Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2391/2025 14.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Muxtarov Teyyub Asif oğlu (sədrlik edən), Mövsümov Nazim Rasim oğlu və Cəfərov İlqar Xanlar oğlundan ibarət tərkibdə, Cəbrayılova Sevinc Elton qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1, məhkumlar Məhkum və Təqsirləndirilən şəxs iştirakları ilə, Məhkum və Təqsirləndirilən şəxs barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 fevral tarixli, 1(106)-21/25 nömrəli qərarından məhkumlar tə rəfindən verilmiş kassasiya şikayətinə əsasən işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında mahiyyəti üzrə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 10 may 2024-cü il tarixli 1(099)-18/2024 nömrəli hökmü (X3 (sədrlik edən), X9 və X5 ibarət tərkibdə) ilə, xx.xx.1982-ci ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 17 sentyabr 2022-ci il tarixdən hesablanması, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınması və CM-nin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, xx.xx.1963-cü ildə Qazı-Məmməd şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşamış, hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 17 sentyabr 2022-ci il tarixdə və 18 sentyabr 2022-ci il tarixdən 20 senty abr 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün müddətin təyin olunmuş azadlıqdan məhrumetmə müddətinə bir günə bir gün hesablanmaqla üzərində qəti olaraq 5 (beş) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 25 noyabr 2022- ci il tarixdən hesablanması, yaşadığı ərazi narkoloji dispanserində qeydiyyata alınması qərara alınmışdir. Həmin hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 və Məhkum müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətləri vermişlər. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (X2 (sədrlik edən), X4 və X6 ibarət tərkibdə) 2025-ci il 20 fevral tarixli, 1(106)-21/2025 nömrəli qərarı ilə apellyasi ya şikayətləri təmin edilməmiş, hökm həmin apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İŞİN HALLARİ: Məhkəmənin hökmünə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Məhkum ilə narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdar təşkil edən ümumi təmiz çəkisi 46,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 45,370 qram çəkidə olan hissəsini sərnişin qismində əyləşdiyi Məhkum idarə etdiyi “Vaz-2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında daşıyaraq saxlamış, 17 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, “Vaz2106” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman qeyd olunan narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin hökmünə əsasən Məhkum Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, Təqsirləndirilən şəxs ilə narkotik vasitələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, daşıma, saxlama, gəzdirmə və satma barədə razılığa gəli b qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi və tamah niyyəti ilə istintaqa məlum olmayan vaxta və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq saxladığı küllü miqdar təşkil edən ümumi təmiz çəkisi 46,755 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinin 45,370 qram çəkidə olan hissəsini idarə etdiyi “Vaz-2106” markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağında, 1,385 qram çəkidə olan hissəsini isə üzərində daşıyaraq saxlamış, 17 sentyabr 2022-ci il tarixdə saat 01 radələrində Hacıqabul rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Qazax avtomobil yolunun Hacıqabul rayonu Nəvahi kəndi ərazisindən keçən hissəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, “Vaz-2106” markalı, **-BH-*** qeydiyyat nişanlı avtomobilə baxış və götürmə aparılan zaman heroinin 45,370 qram çəkidə olan hissəsi avtomobilin arxa oturacağında, 1,385 qram çəkidə olan hissəsi isə xx.xx.2023-cü il tarixdə saat 17:35-də Məhkum üzərində şəxsi axtarış və götürmə aparılan zaman üzərindən aşkar edilərək götürülmüşdür. KASSASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ, MƏHKUMLARİN VƏ DÖVLƏT İTTİHAMÇİSİNİN ÇİXİŞLARİ: Məhkum kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, o, Təqsirləndirilən şəxs sifarişi ilə taksi sürücüsü kimi onu Bakı şəhəri, Masazır qəsəbəsinə aparıb gətirmişdir. O polis idarəsinə yaşadığı evdən polislərə məxsus avtomobillə aparılmış, ona məxsus avtomobili isə sonradan polis idarəsinə gətirilmiş və polis idarəsinin həyətində onun avtomobilinə baxış keçirilmişdir. Avtomobildə tapılan b ağlama ona məxsus olmamış və həmin bağlamadan onun xəbəri olmamışdır. O qeyd etmişdir ki, bu barədə istintaq dövründə dəfələrlə izahatında bildirmiş, məhkum Təqsirləndirilən şəxs də izahatında onun taksi sürücüsü olduğunu avtomobildə tapılan bağlamanın isə ona yəni Təqsirləndirilən şəxs aid olduğunu bildirmişdir. O, bildirmişdir ki, yuxarıda qeyd etdikləri nə ibtidai istintaqda, nədə ki məhkəmə istintaqında nəzərə alınmamışdır. Bundan başqa, o, qeyd etmişdir ki, o, narkotik vasitə istifadəçisi olsa da onun satışı ilə məşğul olmamışdır. Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən onun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Məhkum Təqsirləndirilən şəxs kassasiya şikayətində onun təqsirinin olmadığını bildirmiş, ona qarşı qərəzli mövqenin olduğunu qeyd etmiş və Şirvan Apellyasi ya Məhkəməsinin Cinayət Kollegiyasının 2025-ci il 20 fevral tarixli, 1(106)-21/2025 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən məhkumlar Təqsirləndirilən şəxs və Məhkum kassasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən dövlət ittihamçısı Ayxan Hüseynli kassasiya şikayətlərinin təmin olunmamasını, Məhkum və Təqsirləndirilən şəxs barələrində olan cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 fevral tarixli qərarının dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi, kassasiya şikayətinin və ya kassasiya protestinin baxışının nəticələri buna əsas verərsə, barəsində kassasiya müraciəti olmayan məhkum edilmiş şəxslərin də xeyrinə yekun qərar qəbul edir. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Qeyd olunan maddədən də göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələl ərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunların normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərini yoxlayır. Məhkumlar kassasiya şikayətlərində əməllərinin tövsifini mübahisələndirərək onlara bəraət verilməli olduğunu və cəzanın ağırlığını mübahisələndirərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə tələblərini CPM-in 416.1.2-ci və 416.1.21-ci maddələrində nəzərdə tutulan hallarla əlaqələndirmişlər. Məhkəmə kollegiyası kassasiya şikayətlərini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlərlə əlaqədar Apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya müraciətlərinin dəlillərini də nəzərə alaraq yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur. Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumiləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə məhkumların, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışını dinləyib, işə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə münasibət bildirərək aşağıdakıların qeyd edilməsini vacib hesab edir. Belə ki, kassasiya şikayətlərinin əsas dəlili kimi irəli sürülmüş məhkumlara təqsirli bilindikləri CM-in maddələri ilə bəraət verilməsi iddiası ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarından da göründüyü kimi, müdafiə tərəfi kassasiya şikayətlərində irəli sürülən dəlilləri apellyasiya instansiya məhkəməsində də irəli sürmüş və müdafiə tərəfinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə, iş üzrə toplanmış mötəbər sübutların məcmusu əsasında yoxlanılaraq qiymətləndirilmiş və məhkumlar tərəfindən onlara qarşı irəli sürülmüş ittihamda nəzərdə tutulmuş cinayət əməllərinin məhkumlar tərəfindən törədilməsi nəticəsinə gəlinmişdir. Məhkəmə kollegiyası mötəbərliyi məhkəmələr tərəfindən yoxlanılmış sübutları hazırkı qərarda təkrar etmədən məhkəmələr tərəfindən həmin sübutlara münasibətdə qiymətləndirmə ilə razılaşır və hesab edir ki, məhkumların əməllərinin tövsifi ilə bağlı məhkəmələrin qənaəti qanuni və əsaslıdır və bununla bağlı kassasiya şikayətlərinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası məhkumlara təyin edilmiş cəzanın növünə və həddinə də münasibət bildirərək qeyd etməyi zəruri hesab edir ki, məhkumlara cəza təyin edilərkən törədilmiş cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, məhkumların şəxsiyyəti, Məhkum cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmaması, məhkum Təqsirləndirilən şə xs cəzasını yüngülləşdirən hallar və cinayətin təhlükəli residivinin cəzasını ağırlaşdıran hal olması nəzərə alınmaqla, sonuncuya CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun, ədalətli cəza təyin edilmişdir. Eyni zamanda, məhkəmə kollegiyası hesab edir ki, məhkumların təqsirli bilindiyi maddələrə CM-in 62-ci maddəsinin və onlar barəsində CM-in 70-ci maddəsinin tətbiqi üçün qanunda nəzərdə tutulan hüquqi və faktiki əsaslar mövcud deyil. Qeyd edilənləri yekunlaşdıraraq məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətləri təmin edilməməli, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2025-ci il tarixli qərarı, məhkumların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutub məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Məhkumlar Təqsirləndirilən şəxs və Məhkum tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il 10 may tarixli, 1(099)-18/2024 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum edilmiş Təqsirləndirilən şəxs və Məhkum barələrində olan Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 2025-ci il 20 fevral tarixli, 1(106)-21/2025 nömrəli qərarı, məhkumların kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2391/2025
Ali Məhkəmə Qərar — İş №1(102)-2391/2025
14.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver