Məhkəmə qərarları › İş №1(102)-24/2023

Ali Məhkəmə Qərar — İş №1(102)-24/2023

10.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(102)-24/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyası hakimlər Yusifov Şahin Yaşar oğlu (sədrlik edən və məruzəçi), Seyidov Əziz Cəfər oğlu və Mövsümov Nazim Rasim oğlundan ibarət tərkibdə, Əbilov Hüseyn Natiq oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin kassasiya instansiyası məhkəməsində dövlət ittihamının müdafiəsi və analitik təhlil şöbəsinin böyük prokuroru İmranov Hafiz Beykəs oğlunun və Məhkum müdafiəçisi Kərimov Yusif Əli oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2 020-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı Alıkişiyev Rəşad Nizami oğlu tərəfindən verilmiş kassasiya protestinə əsasən işə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmü ilə (hakimlər Əliyev Nural Turab oğlu (sədrlik edən və məruzəçi), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə) Məhkum, xx xxxxxx 1980-ci il tarixdə Tərtər şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, himayəsində bir azypşlı uşağı olan, orta təhsilli, əvəllər Tərtər Rayon Məhkəməsinin 09 avqust 2007-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin 27 noyabr 2008-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 (bir) il 08 (səkkiz) ay 12 (on iki) gün müddəti azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz edilmiş və 09 avqust 201-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğ ödənilmiş, ünvan 1 ünvanda yaşamış, CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinərək cəzasını həbsxanada çəkməklə ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Məhkum, 2018-c i ilin sentyabr ayında Tərtər şəhərində, yaxın qohumlarına pay göndərmək məqsədilə 20 kiloqram çəkidə üzüm almaq üçün rayon mərkəzində yerləşən bazara gedərkən əvvəldən tanıdığı Tərtər şəhər sakini, Tərtər rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində «Mikrosefaliya, oliqofreniya yüngül debillik dərəcəsində, emosional davamsızlıqla» diaqnozu ilə dispanser qeydiyyatında olduğunu bildiyi X4 üzümü bazardakı satış qiymətindən bir qədər ucuz qiymətə, yəni 20 manat müqabilində ondan almağı təklif etdikdə onunla 15 manat məbləğinə razılaşaraq, həmin məbləğdə pulu ona vermiş, X4 növbəti gün sifariş olunmuş üzümü Tərtər şəhəri Ədalət Paşayev küçəsində yerləşən, əhali tərəfindən “GES” adlandırılan ərazidə işıqforun yaxınlığındakı qaz borusunun yanına qoyacağını və oradan g ötürməsini ona bildirdiyi üçün razılaşdıqları tarixdə və vaxtda həmin əraziyə getdikdə X4 tərəfindən oraya üzümün qoyulmadığını görüb, sonuncu tərəfindən aldadıldığını başa düşmüş, bundan sonra pulunu geri almaq üçün bir neçə dəfə X4nın yaşadığı ünvan 2 ünvanına getməsinə baxmayaraq sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək ondan aldığı pulu qaytarmayaraq, eyni zamanda verdiyi pulun müqabilində vəd etdiyi üzümü vermədiyindən, eləcə də 06, 08 və 10 noyabr 2018-ci il tarixlərdə X4dan ona borclu olduğu pulu almaq üçün sonuncunun yaşadığı evə getməsinə rəğmən, sonuncunun müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmadığına görə onu qəsdən öldürməklə qisas almaq qərarına gələrək 12 noyabr 2018-ci il tarixdə saat 17 radələrində X4nın yaşadığı ünvana gedib, evin yataq otağına daxil olaraq, ve rdiyi pulun qaytarılmaması ilə bağlı aralarında yaranmış mübahisə zamanı X4nın nalayiq ifadələr işlətməklə əlindəki bıçaqla özünün qarın nahiyəsinə zərbə endirməklə xəsarət yetirməyə cəhd etməsindən sonra, X4nı öldürməklə qəsdən həyatdan məhrum etmək qərarına gəlib bu məqsədlə otaqdakı masanın üzərində olan şüşə butulka ilə onun baş nahiyəsindən vurmaq istədikdə, butulka çarpayının yuxarı tərəfindəki dəmirə dəyərək sınmış, daha sonra hərəkətlərini davam etdirib çarpayının üzərində uzanıqlı vəziyyətdə olan X4nın özünü vurmağa cəhd etdiyi həmin bıçağı götürərək əqli gerilik və davranış pozuntuları səbəbindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını yəqinliklə bildiyi X4nın köməksiz vəziyyətindən istifadə edərək bıçaqla bədəninin həyat və s ağlamlığı üçün təhlükəli olan nahiyələrinə cəmi 19 zərbə endirməklə ona qəsdən sağ ağ ciyərin zədələnməsi, kəskin qanitirmə ilə ağırlaşan boyunun sol yan səthinin aşağı 1/3-nə 4 ədəd, sol qabırğaaltı nahiyəsinə 3 ədəd daxilə nüfuz etməyən kəsilmiş-deşilmiş yaradan ibarət olub sağlamlığa yüngül zərər vurmaya aid, sol körpücükaltı, döş qəfəsinin sol yuxarı iç, sol yuxarı tış, sol aşağı iç və tış nahiyələrinə isə daxilə nüfuz edən 12 ədəd kəsilmiş-deşilmiş yaradan ibarət olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, cinayətinin izini itirərək basqın görüntüsü yaratmaq məqsədilə otaqdakı elektrik naqilininin bir tərəfini X4nın ayaqlarına və boğaz nahiyəsinə dolayıb uzandığı çarpayının baş tərəfinə bağlamaqla kəskin qanitirmə nəticəsində X4nı xüsusi amansızlıqla qəsdən öldürərək hadisə yerini tərk etmişdir. Bundan başqa o, 2019-cu ilin aprel ayında Tərtər şəhərində əvvəldən tanıdığı və Tərtər rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində «Oliqafreniya debillik dərəcəsi, psixopatabənzər davranış və qıcolma tutmaları» diaqnozu ilə daimi dispanser qeydiyyatında olduğunu bildiyi X9 10 aprel 2019-cu il tarixdə Tərtər şəhəri, Vəzir Orucov küçəsində yerləşən kafedə ona məxsus “Samsung J2” markalı mobil telefonunun yaddaşından icazəsiz mobil nömrələri götürməsini bilib, onun bu kimi hərəkətlərinə əsəbiləşərək onu öldürməklə cəzalandırmaq qərarına gəlmiş, məsuliyyətdən yayınmaq, cinayətin onun tərəfindən deyil özünün və X9nin tanıdığı, aralarında mübahisə və ədavət olan Tərtər rayon sakinləri X19 və “Eliş” ləqəbli X20 tərəfindən törədilməsinə inandırmaq üçün 4 ədəd kağız parçasına öz xətti ilə X9nin adından 12 noyabr 2018-ci il tarixdə xüsusi amansızlıqla qətlə yetirdiyi X4nın guya X19 və X tərəfindən qəsdən öldürülməsi, guya hadisənin şahidi olduğu üçün X9nin də ölümlə hədələnməsi barədə sözlər yazaraq, 25 aprel 2019-cu il tarixdə saat 17 radələrində qeyd olunan kafedə X9 ilə görüşüb onunla işi olduğunu bildirərək aldatmaqla özü ilə birlikdə Tərtər rayonu ərazisində yerləşən “Bəybala Meşəsi” adlı yerə aparmış, əvvəlcə X9ni döyməklə öldürməyi düşünsə də, meşədə qarşısına çıxan sintetik ipi görüb sonuncunun intihar etməsi görüntüsünü yaradaraq cinayətin izini itirməklə şübhələri özündən yayındıracağını fikirləşib X9ni həmin iplə asaraq öldürməyi qərara almış, bu məqsədlə psixi vəziyyətinə görə özünə qarşı hərəkətlərin xarakterin i düzgün qavraya bilməyən X9nin qoluna bağladığı iplə onu dartaraq yaxınlıqdakı tut ağacının yanına aparmış, orada X9yə onun mobil telefonunun yaddaşından icazəsiz nömrələr götürməsinin cəzasının ölüm olduğunu bildirməklə ondan özünü öldürməsini tələb edərək özü ilə gətirdiyi ipdən ilgək hazırlamaqla X9dən ağaca çıxmasını və ipi ağacın budağına bağlayaraq boğazını ilgəyə keçirməsini tələb etmiş, əqli gerilik və davranış pozuntuları səbəbindən öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onları idarə etmək iqtidarında olmayan X9 saat 18 radələrində ağaca çıxıb ipi budağa bağlayaraq ilgəyi özünün boğaz nahiyəsinə salmış və hər iki qolu ilə ipin bağlandığı budaqdan tutmuş, köməksiz vəziyyətdə olan X9ni qollarını budaqdan buraxmağa məcbur etməklə onun mexaniki asfiksiya səbəbindən boğul ub ölməsinə nail olmaqla təkrarən qəsdən adam öldürmüş, daha sonra törətdiyi cinayətlərə görə məsuliyyətdən yayınmaq, cinayətin Tərtər rayon sakinləri X19 və “Eliş” ləqəbli X20 tərəfindən törədilməsi görüntüsünü yaratmaq üçün üzərində olan, guya sonuncuların X4nı öldürmələri, X9nin də hədələnməsi barədə onun adından yazdığı kağız parçalarını X9nin əynindəki qara rəngli şalvarın sol yan cibində olan, üzərinə “Zabitin şəxsi vəsiqəsi” sözləri yazılmış yaşıl rəngli vəsiqə üzlüyünün arasına qoymuş, saat 20:20-də isə X9yə məxsus “Samsung J1” markalı mobil telefonun ********** nömrəsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək özünü X5 təqdim edib 2-3 nəfərin onu öldürmək istəməsi və bu məqsədlə təqib etməsi, Tərtər rayonundakı Bəybala meşəsində onlar tərəfi ndən öldürüləcəyi barədə məlumatlar verərək, həmin mobil telefonu sellofan torbaya qoyub hadisə yerindən 800 metr aralıda, Tərtər çayının sahilində yerləşən daşın altında gizlətmiş, X9nin adından yazdığı kağız parçaları 26 aprel 2019-cu il tarixdə hadisə yerinə baxış keçirilərkən sonuncunun əynindəki şalvarın cibindən, mobil telefon cihazı isə 30 aprel 2019-cu il tarixdə ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı aşkar edilərək götürülmüşdür. Hökmdən Məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə əlavəyə əsasən işə baxan Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının (hakimlər Xasməmmədov Elçin İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Muxtarov Teyyub Asif oğlu və Məmmədov Çingiz Böyükxan oğlundan ibarət tərkibdə) 02 noyabr 2021-ci il tarixli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 24 fevral 2020-ci il tarixli hökmü Məhkum cəzanın təyin edilməsi hissəsində dəyişdirilmiş və ona təyin edilmiş ömürlük azadlıqdan məhrum etmə cəzası müddətli azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilərək o, cəzasının ilk 2 (iki) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 20 (yirmi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarından dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protesti verərək həmin qərarın ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasınıi xahiş etmişdir. Kassasiya protestinin dəlilləri: Azərbaycan Respublikası Konstitusiyasının 129-c u maddəsinin İ hissəsinə, cinayət törətmiş şəxslərə cəzanın təyin edilməsi ilə bağlı CM-nin bir sıra normalarına, qanunçuluq prinsipi təsbit edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 10-cu maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumlarının, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bəzi Qərarlarına, işin müəyyən edilmiş faktiki hallarına istinad edən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestini onunla əsaslandırmışdır ki, əvvəla cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilməsi hal larına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. CM-nin 120-ci maddəsində nəzərdə tutulan cinayət əməli maddi tərkibli olmaqla obyektiv cəhətdən başqa şəxsi qanunsuz olaraq qəsdən həyatdan məhrum etmədə ifadə olunur və bu cinayətin obyektini başqa şəxsin həyatı təşkil edir. Yaşından, fiziki və psixi vəziyyətindən, sosial statusundan, sağlam və ya xəstə olmasından asılı olmayaraq bütün insanların həyatı cinayət hüquqi mühafizə altına alınır. Ehtiyyatsızlıqdan adam öldürmə cinayəti istisna olmaqla, həyat əleyhinə olan cinayətlərin hamısı təqsirin birbaşa qəsd forması ilə xarakterizə olunur. Apellyasiya instansiyası məhk əməsi Məhkum əsassız olaraq onun təqsirli bilindiyi CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cü maddələri ilə təyin edilmiş cəzanı yüngülləşdirərkən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə törədilmiş cinayətin faktiki hallarını, zərər çəkmiş şəxslərin də şəxsiyyətlərini, onların səhhətlərində olan problemləri, sonuncuların xüsusi amansızlıqla və onların köməksiz vəziyyətlərindən istifadə edilməklə qəsdən həyatdan məhrum edilmələrini kifayət qədər nəzər almamışdır. Halbüki, cinayət qanununun mənasına görə, xüsusi amansızlıq adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndirilir. Xüsusi amansızlıq zərər çəkmiş şəxsə xüsusi ağrılar (çoxlu miqdarda bədən xəsarətlərinin yetirilməsi, və s.) yetirilməsində ifadə o luna bilər. Eyni zamanda zərər çəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə edilməklə onun qəsdən öldürülməsi barədə nəticə o halda hasil olur ki, zərər çəkmiş şəxs öz fiziki və psixi vəziyyətinə görə (azyaşlı olması, fiziki qüsurlarının olması, ruhi xəstəlikdən əzab çəkməsi nəticəsində fəaliyyət qabiliyyətinin itirilməsi və sair) onun barəsində edilən hərəkətlərin mənasını və xarakterini anlamasın və ya belə hərəkətlərin mənasını anlasa da, təqsirkara müqafimət göstərmək imkanından məhrum olsun, təqsirkar isə belə vəziyyətdə ona qarşı etdiyi hərəkəti dərk etmiş olsun. Qanunvercilliyin tələblərinə əsasən, məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyi n etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Qeyd olunanları nəzərə alaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanı açıq-aşkar qeyri obyektiv, qanunsuz və ədalətsiz hesab edən dövlət ittihamçısı R.N.Alıkişiyev kassasiya protestinin təmin edilməsini, apellyasiya instansiya məhkəməsinin qərarının ləğv edilməsini və cinayət işinin yeni apellyasiya baxışına təyin olunmasını xahiş edir. Kassasiya protestinə məhkəmə baxışının keçirilməsi vaxtı və yeri haqqında cinayət prosesinin iştirakçıları qanunda nəzərdə tutulmuş qaydada və müddətdə m əlumatlandırılsalar da Məhkum məhkəmə iclasında iştirak etmək istəməsini bildirməmiş və bu barədə ərizə ilə məhkəməyə müraciət etməmiş, zərər çəkmiş şəxslərin hüquqi varisləri X7 və X16 isə naməlum səbəblərdən məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası dövlət ittihamçısı H.B.İmranovun və müdafiəçi Y.Ə.Kərimovun bununla bağlı rəylərini dinləyib CPM-nin 419.4-cü maddəsinin tələblərinə əsaslanaraq kassasiya protestinə Məhkum və zərər çəkmiş şəxslərin hüquqi varisləri Şahid1 və X16un iştirakları olmadan baxılmasını mümkün bilmişdir. Belə ki, CPM-nin 419.4-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsinin iclası hansı məhkəmə qərarına və hansı əsaslarla baxılması, kimlərin məhkəmə tərkibinə daxil olması və məhkəmənin iclas zalında cinayət prosesi iştirakçılarından kimlərin iştirak etmə si barədə məhkəmə iclasında sədrlik edənin elanı ilə açılır. Şikayət vermiş və lazımi qaydada məlumatlandırılmış şəxsin olmaması kassasiya instansiyası məhkəməsi iclasının davam etdirilməsini istisna etmir. Hüquqi məsələlər: Kassasiya protestinin məzmunundan göründüyü kimi, dövlət ittihamçısı R.N.Alıkişiyev öz müraciətində cəzanı yüngülləşdirən hallar düzgün nəzərə alınmadan Məhkum açıq-aşkar yüngül cəzanın təyin edilməsini iddia edərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməli olması haqqında tələbini CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş halla əlaqələndirmişdir. CPM-nin 416.1.21-ci maddəsinin tələbinə görə isə, məhkəmə cəzanı ağırlaşdıran və ya yüngülləşdirən halları nəzərə almadan cəza təyin etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək hüququna malikdir. Odur ki, məhkəmə kollegiyası dövlət ittihamçının kassasiya protestini kassasiya qaydasında baxılmalı olan müraciət kimi görür və həmin protestin dəlillərinə cavab verilməsi üçün Məhkum barəsindəki cinayət işinin materiallarını, o cümlədən yekun məhkəmə aktlarını yoxlayıb aşağıdakıları qeyd edir. Əvvəlki qərarlarında olduğu kimi, məhkəmə kollegiyası yenə də vurğulamağı lazım bilir ki, CPM-nin 419.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır. Qeyd olunan maddədən göründüyü kimi, sübutların mahiyyəti üzrə araşdırılması, mötəbərliliyi, kifayətliliyi, cinayət faktının müəyyən edilməsi, habelə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarların icrası və buna nəzarətin həyata keçirilməsi kimi məsələlərin həlli qanunla kassasiya instansiyası məhkəməsinin deyil, birinci və apellyasiya instansiyası məhkəmələrinin səlahiyyətinə aid edilmişdir. Bundan başqa, göstərilən normanın tələblərinə görə, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər-hansı bir faktın baş verib-verməməsini müəyyən etmir və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən cinayət və cinayət-prosessual qanunları normalarının düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz müna sibətini bildirir. Məhkəmə kollegiyası qanunvericiliyin tələblərinə əsaslanaraq onu da qeyd edir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarından verilmiş kassasiya şikayətinə və ya kassasiya protestinə əsasən işə baxır və bu baxışın nəticəsi olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş məhkəmə aktına münasibətini bildirməklə CPM-nin 419.10-cu maddəsində sadalanan qərarlardan birini, yəni apellyasiya instansiyası məhkəməsinin hökm və ya qərarını dəyişiklik edilmədən saxlanılması, həmin hökm və ya qərarın ləğv edilməsi və işin yeni apellyasiya baxışına təyin edilməsi və ya cinayət işinin icraatına xitam verilməsi, yaxud da onların dəyişdirilməsi haqqında qərar, habelə hökmün və ya məhkəmənin digər qərarının icrası qaydası nda icraat üzrə məhkəmə qərarını ləğv edərək, birinci və ya apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edir (o şərtlə ki, həmin qərar məhkum edilmiş şəxsin vəziyyətinin ağırlaşdırılması ilə nəticələnməsin). Ümumiyyətlə, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını CPM-nin 419 və 416-cı maddələri müəyyən edir. Bu baxışın nəticəsində kassasiya kollegiyası tərəfindən apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi əsasları isə CPM-nin 416-cı maddəsində müəyyən edilmişdir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda Ali Məhkəmənin Cinayət Kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarını kassas iya qaydasında ləğv etməyə və yaxud dəyişdirməyə haqlıdır. Kassasiya protesti ilə əlaqədar öyrənilmiş cinayət işinin materiallarından görünür ki, faktları müəyyən edən məhkəmələr iş üzrə ibtidai araşdırma zamanı hər hansı bir qanun pozuntusuna yol verilmədən toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclaslarında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, yəni Məhkum ifadələri ilə yanaşı zərər çəkmiş şəxslərin hüquqi varislərinin, şahidlərin ifadələrinə, iş üzrə keçirilmiş müxtəlif məhkəmə ekspertizalarının rəylərinə, işə əlavə edilmiş sənədlərə əsaslanaraq, CPM-nin 145.1-ci maddəsinə uyğun qaydada araşdırılmış bütün sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək Məhkum ona ittiham olunmuş cinayət əməllərini törətməsi barədə nəticəyə gəlmiş və on un bu əməllərini CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə düzgün tövsif etmişlər. Kassasiya protestinin məzmunundan görünür ki, iş üzrə sübutların tam və hərtərəfli araşdırılması, onların düzgün qiymətləndirilməsi, Məhkum təqsirinin sübuta yetirilməsi və onun əməlinin hüquqi tövsifi kimi məsələlər dövlət ittihamçısı tərəfindən mübahisələndirilmir və məhkəmə kollegiyası da bu məsələlərlə bağlı məhkəmələrin gəldikləri nəticələrlə razılaşaraq həmin məsələlərin hazırki qərarda müzakirə edilməsinə ehtiyac görmür. Apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin edilmiş cəzanın yüngül olmasına dair kassasiya protestində göstərilən dəlillərə və bu dəlillərə uyğun olaraq irəli sürülmüş tələbə cavab olaraq məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası K onstitusiyasının (bundan sonra Konstitusiyanın) 26-cı maddəsinin II hissəsinə əsasən, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları eyni zamanda cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. Digər tərəfdən bu konstitusiyon müddəalar həmçinin hər bir şəxsin, cəmiyyətin və dövlətin cinayətkar qəsdlərdən qorunmasını və müdafiə olunmasını, belə qəsdlərdən zərər çəkmiş şəxslərin isə hüquqlarının bərpa edilməsini, onların vurulmuş zərərin ödənilməsini və ya arad an qaldırılmasını tələb etmək hüququnun müvafiq orqanlar, o cümlədən məhkəmələr tərəfindən təmin edilməsini, habelə hər hansı cinayətin törədilməsində təqsirli bilinmş şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələrini, onların barəsində törətdikləri əməlin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və şəxsiyyətlərinə uyğun olan bu və ya digər cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsini və cəzanın məqsədlərinə nail olunmasını da nəzərdə tutur. Konstitusiyanın 27-ci maddəsinin I və II hissələrinə görə, hər kəsin yaşamaq hüququ vardır. Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır. “İnsan Hüquql arının və Əsas Azadlıqların Müdafiəsi haqqında” Avropa Konvensiyasının 2-ci maddəsinin 1-ci bəndində təsbit edilmişdir ki, hər kəsin yaşamaq hüququ qanunla qorunur. Heç kəs qanunla ölüm cəzası nəzərdə tutulmuş cinayət törətməyə görə, məhkəmə tərəfindən çıxarılmış belə hökmün icrasından başqa həyatından məhrum edilə bilməz. Yaşamaq hüququnun təmin edilməsi ilə bağlı milli və beynəlxalq qanunvericiliyin tələbləri belə məna kəsb edir ki, hətta hər hansı cinayət hesab edilməyən qeyri-qanuni hərəkət etmiş şəxs buna görə həyatdan məhrum edilə bilməz və onun törətdiyi əməllə bağlı məsuliyyət məsələsi müvafiq (inzibati, mülki və ya digər) qanunvericiliyin tələblərinə əsasən həll edilməli, onun hər hansı fərd və ya fərdlər tərəfindən öldürülməklə belə hərəkət görə cəzalandırılması isə yolverilməz dir, bu kimi əməli törətmiş şəxs cinayət qanunvericiliyin tələblərinə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb edilməklə təqsiri sübuta yetirildiyi halda məhkəmənin ittiham hökmü əsasında qəsdən adam öldürməyə görə təqsirli bilinir və cəzalandırılır. Təsadüfi deyil ki, digər sivil ölkələrin cinayət qanunvericiliyində olduğu kimi, Azərbaycan Respublikasının da Cinayət Məcəlləsində qəsdən adam öldürməyə, xüsusilə ilə də bu cinayətin ağırlaşdırıcı hallarda törədilməsinə görə cinayət məsuliyyəti və belə cinayətləri törətmiş şəxslərin ən yuxarı hədlərdə yalnız azadlıqdan məhrum etmə, o cümlədən ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılmaları müəyyən edilmişdir. Məhkum təqsirli bilindiyi CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələrində nəzərdə tutulmuş cinayətlər də bu xarakterli xüsu silə ağır cinayətlər kateqoriyasına aiddirlər və həmin cinayətlərin törədilməsinə görə on dörd ildən iyirmi ilədək azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Eyni zamanda cinayət qanunvericiliyində o, da təsbit edilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər (CM-nin 56.2-ci maddəsi). Məhkəmə kollegiyası həmçinin qeyd etməyi lazım bilir ki, məhkəmə hər hansı şəxsin haqqında ittiham hökmü çıxarmaqla onun barəsində bu və ya digər cinayət-hüquqi xarakterli tədbir tətbiq edərkən cinayət mühakimə icraatının vəzifələrindən biri olan cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq vəzifəsini yerinə yetirməlidir (CPM-nin 8.05-ci maddəsi). Qanunçuluq prinsipi təsbit edilmiş CPM-nin 10.1-ci maddəsində göstərilmişdir ki, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-nin 12.1-ci maddəsinə əsasən isə, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsnin Cinayət Kollegiyasının kassasiya qayda sında mübahisələndirilən 02 noyabr 2021-ci il tarixli qərarından göründüyü kimi, məhkəmə Məhkum təyin olunmuş ömürlük azadlıqdan məhrum etmə cəzasını iyirmi il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edərkən ilk növbədə o, halları nəzərə aldığını həmin qərarda göstərmişdir ki, əvvəla mərhum zərər çəkmiş X4 təqsirkar Məhkumi aldadaraq ona 20 kq üzüm satacağı adı ilə ondan 15 manat pul almış, sonrakı aylar ərzində Məhkum dəfələrlə öz pulunu tələb etməsinə baxmayaraq, onun pulunu qaytarmamış, sonuncu dəfə hadisənin baş verdiyi vaxt isə özünə bıçaqla xəsarətər yetirərək dolayısı ilə təqsirkarı şantaj etməklə borclu olduğu pulu qaytarmamağa cəhd etmişdir. Cinayət işinin materiallarından isə görünür ki, X4nın hadisə vaxtı özü-özünə xəsarət yetirməklə Məhkum şantaj etməsi sonuncunun ifadəl ərindən başqa digər sübutlarla müəyyən edilməmiş, məhkum olunmuş şəxsə qarşı zərər çəkmişin bədənində aşkar edilmiş bütün xəsarətlərn onun tərəfindən yetirilməsinə görə ittiham irəli sürülmüş, apellyasiya instansiyası məhkəməsi də bu ittihamla razılaşmışdır. Digər tərəfdən məhkəmə Məhkum əvvəlcədən həmin qəsdən adam öldürmə cinayətini planlaşdırmamasını, buna görə onun qəsdinin hadisələrin təsadüfi axırı zəminində yaranmasını qeyd etsə də, bu hal da Məhkum elan olunmuş ittihamda öz əksini tapmamış, lakin göründüyü kimi, həmin ittihamla razılaşan apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını fərqli şəkildə müəyyən etməyə çalışmışdır. Bundan başqa, cəza təyininə təsir edən işin faktiki hallarına qiymət verən apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarın əsaslandırılma sı zamanı zərərçəkmiş X4nın əzab çəkdiyi ruhi xəstəliyin dərəcəsinə də qiymət verərək yenə də bu xəstəliyin dərəcəsinə görə onun özünü müdafiə etmək iqtidarında olması barədə fikir yürütmüş və bu halın da ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas ola bilən hal kimi nəzərə almışdır. Halbuki, cinayət-proessual qanunvericiliyinin tələblərinə və mənasına görə, cinayət mühakimə icraatının həyata keçirilməsi zamanı istər təqsirləndirilən, istərsə də zərər çəkmiş şəxsin xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, yaxud onları idarə edə bilmək iqtidarında olub-olmaması, hadisəni düzgün qavraya bilib-bilməməsi məhkəm ənin mülahizəsinə əsasən deyil, psixiatriya sahəsində ekspertlərin rəyi ilə müəyyən edilir (CPM-nin 140.0.2 və 140.0.3-cü maddələri). Daha sonra, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qərarı belə əsaslandırmışdır ki, Məhkum təqsirli bilindiyi maddələrlə ömürlük azadlıqdan məhrum etmə cəzası təyin etmiş birinci instansiya məhkəməsi digər zərər çəkmiş X9nin ona qarşı qanunsuz hərəkət etməsini, yəni sonuncunun icazəsiz Məhkum mobil telefonundan başqa şəxslərin mobil telefon nömrələrini öz telefonuna köçürməsini, məhz buna görə məhkum olunmuş şəxsin əsəbləşərək X9ni öldürmək qərarına gəlməsini nəzərə almamışdır. Məhkəmə kollegiyası isə hesab edir ki, bu hal istər inzibati xəta, istərsə də cinayət hesab edilməyən hərəkətə görə ruhi xəstəlikdən əzab çəkərək öz hərəkətlərini tam qavrama q qabiliyyətində olmayan X9ni belə cüzi səbəbdən və onun köməksiz vəziyyətindən istifadə edərək onu qəsdən öldürən Məhkumin törətdiyi əməlin və ya onun özünün ictimai təhlükəlilik dərəcəsinin az olmasından deyil, əksinə, həmin əməlin kifayət qədər yüksək dərəcədə ictimai təhlükəli olmasından, sonuncunun isə qəddarlığından xəbər verir. Məhkəmə kollegiyasının qənaətinə görə, ümumiyyətlə apellyasiya instansiyası məhkəməsinin əsaslandığı hallar Məhkumin törətdiyi cinayət əməllərinin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə təsir edən, bu halların ona təyin olunmuş cəzanın yüngülləşdirilməsinə zəmin yaradan hallar kimi qiymətləndirilməsinə əsas deyil ona görə ki, belə halların olması ibtidai araşdırma zamanı toplanmış və birinci instansiya məhkəməsinin məhkəmə iclasında araşdırılmış sübut larla müəyyən edilməmiş və həm Məhkum elan olunmuş ittihamda, həm də apellyasiya instansiyası məhkəməsinin də razılaşdığı birinci instansiya məhkəməsinin hökmündə əksini tapmamışdır. O, ki, qaldı apellyasiya instansiyası məhkəməsi tərəfindən Məhkum təyin olunmuş cəzanı yüngülləşdirərkən qəsdən adam öldürmə cinayətlərinə dair başqa işlər üzrə yekun məhkəmə aktlarına istinad etməsinə, məhkəmə kollegiyası əvvəla vurğulamağı lazım bilir ki, bununla əlaqədar vahid məhkəmə təcrübəsini rəhbər tutan məhkəmə nəzərindən qaçırmışdır ki, həmin işlər üzrə məhkum olunmuş şəxslərə müəyyən müddətlərə azadlıqdan məhrum etmə cəzası təyin etmiş məhkəmələr bu cəzaların dörd-beş il hissəsinin onlar tərəfindən həbsxanada çəkmələrini müəyyən etmişlər. Bu məsələyə ümumiyyətlə toxunmayan apellyasiya instansiyası m əhkəməsi isə Məhkum tərəfindən ona təyin olunmuş iyirmi il müddətə azadlıqdan məhrum etmə cəzasının yalnız iki il müddətini həbsxanada çəkməs barədə qərar qəbul etsə də bu müddətin daha çox müəyyən edilməsi mümkünlüyünə heç bir münasibətini bildrməmiş, bu məsələni öz qərarında müzakirə belə etməmiş və öz qərarını qanunvericilikdə nəzərdə tutulmuş qaydada əsaslandırmamışdır. Digər tərəfdən məhkəmə kollegiyası onu da vurğulamağı lazım bilir ki, ağırlaşdırıcı hallarda, iki və ya daha çox şəxsin qəsdən öldürülməsində təqsirli bilinmiş şəxslərə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi haqqında həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrinin kifayət qədər yekun məhkəmə aktları mövcuddur ki, Ali Məhkəmənin Cinayət Kollegiyası da dəfələrlə aşağı instansiyası məhkəmələr inin bu məsələ ilə bağlı gəldikləri nəticələri əsaslı, qanuni və ədalətli hesab edərək və vahid məhkəmə təcrübəsinin formalaşdırılması məhz onun üzərinə qoyulmuş vəzifəni yerinə yetirərək bu haqda qəbul edilmiş yekun məhkəmə aktlarının dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərarlar qəbul etmişdir. Nəticə etibarı ilə, apellyasiya instansiyası məhkəməsinin 02 noyabr 2021-ci il tarixli qərarından Məhkum təyin olunmuş cəzanın onun törətdiyi cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə nəyə görə uyğun olmaması görünmür və məhkəmə bu haqda nəticəsinə hər hansı şəkildə aydınlıq gətirməyərək öz qənaətini müvafiq sübutlara istinad etmədən kifayət qədər əsaslandırmamışdır. Bununla yanaşı, həmin məhkəmə həmçinin adı çəkilən məhkum olunmuş şəxsə birinci instansiya məhkəməsi tərəfindən təyin olunmuş cəzanın sərt olmasını da hansı sübutlara əsasən müəyyən etməsini öz qərarında lazımi dərəcədə əsaslandırmamış və bir tərəfdən bu cəzanın təyin edilməsi zamanı birinci instansiyası məhkəməsi tərəfindən bütün halların nəzərə alınmasını qeyd etmiş, digər tərəfdən isə həmin cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsini mümkün bilmişdir. Halbuki, birinci instansiyası məhkəməsinin hökmündən görünür ki, həmin məhkəmə Məhkumə təqsirli bilindiyi maddələrlə ömürlük azadlıqdan məhrum etmə cəzasını təyin edərkən CPM-nin 139.0.5-ci maddələrinin tələblərinə uyğun olaraq özünün araşdırdığı sübutlara əsasən müəyyən etdiyi bütün cəzanı yüngülləşdirən hallara, habelə cəzanı ağırlaşdıran halların müəyyən edilməməsinə əsaslanmış, apellyasiya instansiyası məhkəməsi isə apell yasiya şikayətinə məhkəmə istintaqı aparmadan və əlavə sübutlar tələb etmədən baxarkən hökmdə istinad olunan hallardan başqa cəza təyininə təsir edə bilən heç bir mötəbər hal müəyyən etməmiş, belə halı təsdiq edən sübutları araşdırmamış və onlara istinad etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliyi, cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipləri, sübutlar və sübutetməyə dair normalar, o cümlədən CPM-nin 125, 143-146-cı maddələri, hökmün əsaslılığına dair müddədalar (CPM-nin 349.5-ci maddəsi) tələb edir ki, məhkəmə cinayət işlərinə faktlar əsasında baxsın, faktların müəyyən edilmiş sayılması üzrə qənaətini isə belə nəticəyə gəlmək üçün kifayət edən, həqiqiliyinə, yaranma mənbəyinə, əldə edilməsi hal larına şübhə olmayan (tam, hərtərəfli və obyektiv yoxlanılmış), mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə lazımınca qiymətləndirilmiş sübutların məcmusu ilə əsaslandırsın. CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. CPM-nin 139.05-ci maddəsinin müddəalarından çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, sübutların tam, hərtərəfli və obyektiv yoxlanılması, onların mötəbə rliyinin müəyyənləşdiilməsi, təhlil olunması və biri-biri ilə müqayisə edilməsi, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsi haqqında qanunvericiliyinin tələblərinə həmçinin təqsirləndirilən şəxsin haqqında cəza tədbirinin seçilməsi və ya cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə aid olan sübutlara münasibətdə də əməl olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bərqərar olmuş presedent hüququna əsasən, məhkəmələrin və tribunalların qərarlarında həmin qərarların əsasları adekvat şəkildə göstərilməlidir (“Moreyra Ferreyra v. Portugaliyaya qarşı” iş üzrə 11 iyul 2017-ci il tarixli Qərar). Qərarların nə dərəcədə əhatəli və ya qısa şəkildə əsaslandırılmalı olması qərarın xarakterindən asılıdır və işin hallarına mütənasib olaraq müəyyənləşmə lidir. (“Budak Türkiyəyə qarşı” iş üzrə 16 fevral 2021-ci il tarixli Qərar). Avropa Məhkəməsi həmçinin bildirmişdir ki, ərizəçinin hər bir arqumentinə cavab verilməsi tələb olunmasa belə, bu öhdəlik məhkəmə prosesində iştirak edən tərəflərin məhkəmə prosesinin nəticəsi üçün həlledici olan arqumentlərə konkret və aydın cavab alacağını gözlədiklərini nəzərdə tutur (“Aslan İsmayılov Azərbaycana qarşı” iş üzrə 24 fevral 2020-ci il tarixli Qərar). Daha sonra məhkəmə kollegiyası qeyd edir ki, ədalətlilik prinsipinə görə, cinayət məsuliyyətinin differensiasıyası cinayətlərin xarakterinə uyğun olaraq dəyərləndirilməlidir. Bu prinsip onu tələb edir ki, təyin edilən hər bir cəza törədilmiş cinayətin ağırlığına, cəmiyyətdə doğurduğu təsirə, digər tərəfdən isə cinayət törətmiş şəxsin şəxsiyyətini sə ciyyələndirən hallara uyğun olmalıdır. Cəza təyini zamanı belə tarazlıq pozulduqda ədalət prinsipinə əməl olunmasından söhbət gedə bilməz. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə isə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyətinə uyğun olması başa düşülür. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi haqda müəyyən nəticəyə gələrkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalı, bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraitini və mərhələsini, ağır nəticəyə səbəb olub-olmamasını, cinayətin iştirakçılarından hər birinin iştirakçılıq dərəcəsini və xarakterini kompleks halda qiymətləndirməlidir. Bundan başqa, Cinayət Məcəlləsinin Xüsusi Hissəsinin hər hansı maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduqda məhkəmələr hər bir halda az ciddi və ya daha ciddi cəzanın təyin edilməsinin səbəblərini hökmdə və ya qəbul etdikləri digər yekun qərarda əsaslandırmalıdırlar. Belə tələblər isə cinayət qanunvericiliyi normalarının tələblərindən, Aazərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən və Ali Məhkəmənin Plenum Qərarlarında məhkəmələrə ünvanlanmış izah və tövsiyələrdən irəli gəlir. Belə ki, CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilmiş cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətm əkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1 və 41.2-ci maddələrinin müddəalarından göründüyü kimi, cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsində göstərilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hə dlərdə ədalətli cəza təyin edilir. CM-nin 58.3-cü maddəsinin tələblərinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cəza təyin edilərkən məhkəmələr tərəfindən nəzərə alınmalı olan cəzanı yüngülləşdirən hallar CM-nin 59.1.1-59.1.14-cü maddəsində, cəzanı ağırlaşdıran hallar isə CM-nin 61.1.1-61.1.13-cü maddəsində nəzərdə tutulmuşdur. Eyni zamanda o da nəzərə alınmalıdır ki, CM-nin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu CM-nin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər, CM-nin 61.2-ci maddəsinin təlblərinə görə isə CM-nin 61.1.1-61.1.13-cü maddələrində göstərilməmiş hallar cəzanı ağırlaşdıran hal qismində nəzərə alına bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirk arın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 mart 2011-ci il tarixli qərarında cə zanın mahiyyəti və məqsədləri ilə bağlı qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin quruluşu və məzmunu CM-nin vəzifələrinin təminatına xidmət edir. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməl törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza təyini sahəsində vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən 25 iyun 2003-cü il tarixdə qəbul edilmiş “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarında hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cin ayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin qərarın 1-ci bəndinin 2 və 3-cü abzaslarında məhkəmələrə izah edilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçi rilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Qeyd olunan qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarının 21-ci maddəsində məhkəmələrə izah edilmişdir ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin təq sirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Ömürlük azadlıqdan məhrumetmə cəzası qanuna görə yalnız sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə əlaqədar, şəxsiyyət və dövlət hakimiyyəti, ictimai-təhlükəsizlik və ictimai qayda əleyhinə törədilmiş xüsusilə ağır cinayətlərə görə təyin edilə bilər. Bu zaman təqsirkara müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası deyil, ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi hökmdə əsaslandırılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qər arının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, CM-nin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Qərarın göstərilən bəndində həmçinin qeyd olunmuşdur ki, bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat ş əraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Qərarın 46-cı bəndində məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Göstərilən Qərarın 47, 48, 53, 56-cı bəndlərinə görə, məhkəmələr CPM-nin 346.1.11- 346.1.14-cü maddələrində nəzərdə tutulmuş cəzanın təyini üzrə məsələlərin həlli zamanı hökmdə məhkəmənin gəldiyi nəticələrin motivlərinin göstərilməsini tələb edən CPM-nin 353.2.7-ci maddəsinə ciddi əməl etməlidirlər. Məhkum təyin edilmiş cəzanın yüngülləşdirilməsi haqqında apellyasiya instansiyası məhkəməsinin 02 noyabr 2021-ci il tarixli q ərarından yuxarıda təsvir edilən tələblərə, Konstitusiya Məhkəməsi Plenmunun hüquqi mövqeyinə əməl edilməsi və Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrinin tam şəkildə nəzərə alınması görünmür. CPM-nin 349.5-ci maddəsinə əsasən aşağıdakı hallarda məhkəmənin hökmü əsaslı hesab edilir: - məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslandıqda; - bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə; - məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə. Qanunun bu normasının mənasına görə, hökmün məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsaslanmalı olması dedikdə, təkcə şəxsin təqsirli olub-olmamasına dəlalət edən sübutlar deyil, həmçinin onun barəsində cəza tədbirinin seçilməsinə və ya cinayət hüquqi xarakterli tədbi rin tətbiq edilməsinə bu və ya digər şəkildə təsir edə biləcək sübutlar da başa düşülür. Eyni zamanda məhkəmə kollegiyası vurğulayır ki, belə tələb apellyasiya müraciətləinə baxılması nəticəsində apellyasiya instansiyası məhkəməsinin də çıxardığı hökmə və ya qəbul etdiyi qərara da şamil olunur, çünki apellyasiya icraatı zamanı da həmin məhkəmə istər apellyasiya şikayətinin və ya apellyasiya protestininin qeyd edilən məsələ ilə bağlı dəlillərinə və irəli sürülmüş tələbə uyğun olaraq, istərsə də bunlardan asılı olmayaraq təqsirləndirilən şəxs haqqında bu və ya digər cəza tədbirinin seçilməsinə və ya cinayət-hüquqi xarakterli tədbirin tətbiq edilməsinə münasibət bildirmək hüququna malikdir. Bu münasibətlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə isə hər bir halda işin hal larına, araşdırılmış sübutlara, normativ və qeyri-normativ hüquqi aktların tələblərinə uyğun olmalı və qəbul edilmiş məhkəmə aktlarında onlara mütləq istinad edilməklə məhkəmənin gəldiyi nəticə qanuna müvafiq qaydada əsaslandırılmalıdır. Hazırki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarının cinayət işi üzrə toplanmış və araşdırılmış sübutlarla birgə müqaysəli və hərtərəfli təhlili isə göstərir ki, həmin məhkəmənin qəbul etdiyi qərarın əsaslı olması barədə fikir yürütmək mümkün deyil, bu isə həmin qərar qəbul edilərkən CPM-nin 416.1.21-ci maddəsində nəzərdə tutulmuş pozuntuya yol verilməsinə dəlalət edir və həmin qərarın ləğv edilməsi, cinayət işinin isə yeni məhkəmə baxışına təyin olunması üçün əsas yaradır. Beləliklə, məhkəmə kollegiy ası kassasiya protestinin dəlillərin qəbul edilən sayıb həmin dəlillərlə razılaşaraq və protestin təmin edilməsi haqda dövlət ittihamçısı H.B.İmranovun, onun təmin edilməməsi barədə isə müdafiəçi Y.Ə.Kərimovun çıxışlarını dinləyərək, belə nəticəyə gəlir ki, kassasiya protesti təmin edilməklə Məhkum CM-nin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinib məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021ci il tarixli qərarı ləğv edilməli və cinayət işi yeni apellyasiya baxışına təyin olunmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 419.10.2-ci maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Kassasiya protesti təmin edilsin. Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 120.2.9 və 120.2.10-cu maddələri ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması təyin olunsun.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar