Məhkəmə qərarları › İş №1(102)-24/2020

Ali Məhkəmə Qərar — İş №1(102)-24/2020

06.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-24/2020 06.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Hakimlər: İnqilab Maşallah oğlu Nəsirov (sədrlik edən və məruzəçi), Fərhad Abdulkərim oğlu Kərimov və Əziz Cəfər oğlu Seyidovdan ibarət tərkibdə; Sevinc Elton qızı Cəbrayılovanın katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Apellyasiya və Kassasiya instansiyalarında dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 2-ci dərəcəli hüquqşünas X4 və Məhkum iştirakı ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə t əqsirli bilinib məhkum olunmuş Məhkum və qeyrisinin barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2018-ci il tarixli hökmü ilə (sədrlik edən hakim Mirzə Xankişiyev, hakimlər Mahmud Ağalarov və Faiq Qəniyevdən ibarət tərkibdə), Məhkum, *** oktyabr 1991-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkumluğu olan, İmişli rayonu, ********* kəndində qeydiyyatda olan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib, Azərbaycan Respublikası CM-in 126.1-ci mad dəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 221.3-cü maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq ona 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəli 26 iyul 2017-ci il tarixdən hesablanmışdır. İşin halları: Birinci instansiya məhkəmənin hökmünə əsasən, Məhkum ona görə təqsirli bilinib məhkum olunmuşdur ki, o, 26 iyul 2017-ci il tarixdə saat 02 radələrində yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində ünvan 1 ünvanda yerləşən kafenin qarşısında tanışı X6 ilə dayanıb söhbət edərkən, onl ara yaxınlaşıb taksi sifariş edən X5, onu yox, yanındakı qızları taksi ilə aparacaqlarını dedikdə, H6 ona «məgər sizin evdə ananız, bacınız yoxdurmu?» deyib narazılığını bildirdikdə, bu sözlər F6 şəxsiyyətinə toxunduğundan o, H6 irad tutmuş, H6 isə kafeyə qayıdıb köməyə dostu R6 da çağırmış, birlikdə yaxınlaşarkən F6 onların qarşısına çıxmış, lakin, onları sakitləşdirmək əvəzinə, heç bir əsaslı səbəb olmadan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək H6 qarşı zor tətbiq edib onun sifət nahiyəsindən yumruqla vurduğuna görə aralarında əlbəyaxa dalaşma baş vermiş, onlar F6 yerə yıxıb döyərkən, Məhkum dostu F6 onlar tərəfindən döyüldüyünü görüb onu qurtarmaq məqsədi ilə avtomobildə olan bıçağı götürərək hadisə yerinə yaxınlaşıb əlində olan bıçaqla X1 nahiyəsindən bir dəfə vurar aq ona döş qəfəsinin sağ yarısının plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası və sol ayaq nahiyəsindən bir dəfə vuraraq ona deşilmiş-kəsilmiş yara ilə müşayiət olunan və həyat üçün təhlükəli olan xəsarətlər yetirməklə Hakim Hüseynovun sağlamlığına qəsdən ağır zərər vurmuşdur. Bundan sonra, dostunun xəsarət aldığını görən X9 ona yaxınlaşaraq sakitləşməsini tələb edərkən, Məhkum heç bir səbəb olmadan cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət olunan qərəzli hərəkətlər edib, həmin bıçaqla R6 sol qulaq və sağ ayaq nahiyələrindən iki dəfə vurub ona deşilmişkəsilmiş yaralar ilə nəticələnən və sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaqla qərəzli xuliqanlıq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Cinayət ko llegiyasının (sədrlik edən və məruzəçi hakim Qədim Babayev, hakimlər Mirzəli Abbasov və Vaqif Mursaqulovdan ibarət tərkibdə) 02 noyabr 2018-ci il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və məhkumlar Məhkum və F6 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Məhkum və X2 barəsindəki Bakı Ağır Cinayətlər Məhkəməsinin 25 aprel 2018ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir. Məhkum kassasiya şikayətində cəzasının yüngülləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Məhkum məhkəməyə ərizə təqdim edərək kassasiya şikayətini geri götürdüy ünü və bu səbəbdən kassasiya şikayətinin baxılmadan geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası dövlət ittihamçısının məhkumun ərizəsinin təmin edilməsi barədə çıxışını dinləyərək belə hesab edir ki, məhkumun ərizəsi təmin olunmalı və kassasiya şikayəti baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsinin tələblərinə əsasən, kassasiya şikayəti və ya kassasiya protesti kassasiya instansiyası məhkəməsində baxılanadək kassasiya şikayətini və ya kassasiya protestini vermiş şəxs onu geri götürmək, dəyişdirmək və ya əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçılarının kassasiya şikayətinə, yaxud kassasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir. Məhkəmə kollegiyası Məhkum tərəfindən verilmiş ka ssasiya şikayətinin geri götürülməsi haqqında məhkumun ərizəsini nəzərə alıb cinayət-prosessual qanunvericiliyinin tələblərinə əsaslanaraq həmin şikayətin geri qaytarılmasını mümkün hesab edir. Şərhedilənlərə əsasən və rəhbərtutaraq,məhkəmə kollegiyası Azərbaycan Respublikası CPM-in 414.1-ci maddəsini QƏRARA AL D İ: Məhkumun ərizəsi təmin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsindəki Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 02 noyabr 2018-ci il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayəti məhkumun ərizəsinə əsasən baxılmadan geri qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar