Məhkəmə qərarları › İş №1(102)-2391/2024

Ali Məhkəmə Qərar — İş №1(102)-2391/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2391/2024 01.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən və məruzəçi), Kazımov Tahir Lələkişi oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 iştirakı ilə, Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət koll egiyasının 2024-cü il 22 aprel tarixli, 1(103)-894/2024 nömrəli qərarından məhkumun müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (X5 (sədrlik edən və məruzəçi), Əhməd Quliyev və Telman Hüseynovdan ibarət tərkibdə) 2024-cü il 19 fevral tarixli, 1(101)-114/2024 nömrəli hökmü ilə 01 avqust 1980-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyi nömrəsiz fərdi yaşayış evində yaşamış, hazırda azadl ıqdan məhrumetmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət bir günə bir gün hesabı ilə cəmi 3 (üç) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılaraq üzərində 4 (dörd) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il tarixli 19 fevral, 1(101)-114/2024 nömrəli hökmündən məhkum edilmiş şəxsin müdafiəçisi apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin C inayət kollegiyasının (X3 (sədrlik edən və məruzəçi), Əfqan Ələkbərov və Zaur Hüseynovdan ibarət tərkibdə) 2024-cü il 22 aprel tarixli, 1(103)-894/2024 nömrəli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, hökm apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Məhkum satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən külli miqdarda, narkotik vasitə olan təmiz çəkisi 2,654 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroini əldə edib üzərində saxlayaraq daşımış, 14 may 2022-ci il tarixdə, saat 17:00-da Sabunçu rayon Polis idarəsinin 12-ci Polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Rama na qəsəbəsi "Şuşa Şəhərçiyi” yaşayış massivində nömrəsiz fərdi yaşayış evinin qarşısında özünü şübhəli apardığına görə saxlanılaraq Sabunçu rayon Polis idarəsinin 12-ci Polis şöbəsinə gətirilib, onun üzərinə inzibati binada şəxsi axtarış keçirilən zaman əynindəki göy rəngli şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş bükümün içərisində külli miqdarda təmiz çəkisi 2,654 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış heroin aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞİ: Məhkumun müdafiəçisi kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, ittiham aktında qeyd edilənlər təhrif olunmuş və yalan ifadələr əsasında hazırlanmış senaridən başqa bir şey deyildir. Belə senarinin hazırlanıb ittiham aktının yazılmasının məqsədi ondan ib arətdir ki, Məhkum uzun müddət azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuş cinayətin törədilməsində ittiham etsinlər. Həqiqətdə isə Məhkum 13 may 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Şuşa şəhərciyində yaşadığı nömrəsiz evdə yatdığı zaman kiminsə ayağından sirkələyərək oyatmağa çalışdığını hiss etmiş, gözünü açdıqda bir nəfər şəxsin başına silah dayadığını görmüş, sonradan həmin şəxsin əməliyyat müvəkkili Şahid1 olduğunu bilmişdir. O, nə baş verdiyini soruşduqda Şahid1 ona sakit dayanmasını deyib ayağa qaldıraraq əllərini qandalladıqdan sonra həyətdə üstünü axtarmışlar. Cibində 3-4 manatdan başqa heç nə olmamışdır. Bundan sonra onu avtomobillərinə əyləşdirib Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin 12-ci Polis şöbəsinə aparmış, həmin polis şöbəsində ona quldurluq etdiyinə görə saxlanıldığını bildirsələr də, bu öz təsdiqini tapmamışdır. Qanunsuz olaraq 1 gün həmin polis şöbəsində saxlanıldıqdan sonra növbəti gün otağa çağırılıb qarşısına ərizə qoyulmuş, əlləri qandallı ola-ola quldurluq cinayəti törətməsini boynuna alması üçün üzünə sillələr vurulmuş, o isə razılaşmayacağını söyləmişdir. Bundan sonra o, polis şöbəsinin rəis müavininin yanına aparılmış, sonuncu ondan çoxlu sayda şikayət olduğunu, bu səbəbdən də üzərində 0,2 qram narkotik vasitə olması ilə razılaşıb Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bağlı ittiham veriləcəyini təklif etdikdə etiraz etməmiş, bədənində narkotik vasitənin ağrılarının olduğunu, cəza çəkdiyi təqdirdə narkotik maddənin təsirinin bədənindən təmizlənəcəyini düşünüb razılaşmışdır. Bundan sonra R əşadın cibinə bir büküm narkotik vasitə heroin qoyulmuş, videoçəkilişlə üzərinə baxış keçirilmişdir. O, videoçəkiliş zamanı cibindən mobil telefon və narkotik vasitəni çıxardıqda bükümün həcminin böyük olduğunu görsədə buna əhəmiyyət verməmişdir. Həmin vaxtı onun vəkili də onun yanında olmamışdır. Videoçəkiliş bitib müvəqqəti saxlama yerinə aparıldıqdan sonra yanına yaşlı bir vəkil gəlmiş, vəkil ondan təzyiq olunub-olunmamasını soruşduqda orada olan polis işçisinin işarə ilə inkar etməsini tələb etdiyinə görə etiraf etməyə qorxub təzyiq olunmadığını bildirmişdir. Növbəti gün müstəntiq ona Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə, yəni külli miqdarda narkotik vasitənin satışı ilə təqsirləndirildiyini söylədikdə, o, inanmamış, daha sonra həbslə bağlı vəsatətə baxılması ilə əlaqədar Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində olarkən baş verənləri olduğu kimi danışdığından, məhkəmə iclas zalından azad olunmuşdur. Həm məhkəməyə təqdim etdikləri sübutlar, həm də şahid ifadələri hadisələrin məhz yuxarıda qeyd etdikləri kimi baş verdiyinə dəlalət edir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Şahid1 və Şahid2 birbirilərinə zidd, təmamilə uyğun olmayan ifadələr vermişlər. Şahid1 əvvəlki məhkəmə baxışında həqiqətə bir az uyğun izahat verməsinə baxmayaraq, sonuncu məhkəmə baxışında sırf ittiham aktında yazılanlara uyğun şəkildə izahat vermişdir. Əvvəlki məhkəmə baxışında şahidlərin məhkəmədə verdikləri ifadələr ibtidai istintaqda verdikləri ifadələrdən əsaslı şəkildə fərqlənmişdir. Belə ki, Şahid1 Məhkum əməliyyat məlumatı əsasında əvvəlcədən planlaşdırılmış əməliyyat tədbiri nəticəsində saxlanıldığını bildirmişdir. Halbuki, ibtidai istintaqdakı ifadəsində Şahid1 Məhkum özünü şübhəli apardığı üçün yaranmış şübhələr əsasında tutduqlarını bildirmişdir. Şahid2 isə Məhkum saat 12-13 radələrində tutduqlarını bildirmişdir. Halbuki, ibtidai istintaqdakı ifadəsində Şahid2 Məhkum saat 17 radələrində tutduqlarını bildirmişdir. Bütün bu sadalananlar ittihamın qərəzli və qanunsuz aparılmasının əyani sübutudur. Məhkəmə iclasında eyni zamanda, müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Məhkum onun qardaşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. 13 may 2022-ci il tarixdə saat təxminən 10-11 radələrində qardaşı Rəşad çöldə işlədiyinə görə yorğun olduğu üçün evə yatmağa getmiş, həmin vaxt Məhəmməd, Anar və adını bilmədiyi digər polis əməkdaşı evə gələrək qardaşının əlini qandallayıb avtomobilə əyləşdirmişlər. Bir neçə dəfə qardaşı ilə əlaqə saxlamağa cəhd etsə də əlaqə saxlamaq mümkün olmamışdır. Qardaşı Məhkum polis əməkdaşları apardıqdan sonra anasının vəziyyəti pisləşdiyinə görə diqqəti anasına yönəlmiş, 3-4 gün sonra qardaşı geri qayıtmışdır. xx.xx.2022-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan da görünür ki, Məhkum həmin tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə, ona həmin maddə ilə ittiham elan edilmişdir. Göründüyü kimi həm şahid X4 məhkəmədəki sərbəst ifadəsi, həm də cinayət işinin materialları ilə müəyyən olunur ki, Məhkum xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Bu isə o deməkdir ki, Məhkum hüquqları hələ tutulan zaman pozularaq 48 saatdan artıq şübhəli şəxs qismində tutulmuşdur. Hökmdə bir digər ədalətsiz və müdafiə hüququmuzu pozan məqam ondan ibarətdir ki, Məhkum məhkəməyə verdiyi ifadəsində ibtidai istintaq zamanı təzyiq altında ifadə verdiyini, polis əməkdaşları tərəfindən ona fiziki zorakılıq edildiyini desə də, məhkəmə şahidlər Şahid1 və Şahid2 məhkəməyə verdikləri ifadələrində Məhkum tutulmazdan əvvəl və ya sonra heç bir fiziki və psixi zorakılıq edilmədiyini deməklərinə inanmışdır. Sanki həmin şəxslər etdikləri qanunsuz əməllərini könüllü etiraf edərək əslində hadisələrin necə baş verdiyini bildirəcək qədər sadəlöhvdürlər. Məhkəmənin müdafiə hüququmuzu pozduğu digər hal ondan ibarətdir ki, Məhkum həm ibtidai istidai istintaq dövründə, həm də məhkəmə araşdırması zamanı onun polis əməkdaşları tərəfindən əməliyyat nəticəsində Şahid1 tərəfindən xx.xx.2022-ci il tarixdə səhər saat 09-10 radələrində yatdığı yerdə əlləri bağlanaraq tutulduğunu bildirsə də məhkəmə bu halın araşdırılması üçün heç bir addım atmamışdır. Qeyd etdiyimiz halın aydınlaşdırılması üçün iş üzrə şahidlər Şahid1 və Şahid2 üzərində daşıdıqları mobil telefondakı sim nömrələrin anten məlumatlarının əldə edilməsi üçün verdiyimiz vəsatətlər məhkəmə tərəfindən əsassız olaraq təmin edilməmişdir. Halbuki bu vəsatətimiz təmin edilsəydi bir çox qaranlıq məqamlara aydınlıq gətirmiş olardılar. Hazırki cinayət işinin başlanılmasına əsas Məhkum 2,654 qram narkotik vasitə heroini satış məqsədi ilə üzərində daşımasından, saxl amamasından və s.- dən ibarətdir. Halbuki Məhkəmənin əsas sübut olaraq götürdüyü SMS məlumatlarında Məhkum 2,654 qram narkotik vasitə heroini satış məqsədi ilə üzərində gəzdirməsinə və yaxud həmin SMS-lərdə kiminsə Rəşaddan nəyinsə qarşılığında 2,654 qram narkotik vasitə heroin istəməsini göstərən məlumatlar aşkar olunmur. Belə demək olarsa sübut kimi dəyərləndirilmiş SMS məlumatlarının 2,654 qram narkotik vasitə heroinlə heç bir bağlılığı yoxdur. Məhkumun müdafiəçisi kassasiya şikayətində Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(103)-894/2024 saylı qərarının ləğv edilməsini və Məhkum cinayətin törədilməsinə aidiyyəti olmadığından və təqsirliliyi sübuta yetirilmədiyindən barəsində məhkəmənin hökmü ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətinin təmin olunmamasını və Məhkum Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 aprel tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsin də kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın b aş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Müdafiəçi məhkumun ona qarşı irəli sürülmüş ittihamda təqsirli olmadığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi barədə tələbini CPM-in 416.1.2-ci maddəsində nəzərdə tutulan hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəc əsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini m üzakirə edib, kassasiya şikayətinin təmin olunmaması barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin edilməməlidir. Müdafiəçi kassasiya şikayətində məhkumun qanunsuz və əsassız cinayət məsuliyyətinə cəlb edildiyini mübahisələndirərək ona bəraət verilməli olduğunu iddia etmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Müdafiəçi kassasiya şikayətində irəli sürdüyü dəlilləri apellyasiya şikayətində də irəli sürmüş və həmin dəlillər apellyasiya instansi yası məhkəməsi tərəfindən araşdırılaraq əsaslandırılmış münasibət bildirilmişdir. Məhkumun polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı dəlili ilə əlaqədar qeyd edilir ki, həmin məsələ birinci instansiya məhkəməsi tərəfindən kifayət qədər araşdırılmış və hökmdə buna dair işin faktiki hallarına uyğun olan hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası məhkəmələrin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd edir ki, Bakı şəhəri Sabunçu rayon Polis idarəsinin xx.xx.2023-cü il tarixli, 49/2-25965 nömrəli məktubuna əsasən Məhkum müvəqqəti saxlama yerinə daxil olarkən onun bədəni üzərində xəsarət aşkarlanmadığından, Bakı şəhəri Sabunçu rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli, 2828-xid-5965 nömrəli məktubuna əsasən isə təqsirləndirilən şəxs Məhkum polis əməkdaşları tərəfindən hər hansı zorakılıq edilməsi ilə bağlı araşdırma aparılmamışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.” Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v.Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununl a belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarından görünür ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən şəxsin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edil məsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət veribverməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarındakı tövsiyyələrinə və məhkəmələr tərəfindən tədiqi edilərək qiymətləndirilmiş sübutların məcmusuna əsasən, o cümlədən mobil telefon vasitəsilə aparılmış “sms” yazımaların məzmununa əsasən belə yekun nəticəyə gəlinir ki, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması, düzgün, qanuni və əsaslı olaraq müəyyən edilmiş və həmin hal cinayət işinin materialları ilə CPM-in 125, 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq, toplanmış sübutları bir-birilə ilə müqayisəli şəkildə tam, hərtərəfli və obyektiv təhlil edib qiymətləndirməklə bir daha öz təsdiqini tapmışdır. Kassasiya şikayətinin digər dəlilləri də cinayət işinin materialları əsasında hərtərəfli araşdırılmış, lakin həmin dəlilərin cinayət işində mötəbərliyi müəyyən edilmiş sübutlarla təkzib edildiyi müəyyən edilmiş, Məhkum əməlinin tövsifinin dəyişdirilməsi, eləcə də barəsində cinayət təqibini istisna edən digər hallar müəyyən olunmamışdır. Məhkəmə kollegiyası məhkuma təyin edilmiş cəzaya da münasibət bildirərək qeyd edir ki, məhkum tərəfindən törədilmiş cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, məhkumun şəxsiyyəti, eləcə də onun cəzasını yüngülləşdirən hal nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasının ən aşağı həddində cəza təyin edilmiş, həmin cəza qanuni, əsaslı və ədalətli olmaqla məhkumun islah olunmasına kömək edəcək növ və həddədir. Məhkumun təqsirli bilindiyi maddəyə CM-in 62-ci maddəsinin tətbiqi, eləcə də məhkum barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, məhkumun müdafiəçisinin kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı məhkumun müdafiəçisinin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstəri lənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkum müdafiəçisi Müdafiəçi1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Ağır Cinayətlər Məhkəməsinin 19 fevral 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində olan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2024-cü il 22 aprel tarixli, 1(103)-894/2024 nömrəli qərarı Məhkum müdafiəçisi Müdafiəçi1 kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar