Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2393/2023 19.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Novruzov Ələsgər Əli İskəndər oğlu (sədrlik edən), Yusifov Şahin Yaşar oğlu və Abdulov Rəşad Məhərrəm oğlundan ibarət tərkibdə, Səfərli Kamal Rizvan oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlunun, Bəraət almış şəxs – Məhkum iştirakları ilə, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərba ycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protestinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 1(091)-106/2021 nömrəli (hakimlər: Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Mirzəyev Nahid Namiq oğlu (məruzəçi) və Məmmədov Bilal Mahir oğlundan ibarət məhkəmə tərkibində) hökmü ilə xx xxxxxx-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndində doğulmuş, Azərbayan Respublikasının vətəndaşı, evli, işləməyən, orta təhsilli, məhkumluğu olmayan, xxxx qeydiyyatda olmaqla yaşayan Məhkum Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə barəsində bəraət verilməsi, onun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56-63-cü maddələrinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququnun tanınması və ona izah edilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi, cinayət işi üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan çəkisi 5 kiloqram 603,95 qram olan 21 ədəd çətənə bitkisi, 4 ədəd sellofan torbada olan torpaq nümunələrinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Məhkum 139,62 AZN (yüz otuz doqquz manat, 62 qəpik) təşkil edən ekspertiza xərcinin məhkəmə xərci k imi Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödəmək vəzifəsindən azad edilməsi və həmin pulun dövlət büdcəsinə aid edilməsi hökm edilmişdir. Həmin hökmdən dövlət ittihamçısı Musayev Fuad Möhübbət oğlu tərəfindən verilmiş apellyasiya protestinə baxan Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 19 aprel 2022-ci il tarixli 1(107)-19/2022 nömrəli (hakimlər: Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibarət məhkəmə tərkibində) hökmü ilə apellyasiya protesti təmin edilmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 1(091)106/2021 nömrəli hökmü ləğv edilmiş və Məhkum barəsində ittiham hökmü çıxarılmış, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutula n cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, onun ibtidai istintaq dövründə şübhəli şəxs kimi tutulduğu 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla üzərində qəti olaraq 3 (üç) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, dərhal məhkəmə iclas zalında həbs edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin əvvəlinin 19 aprel 2022-ci il tarixdən hesablanması hökm edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 15 dekabr 2022-ci il tarixli 1(102)-1727/2022 nömrəli (hakimlər: Qılıcov İlqar Səyyad oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov İlkin Əb ulfəz oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə məhkum X20 və müdafiəçisi Əliyev Emil Namiq oğlu tərəfindən verilmiş kassasiya şikayətləri qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 19 aprel 2022-ci il tarixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilməsi qərara alınmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli 1(107)-214/2023 nömrəli (hakimlər: Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət məhkəmə tərkibində) qərarı ilə apellyasiya protesti təmin edilməmiş, Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü apellyasiya protestinə münas ibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarından dövlət ittihamçısı tərəfindən kassasiya protesti verilmişdir. İŞİN HALLARİ: İbtidai istintaq orqanı tərəfindən tərtib edilmiş ittiham aktına əsasən Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən özü istifadə etmək məqsədi ilə əkilib-becərilməsi qadağan olunan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını əldə edib, qəsdən, qanunsuz olaraq yaşadığı xxxx deyilən ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində əkib xüsusi qulluq göstərərək kultivasiya etmiş, 20 iyun 2020-ci il tarixdə saat 13:25 radələrində Məhkum yaşadığı ün vana baxış keçirilən zaman həmin evin həyətyanı sahəsində kökləri ilə birlikdə torpaqdan çıxarılmış vəziyyətdə, hündürlükləri 90 sm-dən 238 sm-dək olan, ümumi təmiz çəkisi 5 kiloqram 605 qram olmaqla ümumilikdə 21 ədəd külli miqdar təşkil edən əkilibbecərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. KASSASİYA PROTESTİNİN DƏLİLLƏRİ VƏ PROSES İŞTİRAKÇİLARİNİN ÇİXİŞLARİ: Dövlət ittihamçısı kassasiya protestini onunla əsaslandırmışdır ki, məhkəmələrin gəldiyi nəticələr işin obyektiv hallarını əks etdirməmiş, cinayət qanunvericiliyinin maddi və prosessual hüquq normalarının pozulması ilə qərara gəlinmişdir. Məhkəmə kollegiyası tərəfindən yekun qərar qəbul edilərkən sübutlar CPM-in 143146-cı maddələrinin tələblərinə müvafiq ola raq tədqiq edilmədiyindən, şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yolverilməz sübutlar təşkil etdiyindən və bunun nəticəsi olaraq Məhkum əsassız olaraq bəraət verildiyindən, eləcə də cinayət və cinayətprosessual qanunvericiliyin normaları düzgün tətbiq edilmədiyindən həmin hökm qanunsuz olduğuna görə ləğv edilməli və iş yeni apellyasiya baxışına təyin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi hökmdə təqsirləndirilən şəxsə bəraət verilməsi üçün əsaslandığı dəlillərdən biri kimi Məhkum saxlanılarkən polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı şübhələr olduğunu qeyd etmiş, bu səbəbdən də təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələri əsassız olaraq sübut növü kimi qəbul etməmişdir. Məhkəmə nəzərə almamışdır ki, “Cina yət işinin başlanılmasının rədd edilməsi haqqında” xx.xx.2020-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli qərarlara əsasən Məhkum polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalması ilə bağlı qeyd etdiyi xüsusatlarla əlaqədar ayrı-ayrı vaxtlarda araşdırma aparılmış və cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası CPM-in 65.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Həmçinin məhkəmə Məhkum Şəki RPŞ-in əməkdaşları tərəfindən fiziki təsirə məruz qalması faktı ilə bağlı Şəki rayon prokurorluğunda qəbul olunan qərarların məhkəmə nəzarəti qaydasında bir neçə dəfə ləğv edilməsini özlüyündə müvafiq qurum tərəfindən sözügedən xüsusatla bağlı araşdırmanın qənaətbəxş aparılmadığının göstəricisi kimi qəbul etməkdə də haqlı olmamışdır. Rayon prokurorluğunda kifayət qədər tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, sonuncu dəfə 15 iyul 2021-ci il tarixdə cinayət işinin başlanılmasının rədd olunması barədə qərar qəbul edilmişdir. Məhkəmə tərəfindən bəraət hökmü çıxarılarkən isə həmin qərarın qüvvədə olduğu və Azərbaycan Respublikası CPM-in 65-ci maddəsinə əsasən qərarın preyudisial əhəmiyyəti nəzərə alınmamışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli məhkəmə-tibbi ekspert rəyində Məhkum bədənində müddəti ekspertizanın keçirilməsindən bir ay əvvəllə uyğun gələn, lakolizasiyasına görə müxtəlif şəraitlərdə yarana bilən və dərəcəsi təyin edilməyən sol baldırında sıyrıq xəsarət izinin olması qeyd olunmu ş, 23 noyabr 2020-ci il tarixli “əlavə məhkəmə tibbi ekspertizası”-nın rəyində isə yuxarıda qeyd olunan eyni xəsarət izinin olması müəyyən olunmuş, habelə həmin xəsarətin özü-özünə yetirilməsi ilə bağlı dəqiq fikrin söylənilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Daha sonra keçirilən ekspertizanın rəyində isə həmin xəsarətin sürətli hərəkət edən zaman öz boyu hündürlüyündən yıxılma zamanı zədə nahiyəsinin kələ-kötür səth üzərində düşməsindən əmələ gəlməsinin mümkünlüyü göstərilmişdir. Lakin məhkəmə hökmdə Məhkum təzyiq və təsirə məruz qalması fikrini daha qüvvətləndirmək üçün rəydə qeyd edilən “bir ay əvvələ uyğun gələn” müddəasına “hadisə dövrünə uyğun gələn” müddəasını əlavə etmiş, həmçinin rəydə göstərilən “sol baldırında sıyrıq xəsarət izi” müddəasını ümumiyyətlə göstərməyib “xəsar ətlər” kimi qeyd etməklə hər vəchlə Məhkum təzyiq və təsirə məruz qalması təəssüratını formalaşdırmağa çalışmışdır. Hazırki cinayət işi üzrə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə Məhkum yaşadığı evin həyətində hal şahidləri və müdafiəçinin iştirakı ilə baxış aparılmış, müdafiəçinin iştirakı ilə öz xətti ilə izahatı alınmış, müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilmişdir. Qeyd edilən prosessual sənədlərlə Məhkum yaşadığı evdə aşkar edilmiş çətənə kollarının onun tərəfindən əkildiyini bildirmişdir. İstintaqın sonrakı mərhələsində və barəsində həbs qətimkan tədbiri seçilərkən yaşadığı evin həyətində olan dirrikdə 7 ədəd yabanı halda bitmiş çətənə kolunu görüb kənara atdığını, məhkəmə araşdırması zamanı isə 4-5 ədəd 50 sm-dək çətənə kolunu kənara a tdığını bildirmişdir. Göründüyü kimi bütün istintaq dövründə Məhkum keyfiyyətli müdafiə hüququ təmin edilməklə sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanına malik olmasına əməl edilmiş, sərbəst öz iradəsini ifadə edə bilmişdir. Lakin həm birinci instansiya məhkəməsi, həm də apellyasiya kollegiyası işi qeyri-obyektiv, birtərəfli şəkildə araşdıraraq cinayət qanunun və cinayət-prosessual qanunun normalarının tələblərini kobud şəkildə pozmuş, bunun nəticəsi olaraq CM-in 237.2.3-cü maddəsinə nəzərdə tutulan ağır cinayət əməlini törətmiş Məhkum cinayət məsuliyyətindən və layiqli cəza almaqdan kənarda qalmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarının ləğv edilməsini, cinayət işinin ye ni apellyasiya baxışına təyin edilməsini xahiş edir. Kassasiya instansiyası məhkəməsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru İbrahimov Elçin Tofiq oğlu çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməsini, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarının ləğv edilərək işin yeni apellyasiya baxışına təyin edilməsini xahiş etdi. Kassasiya instansiyası məhkəməsində bəraət almış şəxs Məhkum çıxış edərək, verilmiş kassasiya protestinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinin tələblərinə görə kassasiya insta nsiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Belə yoxlamanın nəticəsində kassasiya kollegiyasının apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə səlahiyyətlərinin hüdudlarını isə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, Ali Məhkəmənin Kollegiyası məhkəmə qərarını kassasiya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Məhkəmə kollegiyası həmin normaların tələblərinə uyğun olaraq apellyasiya məhkəməsinin qərarının qanuniliyini kassasiya protestinin dəlillərini də nəzərə almaqla yoxlayaraq, aşağıdakıları qeyd edir: Dövlət ittihamçısı kassasiya protestində apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin sübutlar və sübutetməyə dair normalarına əməl etmədən, o cümlədən CPM-in 143-146-cı maddələrinin tələblərini pozmaqla Məhkum Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi haqqında nəticəyə gəlib, ona bəraət verdiyini iddia edərək, mübahisələndirilən qərarın ləğv edilməsini şərtləndirən əsasları Azərbaycan Respublikası CPM-in 416.1.2 (məhkəmə bu Məcəllənin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə) və 416.1.3-cü (məhkumun təqsirliliyi və ya bəraət almış şəxsin təqsirsizliyi barədə məhkəmə hökmünün əsasını yol verilməz sübutlar təşkil etdikdə) maddələrində nəzərdə tutulmuş hallarla əlaqələndirmişdir. Məhkəmə kollegiyası qeyd olunan kassasiya protestini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti hesab edir və bu müraciətlə əlaqədar Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023cü il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayaraq, aşağıdakı xüsusatları qeyd edir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-c u maddəsi bu normada təsbit olunmuş digər hallarla yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsinin, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyinin sübutlara əsasən müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Apellyasiya instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, Məhkum satış məqsədi ilə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə ilə bağlı verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməmişdir. Belə k i, Məhkum birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməmiş, apellyasiya icraatı zamanı eyni ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 20 iyun 2020-ci il tarixli qərardan görünür ki, qeyd edilən tarixdə xx.xx.1957-ci il təvəllüdlü xxx qeydiyyatda olan və xxx tərkibində olan xxx adlanan ərazidə yaşayan Məhkum cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması, xx.xx.2020-ci il tarixdə Məhkum narkotik vasitələrin istifadəsi, satış ı, həmçinin yaşadığı evin ərazisində qanunsuz olaraq tərkibində narkotik vasitə olan çətənə bitkilərini əkib-becərərək, kultivasiya etməsi ilə məşğul olması faktını aşkar etmək, qarşısını almaq və cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyataxtarış tədbirlərinin keçirilməsi, yaşadığı evə, evin həyətyanı sahəsinə, avtomobilinə və üzərinə qanuna müvafiq qaydada baxışın keçirilməsi və keçirilmiş əməliyyat-axtarış tədbirlərinin nəticəsi barədə 48 saat ərzində Şəki Rayon Məhkəməsinə və rayon Prokuroruna rəsmi olaraq məlumat verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə Məhkum yaşadığı xxx tərkibindəki xxxx deyilən ərazidəki fərdi yaşayış evinə və həmin evin həyəty anı sahəsinə baxış keçirilən zaman evin həyətyanı sahəsində dirrik olan hissədə kökləri ilə birlikdə torpaqdan çıxarılmış vəziyyətdə, hündürlükləri 90 sm-dən 238 sm-dək olan ümumilikdə 21 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Müvafiq fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Eyni zamanda cinayət işinin materiallarına əsasən təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinin nəticələri ona qarşı cinayət işinin başlanmasına və yekunda sonuncuya qarşı CM-in 237.2.3-cü maddəsi ilə ittiham irəli sürülməsinə səbəb olan təməl nöqtəsi qismində çıxış etmiş və ibtidai araşdırmanın sonrakı mərhələsində əldə olunan bütün sübutlar (protokola əlavə olunan fotoşəkillər, mütəxəssis rəyi, ekspert rəyləri, şahid ifadələri və s.) ibtidai istintaq orqanı tərəfindən zəruri sübut növü kimi qəbul edilərək təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına qoyulmuş, verilmiş ittihamı təsdiq edən sübutlar kimi ekspert rəylərinə və şahid ifadələrinə də istinad olunmuşdur. Məhkəmə qərarlarında bütün sübutlar geniş tədqiq olunaraq qiymətləndirilməsini nəzərə alaraq məhkəmə kollegiyası həmin sübutları təkrara sadalamağa lüzum görmür. Məhkəmələr belə hesab etmişlər ki, təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi sonuncu barəsində yuxarıda göstərilən ittihamın irəli sürülməsini əsaslandıran sübutun əldə olunmasını təmin edən prosessual hərəkət rolunda çıxış etdiyindən, sözügedən baxışın aparılması üsulu, baxış nəticəsində aşkar olunan dəlillərin rəsmiləşdirilməsi və sonradan h əmin baxışın nəticələrindən təqsirləndirilən şəxs Məhkum qarşı istifadə edilməsi üsulu bütövlükdə aparılan cinayət təqibinin ədalətliliyinə təsir etmişdir. Odur ki, məhkəmə kollegiyası məhz xx.xx.2020-ci il tarixdə polis əməkdaşları tərəfindən Məhkum məxsus evə və onun həyətyanı sahəsinə baxışın keçirilməsinin, həmin baxışın nəticələrinin rəsmiləşdirilməsinə dair protokolun etibarlılığını yoxlayıb məhkəmə istintaqı zamanı müəyyən etdiyi halları əsas tutaraq qeyd edir ki, sözügedən baxış hərəkətinin keçirilməsi üsulu ilə bağlı nöqsanlar müəyyən edildiyindən, həmçinin tərtib olunan protokolda əks olunan məlumatlarda, o cümlədən protokola əlavə olunmuş fotoşəkillərdə ziddiyyətlər aşkar edildiyindən, həmin baxışın etibarlılığına və onun nəticəsində əldə olunan sübutun mötəbərliyinə şübhə yar anmışdır ki, nəticədə həmin sübut öz hüquqi əhəmiyyətini itirmişdir. Belə ki, sözügedən protokolda əks olunanlardan belə müəyyən olunur ki, polis əməkdaşları Məhkum yaşadığı ünvana gedərkən artıq əldə olunan agentura məlumatının mötəbərliyini əsas götürərək hal şahidlərini və aqronom-mütəxəssisi baxışda iştirak etmək üçün dəvət etmiş, onların da iştirakı ilə Məhkum yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilmişdir. Lakin məhkəmə istintaqı ilə müəyyən edilən hal (iş üzrə heç bir marağı olmayan şahidlər - aqronom-mütəxəssis Şahid5 və həmin baxışda iştirak edən hal şahidi Şahid4 ifadələri) ondan ibarət olmuşdur ki, sözügedən baxış keçirilməmişdən öncə polis əməkdaşları Məhkum yaşadığı ünvana gəlmiş və yalnız sonradan hal şahidləri və aqronom-mütəxəssis həmin ünvana dəvət olunmuşdur. B u hal isə özlüyündə artıq məhkəmə heyətində həmin baxışın keçirilməsinin etibarlılığına dair şübhə yaratmışdır. Müdafiə tərəfin israrla polis əməkdaşları tərəfindən həyata keçirilən baxışı və onun əsasında tərtib olunan protokolu mübahisələndirməsi, baxışda aşkar olunan çətənə kollarının Məhkum tərəfindən əkilib-becərilməməsi barədə, həmin kolların evin həyətyanı sahəsinə polis əməkdaşları tərəfindən qoyulması, o cümlədən Məhkum polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qalıb etirafedici ifadələr verməsi barədə qeyd etdikləri, eyni zamanda Məhkum həyətyanı sahəsindən aşkar olunan çətənə kollarının torpağa basdırılmış halda deyil, kökündən çıxarılmış halda aşkar olunması, habelə həmin çətənə kollarının Məhkum məxsus həyətyanı sahədə əkildiyi yerin dəqiq müəyyən olunmaması, o cümlə dən təqsirləndirilən şəxsin polis əməkdaşlarının hərəkətlərindən prokurorluq orqanlarına şikayət etməsi, həmin şikayətlər nəticəsində bir neçə dəfə qərar qəbul edilməsi və sözügedən araşdırmanın nəticəsi olan qərarların məhkəmə nəzarəti qaydasında bir neçə dəfə ləğv edilməsi məhkəmə heyətində baxışın keçirilməsi nəticəsində əldə olunan sübutun mötəbərliyi ilə bağlı narahatlığını daha da artırmışdır. Bundan əlavə, məhkəmə qeyd edir ki, keçirilən hər bir prosessual hərəkətin sonunda tərtib olunan protokolda əks olunan məlumatlar ona əlavə olunan sənədlərlə (müvafiq olaraq fotoşəkillərlə, video görüntü ilə və s.) uyğun olmalı, həmçinin həmin prosessual hərəkətin keçirilməsində iştirak edən şəxslərin ifadələri ilə protokolda əks olunan məlumatlar mütləq şəkildə üst-üstə düşməklə biri digərini tamamlamalıdır ki, sözügedən prosessual hərəkətin keçirilməsi nəticəsində tərtib olunan protokol etibarlı sayılsın və prosessual qanunvericiliyin tələblərinə cavab verən zəruri sübut növü qismində çıxış edə bilsin. Hazırki iş üzrə müdafiə tərəfindən mübahisələndirilən baxış hərəkəti video çəkiliş aparılmadan, yalnız hal şahidlərinin iştirakı ilə həyata keçirilmişdir. Belə olan halda məhkəmə kollegiyası üçün hadisə yeri ilə bağlı fikir yalnız sözügedən baxış hərəkətində iştirak edən şəxslərin ifadələri, baxış protokolu və ona əlavə olunmuş fotoşəkillərə əsasən formalaşmışdır. Baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokolda həyətyanı sahədən – dirrik ərazidən kökündən çıxarılmış halda 21 ədəd tərkibində narkotik vasitə olan çətənə kolunun aşkar olunduğu qeyd edilsə də, protoko la əlavə olunan fotoşəkillərlə protokolda öz əksini tapan məlumatlar arasında natamamlıq müəyyən olunmuşdur. Belə ki, protokola əlavə olunmuş fotoşəkillərdən aşkar olunan bitkilərin sayını müəyyən etmək mümkün olmamışdır. Protokola əlavə olunan fotoşəkillərdə aşkar olunan bitkilər ənənəvi üsuldan, yəni tək-tək düzülmüş vəziyyətdən fərqli olaraq cəm halda (kom halda), bir-birinin üstünə qoyulmuş vəziyyətdə göründüyündən, protokolda əks olunan sayda, yəni 21 ədəd çətənə bitkisinin aşkar olunması qənaətinə gəlmək mümkün olmamışdır. Həmçinin protokolda Məhkum tərəfindən həmin bitkilərə aqrotexniki qulluq olunduğu və Məhkum tərəfindən həmin bitkilərin kökündən çıxarıldığı torpaq ərazinin göstərildiyi və müvafiq fotoşəkillərin çəkilərək protokola əlavə olunduğu qeyd olunsa da, protokola əlavə olunan fotoşəkillərdə həmin bitkilərin çıxarıldığı torpaq sahəsini də müəyyən etmək mümkün olmamışdır. Belə ki, fotoşəkillərdə hər hansı bir bitkinin çıxarılmasından sonra torpaqda qalan çalalar aşkar olunmamışdır. Habelə şahid ifadələrində göstərilənlərlə də protokolda əks olunanlar uyğunluq təşkil etməmişdir. İş üzrə dindirilən şahidlərin ifadələrini, həmçinin digər sübutları araşdırdıqda sözügedən baxışın protokolunun tərtibi zamanı cinayət prosessual qanunvericiliyin tələblərinin pozulduğu, protokolda əks olunanlarla şahid ifadələrinin uyğunluq təşkil etmədiyi müəyyən olunmuşdur. İş üzrə mütəxəssis rəyini tərtib etmiş aqranom-mütəxəssis Şahid5 da məhkəmə istintaqı zamanı şahid qismində dindirilərkən Şahid4 göstərdiyi xüsusatı təsdiq edərək Məhkum yaşadığı ünvana gəldiyi zaman orada pol is əməkdaşlarının olduğunu, hal şahidləri və vəkilin isə sonradan həmin ünvana gəldiyini, onların iştirakı ilə baxışın keçirildiyini bildirmiş, daha sonra isə Məhkum həyətyanı sahəsindən 21 ədəd çətənə kolunun aşkar olunduğunu, onlardan 18 ədədinin dirrikdə, 3 ədədinin isə dirrikdən kənarda olan dəmir hasarın arxasından, özü də bütün aşkar olunan bitkilərin torpağa basdırılı vəziyyətdə aşkar edildiyini, polis əməkdaşlarının icazəsi ilə həmin çətənə kollarını torpaqdan çıxardığını və onlara baxış keçirərək dirrikdə əkildiyi üçün aqrotexniki qaydada qulluq olunması ilə bağlı nəticəyə gəldiyini, buna əsasən də rəy tərtib etdiyini göstərmişdir. Hətta ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq olunduqdan sonra da Şahid5 israrla Məhkum həyətyanı sahəsindən kökündən çıxarılmış h alda çətənə kollarının aşkar olunmadığını, həmin kolların əkilmiş vəziyyətdə torpaqda olduğunu, bəzilərinin özü tərəfindən, bəzilərinin isə polis əməkdaşları tərəfindən baxış zamanı torpaqdan çıxarıldığını bildirmişdir. Odur ki, məhkəmələr belə nəticəyə gəlmişlər ki, həmin baxışın keçirilməsinə dair, o cümlədən ondan sonra tərtib olunan protokola dair şübhələr yarandığından (hal şahidləri gəldiklərində artıq polis əməkdaşlarının həmin ünvanda olması ilə bağlı xüsusata görə), şahidlərin aşkar olunan çətənə bitkilərinin vəziyyəti ilə bağlı ifadələrində ziddiyyət müəyyən olunduğundan (yəni çətənə kollarının torpağa basdırılmış halda, yoxsa kökündən çıxarılmış vəziyyətdə aşkar olunması xüsusatına görə), habelə aşkar olunan çətənə bitkilərinin qablaşdırılması ilə bağlı ifadələrdə uyğunsuzluq aş kar olunduğundan (aşkar olunan çətənə kollarının hamısının dirrikdən aşkar olunması və ya bir qisminin dirrikdən, qalan hissəsinin dirrikdən kənarda dəmir çəpərin arxasından aşkar olunması, onların bəzilərinin yabanı halda bitən çətənə kolu olduğunu, həmçinin yabanı halda bitən çətənə kollarının da polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülməsi xüsusatına görə), cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən isə bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə şərh olunması nəzərdə tutulduğundan, məhkəmə kollegiyası hesab edir ki, hazırki halda nəinki sözügedən protokol, həmin baxışın aparılması və onun nəticələrinin rəsmiləşdirilməsi prosesi etibarsız sayılmalıdır. Həmçinin, məhkəmə kollegiyaları hesab etmişlər ki, Şahid5 və Şahid4 məhkəmə iclasında verdiyi ifadələri ( Şahid5 ifadəsinin tərtib etdiyi mütəxəssis rəyi ilə bağlı göstərdiklərinə dair hissəsi istisna edilməklə) məhkəmə istintaqı zamanı müəyyən olunan hallarla üst-üstə düşdüyündən, işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən və obyektiv həqiqəti əks etdirdiyindən, həmin ifadələr əsaslı sayılmalıdır. İş üzrə digər Şahid6 ifadəsinə gəldikdə isə sonuncunun hazırda iştirak etdiyi prosessual hərəkət ilə (baxışla) bağlı heç nəyi xatırlamaması nəzərə alınaraq məhkəmə həmin ifadəni ümumiyyətlə sübut növü kimi qəbul etmir və hesab edir ki, ittiham tərəfin istinad etdiyi qeyd olunan sübut ümumiyyətlə əsassız sayılmaqla sübutlar siyahısından xaric edilməlidir. Yuxarıda qeyd olunanlarla yanaşı məhkəmə kollegiyası o halı da qeyd etməyi zəruri sayır ki, cinayət işinin materiallarından və şahid ifadə lərindən müəyyən olunur ki, Məhkum barəsində Şəki Şəhər-Rayon Polis Şöbəsində müvafiq əməliyyatqeydiyyat işi açılmamış, yalnız daxil olan agentura məlumatına əsasən məhkəmə qərarı alınmadan səlahiyyətli subyektin qərarı əsasında təxirə salınmaz halın olması qənaətinə gəlinərək təqsirləndirilən şəxsin yaşadığı ünvana və həyətyanı sahəsinə baxış keçirilməsi barədə qərar qəbul edilmiş və sonuncunun yaşadığı ünvana gedilərək əməliyyat-axtarış tədbiri qismində baxış prosessual hərəkəti həyata keçirilmişdir. Halbuki, “Əməliyyat-axtarış fəaliyyət haqqında” Azərbaycan Respublkası Qanununun 15-ci maddəsinin 1-ci və 3-cü hissəsində göstərilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi olduqda bu qanunun 11-ci maddəsinin İİİ hissəsində nəzərdə tutulmuş qərarların əsasında əməliyyatqey diyyat işi başlanılmalı və bu iş əməliyyat-axtarış fəaliyyətinin subyekti tərəfindən mütləq qeydiyyata alınmalıdır. Əməliyyat-axtarış tədbirlərinin nəticələri əməliyyat-qeydiyyat işində əks edilməli və sistemləşdirilməlidir. Həmin Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar bu qanuna müvafiq əldə edildikdə və Azərbaycan Respublikasının CinayətProsessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Sözügedən qanunun müddəalarında məhkəmə qərarı olmadan əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulsa da, Qanunun 10-cu maddəsinin 5-ci hissəsində birmənalı şəkildə göstərilmişdir ki, bu maddənin İV hissəsində nəzərdə tutu lmuş hallarda (yəni məhkəmə qərarı olmadan əməliyyat-axtarış tədbiri keçirildikdə) əməliyyat-axtarış fəaliyyətinin subyektləri həyata keçirilmiş tədbirlər barəsində 48 saat ərzində məhkəmə nəzarətini həyata keçirən məhkəməyə və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora əsaslandırılmış qərarı təqdim etməlidirlər. Cinayət işinin materiallarından göründüyü kimi, səlahiyyətli subyekt xx.xx.2020-ci il tarixdə qəbul etdiyi qərarla təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün əməliyyat qrupunun yaradılması və həmin tarixdə xx.xx.1957-ci il təvəllüdlü xxx qeydiyyatda olan və xxx tərkibində olan xxx adlanan ərazidə yaşayan Məhkum cinayət başında ifşa olunması məqsədi ilə onun ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin vacibliyi qənaətinə g əlsə də, müvafiq qərarın qəbul olunmasının zəruriliyini kifayət qədər əsaslandırmamış, məhkəmə qərarı olmadan müvafiq əməliyyataxtarış tədbirinin keçirilməsinin təxirəsalınmazlığının məhz nədən ibarət olmasını qərarda ətraflı şəkildə əks etdirməmiş, formal əsaslara istinad etməklə qərarda şablon – ümumi ifadələrdən istifadə etməklə kifayətlənmişdir. Halbuki, qanunverici bu kimi halların gələcəkdə səlahiyyətli subyekt tərəfindən sui-istifadə hallarına yol verilməsinə gətirib çıxarılmasına şərait yaradacağını nəzərə alaraq yuxarıda istinad olunan müddəalarında bu kimi hallarda məhkəmə qərarı olmadan hərəkət etmək barədə nəticəyə gələn səlahiyyətli subyekt tərəfindən məhz əsaslandırılmış qərarın qəbul ediməsinin labüdlüyünü vurğulamış və həmin müddəalara riayət edilməməsinin yekunda əməliyy at axtarış tədbiri gedişində əldə olunan sübutların etibarsız sayıla biləcəyi ehtimalını birmənalı şəkildə əks etdirmişdir. Cinayət işinin materialları ilə müəyyən olunur ki, Şəki Rayon Məhkəməsinin 22 iyun 2020-ci il tarixli qərarına əsasən Şəki ŞRPŞ-in CAB-ın əməlliyyat müvəkkili, polis baş leytenantı Şahid1 əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə 20 iyun 2020-ci il tarixli qərarının təqdim edilmiş vəziyyətdə məhkəmə nəzarəti qaydasında yoxlanılmalı olmaması nəticəsinə gəlinmiş və məhkəmənin sözügedən qərarının qəbul edilməsinə səbəb məhz səlahiyətli subyektin qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarı kifayət qədər əsaslandırmaması, həmçinin məhkəməyə göndərilmiş qərara onun qəbul edilmə səbəbləri və onun əsasında keçirilmiş tədbirlər barədə sənədin əlavə edilməməsi və sonr adan məhkəməyə təqdim olunmaması olmuşdur. Göründüyü kimi, cinayət işi başlamadan öncə məhkəmə qərarı olmadan keçirilən əməliyyat-axtarış tədbirinin qanuniliyi məhkəmə nəzarəti qaydasında yoxlanılmamış və onun qanuniliyinə məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, göstərilənlərə, apellyasiya instansiyası məhkəməsinin bəraət hökmünün dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarında ətraflı şəkildə sadalananlara əsasən, Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirliliyi olmasına dair ibtidai istintaq orqanının gəldiyi nəticə mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Kassasiya məhkəmə kollegiyası Məhkum polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı xüsusatlarla əlaq ədar məhkəmələrin gəldiyi nəticəyə və bu barədə kassasiya protestində göstərilən dəlillərə də (CPM-in 65.1-ci maddəsinə istinadən) qiymət verərək aşağıdakıları qeyd etməyi məqsədə müvafiq hesab edir. Belə ki, iş materiallarına əsasən müəyyən olunur ki, təqsirləndirilən şəxs tərəfindən qeyd edilən xüsusatlarla bağlı (polis əməkdaşları tərəfindən təzyiqə məruz qalması ilə bağlı) Şəki Rayon Prokurorluğuna müraciət olunmuş, lakin bir neçə dəfə bu xüsustalarla bağlı məsələ prokurorluqda araşdırılsa da, hər dəfə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarlar müdafiə tərəfindən məhkəmə nəzarəti qaydasında mübahisələndirilmiş və məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən şikayətlər əsaslı sayılmaqla hər dəfə də həmin qərarlar ləğv edilmişdir. Hətta məhkəmə istintaqı gedən ərəf ədə prokurorluğun sonuncu dəfə qəbul etdiyi qərar mübahisələndirilmiş və yenə də məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən prokurorluğun həmin qərarı ləğv edilmişdir. Lakin sonradan yenidən xx.xx.2021-ci il tarixdə prokurorluq tərəfindən həmin xüsusatlarla bağlı araşdırma aparılmış və təkrarən cinayət işinin başlanması rədd edilmişdir. Həmçinin qeyd olunan qərarlardan müəyyən olunur ki, Məhkum fiziki təsirə məruz qalması ilə bağlı məhkəmə tibbi ekspertizasından keçirilmiş və xx.xx.2020-ci il tarixli ekspert rəyinə əsasən bədənində müddəti ekspertizanın keçirilməsindən bir ay əvvələ uyğun gələn (yəni hadisə dövrünə uyğun gələn), lakolizasiyasına görə müxtəlif şəraitlərdə yarana bilən və dərəcəsi təyin edilməyən xəsarətlərin olması müəyyən olunmuşdur. Sonrakı vaxtlarda keçirilən 2 3 noyabr 2020-ci il tarixli əlavə məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən isə eyni xəsarətlərin olması müəyyən olunmuş, habelə həmin xəsarətlərin özü-özünə yetirilməsi ilə bağlı dəqiq fikrin söylənilməsinin qeyri-mümkün olduğu göstərilmişdir. Daha sonra keçirilən ekspertizanın rəyində isə həmin xəsarətin sürətli hərəkət edən zaman (qaçarkən) öz boyu hündürlüyündən yıxılma zamanı zədə nahiyəsinin kələ-kötür səth üzərində sürüşməsindən əmələ gəlməsinin mümkünlüyü göstərilmişdir. Cinayət işinin materiallarından görünür ki, Məhkum xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci il tarixdə məhkəmə qarşısına çıxarılanadək polisin nəzarəti altında olmuş, xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilərək azadlığ a buraxılmışdır. Artıq həmin məhkəmə prosesində Məhkum saxlanılan zaman polis əməkdaşları tərəfindən təsir və təzyiqə məruz qaldığını, döyüldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs Məhkum saxlanıldığı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində (bütün bu halları polis əməkdaşları ifadələrində təsdiq etmişdir) Məhkum xx.xx.2020-ci il tarixdə hakim qarşısına çıxarılarkən polis əməkdaşları tərəfindən təsirə və təzyiqə məruz qaldığ ını bildirməsi və yuxarıda istinad olunan ekspert rəyi ilə üzərində xəsarətlərin aşkar olunması, hazırda cinayət işinin başlanmasının rədd edilməsi barədə müvafiq qərarın mövcudluğu şəraitində belə sonuncunun saxlanılarkən polis əməkdaşları tərəfindən pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Odur ki, məhkəmə kollegiyası ibtidai araşdırma dövründə yol verilən nöqsanları nəzərə alıb, məhkəmə istintaqı zamanı müəyyən olunan halları əsas götürərək təqsirləndirilən şəxs Məhkum, onun vəsatəti əsasında dindirilən şahid Cavanşir Məmmədovun və təqsirləndirilən şəxsin arvadı Şahid7 məhkəmə istintaqı zamanı verdiyi ifadələri daha obtyektiv, işin faktiki halları ilə uyğun olan ifadələr kimi qəbul etmiş və məhz həmin ifadələri bəraətin əsasına qoymuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd olunanların fonunda təqsirləndirilən şəxsin ibtidai istintaqın ilkin mərhələsində verdiyi ifadələrə şübhə ilə yanaşaraq və həmin ifadələri əsaslı sübut növü kimi qəbul etməmişdir. Hazırkı kassasiya şikayətində dövlət ittihamçısının istinad etmiş olduğu – mahiyyəti üzrə işə baxan məhkəmənin səlahiyyətlərindən kənara çıxaraq prokurorluq tərəfindən aparılmış araşdırma nəticəsində qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarların araşdırmasını həyata keçirməsi, həmin qərarlarda müəyyən edilmiş hallara yenidən münasibət bildirməsi (qərarların preyudisial olması) ilə bağlı dəlilərinə gəldikdə isə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 65.1-ci maddəsində deyilir: “Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həm in məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyil”. Həmin Məcəllənin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Bununla bağlı qeyd olunmalıdır ki, ibtidai araşdırma orqanı tərəfindən qəbul edilmiş qərar mahiyyəti üzrə işə baxan məhkəmənin verilmiş ittihamın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün halları nəzərdən keçirməsinə, o cümlədən insan və vətəndaşların konstitusiya hüquqla rının və azadlıqlarının, həmçinin prosessual Məcəllə ilə təminat verilən hüquqlardan məhrum etmə və ya onları məhdudlaşdırmaqla əldə edilmiş sübutların mümkünlüyünə qiymət verilməsinin qarşısını alan prosessual maneə kimi çıxış edə bilməz. Prosessual qanunvericilik məhkəməyədək icraatda təqsirləndirilən şəxsin hərəkətlərinə (həmçinin faktlara) qiymət verildikdən sonra mahiyyəti üzrə işə baxan məhkəmənin həmin hərəkətlərin (həmçinin faktların) araşdırılmasını, bununla bağlı müdafiə tərəfinin gətirdiyi dəlillərə baxılmasını, həmin hərəkətlərin (faktların) məhkəmə tərəfindən ibtidai istintaqın nəticələrindən fərqli şəkildə qiymətləndirilməsini istisna etmir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 25-ci maddəsində təsbit olunmuş hakimlərin müstəqilliyi prinsipinə əsas ən hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər (maddə 25.2). Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər (maddə 25.3). Müdafiə tərəfinin malik olduğu hüquqa uyğun olaraq da cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi (CPM, maddə 28) məhkəmənin üzərinə digər vəzifələrlə yanaşı şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsat ətlərə baxmaq vəzifəsini qoymuşdur (maddə 28.4.3). Cinayət-Prosessual Məcəllənin 33-cü maddəsində nəzərdə tutulmuş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipinə görə cinayət prosesində heç bir sübutun və ya digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (maddə 33.3). Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedura daxilində tədqiq edilənədək sübut və digər materialdan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. Əks yanaşma, cinayət təqibi orqanının sübutların qiymətləndirilməsi, o cümlədən bu və ya digər mühüm əhəmiyyətli faktın mövcud olub-olmaması, təqsirləndirilən şəxsin əməlinin dəyərləndirilməsi, hüquqi tövsifi, təqsirliliyi üzrə qənaəti məhkəmənin nəticələrini əvvəlcədən mü əyyən etmiş hal kimi, məhkəmə istintaqını isə xəyali və əhəmiyyətsiz icraat kimi qəbul edilməsi ilə nəticələnər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 16 bəndində qeyd olunur ki, əməliyyataxtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun qərarından verilmiş izahdan da göründüyü kimi mahiyyəti üzrə işə baxan məhkəmə nəinki məhkəməyədək icraat zamanı istinta q orqanın hətta məhkəmə tərəfindən qəbul edilmiş qərarlardan belə asılı deyil. Məhkəmə kollegiyası hesab edir ki, cinayət-prosessual qanunun prinsipləri və digər normaları mübahisələndirilən məsələnin məhz yuxarıda göstərilən qaydada şərh edilməsi üçün əsas verməklə həmin məsələnin kassasiya protestində göstərildiyi kimi təfsir edilməsini istisna edir. Odur ki, məhkəmələrin ibtidai istintaq orqanının ittihama birbaşa təsir göstərən faktlar və bu faktlara aid sübutlar barədə yanlış nəticəsi ilə qane olmayıb, müdafiə şəxsin təqsirsizlikləri ilə bağlı irəli sürdüyü dəlillərin (işgəncəyə və pis rəftara məruz qalmaları ilə bağlı) araşdırılması ilə bağlı müvafiq prosessual addımları, o cümlədən prokurorluq orqanlarında aparılmış araşdırmaların formal, səthi və effektsiz olması ilə bağlı qənaəti prosessual pozuntu kimi qiymətləndirilə bilməz. Apellyasiya məhkəməsinin qərarını kassasiya protestinin dəlilləri ilə birgə təhlil edən kassasiya məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya məhkəməsi iş üzrə mövqeyini sübutlara, işin digər faktiki hallarına və qanunun tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenumlarının, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad edərək ətraflı şərh etməklə əsaslandırmışdır. Həmin mövqe iş materiallarına və qanunun tələblərinə uyğun olduğu üçün məhkəmə kollegiyası da onunla razılaşır və qeyd edir ki, kassasiya protestinin dəlilləri də apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticənin qanuniliyini şübhə altına almağa əsas vermir. Qeyd edilənlənlərə əsasən, Məhkum Azərbaycan Resp ublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə bəraət verilməsi cinayət və cinayət-prosessual qanunun normalarının tələblərinə, xüsusilə də ittihamın sübut olunmasında aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən qaydalara cavab verən nəticələr kimi özünü göstərir. Göründüyü kimi, təqsirləndirilən şəxsə tamamilə haqlı olaraq bəraət verilmiş və apellyasiya məhkəməsinin buna dair gəldiyi nəticənin və ümumilikdə qərarının qanuniliyini şübhə altına almağa əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin və Cinayət Prosessual Məcəlləsinin maddələrinin tələblərinə əsaslanır. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir, eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Azərbaycan Respublikası CPM-in 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və və təndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikası CPM-in yuxarıda göstərilən normalarının həm məzmununa həm də mənasına görə, ittihamın sübut edilməsində şübhələrin yarandığı mövqeyində olan məhkəmə ilk növbədə həmin şübhələrin aradan qaldırılması üçün müvafiq tədbirləri görməli və yalnız bu mümkün olmadıqda həmin şübhələri təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikas ı Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən “cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərətərfli və obyektiv yoxlanılmalıdır. Cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirlir”. Məhkəmələrin yuxarıda şərh edilən sübutlar barədə qənaətlərinin CPM-in 125.2.1, 137, 144-cü maddələri ilə müqayisəsindən gö rünür ki, kassasiya protestində apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda təsvir edilən cinayət-prosessual qaydaların pozuntularına yol verildiyi iddia olunsa da, məhkəmə dinləmələrinin, onların yekununda çıxarılmış bəraət hökmünün yuxarıda göstərilən hallarının bu normalarla müqayisəsindən görünür ki, həmin iddianın əksinə olaraq məhkəmə sözügedən qaydaları pozmamış; baxılan cinayət işi üzrə məhkəmə dinləmələri qanuni prosedurlara, o cümlədən cinayətmühakimə icraatının prinsiplərinə əməl olunmaqla aparılmış; məhkəmə tərəfindən hər hansı sübutun tədqiqindən əsassız imtina edilməmiş; sübutlar Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinin tələblərinə uyğun olaraq yoxlanılmış; bəraət hökmü çıxarılarkən yolverilməz sübutlardan istifadə olunmamış, araşdırılmış sübutlara isə CPM- in 145-ci maddəsinin tələblərinə müvafiq olaraq qiymət verilmişdir. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq hesab edir ki, apellyasiya qərarının ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas ola biləcək hallar (Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutular əsaslar) iş üzrə mövcud deyildir, kassasiya protestinin dəlilləri isə əsassızdır. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qərarı əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protesti isə təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Dövlət ittihamçısı tərəfindən verilmiş kassasiya protest i təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 25 may 2023-cü il tarixli qərarı kassasiya protestinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №1(102)-2393/2023
Ali Məhkəmə Qərar — İş №1(102)-2393/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver