Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2390/2024 27.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası: hakimlər Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Teyyub Asif oğlu Muxtarov və Tahir Lələkişi oğlu Kazımovdan ibarət tərkibdə, Pərviz Müseyib oğlu Hacıyevin katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, baş ədliyyə müşaviri Nazim Nəriman oğlu İmanovun və Zərərçəkmiş şəxs iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiya sının 01 may 2024-cü il tarixli qərarından Dövlət ittihamçısı3 tərəfindən verilmiş kassasiya protestinə və Zərərçəkmiş şəxs tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (sədrlik edən hakim Elnurə Rəcəbova) 06 mart 2024-cü il tarixli 1(008)-239/2024 nömrəli hökmü ilə, 01 avqust 1987-ci ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Bakı şəhəri Xətai rayonu Xudu Məmmədov küçəsi, 2942A məhəlləsi, ev 34, mənzil 74-də qeydiyyatda olmaqla Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyində nömrəsiz evdə yaşayan Məhkum1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqs irli bilinərək 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmış və üzərində qəti olaraq 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmış, xx xxxxxxx 1993-cü ildə Naxçıvan Muxtar Respublikası Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Kürçülər kəndində qeydiyyatda olan və Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi nömrəsiz evdə yaşayan Məhkum2 CM-in 221.2.1-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilmişdir. İşin halları: İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum1, 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz fərdi evin qarşısındakı küçədə, qardaşı Məhkum2 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs borc formasında verdiyi pulunu geri istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxsər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, insanlar arasında təşəkkül tapmış adətlə rə, davranış, birgəyaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında, ucadan səs-küy salmaqla nalayiq sözlər işlədib öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edərək istintaqa məlum olmayan əlində olan bıçağı silah qismində istifadə edərək arxa hissəsi ilə, əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub sonuncuya “sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı” xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “sağ göz almasının ağlı qişasına qansızıma” xəsarəti ilə müşayiə t olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Məhkum2 isə ucadan nalayiq sözlər işlədib əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub “sol gicgah nahiyəsinin qançırı” xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “baş beyin silkələnməsi” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs tərəfindən, silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı tərəfindən irəli sürülən ittihama əsasən Məhkum2 26 yanvar 2023-cü il tarixdə saat 18:30 radələrində ictimai yer hesab olunan Bakı şəhəri Sabun çu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz fərdi evin qarşısındakı küçədə, qardaşı Məhkum1 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs borc formasında Məhkum1 verdiyi pulunu geri istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub ətrafdakı şəxsər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, birgəyaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edərək ümumqəbul edilmiş əxlaq normalarına zidd olaraq kənar şəxslərin yanında, ucadan səs-küy salmaqla nalayiq sözlər işlədib öz şəxsiyyətini başqalarının fövqündə qoymaqla şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərə kətlər edərək əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub “sol gicgah nahiyəsinin qançırı” xəsarəti ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “baş beyin silkələnməsi” xəsarəti ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri, Məhkum1 isə istintaqa məlum olmayan əlində olan bıçağı silah qismində istifadə edərək arxa hissəsi ilə, əlləri və ayaqları ilə Zərərçəkmiş şəxs bir neçə dəfə qəsdən vurub sonuncuya “sağ gözyuvasıaltı və döş qəfəsi nahiyələrinin qançırları, sağ yanaq nahiyəsinin sıyrığı” xəsarətləri ilə müşayiət olunan sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən və “sağ göz almasının ağlı qişasına qansızma” xəsarəti ilə müşayiət olunan sağlamlı ğın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirərək bir qrup şəxs tərəfindən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər Elbəy Allahverdiyev sədrlik edən və məruzəçi) Cavid Hüseyn və Habil Məmmədovdan ibarət tərkibdə) 01 may 2024-cü il tarixli 1(103)-944/2024 nömrəli qərarı ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 06 mart 2024-cü il tarixli 1(008)-239/2024 nömrəli hökmü dəyişdirilmədən saxlanılmış, zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti və dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin olunmamışdır. Dövlət ittihamçısı3 verdiyi kassasiya protestində və Zərərçəkmiş şəxs verdiyi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin Cinayət kol legiyasının 01 may 2024-cü il tarixli qərarın ləğv edilməsini və cinayət işi üzrə yeni apellyasiya baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin və kassasiya şikayətinin dəlilləri: Dövlət ittihamçısı3 kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələr təqsirləndirilən şəxs Məhkum2 ifadəsinə tənqidi yanaşmamış, bəraət verərkən onun prosessual hüququ olan özünü təqsirli bilməyərək cinayət törətməməsi barədə ifadələrinə əsaslanan, təqsirləndirilən şəxsin qeyri-düzgün ifadəsini nəzərə almış, təqsirləndirilən şəxsin ifadələrini zərərçəkmiş şəxs və şahid ifadələri ilə müqayisə edib təhlil etməmiş, ittihamın əsasını təşkil edən sübutlara düzgün qiymət verməmiş, öz şəxsi mülahizəsini tətbiq edərək Məhkum2 əsassız olaraq bəraət vermiş, sübutla r və sübutetməyə dair cinayət-prosessual qanunun tələblərini pozaraq Məhkum1 əməlini əsassız olaraq CM-in 128-ci maddəsi ilə tövsif etmişdir. Münaqişənin zərərçəkmiş şəxsin deyil, təqsirləndirilən şəxs Məhkum1 tərəfindən öz təşəbbüsü ilə süni şəkildə qəsdən başlanması, yəni Zərərçəkmiş şəxs haqlı olaraq tələb etdiyi borcdan yayınmaq üçün ona qıcıqlandırıcı suallar verərək aldığı cavabı bəhanə etməklə mübahisə yaratmış, borcu qaytarmaq əvəzinə münaqişəni kimsəsiz yerdə deyil, məhz küçədə törətmək, ictimai qaydanı kobud surətdə pozmaq məqsədilə sonuncunu olduğu yerdə, yəni küçədə onu gözləməyini, hadisə yerinə gedərək məhz küçədə qaranlıq vaxtı ətrafda səs-küyə çıxmış qonşuların gözləri qarşısında onların narahatçılığına səbəb olan şəraitdə (təqsirləndirilən şəxslərin özlərinin və şahid ifad ələri ilə müəyyən olunur) əlindəki bıçağın arxa dəstək hissəsi ilə heç bir hüquqa və əxlaqa zidd hərəkətlərə yol verməyən Zərərçəkmiş şəxs dərəcəsi təyin edilməyən və qəsdən sağlamlığa yüngül xəsarət yetirməsi, həmin vaxtı qardaşı Məhkum2 öz təşəbbüsü ilə münaqişəyə müdaxilə edərək köməkləşib Zərərçəkmiş şəxs əl-ayaq zərbələri ilə dərəcəsi təyin edilməyən və qəsdən sağlamlığa yüngül zərər vurma xəsarəti yetirmələri təqsirləndirilən şəxs Məhkum1 əməlində CM-in 221.3-cü maddəsinin, Məhkum2 əməlində CM-in 221.2.1-ci maddəsinin əlamətlərinin olmasına dəlalət edən hallardır. Lakin məhkəmə kollegiyası əsassız olaraq Məhkum1 Zərərçəkmiş şəxs xəsarət yetirməsini zərərçəkmiş şəxslə telefonda bir-birlərini söyüb təhqir etməsinin davamında baş verən mübahisə, yəni şəxsi münasibətlər zəminində baş ver miş münaqişə kimi qiymətləndirərək əməlin tövsifində yanlışlığa yol vermiş, təqsirləndirilən şəxs Məhkum1 və Məhkum2 əməllərində xuliqanlıq cinayətinin tərkibini yaradılmasını şərtləndirən subyektiv cəhətin zəruri elementlərini (xuliqanİıq motivini) müəyyən etməmiş, başlanmış münaqişənin əvvəlindən axıra kimi iştirak etmiş Məhkum2 mübahisədə kənardan müdaxilə etməyib, sadəcə tamaşa edən tərəf kimi qəbul etməsi həm toplanmış sübutlarla təkzib edilmiş, həm də inandırıcı gəlməmiş, ümumiyyətlə, məhkəmənin gəldiyi nəticə işin obyektiv halları ilə uzlaşmamışdır. Bundan başqa, apellyasiya instansiya məhkəmə kollegiyası zərərçəkmiş şəxsin hadisənin günbatan, yəni axşam vaxtı baş verdiyi, həmin vaxt orada yalnız Cabit, Sərdar və onlarla gəlmiş 3 nəfər şəxsin olduğu, kənar şəxslərin olmadığı orada h eç kimin söyüş söymədiyinə dair ifadəsini əsas götürərək Məhkum1 hərəkətlərini xuliqanlıq kimi qiymətləndirməməklə də səhvə yol vermiş, cinayətin törədildiyi yeri nəzərə almamışdır. Zərərçəkmiş şəxs kassasiya şikayətinin dəlillərini onunla əsaslandırmışdır ki, Sabunçu Rayon Məhkəməsindən fərqli olaraq Bakı Apellyasiya Məhkəməsinin kifayət qədər iş təcrübəsinə malik respublikada ədalət obyektivlikləri ilə tanınan professional sayılan cinayət kollegiyası tərəfindən birinci instansiya məhkəməsinin hakiminin səthi araşdırma nəticəsində gəldiyi qənaətlə razılaşdırılmış, hakimin qanunsuz qərarı ləğv edilməmiş, haqq-ədalət bərpa olunmamışdır. Sabunçu Rayon Məhkəməsinin hökmündə bir-birinə, daban-dabana zidd olan arqumentlərə əhəmiyyət verilməmişdir. Həmin hökmdə işin faktiki halları kənara qoyu lub, hakimin zərərçəkmişi “yalançı” çıxarmaq cəhdinin olduğu və açıq-aşkar surətdə birtərəfli araşdırma yolu tutulduğu, təqsirləndirilən şəxslərin özünümüdafiə mövqelərinə tənqidi yanaşılmaması nəticəsində ciddi nöqsanlara yol verdiyi nəzərə alınmamışdır. Ona görə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilməli, iş təkrar araşdırılmalı, cinayət törətmiş şəxslərin layiqli cəza almaları təmin edilməlidir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini araşdırıb, məruzəçini, proses iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti və kassasiya şikayəti təmin olunmalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin və kassasiya şikayətinin başlıca dəlilləri Məhkum1 əməlinin Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif edilməsinin və Məhkum2 Azərbaycan Respublikası CM-in 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməsi sübut olunma sına baxmayaraq onun barəsində bəraət hökmü çıxarılmasının qanunsuz və əsassız olmasıdır. Kassasiya protestinin və kassasiya şikayətinin Məhkum1 əməlinin tövsifi ilə əlaqədar məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəy yən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İstintaq orqanı nəticəyə gəlmişdir ki, Məhkum2 qardaşı Məhkum1 ilə birləşib bir qrup şəxs halında Zərərçəkmiş şəxs yumruq və təpiklə zərbələr endirib sağlamlığa yüngül zərər vuraraq xuliqanlıq cinayəti törətmişlər. İstintaq orqanı öz mövqeyini onunla əsaslandırmışdır ki, təqsirləndirilən şəxslər həmin hərəkətləri xuliqanlıq motivi ilə Zərərçəkmiş şəxs borc formasında Məhkum1 verdiyi pulunu geri istəməsini bəhanə edib, heç bir əsaslı səbəb olmadan törətmişlər. Həmçinin bu hərəkətlər Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi 2-ci sahədə yerləşən nömrəsiz fərdi evin qarşısındakı küçədə, yəni ictimai yerdə törədilməsi nəticəsində ictimai qayda kobud surətdə pozulmuşdur. Məhkəmələr isə işin hallarına qiymət verib nəticəyə gəlmişlər ki, təqsirləndirilən şəxs Məhkum1la Zərərçəkmiş şəxs arasında münaqişə səbəbsiz və ya hər hansı bəhanə ilə deyil, şəxsi münasibətlər zəminində baş vermiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi birbaşa qəsdlə vuraraq onun sağlamlığına yüngül zərər vursa da, onun ictimai qaydanı pozmaq niyyəti olmamışdır. Məhkum1 bu hərəkətləri xuliqanlıq motivi ilə törətməmiş, onun əməli ictimai qaydanın pozul masına yönəldilməmişdir. Hadisə küçədə baş versə də, təqsirləndirilən şəxsin əməlləri nəticəsində ictimai qaydanın kobud pozması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, təqsirləndirilən şəxs Məhkum1 əməlinin tövsifi ilə əlaqədar məhkəmələrin gəldikləri nəticə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərdir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarının 2-ci bəndində göstərilir ki, cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzil də, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. İş üzrə müəyyən edilmiş hallardan görünür ki, hadisə Məhkum1 ilə Zərərçəkmiş şəxs aralarında olan şəxsi münasibətlər zəminində baş vermiş, hadisə vaxtı Məhkum1 niyyəti heç də ictimai qaydanı kobud surətdə pozmağa, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməyə yönəlməmişdir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkum və zərərçəkmiş şəxs qohumdurlar. 2022-ci ilin may ayında Məhkum1 Zərərçəkmiş şəxs 10 gündən sonra qaytarmaq şərti ilə 1000 manat pul borc almış və uzun müddət borcu qaytarmamışdır. Həmin vaxtdan hadisə günə qədər Zərərçəkmiş şəxs dəfələrlə Məhkum1 borcun qaytarılmasını tələb etmiş, lakin sonuncu borcu qaytarmamışdır. Hadisə günü Zərərçəkmiş şəxs növbəti dəfə telefonla Məhkum1 zəng edərək borcun qaytarılmasını tələb etmiş və onunla danışan zaman Məhkum1 təhqir etmişdir. Məhz təhqirlə əlaqədar Məhkum1 Zərərçəkmiş şəxs yeri öyrənib onu orada gözləməsini xahiş etmiş və həmin yerə gələrək zərə rçəkmiş şəxsə zor tətbiq etmişdir. İşin bu halları məhkəmə iclasında tədqiq edilmiş sübutlar əsasında müəyyən edilmişdir. Göründüyü kimi, zərərçəkmiş şəxs hadisə gününə qədər dəfələrlə Məhkum1 borcun qaytarılmasını tələb etmiş, lakin məhkum bununla əlaqədar heç vaxt zərərçəkmiş şəxsə nə zor, nə digər qanunsuz hərəkətlər etməmişdir. İşin bu halı onu göstərir ki, Məhkum1 tərəfindən Zərərçəkmiş şəxs zor tətbiq edərək onun sağlamlığına yüngül zərər vurulması istintaq orqanın gədiyi nəticə kimi sonuncunun ondan pul tələb edilməsi ilə əlaqədar deyil, onu təhqir olunmasına görə qisas almaq məqsədi ilə olmuşdur. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, məhkəmələrin Məhkum1 tərəfindən zərərçəkmiş şəxsə qarşı cinayət əməlini xuliqanlıq niyyəti deyil, şəxsi münasibətlər zəminində törədilməsi ba rədə gəldiyi nəticə işin hallarına və iş üzrə toplanmış sübutlara uyğun gəldiyindən əsaslıdır. Xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Konstitusiya Məhkəməsi Plenumu bir neçə qərarlarında göstərmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ic timai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Bu hüquqi mövqe xüsusi ilə Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli qərarında da əks olunmuşdur. Belə ki, həmin qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin qeyd edilməlidir ki, istintaq orqanı Məhkum1 zərərçəkmiş şəxsə qarşı zor tətbiq edilməsi nəticəsində ictimai qaydanın kobud pozmasının baş verməsi barədə ittihamda qeyd etsə də, bunu sübut etmək üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə vaxtı heç kim söyüş s öyməmiş, hadisə ilə əlaqədar qonşulardan heç kim çıxmamış, hadisə yerində təqsirləndirilən şəxslərdən başqa onlarla birlikdə gələn üç nəfər şəxs olmuş, onlar kənarda dayanmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxslər və Şahid ifadələrində hadisə vaxtı kənarda iki-üç qonşunun olmasını qeyd etmişlər. Şahid ifadələri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, həmin şahid Bakı şəhəri, Xətai rayonu, Gəncə prospektində yaşayır və onun hadisə yerində olan şəxslərin qonşuda yaşaması barədə bilməsi də şübhə doğurur. Cinayət işinə əlavə edilmiş Məhkum1 ilkin izahatında da o göstərmişdir ki, onunla bir yerdə qardaşı Sərdar və digər şəxslər, cəmi beş nəfər gəlmiş, lakin onlar kənarda durmuşlar. İstintaq orqanı təqsirləndirilən şəxslərdən və Şahid başqa hadisə yerində olan şəxslərdən heç kimi müəyyən etməmiş və dindirməmiş, ictimai qaydanın pozmasını təsdiq edən əlavə heç bir sübut təqdim etməmişdir. Belə olan halda ibtidai istintaq orqanının Məhkum1 cinayət əməlinin nəticəsində ictimai qaydanın kobud pozulması barədə gəldiyi nəticə hər hansı bir konkret mötəbər sübutla təsdiq olunmadığından əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin Məhkum1 əməlinin əsassız olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilməsi barədə dəlilləri ilə razılaşmasa da, həmin kassasiya müraciətlərinin təqsirləndirilən şəxs Məhkum2 zərərçəkmiş şəxsə qarşı cinayət əməlini törətməsi barədə dəlillərini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. Məhkəmə kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin həmin dəlillərinə münasibət bildirərək ilk növ bədə qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin tələbinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən olunmasını təmin etməlidir. Azərbaycan Respublikası CPM-in 8.0.3-cü maddəsinə əsasən, cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq cinayət mühakimə icraatının əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdı r. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmçinin həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, 26 yanvar 2023-cü il tarixdə onu Əhmədov X2 Sərdar Vilayət oğlu ilə birlikdə döymüşlər. İşə baxan məhkəmələr tərəfindən Məhkum2 barəsində bəraət hökmünün çıxarılmasının başlıca arqument zərərçəkmiş şəxsin məhkəməyədək icraat və məhkəmə araşdırmalar ı zamanı ziddiyyətli ifadələri verməsidir. Məhkəmə kollegiyası işin materialları araşdıraraq müəyyən etmişdir ki, Zərərçəkmiş şəxs həm məhkəməyədək icraat zamanı, həm məhkəmə baxışı zamanı bütün ifadələrində göstərmişdir ki, ona qarşı cinayət qardaşlar Cabit və Məhkum2lar tərəfindən birlikdə törədilmişdir. Hətta cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in “102” xidmətinin təqririndən də görünür ki, hadisədən dərhal sonra zərərçəkmiş şəxs öz mobil telefonu ilə “102” xidmətinə məlumat verərək Ricay (Cabitin ləqəbi) və Sərdarın onu döymələri barədə məlumat vermişdir. İşdə olan Zərərçəkmiş şəxs ona qarşı cinayət törədilməsi barədə Sabunçu rayon Polis İdarəsinə verilmiş ərizəsində də o göstərmişdir ki, onu Cabit və Sərdar adlı şəxslər döymüşlər. Cinayət işi üzrə ibtidai istinta q zamanı zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslər Məhkum1 və Məhkum2 arasında keçirilmiş üzləşdirmədə də Zərərçəkmiş şəxs hər iki qardaşın onu döymələrini bildirmişdir. Həmçinin qeyd edilməlidir ki, zərərçəkmiş şəxslə təqsirləndirilən şəxslərin arasında qohumluq münasibətləri mövcuddur və cinayət işinin materiallarına əsasən həmin münasibətlər hadisə qədər normal olmuşdur. Borcun qaytarılmaması ilə əlaqədar zərərçəkmiş şəxslə Məhkum1 arasında münasibətlərdə gərginlik yaransa da, onun Məhkum2la hadisəyə qədər münasibətlərin pozulmasını bildirən heç bir hal müəyyən edilməmişdir. Ona görə də zərərçəkmiş şəxsin heç bir əsas olmadan Məhkum2 qarşı qərəzli mövqe tutması və bilə-bilə sonuncu tərəfindən ona qarşı cinayət törədilməsi barədə hüquq-mühafizə orqanlarına yalan məlumatı verməsi məntiq siz və inandırıcı deyildir. Eyni ilə doğma qardaşının zərərçəkmiş şəxslə münaqişənin olmasını bilib hadisə yerinə gəlmiş Məhkum2 qardaşı ilə zərərçəkmiş şəxs dalaşan zaman onlara kənardan baxmasını da inandırıcı hesab etmək çətindir. Məhkəmə kollegiyası həm də qeyd edir ki, birinci instansiya məhkəməsi heç bir əsas olmadan zərərçəkmiş şəxsin ifadəsində hadisə vaxtı mobil telefonun itirilməsi barədə ziddiyyətli məqamların olmasını onun Məhkum2 ona qarşı cinayət əməlində iştirakı barədə ifadəsinə şübhə gətirən hal kimi qəbul etmişdir. Bundan başqa birinci instansiya məhkəməsi cinayət işi üzrə Zərərçəkmiş şəxs barəsində keçirilmiş məhkəmə-tibbi ekspertizasının 06 fevral 2023-cü il tarixli 187 nömrəli rəyini araşdıraraq, ekspert rəyində hansı zərbələrin zərərçəkmiş şəxsin baş beyin silkələnməs inə səbəb olmasının göstərilmədiyini qeyd edib Məhkum2 Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vurmasının məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığı qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaəti əsaslı hesab etmir. Belə ki, zərərçəkmiş şəxsin ifadəsindən görünür ki, Məhkum1 və Məhkum2 ona qarşı cinayət əməli bir qrup şəxs halında törətmişlər. Yumruq və təpik zərbələrinin vurulması nəticəsində şəxsin bədən xəsarətlərini, o cümlədən onun sağlamlığına yüngül zərər vuran xəsarətləri ala bilməsi ehtimalı məntiqli və gözlənilən haldır. Ona görə də zərərçəkmiş şəxsə qəsdən yumruq və təpik zərbələri endirən şəxs zərər çəkmiş şəxsə onun sağlamlığına yüngül zərər vuran bədən xəsarətinin yetirilməsini arzu etməsə də, öz hərəkətləri nəticəsində zər ərçəkmiş şəxsə bədən xəsarətlərinin yetirilməsi mümkün olmasını başa düşür, qabaqcadan görür və ya buna şüurlu surətdə yol verir. Azərbaycan Respublikası CM-in 32.2 və 35-ci maddələrinin mənasına görə cinayət birgə icraçılıqla bir qrup şəxs tərəfindən törədilirsə, icraçının ekstsessi istisna olmaqla, cinayətin icraçı olan qrupun hər bir üzvü qrupun digər üzvləri tərəfindən törədilmiş hərəkətlərin nəticələrinə görə də məsuliyyət daşıyır. Ona görə də cinayətin bir qrup şəxs tərəfindən törədilməsi zamanı qrup üzvlərinin qəsdi ilə əhatə olunan nəticənin məhz qrupun hansı üzvünün hərəkətləri ilə törətməsinin müəyyən edilməsi qrupa daxil olan hər bir üzvünün əməlinin hüquqi tövsifi üçün əhəmiyyət kəsb etmir. Məhkəmə kollegiyasının qənaəti belədir ki, işə baxan məhkəmələr tərəfindən Məhkum2 barəs ində bəraət hökmü çıxarılaraq Azərbaycan Respublikası CPM-in 143-146cı maddələrinin tələbləri pozulmuş, sübutlara düzgün və obyektiv qiymət verilməmiş, ittiham tərəfindən məhkəməyə təqdim edilmiş sübutların rədd edilməsinin motivləri kifayət qəqdər əsaslandırmamışlar. Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən, məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM 349.4). Aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda (CPM 349.5.1.); bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifay ət etdikdə (349.5.2); məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə (349.5.3). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4№-li qərarının 12-ci bəndində göstərilir ki, bəraət hökmünün təsviri hissəsində ittihamın məzmunu göstərildikdən sonra işin faktiki halları, onların məhkəmə tərəfindən necə müəyyən edilməsi şərh edilir, təqsirləndirilən şəxsin təqsirsiz olması bərədə məhkəmənin gəldiyi nəticəni əsaslandıran sübutlar təhlil edilir, ittihamın əsasını təşkil edən sübutların rədd edilməsinin motivləri göstərilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisaari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “Ruis Torija İspaniyaya qarşı” 9 dekabr 19 94-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin Məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidir. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin, hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hökmünün və həmin hökmün qüvvədə saxlanılması barədə mübahisələndirən apellyasiya instansiyası məhkəməsinin qərarının təqsirləndirilən şəxs Məhkum2 bəraət verilməsi və Məhkum1 Campolad oğlunun zərərçəkmiş şəxsə qarşı cinayət əməlini tək törətməsi hissəsinin əsaslı olması nəticəsinə gəlmək mümkün deyil. Beləliklə, kassasiya kollegiyası kassasiya protestinin və kassasiya şikayətinin dəlillərini işə baxan məhkəmələrin hökm və qərarının təsviri-əsaslandırıcı hissəsində istinad etdikləri dəlillərlə müqayisəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, kassasiya protestinin və kassasiya şikayətinin Məhkum2 cinayət törədilməsində iştirakına dair dəlilləri əsaslı olduğundan təmin edilməli, Məhkum1 və Məhkum2 barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv olunmalı və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 416.1.1, 416.1.2 və 419.10.2-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası QƏRARA ALDİ: Kassasiya protesti təmin edilsin. Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 may 2024-cü il tarixli qərarı kassasiya protestinə və kassasiya şikayətinə münasibətdə ləğv edilsin və cinayət işi yeni apellyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-2390/2024
Ali Məhkəmə Qərar — İş №1(102)-2390/2024
27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver