin sağ yan tərəfi, «BMW 525» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq tərəfi ilə 35 -45 dərəcəli bucaq altında toqquşaraq, yol-nəqliyyat hadisəsi törətmiş və ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər X6 hər iki gözün ağlı qişasında və birləşdirici toxumasında çoxsaylı qansızmalar, hər iki burun dəliyində və qulaq keçəcəklərində qanlı ifrazat, sifətində və bədənində çoxlu sıyrıqlar, baş beyin toxumasına. beyinciyə və beyin mədəciklərinə qansızma, hər iki ağ ciyər toxumasına qansızma, qabırğaların sol tərəfdən çoxlu qapalı sınığından ibarət sağlamlığa ağır zərər vurmaya aid və X2 gözlərin ağlı qişası və birləşdirici toxumasında qansızma, hər iki burun dəliyində və hər iki qulaq keçəcəyində qanlı ifrazat, sifətin əzilmiş-cırılmış yaraları, sifətində və bədənində çoxlu sıyrıq, başın yumşaq toxumalarının ali səthində sol alın təpə nahiyəsində geniş qansızma, k əllə qapağı və əsası sümüklərinin sınığı, baş beyin toxumasına, beyinciyə və beyin mədəciklərinə qansızma, boyun, döş və qarın hissəsində yumşaq toxumalar altında qansızmadan ibarət sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri alaraq, hər iki şəxsin hadisə yerində ölmələrinə, «BMW 525» markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 baş-beyin silkələnməsi ilə müşayiət olunan alnında çoxsu səthi əzilmiş yara, döş qəfəsinin küt travması, sağdan V-Vİ qabırğaların sınığından ibarət sağlamlığa az ağır zərər vurmaya aid, həmin avtomobildə olan sərnişinlər-Zərərçəkmiş şəxs1 alnında, sifətində və sağ əldə çoxlu sayda sıyrıqlar, sağ üst göz qapağında və sol biləyin iç səthində hərəsində bir yerdə əzilmiş-cırılmış yaradan ibarət sağlamlığa yüngül zərər vurmaya, Zərərçəkmiş şəxs3 alnında sağda və solda, sağ əlin arxa səthində və sağ iç topuqda hərəsində bir yerdə sıyrıqdan ibarət sağlamlığa zərər vurmadığından dərəcəsi təyin olunmayan bədən xəsarəti və Zərərçəkmiş şəxs2 burnunun üstündə qançırdan ibarət sağlamlığa zərər vurulmadığından dərəcəsi təyin olunmayan xəsarətlər almalarına səbəb olmuşdur. Kassasiya şikayətinin dəlilləri: Apellyasiya instansiya məhkəməsinin yuxarıda qeyd edilən qərarından məhkumun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarının dəyişdirilməsi və Məhkum CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməsi xahiş olunur. Şikayət müəllifi qeyd edir ki, iş üzrə yüngülləşdirici halları, o cümlədən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini, əməlini etiraf edib səmimi peşmanlıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ailənin yeganə qazanc gətirəni olmasını, habelə iş üzrə ağırlaşdırıcı halların olmamasını məhkəmələr kifayət qədər nəzərə almayaraq təqsirləndirilən şəxsə ağır cəza təyin etmişlər. Müdafiəçi həmçinin qeyd edir ki, avtoqəza hadisəsi nəticəsində Məhkum özü də çoxsaylı xəsarətlər almış və həmin xəsarətlər sağlamlığın uzun müddət pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddirlər. Müdafiəçi hesab edir ki, qeyd olunanlar nəzərə alınmaqla Məhkum təqsirli bilindiyi, CM-in 263.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan aşağı həddə cəza təyin edilməlidir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini iş material ları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Alverdiyevin çıxışını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət və cinayət prosessual qanunvericiliyinin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlər in həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş veribverməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Məhkum Sahib oğlunun müdafiəçisi tərəfindən verilmiş kassasiya şikayətində təyin edilmiş cəzanın sərt olması mübahisələndirilir. Kassasiya şikayətində Məhkum ittiham olunduğu cinayətdə təqsirliliyi mübahisələndirilmədiyindən məhkəmə kollegiyası bununla əlaq ədar sübutların şərhini zəruri hesab etmir. Məhkum еdilmiş şəхs Məhkum cəzа təyin еdilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzаkirə еdərək, məhkəmə kоllеgiyаsı apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini, cinayət əməlini səmimi etiraf edərək onun sübuta yetirilməsində kömək etməsini, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş cinayətə görə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi, cəzasını ağır laşdıran halların olmamasını düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Azərbaycan Respublikası CM-nin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2004-cü il və xx xxxx 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıd ır. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 №-li Qərarının 13-cü bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımınd an açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər... Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə tərəfindən cəza tədbiri seçilərkən hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, məhkum barəsində cəza təyin olunarkən cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, ailə vəziyyətini, məhkumun şəxsiyyətini, cinayət əməlini səmimi etiraf edərək onun sübuta yetirilməsində kömək etməsini, ilk dəfə ehtiyatsızlıqdan törədilmiş cinayətə görə məsuliyyətə cəlb edilməs ini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı övladının olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq düzgün nəticəyə gəlinmişdir. Odur ki, məhkəmə kollegiyası məhkum barəsində daha yüngül cəzanın təyin edilməsini məqsədə müvafiq hesab etmir. Həmçinin məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi cinayət təqibi ilə əlaqədar olaraq sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq, mötəbər sübutları qiymətləndirməklə iş üzrə obyektiv nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cinayət işinin materiallarını bir daha təhlil edərək məhkəmələrin iş üzrə gəldiyi yuxarıda göstərilən nəticəni qanuni və əsaslı sayır və belə qənaətə gəlir ki, Məhkum elan olunmuş ittihaml a bağlı istər ibtidai araşdırma orqanı, istərsə də işə baxan məhkəmələr Azərbaycan Respublikası CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edərək adı çəkilən məhkum barəsində toplanmış sübutları ədalət mühakiməsinin prinsiplərinə uyğun olaraq ağlabatan müddətlərdə keçirilmiş məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırmış və məhkəmələr onların hər birini ayrı-ayrılıqda və məcmu qaydasında mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək işin faktiki hallarına uyğun olan yekun məhkəmə qərarları qəbul etmişlər. Beləliklə, qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara alır: Kassasiya şikayəti təmin edilməsin. Məhkum Sahib oğlu barəsində Su mqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar