Məhkəmə qərarları › İş №1(102)-239/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-239/2023

24.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-239/2023 24.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov İlkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), X10 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi X7, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru X8, məhkumun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəç i2 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətlərinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. İşin halları

1. Məhkum1 xx xxxx 1973-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, ailəli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 42, mənzil 10 ünvanında pasport qeydiyyatında olmaqla X4 cəza çəkir.

2. Məhkum2 xx xxxxxx 1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, İctimai siyasi hüquq yardımı qəzetinin redaktorunun 1-ci müavini vəzifəsində işləmiş, himayəsində 3 uşağı olan, orta təhsilli, ünvan 2 ünvanda yaşamışdır. 3. 30 noyabr 2021-ci il tarixli ittiham aktına görə Məhkum1, Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - “Azərbayca n Respublikası CM”) 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair ittiham elan edilmişdir. 4. 13 dekabr 2021-ci il tarixdə Şəki Ağır Cinayətlər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə Məhkum1 və Məhkum2 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə məhkəməyə verilmiş və cinayət işi məhkəmə baxışına təyin olunmuşdur.

5. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına görə, Məhkum1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-008/13 nömrəli, 15 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq, məhkumluğu ödənilmədiyi və qanunla müəyyən e dilmiş qaydada götürülmədiyi halda, yenidən bacısı Məhkum2 və əvvəllər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssəsində birlikdə cəza çəkərkən tanış olduğu Məhkum3 ilə cinayət əlaqəsinə girib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək narkotik vasitə heroini satış məqsədi ilə əldə edib, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitə olan heroini qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək üçün 28 iyul 2021-ci il tarixdə cəza çəkdiyi X2 Məhkum3 məxsus olan ***-***-**-** mobil nömrəsinə zəng vuraraq bacısı Məhkum2 ilə narkotik vasitə olan heroni əldə edib ona ötürülməsini təmin etmək barədə danışıb razı laşdığını, sonuncunun eyni məqsədlə onun kart hesabına 250 manat pul köçürəcəyini bildirib həmin pulun müqabilində ona narkotik vasitə olan heroin alıb bacısı vasitəsi ilə cəza çəkdiyi X6 ötürülməsi barədə danışıb razılaşaraq sifariş vermiş, həmin gün Məhkum2 tərəfindən eyni məqsədlə 29 iyul 2021-ci il tarixdə, saat 05:58-də 250 manat pulun Məhkum3 məxsus kart hesabına köçürülməsindən sonra sonuncu 29 iyul 2021-ci il tarixdə qəsdən, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 2,042 qram narkotik vasitə olan heroini qanunsuz əldə edib, üzərində saxlayaraq daşıyıb 30 iyul 2021-ci il tarixdə, saat 00:28 radələrində X1rdaşı Məhkum1 ötürülməsi məqsədilə Məhkum2 yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 42, mənzil 10 ünvanına gəlib həmin evin giriş qapısının qarşısında sonuncuya vermiş, bundan sonra Məhkum2 həmin narkotik vasitəni qanunsuz əldə edib daşıyaraq yaşadığı evdə qanunsuz saxlayaraq özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq məqsədi ilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməsi məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, cinayətkar məqsədlər üçün aldığı qida qüvvətləndiricisi “X17” həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırmaqla xüsusi üsulla gizlədib, ona ötürülməsi üçün 30 iyul 2021-ci il tarixdə saat 14 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində, «Daşqaya» adlanan ərazinin yaxınlığında görüşüb sovqatlarla birgə cinayətkar qəsdən məlumatı olmayan Şahid2 vermiş, Şa hid2 həmin narkotik vasitəni sovqatlarla birlikdə Məhkum2 alıb ona təhvil vermək üçün X6 aparmış, həmin gün saat 14:35-də müəssisənin əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində sovqata baxış keçirilən zaman həmin sovqatın içərisində olan qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırılmış ayrıayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,271 qram, 0,349 qram, 0,293 qram, 0,296 qram, 0,322 qram və 0,284 qram olan, ümumi təmiz çəkisi 2,042 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyünə görə, bilavasitə cinayət törətməyə yönəlmiş qəsd edilən cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməyə cəhd cinayət əməlini törətmişdir. Məhkum2, Məhkum3 və Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 mart 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.1, 120.2.4, 120.2.9, 120.2.11, 181.3.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda X4 cəza çəkən məhkum qardaşı Məhkum1 ilə sonuncunun 27 iyul 2021-ci il tarixdə cəza çəkdiyi X2 Məhkum2 məxsus olan ***-***-**-** mobil nömrəsinə zəng vurub tanışı Məhkum3 kart hesabına 250 manat pul köçürməsini, həmin pul əsasında Məhkum3 narkotik vasitə heroin alaraq ona verməsindən sonra xüsusi qaydada xüsusi üsulla dərman kapsullarına yerləşdirməklə X6 ötürülməsi barədə danışıb razılaşmaqla cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bi r qrup şəxs halında birləşmiş, bundan sonra narkotik vasitə heroini satış məqsədi ilə əldə edib, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitə olan heroini qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək məqsədilə narkotik vasitə olan heroin alması üçün 29 iyul 2021-ci il tarixdə, saat 05:58-də öz adına olan Unibank kart hesabından Məhkum3 adına olan Kapital banka məxsus kart hesabına 250 manat pul köçürmüş, bundan sonra Məhkum3 həmin pulun müqabilində 29 iyul 2021-ci il tarixdə qəsdən, istintaqa məlum olmayan mənbədən satış və özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaqla hörmət qazanmaqda ifadə olunan digər şəxsi maraqlar məqsədilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitə olan heroini qəsdən cəzaçəkmə müəssisəsinə yoxlamadan gizlətməklə ötürülməsini təmin etmək məqsədilə qanunsuz olaraq, külli miqdarda ümumi təmiz çəkisi 2,042 qram çəkidə narkotik vasitə olan heroin əldə edib, üzərində saxlayaraq daşımış və 30 iyul 2021ci il tarixdə, saat 00:28-də həmin narkotik vasitəni X1rdaşı Məhkum1 ötürülməsi məqsədilə Məhkum2 yaşadığı Mingəçevir şəhəri, Naxçıvan küçəsi, ev 42, mənzil 10 ünvanına gəlib həmin evin giriş qapısın qarşısında ona verdikdən sonra o, həmin narkotik vasitə heroini qanunsuz əldə edib daşıyaraq yaşadığı evdə qanunsuz saxlamış, özünü himayə, yardım göstərən şəxs kimi tanıtmaq məqsədi ilə qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni qəsdən yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkm ə müəssisəsinə ötürülməsi məqsədilə istintaqa məlum olmayan vaxtda və şəraitdə, cinayətkar məqsədlər üçün aldığı qida qüvvətləndiricisi Nat-Udi Hindi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırıb xüsusi üsulla gizlədib, X4 cəza çəkən məhkum qardaşı Məhkum1 ötürülməsi üçün 30 iyul 2021-ci il tarixdə, saat 14 radələrində Şəki şəhəri, Zərifə Əliyeva küçəsində, «Daşqaya» adlanan ərazinin yaxınlığında görüşüb sovqatlarla cinayətkar qəsdən məlumatı olmayan Şahid2 vermiş, Şahid2 həmin narkotik vasitəni sovqatlarla birlikdə ondan alıb X4 cəza çəkən Məhkum1 təhvil vermək üçün X6 aparmış, həmin gün saat 14:35-də müəssisənin əməkdaşları tərəfindən nəzarət-buraxılış məntəqəsində sovqata baxış keçirilən zaman həmin sovqatın içərisində olan qida qüvvətləndiricisi Nat-Udi H indi həblərinin içərisində olan yeddi ədəd kapsullarda xüsusi qaydada qablaşdırılmış ayrı-ayrılıqda təmiz çəkiləri 0,227 qram, 0,271 qram, 0,349 qram, 0,293 qram, 0,296 qram, 0,322 qram və 0,284 qram olan, ümumi təmiz çəkisi 2,042 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürüldüyünə görə, bilavasitə cinayət törətməyə yönəlmiş qəsd edilən cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək qadağan olunmuş əşya hesab edilən həmin narkotik vasitəni yoxlamadan gizlətməklə yolu ilə cəzaçəkmə müəssisəsinə ötürülməyə cəhd cinayət əməlini törətmişdir.

6. Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-54/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmü ilə: Məhkum2 Azərbaycan Respublikası CM-nn 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət ə məllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplamaqla 05 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 31 iyul 2021ci il tarixdən 02 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddətin təyin olunan cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzası nın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 17 avqust 2021-ci il tarixdən hesablanması, himaysində olmuş iki yetkinlik yaşına çatmayan uşaqlarının Mingəçevir şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına tapşırılması; Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddələri ilə nəzərdə tutulmuş əməllərinin törədilməsində təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,317-1.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaqla 9 (doqquz) il 6 (altı ) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-008/13 nömrəli, 15 mart 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 15 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 4 (dörd) il 10 (on) ay 3 (üç) gün hissəsinin yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə üzərində qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 27 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmiş, həmçinin maddi sübut, məhkəmə məsrəfləri və digər məsələlər həll edilmişdir.

7. Həmin hökmlə Məhkum3 da Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29,317-1.1-ci maddə ləri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası CM-nin 29,3171.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaların qismən toplaması ilıə onun üzərində qəti olaraq 07 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvəlinin 02 avqust 2021-ci il tarixdən hesablanması hökm edilmişdir.

8. Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 apellyas iya şikayəti verib, hökmün ləğv edilməsi və Məhkum2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Məhkum2 əməlində narkotik vasitələri və ya psixotrop maddələri satma, yaxud prekursorları eyni məqsədlə hazırlama, əldə etmə, saxlama, göndərmə və ya daşıma yoxdur və bu hallar nə ibtidai istintaq orqanı tərəfindən və nə də birinci instansiya məhkəməsi tərəfindən sübut edilməmişdir.

9. Hökmdən həmçinin təqsirləndirilən şəxs Məhkum1 apellyasiya şikayəti və şikayətinə əlavə verib hökmün ləğv edilməsi, ona və Məhkum2 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin Məhkəməsinin 1(091)-54/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Hazırda apellyasiya instansiyası məhkəməsinin həmin qərarından Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən ayrı-ayrılıqda kassasiya şikayətləri verilmişdir. II. Kassasiya müraciətlərinin dəlilləri, etirazlar

12. Məhkum1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, məhkum onları təkrarlamaqla məhkəmə kollegiyasından Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarının ləğv edilməsini, ona və bacısı olan Məhkum2 bəraət verilməsi haqqında qərar çıxarılması xahiş edir.

13. Məhkum2 m üdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri ilə apellyasiya şikayətinin dəliləri eynidir, müdafiəçi onları təkrarlamaqla Məhkum2 əməlində Azərbaycan Respublikası CM-nin 234 4.1, 234.4 3 və 29,317-1.1-ci maddələrinin tərkibinin olmadığını iddia edib həmin maddələrlə ona bəraət verilməsini xahiş edir.

14. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. III. Hüquqi məsələlər

15. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir.

16. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş m əhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət-Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır.

17. Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq e dilibedilməməsi məsələlərinə öz münasibətini bildirir.

18. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

19. Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 kassasiya şikayətlərində məhkumların əməllərində cinayət tərkibinin olmadığını iddia etməklə, xahişlərini faktiki olaraq apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi haqqında kassasiya tələbini Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1. 6-cı maddələrində təsbit olunmuş hallarla əlaqələndirmişlər.

20. Odur ki, məhkəmə kollegiyası hər iki kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərin dəlilləri ilə əlaqəli şəkildə Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir.

21. Belə ki, Azərbaycan Respublikası CPM-nin 28.5-ci maddəsində əksini tapmış cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipinə görə, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəb ər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

22. Həmin Məcəllənin 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

23. Cinayət-Prosessual Məcəlləsinin 138.1-ci maddəsində təsbit edilmişdir ki, süb utetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.

24. Yenə də həmin Məcəllənin 139-cu maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı cinayət hadisəsinin baş vermə faktının və hallarının, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətlərinin və şəxsin təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir.

25. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.

26. Şəxsin əməlində cinay ət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə, tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı, 6 may 2022-ci il).

28. Təsvir edilən maddi və prosessual cinayət-hüququ normalarının tələblərini, eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyini rəhbər tutmaqla məhkəmə kollegiyası baxılan kassasiya şikayətlərinin məhkumlar tərəfindən narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı törətdiyi cinayət əməlinin hüquqi tövsifinin mübahisələndirilməsi üzrə dəlillərini qismən əsaslı hesab edir.

29. Belə ki, cinayət işi materiallarında olan telefon danışıqlarına dair məlumatlar, pul köçürmələrindən çıxarışlar, Məhkum3 məhkəməyədək icraat dövründə və birinci instansiya məhkəməsində verdiyi ifadələri, şahid ifadələri və iş materiallarında olan digər sənədlər əsasında müəyyən olunur ki, Məhkum1 əvvəllər bir yerdə cəza çəkdiyi tanışı Məhkum3 ilə cəza çəkdiyi X2 əlaqə saxlayaraq ona narkotik vasitə olan heroin göndərilməsini xahiş etmiş, daha sonra bacısı Məhkum2 ilə əlaqə saxlayaraq bu məqsədlə Məhkum3 250 manat məbləğində pul göndərməsini xahiş etmişdir. Məhkum2 Məhkum3 məxsus pla stik bank kartına aid hesaba 250 manat pul keçirtdikdən sonra sonuncu narkotik vasitəni əldə edib Məhkum2 yaşadığı mənzilə gələrək ona təhvil vermişdir. Məhkum2 da öz növbəsində cinayətdən xəbərsiz olan Şahid2 vasitəsilə həmin narkotik vasitəni qardaşı Məhkum1 ötürməyə cəhd etmişdir.

30. Qeyd edilən əməllərin törədilməsinə görə Məhkum1 və Məhkum2 qarşı ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham irəli sürülmüşdür. Lakin ibtidai araşdırma orqanı aşkar edilərək götürülmüş narkotik vasitənin Məhkum1 tərəfindən məhz satış məqsədi ilə əldə edilməsi barədə qənaətini heç cür əsaslandırmamış, iş materiallarından da görünür ki, belə nəticəyə gəlmək üçün hər hansı bir əsas olmamışdır. Aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair irəli sürülmüş ittiham mötəbər sübutlar olmadan və ehtimallar üzərində qurulmuşdur.

31. Belə ki, ibtidai istintaq dövründə Məhkum1 saxlanıldığı kamerada və X4 kimlərlə yaxın əlaqələr qurmasının, Məhkum3 ilə nə kimi əlaqə və münasibətlərinin olmasının, eləcə də müəssisə daxilində narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi, müsbət halda onun narkotik vasitə satdığı şəxslərin dairəsinin müəyyən edilərək, həmin şəxslərin ətrafında əməliyyat tədbirləri keçirilməklə nəticəsi barədə məlumatın verilməsinə, Məhkum1 həmin narkotik vasitəni əldə etdikdən sonra hansı məqsədlə (satış və ya özü istifadə) istifadə etməsinin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirlərinin keçirilməsi Azərbaycan Res publikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 xahiş edilmişdir.

32. Əməliyyat tapşırığının icrası ilə bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 verdiyi 06 sentyabr 2021-ci il tarixli, xx/xx-3842 saylı məktubda göstərilmişdir ki, 30 iyul 2021-ci il tarixdə hal-hazırda X4 saxlanılan Məhkum1 vətəndaş Şahid2 tərəfindən gətirilmiş sovqatın içərisindən narkotik vasitələrin aşkar olunması faktı üzrə müəssisəsinin əməliyyat aparatı tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmişdir. Belə ki, Məhkum1 saxlanıldığı ciddi rejimli 1-ci korpusda və kamerada oğlu X9 ilə yaxın münasibətdə olmuş, Məhkum3 ilə əvvəllər X4 birlikdə cəza çəkərkən tanış olmuş, eləcə də müəssisə daxilində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat əldə ol unmasa da, narkotik vasitələrin satışına meyilli olması barədə əməliyyat məlumatı əldə olunmuşdur. Məhkum1 göndərilmiş sovqatın içərisində narkotik vasitə olmasından həmin sovqatı göndərən bacısı Məhkum2 əvvəlcədən məlumatı olmuş və Məhkum1 həmin narkotik vasitəni əldə etdikdən sonra həm şəxsi istifadə üçün, həm də satış məqsədi olması barədə məlumat əldə olunmuşdur.

33. Əməliyyat tapşırığının icrası ilə bağlı verilmiş cavabdan görünür ki, Məhkum1 cəza çəkdiyi müəssisə daxilində narkotik vasitələrin satışı ilə məşğul olması barədə konkret məlumat mövcud deyil, narkotik vasitələrin satışına meyilli olması barədə əməliyyat məlumatı fərziyyə xarakterli olmaqla, həqiqiliyi sübut olunmur, həmin narkotik vasitəni şəxsi istifadə ilə yanaşı satış üçün də əldə etməsini heç bir sübut təsdiqləmir.

34. Cinayət işi materiallarında olan sübutlar əsasında Məhkum1 narkotik vasitənin satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiq edən nəinki kifayət edən, ümumiyyətlə heç bir sübut mövcud deyildir.

35. Göründüyü kimi, Məhkum1 və Məhkum2 qarşı Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir sübut mövcud olmadığı halda, ibtidai istintaq orqanı bu barədə gəldiyi nəticəsini formal mülahizələrlə əsaslandırmağa çalışmış, ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxsin xeyrinə həll etmək əvəzinə, ona qarşı istinad olunan maddə ilə ittiham irəli sürmüşdür.

36. Bununla belə, birinci instansiya məhkəməsi şəxsin əməlində nar kotik vasitənin satışı ilə bağlı ümumiyyətlə hər hansı sübut mövcud olmadığı halda Məhkum1 cinayət təqibi orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə tam təqsirli bilmiş və apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq səhv nəticəyə gəlmişdir.

37. Beləliklə, birinci və apellyasiya instansiyaları məhkəmələri cəzaçəkmə müəssisəsinə ötürülməsi nəzərdə tutulan narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dair hissəsində iş üçün əhəmiyyətli olan sübutları qanunamüvafiq qaydada qiymətləndirməyib, istintaq orqanının mülahizələrə əsaslanmış ittihamı ilə razılaşıb, təqsirsizlik prezumpsiyasını rəhbər tutmadan əsaslandırılmamış yekun məhkəmə aktları qəbul edib Məhkum1 əməlini Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə tövsif etməklə m əhz bu cinayətin törədilməsində onun təqsirini sübuta yetirilmiş hesab etmişlər.

38. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət-prosessual qanunverciliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması və ayrı-ayrı bükümlərdə olması şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik maddənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir.

39. Qanunun istinad edilən normasına izah verən, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formallaşması məqsədi ilə qəbul edilmiş Az ərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq qərarında da qeyd edilmişdir ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri əmlak xarakterli mənfəət əldə etmə başa düşülür (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, § 8, 04 mart 2011-ci il).

40. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququna görə də, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəx slər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa Məhkəməsinin presedent hüququ həmçinin onu tələb edir ki, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqan əməliyyat tədbirinin aparılmasına əsas yaradan səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayət törətməsi istiqamətində artıq müəyyən addım atdığını təsdiqləyən, əldəetmə mənbəsinin sonrakı mərhələdə yoxlanılması mümkün olan konkret və obyektiv məlumatların mövcud olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021).

41. İstinad edilən maddi cinayət-hüquqi nor malardan, məhkəmə təcrübəsini tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsinin tövsiyələrindən və Avropa Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi, aparılmış istintaq nəticəsində narkotik vasitələrin satış məqsədi ilə əldə edilməsini təsdiqləyən hər hansı bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, aşkar edilmiş narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarda olduğuna və bükümlərə bölündüyünə görə Məhkum1 Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan əməli törətdiyi əsasla cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı madd əsinin təməl prinsiplərinə ziddir.

42. Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-nin 243.4.1-ci maddəsi ilə tövsif edilməsi hissəsinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsində həmin Məcəllənin 234.2 və 234.3-cü maddələrdə nəzərdə tutulmuş əməllərin tövsifedici əlamətləri təsvir olunur.

43. Azərbaycan Respublikası CM-nin 234.4-cü maddəsinin dispozisiyasına əsasən həmin Məcəllənin 234.2, 234.3 və 234.3-1-ci maddəsində nəzərdə tutulmuş əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkib əlamətini yaradır.

44. Hazırki cinayət işi üzrə cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması müəyyən edilsə də, Məhkum1 əməlin də satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə və ya satma müəyyən edilmədiyindən, bu hal onun əməlinin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinə tövsif edilməsini də istisna edir.

45. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası qanunvericiliyin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsinin müvafiq tövsiyələrini hazırki işin hallarına tətbiq edərək belə qənaətə gəlir ki, törədilmiş cinayət əməli üzrə aşkar edilmiş narkotik vasitə külli miqdar təşkil etsə də, cinayət törədilən zaman dövr qüvvədə olan qanunvericiliyin tələbləri üzrə Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir.

46. Məhkum1 əməlinin məhz Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif ed ilməsi qənaətinə gələrkən məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət əməlinin külli miqdarda törədilməsi həmin Məcəllənin 234.1-1-ci maddəsinin tərkib əlamətini yaratsa da, bu maddə “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 516-VİQD saylı Azərbaycan Respublikasının Qanununa əsasən Cinayət Məcəlləsinə 26 aprel 2022-ci il tarixdə əlavə edilmişdir.

47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğu halda, Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsinin sanksiyası ilə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının tətbiqi müəyyən edilir.

48. Məhkəmə kollegiyası xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149cu maddəsinin Vİİ bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur.

49. Azərbaycan Respublikası CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətin i başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir.

50. Həmin Məcəllənin 10.4-cü maddəsinə görə, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur.

51. Məhkum1 hazırki iş üzrə cinayət məsuliyyətinə cəlb edilməsinə əsas vermiş əməl 28 iyul 2021-ci il tarixdə, yəni “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanunun qəbul edilməsindən əvvəl törə dildiyindən, yeni qanun normasının tətbiqi isə onun vəziyyətini ağırlaşdırdığından, bu norma Məhkum1 barəsində geriyə qüvvə ilə tətbiq edilməməli, onun əməli törədildiyi zaman qüvvədə olan cinayət qanunvericiliyinə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir.

52. Məhkəmə kollegiyası həmçinin vurğulayır ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında təsbit edilmiş təfsirə görə, yalnız Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinin Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkibini yaratması nəzərə alınmaqla məhkəmələrə həm də izah edilsin ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olma dan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlibgəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqca dan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir (“Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun Qərarı, § 11).

53. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən göstərişini rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, Məhkum1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edildiyindən, onun xahişi ilə həmin narkotik vasitənin alınmasını və ona çatdırılmasını satış məqsədi olmadan təşkil etmiş Məhkum2 əməli narkotiki satanla qabaqcadan əlbir olma, habelə narkotik vasitəni satma kimi deyil, narkotik v asitənin satış məqsədi olmadan əldə edilməsi kimi qiymətləndirilməklə həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməlidir.

54. Məhkəmə kollegiyası eyni zamanda eyd edir ki, Azərbaycan Respublikası CPM-nin 419.1-ci maddəsində əksini tapmış qaydaya görə, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, kassasiya instansiyası məhkəməsi barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul etməlidir.

55. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, hazırki cinayət işi üzrə digər məhkum edilmiş şəxs olan Məhkum3 barəsində kassasiya müraciəti mövcud olmasa da, Məhkum2 tərəfindən törədilmiş əməlin hüquqi tövsifinə aid yuxarıda təsvir edilənlər, Məhkum3 barəsində də yekun qərar qəbul edilmə sinə və əməlinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə tövsif edilməsinə əsas verir.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin yuxarıda təfsir edilən məsələlər üzrə gəldiyi qənaəti işin hallarının obyektiv araşdırmasına, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq qaydada tədqiq edilmiş sübutlara əsaslanmadığından, kassasiya şikayətlərində isə həmin qənaəti təkzib edə biləcək yetərli dəlillər gətirildiyindən, apellyasiya instansiyası məhkəməsinin məhkumlar Məhkum1, Məhkum2 və Məhkum3 törətdikləri cinayət əməlinin hüquqi tövsifi barədə nəticəsi əsaslı hesab edilə bilməz.

57. Azərbaycan Respublikası CPM-nin 416.1.2 və 416.1.15-ci maddələrinə əsasən isə məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafi q olaraq sübutları tədqiq etmədikdə və törədilmiş əməlin tövsifində səhvə yol verdikdə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir.

58. Odur ki, məhkəmə kollegiyası çıxışları dinləyib, təsvir edilən əsaslara görə hesab edir ki, Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarı Məhkum1, Məhkum2 və Məhkum3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə təqsirli bilinmələrinə dair hissədə dəyişdirilməli, onların əməli Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddəsindən həmin Məcəl lənin 234.1-ci maddəsinə tövsif edilməli, məhkum edilmiş şəxslərə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza təyin edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 419.10.4cü maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum1 və Məhkum2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilsin. Kassasiya şikayətlərinə əsasən Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(107)-274/2022 nömrəli, 16 avqust 2022-ci il tarixli qərarı dəyişdirilsin. Məhkum1, Məhkum2 və Məhkum3 əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilsin. Məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 03 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Məhkum1 təyin edilmiş 03 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-54/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və üzərində qəti olaraq 3 (üç) il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Şəki Ağı r Cinayətlər Məhkəməsinin 1(091)-008/13 nömrəli, 15 mart 2013-cü il tarixli hökmü ilə təyin edilmiş 15 (on beş) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 3 (üç) il 8 (səkkiz) ay 8 (səkkiz) gün hissəsi hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Məhkum1 qəti olaraq 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Məhkum2 təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-54/2022 nömrəli, 27 aprel 2 022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,317-1.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və üzərində qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Məhkum3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən hazırki qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Məhkum3 təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-54/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsini n 29,317-1.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın və üzərində qəti olaraq 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 16 avqust 2022-ci il tarixli, 1(107)-274/2022 nömrəli qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar