Məhkəmə qərarları › İş №1(102)-24/2021

Ali Məhkəmə Qərar — İş №1(102)-24/2021

16.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-24/2021 16.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının Q Ə R A R İ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Fərhad Abdulkərim oğlu Kərimov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və Ələsgər Əli İskəndər oğlu Novruzovdan ibarət tərkibdə, katib İsa-zadə Elnur Nizami oğlu Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru 1-ci dərəcəli hüquqşünas Hacıyev Ziya Əli oğlunun və Məhkum iştirakları ilə, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019-cu i l tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib məhkum olunmuş Məhkum barəsində Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı Ağır Cinayətlər Məhkəməsinin (hakimlər: İ.X.Həsənzadə (sədrlik edən və məruzəçi), Ə.Q.Quliyev və A.İ.Paşayevdən ibarət tərkibdə) xx xxxxxx 2019-cu İl tarixli hökmü ilə Məhkum - xx xxxxxxx 1967-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta texniki təhsilli, subay, əvvəllər məhkum edilmiş, işləməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2yədə yaşamış Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bil inərək, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, əvvəli xx xxxx 2018-ci il tarixdən hesablanmaqla 9 (doqquz) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Məhkəmənin hökmünə əsasən Məhkum ona görə təqsirli bilinib məhkum edilmişdir ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2008-ci il xx xxxxxx tarixli hökmü əsasında Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasından Şəki Rayon Məhkəməsinin 2016-cı il xx xxxx tarixli qərarı ilə 7 ay 21 gün şərti olaraq vaxtından əvvəl azad olunub məhkumluğu ödənilmədən və yaxud üzərindən götürülmədən yenidən qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə edilməsi, saxl anılması və daşınması barədə digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olduğu bir qrup şəxs halında naməlum zamanda və şəraitdə külli miqdarda, yəni 18.200.835 (on səkkiz kiloqram, iki yüz tam mində səkkiz yüz otuz beş) qram çəkidə bitki mənşəli kütlələr tərkibində harkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmaqla narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra cinayətkar plana əsasən həmin çəkidə və növdə narkotik vasitəni geyindiyi qara rəngli şalvarın arxa cağ cibindəki bir ədəd kibrit qutusunda və əlində tutduğu torbanın içərisindəki 2 ədəd sellofan zənbildə saxlayıb müştəri tapmaq üçün ünvan 3 ünvanının qarşısınadək daşıdıqda onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması haqqında vətəndaş X3 müraciət etdiyi Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyataxtarış tədbiri nəticəsində 2018-ci il iyunun 7-də saat 15:50 radələrində saxlanmış, dəvət edildiyi Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin inzibati binasında üzərinə baxış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladığl külli miqdarda göstərilən narkotik vasitədən Məhkum əynindəki qara rəngli şalvarın arxa sağ cibində olan 1 ədəd kibrit qutusundan 0,835 qram hissəsi və əlindəki torbanın içərisində olan 2 ədəd sellofan zənbildən 18.200 qram hissəsi aşkar edilərək götürülmüşdür. Məhkum tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə baxan Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixl i qərarı ilə (hakimlər: R.K.Səfərov (sədrlik edən və məruzəçi), Q.X.Babayev və R.M.Abdulovdan ibarət tərkibdə) apelyasiya şikayəti təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmü dəyişdirilmədən saxlanmışdır. Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarından Məhkum kassasiya şikayəti verərək həmin qərarın ləğv edilərək cinayət işinin istintaqla keçirilməklə yeni apelyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: Məhkum kassasiya şikayətində sübutların tam araşdırılmadığını, ittiham aktının hökmə köçürüldüyünü, ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini göstərmişdir. Baş vermiş cinayətlə əlaqəmin olmamasını dəfələrlə qeyd etmişəm. Ona görə də kassasiya şikayətinin təmin edil məsini xahiş etmişdir Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, kassasiya şikayətinin təmin edilməsi barədə Məhkum, kassasiya şikayətinin təmin edilməməsi barədə dövlət ittihamçısının çıxışlarını dinləyib, hüquqi məsələlər üzrə aşağıdakı nəticələrə gəlmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə görə Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 419.11-ci maddəsinə əsasən Kassasiya instansiyası məhkəməsi birinci və ya apelyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirilmiş hesab edə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, cinayət işinə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən faktların müəyyən edilməsində və hüquqi məsələlər üzrə cinayət və cinayət-prosessual qanun normalarının tətbiqinin düzgünlüyünü yoxlayaraq, kassasiya şikayətinin dəlillərinə aşağıdakı məzmunda hüquqi qiymət vermişdir. Məhkum kassasiya şikayətində sübutların tam araşdırılmadığını, ittiham aktının hökmə köçürüldüyünü, ibtidai istintaq zamanı ona təzyiq göstərildiyini göstərmişdir. Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanmış Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhkum o na görə təqsirli bilinib məhkum edilmişdir ki, qəsdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanılması və daşınması barədə digər şəxslə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olduğu bir qrup şəxs halında naməlum zamanda və şəraitdə külli miqdarda, yəni 18.200.835 (on səkkiz kiloqram, iki yüz tam mində səkkiz yüz otuz beş) qram çəkidə bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmaqla narkotik vasitə qurudulmuş marixuananı əldə etdikdən sonra cinayətkar plana əsasən həmin çəkidə və növdə narkotik vasitəni geyindiyi qara rəngli şalvarın arxa cağ cibindəki bir ədəd kibrit qutusunda və əlində tutduğu torbanın içərisindəki 2 ədəd sellofan zənbildə saxlayıb müşt əri tapmaq üçün ünvan 3 ünvanının qarşısınadək daşıyarkən Bakı şəhəri Nizami rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində 2018-ci il iyunun 7-də saat 15:50 radələrində saxlanmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Məhkum Azərbaycan Respublikası CM-nin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyib bu cinayəti törətmədiyini, X adlı şəxslə yalnız spirtli içki qəbul etdiyini, sonuncunun araq almaq bəhanəsi ilə ondan ayrılarkən iri həcmli torbanı onun yanında qoymaqla getdiyini, bir neçə dəqiqədən sonra polis tərəfindən yaxalandığını və həmin çantada narkotik vasitə qurudulmuş marixuananın olmasının müəyyən edildiyini, ittihamla razı olmadığından tə rtib edilən protokollardakı şübhəli və təqsirləndirilən şəxslər qismində guya verdiyi ifadələri imzalamaqdan imtina etdiyini, narkotik vasitə satışı ilə məşğul olmadığını, bu işin tamamilə qurma və şər olduğunu, baxış protokolunu məcburən imzaladığını göstərmişdir. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə iclasında ona “X” adlı şəxslə X2 eyni şəxs olduqları barədə sual verilib aydınlaşdırılmamışdır. X adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün istintaq orqanı və cinayət işinə baxmış məhkəmələr heç bir tədbir görməmişdir. Elan edilmiş ittihamdan və məhkumun ifadələrindən görünür ki, Məhkum “X adlı şəxslə” və X5 ilə Nizami rayonu ərazisindəki “Keşlə” kafesində rastlaşmışlar. Bununla əlaqədar “X” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün həmin kafedə hər hansı bir araşdırma aparıl mamış, həmin məkanda müşahidə kameralarının olması müəyyən edilib baxış keçirilməmişdir. Kassasiya şikayətinə məhkəmə baxışı zamanı Məhkum göstərmişdir ki, olmayan halları ittiham aktına yazıblar. Mən özüm yenicə Rusiya Federasiyasından deportasiya olunmuşam. Mən narkotikadan uzaq adamam. Mən yalnız spirtli içki qəbul edirəm. Mən ümumiyyətlə “Keşlə” kafesini tanımıram. “Keşlə” kafesindədə olmamışam. Kafenin heç harada olduğunu bilmirəm. Mağazanın arxasında oturub içirdik. Mağazadan çıxanda mənə dedilər içənsən məndə Moskva abı-havası ilə dedim içərəm. X2 həmin epizodda orada olmayıb. Onu heç tanımıram da. Orada yalnız X olub. Hadisə 3 saniyənin içərisində oldu. Salafanı yanıma qoydular elə həmin andada polislər məni apardı. Mən azərbaycan dilində oxuyub yaza bilmirəm. Mən yalnız kiril qraf ikası ilə yazıb oxuya bilirəm. Bunu məhkəmədə də demişəm. Mənim cibimdəm spiçka çöpü çıxarıblar lakin o mənim üzərimdə olmayıb. Polis özündən çıxarıb bilmirəm. Bundan əvvəl məhkumluğumda var. Onda da mənim heç bir günahım olmayıb. Mənə zənbili verəndən 3 saniyə keçməmiş polislər məni tutdu. Mən yalnız spirtli içki qəbul edirəm. Hadisə yerinə baxış protokolundan ilkin izahatından və müdafiəçi təqdim edilməsi barədə sənədlərdən başqa Məhkum hər hansı istintaq sənədinə imza etməmişdir. Məhkum cinayət işi 20-21-ci vərəqlərinə əlavə edilmiş izahatının sonunda kiril əlifbası ilə “izahat mənim sözlərim düzgün yazıldı düzdür oxudum əlavəm yoxdur imzamla təsdiq edirəm” sözləri əlyazma ilə yazılmışdır. Kassasiya şikayətinə məhkəmə baxışı zamanı da Məhkum latın əlifbası ilə yazıb oxumağı bilmədiyin i göstərmişdir. Lakin Məhkum ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi barədə imza etməkdən imtina etdiyi, müstəntiq tərəfindən tərtib edilmiş protokollarda onun latın əlifbası ilə Azərbaycan dilində sərbəst yazıb-oxumağı bacardığı göstərilmişdir. İbtidai istintaq müddətində və məhkəmə baxışı mərhələlərində qəbul edilmiş sənədlər, məhkəmə qərarları, şübhəli və təqsirləndirilən şəxsin hüquqları və hüquqlarının ona elan edilməsi barədə sənədlər ona kiril əlifbası ilə təqdim edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Hadisə zamanı narkotik vasitənin Məhkum ifadələrində göstərdiyi kimi “X” adlı şəxs tərəfindən onun olduğu yerin yanına qoyulması və sonra onu aldadaraq oranı tərk etməsi, bundan sonra dərhal polis əməkdaşlarının ona yaxalaması halları tam hərtərəfli araşdırılmamışdır. “X” adlı şəxsin şəxsiyyətinin müəyyən edilməsi üçün təxirəsalınmaz tədbirlər ibtidai araşdırma orqanı tərəfindən görülməmişdir. Belə tədbirlər vaxtında görülməmişdirsə, onda Məhkum özünün müdafiəsi üçün irəli sürdüyü dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfindən yerinə yetirilməmişdir. Narkotik vasitənin “X” adlı şəxs tərəfindən gətirilib Məhkum olduğu yerə qoyulması barədə onun irəli sürdüyü dəlil təkzib edilmədiyindən, “X” adlı şəxsin polisin agenti olması ehtimal da yoxl anılıb təkzib edilməmişdir. “X” adlı şəxslə X5 eyni şəxs olmadığından, “X” adlı şəxsin hadisə yerini tərk edən kimi orada X2 hadisə yerində peyda olması və narkotik vasitə barədə polisə məlumat verməsi onun da polisin agenti olması ehtimalını yaratmışdır. Göstərilən hallar araşdırılıb mötəbər sübutlarla təkzib edilmədiyi təqdirdə Məhkum elan edilmiş ittiham üzrə təqsirliliyi açıqdan-açığa əsaslı şübhə doğurur. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayə t-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, cinayət işi üzrə sübutların tam, hərtərəfli və obyektiv araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslıdır. Eyni zamanda Məhkum müdafiə hüququnun təmin edilməməsi, ona ibtidai istintaq müddətində təzyiq edilib-edilməməsi, öz təqsirsizliyi barədə irəli sürdüyü dəlillərin ittiham tərəfindən təkzib edilməməsi halları, Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları cinayət işinə baxmış məhkəmələr tərəfindən araşdırılıb hüquqi qiymət verilməmişdir. Azərbaycan Respublikası CPM-nin 416.1.1-ci və 416.1.2-ci maddələrinə əsasən məhkəmə cinayət prosesi tərəfinin təqdim etdiyi, irəli sürülmüş ittihamın hərtərəfli, tam və ob yektiv baxılması üçün mühüm əhəmiyyət kəsb edə biləcək sübutların tədqiqindən əsassız imtina etdikdə və məhkəmə bu Məcəllənin 143—146-cı maddələrinin tələblərinə müvafiq olaraq sübutları tədqiq etmədikdə kassasiya instansiyası məhkəməsi aşağıdakı hallarda apelyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Bundan başqa cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan müəyyən edilmişdir ki, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 2008-ci il 28 fevral tarixli hökmü əsasında Məhkum Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilindiyi 9 il müddətinə azadlıqdan m əhrum etmə cəzasına məhkum edilmişdir. Lakin, bu barədə hökmün surəti cinayət işinin materiallarına əlavə edilməmişdir. Şəki Rayon Məhkəməsinin 2016-cı il 17 mart tarixli qərarı ilə cəzasının sonuna 7 ay 21 gün qalmış şərti olaraq vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 140.0.5-ci maddəsinə əsasən cinayət prosesi gedişində aşağıdakı hallar yalnız aşağıda göstərilən sübutların əvvəlcədən əldə edilməsi və tədqiqi şərti ilə müəyyən edilə bilər: təqsirləndirilən şəxsin əvvəlki məhkumluğunun olması və ona müəyyən cəza təyin edilməsi — məhkəmə hökmünün surəti. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsaslı olduğundan və cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsi üçün Azərbaycan Respublikası CPM-nin 416.1.1-c və 416.1.2-ci maddələrində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edildiyindən kassasiya şikayəti təmin edilməli və qərar ləğv edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası Qərara aldı: Məhkum tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə məhkum edilməsinə dair cinayət işi üzrə Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilsin və cinayət işi həmin məhkəmədə yeni apelyasiya baxışına təyin edilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar