Məhkəmə qərarları › İş №1(102)-24/2022

Ali Məhkəmə Qərar — İş №1(102)-24/2022

09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-24/2022 09.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının hakimləri: Nazim Rasim oğlu Mövsümov (sədrlik edən və məruzəçi), Şahin Yaşar oğlu Yusifov və İlkin Əbülfəz oğlu Rəcəbovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Sevinc Elton qızı Cəbrayılovanın, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru, ədliyyə müşaviri Ayxan Məhəmmədəli oğlu Hüseynlinin iştirakı ilə, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli qərarından dövlət ittihamçısı X8 tərəfindən verilmiş kassasiya protesti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Şirvan Şəhər Məhkəməsinin (hakim Ziya Əliyev) 1(032)-41/2021 nömrəli 09 mart 2021-ci il tarixli hökmü ilə 27 oktyabr 2003-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanda yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 124.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Hökmlə təyin edilmiş cəza müddəti ərzində X5 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Şirvan şəhəri ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırması vəzifələrini yerinə yetirməsi öhdəlikləri, kütləvi və digər tədbirlər təşkil etməmək, belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmuş, onun barəsində seçilmiş «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmış, cəza çəkməsinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, hökmün icrasının onun yaşadığı yer üzrə Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməsi qərara alınmışdır. İşin halları: Birinci instansiya məhkəməsinin hökmü ilə X9 məhkum olunmuşdur ona gör ə ki, o, 07 oktyabr 2020-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanının yaxınlığında özünə məxsus keçiləri otararkən onlardan birinin həmin yerdə oynayan azyaşlı X2 üzərinə getdiyi üçün, bacısı X4 ilə aralarında sözlə mübahisə yarandığından sonuncu yaşadıqları ünvana gedib atası X6 çağırmış, Qriqori Malyamov sərxoş vəziyyətdə olarkən onun ünvanına nalayiq sözlər söyə-söyə üzərinə gəlib mübahisə edib əl-qol atdıqda o, öz hərəkətlərinə cinayətkarcasına etinasızlıq göstərib, qabaqcadan hadisənin ağır nəticələrə səbəb olacağını görməli olduğu halda, bunları görməyib, Qriqori Malyamovu yumruqla başının sol hissəsindən vuraraq sol gicgah-təpə nahiyəsinin dərialtı hematoması kimi ölümü ilə heç bir səbəbli əlaqəsi olmayan sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət yetirdikdən sonra, əli ilə isə özündən kənarlaşdırmaq məqsədilə sinəsindən itələdikdə, Qriqori Malyamov müvazinətini itirərək boyu hündürlüyündən arxası üstə yerə yıxılıb baş nahiyəsinin yerdə olan daş parçasına dəyməsi nəticəsində sağ gicgah sümüyünün mastoidal hissəsinin xətti sınığı, beyinin yumşaq toxumasına qansızmalar, dərin serebral koma, baş beyinin ağır dərəcəli əzilməsi, sağ tərəfli təpəgicgah və sol tərəfli alın, təpə, ənsə paylarının hemorragik qansızmaları kimi həyat üçün təhlükəli olan və bilavasitə onun ölümü ilə əlaqəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər alması nəticəsində Şirvan şəhər xəstəxanasına yerləşdirilib tibbi yardım göstərilməsinə baxmayaraq 26 oktyabr 2020-ci il tarixdə xəstəxanada aldığı xəsarətlər nəticəsində öldüyündən o, ehtiyatsızlıqdan Qriqor i Malyamovu həyatından məhrum etməklə öldürmüşdür. Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyası (sədrlik edən və məruzəçi hakim Etibar Camalov, hakimlər Rafiq Cəfərov və Kamil Bəşirovdan ibarət tərkibdə) 1(106)-375/2021 nömrəli 04 may 2021-ci il tarixli qərarı ilə Şirvan Şəhər Məhkəməsinin 09 mart 2021-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti və məhkumun müdafiəçisi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Dövlət ittihamçısı İlqar Əsədov kassasiya protesti verərək Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli qərarının ləğv edilməsi və cinayət işinin yeni apelyasiya baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Dövlət ittihamçısı İlqar Əsədov kassasiya protestini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsinin qeyd olunan qərarı cəza təyininə dair hissədə əsassızdır. Belə ki, birinci və apelyasiya instansiyası məhkəmələri iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, birinci və apelyasiya instansiya məhkəmələri tərəfindən Oruc Mehrabova cəza təyin edilərkən cinayət qanununun qeyd olunan normalarının, eləcə də Konstitusiya Məhkəməsi Plenumunun qərarının tələblərinə, Ali Məhkəmənin Plenumunun qərarındakı tövsiyələrə əməl edilməmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə, hadisənin baş vermə səbəbinə, şəraitinə, nəticələrinə, eləcə də onun şəxsiyyətinə əhəmiyyət verilməmiş, nəticədə Oruc Mehrabova əsassız olaraq 2 il müddətinə azadlığın mə hdudlaşdırılması cəzası təyin edilmiş, bununla onun gələcəkdə də eyni qəbildən olan cinayət törətməsinə şərait yaratmış, həmin ədalətsiz cəza cəmiyyətin tələbatına uyğun olmamaqla cəzanın məqsədinə nail olunmasına, yəni sosial ədalətin bərpasına, Oruc Mehrabovun islah edilməsinə, gələcəkdə həm onun, həm də başqa şəxslər tərəfindən eyni kateqoriyadan olan yeni cinayətlərin törədilməsinin qarşısının alınmasının təmin olunmasına xidmət etməmişdir. Oruc Mehrabovun Azərbaycan Respublikası CM-in 124.1-ci maddəsində nəzərdə tutulan az ağır cinayətlər kateqoriyasına aid olan cinayəti törətməsi, eləcə də baş vermiş nəticənin ağırlığı, törətmiş olduğu cinayət əməlinin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə məhkumun şəxsiyyəti və əsasən də onun cinayətin törədilməsində rolu ona maddənin sanksiyasında nəzərdə tutulan cəzanın təyin edilməsini şərtləndirən amillərdir. Lakin, hər iki məhkəmə instansiyası hazırki iş üzrə cəzaya təsir edə biləcək bütün halları araşdırmamış, yuxarıda göstərilən hallar Oruc Mehrabovun törətdiyi əməlin ictimai təhlükəliliyinin və cinayətin xarakterinin məhkəmələr tərəfindən cəza təyini zamanı nəzərə alınmalı olan hallar olmasına baxmayaraq, məhkəmələr bu halları cəza təyini zamanı nəzərə almamış, bununla da qanunun yuxarıda qeyd olunan tələblərini pozmuş, Oruc Mehrabovun cəza təyin edərkən, əsassız olaraq cəzanı yüngülləşdirən halları yekun qərarlarında qeyd edərək ona yüngül cəza təyin etmişdir. Belə ki, birinci instansiya məhkəməsinin mübahisə olunan hökmündən görünür ki, məhkəmə cəza təyin edərkən Oruc Mehrabovun yaşayış yerindən müsbət xasiyy ətləndirilməsini, əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət əməli törətməsini CM-in 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alaraq Oruc Mehrabovun cəmiyyətdən tam təcrid olunmadan islah olunmasını mümkün sayaraq birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən saxlamışdır. Sadalanan yüngülləşdirən hallar məhkəmə tərəfindən qanunun tələblərinə əməl edilmədən nəzərə alınmışdır. Məhkəmə Oruc Mehrabovun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alsa da, onun hansı cəhətlərinə görə müsbət xarakterizə olunmasını və bunun nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham hökmün ün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, şəxsin müsbət xarakterizə olunması cəmiyyətdə qəbul edilmiş ümumi davranış qaydasına əməl olunmasının nəticəsidir. Həmçinin, müsbət xasiyyətlənmə şəxsin müsbət davranışının göstəricisi ola bildiyi halda, təqsirləndirilən şəxsin davranışı zərərçəkmiş şəxsə zor göstərməsi nəticəsində ehtiyatsızlıqdan adam öldürmə cinayətini törətməkdən ibarət olmuşdur. Lakin məhkəmə CM-in 59.2-ci maddəsinin tələbini pozaraq onun hansı cəhətlərinə görə müsbət seciyyələnməsini və bu halların konkret olaraq nədə ifadə olunmasını, şəxsiyyətini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını, müsbət xarakterizə olunmada cəzanı yüngülləşdirməyə imkan verən amilin nə olmasını, nəyə görə bu halı cəzanı yüngülləşdirən hal kimi nəzər ə almasının motivlərini və belə bir nəticəyə gəlməsinin səbəblərini qərarda göstərməmiş və əsaslandırmamışdır. Buna görə də qeyd olunan hal əsassız olaraq cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Bundan əlavə, apelyasiya instansiya məhkəməsi Oruc Mehrabova cəza təyin edərkən, onun əvvəllər məhkum olunmamasını, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə almasında haqlı olmamışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə az ağır cinayət əməli törətməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə almaqla, əsassız olaraq ona 2 il müddətə azadlığın məhdudlaşdırılmasından ibarət yüngül cəza təyin etmiş, sadalanan halların mövcudluğu vəziyyətində həmin cəzanın təyin edilməsi cəza təyin etmənin ümumi əsaslar ına zidd olmuş, bu zaman məhkəmə Oruc Mehrabova daha ağır cəzanın təyin edilməsini şərtləndirən işin yuxarıda göstərilən digər faktiki hallarının, bir şəxsin ölümü ilə nəticələnən fiziki zorakılıqdan ibarət hadisənin baş verməsinin mövcudluğu vəziyyətində məhkəmənin istinad etdiyi yuxarıda sadalanan halların Oruc Mehrabova 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini şərtləndirmədiyini, məhkəmənin istinad etdiyi həmin halların ona təqsirli bilindiyi CM-in 124.1-ci maddəsinin sanksiyası üzrə yüngül deyil, daha ağır cəzanın təyin edilməsini mümkün etdiyini nəzərə almamışdır. O cümlədən, məhkəmə kollegiyası Oruc Mehrabova cəza təyin etmiş birinci instansiya məhkəməsinin hökmünü dəyişdirməyərək CM-in 58.3-cü maddəsinin tələblərinə əməl etməmiş, yalnız onun cəzasını yüng ülləşdirən halları sadalamaqla kifayətlənmiş, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini isə nəzərə almayaraq cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət etməyən yüngül cəzanı qüvvədə saxlamışdır. Beləliklə, yuxarıda sadalananlardan görünür ki, hər iki instansiya məhkəməsi məhkum Oruc Mehrabova azadlığın məhdudlaşdırılması cəzası təyin etməklə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, onun nəticəsi, törədilməsi halı, şəraiti, məqsədi və motivi, məhkum Oruc Mehrabovun şəxsiyyəti, cinayətin törədilməsi zamanı davranışını nəzərə almamaqla ona təyin edilmiş açıq-aydın ədalətsiz cəzanı qüvvədə saxlamış, bu zaman cəza təyin etmə barədə CM-in 8, 41 və 58.3-cü maddələrinin tələblərini pozmuş, “CM-in 59.1.9 və 60-cı maddələrinin bəzi müddəaların ın şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarının tələblərinə əməl etməmiş, “Məhkəmələr tərəfındən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarındakı tövsiyələri nəzərə almamış, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları düzgün müəyyən etməmiş, habelə cəza təyin edilərkən cinayət qanunu normaları düzgün tətbiq etməmiş, nəticədə də məhkum Oruc Mehrabova münasibətdə yüngül cəza təyin olunmuşdur. Məhkəmə kollegiyası işin materiallarını öyrənib, kassasiya protestinin dəlillərini araşdırıb, məruzəçini, dövlət ittihamçısının çıxışını dinləyib hesab edir ki, aşağıda göstərilənlərə əsasən kassasiya protesti təmin olunmamalıdır. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessu al Məcəlləsinin 419-cu maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquqi məsələlər üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Kassasiya instansiyası məhkəməsi birinci və ya apellyasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmeti olmayan faktları müəyyən edə və ya onları sübuta yetirmiş hesab edə bilməz. Kassasiya protestinin başlıca dəlili məhkum X7 cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin, həmçinin cəzanı yüngülləşdirən halların düzgün nəzərə alınmaması və nəticədə ona yüngül cəzanın təyin edilməsidir. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası CM-in 8.1ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimaitəhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq olunur. Yəni cəzanın məqsədi təkcə məhkumun islah olunması ilə məhdudlaşmır. Qanuna görə təqsirli şəxsə təyin edilən cəza başqalarına xəbərdarlıq baxımından da əhəmiyyətlidir. Digər tərəfdən, Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən ci nayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə əsasən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqınd a tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. İşdən görünür ki, birinci instansiya məhkəməsi X5 yaşayış yerindən müsbət xasiyyətləndirilməsini, əvvəllər məhkum olunmamasını, yetkinlik yaşına çatmamış şəxs olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alaraq, ona təqsirli bilindiyi CM-in 124-cü maddəsinin sanksiyası (2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məh rum etmə ilə cəzalandırılır) həddində olan 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin etmişdir. Məhkəmə kollegiyasının fikrincə bu cür cəzanı heç də yüngül cəza kimi qiymətləndirmək mümkün deyildir. Həmçinin təyin edilmiş cəza cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və məhkumun şəxsiyyətinə uyğundur. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya protestində cəza təyini ilə bağlı göstərilən digər dəlillər də apelyasiya instansiyası məhkəməsinin qərarının dəyişdirilməsinə əsas vermir. Belə ki, Azərbaycan Respublikası CPM-in 416.1.21-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və qərarını məhkəmə məsuliyyəti ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təy in etdikdə kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Qərardan görünür ki, məhkəmə O.B.Mehrabova təyin edəcək cəzanın müddətini müəyyən edərkən məhkumun cəzasını yüngülləşdirən halları ağırlaşdıran halların olmamasını nəzərə almışdır. Odur ki, kassasiya protestinin bu dəlili də əsassızdır. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri sayır ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qəbul etdiyi qərarlarında Milli Məhkəmələrə dəfələrlə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Apelyasiya instansiyası məhkəməsi məhkumun cəzasını yüngülləşdirən halların olmasına və məhkumun təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə alternativ olan cəzanın müəyyən edilməsini və işin hallarını nəzərə alıb O.B.Mehrabova azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etmişdir. Ona görə də məhkəmə kollegiyası kassasiya protestinin məhkum X7 cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınmaması barədə dəlili əsaslı hesab etmir. Məhkuma təyin edilmiş cəzanın müddəti isə onun şəxsiyyətinə və iş üzrə müəyyən edilmiş yüngülləşdirən hallara uyğun gəlir və bu əlamətə görə həm sərtliyinə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz və cinayətin ağırlığına uyğ un olmayan cəza hesab oluna bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə apelyasiya məhkəməsi X5 cəmiyyətdən tam təcrid edilmədən islah oluna biləcəyi barədə nəticəyə gələrkən həm milli qanunvericiliyinin normalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin tövsiyəsinə düzgün əməl etmişlər. Yuxarıda qeyd edilən halları nəzərə alaraq, məhkəmə kollegiyası kassasiya protestinin dəlilləri ilə razılaşmayaraq həmin protestin təmin edilmədən, Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının 04 may 2021-ci il tarixli X9 haqqındakı qərarının kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmasını qanuni olmaqla ədalətli və əsaslı hesab edir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası Azərbaycan Respublikası CPM-in 419.10.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALİR: Şirvan Apelyasiya Məhkəməsinin Cinayət kollegiyasının X9 haqqındakı 04 may 2021-ci il tarixli qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya protesti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar