Məhkəmə qərarları › İş №1(102)-239/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-239/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-239/2024 21.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Seyidov Əziz Cəfər oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Hüseynov Sərxan Sərvər oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru Məmmədli Rəşad Təvəkkül oğlunun və məhkumun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, Məhkumın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234. 4.3-ci maddələri ilə təqsirli bilinib məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: X28 oğlu (sədrlik edən), Məmmədov Hüseyn Məmməd oğlu və Hüseynov Səxavət Səməd oğlundan ibarət tərkibdə) 13 iyun 2023-cü il tarixli hökmü ilə 21 sentyabr 1978-ci ildə İran İslam Respublikasının Mərənd şəhərində doğulmuş, İran İslam Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkum olunmamış, İran İslam Respublikasının X ünvanında qeydiyyatda olmaqla yaşamış Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci madd əsi ilə təqsirli bilinib 5 (beş) il müddətə, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcının 19 dekabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, təyin olunmuş əsas cəzanı çəkib qurtardıqdan sonra barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsi tətbiq edilməklə, Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması hökm edilmişdir. Hökmlə həmçinin Təqsirləndirilən şəxs da məhkum olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: X29 oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Yusifəli Süleyman oğlu və Mirzəyev İlqar Məhərrəm oğlundan ibarət tərkibdə) 9 avqust 2023-cü il tarixli qərarı ilə Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-5/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli hökmündən təqsirləndirilən şəxs Məhkum müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, tə qsirləndirilən şəxslər Məhkum və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(109)-5/2023 nömrəli, 13 iyun 2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 26 kiloqram 350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0.375 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, marixuananı 69 ədəd bükü mə bükməklə 4 ədəd sintetik kisələrə - 1 -ci kisəyə 6 kq 800 qram, 2-ci kisəyə 6 kq 950 qram, 3-cü kisəyə 5 kq 750 qram, 4-cü kisəyə 6 kq 850 qram yığıb idarə etdiyi Gürcüstan Respublikasının XB389BX qeydiyyat nişanlı "DAF” markalı yük nəqliyyat vasitəsinin X qeydiyyat nişanlı qoşqusunun qapılarının içərisinə yığıb, metamfetamini isə 1 ədəd şəffaf polietilən bükümdə gödəkcənin iç tərəfindən bel hissəsindəki böyük cibinə qoyub saxlamaqla daşıyaraq onları yük avtomobilində 19 dekabr 2022-ci ildə İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə Təqsirləndirilən şəxs ilə birgə Azərbaycan Respublikasının gömrük sərhədinin gömrük nəzarətindən gizli keçirmiş, gömrük postunda nəqliyyat vasitəsinə baxış keçirilərkən, qeyd edil ən külli miqdarda 26 kiloqram 350 qram çəkidə 4 ədəd sintetik kisədə 69 ədəd bükümdə narkotik vasitə - qurudulmuş mariuxana yük avtomobilinin qoşqusunun qapılarının içərisindən, 0.375 qram çəkidə psixotrop maddə -metamfetamin nəqliyyat vasitəsinin kabinində Təqsirləndirilən şəxs gödəkcəsinin iç tərəfindən bel hissəsindəki böyük cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətinin dəlilləri: Müdafiəçi kassasiya şikayətində göstərir ki, X3 digər Təqsirləndirilən şəxs idarə etdiyi avtomaşında aşkar olunmuş narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən məlumatsız olması, bu cinayətlə heç bir əlaqəsinin olmaması, gömrük postunu keçdikdən sonra geriyə yaxud Türkiyə Respublikasına gedə biləcəyi barədə ifadələrinin özünümüdafiə xarakteri daşıması barədə məhkəmələrin gəldi yi qənaət tam əsassız və qanunsuz olmaqla heç bır sübuta əsaslanmır. Avtomaşına yüklənmiş yükün sənədlərinin X1 adına olması barədə qeyd olunanların hansı mənbədən götürüldüyü məlum deyil. Belə ki, nə iş üzrə aparılmış ibtidai istintaq materiallarında, nə birinci instansiya məhkəməsində araşdırılmış sübutlarda, nə də iş üzrə digər məhkum Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli ifadələrdə belə bir hal təsdiq olunmur. Digər tərəfdən, məhkəmələrin gəldiyi həmin qənaətdə qeyd olunanlar iş üzrə digər məhkum Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli ifadələrin mexaniki olaraq qərara köçürülməsindən ibarətdir ki, həmin qeydlər ehtimallar və şübhələr olduğundan sübut növü kimi qəbul edilə bilməz. İş üzrə digər məhkum Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli və uydurma ifadələrlə bağlı X6 bütü n dindirmələr zamanı tam inandırıcı və səmimi şəkildə ifadə verərək göstərmişdir ki, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti olmamaqla hər hansı bir cinayəti törərmələri barədə qabaqcadan əlbir olub razılaşmaları halı olmamışdır. Mahmoud adlı şəxsin idarə etdiyi yük avtomobilindən aşkar edilmiş narkotik vasitə barədə məlumatı yoxdur, Mahmoud verdiyi ifadədə nəqliyyat vasitəsindən aşkar olunan narkotik vasitəni onun və Rzanın oraya yüklədiyini və zəfəran yükü olduğunu bildirməsi ilə bağlı dedikləri tam yalandır, ona qarşı böhtandır. Bundan öncə Rza adlı şəxsə aid olan yük avtomobilləri ilə xarici ölkələrə səfərlər etməmiş, Mahmoud adlı şəxsi idarə etdiyi yük avtomobilinin içərisində narkotik vasitə olduğunu bilməmiş, avtomobil ilə getməyinin səbəbini Rzanın ona “whatsap” vasitəsilə yükə aid sənədlərini Türkiyə Respublikasının Dilucu gömrük keçid məntəqəsindən gömrük əməkdaşlarına göndərəcəyi üçün getmişdir. Narkotik vasitə aşkar olunan nəqliyyat vasitəsi ona aid deyil, Rzanındır, həmin maşını Rza üçün Gürcüstandan o tapıb və bunun müqabilində 20 milyon tümən pul alıbdır. Mahmoud adlı şəxsin ifadəsində onu tanıdığını, Tehran şəhərində ona yük avtomobilini Rzanın qardaşı Əli ilə birlikdə təqdim etdiyini bildirməsi tam yalandır, Mahmoud məsuliyyətdən yaxa qurtarmaq üçün belə ifadə verir, Mahmouda yük avtomobili təqdim etməmişdir. Mahmouda yük avtomobilinin qapılarının içərisində tütün məmulatı olması barədə heç bır söz söyləməmişdir. Nəqliyyat vasitəsinə baxış zamanı götürülmüş və XB389BX/X dövlət nömrə nişanlı, “DAF” markalı yük nəqliyyat vasitəsini idarə etmək üçün onun adına verilmiş etibarnamədən xəbəri yoxdur. Onun sürüçülük hüququ olmadığından onun adına verilmiş həmin etibarnamə də heç bir əhəmiyyət kəsb etmir. İş üzrə digər məhkum Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə Kanadaya aparılması nəzərdə tutulan yük yükləndikdən sonra nəqliyyat vasitəsinə plomb vurulanda orada olmamış, bu tədbirlərin heç birində iştirak etməmiş, həmin nəqliyyat vasitəsi 19 dekabr 2022-ci ildə İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsinə qədər yol qət edərkən, gömrük sərhədini keçərkən qeyd olunan nəqliyyat vasitəsində olmamışdır. Ümumiyyətlə, onun hazırkı iş üzrə təsvir olunan cinayət hadisəsinə heç bir aidiyyəti yoxdur. Birinci instansiya məhkəmə sinin məhkəmə baxışı və ibtidai istintaq zamanı cinayət işi üzrə hər hansı bir qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların araşdırılmaması halları iş materialları və cinayət işinin apellyasiya qaydasında baxılması zamanı müəyyən edilməmişdir. Müdafiə tərəfi birinci və apellyasiya instansiyası məhkəmələrinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, məhkəmənin gəldiyi qənaət yalnız iş üzrə digər məhkum Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə iclasında verdiyi bir-birinə ziddiyyət təşkil edən, tamamilə qeyri-səmimi ifadələrinin mexaniki formada hökmə köçürülməsindən ibarətdir. Məhkum Təqsirləndirilən şəxs qeyd olunan ifadələri məhkəmə iclasında araşdırılmış sübutlarla tamamilə təkzib edilmişdir. Məhkəmə iclasında araşdırılmış sübutlarla təsdiq edilmişdir ki, təqsirləndirilən şəxs X7 19 dekabr 2023-cü il tarixində saat 08 radələrində taksi sifariş edərək Naxçıvan şəhərinə gəlmiş və Naxçıvan şəhərində “Söyüdlü" adlanan yeməkxanada yemək yemişdir. Bir neçə saat ərzində o, Naxçıvan şəhərində tam sərbəst hərəkət etmək imkanına malik olmuşdur. O da təsdiq edilmişdir ki, Rahim Mollaeıkoshkı iş üzrə digər Təqsirləndirilən şəxs idarə etdiyi maşında narkotik vasitənin olduğunu bilsəydi bir daha gömrük postuna qayıtmazdı və sərbəst şəkildə sərhədi keçməklə getmək istədiyi ünvana, yəni Türkiyəyə gedə, ya da İran İslam Respublikasına qayıdardı. Məhkəmə iclasında dindirilmiş şahidlər X16, X13 və X20 ifadələri ilə təsdiq edilir ki, Rahim Mollaeıkoshkı özü sərbəst surətdə gömrük məntəqəsinə qayıtdıqdan sonra və sözügedən nəqliyyat vasitəsində narkotik vasitənin aşkar olunduğunu bildikdən sonra özünü tam sərbəst aparmış, heç bir həyəcan hissi keçirməmiş, həmin nəqliyyat vasitəsində narkotik vasitənin olmasından məlumatı olmadığını və narkotik vasitənin ona heç bir aiddiyyatı olmadığını israrla tam səmimi olaraq bildirmişdir. Lakin iş üzrə digər məhkum Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində narkotik vasitə aşkar olunduqdan sonra həyəcanlanmış, özünü itirmiş, ziddiyyətli ifadələr verərək məsuliyyətdən yaxa qurtarmağa çalışmış, bu məqsədlə ziddiyyətli ifadələr vermişdir. Təqsirləndirilən şəxs X4 qarşı irəli sürülmüş ittihamın təsdiq edilməsi üçün ibtidai istintaq orqanı heç bir konkret sübut əldə edə bilməmiş, yalnız iş üzrə digər məhkum Təqsirləndirilən şəxs ziddiyyətli ifadələrinə istinad edərək bu məqsədlə uğu rsuz cəhdlər etmişdir. Birinci isntansiya məhkəməsi iclaslarında da hər hansı belə bir sübut müəyyən edilməmişdir. Belə ki, iş üzrə digər məhkum Təqsirləndirilən şəxs öz məsuliyyətlərini yüngülləşdirmək və məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə X4 qarşı böhtan xarakterli ziddiyyətli ifadələr vermişdir. Həmin ifadədən başqa X2 hazırki iş üzrə təsvir olunan cinayət hadisəsini törətməsində onun iştirakını təsdiq edəcək heç bir sübut növü müəyyən edilməmişdir. Ona qarşı elan edilmiş ittiham, heç bir əsası olmayan şübhələrə əsaslanır. Müdafiəçi kassasiya şikayətində Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Cinayət Kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarının dəyişdirilməsi, toplanmış sübutlar X2 təqsirsizliyini təsdiq etdiyindən, CPM-in 42.2.4 və 42.1.4-cü maddələrinə əsasən ona bər aət verilməsi, bu mümkün olmadıqda isə mübahisələndirilən qərarın ləğv edilməsini və işin apellyasiya instansiyası məhkəməsində yenidən baxılmağa təyin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin olunması barədə müdafiəçinin, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzr ə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. Kassasiya şikayətində məhkəmələr tərəfindən sübutların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrinə müvafiq surətdə tədqiq ed ilibqiymətləndirilmədiyi, şəxsin əsassız məhkum edildiyi iddia edilərək, faktiki olaraq məhkum edilmiş şəxsə bəraət verilməsi və mübahisələndirilən qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi barədə tələbləri məhkəmə qərarlarının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsaslar kimi əsaslar kimi Azərbaycan Respublikası CPM-in 416.1.2, 416.1.3 və 416.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirilmişdir. Məhkəmə kollegiyası müdafiəçi tərəfindən verilmiş kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxl ayıb, araşdırmanın nəticələri olaraq qeyd edir ki, məhkəmələr Məhkum barəsində Cinayət Məcəlləsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri məhkum edilməsinə dair cinayət işi üzrə CPM-nin 144-145-ci maddələrinin tələblərinə riayət edilərək iş üzrə toplanmış sübutları hərtərəfli araşdırmış, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə obyektiv qiymətləndirərək əsaslı yekun nəticəyə gəlmişlər. Bununla əlaqədar məhkəmə kollegiyası qanunvericilik normalarına və cinayət işinin materiallarına müraciət edir: Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərar ı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qəra rının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xara kteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsa slı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəz ifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Məhkum istinad edilən, hazırkı qərarın “İşin halları” bölməsində təsvir edilmiş narkotik vasitənin qanunsuz dövriyyəsi ilə bağlı cinayətkar hərəkətləri törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, daşıması və saxlaması, habelə qeyd olunan maddələri Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirməsi birinci instansiya məhkəməsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 143-146-cı maddələrinə uyğun şəkildə tədqiq edilib, apellyasiya məhkəməsi tərəfindən yenidən təhlil edilmiş sübutların məcmusu ilə müəyyən edildiyindən, məhkəmə kollegiyası ittihamın bu hissəsi üzrə aşağı instansiya məhkəmələrinin gəldikdiyi nəticəni şübhə altına almaq üçün əsas görmür. Belə ki, cinayət işi üzrə müəyyən edilmiş hallara və araşdırılmış sübutların müqayisəli təhlilinə əsasən müəyyən edimişdir ki, İran İslam Respublikası vətəndaşları Məhkum və Təqsirləndirilən şəxs ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək İran İslam Respublikasında istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda - 26 kiloqram 350 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 0.375 qram çəkidə psixotrop maddə metamfetamini əldə edib, marixuananı 69 ədəd bükümə bükməklə 4 ədəd sintetik kisələrə yığıb idarə etdiyi Gürcüs tan Respublikasının XB389BX qeydiyyat nişanlı "DAF” markalı yük nəqliyyat vasitəsinin X qeydiyyat nişanlı qoşqusunun qapılarının içərisinə yığıb, metamfetamini isə 1 ədəd şəffaf polietilən bükümdə gödəkcənin iç tərəfindən bel hissəsindəki böyük cibinə qoyub saxlamaqla daşıyaraq onları yük avtomobilində 19 dekabr 2022-ci ildə İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasının Şahtaxtı gömrük sərhəd buraxılış məntəqəsi vasitəsilə Təqsirləndirilən şəxs ilə birgə Azərbaycan Respublikasının gömrük sərhədinin gömrük nəzarətindən gizli keçirmiş, gömrük postunda nəqliyyat vasitəsinə baxış keçirilərkən, qeyd edilən külli miqdarda 26 kiloqram 350 qram çəkidə 4 ədəd sintetik kisədə 69 ədəd bükümdə narkotik vasitə - qurudulmuş mariuxana yük avtomobilinin qoşqusunun qapılarının içərisi ndən, 0.375 qram çəkidə psixotrop maddə metamfetamin nəqliyyat vasitəsinin kabinində Təqsirləndirilən şəxs gödəkcəsinin iç tərəfindən bel hissəsindəki böyük cibindən aşkar edilərək götürülmüşdür. Cinayət işi üzrə toplanmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verən Apellyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq Məhkum hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkibinin olması, onun tərəfindən həmin cinayətlərin törədilməsinin məhkəmə istintaqında tədqiq olunmuş dəlillərlə tam sübuta yetirilməsi barədə qanuni və əsaslı nəticəyə gəlmişdir. Apellyasiya Məhkəməsinin qeyd olunan mövqeyi ilə bağlı məhkəmə kollegiyası qeyd edir: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli qərarın 4-cü bəndinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan s onra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Sözügedən Qərarın 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanə t kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri külli miqdarda əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd edilən maddələrdə göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Cinayət Məcəlləsində alternativ əlamətli obyektiv cəhətə malik xeyli sayda cinayət tərkibi vardır. Alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə n əzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarı). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli qəra rının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2 iyun 2016-cı il tarixli 10 saylı qərarının 19-cu bəndində məhkəmələrə tövsiyə olunur: "Məhkəmələrə tövsiyə edilsin ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-in 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-in 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcad an əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digə rləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir... Həmçinin nəzərə alınmalıdır ki, iki və ya daha çox icraçı tərəfindən qabaqcadan razılaşmadan qrup şəklində qaçaqmalçılığın törədilməsi müəyyən edildikdə, qrup üzvlərinin hər birisinin belə əməlləri cinayətin predmetinə və CM-in 206.3.1, 206.3.3 və ya 206.3.4-cü maddələrində nəzərdə tutulmuş tövsifedici əlamətlərin olub-olmamasına uyğun olaraq müstəqil şəkildə tövsif edilir.” Müdafiəçi kassasiya şikayətində Məhkum təqsirliliyinə dəlalət edən sübutların qeyrimötəbər olması, həmin sübutların düzgün araşdırılmamasını göstərsə də, müdafiə tərəfinin qeyd edilən dəlilləri hər iki məhkəmə baxışı zamanı öz təsdiqini tapmamışdır. İşin müəyyən edilmiş halları ilə ziddiyyət təşkil edən bu xüsusatlara birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlərin ifadələri ilə müqayisəli təhlil olunub düzgün hüquqi qiymət verilmişdir. Belə ki, apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən həmin dəlillərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmiş və qeyd edilmişdir ki, -narkotik vasitənin daşındığı avtomaşının idarə edilməsi üçün etibarnamə təqsirləndirilən şəxs X5 adına verilmiş, həmçinin avtomaşına yüklənmiş yükün sənədləri onun adına olmuş, həmin avtomaşına yük vurulmasında, İranın Poldəşt adlanan gömrük məntəqəsinədək gətirilməsində, gömrükdən növbədənkənar keçirilməsində bilavasitə iştirak etmiş, Poldəşt gömrüyündə avtomaşının yoxlama apar ılmadan gömrükdən keçirilməsi üçün gömrük işçilərinə pul vermiş, Şahtaxtı gömrüyünə gələnə qədər və gömrükdə olduğu müddətdə Rahımin avtomaşının sürücüsü Mahmoudla bir neçə dəfə telefon əlaqəsi saxlamış, gömrükdə gecəni Mahmoudla birlikdə qalmış, Şahtaxtı gömrüyündə sürücü Mahmouddan pul almış, əvvəlcədən avtomaşında qaçaqmal olması barədə məlumatlı olmuş, lakin sürücü olan digər Təqsirləndirilən şəxs narahat olmamağı, həmin malın "zəfəran və çay” olduğunu, tutularsa cəriməsini ödəyib çıxacaqlarını bildirərək onu sakitləşdirmişdir. Bütün bunlar onun bu cinayət əməlinin törədilməsində iştirakını təsdiq edir. - X5 digər təqsirləndirilən şəxs M. Azızmohammadının idarə etdiyi avtomaşında aşkar olunmuş narkotik vasitə marixuanadan və psixotrop maddə metamfetamindən məlumatsız olması, bu cinayət lə heç bir əlaqəsinin olmaması gömrüyü keçdikdən sonra geriyə yaxud Türkiyə Respublikasına gedə biləcəyi barədə ifadələri özünümüdafiə xarakteri daşıyır. Cinayət işinin materiallarından göründüyü kimi təqsirləndirilən şəxs X9 digər Təqsirləndirilən şəxs ilə daim telefon əlaqəsi saxlamış, maşında gizlədilmiş əşyanın cəriməsini verib gedəcəklərini bildirmişdir. Həmçinin təqsirləndirilən şəxs X5 ifadələrindən onun digər Təqsirləndirilən şəxs ilə birlikdə həmin avtomaşında Türkiyə Respublikasına getmək niyyətində olması aydın olur. Kassasiya məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyini əsaslı sayaraq xüsusilə qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətində irəli sürülən dəlillər konkret sübutlara əsaslanmamış, həmin dəlillər subyektiv mülahizələrdən ibarət olma qla aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş çoxsaylı mötəbər sübutlarla təkzib olunmaqla öz təsdiqini tapmamışdır. Belə ki, cinayət işi üzrə aşağı instansiya məhkəmələri tərəfindən tədqiq edilmiş sübutlara əsasən: Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2022-ci il tarixli, 408 nömrəli arayışına əsasən ilkin tədqiqat zamanı marixuananın ümumi təmiz çəkisi 26 kiloqram 350 qram, metamfetaminin ümumi təmiz çəkisi 0,375 qram olmuşdur; 23 yanvar 2023-cü il tarixli, 54 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsinin qoşqusunun qapısında kisədə 69 ədəd bağlamada, təmiz çəkisi 26 kiloqram 349,8 qram xırdalanmış bitki mənşəli kütlələr, narkotik təbiətli çətənə bitkisindən hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. 1 ədəd polietilen bükümdə təmiz çəkisi - 0.325 qram olan ağ rəngli, kristal formada və toz şəkilli hissəciklərdən ibarət maddə - psixotrop maddə olan metamfetamindir; 19 dekabr 2022-ci il tarixli nəqliyyat vasitəsinin yoxlanılması və malların götürülməsi haqqında protokol və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi XB389BX/X dövlət qeydiyyat nişanlı, "DAF” markalı, yük avtomobilinə ilk öncə "Cek” ləqəbli xidməti it tətbiq edilmiş, bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşınının qoşqusunun arxa hissəsinə, əsasən də 2 taylı qapısına reaksiya vermiş, reaksiya əsasında qoşqunun qapılarının üst hissəsində metal lövhə xüsusi alətlər ilə açılmış, qapıların hər iki divarının arasında yerləşən, qoşqunun temperaturunun tənzimlənməsi məqsədi ilə zavod konstruksiyasında nəzərdə tutulmuş penaplast kütləsinin çıxarıldığı və yerinə qapının hündürlüyü boyunca gümüşü rəngli metal örtüyə bükülmüş ümumilikdə 4 (dörd) ədəd bağlama aşkar edilmiş, həmin bağlamalara baxış zamanı hər bağlamada müvafiq olaraq bir bağlamada 15 ədəd, digər üç bağlamada isə hər birində 18 ədəd olmaqla, ümumilikdə 69 (altmış doqquz) ədəd üzəri sarımtıl yapışqanlı lentlə sarınmış, düzbucaqlı formalı bağlamalarda açıq-yaşıl rəngli, narkotik vasitəyə bənzər kəskin iyli kütlə olduğu məlum olmuş, həmin bağlamalar ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, bağlamalarda olan narkotik vasitəyə bənzər kəskin iyli kütlənin qablaşdırılmaları ilə birgə ümumilikdə təqribi ç əkisinin 37 kq 400 qram olduğu müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs idarə etdiyi XB389BX/X dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin kabini yoxlanılmış, kabində olan Təqsirləndirilən şəxs məxsus 1 ədəd tünd rəngli gödəkcənin içərisində qablaşdırılması ilə birlikdə ümumi çəkisi 0.480 qram olan ağ rəngli, kristal formada, psixotrop maddə - metamfetaminə bənzər kütlə aşkarlanaraq qablaşdırılıb götürülmüşdür; 16 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi XB389BX/X dövlət qeydiyyat nişanlı, "DAF” markalı nəqliyyat vasitəsinin içərisinə baxış keçirilmiş, bu zaman XB389BX/X dövlət qeydiyyat nişanlı, "DAF” markalı nəqliyyat vasitəsini idarə etmək üçün "M.S.Logistics LTD” şirkəti tərəfindən Məhkumyə və Təqsi rləndirilən şəxsyə verilmiş etibarnamələr və içərisində metamfetamin aşkar olunmuş gödəkcə müəyyən olunaraq götürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi işdə toplanmış hüquqi sənədləri, ekspert rəylərini, məhkum edilmiş şəxsin, eləcə də şahidlərin ifadələrini tədqiq edib onlar əsasında müəyyən edilmiş hallara qiymət verərək haqlı olaraq Məhkum əməllərinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməsi barədə nəticəyə gəlmişdir. Məhkum Cinayət Məcəlləsinin göstərilən maddələri ilə təqsirli olması cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq toplanmış, yoxlanılmış və qiymətləndirilmiş - şahidlərin ifadələri, ekspert rəyləri və mötəbərliyi şübhə doğurmayan digər sübutların məcmusu ilə təsdiq edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini şübhə altına almağa əsaslar mövcud deyildir. Məhkumun ona həmin qərarla istinad edilən cinayət əməllərini törətməsi kassasiya şikayətində iddia olunanların əksinə olaraq birinci instansiya məhkəməsi tərəfindən cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun şəkildə tədqiq edilmiş, birbiri ilə uzlaşan, mümkünlüyü və mötəbərliyi təkzib edilməmiş sübutların məcmusu ilə müəyyən edilmişdir. Həmin dəlillər apellyasiya şikayətlərinə baxılması zamanı apellyasiya məhkəməsi tərəfindən yoxlanılmış, məhkəmə həmin dəlillərin baxılmış sübutların məcmusu ilə və digər materiallarla təkzib olunması haqqında nəticəyə gələrək birinci instansiya m əhkəməsinin ittihamın sübuta yetirilməsi ilə bağlı gəldiyi nəticə ilə haqli olaraq razılaşmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiya sına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab ed ilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Sadalananlara münasibətdə məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin qərarlarında müəyyən olunan hallar əsasında M əhkum Cinayət Məcəlləsinin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli olması barədə gəldikləri nəticə ilə razılaşaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42-ci maddəsində (bəraətin əsasları) nəzərdə tutulan əsaslar, habelə həmin Məcəllənin 39-cu maddəsində nəzərdə tutulan cinayət təqibini bəraətverici əsaslarla istisna edən hallar müəyyən edilməmişdir. Odur ki, Məhkum bəraət verilməsi üçün cinayət-prosessual qanunvericilikdə müəyyən edilmiş əsaslar mövcud deyil. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəmə baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilməmiş. mübahisələndirilən qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-in 416-cı maddəsində n əzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilənlərə əsasən, kassasiya şikayətinin dəlillərini, cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla təkzib olunmaqla əsassız olduğundan təmin olunmamalı, qərarın dəyişdirilmədən saxlanılması məqsədəmüvafiq hesab edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3cü maddələri ilə məhkum olunması barədə cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının 9 avqust 2023-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar