Məhkəmə qərarları › İş №1(102)-2393/2025

Ali Məhkəmə Qərar — İş №1(102)-2393/2025

17.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-2393/2025 17.12.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Hakimlər Cəfərov İlqar Xanlar oğlu (sədrlik edən və məruzəçi), Mövsümov Nazim Rasim oğlu və Rəcəbov İlkin Əbülfəz oğlundan ibarət tərkibdə, Babayeva Lalə Tahir qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin prokuroru, ədliyyə müşaviri X1 və məhkum Məhkumnun iştirakları ilə, 4.09.1979-cu il tarixdə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olm ayan, Şəki şəhəri M.Qorki küçəsi ev 22-də qeydiyyatda olmaqla Kürdəmir rayonu Muradxan kəndində yaşamış Məhkumnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 170.3, 182.2.1 və 182.2.4-cü maddələri məhkum edilməsinə dair cinayət işi üzrə Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-538/2024 nömrəli 18 iyul 2024-cü il tarixli qərarından məhkum tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-19/2024 nömrəli 29 mart 2024-cü il tarixli hökmü ilə (hakimlər N.N.Hüseynov (sədrlik edən), N.H.Məmmədov və E.Q.Məmmədovadan ibarət tərkibdə) Məhkum - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 170.3, 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirli bilinmiş, ona Azərbaycan Respublikası CM- in 170.3-cü maddəsi ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.4-cü maddələri ilə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-in 66.3cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq hesablanması yolu ilə Məhkum cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin 29 mart 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Eyni hökmlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtətəlif maddələri ilə təqsirli bilinərək məhkum edilmişlər. Birinci instansiya məhkəməsinin hökmündən məhkum edil miş şəxslər Məhkum, Təqsirləndirilən şəxs2 və məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi8, Məhkum müdafiəçisi Müdafiəçi7, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi6 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmiş, Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-538/2024 nömrəli 18 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər P.V.Hacıyev (sədrlik edən və məruzəçi), H.X.Bəhmənov və P.T.Əhmədovdan ibarət məhkəmə tərkibində) аpellyаsiyа şikayətləri təmin edilməmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 29 mart 2024-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Məhkəmə qərarlarına əsasən Məhkum və Təqsirləndirilən şəxs1 xx.xx.1998-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, m əhkum olunmayan, “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X4 təcili yardım bölməsində təcili təxirəsalınmaz tibbi yardım üzrə həkim işləyən, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində telefon vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərdiyi çılpaq şəkillərini, mesajlarını 2022-ci ilin iyun ayının əvvəllərində əldə edib zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etmək məqsədi ilə yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsini daşıdıqları halda, əksinə xx xxxxxx 2005-ci ildə anadan olmaqla yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 aldatma və vədlər vermək vasitəsilə cinayətkar qrupa və ağır cinayətin törədilməsinə cəlb edər ək, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib, Zərərçəkmiş şəxs tərəfindən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yenidən narkotik maddələr istifadə etməsinə təhrik olunmasını yalandan bəhanə edərək, eləcədə sonuncunun təkrar narkotik maddələr istifadə etməsi nəticəsində narkoloji xəstəliyə düçar olması ilə əlaqədar müalicə olunmasından ötrü 2000 manat pul lazım olduğunu əsas gətirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd olunan məbləği hədə qorxu ilə tələb etmişlər, əks təqdirdə həmin rüsvayedici şəkilləri, mesajları bir çox vasitələrlə yayacaqları, el arasında rüsvay edəcəkləri hədəsi ilə qorxudaraq xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Ucuzluq” mağazasının yaxınlığında Zərərçəkmiş şəxs onun dayısı Şahid2 vas itəsi ilə göndərdiyi 2000 manat pulu aralarında olan rol bölgüsünə əsasən Məhkum və Təqsirləndirilən şəxs1 alıb ələ keçirmişlər Bundan başqa zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vahid niyyətlə Zərərçəkmiş şəxs yuxarıda qeyd edimiş qaydada haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə hədələyib 1500 manat məbləğində pul tələb etməklə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qeyd olunan məbləği hədə-qorxu ilə tələb etmiş, əks təqdirdə həmin rüsvayedici şəkilləri, mesajları bir çox vasitələrlə yayacaqları, el arasında rüsvay edəcəkləri hədəsi ilə qorxudaraq xx.xx.2022-ci il tarixdə, saat 17:30 radələrində Kürdəmir ş əhəri, X3 küçəsində yerləşən Kürdəmir rayon mərkəzi xəstəxanasının qarşısında sonuncudan 1500 manat pulu alaraq ələ keçirmişlər. Bundan başqa zərər çəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə pul tələb etmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş Məhkum, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 vahid niyyətlə Zərərçəkmiş şəxs yuxarıda qeyd edimiş qaydada haqqında rüsvayedici məlumatlar yayacaqları hədəsi ilə hədələyib yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs2 yenidən narkotik maddələr istifadə etməsində təhrik olunmasını yalandan bəhanə edərək, eləcədə sonuncunun təkrar narkotik maddələr istifadə etməsi nəticəsində narkoloji xəstəliyə duçar olması ilə əlaqədar müalicə olunmasından ötrü 6 ay ərzində hər ayda 1300 manat olm aqla ümumilikdə 7.800 manat pul lazım olduğunu əsaslar kimi gətirib xeyli miqdarda, yəni 7.800 manat pulu Zərərçəkmiş şəxs hədə-qorxu ilə tələb etmiş, əks təqdirdə həmin rüsvayedici şəkilləri, mesajları bir çox vasitələrlə yayacaqları, el arasında rüsvay edəcəkləri hədəsi ilə qorxudaraq xx.xx.2022-ci il tarixdə, saat 11.30 radələrində İmişli-Kürdəmir-Ağsu avtomobil yolunun Kürdəmir rayonu Mürtülü kəndi ərazisində keçən hissəsində, həmin pulun 700 manatını alıb Məhkum və Təqsirləndirilən şəxs1 ələ keçirdikdən sonra Təqsirləndirilən şəxs1 etibarnamə əsasında idarə etdiyi «Mercedes Benz E 220» minik markalı **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə geriyə dönüb İmişli istiqamətində hərəkətdə olarkən, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirmiş olduqları əməliyyat tədbirləri nə ticəsində İmişli-Kürdəmir-Ağsu yolunun Kürdəmir şəhəri, Bakı prospektindən keçən hissəsində saxlanılıb Kürdəmir rayon Polis Şöbəsinə gətirildikdən sonra, Zərərçəkmiş şəxs verdiyi 700 manat pul baxış zamanı Məhkum əl çantasından aşkar edilərək götürülmüşdür Kassasiya şikayətinin dəlilləri: Məhkum tərəfindən verilmiş kassasiya şikayətində Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-538/2024 nömrəli 18 iyul 2024-cü il tarixli qərarının dəyişdirilməsi, cəzanın üengülləşdirilməsi, onun barəsində CM-nin 62-ci maddəsinin tətbiq edilməsi xahiş edilmişdir. Şikayətdə göstərilmişdir ki, törətdiyi əməldən peşmandır, zərər çəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur, cəza çəkdiyi müddətdə heç bir daxili intizam qaydalarını pozmamışdır. Hüquqi məsələlər: Məhkəmə kollegiyası kass asiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, verilmiş kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısı R.Məmmədlinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayəti və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılmas ı, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi kimi məsələlərin həlli qanunla birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyaları məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib- edilməməsi məsələlərinə öz münasibətini bildirir. Verilmiş kassasiya şikayətində məhkuma CM-nin 62-ci maddəsinin tətbiq edilməsi xahiş olunur. Azərbaycan Respublikası CM-in 170.1-ci maddəsinə əsasən on səkkiz yaşına çatmış şəxs tərəfindən yetkinlik yaşına çatmayanı a ldatma, vədlər vermə, hədə-qorxu vasitəsi ilə cinayətkar fəaliyyətə cəlb etməyə görə məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 170.3-cü maddəsinə əsasən bu əməl zor tətbiq etməklə və ya zor tətbiq etmək hədəsi ilə törədildikdə və ya yetkinlik yaşına çatmayanı cinayətkar qrupa və ya ağır, yaxud xüsusilə ağır cinayətin törədilməsinə cəlb etməni nəzərdə tutulur və bu əməl beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-in 182.1-ci maddəsində hədə-qorxu ilə tələb etmə, yəni zərər çəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hə rəkətlər etməsini tələb etmə əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulur. Azərbaycan Respublikası CM-in 182.2.1-ci maddəsində bu əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; Azərbaycan Respublikası CM-in 182.2.4-cü maddəsində bu əməl xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarına əsasən Məhkum əməli mötəbərliyi heç bir şübhə doğurmayan, Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə uyğun olaraq əldə edilmiş sübutlarla, yəni şahid ifadələri, ekspert rəyləri və bir çox istintaq hərəkətlərinin aparılması haqqında protokollarla və işə əlavə edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətini CPM-in 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar apellyasiya məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını kassasiya şikayətinin dəlillərini də nəzərə alaraq yoxlayıb, Məhkum Cinayət Məcəlləsinin təqsirli bilindiyi maddənin sanksiyası çərçivəsində təyin olunmuş, kassasiya şikayətində mübahisələndirilən cəzaya dair aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cinayət qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların qiymətləndirilməsinə yönəltmiş, bu halların nəzərə alınmasının vacibliyini önə çəkmişdir. Cinayət qanununun mənasına görə, yalnız CM-in 8.1 və 58.3-cü maddələrində göstərilən cinayət-hüquqi kriteriyalara əməl edilməklə təyin edilən və CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərə cavab verən cəzanın ədalətli olmasından söhbət gedə bilər. Belə ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə c inayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsi rli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərəri n həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağır laşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iy un 2003-cü il tarixli qərarının 3cü bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 45-ci bəndində qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum barəsində Azərbaycan Res publikası CM-in 62-ci maddəsinin tətbiq edilməsi barədə kassasiya tələbini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cəza təyini məsələsini həll edərkən maddi hüquq normalarının, o cümlədən Azərbaycan Respublikası CM-in 8, 41.2, 58.3, 59, 61-ci maddələrinin tələblərinə əməl etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, adı çəkilən məhkumun şəxsiyyətini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və zərər çəkmiş şəxslə barışıq əldə etməsini onun cəzasını yüngülləşdirən hal kimi, əməlində ağırlaşdırıcı halların olmamasını nəzərə almış və Azərbaycan Respublikası CM-in 62-ci maddəsinə əsasən CM-in 1 70.3, 182.2.1 və 182.2.4-cü maddələrinin sanksiyasında müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi üçün əsaslar tapmamışdır. Həmçinin məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 8-ci bəndində göstərilmişdir ki, CMin 62-ci maddəsinə görə Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilməsi şəxs tərəfindən törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli surətdə azaldan müstəsna hallar mövcud olduqda, yaxud qrup halında törədilmiş cinayətin açılmasına fəal kömək göstərdikdə mümkündür. Bu zaman nəinki cinayətin məqsədi və motivi, habelə təqsirka rın cinayətin törədilməsində rolu, cinayəti törədərkən və ondan sonrakı davranışı nəzərə alınmalıdır. Kassasiya məhkəmə kollegiyası aşağı instansiya məhkəmələrinin cəza təyininə dair mövqeyini əsaslı hesab edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli, cəmiyyətin maraqlarının açıq-aşkar tələb etməsinə xüsusi göstərişlərin mövcudluğu nöqteyi-nəzərindən qiymətləndirilməlidir. Məhkum edilmiş şəxsə təyin edilən azadlıqdan məhrum etmə cəzası və onun həddi törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, habelə təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ailəsinin həyat şəraitinə təsiri baxımından onun islah olunması məqsədinə cavab verir. Qeyd olunanlar, apellyasiya instansiyası məhkəməsi tərəf indən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilmədiyini, yəni apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən qərarının qanuni və əsaslı olduğunu, onun kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların olmadığını göstərir. Yuxarıda göstərilənləri nəzərə almaqla, kassasiya şikayətinin dəlillərini və cinayət işinin materiallarını tədqiq etməklə, məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətin təmin edilməsi üçün hər hansı bir qanuni əsas mövcud deyil və buna görə də Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)-538/2024 nömrəli 18 iyul 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğundan, kassasiya şikayətində onun dəyişdirilməsi ilə əlaqədar irəli sürülmüş dəlillər isə yuxarıda şərh olunan hallarla tə kzib olunmaqla əsassız olduğundan, şikayət təmin edilmədən, həmin qərar isə dəyişiklik edilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsinin tələblərini rəhbər tutaraq Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Məhkumnun barəsində Şirvan Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının 1(106)538/2024 nömrəli 18 iyul 2024-cü il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar