Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-24/2019 05.02.2019 ALİ MƏHKƏMƏ İş № 1 (102) 24/2019 Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ 05 fevral 2019-cu il Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimləri Rzayeva Gülzar Lətif qızı (sədrlik edən və məruzəçi), Kərimov Fərhad Abdulkərim oğlu və Hacıqayıbov İmran Teymurxan oğlundan ibarət tərkibdə, Adilova Nigar Vidadi qızının katibliyi ilə, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, X1, məhkum1, müdafiəçilər Müdafiəçi1, Həsənov Əbil Yadulla oğlunun, Müdafiəçi3 iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmü ilə Məhkum2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə, məhkum1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 181.3.2 və 234.1-ci maddələri ilə və qeyrilərinin təqsirli bilinib məhkum olunmaları barədə cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Həsənov Əbil Yadulla oğlu, məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayətlərinə əsasən işə baxaraq, MÜƏYYƏN E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmü ilə (hakimlər: Orucov Azər Kəlpəli oğlu (sədrlik edən), Bayramov Mayıl Abbas oğlu və Salmanov Rahib Vaqif oğlundan ibarət tərkibdə) xx.xx.1987-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış məhkum1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.2, 181.3.2 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, CM-nin 32.5, 181.3.2-ci maddəsi ilə 10 (on) il müddətə, CM-nin 234.1-ci maddəsi ilə isə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilmiş, həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilməklə, təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə məhkum1 cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkum1 təyi n edilmiş 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından şübhəli şəxs qismində tutulduğu 3 (üç) gün çıxılaraq üzərində 10 (on) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx xxxxxx 1984-cü il tarixdə ünvan 1 anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 qeydiyyatda olan Məhkum2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X5, Məhkum4 və Məhkum5 da təqsirli bilinib məhkum edilmişlər. Hökmdən məhkum1, Məhkum2 müdafiəçisi Ə.Həsənov, məhk um1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə baxan Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Mirzəyev Sahibxan Arzuman oğlu (sədrlik edən və məruzəçi), Qasımov Faiq Adil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə) 01 fevral 2018-ci il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilməmiş, hökm dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarından Məhkum2 müdafiəçisi Həsənov Əbil Yadulla oğlu kassasiya şikayəti verərək Məhkum2 əməlinin CM-nin 307.1-ci maddələrinə tövsif olunması barədə, məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayəti verərək məhkum1 bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşin halları: Məhkəmənin hökmünə əs asən, Məhkum4, Məhkum5, Məhkum1 və Məhkum2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, silah qismində istifadə edilən suvenirtipli bıçaq tətbiq etməklə zərərçəkmiş şəxsin sağlamlığı üçün təhlükəli zorakılıqla, həmçinin belə zorakılıq tətbiq edəcəkləri hədəsi ilə basqın etməklə zərərçəkmiş şəxsin külli miqdarda əmlakını ələ keçirmişlər. Belə ki, X5, Məhkum4, Məhkum5, Məhkum2 və məhkum1 qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, silah qismində istifadə edilən xəncər tətbiq etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədilə 26 may 2016-cı il tarixdə öz aralarında məsləhətləşərək iştirakçıların hər birinin ayrı-ayrılıqda davranış xəttini müəyyən edib rolları bölüşdürmüş, həmin tarixdə məhkum1 özünə məxsus olan suvenirtipli bıçağı quldurluq cinayətinin törəd ilməsi üçün alət qismində istifadə olunması məqsədi ilə cinayətin digər iştirakçılarına vermiş, 27 may 2016-cı il tarixdə, saat 11:30 radələrində X6 yaşadığıünvan 3nin girişində X2nın mənzilin giriş qapısını açıb içəri daxil olduğu vaxt Məhkum1 və Məhkum2 həmin binanın yaxınlığında Məhkum5 məxsus avtomobildə əyləşib kənar şəxslər binaya daxil olarsa, məlumat vermək məqsədilə müşahidə aparmış, Məhkum5 və Məhkum4 zərərçəkmiş şəxs X2ya həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıqla və belə zorun tətbiq ediləcəyi hədəsi ilə bağlı olan basqın edərək mənzilə daxil olub, mənzilin içərisində zərərçəkmiş şəxs X2nın əl-qolunu bağlayaraq silah qismində istifadə etdikləri suvenirtipli bıçaqla hədə-qorxu gəlib əlləri ilə X2ya sağlamlığı üçün təhlükəli zorakılıqla sifətinin müxtəlif yerlərinə vurub ona sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarətlər yetirməklə həmçinin, belə zorakılıq tətbiq edəcəkləri hədəsi ilə mənzilin yataq otağında olan 60.000 manat məbləğində pulu və digər yataq otağında olan 19.280 manat dəyərində qızıl-zinət əşyalarım ələ keçirməklə zərərçəkmiş şəxs X2ya külli miqdarda, yəni 79.280 manat məbləğində maddi ziyan vurmaqla quldurluq etmişlər. Bundan başqa, təqsirləndirilən şəxs məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,628 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq əldə edib daşıyaraq üzərində gizlətmiş, bu barədə daxil olmuş məlumat əsasında Binəqədi rayon Polis idarəsinin 5-ci Polis bölməsinin əməkdaşları tərəfind ən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 28 avqust 2016-cı il tarixdə, təxminən saat 18 radələrində ünvan 4 qarşısında saxlanılaraq Binəqədi rayon Polis idarəsinin 5-ci Polis bölməsinə aparılmış, orada üstünə baxış keçirilərkən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı 1,628 qram narkotik vasitə heroin bir ədəd sellofan bükümdə məhkum1 əynindəki boz rəngli şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Kassasiya şikayətlərinin dəlilləri: Məhkum2 müdafiəçisi kassasiya şikayətini onunla əsaslandırmışdır ki, nə ibtidai araşdırma orqanı, nə apellyasiya məhkəməsində işə baxılarkən işin faktiki hallarına düzgün qiymət verilməmiş, CPM-nin 28-ci, 125-ci, 144- 146-cı maddələrinin tələbləri pozularaq işin halları tam, hərtərəfli və obyektiv yoxlanılmamış, iş üz rə ittihamın əsasına qoyulmuş sübutlar müqayisəli qaydada təhlil edilib mötəbərliyi müəyyənləşdirib qiymətləndirilmədiyindən, Məhkum2 CM-nin 181.3.2-ci maddəsi ilə təqsirliliyi təsdiq edilməmişdir. Məhkum2 ifadəsində göstərdiyi faktlar məhkəmə iclasında dindirilmiş digər təqsirləndirilən şəxslər, zərərçəkmiş və şahidlərin ifadələrində də öz əksini tapsa da məhkəmə təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi dəlillərə düzgün qiymət verməyərək onun əməlini CM-nin 181.3.2-ci maddəsi ilə tövsif etmişdir. Məhkum2 əməli CM-nin 181.3.2-ci maddəsindən 307.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə Məhkum2 barəsində hökm çıxararkən heç bir mötəbər sübutlara əsaslanmamış, məhkəmə istintaqı zamanı toplanmış sübutlarla deyil ibtidai istintaq zamanı toplanmış sübutlara əsaslanaraq hökm çıxarmışdır. B undan başqa, məhkəmə Məhkum2 ədalətsiz cəza təyin etmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, məhkumun təqsirliliyi barədə qərarın əsasını yolverilməz sübutlar təşkil edir, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmışdır. İbtidai istintaq və məhkəmə istintaqı zamanı məhkum1 barəsində onun CM-nin 32.5, 181.3.2-ci və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməsini təsdiq edən mötəbər sübutlar toplanmamış, cinayət işi üzrə toplanmış sübutlar ziddiyyətli, qərəzli olmaqla yalnız ittihamın mövqeyini əks etdirir. məhkum1 cinayət təqibinin ibtidai istintaq döv ründə və məhkəmə baxışı dövründə CM-nin 32.5, 181.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibini törətməsini etiraf etməmişdir. məhkum1 CM-nin 234.1-ci maddəsi ilə verilmiş ittiham da əsassızdır. məhkum1 28 may 2016-cı il tarixdə saat 18 radələrində Binəqədi RPi-nin 5-ci PBnin mülki geyimli 4 nəfər əməkdaşı onu saxlayaraq polis bölməsinə gətirmiş, bölmədə onun üstünə baxış keçirilərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Quldurluq etmiş və cinayətdə iştirak etmiş digər şəxslərin saxlanıldığını bilən bir şəxs heç vaxt üzərində narkotik vasitə gəzdirməsi məntiqsizdir. Mülki geyimli polis əməkdaşları məhkum1 üzərinə onun saxlanıldığı yerdə deyil, polis bölməsində baxış keçirmişlər. Həmin faktlar da bir daha sübut edir ki, məhkum1 hər iki cinayəti törətməmişdir. Məhkəmə faktlar a düzgün hüquqi qiymət verməmiş, bütün mümkünsüz sübutları məhkum1 əleyhinə şərh etmişdir. Qeyd olunanları nəzərə alaraq kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, kassasiya şikayətlərinin təmin edilməsi barədə müdafiəçilərin və məhkumların, kassasiya şikayətlərinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib hesab edir ki, Məhkum2 müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarı məhkum1 aid hissədə ləğv edilərək cinayət işi həmin h issədə yeni apelyasiya baxışına təyin edilməlidir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyə n edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə Məhkum2 müdafiəçisi Həsənov Əbil Yadulla oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməməli, məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarı məhkum1 aid hissədə ləğv edilərək cinayət işi həmin hissədə yeni apelyasiya baxışına təyin edilməlidir. Məhkum2 müdafiəçisi kassasiya şikayətinin dəlillərində göstərilir ki, Məhkum2 əməli CM-nin 181.3.2-ci maddəsindən 307.1-ci maddəsinə tövsif edilməlidir. Hökmdən və qərardan görünür ki, işə baxmış məhkəmələr toplanmış sübutları tam, hərtərəf li və obyektiv araşdırıb işin faktiki hallarına uyğun düzgün nəticəyə gəlmiş və Məhkum2 əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.3.2-ci maddəsi ilə düzgün tövsif etmişdir. Cinayət işinin materialları və hökmlə Məhkum2 törətdiyi quldurluq cinayəti və zərərçəkmiş şəxsə qarşı zor tətbiqi halları təkzibedilməz faktlarla təsdiq olunur. Məhkum2 əməlini CM-nin 307.1-ci maddəsinə tövsif edilməsi barədə müdafiəçinin kassasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, məhkumlar quldurluq cinayətini qabaqcadan əlbir olaraq razılaşıb törətdiklərindən Məhkum2 əməlini CM-nin 307.1-ci maddəsinə tövsif edilməsi üçün əsaslar mövcud deyil. Məhkum2 müdafiəçisi Həsənov Əbil Yadulla oğlu daha sonra kassasiya şikayətində göstərmişdir ki, məhkəmə Məhkum2 ədalətsiz cəza təyin etmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 01 noyabr 2017-ci il tarixli hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Məhkum2 əməlini qismən etiraf edib peşman olmasını, məhkumluğunun olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə almış, Məhkum2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qanunun tələbinə və qanunla müəyyən edilmiş cəza təyin etmənin prinsiplərinə görə cəza təyin edilərkən təkcə bu hallar deyil, Azərbaycan Respublikası CM-nin 8.1-ci və 58.3-cü maddələrində təsbit edilmiş digər hallar, o cümlədən cinayətin ictimai təhlükəlilik dərəcəsi də nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya di gər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Məhkum2 müdafiəçisi kassasiya şikayətinin təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün CPM-nin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar Məhkum2 müdafiəçisi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. məhkum1 müdafiəçisi Müdafiəçi3 kassasiya şikayətində göstərmişdir ki, apelyasiya instansiyası məhkəməsinin qərarı qanunsuz və əsassızdır, məhkumun təqsirliliyi barədə qərarın əsasını yolverilməz sübutlar təşkil edir, məhkəmə cinayət tərkibinin əlamətləri olmadan ittiham hökmü çıxarmış, törədilmiş əməlin tövsifində səhvə yol vermişdir. İşin məhkəmələr tərəfindən tədqiq edilmiş halları ilə müəyyən olunur ki, 26 may 2016-cı il tarixdə, saat 18 radələrində Məhkum4 yaşadığı mənzildə dörd nəfər-Məhkum5, Məhkum2, Məhkum4 və Məhkum1 sonuncunun bildirməsinə görə xalası X2 imkanlı şəxs olduğundan onun yaşadığı evdən oğurluq etmələri barədə razılığa gəlmişər. Bu məqsədlə Məhkum2, Məhkum5 və Məhkum4 özləri üçün papaqdan maska və əlcək düzəltmişlər. Bundan sonra səhər saatlarında Məhkum1, Məhkum5, Məhkum2 və Məhkum4, Məhkum5 məxsus avtomobillə X2nın yamadığı ünvan 2evin yaxlınığına gəlmişlər. Burada X2 binanın yanından keçən qadını göstərib xalası olduğunu bildirmişdir. Məhkum5 və Məhkum4 özləri ilə gətirdikləri maskaları, əlcəkləri və məhkum1 götürdükləri xəncəri götürüb avtomobildən düşüb mənzilə qalxmışlar. Məhkum1 və Məhkum2 avtomobildə gözləmişlər. Məhkum4 və Məhkum5 mənzilin qapısını aça bilmədikləri üçün yenidən avtomobilə qayıtmışlar. X7yıtdıqda mənzilə daxil olarkən onun arxasınca mənzilə girməyi planlamdırmışlar. Təxminən saat 11:20 –də X2nın qayıtdığını görüb Məhkum4 və Məhkum5 binanın yeddinci mərtəbəsinə qaxmışlar və zərərçəkmiş şəxs liftdən çıxıb mənzilin qapısını açaraq içəri daxil olan vaxt onlar maskada qadını arxadan mənzilin içərisinə itələmiş, əllərini bağlamış, pul və qızılların yerini deməsini tələb etmişlər, həmçinin özləri ilə götürdükləri suvenir tipli xəncərlə hədə qorxu gəlib əlləri ilə vurub ona sağlamlığa yüngül zərər vurulması ilə nəticələnən xəsarətlər yetirməklə X2nın 79.280 manat məbləğində əmlakını ələ keçirmişlər. məhkum1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq-1,628 qram tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə Binəqədi RPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən 28 may 2016-cı il tarixdə aşkar edilmişdir. Məhkəmə kollegiyası işin hallarına əsasən hesab edir ki, məhkum1 barəsində ittiham tərəfindən təqdi m edilmiş sübutlar Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq tam, hərtərəfli və obyektiv tədqiq edilməmişdir. Bununla bağlı məhkəmənin nəticəsi işin faktiki hallarına uyğun deyil. Göründüyü kimi, məhkumlar Sülieyman Hüseynov, Məhkum1, Məhkum4 və Məhkum5 zərərçəkmiş şəxs X2nın evindən oğurluq etmələrini planlaşdırmışlar, lakin hadisə zamanı mənzilin qapısını aça bilmədiklərindən, zərərçəkmişin əmlakını quldurluq yolu ilə keçirmiılər. İş materiallarından görünür ki, məhkum1 istər oğurluq istərsə də quldurluq cinayətinin qabaqcadan əlbir olaraq planlaşdırılmasında həmçinin quldurluq cinayətinin törədilməsində iştirak etməmişdir. məhkum1 istinad edilmiş cinayətləri törətməsində özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, əvvəllər narkotik vasitələrin istifadəçi si olub, müalicə olunduğundan hazırda istifadə etmir.28 may 2016-cı il tarixdə saat 18 radələrində yaşadığı ünvan 3 qarşısında dörd nəfər mülki geyimli polis əməkdaşları onu bölməyə dəvət etmişlər. O, etiraz etməyərək onlarla birlikdə bölməyə getmişdir. Burada onun üzərinə baxış keçirilmiş, ancaq heç bir qanunsuz əşya aşkar olunmamışdır. Lakin polis əməkdaşları stolun üzərinə bir ədəd sellofan bükümdə olan narkotik vasitə heroin qoyub, ona məxsus olduğunu bildirmişlər və həmin maddə onun adına rəsmiləşdirilmişdir. İfadəsinin davamında məhkum1 bildirmişdir ki, Məhkum2la qonşu olublar, onun vasitəsi ilə X3 və onun qohumu x3lə həmçinin X2 ilə tanış olmuşdur. 26 may 2016-cı il tarixdə saat 16 radələrində X4 və X3 görüşmüşlər. Həmin vaxt X4gil onun avtomobilində olan suvenir bıçağı yadigar ol araq istəmişlər. O, da razılaşıb bıçağı X3 vermişdir. Həmin gündən sonra onları görməmişdir. O, Məhkum4 və digərləri ilə birlikdə hər hansı bir cinayətdə iştirak etməmiş, həmçinin törədiləcək cinayətdən xəbəri olmamışdır. Məhkumlar Məhkum4, Məhkum5 və Məhkum2 birinci instansiya məhkəməsində oğurluq və quldurluq cinayətini planlaşdırmaqda və törədikdə məhkum1 iştirak etmədiyini göstərmişlər. Cild-4, iş vərəqə 68-73 ( məhkəmə iclas protokolu) Yalnız Məhkum1 ifadəsində göstərmişdir:” Cahangiri tanıyıram, Yaqubargil ondan xəncər almışlar. O, da həmin gün bizimlə gedəcəkdi, deyəsən anası xəstələndi və o, gəlmədi.” Məhkəməyədək icraat zamanı həmin təqsirləndirilən şəxslərə məhkum1 törədilmiş cinayətdə iştirakı barədə standart sual verilir” Cahangir adlı şəxsin bu cinayətdən xəbəri var idi?” Cava b hər dörd məhkumun eynidir. “ Cahangirin də xəbəri vardı,sonra anasını bəhanə edib gəlmədi”. Bıçağı Cahangir vermışdir”. Məhkum1 ifadəsi – cild-1,iş vərəqə 100-104 Məhkum2 ifadəsi-cild-1, iş vərəqə 125-177 Məhkum5 ifadəsi –cild-1, iş vərəqə 145- 146 Məhkum4 ifadəsi-cild-1 iş vərəqə 159-160 Məhkum4 məhkum1 ilə üzləşdirmədə dindirmə protokolundan görünür ki, Məhkum4 üzləşmədə məhkum1 avtomobilində xəncəri görüb xoşu gəldiyi üçün istəməsini və Cahangiri həmin suveniri ona verməsini, onunla quldurluq etməni planlaşdırmadığını, bu xəncəri yalnız xoşu gəldiyi üçün götürməsini, ümumiyyətlə Cahangirin törədilən cinayətdən xəbərsiz olmamasını göstərmişdir. Cild-2, iş vərəqə 70-71 Məhkum5 və Məhkum2, məhkum1lə üzləşmədə dindirmə protokolundakı ifadələrində, həmin məhkumlar da Məhkum4 xəncəri yadiga r kimi götürməsini, Cahangirin törətdikləri cinayətə aidiyyəti olmadığını təsdiq etmişlər. Cild-2, iş vərəqə 72- 75 İş materiallarından görünür ki, istər ibtidai istintaq, istərsə də məhkəmə istintaqı zamanı yuxarıda qeyd edilən ifadələrin arasındakı ziddiyyət nəinki aradan qaldırılmamış, məhkum1 hansı cinayətin törədilməsində nə kimi rolu olması, suvenir bıçağı Məhkum4 hədiyyə edərkən hansı məqsəd güdməsi kimi məsələlər aydınlaşdırılmamışdır. Nəzərə alaraq ki, məhkum1 ittihamının əsasını həmin ziddiyyətli ifadələr təşkil edir və işin halları tam, hərtərəfli və obyektiv araşdırılması zəruri idi. Məhkəmələr bu hallara diqqət yetirməmişdir. Məhkumlar Məhkum1, Məhkum4, Məhkum5 və Məhkum2 ifadələrində zərərçəkmiş şəxs X2nın evindən oğurluq cinayəti etmələrini 26 may 2016-cı il tarixdə gecə vax tı planlaşdırdıqlarını, səhərisi, 27 may 2016-cı i tarixdə saat 11:30 radələrində zərərçəkmiş şəxsin yaşadığı ünvana getmələrini, burada qapını aça bilmədiklərinə görə quldurluq cinayətini etməyi qərara almalarını və törətmələrini göstərmişlər. Kollegiya qeyd edir ki, məhkum1 hazırlanan oğurluq, sonda törədilən quldurluq cinayətində şəxsən iştirak etməsə də, onun digər məhkumlarla telefon danışıqları aparıbaparmaması aydınlaşdırılmamışdır. İş materiallarından görünür ki, məhkum1 28 may 2016-cı il tarixdə saat 18 radələrində Binəqədi RPİ-nin 5-ci PB-nin mülki geyimli dörd nəfər əməkdaşı saxlayaraq polis bölməsinə gətirmiş, burada üstünə baxış keçirərkən üzərindən narkotik vasitə aşkar olunmuşdur. Zərda Yunusovanın mənzilinə basqın edib quldurluq cinayəti törətmiş yuxarıda qeyd edilən məhk umlar 27 may 2017-ci il tarixdə saxlanılmış, onların ilk izahat və ifadələri alınmışdır. Göründüyü kimi həmin izahat və ilkin ifadələrdə məhkum1 adı hallandırılmış və onun saxlanılması üçün yaşadığı ərazi üzrə Binəqədi RPİ-nə məlumat verilmişdir. məhkum1 həmin məlumat əsasında saxlanmışdır. Polis bölməsində üzərinə baxış keçirilərkən narkotik maddə aşkar olunmasına görə barəsində cinayət işi başlanmış və Xətai RPİ-nin əməkdaşlarına təhvil verilmişdir. İşin halları onu deməyə əsas verir ki, aparılan əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi, həmçinin digər istintaq hərəkətləri aparılarkən cinayət prosessual qanunvericiliyinin tələbləri əhəmiyyətli dərəcədə pozulmuşdur. Qanunvericiliyin tələbinə görə sübut etmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halları n müəyyən edilməsi məqsədilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Göstərilənlərə əsasən cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarı məhkum1 aid hissədə ləğv edilərək, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 416 və 419.-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum2 müdafiəçisi kassasiya şikayəti təmin edilməsin. məhkum1 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Məhkum2, məhkum1 və qeyrilərinin məhkum edilmələrinə dair cinayət işi üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 01 fevral 2018-ci il tarixli qərarı məhkum1 aid hissədə ləğv edilərək cinayət işi həmin hissədə yeni apelyasiya baxışına təyin edilsin.
Məhkəmə qərarları › İş №1(102)-24/2019
Ali Məhkəmə Qərar — İş №1(102)-24/2019
05.02.2019
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver